Məhkəmə qərarları › İş №1(007)-110/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-110/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-110/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məmmədov Məmməd Süleyman oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs və mülki iddiaçı X1 və onun müdafiəçisi, “M.B.M” Vəkil Bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, İİ qrup əlillik dərəcəsi olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 28 fevral 2022-ci il tarixdə, saat 15:45-də “AD 118205” seriyalı “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Kia CEED» markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçəsi istiqamətində əsas yolun sol zolağ ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərini pozaraq, yəni 90 km/saat sürət həddi nəzərdə tutulan yolda 108 km/saat sürətlə avtomobili idarə etmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozub, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələbləri yerinə yetirməyərək yol hərəkəti qaydalarını pozub Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında həmin yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sol hissəsi ilə vurduqdan sonra idarə etməni itirərək həmin yolda orta zolaqla hərəkətdə olan X1 idarə etdiyi “Hyundai Elantra” markalı **-TX- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sol tərəfi ilə toqquşmuş, toqquşma nəticəsində «Hyundai Elantra” markalı avtomobil idarə etməni itirib əks yola çıxaraq həmin yolda orta zolaqla hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Ford Transit” markalı **- BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol ön tərəfindən toqquşmuş, toqquşma nəticəsində “Ford Transit” markalı avtomobil aşaraq idarə olunmaz vəziyyətdə həmin prospektin köməkçi yoluna çıxıb Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kia Cerato” markalı **- UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beyin toxumasının əzilməsi, baş beyinə, qişalarına, mədəciklərinə qansızma, kəllə qapağı və üz skeleti sümüklərinin kəllə əsasına keçən mürəkkəb sınıqları, sol baldırın açıq sınığı, sol budun qapağı sınığı, bədənin əzilmiş yaraları, qançır və sıyrıqları xəsarətləri almış, həmin xəsarətlərdən skelet sümüklərinin çoxsaylı sınıqları fonunda, başın küt travması nəticəsində baş beyinə, qişalarına, mədəciklərinə qansızma nəticəsində yaranmış ağır travmatik şok Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuş, bundan başqa, “Ford Transit” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ diz qapağının açıq çox qəlpəli yerdəyişmiş sınığı, sağ çiyin qurşağının qançırından ibarət xəsarətlər, «Hyundai Elantra” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X5 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ əlin arxa səthinin sıyrıqları, qarnın ön səthinin hər iki qasıq nahiyəsini əhatə edən sıyrıq və hematomalarından ibarət xəsarətlər almış, eləcə də «Hyundai Elantra” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində Həsən Mənsimova 25134 manat məbləğdə, “Ford Transit” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs3 10266 manat, “Kia Cerato” markalı **-UT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin zədələnməsi nətciəsində isə Zərərçəkmiş şəxs2 5228 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, «Kia CEED» markalı **-HH- *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil 2012-ci il buraxılışlı olmaqla texniki cəhətdən saz vəziyyətdədir. 2015-ci ildə «BC» kateqoriyalı sürücülük vəsiqəsi almışdır və həmin vaxtdan da müxtəlif markalı avtomobillər idarə etmişdir. 2021-ci ilin payızından «Kia-CEED» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Həmin avtomobil texniki pasportla ona məxsusdur. Spirtli içki ümumiyyətlə içmir və həmin gün də hər hansı spirtli içki qəbul etməmişdir. O cümlədən, hər hansı narkotik tərkibli maddə və ya dərman qəbul etməmişdir. Hadisədən iki gün əvvəl o, evlərində aparılan təmir işləri ilə əlaqədar, aldığı divar kağızının rəngi uyğun gəlmədiyi üçün o aldığı 5 bağlama divar kağızını dəyişmək üçün 28 fevral 2022-ci il tarixdə günorta vaxtı saat təqribən 15 radələrində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Şərq Bazarı» istiqamətində getmək üçün yaşadığı mənzildən çıxmış, «Kia-CEED» markalı 10- HH- 499 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və həyətdən çıxmışdır. Həmin vaxt avtomobilində tək olmuş və avtomobildə yük olmamışdır. O, Heydər Əliyev prospekti ilə şəhər istiqamətində avtomobili təqribən 80 km/saat sürətlə idarə etmiş və 3 zolaqlı yolda hərəkətini istiqamətində sol birinci zolaqla, yəni ən sürətli zolaqla hərəkət etmişdir. Diqqəti qabaqda olsa da, əsasən öz hərəkət zolağına fikir vermişdir. Yəni diqqətsizlik etdiyindən ondan qarşıda bir piyadanın yola çıxaraq yolu keçmək üçün asta qaçışla sağdan-sola hərəkət etməsini görməmişdir. Sanki ani olaraq diqqəti yoldan yayınmışdır. Diqqəti yalnız öz hərəkət zolağında olmuşdur. Həmin vaxt onun sağ tərəfində də hadisədən sonra markasını dəqiqləşdirdiyi «Hundai-Elantra» markalı avtomobil hərəkət etmişdir. Həmin avtomobil ondan 5-6 metr qarşıda ondan sağdakı zolaqla hərəkət etmişdir. Həmin avtomobillə sürətləri demək olar ki, eyni olmuşdur. Onun diqqəti yoldan yayınmışdır. O, yalnız piyadanın hərəkət zolağının artıq ortasında olduğunu görmüş və həmin anda da avtomobilin qabaq sol qanadı ilə piyadanı vurmuşdur. O, piyadanı vuran anadək onun necə yola çıxdığını, ondan sağda olan iki hərəkət zolağını keçərək onun hərəkət zolağının ortasına qədər necə gəlməsini diqqətsizlik etdiyindən görməmişdir. Piyada zərbənin təsirindən havaya qalxmış və əks hərəkət yolunun üzərinə istiqamətlənmişdir. O isə həmin an özünü itirdiyindən avtomobilin nisbətən sağa istiqamətlənərək bir qədər qabaqda qabaq sağ qanadı onun sağındakı zolaqla hərəkətdə olan «Huundai Elantra» markalı avtomobilin arxa sol qanadından dəymişdir və həmin anda da onun idarə etdiyi avtomobil və «Hyundai Elantra» markalı avtomobil sola istiqamətlənərək əks hərəkət yoluna keçmişdir. Əks hərəkət yolu ilə onların hərəkət etdiyi yolun arasında təqribən 30-40 sm hündürlüyündə və 70-80 sm enində bardyor olduğundan onun idarə etdiyi avtomobil bardyorun üzərinə çıxdıqdan sonra yenidən sağa istiqamətlənərək bardyorun üstü ilə hərəkət edib dayanmışdır. Həmin vaxt «Hyundai Elantra» markalı avtomobil isə əks hərəkət yoluna çıxdığından həmin anda əks istiqamətdə yolun orta hərəkət zolağı ilə hərəkədə olan sonradan markasını dəqiqləşdirdiyi «Ford» markalı yük avtomobilinə sürücü tərəfdən yəni, qabaq sol qabaq tərəfdən çırpılmışdır. Zərbənin təsirindən «Ford» markalı avtomaşın öz hərəkəti istiqamətində yolun sağ tərəfin ikinci dərəcəli hərəkət olan yola çıxmışdır. Yəni, «Ford» markalı avtomobil öz hərəkəti istiqamətində yolun sağ tərəfindən olan bardyorun üzərindən də keçərək ikinci dərəcəli yola çıxıb dayanmışdır. Həmin anda «Ford» markalı avtomobilin arxasınca hərəkətdə olan «Kia Cerato» markalı avtomobil də öz hərəkəti istiqamətində yolun sağ, yəni üçüncü zolağında «Hyundai Elantra» markalı avtomobilə çırpılmış və avtomobillər dayanmışdır. O, piyadanı vurduqdan sonra piyada havaya qalxaraq əks hərəkət zolağının üzərinə doğru hərəkət etdiyini görmüş, lakin piyadanın yerə düşmə anını və əks istiqamətdə olan sonradan markasını bildiyi «Toyota Corolla» markalı avtomobilin piyadanın üzərindən keçməsini görməmişdir. Lakin sonradan eşitmişdir ki, belə olmuşdur. Hadisədən sonra maşından düşsə də, qorxduğundan hərəkət edə bilməmişdir. Nə edəcəyini belə bilməmişdir. Amma onu xatırlayır ki, həmin yol hərəkətli olduğundan hadisə yerinə bir neçə dəqiqənin içərisində xeyli adam toplaşmış, polis əməkdaşları və təcili yardım maşını gəlmişdir. O, piyadanın ölə biləcəyini təxmin etdiyi üçün bərk qorxmuşdur. Orada ona vurulan piyadanın cavan qadın olduğu və artıq öldüyü məlum olmuşdur. Sonra hadisə yerinə müstəntiq də gəlmişdir. Yola avtomobillərin yağı töküldüyündən o, polislərə yola qum tökməyə kömək etmişdir. Polislər tez maşınları da yoldan kənara çəkərək yolda hərəkəti bərpa etmişlər. Orda müstəntiq də hadisənin necə olmasını və piyadanı harada vurduğunu əyani şəkildə göstərmişdir. Müstəntiq onun tərəfindən hadisə yerinə sonradan dəvət edilmiş iki digər şəxsin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilərək bu barədə protokol tərtib edilmişdir və sxem çəkilmişdir. Həmçinin hadisə yerinin fotoşəkilləri çəkilmişdir. O da həmin sxemə və protokola imza atmışdır. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, zərərçəkmiş şəxslər və mülki iddiaçıları, təqsirləndirilən şəxsi və müdafiəçiləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun qızıdır və sonuncunun iki övladı da onunla birgə yaşayır və onlardan birinin 7 yaşı, digərinin isə 5 yaşı var. 4 il bundan əvvəl onun qızının yoldaşı Bəşirov Şəhriyar intihar edərək ölmüşdür. O, özü hazırda Xətai rayonun 87 saylı MKİS-də işləyir və ordan aldığı maaş ilə ailəsinə baxır. Zərərçəkmiş şəxs1 28 fevral 2022ci il tarixdə evdən çıxdığı zaman Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “Asan” xidmətə gedəcəyini bildirmişdir. Xeyli müddət keçdikdən sonra onların ev nömrəsinə polis tərəfindən zəng gələrək məlumat verilmişdir ki, onun qızı Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir və Zərərçəkmiş şəxs1 meyiti Nizami rayonunda yerləşən meyitxanaya yerləşdirilib. O, dərhal ailə üzvləri ilə birlikdə həmin ünvana getmişdir. Sonra istintaqın gedişatı zamanı hadisənin bütün təfərrüatları ilə tanış olmuş və ona məlum olmuşdur ki, «Kia CEED» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin sahibi Təqsirləndirilən şəxs Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçəsi istiqamətində əsas yolun sol zolağı ilə, yəni ən sürətli yolu ilə saatda 90 km sürətlə hərəkət edən zaman Heydər Əliyev prospekti 119 ünvanında yolu sağdan-sola asta qaçışla keçmək istəyən Zərərçəkmiş şəxs1 nəqliyyat vasitəsinin ön sol hissəsi ilə vuraraq həmin yolun əks istiqamətinə atmışdır. Həmin zaman əks yolla Hava Limanı istiqamətində yolun orta zolağı ilə hərəkətdə olan Şahid idarə etdiyi “Toyota Corolla“ markalı **-LJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə piyadanın üzərindən keçmişdir. Hazırda onun sürücülər barədə heç bir tələb və şikayəti yoxdur. «Kia CEED» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin sahibi Təqsirləndirilən şəxs hadisəni törəməsində peşman olması, həmin hadisəni ehtiyatsızlıqdan törətdiyi üçün sürücü barəsində heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi bağlar massivində yaşayır. O, beş ildir ki evlidir və iki qız övladı var. 28 fevral 2022-ci il tarixdə o, idarə etdiyi “Ford Transit” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı yük maşını ilə Heydər Əliyev prospekti istiqaməti ilə evə getmişdir. O, bildirir ki, onun avtomobili tam saz vəziyəttə idi. O, Heydər Əliyev prospekti ilə istiqaməti Hava limanı tərəfə olmuş və həmin prospektin 3 zolağlı yolun ortadakı zolağı ilə avtomobilini idarə etmişdir. Həmin zaman idarə etdiyi “Ford Transit” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı yük maşınını saatda 70-80 ilə təqribən idarə etmiş və qəflətən sol tərəfdən ona ağ rəngdə hadisədən sonra bildiyi “Hyundai Elantra” markalı avtomobil çırpılmışdır. O, avtomobildən hadisədən sonra çıxmağa cəhd etdikdə görmüşdür ki, ayağını tərpədə bilmir və sınıq olduğunu anlamışdır. Ona vətəndaşlar maşından çıxmağa kömək etmişlər. O, dərhal hadisə yerindən təcili yardımın əməkdaşlarının köməkliyi ilə travmatologiya xəstəxanasına getmişdir. Cavabdehin törətdiyi cinayət əməli ibtidai istintaq zamanı sübuta yetirilmişdir. Cinayət əməli nəticəsində onun mükiyyətinə və sağlamlığına ziyan dəymişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, idarə etdiyi “Ford Transit” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10266 (on min iki yüz altımış altı) manat maddi ziyan dəymişdir. Lakin bu rəqəm ibtidai istintaq zamanı mütəxəssis tərəfindən müəyyən edilmiş rəqəmdir. Amma avtomaşınına dəymiş ziyan bundan artıqdır. Belə ki, o, avtomobili 22000 manata almışdır. Lakin baş vermiş hadisədən sonra avtomobilini 8000 manata satmalı olmuşdur, çünki səhətində yaranmış problemlə bağlı pul lazım idi. Eləcə də hadisə zamanı keçirdiyi epilepsiya nəticəsində dişləri qıc olmuş və nəticədə dişləri sınmışdır. Bu səbəbdən də dişlərini düzəldərək özünə yeni dişlər vurdurmaq məcburiyyətində qalmışdır və bununla bağlı yeni dişlərin haqqı və diş həkiminin haqqı olaraq 2000 (iki min) manat pul xərcləmişdir. Eləcə də o, sürücü işləyirdi və aylıq 1500-2000 manat qazanc əldə edirdi və əldə etdiyi qazancla ailəsinin dolanışığını təmin edirdi. Belə ki, ailəlidir, iki körpə övladı vardır. Hadisədən sonra isə işləyə bilmir, ailəyə qazanc gətirə bilmir. Çünki hadisə zamanı aldığı xəsarətlər, yəni diz qapağının sınaraq yerindən çıxması nəticəsində ayağı qatlanmır. Həmçinin sağ çiynindən xəsarət almışdır. Bunun nəticəsində 2022-ci ilin fevral ayından bu günə kimi ötən bu müddət ərzində 15000 manat gəlirdən məhrum olmuşdur. Belə ki, sürücü olaraq işləyərək aldığı aylıq əmək haqqının aşağı həddi olan 1500 manat ötən bu 10 aya vurduğu zaman 15000 manat pul edir ki, o, bu gəlirdən məhrum olub. Eləcə də nəzərə alınarsa ki, ayağının qatlanmaması nəticəsində hələ uzun müddət də işləyə bilməz, demək əldə çıxmış bu gəlirin məbləği gündən-günə artır. Diz qapağının sınaraq yerindən çıxması nəticəsində yaranmış problemin aradan qaldırılması ilə bağlı əməliyyat olunmuşdur. Əməliyyatına valideynləri təxminən 14000 manatdan artıq pul xərcləyiblər. Lakin buna baxmayaraq, hələ də sağlamlığına qovuşmamışdır. Çünki həkimlərin dediyi kimi onun ayağının diz qapağı dəyişdirilməlidir. Bu isə küllü miqdarda vəsait (pul) tələb edir. Həmin vəsait (pul) lazımdır ki, o, əvvəlki sağlığına qovuşa bilsin. Lakin nə onda, nə də ki valideynlərində bu vəsait (pul) yoxdur. Çünki, hadisədən sonra qəzanın yaratdığı fəsadlar nəticəsində işləməyəcək hala düşmüşdür. Valideynləri isə qoca, yaşı çox olan insanlar olduqları üçün işləyib gəlir əldə edə bilmirlər. Əllərində, ovuclarında isə olan varyoxlarını satıb onun əməliyyat xərclərini ödəyiblər və əllərində və evində satıb pula çevirə biləcəyi elə bir əşya qalmayıb ki, valideynləri onları satıb onun müalicə xərclərinə, əvvəlki sağlığına qovuşmağı üçün xərcləyə bilsinlər. Eləcə də valideynlərinin ondan başqa ümidləri yoxdur. O, işləyib qazanc əldə edirdi və valideynlərinə baxırdı. Lakin hadisədən sonra işləyə bilmir və başqa da heç bir yerdən gəliri yoxdur. Bütün bunlara baxmayaraq təqsirləndirilən şəxs olan cavabdeh bu günə kimi bircə dəfə də olsun onun yanına gəlməyib, qapısını açmayıb, o, xəstəxanada olan zaman üzrxaqlıq etmək üçün valideynlərinin yanına gəlməyib. Ona dəymiş fiziki və maddi ziyanla bağlı heç bir tədbir görməyib, bir qara qəpikdə olsun ona maddi köməklik etməyib. Eləcə də həkimlərin dediyinə görə hələ uzun müddət işləyə bilməyəcək, ayağı düzəlməsə ümumiyyətlə işləyə bilməyəcək. Hazırda da ambulator şəraitdə müalicəsi davam edir. Bu da dərman preparatlarının alınmasına və müalicəsi ilə bağlı əlavə xərclər deməkdir. Həmçinin o, bankdan kredit götürmüşdür və işləyərək aldığı aylıq 1500-2000 manat əmək haqqından hər ay götürdüyü krediti ödəyirdi. Lakin, törədilmiş qəzadan sonra işləyə bilmədiyi üçün kreditini də ödəyə bilməmişdir, bu səbəbdən də onun hazırda banka 20000 manat ödənilməmiş kredit borcu vardır. Bir daha qeyd edir ki, o, ailənin yeganə qazanc mənbəyidir və əldə etdiyi gəlirlə ailəsinin bir aylıq dolanışığını təmin edirdi. Cavabdehin hərəkətləri nəticəsində artıq 10 aya yaxındır ki, işləyə bilmir. Ayağı normal işləmədiyi üçün hələ uzun müddətdə işləyə bilməyəcək. İşləyə bilmədiyi və bundan sonra işləyə bilməyəcəyi müddətdə gəlir əldə edəcəkdim ki, həmin gəlirlə də ailəni dolandıracaqdı. İşləyə bilmədiyi hazırkı dövr üçün 15000 manat və bundan sonra işləyə bilməyəcəyi an azı 6 ay üçün 9000 manat, ümumilikdə 24000 (iyirmi dörd min) manat maddi ziyan dəymişdir. Cavabdehin törətdiyi cinayət əməli ibtidai istintaq zamanı sübuta yetirilmişdir. Həmçinin cavabdehin törətdiyi cinayət əməli nəticəsində mükiyyətinə də ziyan dəymişdir. Belə ki, cinayət işinin materiallarında olan avto servis tərəfindən verilmiş arayışdan görünür ki, idarə etdiyi “Ford Transit” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10266 (on min iki yüz altımış altı) manat maddi ziyan dəymişdir. Eləcə də cavabdehin cinayət əməli nəticəsində aldığı xəsarətlərə görə bir neçə dəfə əməliyyat olunmuşdur. Ötən bu müddət ərzində müxtəlif müayinələrdən keçmişdir və müalicələr almışdır və dişlərini düzəltdirmişdir ki, həmin müayinə, müalicələrinə və dişlərin də təxminən 16000 (on altı min) manata yaxın xərci çıxmışdır. Beləliklə, cavabdehin cinayət əməli nəticəsində ona ümumilikdə 50266 (əlli min iki yüz altmış altı) manat maddi ziyan dəymişdir. Cavabdehin cinayət əməli nəticəsində onun sağlamlığına xəsarət yetirərək əmlakına ziyan vurmuşdur. 10 aya yaxın vaxt keçməsinə baxmayaraq müalicəsinə heç bir köməklik etməməsi, iş qabiliyyətini itirməsi, bundan sonra da uzun müddət (ən azından 6 ay) işləyə bilməyəcəyi, ailənin yeganə qazanc gətirəni olduğundan bu hadisə ilə bağlı ailəsinin çətin maddi durumla üzləşməsi ilə əlaqədar olaraq güclü əsəb gərginliyi, stres, həyəcan, psixi sarsıntı keçirmiş və əsəblərində pozuntu yaramış və bunun nəticəsində mənəvi ziyana məruz qalmışdır. Göründüyü kimi cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona həm maddi, həm mənəvi, həm də fiziki ziyan yetirilmişdir. Onu da qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində bir nəfər ölmüş, bir neçə nəfər şəxs isə həm maddi, həmi fiziki və həmdə mənəvi ziyan görmüşdür. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs onun xeyrinə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş (dəymiş) maddi ziyana görə, yəni əmlakına vurduğu ziyana görə 10266 (on min iki yüz altmış altı) manat pulun, sağlamlığı ilə bağlı olunduğu müayinə, müalicə və əməliyyat xərclərinə görə 16000 (on altı min) manat, itirmiş olduğu və olacağı qazanca görə əldən çıxmış fayda olaraq 24000 (iyirmi dörd min) manat və dəymiş mənəvi ziyan olaraq 5000 (beş min) manat, cəmi 55266 (əlli min iki yüz altımış altı) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 256 (iki yüz əlli altı) manat pulun alınaraq ona verilməsi barədə mülki iddianın təmin edilməsini xahiş edir. Sonda zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs onun istədiyi məbləğdə ziyanı ödəmədiyi üçün sonuncudan şikayətçi olduğunu bildirmiş və onun barəsində sərt cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, «Kia Cerato» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Həmin avtomobil 2013-cü il buraxılışlı olmaqla texniki cəhətdən saz vəziyyətdədir. 2017-ci ildə «B» katoqoriyalı sürücülük vəsiqəsi almış və həmin vaxtdan da müxtəlif markalı avtomobillər idarə etmişdir. 2021-ci ilin baharından «Kia Cerato» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobil texniki pasportla X6 məxsusdur, sadəcə o, Asəf Cəfərovdan 2021-ci il tarixdə həmin avtomobili almışdır. O, həmin şəxsi şəxsən tanımır və heç bir münasibəti yoxdur. Spirtil içki ümumiyyətlə içmir və həmin gün də hər hansı spirtli içki qəbul etməmişdir. O cümlədən, hər hansı narkotik tərkibli maddə və ya dərman qəbul etmir. O, 3 nömrəli internat məktəbində loqoped müəlliməsi işləyir və 28 fevral 2022-ci il tarixdə o, Heydər Əliyev prospekti ilə işlədiyi 3 nömrəli internat məktəbinə gedirdi. O, Heydər Əliyev prospektində Asan xidmətin qarşısına çatmamış adi qaydada hərəkətinə davam etmişdir. O, 3 zolaqlı yolda hərəkəti istiqamətində orta zolaqla, yəni sürətli olmayan zolaqla hərəkətdə idi. Diqqəti yolda idi. Avtomobilin sürəti təqribən saatda 70-75 kilometr idi. Təqribən saat 15:00 radələrində o, əks hərəkət yolunda bir piyadanın sonradan markasını bildiyi «Kia-Ceed» markalı avtomobillə vurulmasını və piyadanın havaya qalxaraq onun hərəkət yoluna istiqamətləndiyini görmüşdür. Buna diqqət edərkən eyni vaxtda anidən «Hyundai Elantra» markalı avtomobilin əks hərəkətli yollar arasında olan bardyoru aşaraq onun qarşısında hərəkətdə olan «Ford» markalı yük avtomaşınını sürücü tərəfdən sürətlə çırpıldığını görmüşdür. “Hyundai Elantra” markalı avtomobil o qədər sürətlə gəlib zərbə ilə «Ford» markalı yük maşınına çarpıldısa onu ikinci dərəcəli yola çıxartmışdır və özü isə yolda qaldığından fırlanaraq onun idarə etdiyi avtomaşına da dəymişdir. Onun avtomaşının qabaq sol tərəfindən zədələmişdir. Hadisə o qədər ani və gözlənilməz olmuşdur ki, o, tormoz əyləcindən belə istifadə edə bilməmişdir. O, həmin zaman əylənc pedalına basaraq idarə etməyini itirmədən avtomobilini öz təhlükəsizliyi üçün dayandırmışdır. Bildirmişdir ki, hadisədən qabaq o, idarə etdiyi avtomobil ilə “Ford” markalı avtomobilin arasında təqribən 6-7 metr məsafə olmuşdur. Həmin yol hərəkətli olduğundan hadisə yerinə bir neçə dəqiqənin içərisində xeyli adam toplaşmış, polis əməkdaşları və təcili yardım maşını gəlmişdir. Orada ona məlum olmuşdur ki, vurulan piyada cavan qadındır və artıq ölmüşdür. Sonra hadisə yerinə müstəntiq də gəlmişdir. Hadisədən sonra bilmişdir ki, qara rəngli əks istiqamətdə olan “Kia Ceed” markalı **-HH- *** dövlət qeydiyyat nömrə nişanlı olduğunu və həmin avtomobil piyadanı vuraraq onun yoluna atmışdır və onunla eyni istiqamətdə həmin Heydər Əliyev prospektində olan «Toyota-Carolla» markalı avtomobilin piyadanın üzərindən keçməsini bilmişdir. Lakin, həmin hadisəni zamanında görməmişdir və ətraflı olaraq o, hadisə barədə heçnə bilmir. Əlavə olaraq, hadisədən sonra məlum olmuşdur ki, “Kia Ceed” markalı, **-HH-*** dövlət qeydiyyat nömrə nişanlı olduğunu bildiyi avtomobil qarşında olan “Ford” markalı avtomobilə çırpılan “Hyundai Elantra” markalı avtomobili vuraraq onun yoluna atmışdır. Yol-nəqliyyat hadisəsi zamanı ona ümumilikdə 5228 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 ona dəymiş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı X5 verdiyi ifadəsində göstərmişdir ki, «Hyundai Elantra» markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil 2014-cü il buraxılışlı olmaqla texniki cəhətdən saz vəziyyətdədir. 1982-ci ildə «BC» kateqoriyalı sürücülük vəsiqəsi almışdır və həmin vaxtdan da müxtəlif markalı avtomobillər idarə etmişdir. 2021-ci ilin payızından “Hyundai Elantra” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobil texniki pasportla ona məxsusdur. Spirtli içki ümumiyyətlə içmir və həmin gün də hər hansı spirtli içki qəbul etməmişdir. O cümlədən, hər hansı narkotik tərkibli maddə və ya dərman qəbul etməmişdir. 28 fevral 2022-ci il tarixdə günorta vaxtı saat təxminən 15 radələrində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən evinə getmək üçün Nizami rayonu Heydər Əliyev prospektində yerləşən “Çinar plaza” ofis binasından «Hyundai Elantra» markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yola çıxmışdır. Həmin vaxt avtomobilində tək olmuş və avtomobilində yük olmamışdır. O, Heydər Əliyev prospekti ilə şəhər istiqamətində avtomobili təqribən 80 km/saat sürətlə idarə etmişdir. Heydər Əliyev prospektində Asan xidmətin qarşısına çatarkən adi qaydada hərəkətinə davam etmişdir. O, 3 zolaqlı yolda hərəkəti istiqamətində orta yəni ikinci zolaqla hərəkətdə olmuşdur. Diqqəti qabaqda olsa da, əsasən öz hərəkət zolağına fikir vermişdir. Həmin yolu keçmək üçün asta qaçışla sağdan sola hərəkət edən qızı görmüş və həmin an avtomobilin surətini ayağını qazdan çəkərək nisbətən azaltmışdır. Həmin vaxt onun arxada sol tərəfində də hadisədən sonra markasını dəqiqləşdirdiyi «Kia-CEED» markalı avtomobil hərəkət etmişdir. Avtomobil ondan 5-6 metr arxada ondan soldaki zolaqla hərəkət etmişdir. Həmin avtomobillə sürətləri demək olar ki, eyni olmuşdur. Diqqəti piyada keçidinə məhəl qoymayaraq yolu keçmək üçün asta qaçışla sağdan-sola hərəkət edən piyadada olmuş və o, piyadanı keçdikdən sonra təhlükəni keçməsini düşünmüşdür. Təxminən bir neçə saniyə sonra arxada onun avtomobilinə zərbə dəyərək avtomobilinin təhlükəsizlik yastıqğları açılaraq onun üzünə dəyərək dodağını partlatmış və həmin zərbədən onun avtomobili əks istiqamətdə olan yola çevirərək atmışdır. Yaşdığın havası alındığında o görmüşdür ki, avtomobilini idarə edə bilmir və dərhal əks istiqamətdə olan hadisədən sonra markasını dəqiqləşdirdiyi «Ford- Transit» markalı yük daşıyan avtomobildə idi. O, həmin hadisə zamanı nə baş verdiyini görməmişdir. O, avtomobildən yol nəqliyyat hadisəsindən sonra adını bilmədiyi kürən saçlı bir cavan oğlan kömək edərək çıxartmışdır. Hadisədən sonra ona məlum olmuşdur ki, onun arxasında sol istiqamətdə gələn hadisədən sonra markasını dəqiqləşdirdiyi «Kia CEED» markalı “10-HH- 499” dövlət qeydiyat nömrəli avtomobil həmin yolu keçən piyadanı vuraraq əks istiqamətdə olan yola ataraq həmin yol nəqliyyat hadisəni törətmişdir. Həmin hadisədə zərbənin təsirindən onun avtomaşını öz hərəkəti istiqamətində yolun əks tərəfinə əsas hərəkət olan yola çıxmış və «Ford» markalı avtomobilə zərbə vuraraq «Ford» öz hərəkəti istiqamətində yolun sağ tərəfindən olan bardyorun üzərindən də keçərək ikinci dərəcəli yola çıxıb dayanmışdır. Həmin anda «Ford» markalı avtomobilin arxasınca hərəkətdə olan «Kia-Cerato» markalı avtomobil də öz hərəkəti istiqamətində yolun sağ, yəni üçüncü zolağında ona məxsus olan «Hundaielantra» markalı avtomobilinə çırpılmış və avtomobillər dayanmışdır. O, piyadanı vurduqdan sonra piyada havaya qalxaraq əks hərəkət zolağının üzərinə doğru hərəkət etdiyini və əks istiqamətdə olan sonradan markasını bildiyi «Toyota Carolla» markalı avtomobilin piyadanın üzərindən keçməsini görməsə də, sonradan eşitmişdir ki, belə olmuşdur. Birdə xatırlamışdır ki, həmin yol hərəkətli olduğundan hadisə yerinə bir neçə dəqiqənin içərisində xeyli adam toplaşmış, polis əməkdaşları və təcili yardım maşını gəlmişdir. Orada ona məlum olmuşdur ki, vurulan piyada cavan qadındır və artıq ölmüşdür. Sonra hadisə yerinə müstəntiq də gəlmişdir. Polislər tez maşınları da yoldan kənara çəkərək yolda hərəkəti bərpa etmişdir. YNH-si zamanı ona ümumilikdə 25134 manat maddi ziyan dəymişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 2/3319 saylı xx.xx.2022-ci il tarixli aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri yoxdur. İş materiallarında olan BDYPİ-dən alınmış sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə “BC” kateqoriyalı AD 118205 nömrəli sürücülük vəsiqəsinin verilməsi və onun sürücülük hüququndan məhrum edilənlərin siyahısında olmaması, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs olmadığı müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 41 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 meyiti məhkəmə-tibbi müayinə olunarkən aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beyin toxumasının əzilməsi, baş beyinə, qişalarına, mədəciklərinə qansızma, kəllə qapağı və üz skelet sümüklərinin kəllə əsasına keçən mürəkkəb sınıqları, ağciyərin, dalağın zədələnməsi, soldan körpücük sümüyünün, İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların qoltuq önü xətt üzrə, İİİ,İV,V,Vİ,Vİİ qabırğaların onurğayanı xətt üzrə yayılmış sınıqları, çanaq sümüklərinin simfizdən aralanması, sol baldırın açıq sınığı, sol budun qapağı sınığı, bədənin əzilmiş yaraları, qançır və sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl, yəni xx.xx.2022-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən avtomaşınla vurulma nəticəsində əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 157 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, X1 almış olduğu xəsarətlər - sağ əlin arxa səthinin sıyrıqları; qarnın ön səthinin hər iki qasıq nahiyəsini əhatə edən sıyrıq və hematomaları bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, xx.xx.2022-ci il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 186 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər - sağ diz qapağının açıq çox qəlpəli yerdəyişmiş sınığı; sağ çiyin qurşağının qançırı- bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, xx.xx.2022-ci il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan “Məhkəmə tibbi-situasion” ekspertizasının 13 sentyabr 2022ci il tarixli T399/2022 saylı rəyində qeyd edilmişdir ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 adma tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir ki: 1. Mərhumə Zərərçəkmiş şəxs1 meyitinin xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin toxumasının əzilməsi, baş beyinə, qişalarına, mədəciklərinə qansızma, kəllə qapağı və üz skeleti sümüklərinin kəllə əsasına keçən mürəkkəb sınıqları, ağciyərin, dalağın zədələnməsi, soldan körpücük sümüyünün, İİİ-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə, lll- Vİİ qabırğaların onurğayanı xətt üzrə yayılmış sınıqları, çanaq sümüklərinin simfizdən aralanması, sol baldırın açıq sınığı, sol budun qapalı sınığı, bədənin əzilmiş yaraları, qançır və sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl, yəni xx.xx.2022ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olan şəxsin avtomaşınla vurulması, sonra hərəkətdə olan digər avtomaşının onun üzərindən keçməsi nəticəsində əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Həmin xəsarətlərdən sol baldır sümüklərinin açıq sınığı, sol budun qapalı sınığı, kəllə qapağı və üz skeleti sümüklərinin kəllə əsasına keçən mürəkkəb sınıqları, baş beyinə, qişalarına, mədəciklərinə qansızma hərəkətdə olan “Kia CEED” markalı avtomaşınla piyadanın vurulması və zərblə yol örtüyünə dəyməsi, ağciyərin, dalağın zədələnməsi, soldan körpücük sümüyünün, lll-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə, lll-Vİİ qabırğaların onurğayam xətt üzrə yayılmış sınıqları, çanaq sümüklərinin simfizdən aralanması hərəkətdə olan “Toyota Corolla” markalı maşının alt hissələrinin təsirindən və yol örtüyü ilə avtomaşın arasında sürüklənməsi nəticəsində əmələ gələ bilərdilər. Xəsarətlər qısa bir zamanda əmələ gəldiklərindən və onların hər biri ölümə səbəb ola bildiyində ölümün konkret olaraq hansı avtomobil hissələrinin təsirindən əmələ gəlmələri, barədə fikir söyləmək mümkün olmamışdır və mərhumə Zərərçəkmiş şəxs1 ölümünə səbəb daxili üzvlərin zədələnməsi, skelet sümüklərinin çoxsaylı sınıqları, başın küt travması, baş beyinə, qişalarına, mədəciklərinə qansızma nəticəsində yaranmış ağır travmatik şok olmuşdur. İş materiallarında olan “Komisiyon məhkəmə tibb” ekspertizasının 14 oktyabr 2022ci il tarixli T451/2022 nömrəli rəyində 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir ki, mərhumə Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı baş beyin toxumasının əzilməsi, baş beyinə, qişalarına, mədəciklərinə qansızma, kəllə qapağı və üz skeleti sümüklərinin kəllə əsasına keçən mürəkkəb sınıqları, ağciyərin, dalağın zədələnməsi, soldan körpücük sümüyünün, lll-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə, lll-Vİİ qabırğaların onurğayanı xətt üzrə yayılmış sınıqları, çanaq sümüklərinin simfizdən aralanması, sol baldırın açıq sınığı, sol budun qapalı sınığı, bədənin əzilmiş yaraları, qançır və sıyrıqları aşkar edilmişdir. Qeyd edilən skelet sümüklərinin və daxili üzvlərin kobud zədələnmələri həyatla bir araya sığmayan xəsarətlər qrupuna aid olduğundan birbaşa ölümə səbəb olmuşdur. Mərhumə Zərərçəkmiş şəxs1 kəllə qapağı və üz skeleti sümüklərinin kəllə əsasına keçən mürəkkəb sınıqları, baş beyinə, qişalarına, mədəciklərinə qansızma nəticəsində kəllə sümükləri mürəkkəb deformasiyaya uğradığından baş beyin toxuma və qişalarının zədələnməsi ilə müşayiət olunduğundan həmin xəsarətlər ölümünə səbəb olmuşdur. Zərərçəkmiş şəxs1 ağciyərin, dalağın zədələnməsi, soldan körpücük sümüyünün lll-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə, lll-Vİİ qabırğaların onurğayanı xətt üzrə yayılmış sınıqları, çanaq sümüklərinin simfizdən aralanması nəticəsində daxili üzvlərin zədələnməsi, skelet sümüklərinin çoxsaylı sınıqları nəticəsində də ölümünün baş verməsi mümkündür. İş üzrə təyin edilmiş və keçirilmiş kompleks məhkəmə videogörüntü və yol-nəqliyyat hadisələri ekspertizasının 8/961-4/558 saylı 14 iyun 2022-ci il tarixli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: ekspertizaya təqdim olunmuş bir ədəd işlək olmayan üzü ağ rəngdə olan DVD-R formatlı diskdə qeydə alınmış AVL+MVL TŞ4-183 3-2022-02-28_15h40 min OOsOOOms adlı videoyazıya görə tədqiqi hissədə göstərilən məsafələrdə “Kia CEED” markalı avtomobilin orta sürəti vKİA CEED= 108 km/saat, “Hundai Elentra” markalı avtomobilin orta sürəti VHyundai Elantra = 83 km/saat, “Toyota Corolla” markalı avtomobilin orta sürəti isə VToyotao Corolla = 71 km/saat olmuşdur. Tədqiqi hissədə qeyd olunan səbəblərdən “Ford Transit” və “Kia Cerato” markalı avtomobillərin videoyazıya görə sürətlərini müəyyən etmək mümkün olmadı. Piyada “Kia CEED” markalı avtomobil tərəfindən vurulduğu andan qarşı hərəkəkət zolağına düşdüyü ilk ana qədər (başı üstə asfaltla ilk təmasda olduğu ana qədər) keçən müddət T=0,880 san, “Toyota Corolla” markalı avtomobil tərəfindən vurulma anına qədər keçən müddət isə 1,840 san təşkil edir. Piyada “Kia CEED” markalı avtomobil tərəfindən vurulduqdan sonra qarşı hərəkət zolağına düşdüyü ilk yer (başı üstə asfaltla ilk təmasda olduğu yer) əsas və köməkçi yolları ayıran bardyurun kənarından olmaqla 2 m, “Toyota Corolla” markalı avtomobillə ilk təmasda olduğu məsafə isə əsas və köməkçi yolları ayıran bardyurun kənarından olmaqla 5 m təşkil edir. “Ford Transit” və “Kia Cerato” markalı avtomobillərin piyadanın vurulması anında yazı qurğusundan uzaq nəsafədə olmaları verilmiş anda bu nəqliyyat vasitələrinin hadisə yerindəki real koordinantlarını videoyazıya görə dəqiq müəyyən etməyə imkan vermir. Bu səbəbdən də: 1) “Ford Transit” markalı avtomobilin sürətini, eləcə də, təhlükə yaranan anda, yəni “Hundai Elantra” markalı avtomobil bardyurun üzərindən keçərək əks yola istiqamətləndiyi anda “Ford Transit” markalı avtomobilin toqquşma yerindən olduğu məsafəni və “Hyundai Elentra” markalı avtomobillə aralarındakı məsafəni müəyyən etmək mümkün olmadı. 2) “Kia Cerato” markalı avtomobilin sürətini, eləcə də, təhlükə yaranan anda, yəni “Ford Transit” və “Hundai Elantra” markalı avtomobillərin toqquşduğu anda “Kia Cerato” markalı avtomobilin toqquşma yerindən olduğu məsafəni və “Ford Transit” markalı avtomobillə “Kia Cerato” markalı avtomobilin aralarındakı məsafəni müəyyən etmək mümkün olmadı. İstintaq tərəfindən verilən məlumatlara əsasən “Kia Ceed” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 108 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Verilən məlumatlara əsasən “Toyota Corolla” markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Aparılmış hesabata əsasən sürücünün hərəkəti üçün təhlükə yarandığı anda Toyota Corolla markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobil piyadanın vurulma yerindən 36,3 metr aralı məsafədə olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Elantra” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “Ford Transit” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 və Kia Cerato markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, 18 mart 2022-ci il tarixdə DİN-in TŞ xidmətindən daxil olmuş 003- 4840-1222 saylı məktub ilə daxil olmuş 20 dəqiqəlik CD disk maddi sübut hesab edilmiş, yol-nəqliyyat hadisəsində iştirak etmiş və istintaq zamanı sahiblərinə qaytarılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Kia CEED” markalı, Şahid idarə etdiyi “Toyota Carolla” markalı, Zərərçəkmiş şəxs3 idarə etdiyi “Ford Transit” markalı, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kia Cerato” markalı və X1 idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillər maddi sübut qismində tanınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 23 iyun 2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 59.1.11-59.1.14-cü maddəsinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onun xeyrinə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş (dəymiş) maddi ziyana görə, yəni əmlakına vurduğu ziyana görə 10266 (on min iki yüz altmış altı) manat pulun, sağlamlığı ilə bağlı olunduğu müayinə, müalicə və əməliyyat xərclərinə görə 16000 (on altı min) manat, itirmiş olduğu və olacağı qazanca görə əldən çıxmış fayda olaraq 24000 (iyirmi dörd min) manat və dəymiş mənəvi ziyan olaraq 5000 (beş min) manat, cəmi 55266 (əlli min iki yüz altımış altı) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 256 (iki yüz əlli altı) manat pulun alınaraq ona verilməsi barədə ərizə vermişdir. Bundan başqa, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı X5 cinayət əməli nəticəsində onun avtomobilinə vurulmuş zərərin əvəzi qismində 25134 manat və 750 manat müalicə xərci olmaqla, ümumilikdə 25884 manat pulun onun xeyrinə tutulması barədə ərizə vermişdir. İş materiallarında olan və məhkəmənin qərarı ilə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 23 may 2023-cü il tarixli, 9/2641 nömrəli rəyindən görünür ki, tədqiq edilən 2014-cü il buraxılışlı “Hyundai Elantra” markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 17600,0 (22000,0 m - 20%) manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan Ford servis mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2000-ci il buraxılışlı “Ford Tranzit” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8206,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Kia Motors” şirkətinin 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2013-cü il buraxılışlı “Kia Cerato” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4230,0 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs “Ford Transit” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8206 manat (ekspert rəyinə əsasən) məbləğində maddi ziyan, 1500 manat mənəvi ziyan, 2500 manat müalicə xərci və ödənilmiş 256 manat dövlət rüsumunun əvəzi tutularaq, Zərərçəkmiş şəxs3 verilməli, o cümlədən zərərçəkmiş şəxs və mülki iddiaçı X1 mülki iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs “Hyundai Elantra” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan qismində 17600 manat pul (ekspert rəyinə əsasən) və 500 manat müalicə xərci tutularaq, X2 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 370 (üç yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsində iştirak etmiş Təqsirləndirilən şəxs idarə etdiyi “Kia CEED” markalı, Şahid idarə etdiyi “Toyota Carolla” markalı, Zərərçəkmiş şəxs3 idarə etdiyi “Ford Transit” markalı, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kia Cerato” markalı və X1 idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillərin istintaq zamanı qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 80 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 480 manat (80x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs3 və X1 mülki iddiaları qismən təmin edilsin. Təqsirləndirilən şəxs “Ford Transit” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8206 (səkkiz min iki yüz altı) manat məbləğində maddi ziyan, 1500 (min beş yüz) manat mənəvi ziyan, 2500 (iki min beş yüz) manat müalicə xərci və ödənilmiş 256 (iki yüz əlli altı) manat dövlət rüsumunun əvəzi tutularaq, Zərərçəkmiş şəxs3 verilsin. Təqsirləndirilən şəxs “Hyundai Elantra” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan qismində 17600 (on yeddi min altı yüz) manat pul və 500 (beş yüz) manat müalicə xərci tutularaq, X2 ödənilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 370 (üç yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Kia CEED” markalı, Şahid idarə etdiyi “Toyota Carolla” markalı, Zərərçəkmiş şəxs3 idarə etdiyi “Ford Transit” markalı, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kia Cerato” markalı və X1 idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillərin ibtidai istintaq zamanı qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar