Məhkəmə qərarları › İş №1(007)-111/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-111/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-111/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1961-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, şübhəli şəxs qismində xx xxxxxx 2019-cu il tarixdə tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1967-ci il tarixdə Qazaxıstan Respublikası, Alma-ata şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ev 47/13, mənzil 11-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx xxxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə tanışı, həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin növbətçi hissəsinin məsul əməliyyat növbətçisinin köməkçisi vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət etmiş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəllər bir yerdə hərbi xidmətdə olmuş Zərərçəkmiş şəxs1 övladı Şahid1 işə düzəltmək istəyini bildikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 ilə görüşərək yaxın əlaqələrindən istifadə etməklə oğlunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bunun müqabilində Zərərçəkmiş şəxs1 xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 36 saylı ünvanda yerləşən “Qarabağ” adlı kafedə 2000 (iki min) manat, xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda 2000 (iki min) manat, xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda 4000 (dörd min) manat, xx xxxxxxxx 2017-ci il tarixdə həmin ünvanda 2000 (iki min) manat və xx xxxxxxxx 2017-ci il tarixdə həmin ünvanda 4000 (dörd min) manat, ümumilikdə isə 14.000 (on dörd min) manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında bölməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin növbətçi hissəsinin məsul əməliyyat növbətçisinin köməkçisi vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət etmiş tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 övladı Şahid2 daxili işlər orqanlarında işə düzəltmək istəməsi barədə qrup üzvü Təqsirləndirilən şəxs2 məlumat əldə etdikdə Zərərçəkmiş şəxs2 müraciət edərək öz qulluq mövqeyindən istifadə etməklə bu məsələdə köməklik göstərəcəyinə dair yalan vəd verib bunun müqabilində ödəniləcək pul vəsaitinin məbləğinin şərtlərinin müzakirəsi üçün onunla tanış etdikdən sonra o, Zərərçəkmiş şəxs2 övladı Şahid2 polis əməkdaşı kimi Təqsirləndirilən şəxs2 vasitəsi ilə daxili işlər orqanlarında işə düzəldəcəklərini bildirib aldadaraq, etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 36 saylı ünvanda yerləşən “Qarabağ” adlı kafedə 9000 (doqquz min) manat, xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda qrup üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə 5000 (beş min) manat, 2018-ci ilin ortalarında isə eyni ünvanda Zərərçəkmiş şəxs2 oğlu Şahid2 2000 (iki min) manat, ümumilikdə isə 16.000 (on altı min) manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncu ilə birlikdə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs3 yaxın əlaqələrindən istifadə etməklə təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bunun müqabilində Zərərçəkmiş şəxs3 xx xxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 36 saylı ünvanda yerləşən “Qarabağ” adlı kafedə həmin dövrün manatın dollar qarşısında məzənnəsinə görə 5946 (beş min doqquz yüz qırx altı) manat 50 (əlli) qəpik təşkil edən 3500 ABŞ dolları, bundan sonra daha yüksək təqaüd almasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci il tarixdə həmin ünvanda 1500 (min beş yüz) manat, daha sonra “Təqdimat” Beynəlxalq ictimai-siyasi qəzetinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci il tarixdə həmin ünvanda 1500 (min beş yüz) manat aldıqdan sonra inandırmaq üçün qohumu X5 əldə etdiyi Zərərçəkmiş şəxs3 guya həmin qəzetin xüsusi müxbiri olmasına dair 14 nömrəli vəsiqəni sonuncuya təqdim etməklə ümumilikdə 8946 (səkkiz min doqquz yüz qırx altı) manat 50 (əlli) qəpik məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında bölməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin növbətçi hissəsinin məsul əməliyyat növbətçisinin köməkçisi vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət etmiş tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 övladı Tahir Cəlalzadəni daxili işlər orqanlarına işə düzəltmək istəyini bildikdən sonra Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 ilə tanış edərək sonuncu Daxili İşlər Nazirliyinin əməkdaşı kimi öz qulluq mövqeyindən istifadə etməklə oğlunu daxili işlər orqanlarında işə düzəldəcəyinə dair yalan vəd verib aldatdıqdan sonra, o, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə bunun müqabilində sonuncudan xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında 2500 (iki min beş yüz) manat, xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 36 saylı ünvanda yerləşən “Qarabağ” adlı kafenin yaxınlığında 1500 (min beş yüz) manat, 2018-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, 143 saylı ünvanda yerləşən “Araz” adlı kafenin qarşısında 1500 (min beş yüz) manat, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 66C ünvanında yerləşən “xxxxxxx” ASC-nin Neftçilər filialının qarşısında 2500 (iki min beş yüz) manat, ümumilikdə isə 8000 (səkkiz min) manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında bölməklə Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin növbətçi hissəsinin məsul əməliyyat növbətçisinin köməkçisi vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət etdiyi dövrdə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Təqsirləndirilən şəxs1la əvvəllər bir yerdə hərbi xidmətdə olmuş Zərərçəkmiş şəxs1 övladı Şahid1 işə düzəltmək istəyi barədə qrup üzvü Təqsirləndirilən şəxs1 məlumat əldə etdikdən sonra Zərərçəkmiş şəxs1 ilə görüşərək Təqsirləndirilən şəxs1 yaxın əlaqələrindən istifadə etməklə oğlunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs1 bunun müqabilində xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 36 saylı ünvanda yerləşən “Qarabağ” adlı kafedə 2000 (iki min) manat, xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda 2000 (iki min) manat, xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda 4000 (dörd min) manat, xx xxxxxxxx 2017-ci il tarixdə həmin ünvanda 2000 (iki min) manat və xx xxxxxxxx 2017-ci il tarixdə həmin ünvanda 4000 (dörd min) manat, ümumilikdə isə 14.000 (on dörd min) manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə əvvəllcədən aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 alıb onunla öz aralarında bölməklə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 övladı Şahid2 daxili işlər orqanlarında işə düzəltmək istəməsi barədə məlumat əldə etdikdə Zərərçəkmiş şəxs2 müraciət edərək Daxili İşlər Nazirliyinin əməkdaşı kimi səlahiyyətlərindən istifadə edib oğlunu daxili işlər orqanlarında işə düzəldəcəyinə dair yalan vəd verərək aldadıb, bunun müqabilində ödəniləcək pul vəsaitinin məbləğinin şərtlərinin müzakirəsi üçün Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ilə tanış etdikdən sonra sonuncu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 36 saylı ünvanda yerləşən “Qarabağ” adlı kafedə 9000 (doqquz min) manat, xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda özü 5000 (beş min) manat, 2018-ci ilin ortalarında isə eyni ünvanda Zərərçəkmiş şəxs2 oğlu Şahid2 qrup üzvü Təqsirləndirilən şəxs1 2000 (iki min) manat, ümumilikdə isə 16.000 (on altı min) manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Təqsirləndirilən şəxs1 ilə birlikdə alıb öz aralarında bölməklə ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncu vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 yaxın əlaqələrindən istifadə etməklə təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından suiistifadə etməklə Zərərçəkmiş şəxs3 bunun müqabilində xx xxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 36 saylı ünvanda yerləşən “Qarabağ” adlı kafedə həmin dövrün manatın dollar qarşısında məzənnəsinə görə 5946 (beş min doqquz yüz qırx altı) manat 50 (əlli) qəpik) təşkil edən 3500 ABŞ dolları, bundan sonra Təqsirləndirilən şəxs1 daha yüksək təqaüd almasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci il tarixdə həmin ünvanda 1500 (min beş yüz) manat, daha sonra Təqsirləndirilən şəxs1 “Təqdimat” Beynəlxalq ictimai-siyasi qəzetinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxx 2018-ci il tarixdə həmin ünvanda 1500 (min beş yüz) manat, ümumilikdə isə 8946 (səkkiz min doqquz yüz qırx altı) manat 50 (əlli) qəpik məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aralarında əvvəlcədən olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 alıb onunla öz aralarında bölməklə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 övladı Şahid4 daxili işlər orqanlarına işə düzəltmək istəyi barədə Təqsirləndirilən şəxs1 məlumat əldə etdikdən sonra sonuncu vasitəsilə Zərərçəkmiş şəxs4la tanış olaraq Daxili İşlər Nazirliyinin əməkdaşı kimi səlahiyyətlərindən istifadə edib oğlunu daxili işlər orqanlarında işə düzəldəcəyinə dair yalan vəd verərək aldadıb etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs4 bunun müqabilində xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında 2500 (iki min beş yüz) manat, xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 36 saylı ünvanda yerləşən “Qarabağ” adlı kafenin yaxınlığında 1500 (min beş yüz) manat, 2018-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, 143 saylı ünvanda yerləşən “Araz” adlı kafenin qarşısında 1500 (min beş yüz) manat, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 66C ünvanında yerləşən “xxxxxxx” ASC-nin Neftçilər filialının qarşısında 2500 (iki min beş yüz) manat, ümumilikdə isə 8000 (səkkiz min) manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aralarında əvvəlcədən olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 alıb onunla öz aralarında bölməklə ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə təxminən 8-9 il əvvəl başqa bir tanışı vasitəsilə tanış olmuşdur, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs1 ilə Rusiya Federasiyasında birlikdə hərbi xidmətdə olmuşlar. Ağanı Tofiq kimi də çağırmışlar. Uzun müddətdən bəri görmədiyi Ağa 2017-ci ilin ayını və gününü dəqiq xatırlamadığı vaxt ona zəng vurub hal-əhval tutmuş və onu övladının toy mərasiminə dəvət etmişdir. O da Ağanın övladının toy mərasimində iştirak etmişdir. Ağa ilə söhbət edən zaman oğlunun işləyib-işləməməsi barədə maraqlanmış, Ağa da oğlunun hərbi xidmətə gedib-gəlməsini, ali təhsili olmamasını, hazırda fəhləlik etməsini, oğlunu polisə işə düzəltmək istədiyini, lakin alınmadığını, həmin adamın işə düzəltmək adı ilə pulu atdığını bildirmişdir. O da tanışı Təqsirləndirilən şəxs2 vasitəsilə həmin adamdan pulu ala biləcəklərini demiş, lakin Əhməd kömək edə bilməmiş, sonradan bildiyi qədərilə Ağa həmin şəxsdən pulunu geriyə ala bilmişdir. Əvvəllər Təqsirləndirilən şəxs2lə söhbətləri zamanı Əhmədin ona kimisə işə düzəltmək lazım olarsa deməsini bildirdiyini xatırladığından Ağaya övladını hüquq-mühafizə orqanlarının birinə işə düzəldə biləcəklərini söyləmişdir. O, Ağaya nə qədər məbləğə gücü çatacağını soruşduqda, Ağa 14.000 manat pul düzəldə biləcəyini bildirmişdir. O, bu barədə Əhmədə xəbər vermiş, Əhməd də Ağanın oğlunu işə düzəltməyin mümkün olduğunu bildirmişdir. Bundan sonra o, xatırlamadığı tarixlərdə Ağadan onun oğlunu hüquq-mühafizə xidmətlərindən birinə işə düzəltmək üçün ümumilikdə 14.000 manat pul almışdır. O, Ağadan pul aldıqdan sonra tezliklə işi həll edəcəyinə söz versə də, Ağanın ona hissə-hissə verdiyi pulları öz şəxsi məqsədləri üçün xərcləmişdir. Ağadan pulları əsasən “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Qarabağ” kafesində almışdır. O, Ağadan pulları aldığı vaxt Təqsirləndirilən şəxs2 də yanında olmuş, həmin pulları Əhmədlə bölmüşdür. Lakin hazırda nə qədər məbləğdə pul böldüklərini tam olaraq xatırlamır. Sonradan Ağa ondan işi düzəltmədiyi üçün verdiyi pulları istəmiş, o da Ağadan vaxt istəmişdir. Lakin buna baxmayaraq aldığı pulları geri qaytara bilməmişdir. Bundan sonra Ağa Əhmədlə əlaqə saxlayaraq pullarını tələb etdikdə o, Əhməd vasitəsilə Ağaya 1000 manat pul ödəmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 vasitəsilə tanımışdır, belə ki, Əhməd ona zəng vurub Eldar adlı şəxslə görüşməli olduğunu, Eldarın övladını polisə işə düzəltmək istədiyini bildirmişdir. 2017-ci ilin təxminən sonlarında Eldar ona zəng etmiş və Eldarla “Neftçilər” metrostansiyası yaxınlığında görüşmüşlər. Eldar görüşə oğlu Kənanla birlikdə gəlmişdir. Onlarla “Qarabağ” kafesində oturmuşlar. O, Eldarın oğlunun polisə yararlı biri olduğunu görüb bu barədə Əhmədə xəbər vermiş. Əhməd ona Eldardan 14.000 manat pul istəməsini tapşırmışdır. Bundan bir neçə gün sonra Əhmədlə birlikdə Eldarla “Qarabağ” kafesində görüşmüşlər, orada Eldar Əhmədin yanında ona ilkin olaraq 9000 manat pul vermiş, bundan sonra Eldar gəldiyi şəxslərlə birlikdə çıxıb getmişdir. O, Eldarın verdiyi pulu Əhmədə vermişdir. Növbəti dəfə o, Əhməd və Eldar 2017-ci ilin təxminən noyabr ayının 25-də “Qarabağ” adlı kafedə görüşmüşlər. Eldar yenə də oraya oğlu Kənan və qardaşı oğlu ilə birlikdə gəlmişdir. Həmin vaxt Eldar Əhmədə qalan 5000 manat pulu çıxarıb vermiş, Əhməd pulu sayıb tezliklə işin həll olunacağına söz verib pulu cibinə qoymuş və gözləmələrini bildirmişdir. Bundan bir müddət sonra Əhməd ona zəng vuraraq Eldardan əlavə 2000 manat da pul almaq lazım olduğunu bildirmiş, o da Eldarın oğlu Kənana zəng vuraraq bu barədə məlumat vermiş, bir neçə gün keçdikdən sonra Kənan “Qarabağ” kafesinin qarşısında Əhmədin yanında ona 2000 manat məbləğində pul vermişdir. O, həmin pulu Əhmədə vermiş, Əhməd həmin puldan 1000 manatını ona qaytarmışdır. Ümumiyyətlə Zərərçəkmiş şəxs2 alınan 16.000 manat məbləğində puldan xatırladığı qədərilə 2000-3000 manat arası ona pul çatmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs3 təqaüd düzəltmək və “Təqdimat” qəzetinə işə düzəltmək üçün ümumilikdə 3500 ABŞ dolları və 3000 manat pul almışdır. Belə ki, o, 2011-ci il tarixdən Zərərçəkmiş şəxs3 sonuncunun oğlunun işlədiyi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən “Emil” adlı ərzaq mağazasından alış-veriş edən ərəfələrdə üzdən tanımış, lakin onunla həmin vaxtlar heç bir münasibəti olmamışdır. 2016-cı ildən isə Əlfəddinlə münasibətləri yaranmışdır. 2018-ci ilin may ayında maddi cəhətdən dolanışığında çətinliklər olmuşdur. Ona görə həmin ərəfələrdə Əlfəddinlə söhbət edərkən 3500 ABŞ dollarına təqaüd düzəltdiyini, təqaüd düzəldikdən sonra adına açılan karta hər ay 180 manat pul köçürüləcəyini bildirmişdir. Əlfəddin də bir qədər fikirləşdikdən sonra onunla razılaşıb xəbər edəcəyini demişdir. xx xxx 2018-ci il tarixdə ayını və gününü xatırlamadığı vaxt Əlfəddinlə “Neftçilər” metrostansiyası yaxınlığında görüşmüşlər. Həmin vaxt Əlfəddin ona 3500 ABŞ dolları pul vermişdir. O, pulu Əlfəddindən aldıqda sonra ona tezliklə təqaüd düzəldəcəyinə söz vermişdir. Bundan sonra Əlfəddinlə birlikdə “Expressbank”a gedərək orada onun adına kart açdırmışdır. xx xxxx 2018-ci il tarixdə Əlfəddini inandırmaq üçün adına açdırdığı karta 180 manat pul köçürmüşdür. Həmin ərəfələrdə Əlfəddinlə görüşüb əlavə olaraq 1500 manat pul verərsə, təqaüdünü 700 manat etdirə biləcəyini demişdir. Təxminən bir neçə gündən sonra Əlfəddinlə “Qarabağ” adlı kafedə görüşüb qeyd etdiyi iş üçün 1500 manat pul və vəsiqə hazırlanması üçün onun fotoşəkilini almışdır. Bundan təxminən üç gün sonra Əlfəddinlə görüşüb üzərində onun fotoşəkili olan “Təqdimat” adlı qəzetin vəsiqəsini vermişdir. O, Əlfəddinlə görüşən ərəfələrdə Əlfəddinin oğlunun işlədiyi ərzaq mağazasından ümumilikdə 1000 manat dəyərində nisyə ərzaq məhsulları almışdır. O, tanışı Təqsirləndirilən şəxs2 də Əlfəddindən bir miqdar pul aldıqdan sonra tanış etmiş, Əhmədin hansı yolla onun Əlfəddini aldadıb pulu ələ keçirməsindən xəbəri olmuş və əməllərinə şərik olmuşdur. Belə ki, Əhməd Əlfəddinə onu tərifləyib hər işi düzəldə biləcəyinə inandırmışdır. Əlfəddindən aldığı puldan Əhmədə xatırladığı qədərilə 2000 manat pul vermişdir. Əlfəddin sonradan aldadıldığını bildikdə ondan pulunu tələb etmişdir. O da 1000 manat pul düzəldib Əlfəddinlə görüşüb verməsi üçün Əhmədə vermişdir. Zərərçəkmiş şəxs4 isə 2018-ci ilin təxminən iyul ayından tanımış, Zərərçəkmiş şəxs4la tanışlığı Bakı şəhəri, Nizami rayonu ərazisində ev alqısatqısı ilə məşğul olan, həmin şəxsin qohumu Cahid adlı şəxs vasitəçiliyi ilə olmuşdur. Belə ki, o, Cahidi əvvəllər həmin ərazidə görmüş, tanımış, ancaq şəxsi münasibətləri olmamışdır. Cahid haradansa onun şəxsləri işə düzəltmək bacarığının olmasını eşitmiş və 2018-ci ilin xatırladığı qədərilə iyul ayında Cahid ona yaxınlaşaraq qohumunun övladını polis orqanlarına işə düzəltmək istədiyini, ancaq tanışlarının olmadığını bildirmişdir. O da Əhmədin əvvəllər kimisə polisə işə düzəltmək lazım olarsa müraciət edə biləcəyi barədə ona dediyi sözlərə görə Cahidə yaxın dostunun polis orqanlarında vəzifədə işlədiyini bildirərək qohumunu polis orqanlarına işə düzəldə biləcəyini söyləmişdir. Bundan sonra o, Əhmədə bu barədə telefonla məlumat vermişdir. Səhəri gün Cahid ondan həmin iş məsələsi barədə maraqlandıqda o, yenidən Əhmədlə əlaqə saxlamış, Əhməd ona polisə düzəlmək istəyən şəxsi yanına aparmasını tapşırmışdır. 2018-ci ilin iyul ayında Zərərçəkmiş şəxs4 onu öz avtomobili ilə götürmüş, həmin vaxt avtomobildə Cahid, Tahir, Tahirin oğlu Zahir və Tahirin başqa bir qohumu da olmuşdur. Onlar günorta saatlarında Daxili İşlər Nazirliyinin yanına çatmışlar, orada o, Zərərçəkmiş şəxs4 və Şahid4 avtomobildən düşmüşlər, Cahid və digər şəxs isə avtomobilin yanında qalmışdır. O, Tahir və Zahirlə birlikdə Daxili İşlər Nazirliyinin arxa qapısının yanına keçmişlər, orada Əhmədə zəng vurmuş, bir neçə dəqiqədən sonra Əhməd DİN-in inzibati binasından çıxıb onlara yaxınlaşaraq görüşüb Zahirə baxmış və ona bir-iki sual vermişdir. Daha sonra Zahir onlardan bir qədər aralıya keçmiş, Əhməd onun yanında Zərərçəkmiş şəxs4 10-15 min manat məbləğində pul düzəldərsə, övladı Zahiri DİN-in Rabitə şöbəsinə düzəldə biləcəyini, həmin şöbənin maaşlarının yüksək olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 həmin vaxt deyilən məbləğə gücünün çatmayacağını, məbləğ aşağı olarsa, borc tapıb övladını işə düzəldə biləcəyini söyləmişdir. Əhməd Zərərçəkmiş şəxs4 gedib fikirləşməsini bildirmiş və onlar Əhmədlə sağollaşıb Tahirin avtomobilinə əyləşərək Nizami rayonu ərazisinə qayıtmışlar. Səhəri gün o, yenidən Zərərçəkmiş şəxs4la “Neftçilər” metrostansiyası yaxınlığında Tahirin avtomobilində görüşmüş, həmin vaxt avtomobildə Cahid və Zahir də olmuşdur. Bir az söhbət etdikdən sonra Zahir avtomobildən düşmüş, Tahir ona maksimum 8000 manat pula gücünün çatacağını, pulun çox hissəsini də borc alacağını bildirmişdir. O, bu barədə Təqsirləndirilən şəxs2 zəng vurub demiş, Zərərçəkmiş şəxs4 kasıb olduğunu, maksimum 8000 manat məbləğə gücünün çatacağını bildirdikdə Əhməd də razılaşmışdır. Səhəri gün Təqsirləndirilən şəxs2 ona ərizə-anket və tərcümeyihal forması vermiş, o, Tahir və Zahirlə “Neftçilər” metrostansiyası yaxınlığında görüşmüş, Zərərçəkmiş şəxs4 həmin sənədləri doldurmağa kömək etməsi üçün onu evlərinə dəvət etmiş, o da Tahirgilin evinə gedərək orada Zahirə ərizə-anket və tərcümeyi-hal formalarını doldurmağa kömək etmişdir. Daha sonra evdən çıxıb Tahirin idarə etdiyi avtomobillə “Neftçilər” metrostansiyası yaxınlığına getmişlər, bir qədər sonra Cahid də oraya gəlmiş, Tahir Zahir və Cahidin yanında ona 2500 manat məbləğində pul vermişdir. O, bu barədə Əhmədə zəng vurub dedikdə Əhməd təxminən 1 saata gəlib pulu ondan götürəcəyini bildirmişdir. Bundan sonra yaxınlıqdakı “Qarabağ” kafesinə gedib orada çay içmişlər, bir qədər sonra Cahid çıxıb getmişdir. Təxminən 1 saat sonra Əhməd zəng vurub kafenin yaxınlığında olduğunu bildirmiş, o, Zahir və Tahirlə kafedən çıxmış, orada Təqsirləndirilən şəxs2lə görüşmüşlər. Daha sonra o və Əhməd sonuncunun idarə etdiyi “Mercedes 600” markalı avtomobilə əyləşmişlər. Həmin avtomobildə Tahirin ona verdiyi 2500 manat pulu və ərizə-anket formasıyla Zahirin tərcüməyi-halını Əhmədə vermişdir. Bu vaxt Əhməddən həmin puldan onun payına düşəni istədikdə, Əhməd geriyə qalan məbləği Tahirdən aldığı vaxt ona da pul verəcəyini bildirmişdir. Daha sonra Əhmədlə avtomobildən düşmüşlər və Əhməd sağollaşıb getmişdir. Bundan sonra o və Tahir “Qarabağ” kafesində əyləşib yemək yedikdən sonra sağollaşıb ayrılmışlar. Bir neçə gün sonra Əhməd ona telefonla zəng vuraraq pulun geri qalan məbləğini də Zərərçəkmiş şəxs4 almasını tapşırmış, o da Zərərçəkmiş şəxs4 xatırlamadığı mobil telefon nömrəsinə zəng vuraraq bu barədə məlumat vermişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs4la “Neftçilər” metrostansiyası yaxınlığında kafedə görüşmüşlər, orada Tahir ona 1500 manat pul vermiş, həmçinin həmin pulu bankdan kredit götürdüyünü, qısa müddətdə geriyə qalanını da düzəldəcəyini bildirmişdir. O, 1500 manatın onda olduğunu zəng vurub Təqsirləndirilən şəxs2 demiş, Təqsirləndirilən şəxs2 yenə də 1 saata gələcəyini bildirmişdir. Təxminən 1 saatdan sonra Əhməd oraya gəlmiş, o, Tahirlə birlikdə çölə çıxmış, Əhməd onlarla görüşdükdən sonra ikisi Əhmədin avtomobilinə əyləşmiş, avtomobildə Təqsirləndirilən şəxs2 1500 manat pul vermiş, həmin puldan Əhməd ona 400 manat pul qaytarmışdır. Əhməd onunla və Zərərçəkmiş şəxs4la sağollaşıb getmiş, bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs4la sağollaşmışlar. Bir neçə gün sonra Əhməd yenidən zəng vuraraq Zərərçəkmiş şəxs4 geriyə qalan məbləği almasını bildirmiş, o da yenidən Tahirlə danışmış, Tahir pul tapıb ona xəbər vermişdir. Tahirlə yenidən kafedə görüşmüş, orada Tahir ona 1500 manat pul vermiş, nə üçün belə az pul gətirdiyini Tahirə bildirdikdə, o, hansısa qohumundan borca pul istədiyini, yaxın vaxtlarda geriyə qalan 2500 manatı tam olaraq verəcəyini demişdir. O, 1500 manat pulun onda olması barədə Təqsirləndirilən şəxs2 zəng vurub demiş, təxminən 20-25 dəqiqə sonra Əhməd bu dəfə “Niva” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə oraya gəlmişdir. Tahirlə birlikdə Əhmədlə görüşüb, Əhmədlə ikisi avtomobilə keçmiş, orada Əhmədə əziyyət çəkdiyini, ona az pul verdiyini dedikdə Əhməd təcili pul lazım olduğunu bildirmişdir. Bu zaman o, 1500 manat pulu Əhmədin avtomobilinə ataraq çıxmışdır. Bir neçə gün sonra Əhməd ona zəng vuraraq “Neftçilər” metrostansiyası yaxınlığında onunla görüşmüş, ona 200 manat pul vermişdir. Bir neçə gün sonra Əhməd yenə zəng vurub Zərərçəkmiş şəxs4la danışmasını bildirmiş, o da Tahirlə danışmış, Tahir də qısa müddət ərzində geriyə qalan pulu çatdıracağını söyləmişdir. 2018-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs4 ona zəng vuraraq hansısa qohumunun xaricdən ona pul göndərdiyini, həmin pulu götürmək üçün Nizami rayonu ərazisində yerləşən “xxxxxxx” ASC-nin filialına getdiyini bildirmişdir. O da yaxında olduğu üçün birlikdə getməyi təklif etmiş və Zərərçəkmiş şəxs4la “xxxxxxx”a getmişlər. Orada Tahir 1500 ABŞ dolları pul götürüb həmin pulu Azərbaycan manatına çevirmiş və 2500 manat məbləğində pulu ona vermişdir. Bundan sonra o, pulun onda olması barədə Əhmədə zəng vurub demiş və Tahirlə birlikdə yaxınlıqdakı kafeyə getmişlər. Bir az sonra Zahir də oraya gəlmişdir. Əhməd də bir müddətdən sonra həmin kafeyə gəlmiş, orada oturub çay içmişlər. Əhməd Zahirə narahat olmamasını, yaxın müddətdə polis işçisi olacağını bildirmişdir. Daha sonra onlar çölə çıxmış, o və Əhməd sonuncunun yaxınlıqdakı “Mercedes 600” markalı avtomobilinə əyləşmişlər. Orada 2500 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, Əhməd həmin puldan ona 400 manat pul vermişdir. Daha sonra avtomobildən düşmüşlər və sağollaşıb ayrılmışlar. Bundan sonra Zərərçəkmiş şəxs4 o və Təqsirləndirilən şəxs2lə tez-tez telefon əlaqəsi saxlamağa, görüşməyə başlamış, hər görüşdə Əhməd Tahirə övladının işindən narahat olmamasını demişdir. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 övladı Zahiri işə düzəltməmişdir. O, Təqsirləndirilən şəxs2 olmadan heç bir dələduzluq əməli etməmiş, bütün əməllərindən Təqsirləndirilən şəxs2 xəbəri olmuş, pulları öz aralarında bölüşdürmüşlər. Əhməd pul aldığı zaman ona da vermiş, o da pul aldığı zaman Əhmədə də vermişdir. Təqsirləndirilən şəxs2 əvvəllər kimisə işə düzəltmək lazım olsa ona müraciət edə biləcəyini demiş, o da buna görə Zərərçəkmiş şəxs1 oğlu ilə bağlı müraciət etdikdə Təqsirləndirilən şəxs2 sözləri yadına düşdüyündən Ağanın övladını işə düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 pul almamışdan əvvəl bu barədə Təqsirləndirilən şəxs2 hər hansı bir söz deməmiş, lakin daha sonra bu barədə elə Ağa ilə görüşü zamanı Təqsirləndirilən şəxs2 xəbəri olmuş, o, Ağadan pul almağında iştirak edərək onun yanında olmuşdur. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 hər dəfə ona güvənməsini, oğlunun işini düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 5000 manat pulu Təqsirləndirilən şəxs2, 9000 manat pulu isə Təqsirləndirilən şəxs2 yanında ona vermiş, daha sonra Şahid2 2000 manat pulu Əhmədin yanında ona vermişdir. Ümumilikdə Zərərçəkmiş şəxs2 alınan 16.000 manat puldan ona cəmi 2000-3000 manat pul çatmışdır. Təqsirləndirilən şəxs2 ilk əvvəl onun Zərərçəkmiş şəxs3 qarşı törətdiyi əməllərdən xəbəri olmamış, daha sonra xəbəri olduqda onu Əlfəddinə tərifləmiş, etibarlı insan olduğunu bildirmiş, Əlfəddindən aldığı pullardan xatırladığı qədərilə 2000 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Zərərçəkmiş şəxs4 ümumilikdə 8000 manat pulu 2018-ci ilin iyul-avqust aylarında almış, həmin pulları elə Tahirdən aldığı gün onun gözü qarşısında Təqsirləndirilən şəxs2 vermiş, həmin pullardan Əhməd ona 400, 200 və 400 manat olmaqla ümumilikdə 1000 manat pul vermiş, 7000 manat pulu Əhməd mənimsəmişdir. Həmin 8000 manat məbləğində pul Zərərçəkmiş şəxs4 övladı Şahid4 Təqsirləndirilən şəxs2 tərəfindən Daxili işlər orqanlarına işə düzəldilməsi adı ilə alınmışdır. Qohumu X7 vaxtı ilə “Təqdimat” adlı qəzeti olmuş, Telman ilə uşaqlıqdan bir yerdə böyümüşlər. Daha sonra Telman Mirzəyevlə Bakı şəhərində rastlaşmışlar, bir-biri ilə yenidən qohum və dost kimi münasibətləri yaranmışdır. Telmanın qəzeti olmasını bildiyindən 2018-ci ilin iyun-iyul aylarında tanışı Əlfəddin Sərdayevə “Təqdimat” qəzetinə işə düzəldə biləcəyi barədə məlumat vermiş və ondan həmin qəzetə işə düzəltmək adı ilə 1500 manat pul almışdır. Daha sonra Telmana Əlfəddin adlı bir dostunun hazırda təqaüdçü olduğunu, imkan olarsa dostuna “Təqdimat” qəzetinin vəsiqəsini verməsini, sonuncunun da qəzetdə dərc olunması üçün informasiya və məqalələr verə biləcəyini demişdir. Telman da xahişini yerə salmamış və həmin vəsiqəni düzəltdirərək “Neftçilər” metrostansiyası yaxınlığında ona vermişdir. O, həmin vəsiqəyə görə Telmana hər hansı məbləğdə pul ödəməmiş, sadəcə qohumluq münasibətlərinə görə vəsiqəni ona vermişdir. Bundan sonra Telman dəfələrlə onu Əlfəddinlə görüşdürməsini istəsə də, o, Əlfəddindən pul almasını öyrənməsin deyə görüşü təşkil etməmişdir. Telman Mirzəyevin onun dələduzluq əməllərində heç bir iştirakı olmamış, vəsiqəni qohumu olduğu üçün vermiş, Əlfəddindən “Təqdimat” qəzetinə işə düzəltmək adı ilə pul almasından heç bir xəbəri olmamışdır. Telmanın həmin vəsiqəni harada hazırlaması, eləcə də Zərərçəkmiş şəxs3 həqiqətən işə götürüb-götürməməsi, yəni rəsmi işçi kimi qeydiyyata alıb-almaması barədə məlumatı olmamışdır. O, digər Təqsirləndirilən şəxs2 bu işlə bağlı məsuliyyətdən azad edilməsini istəyir, özünün isə həbsdən azad edilməsini istəyir ki, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsi üçün çalışsın. Təqsirləndirilən şəxs1 ifadəsinin sonunda qeyd etdiklərinin və əməlindən səmimi peşmançılıq çəkdiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2011-2019-cu illər arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrinin İdarəetmə Xidmətinin növbətçi hissəsinin məsul əməliyyat növbətçisinin köməkçisi vəzifəsində işləmişdir, xx xxxxxxx 2019-cu il tarixdə tutduğu vəzifədən azad edilib DİN-in sərəncamında saxlanılmışdır, polis polkovnik-leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs1 tanıyır, onunla 2013-cü ildə tanışı ilə birlikdə övladının toy mərasiminə gəldiyi vaxt tanış olmuş, dəfələrlə bir süfrə arxasına əyləşib yemək yeyib vaxt keçirmişlər. 2017-ci ilin ortalarında ona tanımadığı nömrədən zəng gəlmiş və zəng edən şəxs özünü Zərərçəkmiş şəxs2 kimi təqdim edərək onun nömrəsini bir nəfər tanışından aldığını bildirmişdir. Həmin vaxt telefonda Eldar ona oğlu Kənanın hərbi xidmətdən qayıtdığını və oğlunu işə düzəlmək istədiyini demişdir. O, Eldara bu məsələlərin telefon söhbəti olmadığını, bir nəfər tanışının olduğunu, həmin şəxsin nömrəsini verəcəyini və əlaqə saxlayıb görüşməsini bildirmişdir. Bundan sonra o, tanışı Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsini Eldara vermiş və Tahirlə görüşən zaman oğlunu da özü ilə birlikdə aparmasını tapşırmışdır. Eldarla telefonla danışıb qurtardıqdan sonra Tahirə zəng edərək bu barədə məlumat vermiş və görüşə gələcək oğlan barədə ona məlumat verməsini, yəni həmin insana baxıb polisə yararlı olubolmaması haqda ona bildirməsini xahiş etmişdir. Təxminən bir neçə gün keçdikdən sonra Tahir ona zəng edərək həmin şəxslərlə görüşdüyünü, görüşə gələn şəxsə baxdığını və həmin şəxsin polisə yararlı olduğunu bildirmişdir. Təxminən bir neçə gün keçdikdən sonra o, Zərərçəkmiş şəxs2, onun oğlu Şahid2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə “Neftçilər” metrostansiyası yaxınlılğında yerləşən “Qarabağ” adlı kafedə görüşmüşlər. X8 polisə düzəlməsi üçün yaxın tanışlarından xahiş etmək olmuşdur. O, Kənanın işə düzəlməsi üçün hər hansı bir şəxslə, eyni zamanda Tahir, Eldar və Kənan ilə hər hansı bir formada ünsiyyətdə olmamış, Eldara hər hansı məbləğdə pul lazım olması barədə heç bir söz deməmişdir. Kənanı işə düzəltməyi öz üzərinə götürməmiş, Eldarla Təqsirləndirilən şəxs1 vasitəsilə əlaqə saxlamışdır. Bundan bir neçə həftə sonra Kənan barədə maraqlandıqda ona Kənanın boyunun normativlərə uyğun olmadığını bildirmişlər. O, Tahirə zəng edərək bu barədə məlumat vermiş, sonradan Tahirlə Eldarın arasında nə kimi söhbətlər olmasından məlumatı olmamışdır. Bir müddət keçdikdən sonra Eldar ona zəng edərək Tahirin onu aldadıb 14.000 manat pulunu ələ keçirdiyini demişdir. O da öz növbəsində Eldara heç nədən xəbəri olmadığını və Tahirlə məsələsini öz aralarında həll etməsini bildirmişdir. Bundan sonra Tahirin aldığı pulun yarısını guya ona verməsi barədə Eldara yalan məlumat verdiyini öyrənmişdir.Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 vasitəsilə tanımış, Ağanı 3-4 dəfə görmüşdür. Ağa ilə bir neçə dəfə “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Qarabağ” kafesində Tahirlə birlikdə görüşmüşlər. Tahir Ağanı ona əsgər yoldaşı kimi təqdim etmişdir. 2019-cu ildə o, Tahirin Ağanı da aldadaraq etibarından sui istifadə yolu ilə pulunu ələ keçirdiyini öyrənmişdir. Bundan əvvəl Tahirin Ağadan pul alması barədə xəbəri olmamışdır. Ağa ilə bir neçə dəfə telefon əlaqə saxlamış, Ağanın həyat yoldaşı xəstə olduğundan bu barədə maraqlanmış, bundan əlavə Ağadan heç bir vaxt pul almamış, Tahirin Ağadan pul almasından da xəbəri olmamışdır. Zərərçəkmiş şəxs3 ilə 3-4 il əvvəl “Neftçilər” metrostansiyası yaxınlığında tanış olmuş, Əlfəddin həmin vaxt orada ərzaq dükanı işlətmiş, sonuncu ilə bir neçə dəfə “Qarabağ” kafesində Tahirlə birlikdə, eləcə də təklikdə oturub söhbət etmişlər. 2016-2017-ci illərdə tarixini tam olaraq xatırlamadığı vaxt Əlfəddinlə söhbəti zamanı o, Tahirə hazırda dəqiq xatırlamadığı məbləğdə pul verdiyini, Tahirin təqaüd düzəltdiyini, həm də Tahirin ona təqaüd düzəltməsi barədə məlumat verdiyini demiş, o, Əlfəddinə Tahirin ona hər hansı təqaüd düzəltmədiyini bildirmişdir. Bundan bir müddət sonra Əlfəddin yenə onunla görüşdüyü vaxt Tahirin təqaüd düzəltmək üçün xeyli məbləğdə pul aldığını və aldatdığını, heç bir təqaüd düzəltmədiyini bildirmişdir. Bundan sonra Əlfəddin Tahirdən şikayət etdiyi vaxt Tahir ona Əlfəddinin şikayətinin qarşısını almaq üçün pul verməsini xahiş etmiş, o da Tahiri dostu bildiyi üçün X16 Nazirliyinin yaxınlığında 1000 manat pul vermişdir. Zərərçəkmiş şəxs4 xatırladığı qədərilə 2018-ci ilin ortalarından tanımışdır, onları Təqsirləndirilən şəxs1 tanış etmişdir. Belə ki, 2018-ci ilin ortalarında Təqsirləndirilən şəxs1 ona zəng vuraraq “Neftçilər” metrostansiyası yaxınlığında olan “Qarabağ” kafesində oturduğunu, yemək yediyini bildirərək onu kafeyə dəvət etmişdir. O, həmin kafeyə gəldiyi vaxt Təqsirləndirilən şəxs1 yanında Zərərçəkmiş şəxs4 və onun qohumu olan adını xatırlamadığı şəxsin oturduğunu görmüşdür. Onlarla salamlaşmış və bir masa arxasında əyləşib yemək yemişlər. Təxminən 1 saat müddətində onlarla əyləşib yemək yedikdən sonra sağollaşıb kafedən çıxmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs4la 3-4 dəfə görüşmüş, aralarında tanışlıq münasibətləri yaranmış, ayrı-ayrı yerlərdə oturub birlikdə yemək yemişlər. Zərərçəkmiş şəxs4 göstərdiyi hallar yalandır, heç bir vaxt Zərərçəkmiş şəxs4 övladını işə düzəltmək üçün hər hansı məbləğdə pul tələb etməmiş, Təqsirləndirilən şəxs1 vasitəsilə hər hansı məbləğdə pul almamış, Zərərçəkmiş şəxs4 övladını daxili işlər orqanlarında işə düzəltmək üçün heç bir vaxt söz verməmişdir. Sonradan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 onun övladını işə düzəltmək adı ilə pul aldığını öyrənmişdir. Belə ki, Zərərçəkmiş şəxs4 ona Təqsirləndirilən şəxs1 övladını daxili işlər orqanlarında işə düzəltməyə söz verdiyini demiş, o isə Zərərçəkmiş şəxs4 cavabında pulsuz heç kimin kimisə işə düzəldə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 isə artıq Təqsirləndirilən şəxs1 övladını daxili işlər orqanlarında işə düzəltmək üçün pul verdiyini, həmin pulun yarısının ona çatması barədə məlumatlı olduğunu bildirmiş, o isə cavabında Tahirin ona hər hansı məbləğdə pul vermədiyini demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs4 əgər imkan olsa övladını təmənnasız işə düzəltməyə cəhd edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 oğlu Şahid2 işə düzəltmək üçün pul istəməmiş, həmçinin Kənanı işə düzəlmək üçün Eldara və Kənana vəd verməmişdir. Sadəcə olaraq Eldara kömək məqsədilə Kənanı işə düzəltmək üçün tanışlarına deyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 da onun yanında hər hansı bir şəxsi işə düzəlmək üçün pul almamışdır. Zərərçəkmiş şəxs2 vurulan maddi ziyandan 4000 manat pulu ödəmiş, lakin həmin pulu maddi ziyanın onun tərəfindən vurulması səbəbindən ödəməmişdir. Sadəcə olaraq Eldarın həyat yoldaşı xərçəng xəstəsi olduğundan köməklik etmək üçün, həm də Tahir dostu olduğu üçün onun məsuliyyətini nisbətən yüngülləşdirmək məqsədilə pulu ödəmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 onun oğlunu Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltmək məqsədilə pul alması barədə sonradan məlumatı olmuş, lakin Tahirin Ağadan pul aldığı vaxtlarda yanında olmamışdır. Təqsirləndirilən şəxs1 hər hansı dələduzluq əməllərində, eləcə də Zərərçəkmiş şəxs1 qarşı olan əməlində iştirak etməmiş, hər hansı bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs3 isə Tahirin ondan aldığı pulları özü qaytaracağı sözünü deməmiş, sadəcə Əlfəddinə “mən kömək edərəm ki, Tahir sənin pulunu qaytarsın” sözlərini demiş, Tahirlə dost olduğu üçün şikayət etməməsi üçün Əlfəddinə öz pulundan 1000 manat pul vermişdir. Zərərçəkmiş şəxs4la ilk dəfə 2018-ci ilin ortalarında Təqsirləndirilən şəxs1 dəvəti ilə getdiyi “Neftçilər” metrostansiyası yaxınlığında olan “Qarabağ” kafesində görüşmüş, təxminən 10-15 gün sonra Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Daxili İşlər Nazirliyinin qapısından çıxmasını xahiş etmiş, çıxdıqda Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 və Şahid4 orada olduğunu görmüş, onlarla salamlaşıb nəyə görə orada olduqlarını soruşmuş, hal-əhval tutduqdan sonra sağollaşıb çıxıb getmişdir. Tahir Təqsirləndirilən şəxs1 Cəlalov və övladı Zahiri oraya sonuncularda işi onun tərəfindən həll ediləcəyi fikrini yaratmaq məqsədilə gətirdiyini düşünmüşdür. Lakin Zərərçəkmiş şəxs4 həmin vaxt Şahid4 daxili işlər orqanlarında işə düzəltmək üçün hər hansı məbləğdə pul tələb etməmişdir. O, heç bir vaxt Təqsirləndirilən şəxs1 öz avtomobillərində sonuncunun Zərərçəkmiş şəxs4 aldığı pulları qəbul etməmiş, ümumiyyətlə belə bir şeydən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 sadəcə olaraq yalan ifadə vermiş, bütün pulları ondan xəbərsiz Zərərçəkmiş şəxs4 almış, aldığı pullardan ona hər hansı məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 30 ildir tanımış, Təqsirləndirilən şəxs1la birlikdə Rusiya Federasiyasında hərbi xidmətdə olmuşlar. Təqsirləndirilən şəxs1 sonuncu dəfə 1991-ci ildə görmüş, sonradan isə əlaqələri kəsilmişdir. 2017-ci ilin avqust ayında oğlu Şahid1 toy mərasimi olmuş, toydan əvvəl təsadüfən əsgərlik yoldaşı Elşadı gördüyü vaxt ondan Tahir barədə maraqlanmış, Tahirin nömrəsini götürərək zəng vurub danışmış, daha sonra isə “Neftçilər” metrostansiyası yaxınlığında görüşmüşlər. Orada Tahirlə bir qədər söhbət edib oğlu Elçinin toy mərasiminə dəvət etmiş, Tahir də oğlunun toy mərasimində iştirak etmişdir. Toydan sonra söhbət edən zaman Tahir ondan oğlu Elçinin harada işləməsini soruşmuş, o, Elçinin rəsmi olaraq heç yerdə işləmədiyini demişdir. Həmin vaxt Tahir əvvəllər Ukrayna Respublikasında polisdə işlədiyini, lakin təqaüdə çıxdığını, buna baxmayaraq hazırda Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, polkovnik rütbəsində olduğunu ona bildirmişdir. Tahir həmin gün ona oğlu Elçini DTX-ya işə düzəltməyi təklif etmiş, o, razılaşdıqda Elçini işə düzəltmək üçün bir miqdar pul lazım olacağını bildirmişdir. Bundan sonra Tahir onun yanında kiməsə zəng edərək “iki yerdən birini saxla, həmin yerə əsgərlik yoldaşımın oğlu qəbul olunacaqdır” sözlərini demişdir. Lakin o, həmin vaxt Tahirin telefonda kiminlə əlaqə saxlamasını bilməmiş, bu barədə heç nə soruşmadan Tahirə inanmışdır. Tahir işin qiymətinin 30.000-35.000 manat olduğunu, lakin əsgərlik yoldaşı olduğu üçün işi 14.000 manat pul müqabilində həll edəcəyini bildirmişdir. O, Tahirə həmin məbləğdə pulun çox olduğunu dedikdə, Tahir ona ilkin olaraq imkanı nəyə çatırsa verməsini, sonra qalan pulu verməsini, həmin yerin əldən çıxmamasını, ilkin olaraq bir az pul vermək lazım olduğunu söyləmişdir. Bundan sonra ilk dəfə 2017-ci ilin avqust ayının əvvəllərində “Neftçilər” metrostansiyası yaxınlığında “Qarabağ” adlı kafedə görüşüb orada Tahirə 2000 manat məbləğində pul vermişdir. Həmin gün Tahir oğlu Elçinin şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və attestatının surətlərini ona çatdırmasını xahiş etmişdir. Sonra oğlu Elçin qeyd etdiyi sənədlərin surətini Tahirlə görüşüb ona vermişdir. Nöbəti dəfə Tahirlə razılaşdıqları 14.000 manat pul vəsaitinin daha 2000 manatını da düzəltmiş və 2017-ci ilin avqust ayının 14-də Tahirlə “Qarabağ” adlı kafedə görüşüb ona vermişdir. Tahir pulu sayaraq götürmüş və tezliklə işin həll olunması üçün qalan pulu da çatdırmasını söyləmişdir. Həmçinin Tahirlə pulları verdiyi görüşlərdən əlavə vaxtlarda da tez-tez görüşmüş, həmin görüşlərdə Tahirin yanında özünü polis polkovnik-leytenantı kimi təqdim edən Əhməd, daha sonra adının Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi şəxs də olmuşdur. Görüşdükləri vaxt adətən birlikdə yemək yemişlər, həmin vaxt Əhməd Tahirə inanmasını, övladını işə düşəldəcəyini bildirərək onu özünə və Tahirə daha da inandırmışdır. Növbəti dəfə 4000 manat pul düzəltmiş və həmin pulu Tahirə vermək üçün onunla yenə də “Qarabağ” adlı kafedə təxminən xx xxxxxx 2017-ci il tarixdə görüşmüşdür. Həmin vaxt Əhməd də orada olmuşdur. Onlar yemək yedikdən sonra Əhməd bir neçə dəqiqəlik çölə çıxmış, həmin vaxt Tahir ondan pulu istəmiş, o da 4000 manat pulu Tahirə vermişdir. Tahir pulu sayıb götürmüşdür. Bundan sonra Tahir oğlu Elçinin adına birlikdə haradansa bir sənəd götürmək üçün getmək lazım olduğunu demişdir. O, Əhməd və Tahir onun idarə etdiyi avtomobillə hazırda xatırlamadığı bir yerə getmişlər. Əhməd və Tahir oraya girdikdən bir az sonra əllərində hansısa bir sənədlə çölə çıxmışlar. Tahir ona həmin sənədi almaq üçün 500 manat pul ödədiyini bildirmişdir. Növbəti dəfə Tahirlə 2017-ci ilin sentyabr ayının 5-də “Qarabağ” adlı kafedə görüşmüşlər, həmin vaxt Əhmədlə Tahir birlikdə yemək yemişlər. Yenə də Əhməd bir neçə dəqiqəlik çölə çıxdıqda Tahir ondan pul istəmiş və o, 2000 manat məbləğində pulu təklikdə Tahirə vermişdir. Bundan sonra Tahirə razılaşdıqları məbləğdən qalan 4000 manat pulu da tezliklə çatdıracağını deyərək oradan çıxıb getmişdir. Sonuncu dəfə Tahirə xx xxxxxxxx 2017-ci il tarixdə “Qarabağ” adlı kafedə 4000 manat pul vermiş, Əhməd də həmin vaxt orada olmuşdur. Əhməd yenə çölə çıxdığı vaxt Tahir ondan pulu istəmiş, pulu götürdükdən sonra tezliklə işin həll olunacağına söz vermiş, daha sonra Əhməd də içəri gəlmiş və ona narahat olmamasını bildirərək işin düzələcəyi barədə vəd vermişdir. Tahirə verdiyi ümumilikdə 14.000 manat məbləğində pulun bir qisimini oğlu Elçinə etdiyi toydan qalan puldan, bir qismini isə özünə məxsus Prado markalı avtomobilini sataraq əldə etdiyi puldan vermişdir. Bundan sonrakı günlərdə Tahir oğlu Elçinlə bir neçə dəfə görüşərək müəyyən sənədlərə imza etdirmişdir. Həmçinin həmin vaxt Tahir oğluna artıq işin düzəldiyini bildirmişdir. Lakin buna baxmayaraq sonrakı günlərdə o, işin düzəlmədiyini görüb Tahirlə əlaqə saxlamış və işlərin nə səbəbə görə bu qədər uzandığını soruşmuşdur. Lakin Tahir ona müxtəlif bəhanələr gətirib tezliklə işin həll olunacağını və gözləməyini bildirmişdir. Tahir ona söz verdiyi vaxtlar gəlib keçsə də, oğlu işə düzəlmədiyindən artıq Tahirin onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüş və Tahirdən pulunu tələb etməyə başlamışdır. Sonradan Tahir onun zənglərinə cavab verməyib gizlənməyə başlamışdır. O da Əhmədə zəng edərək telefonda Tahirin onu aldatdığını bildirmişdir. Əhməd də narahat olmamasını, Tahirə onun dediklərini çatdıracağını demişdir. O, artıq Tahir və Əhmədin əlbir olduğunu başa düşmüşdür. Bir müddət keçdikdən sonra Tahir onunla və oğlu ilə əlaqə saxlayaraq tezliklə işi həll edəcəyini bildirmiş, lakin Tahir yenə də onu aldatmışdır. Bundan sonra Əhməd də ondan gizlənməyə başlamışdır. Zərərçəkmiş şəxs1 ifadəsində daha sonra qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 oğlu Şahid1 Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltməsi üçün hissə-hissə olmaqla ümumilikdə 14.000 manat pul vermişdir. Həmin pulların bir qismini verdiyi vaxt Əhməd də orada olmuş, ancaq pulu Tahirə vermək məqamı gəlib çatdıqda Əhməd bir bəhanə ilə stoldan durmuş, daha sonra geri qayıtmışdır. Təqsirləndirilən şəxs1 verdiyi cəmi 14.000 manat pul vəsaiti onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs2 konktret olaraq oğlunu işə düzəltməyi öhdəsinə götürməsə də, Tahirin dediklərini təsdiq etməklə onda inam yaratmışdır. İlk əvvəl 2000 manat və növbəti 2000 manat pulu Təqsirləndirilən şəxs1 verdiyi vaxt Təqsirləndirilən şəxs2 yanlarında olmamış, lakin daha sonradan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yanında olmuş, ancaq pul verilən anda Əhməd bir bəhanə ilə stoldan qalxmış, Tahir pulu Əhməd stoldan qalxdığı zaman almışdır. Təqsirləndirilən şəxs2 polis işçisi olduğundan belə etdiyini, pul verilən vaxt bir bəhanə ilə stoldan qalxaraq pulun verilməsinə şahid olmaq istəmədiyini, bütün bunların əlbirliyini gizlətmək məqsədi daşıdığını sonradan başa düşmüşdür. Ərizəsi Baş Mütəşəkkil X1 araşdırılarkən Təqsirləndirilən şəxs1 ona vurduğu maddi ziyandan 1000 manatını qaytarmış, 13.000 manat isə qalıq qalmışdır. Təqsirləndirilən şəxslərin barəsində qanunda nəzərdə tutulmuş cəza təyin edilməsini, ona dəymiş maddi ziyanın qalan hissəsinin isə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, oğlu Şahid2 2017-ci ilin ortalarında hərbi xidmətdən qayıtmış və oğlunu Daxili İşlər Nazirliyinə polis serjantı kimi işə düzəltmək istəmiş, bu barədə bir çox tanışlarına xəbər vermişdir. Sonradan hazırda xatırlamadığı tanışına da bu barədə bildirdikdə, həmin şəxs ona nazirlikdə bir nəfər dostu işlədiyini, ona bu barədə deyəcəyini bildirib, telefon nömrəni istəmişdir. O, telefon nömrəsini həmin şəxsə vermiş və çıxıb getmişdir. Təxminən bir neçə gün keçdikdən sonra ona tanımadığı bir nömrədən zəng gəlmiş və zəng edən şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edərək oğlu üçün iş axtarması barədə maraqlanmışdır. O da Əhməd adlı şəxsə oğlunu işə düzəltmək istədiyini bildirdikdə, Əhməd Təqsirləndirilən şəxs1 istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsini verib əlaqə saxlamasını tapşırmışdır. O, Əhmədin ona verdiyi nömrəyə zəng edərək danışıb nömrəni Əhmədin verdiyini bildirmiş və Tahirlə “Neftçilər” metrostansiyası yaxınlığında olan “Qarabağ” adlı kafedə görüşməyi qərarlaşdırmışlar. Həmin gün o, oğlu Kənanla birlikdə həmin kafeyə getmişdir. Orada əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1la görüşmüş, Tahir Kənana baxdıqdan sonra Əhmədə zəng edərək Kənanın polisə yararlı olması barədə məlumat vermişdir. Bundan sonra o və oğlu Kənan Tahirlə sağollaşıb oradan çıxıb getmişlər. Təxminən 15 gün keçdikdən sonra o, Tahir və Əhmədlə “Qarabağ” adlı kafedə görüşmüşdür. Həmin vaxt Əhməd onun oğlu X18 Nazirliyinə Rabitə şöbəsinə işə düzəldəcəyini, lakin bunun müqabilində 14.000 manat pul lazım olacağını bildirmişdir. O, ilkin olaraq həmin məbləğin çox olmasını bildirmiş, lakin sonradan razılaşmışdır. O, ilk dəfə xx xxxxxx 2017-ci il tarixdə Tahir və Əhmədlə “Qarabağ” adlı kefenin içərisində görüşüb söhbət etməyə başlamışlar. Həmin vaxt onun yanında oğlu Kənan və qardaşı oğlu Heydər də olmuşdur. O, özü ilə birlikdə Əhmədə vermək üçün 9000 manat pul da gətirmişdir. O, həmin məbləğdə pulu Əhmədin yanında Tahirə vermişdir. Tahir də pulu götürüb sayaraq cibinə qoymuş və qalan məbləği də çatdırdıqdan sonra tezliklə işi düzəldəcəyinə söz vermişdir. Bundan sonra o, çıxıb getmiş, Tahir və Əhməd kafedə qalmışlar. Növbəti dəfə o, Tahir və Əhmədlə xx xxxxxx 2017-ci il tarixdə “Qarabağ” adlı kafedə görüşmüşlər, yenə də oraya oğlu Kənan və qardaşı oğlu Heydərlə birlikdə getmişdir. Həmin vaxt 5000 manat pulu çıxarıb Əhmədə vermiş, Əhməd pulu sayıb tezliklə işin həll olunacağına söz verib gözləməyini bildirmişdir. Bundan sonra onlar oradan çıxıb getmişlər, Əhməd və Tahir isə kafedə qalmışdır. 2018-ci ilin ortalarında oğlu Kənan ona Əhmədin onun dostu Kamran Məmmədovu da işə düzəltdiyini, Kamranın pulu olmadığı üçün onun 2000 manat kredit pul götürüb “Qarabağ” kafesində Tahirə verdiyini demişdir. O, oğlu Kənana əsəbiləşib nə səbəbə görə bu barədə əvvəlcədən ona demədiyini və indi ona məlumat verdiyini irad tutmuşdur. Bundan sonra o, oğlunun işə düzəlməsini gözləməyə başlamışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq oğlunun işə düzəlmədiyini görüb Əhmədlə əlaqə saxlamışdır. Əhməd hər dəfə müxtəlif bəhanələr gətirib onu aldatmışdır. O, sonunda aldadıldığını başa düşüb Əhməddən pulları tələb etmiş, bundan sonra yenə də “Qarabağ” kafesində Tahir və Əhmədlə görüşmüş, orada pulunu tələb etdikdə Əhməd yaxın vaxtlarda hansısa polis rayonuna rəis gedəcəyini, oğlunu da öz yanına işə götürəcəyini bildirmiş, əgər alınmasa pulun yarısını özünün, yarısının isə Tahirin qaytaracağını demişdir. Lakin Əhməd bu günə qədər aldığı pulları geri qaytarmamışdır. Bundan sonra o, şikayət etmişdir. Şikayət etdikdən sonrakı günlərdə evdə oğlu Kənan əslində Kamrana görə deyil, öz işinə görə Tahirə 2000 manat verdiyini, belə ki, Tahirin ona zəng edib, işdə problem yarandığını, 2000 manat da lazım olduğunu demiş, o da bankdan kredit götürüb “Qarabağ” kafesində Tahirə verdiyini demişdir. Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 özünə birbaşa 5000 manat pul vermiş, 9000 manat pulu Əhmədin iştirakı ilə Təqsirləndirilən şəxs1 vermis, sonradan isə oğlu Kənan işin alınması üçün kredit götürüb Tahirə əlavə olaraq 2000 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 ilə arasında pulun verilməsi ilə bağlı müqavilə və qəbz olmamışdır. Təqsirləndirilən şəxs2 verdiyi ümumilikdə 14.000 manat və sonradan isə oğlu tərəfindən verilən 2000 manat pul vəsaiti onun özünə məxsus olmuşdur. Belə ki, 14.000 manat özünün olmuş, 2000 manatı isə oglu bankdan kredit götürüb versə də, həmin pulu banka hazırda o, ödəyir, müstəntiq də ziyanın ona vurulmuş hesab olunması barədə qərar qəbul etmişdir. Ona vurulmuş ziyandan 4000 manat Nizami RPİ-nin İstintaq şöbəsində istintaq aparılarkən qaytarılmış, sonradan öyrənmişdir ki, həmin pul müstəntiqə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxslərin barəsində qanunda nəzərdə tutulmuş cəza təyin edilməsini, ona dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında olan “Qarabağ” adlı kafenin içərisində görüb tanış olaraq 2011-ci ildən tanımışdır. Təqsirləndirilən şəxs2 da Tahirin dostu kimi tanımış, çox vaxt onlar “Qarabağ” kafesində oturub yemək yemişlər, Əhməd polis əməkdaşı olmuşdur. 2018-ci ilin may ayında Tahirlə “Qarabağ” kafesində görüşüb söhbət edərkən, Tahir ona 3500 ABŞ dolları müqabilində pensiya düzəldə biləcəyini, həmçinin təqaüdü düzəltdikdən sonra adına açılan bank kartına hər ay 180 manat pul köçürüləcəyini bildirmişdir. O, bir az fikirləşdikdən sonra Tahirin təklifini qəbul edərək razılaşmışdır. Həmin gün o, Tahirlə birlikdə “Exspressbank”a getmiş və orada onun adına bank kartı açılmışdır. Bundan sonra 2018-ci ilin may ayının əvvəllərində Tahirlə telefonla əlaqə saxlayıb “Neftçilər” metrostansiyası yaxınlığında görüşməyi qərarlaşdırmışlar və “Qarabağ” kafesinin yaxınlığında ona təqaüd düzəltməsi üçün 3500 ABŞ dolları məbləğində pulu Tahirə vermişdir. Həmin vaxt Tahir tək olmuşdur. xx xxxx 2018-ci il tarixdə Tahirin ona açdırdığı kartı bankomata daxil edib yoxladıqda kartın balansında 180 manat pul olduğunu görüb həmin məbləğdə pul vəsaitini çıxarmışdır. Bundan sonra onun Tahirə inamı və etibarı daha da artmışdır. Həmin gün o, Tahirlə yaşadığı evin yaxınlığında yerləşən “Qarabağ” kafesinin içərisində görüşmüş, Tahir əlavə olaraq 1500 manat pul versə, təqaüdünü 700 manat etdirə biləcəyini ona demişdir. O, həmin məbləğdə pulu da evdən götürüb “Qarabağ” kafesində Tahirə təklikdə vermişdir. xx xxxx 2018-ci il tarixdə kartı bankomata daxil etdikdə balansında 700 manat pul olduğunu görüb Tahirin təqaüd məsələsini həll etdiyini düşünmüşdür Bundan bir neçə gün keçdikdən sonra Tahirlə “Qarabağ” kafesində görüşüb söhbət edərkən Tahir onu “Təqdimat” adlı qəzetə aylıq 400 manat əməkhaqqı ilə işə düzəltməyi təklif etmiş və bunun üçün də 1500 manat verməli olduğunu bildirmişdir. O, bir neçə dəqiqə fikirləşdikdən sonra Tahirin təklifini qəbul etmişdir. Bundan bir neçə gün keçdikdən sonra, yəni xx xxxx 2018-ci il tarixdə Tahirlə “Qarabağ” kafesində görüşmüşlər, həmin vaxt özü ilə birlikdə 1500 manat pul və öz fotoşəkilini gətirmişdir. O, həmin pulu və fotoşəkilini qeyd etdiyi qəzetə onu işə düzəltməsi üçün Tahirə vermişdir. Tahir bu pulu götürüb saydıqdan sonra cibinə qoymuş, bir neçə dəqiqə söhbət etdikdən sonra ayrılıb getmişlər. Təxminən üç gün keçdikdən sonra Tahirlə yenidən daima görüşdükləri kafedə görüşmüşlər. Həmin vaxt Tahir ona üzərində onun fotoşəkili olan “Təqdimat” qəzetinə aid vəsiqə verib işə qəbul olunduğunu demişdir. Tahirlə görüşdüyü ərəfələrdə Tahirin onun oğlu Emilin işlədiyi mağazadan 1000 manat dəyərində nisyə ərzaq məhsulları aldığını da öyrənmişdir. Bir müddət sonra o, Tahirin onu aldatdığını başa düşmüşdür. Belə ki, Tahirin ona verdiyi “Təqdimat” adlı qəzetin vəsiqəsinin saxta olmasını və adına açılan karta pul köçmədiyini görmüşdür. Bundan sonra Tahirdən dəfələrlə pulunu tələb etmiş, lakin Tahir müxtəlif bəhanələr gətirib pulunu qaytaracağına söz vermişdir. Sonradan Tahir ona pulun bir miqdarını Əhmədə verdiyini, Əhməddən pulu tələb etməsini demişdir. O, Tahirdən şikayət etməmişdən əvvəl Təqsirləndirilən şəxs2lə əlaqə saxlamış, Əhməd ona pulları qaytaracağını demişdir. Bundan sonra Əhmədlə DİN-nin yaxınlığında görüşmüş və həmin vaxt Əhməd ona 1000 manat pul vermişdir. X9 aldığı pulları özünün qaytaracağını ona demişdir. Lkain həmin vaxtdan sonra Əhməd və Tahir ona pul verməmişlər. Zərərçəkmiş şəxs3 ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilkin olaraq təqaüd düzəltmək adı ilə 3500 ABŞ dolları, sonra 1500 manat, daha sonra isə “Təqdimat” adlı qəzetə işə düzəlmək üçün 1500 manat pul verməklə ona ümumilikdə 3000 manat və 3.500 ABŞ dolları pul vermişdir. Həmin pulları Tahirə təklikdə vermişdir. Təqsirləndirilən şəxs1 verdiyi 3500 ABŞ dolları və 3000 manat pulun hamısı özünə məxsus olmuşdur. Sonradan Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1la əlbir olduğunu başa düşmüşdür. Belə ki, Tahir, eləcə də Əhməd pulları birlikdə xərcləmələri barədə ona etiraf etmişlər, bundan başqa Təqsirləndirilən şəxs1 ona vurduğu maddi ziyandan Təqsirləndirilən şəxs2 DİN-nin yaxınlığında 1000 manat özü ödəmiş, bundan əlavə bank kartına bir dəfə 180 manat, bir dəfə isə 700 manat pul köçürülmüşdür, həmin pulları təqaüd kimi aldığını düşünmüşdür. Lakin həmin məbləğləri götürdüyü üçün Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulan ziyandan ödənilmiş məbləğ kimi hesab edir. Təqsirləndirilən şəxslərin barəsində qanunda nəzərdə tutulmuş cəza təyin edilməsini, ona dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, oğlu Şahid4 polis orqanlarına işə düzəltmək fikri olmuş, bununla bağlı 2018-ci ildə Daxili İşlər Nazirliyinə müraciət etmək istəmişdir. Lakin həmin vaxt daxili işlər orqanlarına işə qəbul olunan şəxslərin boyunun ən azı 180 sm olmaq məcburiyyətində olmasını öyrəndikdən sonra müraciət etməmişdir. Oğlu Zahiri polis orqanlarına işə düzəltmək arzusu olmasını bir neçə dostuna və qohumuna demişdir. 2018-ci ilin iyul ayında oğlunu polis orqanlarına işə düzəltmək arzusunun olması barədə danışdığı xalası oğlu, Bakı şəhəri, Nizami rayonu ərazisində ev alqı-satqısı ilə məşğul olan Şahid5 ona zəng vuraraq yeni tanış olduğu Təqsirləndirilən şəxs1 adlı bir şəxsin polis orqanlarında yüksək vəzifədə işləyən bir tanışının olduğunu ona demiş, o da xalası oğluna dəqiq düzəldə bilərsə, Təqsirləndirilən şəxs1 övladını işə düzəltməsini xahiş etməsini söyləmişdir. xx xxxx 2018-ci il tarixdə o, Şahid5 zəng vuraraq oğlunun işi barədə maraqlanmış, Cahid Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb ona nəticəsini deyəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Cahid ona zəng vuraraq Təqsirləndirilən şəxs1 daxili işlər orqanlarında yüksək vəzifədə işləyən, sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi şəxslə danışdığını, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onun oğlu ilə birlikdə Daxili İşlər Nazirliyinə görüşə gəlməsini tapşırdığını bildirmişdir. Bundan sonra xx xxxx 2018-ci il tarixdə saat 11 radələrində o, xalası oğulları Şahid5, Yusif Məmmədov, oğlu Şahid4 ilə birlikdə idarə etdiyi avtomobillə Biləcəri qəsəbəsindən Təqsirləndirilən şəxs1 götürüb birlikdə Daxili İşlər Nazirliyinin yanına getmişlər. O, avtomobili saxladıqdan sonra oğlu Zahir və Təqsirləndirilən şəxs1la avtomobildən düşmüş, Daxili İşlər Nazirliyinin giriş qapısının yanına getmiş, xalası oğulları Cahid və Yusif isə avtomobilin yanında dayanmışlar. Zahir və Təqsirləndirilən şəxs1la orada olduqları vaxt sonuncu Təqsirləndirilən şəxs2 zəng vurmuş, təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs2 Daxili İşlər Nazirliyinin giriş qapısından çıxaraq xüsusi polis geyim formasında onların yanına gəlmiş, oğlu Zahirə baxmış, söhbət edib danışıq qabiliyyətini yoxlamış, oğluna ingilis dilində bir-iki sual vermiş, Zahir suallara cavab vermişdir. Bundan sonra Əhməd oğlu Zahirə çıxıb getməyi, böyüklərin söhbət edəcəyini bildirmiş, Zahir qırağa keçmişdir. Təqsirləndirilən şəxs2 oğlu X19 Nazirliyinin İnformasiya və X3 şöbəsinə düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 nə qədər pul lazım olduğunu Təqsirləndirilən şəxs2 soruşduqda, o, Rabitə şöbəsinin işçilərinin əmək haqqlarının yuxarı olması səbəbindən oraya işə düzəlmək üçün 10-15 min manat pul lazım olduğunu demişdir. O, həmin məbləğə gücünün çatmayacağını Əhmədə bildirmişdir. Əhməd ona gedib fikirləşməsini, sonda fikrini Tahir vasitəsilə çatdıracağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2lə sağollaşıb Tahirlə Nizami rayonu ərazisinə gəlmişlər, bir az söhbət etdikdən sonra fikirləşəcəyini ona bildirmişdir. xx xxxx 2018-ci il tarixdə saat 12 radələrində o, xalası oğlu Şahid5 və oğlu Zahirlə birlikdə Təqsirləndirilən şəxs1la “Neftçilər” metrostansiyası yaxınlığında görüşüb elə avtomobildə oturmuşlar. Pul məsələsini danışmaq üçün Zahirə avtomobildən düşməsini tapşırmışdır. Tahirə söhbət zamanı evdə 2500 manat pulunun olduğunu, bankdan da kredit götürüb ən çoxu 8000 manat pul verə biləcəyini bildirmişdir. Bu vaxt Tahir mobil telefonu vasitəsilə Təqsirləndirilən şəxs2 zəng vuraraq aralarında olan söhbəti ona danışmışdır. Təqsirləndirilən şəxs2 də onun təklifinə razılıq vermişdir. Tahir Təqsirləndirilən şəxs2 daxili işlər orqanlarına övladı Zahiri işə düzəltmək üçün tərcümeyi-hal və ərizə blankı götürəcəyini bildirmişdir. xx xxxx 2018-ci il tarixdə oğlu Zahirlə birlikdə Təqsirləndirilən şəxs1la görüşmüş, gətirdiyi ərizə və tərcümeyi-hal blanklarını doldurmasında Zahirə kömək etməsi üçün Tahiri evə dəvət etmişdir. Zahir evdə blankları doldurduqdan sonra evdən 2500 manat pul götürmüş, Təqsirləndirilən şəxs1 və Zahirlə birlikdə evdən çıxaraq “Neftçilər” metrostansiyası yaxınlığında Zahirin və həmin yerə zəng vurub çağırdığı xalası oğlu Şahid5 yanında Tahirə 2500 manat pul vermişdir. Bundan sonra Tahir telefonla Təqsirləndirilən şəxs2 zəng vurub bu barədə məlumat vermiş, Əhməd 1 saata onlarla görüşəcəyini demişdir. Tahirin təklifi ilə yaxınlıqdakı “Qarabağ” kafesinə getmişlər, kafedə Cahid, Zahir, o və Tahir oturub çay içməyə başlamışlar. Əhməd gəlməmiş, Cahidə zəng gəldiyi üçün o, çıxıb getməli olmuşdur. Təxminən 1 saat sonra, saat 14 radələrində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 zəng vuraraq həmin kafenin qarşısında olduğunu bildirmişdir. O, Zahir və Tahir Əhmədlə görüşmək üçün çölə çıxmışlar. Həmin vaxt Tahir ona avtomobilin içərisinə yaxşı baxmasını, verdiyi pulu Təqsirləndirilən şəxs2 verəcəyini bildirmişdir. X17 görüşmüşlər, həmin vaxt Əhməd oraya “Mercedes 600” markalı avtomobillə gəlmişdir. Tahir avtomobilin ön sərnişin oturacağına əyləşmiş və pulu çıxararaq Təqsirləndirilən şəxs2 vermişdir. Avtomobilin içərisində bir neçə dəqiqə söhbət etdkdən sonra Tahir və Əhməd avtomobildən düşmüş, günorta saatları olduğu üçün Təqsirləndirilən şəxs2 yeməyə dəvət etmiş, lakin Əhməd işi olduğunu, tələsdiyini bildirərək sağollaşıb çıxıb getmişdir. O, Tahirlə “Qarabağ” kafesində oturub yemək yedikdən sonra sağollaşıb ayrılmışlar. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona xatırlamadığı mobil telefon nömrəsindən zəng vuraraq Təqsirləndirilən şəxs2 ona yenidən pul lazım olduğunu dediyini bildirmişdir. O da xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “xxxxxxx” ASC-nin filialına getmiş, oradan 1000 manat məbləğində kredit götürmüş, özündə olan 500 manat pulu da üzərinə qoyaraq ümumilikdə 1500 manat məbləğində pulu saat 15 radələrində “Qarabağ” kafesinin yaxınlığında görüşərək Təqsirləndirilən şəxs1 vermişdir. Tahir nə üçün pulun belə az olduğunu bildirdikdə, o, kredit götürdüyünü demişdir. Tahir yenə də Təqsirləndirilən şəxs2 zəng vurub məlumat vermişdir. O, Tahirlə “Qarabağ” kafesində əyləşib çay içmişlər. Təqsirləndirilən şəxs2 təxminən 1 saat sonra Tahirə zəng vuraraq kafenin qarşısında olduğunu bildirmiş, Tahirlə birlikdə çölə çıxıb Təqsirləndirilən şəxs2lə görüşmüşlər. Tahir Təqsirləndirilən şəxs2 “Mercedes 600” markalı avtomobilinə əyləşmiş və pulu Əhmədə vermişdir. Əhməd bundan sonra sağollaşaraq çıxıb getmişdir. Təxminən 2-3 gün sonra Tahir yenə zəng vuraraq Əhmədin yenə pul lazım olduğunu dediyini bildirmiş, o, əlacsız qaldığından xalası oğlu Şahid5 1500 manat borc pul götürmüş və 2018-ci ilin iyul ayının sonlarında “Neftçilər” metrostansiyası yaxınlığında adını xatırlamadığı kafedə Təqsirləndirilən şəxs1la tək görüşüb 1500 manat pulu ona vermişdir. Tahir yenə həmişə olduğu kimi Təqsirləndirilən şəxs2 zəng vurmuş, Əhməd təxminən 15-20 dəqiqədən sonra dövlət qeydiyyat nişanını xatırlamadığı “Niva” markalı yaşıl rəngli avtomobillə həmin kafenin qarşısına gəlib Tahirə zəng vuraraq kafeyə daxii olmuş və onlarla birlikdə çay içmişdir. Bir müddət sonra onlar çölə çıxmışlar. Əhməd və Tahir Əhmədin gəldiyi “Niva” markalı avotmobilə əyləşmişlər. O, yenə də avtomobilin arxasında dayanıb içərisinə baxmış, həmin vaxt Tahirin Əhmədə pul verdiyini görmüşdür. xx xxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Təqsirləndirilən şəxs2 yenidən pul lazım olduğunu dediyini bildirmiş, o, heç yerdən pul tapa bilmədiyi üçün Qazaxıstan Respublikasında yaşayan əmisi oğlu Nurəddin Cəlalova zəng vurub borc istəmiş, xx xxxxxx 2018-ci il tarixdə əmisi oğlunun ona göndərdiyi 1500 dollar məbləğində pulu “xxxxxxx” ASC-nin Nizami rayon ərazisində yerləşən filialından götürmək qərarına gəlmişdir. Tahirlə görüşərək birlikdə “xxxxxxx” ASC-yə getmişlər, oradan əmisi oğlunun göndərdiyi 1500 ABŞ dolları məbləğində pulu götürüb Azərbaycan manatına çevirib 2500 manat məbləğində pulu həmin yerdə Təqsirləndirilən şəxs1 vermişdir. Tahir Təqsirləndirilən şəxs2 zəng vurub bu barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1la birlikdə “Neftçilər” metrostansiyası yaxınlığında olan adını xatırlamadığı kafeyə getmişlər, oğlu Zahir də oraya gəlmişdir. Təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs2 də həmin kafeyə gəlmiş, oturub birlikdə çay içmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kafedən çıxmışlar və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi “Mercedes 600” markalı avtomobilə əyləşmişlər. Təqsirləndirilən şəxs1 avtomobilin içərisində pulları Təqsirləndirilən şəxs2 vermişdir. Bundan sonra o, demək olar hər gün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la mobil telefon əlaqəsi saxlamağa, tez-tez görüşməyə başlamışdır. Əhməd hər dəfə onu və oğlunu arxayın edərək yaxın vaxtlarda işin düzələcəyinə inandırmışdır. 2019-cu ilin aprel ayında artıq Təqsirləndirilən şəxs1 onun telefonlarına cavab verməməyə başlamış, Təqsirləndirilən şəxs2 isə telefonlara cavab verib hər dəfə onu arxayın salmağa çalışmışdır. Bundan sonra 2019-cu ilin ortalarında o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu aldatdıqlarını, 8000 manat pulunu mənimsədiklərini başa düşmüşdür. Əhməddən dəfələrlə pulunu tələb etsə də, hər dəfə bir bəhanə gətirib pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs4 ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vasitəsi ilə oğlu Şahid4 Daxili İşlər Nazirliyinin Rabitə şöbəsinə işə düzəltməsi üçün ümumilikdə 8000 manat pul vermişdir. Onunla Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 arasında pulun verilməsi ilə bağlı müqavilə və qəbz olmamışdır. Təqsirləndirilən şəxs2 verdiyi ümumilikdə 8000 manat puldan 2500 manat (1500 ABŞ dolları) məbləğini Qazaxıstanda yaşayan əmisi oğlu Nurəddin Cəlalovdan, 1500 manatını xalası oğlu Şahid5 borc almış, 1000 manatını “xxxxxxx” ASC-dən kreditə götürmüş, 3000 manatını isə özü yığmışdır. Əmisi oğlu və xalası oğluna olan borclarını qaytarmış, “xxxxxxx” ASC-dən götürdüyü kreditdən də təxminən 700-800 manat borcu qalmışdır. Ona vurulmuş ziyandan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən heç bir ödəniş olunmamışdır. Təqsirləndirilən şəxslərin barəsində qanunda nəzərdə tutulmuş cəza təyin edilməsini, ona dəymiş maddi ziyanın isə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid5 ifadə verərək göstərmişdir ki, 2018-ci ilin iyul ayının əvvəllərində xalası oğlu Zərərçəkmiş şəxs4 yenicə hərbi xidmətdən qayıdan övladı Şahid4 Daxili işlər orqanlarında işləməsi arzusu olması barədə ona danışmışdır. xx xxxx 2018-ci il tarixdə fərdi əmək fəaliyyəti kimi ev alqı-satqısında vasitəçilik etdiyi əraziyə tez-tez gələn Təqsirləndirilən şəxs1 yaxınlıqda olan şəxslərlə polis barədə danışdığını eşitmiş, ondan polisdə işlədiyini soruşduqda, cavabında polis orqanlarında yüksək rütbədə tanışının olduğunu demişdir. O, həmin şəxsə xalası oğlu Zərərçəkmiş şəxs4 övladını daxili işlər orqanlarında işə düzəltmək arzusu olduğunu dedikdə, Təqsirləndirilən şəxs1 ona yüksək rütbəli tanışı, daha sonradan adının Təqsirləndirilən şəxs2 olmasını öyrəndiyi şəxs vasitəsilə bir neçə adamı polisə işə düzəltdiyini bildirmişdir. O, bu barədə dərhal xalası oğlu Zərərçəkmiş şəxs4 zəng vurub xəbər vermiş, o da övladının işə düzəltmə məsələsini Təqsirləndirilən şəxs1la danışmasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 bu barədə dedikdə, o, mobil nömrəsini vermiş və yaxın vaxtlarda xəbərləşməyi bildirmişdir. Səhəri gün, yəni xx xxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs4 ona zəng vuraraq nə xəbər olmasını soruşmuş, o, Təqsirləndirilən şəxs1la əlaqə saxlamış, o danışıb xəbər edəcəyini bildirmişdir. Bir müddət sonra saat təxminən 10-11 radələrində Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Zərərçəkmiş şəxs4 və övladı Şahid4 Daxili işlər Nazirliyinə aparmaq lazım olmasını, özünün Biləcəridə olduğunu bildirmişdir. O, xalası oğlu Zərərçəkmiş şəxs4 zəng vurub bu barədə demiş, o, övladı Zahirlə birlikdə onu və digər xalası oğlu Yusif Məmmədovu öz avtomobili ilə götürmüş, Biləcəri qəsəbəsinə gedərək orada Təqsirləndirilən şəxs1 avtomobillə götürmüş və Daxili İşlər Nazirliyinə getmişlər. Nazirliyin yaxınlğında avtomobili saxlamışlar, Zərərçəkmiş şəxs4, Şahid4 və Təqsirləndirilən şəxs1 birlikdə avtomobildən düşərək Daxili İşlər Nazirliyinin giriş qapısına tərəf getmişlər, o və Yusif isə avtomobilin yanında dayanmışlar. Bir müddət sonra Zahir, təxminən 30 dəqiqə ərzində isə Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs4 avtomobilə gəlmişlər, onlardan nə olduğunu soruşduqda Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 övladı Zahiri Rabitə şöbəsinə işə düzəltməyə söz verdiyini, ilk əvvəl 15.000 manat pul istədiyini, ancaq imkanının çatmadığını bildirdiyi vaxt 10.000 manata razılaşdığını demişdir. Bundan sonra hamısı “Neftçilər” metrostansiyası yaxınlığına gəlmişlər, orada Təqsirləndirilən şəxs1la sağollaşmışlar. xx xxxx 2018-ci il tarixdə o, Şahid4 və Zərərçəkmiş şəxs4 birlikdə “Neftçilər” metrostansiyası yaxınlığında görüşmüşlər, bir müddət sonra Təqsirləndirilən şəxs1 da oraya gəlmişdir. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 8000 manat pul düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 zəng vurub danışmış, ona Zərərçəkmiş şəxs4 kasıb ailə olduğunu, 8000 manat pul düzəldə biləcəyini demişdir. Bir müddət danışdıqdan sonra Əhməd 8000 manata razılaşmış, Tahir səhəri gün tərcümeyi-hal və ərizə blankları gətirəcəyini bildirmişdir. xx xxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs4 ona zəng vuraraq Təqsirləndirilən şəxs1la “Neftçilər” metrostansiyası yaxınlığında görüşdüyünü bildirmişdir. O da oraya getmiş, orada Zahir və onun yanında Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 2500 manat məbləğində pul vermişdir. Bundan sonra Tahir Əhmədə zəng vuraraq bu barədə bildirmiş, Əhməd təxminən 1 saata görüşə biləcəyini Təqsirləndirilən şəxs1 xəbər vermişdir. Bundan sonra onlar yaxınlıqda olan kafedə əyləşib çay içmişlər, onun işi çıxdığından çıxıb getməli olmuşdur. Səhəri gün Zərərçəkmiş şəxs4 ona Təqsirləndirilən şəxs1 pulu Təqsirləndirilən şəxs2 sonuncunun “Mercedes 600” markalı avtomobilində verdiyini demişdir. Bundan bir neçə gün sonra 2018-ci ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs4 ona zəng edərək Təqsirləndirilən şəxs2 ümumilikdə 4000 manat pul verdiyini, sonuncunun ondan yenidən pul istədiyini bidirərək ondan borc pul istəmişdir. O da görüşərək ona Təqsirləndirilən şəxs2 övladını işə düzəltmək məqsədilə verməsi üçün 1500 manat pul vermişdir. Bundan bir neçə gün sonra xalası oğlu Zərərçəkmiş şəxs4 Qazaxıstan Respublikasında yaşayan əmisi oğlu Nurəddin Cəlalovdan da 2500 manat pul alaraq Təqsirləndirilən şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs2 vermişdir. Sonradan o, dəfələrlə xalası oğlu Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə müxtəlif vaxtlarda kafedə oturub yemək yemişlər, söhbətləri vaxtı Təqsirləndirilən şəxs2 ona və Zərərçəkmiş şəxs4 narahat olmamalarını, Zahir Cəlilzadənin artıq daxili işlər orqanlarının əməkdaşı kimi görmələrini bildirmişdir. Bundan sonra bir neçə ay keçdikdə Zərərçəkmiş şəxs4 maraqlandıqda hələ də Təqsirləndirilən şəxs2 övladı Şahid4 işə düzəltmədiyini bildirmişdir. Daha sonradan başa düşmüşlər ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xalası oğlu Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etmişdir. Xalası oğlu Zərərçəkmiş şəxs4 ondan aldığı 1500 manat məbləğində borcu ona qaytarmışdır. Məhkəmə iclasında Şahid1 zərərçəkmiş şəxs (atası) Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 zərərçəkmiş şəxs (atası) Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 zərərçəkmiş şəxs (atası) Zərərçəkmiş şəxs4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Şahid3 məhkəmə iclasında iştirak etməmiş, poçt vasitəsi ilə göndərdiyi teleqramında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Bununla əlaqədar həmin şahidin zərərçəkmiş şəxs (atası) Zərərçəkmiş şəxs3 ifadəsi ilə uyğun, eyni məzmunlu ifadəsi elan edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında xx xxxxxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs1 14.000 manat, Zərərçəkmiş şəxs3 3500 ABŞ dolları və 3000 manat məbləğində nağd pul vəsaitini təkrarən ələ keçirməklə xeyli miqdarda ziyan vurması faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon X11 Şöbəsinə göndərilmişdir. (İ cild i.v. 1) -Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qarabağ” kafesində Təqsirləndirilən şəxs1 pul verdiyi yeri əyani göstərmişdir. Həmin yerin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (İ cild i.v. 14-15) -“Təqdimat” Beynəlxalq istimai-siyasi qəzetin baş redaktoru T.Mirzəyev tərəfindən verilmiş 14 nömrəli vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 həmin qəzetin xüsusi müxbiridir. (İ cild i.v. 17) -Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qarabağ” kafesində Təqsirləndirilən şəxs1 pul verdiyi yeri əyani göstərmişdir. Həmin yerin fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. (İ cild i.v. 42-43) -Maddi ziyanın ödənilməsi barədə xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli protokollardan görünür ki, X2 müraciətinin araşdırılması zamanı Təqsirləndirilən şəxs1 cəmi 1000 manat pulu DİN-nin BMCM-də təhvil vermişdir. (İ cild i.v. 99-100) -Maddi ziyanın ödənilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, X2 müraciətinin araşdırılması zamanı Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş cəmi 1000 manat pul DİN-nin BMCM-də X4 təhvil vermişdir. (İ cild i.v. 101) -Axtarışda olan şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 10:40-da tutulmuşdur. (İ cild i.v. 157) -İfadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qarabağ” kafesində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 pul aldığı yeri müdafiəçisinin iştirakı ilə əyani göstərmişdir. (İ cild i.v. 176) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2019cu il tarixdən hesablanmışdır. (i.v. 197-198) -Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qarabağ” kafesində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pul verdiyi yeri əyani göstərmişdir. (İ cild i.v. 223) -Götürmə haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan və xx xxxxxxxx 2019cu il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 borcundan 2000 manat pulu Bakı şəhəri Nizami RPİ-nin İŞ-də ödəmiş, həmin məbləğdə pul müstəntiq tərəfindən ondan götürülərək Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. (İİ cild i.v. 23, 25) -Götürmə haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan və xx xxxxxxxx 2019cu il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 borcundan 2000 manat pulu Bakı şəhəri Nizami RPİ-nin İŞ-də ödəmiş, həmin məbləğdə pul müstəntiq tərəfindən ondan götürülərək Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. (İİ cild i.v. 26, 28) -Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx xxxxxxx 2019-cu il tarixli 73060ş/h-001-19 nömrəli əmrindən görünür ki, polis polkovnik-leytenantı Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin Növbətçi hissəsinin məsul əməliyyat növbətçisinin köməkçisi vəzifəsindən azad edilib DİN-in sərəncamında saxlanılmışdır. (İİ cild i.v. 34) -Azərbaycan Respublikası DİN-nin Baş Kadrlar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, polis polkovnik-leytenantı Təqsirləndirilən şəxs2 xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin Növbətçi hissəsinin məsul əməliyyat növbətçisinin köməkçisi vəzifəsində xidmət etmişdir. (İİ cild i.v. 35) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin texniki ekspertizasına dair xx xxxxxx 2020-ci il tarixli 2742 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs3 adına olan Təqdimat”ın hər iki tərəfindəki möhür əksləri mətbəə şriftləri dəstindən istifadə edilməklə hazırlanmış relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdurlar. “Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs3 adına olan Təqdimat”ın arxa tərəfinin aşağı sağ hissəsindəki imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa əllə icra edilmişdir. (İİİ cild 84-87) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2787 nömrəli rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş, Zərərçəkmiş şəxs3 adına olan “Təqdimat Beynəlxalq ictimai-siyasi qəzet”inin vəsiqəsinin arxa tərəfinin aşağı hissəsində “Baş redaktor Mirzəyev T” qrafasında olan imza - X10 tərəfindən icra olunmuşdur. (İİİ cild 88-91) -Diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, cinayət izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyət kəsb edən digər halların müəyyən olunması məqsədilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**- **, Zərərçəkmiş şəxs3 istifadəsində olmuş ***-***-**-**, Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-**, şahid Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrinə daxil olan və həmin telefondan çıxan zənglərə dair “xxxxxxxxxxxxxxxx” MMC-dən götürülmüş CD disk vasitəsi ilə götürülmüş məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxx” MMC-dən götürülmüş CD diskdə “37070.zip” qovluğu və içərisində 19 ədəd fayllar vardır. Birinci fayl txt formatında olmaqla “**********38.txt” adlanır və zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 Balahəsən oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2017-xx.xx.2017-ci il tarixlər ərzində daxil olan və çıxan zəngləri özündə əks etdirir. Qeyd olunan faylda xx.xx.2019-cu il tarixdə saat 22:31-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 70 saniyə müddətində danışıq aşkar edildi. İkinci fayl txt formatında olmaqla “**********51.txt” adlanır və Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nomrəsinə xx.xx.2017-xx.xx.2017-ci il tarixlər ərzində daxil olan və çıxan zəngləri özündə əks etdirir. Qeyd olunan faylda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2017-ci il tarixdə saat 11:57 dəqiqədə 277 saniyə müddətində, həmin tarixdə saat 13:26 dəqiqədə 29 saniyə müddətində danışıqlar aşkar edildi. Üçüncü fayl txt formatında olmaqla “**********96.txt” adlanır və zərərçəkmiş səxs Zərərçəkmiş şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2018xx.xx.2018-ci il tarixlər ərzində daxil olan və çıxan zəngləri özündə əks etdirir. Qeyd olunan faylda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə xx.xx.2018-ci tarixdə saat 18:22 dəqiqədə 13 saniyə müddətində, həmin tarixdə saat 18:28 zəqiqədə 05 saniyə müddətində danışıqlar aşkar edildi. Dördüncü fayl txt formatında olmaqla “**********27.txt” adlanır, şahid Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2017-xx.xx.2018-ci il tarixlər ərzində daxil olan və çıxan zəngləri özündə əks etdirir. Qeyd olunan faylda xx.xx.2017-ci il tarixdə saat 03:01-də Zərərçəkmiş şəxs2 zəng etməsi barədə sms məlumatının daxil olması aşkar edildi. Bundan əlavə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə danışıqlar aşkar edildi. Bundan əlavə qeyd olunan faylda şahid Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə çox sayda telefon danışıqları aşkar edildi. Beşinci fayl txt formatında olmaqla “**********93.txt” adlanır, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon xx.xx.2017-xx.xx.2018-ci il tarixlər ərzində daxil olan və çıxan zəngləri özündə əks etdirir. Qeyd olunan faylda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***- ***-**-**, Zərərçəkmiş şəxs3 istifadəsində olmuş ***-***-**-**, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-**, şahid Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**- ** mobil telefon nömrələri ilə müxtəlif vaxtlarda çoxsaylı telefon danışıqları aşkar edildi. Altıncı fayl txt formatında olmaqla “**********23.txt” adlanır, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon xx.xx.2017-xx.xx.2018-ci il tarixlər ərzində daxil olan və çıxan zəngləri özündə əks etdirir. Qeyd olunan faylda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-**, Zərərçəkmiş şəxs3 istifadəsində olmuş ***-***-**-**, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-**, şahid Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri ilə müxtəlif vaxtlarda çoxsaylı telefon danışıqları aşkar edildi. Yeddinci fayl txt formatında olmaqla “**********33.txt” adlanır, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon xx.xx.2017-xx.xx.2018-ci il tarixlər ərzində daxil olan və çıxan zəngləri özündə əks etdirir. Qeyd olunan faylda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Səkkizinci fayl txt formatında olmaqla “502568651sms.txt” adlanır və Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2017-xx.xx.2017-ci il tarixlər ərzində daxil olan və çıxan sms mətnlərini özündə əks etdirir, qeyd olunan faylda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Doqquzuncu fayl txt formatında olmaqla “707047296sms.txt” adlanır və Zərərçəkmiş şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2018-xx.xx.2018-ci il tarixlər ərzində daxil olan və çıxan sms mətnlərini özündə əks etdirir, qeyd olunan faylda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Onuncu fayl txt formatında olmaqla “707047296 antenna.txt” adlanır və Zərərçəkmiş şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2018-xx.xx.2018-ci il tarixlər ərzində daxil olan və çıxan zənglərin abunəçilərinə dair anten dairələri üzrə məlumatları özündə əks etdirir. Qeyd olunan faylda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə xx.xx.2018-ci il tarixdə saat 18:22 dəqiqədə 13 saniyə müddətində (Təqsirləndirilən şəxs1 anten dairəsi Məshəti küçəsi 11, Zərərçəkmiş şəxs3 anten dairəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 34A), həmin tarixdə saat 18:28 dəqiqədə 05 saniyə müddətində danışıqlar aşkar edildi (Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs3 anten dairəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 34A). On birinci fayl txt formatında olmaqla “503000427sms.txt” adlanır, şahid Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2017-xx.xx.2018-ci il tarixlər ərzində daxil olan və çıxan sms mətnlərini özündə əks etdirir, qeyd olunan faylda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. On ikinci fayl txt formatında olmaqla “506483838 antenna.txt” adlanır və Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2017-xx.xx.2017-ci il tarixlər ərzində daxil olan və çıxan zənglərin abonentlərinin anten dairələri barədə məlumatları özündə əks etdirir. Qeyd olunan faylda xx.xx.2019-cu il tarixdə saat 22:31-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**- ** saylı mobil telefon nömrəsi ilə 70 saniyə müddətində danışıq aşkar edildi (Zərərçəkmiş şəxs1 anten dairəsi Qızıldaş, Təqsirləndirilən şəxs2 anten dairəsi Xaçmaz rayonu, Müzəffəroba kimi qeyd olunmuşdur)ş Bundan sonra olan 3 ədəd fayl txt formatında olmaqla müvafiq olaraq “339935293sms.txt”, “509935223sms.txt” və “509935233sms.txt” adlanır, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrinə xx.xx.2017-xx.xx.2018-ci il tarixlər ərzində daxil olan və çıxan sms mətnlərini özündə əks etdirir, qeyd olunan fayllarda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. On altıncı fayl txt formatında olmaqla “502568651 antenna.txt” adlanır və Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2017-xx.xx.2017-ci il tarixlər ərzində daxil olan və çıxan zənglərin abonentlərinin anten dairələri barədə məlumatları özündə əks etdirir. Qeyd olunan faylda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2017-ci il tarixdə saat 11:57 dəqiqədə 277 saniyə müddətində (Təqsirləndirilən şəxs1 anten dairəsi 8 km Naxçıvanski küçəsi, Zərərçəkmiş şəxs2 anten dairəsi Billur sarayı kimi qeyd olunmuşdur), həmin tarixdə saat 13:26 dəqiqədə 29 saniyə müddətində (Təqsirləndirilən şəxs1 anten dairəsi Əl oyunları sarayı, Zərərçəkmiş şəxs2 anten dairəsi AİOC Bayıl kimi qeyd olunmuşdur), danışıqlar aşkar edildi. Zip qovluğunda olan digər 3 faylda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı yeni məlumat aşkar edilmədi. (İİ cild 118-120) -Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx xxxxxx 2019-cu il tarixli 73683ş/h-001-19 nömrəli əmrindən görünür ki, DİN-in sərəncamında olan polis polkovnikleytenantı Təqsirləndirilən şəxs2, “istefada olan polis polkovnik-leytenantı” sayılmaqla xx xxxxxx 2019-cu il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamə”yə müvafiq olaraq xidmətdən xaric edilmişdir. (İİ cild i.v. 150) -Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs1 pul verdiyi yerləri əyani göstərmişdir. Həmin yerlərin fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. (İİİ cild i.v. 103-111) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs1 verdiyi 2000 manat pul sonradan Zərərçəkmiş şəxs2 tərəfindən ödənildiyindən ziyan ona dəymiş hesab eidlmiş, X7 əməlində Azəbaycan Respublikası CM-nin 178, 313 və 320-ci maddələrinin tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət təqibinə bu hissədə xitam verilmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Şahid2 əməllərində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət təqibinə bu hissədə xitam verilmiş, Təqsirləndirilən şəxs1 tərəfindən etibarını qazanmaq üçün Zərərçəkmiş şəxs3 verilmiş “Təqdimat” Beynəlxalq ictimai-siyasi qəzetin 14 nömrəli xüsusi müxbir vəsiqəsi maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (İİİ cild i.v. 123-155) -Qətimkan tədbiri seçmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİİ cild 185-186) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs2 və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs2 ittiham olunduğu həmin maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs2 aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə, həmin maddələrdə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (İİİ cild i.v. 29) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 17, 147-ci maddəsinin 2-ci hissəsi, 171-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, CM-nin 38-ci maddəsinə əsasən və CM-nin 23-1-ci maddəsi tətbiq edilməklə əməyə mütləq cəlb olunmaqla 03 il şərti azadlıqdan məhrum edilmişdir. (İİİ cild i.v 30-31) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə hökmü ilə 1993-cü ildə təqsirli bilinərək məhkum edilmişdir, lakin həmin hökm üzrə məhkumluğu ödənildiyi üçün Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələbləri baxımından residivin müəyyən olunması və cəza təyin edilərkən nəzərə alınmır, CM-nin 83.6-cı maddəsinin tələbi baxımından o, məhkumluğu olmayan şəxs hesab edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın bir qisminin ödənilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın bir qismini ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Digər Təqsirləndirilən şəxs2 isə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı tutulmamışdır, ona görə onun cəzaçəkmə müddətinin başlanğıcı hazırkı xx xxxxxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd vəsiqə cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan cəmi 193,52 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs4 istisna olmaqla, digər zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın bir qismi ödənilmiş, qalan hissəsi isə ödənilməmişdir, zərərçəkmiş şəxslər onlara dəymiş maddi ziyanın ödənilməsini tələb etsələr də, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verməmişlər. Yalnız Zərərçəkmiş şəxs4 mülki iddia vermiş, müvafiq nöqsanlara görə məhkəmənin qərarı ilə həmin mülki iddia geri qaytarılmışdır. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. İstinad olunan maddi hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkil Müdafiəçi1 ibtidai istintaqda və məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 110 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 660 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Eyni zamanda vəkil Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Maddi sübut qismində tanınmış “Təqdimat” Beynəlxalq ictimai-siyasi qəzetin 14 nömrəli xüsusi müxbir vəsiqəsi saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan cəmi 193,52 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 110 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 660 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar