Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-111/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2002-ci il tarixdə Rusiya Federasiyası, Krasnoyarsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, ev 11D-də qeydiyyatda olmaqla yaşamış, 11 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 sentyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 09 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 81A nömrəli yaşayış binasının çardağında cinsi ehtirasını təmin etmək məqsədilə əvvəllər tanıdığı 13 yaşlı Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən sonuncunun paltarlarını soyundurmaqla cinsi orqanını Zərərçəkmiş şəxs arxa sağrı nahiyyəsinə sürtməklə, əli ilə sinə nahiyyəsındə süd vəzlərinə toxunmaqla on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli digər hərəkətlər törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin əvvəlki iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin ortalarında sosial şəbəkə olan “Like”-da adının sonradan Zenfira olduğunu bildiyi şəxslə tanış olmuşdur. Zenfira ilə bir müddət danışdıqdan sonra onunla aralarında dostluq münasibətləri yaranmış, bir müddətdən sonra isə bu, sevgi münasibətlərinə çevrilmişdir. 08 sentyabr 2021-ci il tarixdə Zenfira sosial şəbəkədə onunla danışan zaman görüşmək istədiyini bildirmiş, onlar 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində “Sahil” metrostansiyasının qarşısında görüşəcəkləri barədə razılığa gəlmişlər. Danışıqdıqları vaxt həmin yerdə Zenfira ilə görüşmüşlər, onunla bir qədər danışdıqdan sonra piyada “Tarqovı” adlanan əraziyə getmişlər. Orada oturacaqların birində oturub söhbət etdikləri vaxt ona məxsus mobil telefona zəng gəlmiş, telefonda danışan şəxs özünü Zenfiranın atası kimi təqdim edərək, harada olmalarını soruşmuşdur. Zenfira ona telefonda danışanın onun atası olmadığını bildirmiş, buna görə telefon danışığını sonlandırmışdır. Bir qədər dostu “Spartak”la, yəni Rəsulla görüşmək üçün Zenfira ilə birgə metro ilə Nizami rayonu “Neftçilər” metrostasiyasının yaxınlığına gəlmişlər. Həmin ərazidə Rüstəm Rüstəmov küçəsi 81A ünvanında yerləşən, dostu Rəsulun yaşadığı binaya getmişlər. Liftlə binanın 16-cı mərtəbəsinə qalxaraq mənzilin qapısını döysə də, mənzilin qapısını açan olmadığından yenidən həyətə düşmüşlər. Həyətdə bir qədər gözlədikdən sonra Rəsulla telefonla danışmış, bir müddət sonra Rəsul onların yanına gəlmişdir. Söhbətləşdikdən sonra o, Rəsuldan qalmağa yer təşkil etməsini xahiş etmişdir. Rəsul mobil telefonu ilə anasına zəng vuraraq Zenfira ilə onun onların evində qalmalarına icazə istəmişdir. Lakin Rəsulun anası buna razılıq verməmişdir. Bundan sonra onlar birlikdə binanın çardağına qalxıb orada oturaraq söhbət etməyə başlamışlar. Bir neçə dəqiqə sonra Rəsul mağazaya getmək məqsədi ilə onların yanından uzaqlaşmışdır. Bu zaman Zenfira özü ilə gətirdiyi qısa şalvarını geyinmək məqsədi ilə ona bir az uzaq durmağını demişdir. O, bir az aralaşmış və təxminən bir neçə saniyə sonra Zenfira onu çağırmışdır. O, yaxınlaşan vaxt Zenfira əynindəki köynəyi çıxartmışdır. O, Zenfiraya yaxınlaşıb dodaq nahiyyəsindən öpməyə başlamışdır. Zenfira da onunla öpüşməyə başlamışdır. O, əli ilə Zenfiranın döşlərini oynatmış, sonra Zenfiranın üzərində olan qısa şalvarının zəncirbəndinı açaraq alt paltarı ilə birlikdə aşağı çəkmişdir. Daha sonra isə o, özünün üzərində olan şalvarın zəncirbəndini açaraq cinsiyyət orqanını çıxardıb Zenfiranın arxa sağrı nahiyyəsinə sürtmüşdür. Bu hərəkətlər təxminən 2-3 dəqiqə davam etmişdir. O, həmin vaxt ehtiraslı olsa da, onda boşalma baş verməmişdir. O, hərəkətlərini dayandırıb paltarlarını geyinmiş, Zenfira da paltarlarını düzəltmişdir. Bundan sonra Zenfiraya aşağı düşmələrini demişdir. Çıxışa gedən zaman Rəsul çardağa qalxmış, lakin daha orada qalmayıb birlikdə aşağıya düşərək yaxınlıqda olan parka getmişlər. Parkda oturduqları vaxt polis əməkdaşları onlara yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. O, Zenfiraya qarşı etdiyi həmin hərəkətləri etiraf edir və əməlindən peşmandır, lakin Zenfiranın azyaşlı olduğunu, 14 yaşının olduğunu bilməmişdir. Zenfira ona 18 yaşı olduğunu demiş, hətta əvvəllər adını Əsmər kimi demişdir. Təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi sonrakı mərhələdə prosesə qoşularkən isə, əvvəlki ifadəsindən fərqli olaraq, Təqsirləndirilən şəxs ifadəsində dəyişiklik edərək göstərmişdir ki, 39-cu polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə aparıldıqdan sonra, əməkdaşlar tərəfindən ona fiziki təzyiq göstərilmiş, təhqiqatçı ona demişdir ki, onların dediyi kimi ifadə verməsə, işinin üstünə iş gələcəkdir, ona görə məcbur qalıb ifadəsində Zenfiraya qarşı seksual xarakterli hərəkətlər etdiyini, onun azyaşlı olduğunu bildiyini demişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətiriləndə və sonrakı məhkəmə iclaslarında bu barədə deməmiş, fikirləşmişdir ki, yəqin ona inanmazlar. Onun Zenfiraya əli dəyməmişdir. Bundan başqa Zenfira ona 17 yaşının olduğunu demişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin (anası) iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən 7 saylı tam orta məktəbin 8-ci sinif şagirdidir. 2020-ci ilin ortalarında “Like” sosial şəbəkəsində adının sonradan Sahil olduğunu bildiyi şəxslə tanış olmuş və onunla aralarında dostluq münasibətləri yaranmışdır. Əvvəlcə danışmağa başlayan zaman o, öz yaşını Sahilə deməmiş və ondan gizlətmiş, sonradan isə yaşının 13 olduğunu Sahilə demişdir. 2021-ci ilin təxminən iyul ayının sonunda Bakı şəhərinə gəlmiş və valideyninə məxsus olan Bakı şəhəri, Səbail rayonu ərazisində olan evlərində yaşamışdır. Sahillə ilk dəfə 2021-ci ilin iyul ayının sonunda görüşmüşdür. 08 sentyabr 2021-ci il tarixdə “Like” sosial şəbəkəsində Sahillə danışan zaman onunla görüşmək istədiyini bildirmişdir. Sahil də onunla razılaşaraq 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində “Sahil” metrostansiyasının giriş hissəsində onu gözləyəcəyini bildirmişdir. Ailə problemləri olduğundan 09 sentyabr 2021-ci il tarixdə evdən çıxan zaman bir daha evə geri qayıtmamaq fikrində olmuşdur. Anası Nazbani onun Sahillə görüşməsindən narazı olduğundan mobil telefonunu əlindən almışdır. Ona görə də Sahil və dostu Nicatın mobil telefon nömrələrini kağıza yazaraq əl çantasının içərisinə qoymuşdur. 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvandan çıxaraq “Sahil” metrostansiyasının qarşısına getmiş, bir qədər gözləsə də, Sahil ora gəlməmişdir. Həmin vaxt dayandığı yerdə dönərçi işləyən şəxs ona yaxınlaşaraq necə köməklik göstərə biləcəyini soruşmuş, o isə həmin şəxsdən zəng etmək üçün mobil telefonunu verməsini xahiş etmişdir. Həmin şəxsin mobil telefonu ilə Sahilin mobil nömrəsinə zəng etmiş, Sahil cavab vermədiyindən Nicata zəng etmişdir. Nicata Sahili gözlədiyini, lakin onun telefona cavab vermədiyini demişdir. Nicat isə onun gözləməyini, Sahilə özünün zəng edəcəyini demişdir. Təxminən bir neçə dəqiqə sonra Nicat ona zəng edib Sahilin yolda olduğunu və gözləməyini demişdir. Təxminən bir neçə dəqiqə sonra Sahil onun yanına gəlmiş və gəzə-gəzə “Tarqovı” adlanan əraziyə getmişlər. “Tarqovı”da oturacaqların birinə oturub söhbət etmişlər, bu zaman Sahilə məxsus mobil telefona gizli nömrədən zəng gəlmişdir. Sahil mobil telefona cavab verən zaman telefonda danışan şəxs özünü onun atası kimi təqdim etmişdir. Lakin danışan şəxsin səsini tanımadığını və həmin şəxsin onun atası olmadığını bildirmişdir. Ona görə də Sahil zəngi sonlandırmışdır. Bir qədər söhbət edəndən sonra Sahil dostu “Spartaq” ləqəbli, adının isə sonradan Rəsul olduğunu bildiyi şəxsə zəng etmiş, onunla danışdıqdan sonra Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında görüşməyi razılaşmışdır. Oradan metro ilə “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmiş, Rəsulun qaldığı binaya getmişlər. Binanın 16-cı mərtəbəsində olan mənzillərdən birinə yaxınlaşmışlar və qapının zəngini basmışlar. Lakin mənzildə heç kim olmadığından qapını açan olmamışdır. Yenidən binanın həyətinə düşmüşlər. Həyətdə olan zaman Sahil Rəsula zəng etmiş, Rəsul təxminən bir neçə dəqiqə sonra gəlmişdir. Rəsul gəldikdən sonra bir qədər söhbət etdikdən Sahil Rəsula qalmağa yerin olub-olmaması ilə maraqlanmışdır. Rəsul anasına zəng edərək onların evdə qalmalarına icazə istəmiş, lakin Rəsulun anası buna icazə vermədiyindən Sahil oturmağa bir yerin olub- olmamasını soruşmuşdur. Rəsul isə ona binanın çardağına qalxmağı təklif etmişdir. Birlikdə həmin 16 mərtəbəli binanın çardağına qalxmışlar. Bir neçə dəqiqə sonra Rəsul onlara marketə gedəcəyini bildirərək yanlarından uzaqlaşmışdır. Bundan sonra Sahil əynində olan şalvarın qabağını açmış, o, Sahilin cinsi orqanını görmüşdür. Sahil ona paltarlarını çıxartmasını demişdir. O, üzərində olan köynəyi çıxartmış, bundan sonra Sahil ona yaxınlaşaraq qucaqlayıb dodaqlarından öpməyə başlamışdır. O da Sahillə öpüşmüşdür. Həmin vaxt Sahil əli ilə onun döş nahiyyəsini əli ilə oynatmağa başlamış, sonra isə Sahil onun şalvarının qabağını açıb alt paltarı ilə birlikdə şalvarını aşağı çəkmişdir. Həmin vaxt onun arxa nahiyyəsi çılpaq vəziyyətdə qalmışdır. Sahil öz cinsi orqanını onun arxa sağrı nahiyyəsinə sürtməyə başlamışdır. Lakin Sahil onunla arxa nahiyyədən cinsi əlaqədə omaq üçün heç bir hərəkət etməmişdir. Sahilin bu hərəkətləri ona da xoş gəldiyindən heç bir müqavimət göstərməmişdir. Bu hərəkətlər 2-3 dəqiqə davam etmişdir. Lakin bu hərəkətlərdən sonra Sahil dayanıb paltarlarını düzəltməsini və aşağı düşmələrini demişdir. Paltarlarını düzəldib çıxışa gedən zaman Rəsul çardağa qayıtmışdır. Lakin orada qalmayıb çardağı tərk edərək yaxınlıqdakı parka getmişlər. Parkda bir qədər oturduqdan sonra polis əməkdaşları onlara yaxınlaşıb polis şöbəsinə dəvət etmişlər. Orada olarkən Sahilin binanın çardağında onunla etdiyi hərəkətləri yuxarıda göstərdiyi qaydada danışmış və izahat vermişdir. Sonradan anasının razılığı ilə birlikdə Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, qızı Zenfira 11 mat 2008-ci il təvəllüdlüdür və o, qızının 2021-ci ildə Sahillə yaşadığı evin həyətində görüşdüyünü görüb bu münasibətlərə öz etirazını bildirmişdir. 09 sentyabr 2021-ci il tarixdə Zenfiraya marketdən ərzaq almağı tapşırmışdır. Zenfira evdən çıxmış və xeyli vaxt evə qayıtmadığından narahat olub onu axtarmağa başlamışdır. Lakin Zenfiranı tapa bilməyib Səbail RPİ-nin 39-cu polis şöbəsinə müraciət etmiş, Sahil və Zenfiranın münasibətlərindən məlumat vermişdir. Bir müddətdən sonra Nizami rayonu, R.Rüstəmov küçəsi 81A nömrəli binanın qarşısında yerləşən parka gedərək orada Zenfira, Sahil və Rəsulun bir yerdə oturacaqda oturduqlarını görmüşdür. Polislər Sahil və Zenfiranı polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman Zenfira binanın çardağında olarkən Sahilin onun dodaqlarından öpməsini, sinəsinə əllə toxunmasını və onun şalvarını çıxardaraq öz cinsi orqanını arxasına surtməsini demişdir. Sonradan qızı Zenfira ilə birlikdə Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin sonlarında soisal şəbəkə olan “Like”-də Sahillə, sonradan isə Zenfira ilə taniş olmuşdur. Zenfira ilə münasibətləri yalnız şəbəkədə olmuş, heç vaxt görüşməmişlər. Sahillə isə bir necə dəfə görüşmüşlər və onun yaşadığı evi tanımışdır. 09 sentyabr 2021-ci il tarixdə Sahil zəng edib görüşmək istədiyini, onun yaşadığı ünvana gəlmək istədiyini bildirmişdir. Bir müddət sonra Sahil zəng edərək yaşadığı binanın həyətində olduğunu demişdir. O, yaşadığı binanın həyətinə gələn zaman orada Sahillə Zenfiranı birlikdə görmüşdür, Sahil bildirmişdir ki, Zenfira evdən çıxıb, onlara qalmağa yer lazımdır. O, evlərində qala bilmələri üçün anasından icazə almalı olduğunu demiş, anasına zəng etmiş və tanışları Sahillə Zenfiranın onların evində qalmaları üçün icazə istəmişdir. Anası isə qətiyyən icazə verməyib onların öz evlərinə getmələrini demişdir. Anası icazə vermədiyindən onları evə dəvət edə bilməmiş, müvəqqəti oturmaq üçün çardağa qalxmışlar, orada oturub Zenfiranın evinə gayıtmasından söhbət etmişlər. Sonra o, marketə su almağa getmiş, qayıdarkən Sahillə Zenfiranın çıxışa tərəf gəldiklərini görmüşdür. Onlar birlikdə binanin qarşısında olan parka getmişlər, orada olan zaman polis əməkdaşları yaxınlaşıb Sahillə Zenfiranı polis bölməsinə dəvət etmişlər. X2 anasının şikayətinə görə tutulduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Like” soisal şəbəkəsində Sahil və Zenfira ilə taniş olmuşdur. Onların münasibətləri yalnız şəbəkədə olmuş, hec vaxt görüşməmişlər. 09 sentyabr 2021-ci il tarixdə Zenfira zəng edib, “Sahil” metrostansiyasının qarşısında Sahili gözlədiyini, gecikdiyinə görə ona zəng etsə də, zənginə cavab vermədiyini bildirmişdir. O, Zenfiraya Sahillə danişib ona məlumat verəcəyini demişdir. Sonra Sahillə əlaqə saxlamış, Zenfiranın onu “Sahil” metrostansiyasının qarşısında gözlədiyini demişdir. Sahil də həmin yerə gedəcəyini bildirmişdir. Bundan sonra Zenfiraya zəng edib Sahilin gələcəyini demişdir. Həmin gün saat 18:00 radələrində Zenfiranın anası ona zəng edib Zenfira və Sahili soruşmuşdur. O da bildirmişdir ki, onlar görüşməli idilər, lakin harada olmalarını bilmir. Səhəri gün Sahilin Zenfiranın anasının şikayətinə görə tutulduğunu öyrənmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -DİN-nin elektron portalından çıxarışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxx 2008-ci il tarixdə doğulmuşdur. (i.v. 9, 24) - 10 sentyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərərək Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətləri hansı qaydada etdiyini izah etmişdir. (i.v. 13-16) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin 04 oktyabr 2021-ci il tarixli 497 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. (i.v 115-117) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin məhkəmə-psixoloji ekspertizasının 19 oktyabr 2021-ci il tarixli 2425 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs inadkarlıq, emosionallıq, sərbəstliyə can atmaq, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli-intellektual inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs ona qarşı edilən qanunazidd hərəkətlərin mahiyyətini qavramaq və dərk etmək iqtidarındadır. (i.v. 142-144) - 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsindən həmin Məcəllənin 152.2-ci maddəsinə tövsif edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 150.3.3 və 151-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələrlə cinayət təqibi rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinin tərkib əlaçətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs ilkin verdiyi ifadəsində intihar həddinə çatması xüsusatı təsdiq olunmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 211-216) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun qanuni nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmənin əvvəlki iclasında sərbəst ifadəsində cinayət əməlini etiraf edən ifadə verməsindən sonra, növbəti məhkəmə iclasında əməlini etiraf etməməsi, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməməsi, onun 13 yaşının olduğunu bilməməsi ilə bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onlarla razılaşmaq olmaz, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsaslı olması məhkəmə iclasında təkzibolunmaz sübutlarla, müvafiq iş materialları, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi onun hüququdur. Nəzərə alınmalıdır ki, məhkəməyədək icraat zamanı müdafiəçilərinin iştirakı ilə verdiyi ifadələrində olduğu kimi, məhkəmənin əvvəlki iclasında Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə, digər proses iştirakçılarının yanında, sərbəst ifadəsində cinayət əməlini etiraf edərək verdiyi ifadəsində 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs ilə “Sahil” metrostansiyasının qarşısında görüşdükdən, “Tarqovı” adlanan ərazidə söhbət etdikdən sonra ünvan 1 ünvanında yerləşən, dostu Rəsulun yaşadığı binaya getdiklərini, binanın çardağına qalxıb orada oturaraq söhbət etdiklərini, sonra Zenfiranın özünün əynindəki köynəyi çıxartdığını, onun Zenfiraya yaxınlaşıb dodaq nahiyyəsindən öpməyə başladığını, Zenfiranın da onunla öpüşməyə başladığını, əli ilə Zenfiranın döşlərini oynatdığını, sonra Zenfiranın üzərində olan qısa şalvarının zəncirbəndinı açaraq alt paltarı ilə birlikdə aşağı çəkdiyini, daha sonra isə özünün üzərində olan şalvarın zəncirbəndini açaraq cinsiyyət orqanını çıxardıb Zenfiranın arxa sağrı nahiyyəsinə sürtdüyünü, bu hərəkətlərin təxminən 2-3 dəqiqə davam etdiyini, həmin vaxt ehtiraslı olsa da, onda boşalma baş vermədiyini, sonra hərəkətlərini dayandırıb paltarlarını geyindiklərini və binanın çardağından aşağı düşdüklərini göstərmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Firkətoviçin sonradan, yəni müqavilə əsasında yeni vəkilinin prosesə qoşulmasından sonra ifadəsini dəyişərək ümumiyyətlə zərərçəkmiş şəxsə qarşı qeyd edilən hərəkətlərə yol vermədiyini bildirməsinə tənqidi yanaşaraq əsaslı hesab etmir, onun özünü cinayət məsuliyyətdən yaxa qurtarmağa cəhdi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatının ilkin mərhələsində verdiyi ifadələrində Zərərçəkmiş şəxs 13 yaşının olduğunu bilmədiyi barədə ifadəsinə münasibətdə isə qeyd edir ki, bu hal ilk növbədə zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib olunur, digər yandan isə zərərçəkmiş şəxsin fizioloji göstəricilərinin özü də onun azyaşlı olduğunu bilməyə kifayət qədər əsas verirdi, bunu yetkinlik yaşında olan təqsirləndirilən şəxs bilməyə bilməzdi. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin ona Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; müvafiq cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 51) - 13 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 11 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 82-83) -Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə 03 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxslə barışmışlar, ondan şikayəti yoxdur, gələcəkdə də ondan heç bir şikayəti olmayacaqdır. (i.v. 131) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 158) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 11 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu müddət ibtidai həbs müddəti kimi cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs (onun qanuni nümayəndəsi) tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, dövlət hesabına təyin edilmiş vəkil Müdafiəçi1 məhkəmə icraatının müvafiq dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımın müddətinə, hər iş saatı üçün müəyyən edilmiş məbləğinə dair qanunla müəyyən edilmiş qaydada izahlı hesabat arayışını təqdim etmədiyinə görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqının ödənilməsi məsələsinin həlli hazırkı halda mümkün deyildir, nöqsanlar aradan qaldırıldıqdan sonra həmin dövr üçün əmək haqqının ödənilməsi məsələsi üzrə ayrıca akt şəklində qərar qəbul edilə bilər. Digər vəkil Müdafiəçi2 isə müqavilə əsasında işdə iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirdiyindən ona dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqının ödənilməsi müzakirə edilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-111/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-111/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver