Məhkəmə qərarları › İş №1(007)-111/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-111/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-111/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1966-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2021ci il tarixli qərarına əsasən cəzasının 10 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs3 arvadı X2 xəstəliyi ilə bağlı əlillik pensiyası düzəldəcəyi, habelə Zülfiyə Fətaliyevanın böyrək əməliyyatının həyata keçirilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə, bu adla Zərərçəkmiş şəxs3 xx.xx.2019-cu il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində 2000 manat, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, 762 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həyətində 1500 manat, xx.xx.2019-cu il tarixdə həmin ünvanda 3500 manat, ümumilikdə isə 7000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs4 azyaşlı övladı X7 xəstəliyi ilə bağlı əlillik pensiyası düzəldəcəyinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs4 xx.xx.2019-cu il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində 2000 manat, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, 762 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həyətində 1500 manat, ümumilikdə isə 3500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda, Zərərçəkmiş şəxs1 azyaşlı oğlu X15 xəstəliyi ilə bağlı əlillik pensiyası düzəldəcəyinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 2019-cu ilin iyun ayında İsmayıllı rayonu, İsmayıllı kəndində 1100 manat, 2019-cu ilin sonlarında Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, 762 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yaxınlığında 500 manat, 2020-ci ilin may ayında həmin ünvanda 400 manat, ümumilikdə 2000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs5 azyaşlı övladı X9 xəstəliyi ilə bağlı əlillik pensiyası düzəldəcəyinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs5 2019-cu ilin noyabr ayında Sabirabad rayonu, Ağaməmmədli kəndində 500 manat, 2020-ci ilin iyul ayı ərzində Zərərçəkmiş şəxs5 İsmayıllı rayonundan Bakı şəhərinə gələn şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü vasitəsilə göndərdiyi 900 manat pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan yerdə olan dayanacaqda, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 tərəfindən İsmayıllı rayonundan “Azərpoçt” vasitəsilə gördərilən 100 manat pul vəsaitini Salyan rayonu, Qaraçala kəndində yerləşən “Azərpoçt”da, 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, 762 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yaxınlığında 2000 manat, ümumilikdə isə 3500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, heç bir səlahiyyəti olmadığı halda Şahid1 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs2 azyaşlı övladı X3 görmə məhdudiyyəti ilə bağlı əlillik pensiyası düzəldəcəyinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 2020-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Xocalı prospektində yerləşən metronun “Xətai” stansiyasının qarşısında Zərərçəkmiş şəxs2 onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 vasitəsilə göndərdiyi 1000 manat, 2020-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri, Nəsimi rayonu, İlqar Cümşiidov küçəsində yerləşən Z.Əliyeva adına xəstəxananın yaxınlığında 500 manat, bir neçə gün sonra isə Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, 762 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yaxınlığında 500 manat, 2020-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan yerdə olan dayanacaqda 500 manat, ümumilikdə 2500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs6 xəstəliyi ilə bağlı əvvəllər təyin olunmuş əlillik pensiyasının yenidən bərpa edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs6 2022-ci ilin iyul ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının qarşısında 800 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, 2019-cu ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanasında stasionar müalicə alan zaman Zülfiyyə Fətaliyeva adlı qadınla tanış olmuş, sonuncu böyrək çatışmamazlığı xəstəliyi ilə əlaqədar müalicə almışdır. Zülfiyyə ilə söhbətləri zamanı ona əlillik dərəcəsinin təyin edilərək dövlət hesabına sosial müavinətlə təmin edilməsi işində köməklik göstərə biləcəyini təklif etmişdir. Həmin dövrdə Zülfiyyənin əri Zərərçəkmiş şəxs3 onunla telefon əlaqəsi yaradaraq həmin məsələ ilə bağlı ona köməklik göstərməyini xahiş etmişdir. Ertəsi gün Respublika Klinik Xəstəxanasına gələrək Əflatuna Zülfiyyəyə xəstəliyi ilə əlaqədar pensiya təyin edilməsi işində köməklik göstərəcəyini, bir neçə gün ərzində İsmayıllı rayonuna gələcəyini və bu barədə orada onunla ətraflı söhbət edəcəyini demişdir. xx.xx.2019-cu il tarixdə Əflatuna zəng edərək İsmayıllı şəhərinə gəldiyini və görüşmək istəyini bildirmişdir. Əflatun da İsmayıllı şəhərində yerləşən “Kəpənək dayanacağı” deyilən yerdə onunla görüşmüş, həmin vaxt yanında Rafiq adlı azyaşlı nəvəsi olmuşdur. Əflatunun dəvəti ilə bir gün onun evində qalmış, həmin vaxt evdə olarkən Zülfiyyəyə xəstəliyi ilə əlaqədar pensiya təyin edilməsi işində ona köməklik göstərəcəyini bildirsə də, aralarında pul danışığı olmamışdır. Əflatun şirinlik kimi Zülfiyyənin yanında ona 350 manat pul vermişdir. O da pulu qəbul edərək həmin məsələnin həll edilməsində köməklik göstərəcəyini demişdir. Həmin gün Əflatunun evində qonaq olan zaman sonuncunun həmyerlisi Zərərçəkmiş şəxs4 adlı şəxs də qonaq gəlmiş və Əflatun onları tanış etmişdir. Növbəti gün isə Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində olarkən Əflatuna zəng edərək tibbi müayinələrdən keçmək üçün Zülfiyyəni və Zərərçəkmiş şəxs4 uşağını Bakı şəhərinə gətirməyini demişdir. Əflatun da arvadı Zülfiyyə və həmyerlisi Zərərçəkmiş şəxs4la birlikdə xx.xx.2019-cu il tarixdə Bakı şəhərinə gəlib Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanasının həyətində onunla görüşmüşlər. Həmin vaxt Əflatun onun istiqamətləndirmələri əsasında Zülfiyyəni tibbi müayinələrdən keçirdib rayona qayıtmışlar. Sonrakı dövrdə pandemiyanın və müharibənin baş verməsi, eyni zamanda özünün xəstələnməyi həmin məsələnin həll olunmasına maneə yaratmışdır. Nəticədə Zülfiyyənin pensiya təyin edilməsi məsələsi baş tutmamışdır. Qeyd etmişdir ki, Əflatundan onun arvadına sosial müavinətin təyin olunması ilə bağlı ondan ayrı-ayrı vaxtlarda 2000, 1500 və 3500 manat pul almağına dair bildirdikləri tamamilə yalandır. Yuxarıda qeyd etdiyi kimi Əflatundan cəmi 350 manat pul almışdır. Bundan başqa o, həmin tarixdə Əflatunun evində qonaq olan zaman tanış olduğu Zərərçəkmiş şəxs4 da Nazlı adlı azyaşlı övladına dövlət hesabına sosial müavinətlə təmin edilməsi işində köməklik göstərməyini xahiş etmiş, o da bunun üçün həmin uşağın Bakı şəhərində müvafiq tibbi müayinələrdən keçirilməli olduğunu, bu işdə ona köməklik göstərəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 bunun müqabilində şirinlik kimi ona 400 manat pul vermişdir. Həmin vaxt Vüsal qızı Nazlının tibbi müayinələri üçün nə qədər həkim xərcinin olduğunu soruşduqda o, bunun üçün təqribən 400 manat pul lazım olacağını demişdir. Növbəti gün Bakı şəhərinə qayıtmamışdan öncə Vüsalın evində qonaq olan zaman sonuncunun anası şəhid ailəsi olduqları üçün onun dövlət hesabına mənzillə təmin olunması məsələsində köməklik göstərməsini xahiş etmiş, o da bu məsələnin 1000 manata həll olunacağını bildirmişdir. Bakı şəhərinə qayıdandan sonra Vüsal bu işə görə ona poçt vasitəsi ilə 900 manat pul göndərmişdir. Əflatun arvadı Zülfiyyəni Bakı şəhərinə gətirən zaman Vüsal da qızı ilə birlikdə gəlmiş və onun istiqamətləndirmələri ilə oğlunu tibbi müayinələrdən keçirmiş və tibbi xərcləri də özləri qarşılamışdılar. Yuxarıda qeyd etdiklərindən başqa Vüsal və onun ailə üzvləri ilə heç bir pul alış-verişi danışmamışdır. Sonrakı dövrdə pandemiyanın və müharibənin baş verməsi, eyni zamanda xəstələnməyi həmin məsələnin həll olunmasına maneə yaratmış və nəticədə hər iki məsələ baş tutmamışdır. Bundan başqa o, Əflatunun vasitəsi ilə Zərərçəkmiş şəxs5la tanış olmuş, belə ki, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 tanışı Məcidov X5 yaşadığı evdə qonaq olduğu zaman sonuncu Ceyhunu da onunla tanış etmişdir. Ceyhunun da xx.xx.2018-ci il təvəllüdlü X16 adlı övladı “qıcolma” xəstəliyindən əziyyət çəkdiyi üçün həmin xəstəliyin müalicəsi ilə əlaqədar pensiya məsələsini danışmaqdan ötrü Əflatun onu Sabirabad rayonuna qaynatasigilə qonaq çağırmış, o da orada Ceyhun və Əflatunla görüşmüşdür. Orada Ceyhunun övladının xəstəliyinin müalicəsi ilə əlaqədar pensiya məsələsini danışmış və bu məsələnin həlli üçün köməklik göstərəcəyini demişdir. Ceyhun da buna görə ona şirinlik kimi 600 manat pul vermişdir. Sonrakı dövrdə Ceyhunu övladı ilə birlikdə Bakı şəhərinə çağıraraq tibbi müayinələrdən keçməsini bildirmişdir. Ceyhun və oğlu Bakıya gəlmiş və onun istiqamətləndirmələri ilə uşağı tibbi müayinələrdən keçirmiş və tibbi xərcləri də özləri qarşılamışdılar. Yuxarıda qeyd etdiklərindən başqa Ceyhun ilə heç bir pul alış-verişi olmamışdır. Sonrakı dövrdə pandemiyanın və müharibənin baş verməsi, eyni zamanda özünün xəstələnməyi həmin məsələnin həll olunmasına maneə yaratmış və nəticədə həmin məsələ baş tutmamışdır. Bundan başqa o, Əflatunun evində qonaq olan zaman sonuncu onu Zərərçəkmiş şəxs1 ilə tanış etmiş, həmin vaxt Aqif övladı Nihat Əsgərovun “ixtios” adlı xəstəlikdən əziyyət çəkdiyi üçün ona pensiya təyin olaraq sosial müavinət alması işində köməklik göstərməsini ondan xahiş etmişdir. O da Aqifə bu məsələdə köməklik göstərəcəyini demişdir. Aqif də buna görə ona şirinlik kimi 600 manat pul vermişdir. Sonrakı dövrdə tibbi müayinələrdən keçməsi üçün Aqifi övladı ilə birlikdə Bakı şəhərinə çağırmışdır. Bakı şəhərinə gəldikdən sonra Respublika Kliniki Xəstəxanasının həyətində görüşüb onun istiqamətləndirmələri ilə uşağı tibbi müayinələrdən keçirmiş və tibbi xərcləri də özləri qarşılamışdılar. Yuxarıda qeyd etdiklərindən başqa Aqif ilə heç bir pul alış-verişi olmamış, sonrakı dövrdə pandemiyanın və müharibənin baş verməsi, eyni zamanda özünün xəstələnməsi məsələnin həll olunmasına maneə yaratmış, nəticədə həmin məsələ baş tutmamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs2 2020-ci ilin noyabr ayından sonuncunun həmyerlisi Şahid1 vasitəsi ilə tanımış, belə ki, Hakim ona 2020-ci ilin noyabr ayının əvvəllərində zəng edərək, həmyerlisi Rafailin oğlu Elşadın görmə problemi ilə əlaqədar pensiya düzəldilməsinə köməklik göstərməsini xahiş etmişdir. Hakimə etiraz etməmiş və bunun üçün 2000 manat lazım olduğunu demişdir. Hakim isə Rəfailin 1500 manat pulunun olmasını dediyi üçün onunla razılaşmışdır. Həmin ayın əvvəllərində Hakim telefonla əlaqə saxlamış və Bakı şəhərində metronun Xətai stansiyasının çıxışında görüşüb sonuncu ona 800 manat pul vermişdir. Elə orada Hakimə, Elşadın görməsində olan problemlə əlaqədar toplanmış sənədlər və uşağın özünün də Bakı şəhərinə gəlməsinin lazım olduğunu demişdir. Bir neçə gündən sonra Elşadın atası Rəfail onunla əlaqə saxlayaraq Bakı şəhərində Respublika xəstəxanasının yanıda görüşmüş, həmin vaxt Hakim də orda olmuşdur. Elə orada Rafail ona əlavə 500 manat pul vermiş və bir yerdə adını xatırlamadığı həkimin yanına getmişlər. Elşadı həkim müayinə etmiş, bundan sonra Rafail oğlu Elşadla çıxıb getmişlər. Həmin vaxtdan sonra bir neçə dəfə Rəfaillə telefonla daşnışmış və işlərinin qısa müddətdə həll olunacağını demişdir. Lakin 2020-ci ildə pandemiya, vətən müharibəsi və özünün əlilliyi ilə əlaqədar evdə xəstə yatdığından həmin işlə məşğul ola bilməmiş və Rəfail də ondan narazı qalaraq şikayət etmişdir. Bundan başqa o, 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs6 tanımış, söhbət əsnasında sonuncu İİ qrup əlillik dərəcəsinə görə aldığı sosial müavinətin müvafiq orqanının qərarına əsasən ona verilməsinin dayandırıldığını bildikdə o, həmin müavinətin verilməsinin bərpa edilməsi işində ona köməklik göstərəcəyini, bunun üçün 800 manat pul lazım olacağını demişdir. 2022-ci ilin iyul ayının əvvəllərində günorta saatlarında Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının qarşısında onunla görüşərək 100 manatlıq əskinaslardan ibarət ümumilikdə 800 manat pulu ona vermiş, eyni zamanda üzərində nağd pul olmadığı üçün taksi ilə getməyinə görə əlavə 20 manat da vermişdir. Sonrakı dövrdə isə sosial müavinətin Aynaya verilməsi bərpa olunmadığı üçün onunla əlaqə saxlamağa başlamış, o isə həmin vaxtı maddi durumunun aşağı olması səbəbindən həmin pulu ona qaytara bilməmiş və yaxın gələcəkdə qaytaracağına söz vermişdir. Lakin sonrakı dövrdə həbs edilmiş və buna görə də Aynaya olan borcunu hazırki dövrədək qaytara bilməmişdir. Qeyd etmişdir ki, Yasamal rayonu ərazisində yerləşən «Qələbə» tibb mərkəzində işləyən X12 adlı həkimlə rastlaşmamış, «Qələbə» tibb mərkəzində Zərərçəkmiş şəxs5la birlikdə olsa da ona ancaq övladının pensiya məsələsinin düzəlməsi üçün hansı həkimlərdən keçmək lazım olması barədə istiqamətlər vermiş, özü 1-ci qrup əlil olduğu üçün hansı həkimlərdən keçmək lazım olduğunu bilir. Adları qeyd olunan zərərçəkmiş şəxslərdən pulları özü üçün almış, aldığı pulları heç kimə verməmiş, belə ki, kimlərinsə vasitəsilə iş görməmişdir, ancaq adları qeyd olunan şəxslərə istiqamətlənmələr vermişdir. Oğlu Rauf onunla İsmayıllı rayonuna getməmiş, oğlunun onun əməllərindən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs5 poçt vasitəsilə göndərdiyi 100 manat pulu o, Salyan rayonu, Qaraçala kəndində poçt vasitəsilə qəbul etmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, arvadı X4 böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir, 2019-cu ilin fevral ayında arvadı Zülfiyyə Fətaliyeva xəstəliyi ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanasında stasionar müalicə almışdır. Həmin dövrdə uzun illərdir ki, tanıdığı qonşusu Zərərçəkmiş şəxs4 Möhtəşəm oğlu ilə birlikdə Züfiyyəyə baş çəkmək üçün həmin xəstəxanaya getmişdir. Orada Zülfiyyə ilə söhbət edərkən sonuncu Təqsirləndirilən şəxs ilə tanış olduğunu, həmin qadının ona xəstəliyə görə əlillik dərəcəsinin təyin edilərək dövlət hesabına sosial müavinətlə təmin edilməsi işində köməklik göstərə biləcəyini bildirməsi barədə ona məlumat vermişdir. O da Zülfiyyədən həmin Gülnarə adlı qadının istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini götürüb həmin gün onunla əlaqə saxlayanda Təqsirləndirilən şəxs Əbülhəsən qızı, hazırda Bakı şəhərində qızının yaşadığı evdə olduğunu bildirmişdir. Ertəsi gün Təqsirləndirilən şəxs Respublika Klinik Xəstəxanasına gəlmiş, söhbət zamanı o, Zülfiyyəyə xəstəliyi ilə əlaqədar pensiya təyin edilməsi işində ona köməklik göstərəcəyini, bir neçə gün ərzində İsmayıllı rayonuna gələcəyini və bu barədə orada ətraflı söhbət edəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Gülnarə ona zəng edərək İsmayıllı şəhərinə gəldiyini və görüşmək istədiyini bildirmişdir. O da İsmayıllı şəhərində yerləşən “Kəpənək dayanacağı” deyilən yerdə Gülnarə ilə görüşərkən sonuncunun yanında 30-35 yaşlarında Rauf adı ilə oğlu kimi, 8-9 yaşlarında adını xatırlamadığı nəvəsi kimi təqdim etdiyi oğlan uşağı olmuşdur. O, Gülnarəni yaşadığı evə dəvət etmiş və bir gün onun evində qalmışlar. Həmin gün həmyerlisi Zərərçəkmiş şəxs4 da onlara qonaq gəldikdə Gülnarəni evdə görmüşdür. Evdə olarkən Gülnarə Zülfiyyəyə xəstəliyi ilə əlaqədar pensiya təyin edilməsi işində ona köməklik göstərəcəyini, bunun üçün 3500 manat pul lazım olduğunu, həmin məbləğə məsələnin 1-2 ay müddətində həll edəcəyini, ilkin olaraq ona 2000 manat verilməsini istəmişdir. O da 5, 10, 20, 50 və 100 manatlıq əskinazlardan ibarət olmaqla həmin məbləği Vüsalın və arvadı Zülfiyyənin yanında Giilnarəyə vermişdir. Pulu Gülnarə ondan alaraq Raufa vermiş, növbəti gün isə Gülnarə Bakı şəhərinə qayıtmışdır. Daha sonra Gülnarə zəng edərək tibbi müayinələrdən keçmək üçün Zülfiyyəni və Zərərçəkmiş şəxs4 uşağını Bakı şəhərinə gətirməklərini istəmişdir. Zülfiyyə və Zərərçəkmiş şəxs4 birlikdə xx.xx.2019-cu il tarixdə Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanasının həyətində Gülnarə ilə görüşmüşdür. Həmin vaxt Gülnarə ondan pulun qalan 1500 manat hissəsini istədiyindən o da Vüsal və Zülfiyyənin yanında həmin məbləği ona vermişdir. Gülnarə Zülfiyyəni tibbi müayinələrdən keçirmək üçün həmin xəstəxanaya aparmış, o isə həyətdə gözləmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə Gülnarə zəng edərək Zülfiyyə üçün 10.000 manata donor böyrək tapdığını, bunun üçün beh kimi 3500 manat lazım olduğunu, həmin pulu ona çatdırmağını demişdir. O, da həmin gün Bakı şəhərinə gəlib yenə də Respublika Klinik Xəstəxanasının həyətində Güulnarə ilə görüşüb 3500 manat pulu ona vermiş, sonuncu həmin ayın sonuna kimi Zülfiyyənin pensiya məsələsini və böyrək köçürmə əməliyyatının həyata keçiriləcəyini demişdir. Həmin ayın sonlarında Gülnarə ilə əlaqə saxladıqda sonuncu ilk əvvəl müxtəlif bəhanələr gətirmiş, daha sonra isə nalayiq ifadələr işlədib telefon danışığını sonlandırmış, sonrakı dövrdə telefon zənglərinə də cavab verməmişdir. Gülnarənin Rauf adlı oğlu kimi təqdim edən şəxsin ***-***-**-** nömrəsinə zəng edərək həmin məsələni onunla danışsa da həmin şəxs ona bu məsələ ilə bağlı hər hansı məbləğdə pul verilmədiyini bildirərək sağollaşmışdır. Qeyd etmişdir ki, Gülnarə ilə tanış olduğu dövrdə Zərərçəkmiş şəxs4 da onun vasitəsi ilə Gülnarə ilə həmin vaxt tanış olmuş, Vüsala 3500 manat müqabilində onun Nazlı Məmmədova adlı qızının da dövlət hesabına sosial müavinətlə təmin edilməsi işində köməklik göstərə biləcəyini vəd etmiş, xx.xx.2019-cu il tarixdə Gülnarə İsmayıllı rayonunda onun evində qonaq olarkən Vüsal da gəlmişdir. Həmin vaxt onlar arasında baş tutmuş söhbət əsasında Gülnarə həmin gün Vüsalın evində qonaq olmuş və həmin vaxt Vüsal Gülnarəyə 2000 manat pul vermiş, şəhid ailəsi olduqları üçün onun dövlət hesabına mənzillə təmin olunması məsələsində köməklik göstərəcəyini vəd edərək bunun müqabilində ondan 1500 manat pul istəmiş, Vüsal da razılaşmışdır. xx.xx.2019-cu il tarixdə Respublika Klinik Xəstəxanasının həyətində Gülnarə ilə görüşən zaman Vüsal da Gülnarəyə 1500 manat pul vermişdir. Daha sonra X6 da tibbi müayinələrdən keçirmək üçün xəstəxananın içərisinə aparmışdır. Bir qədər sonra qayıtmışdır. Daha sonra isə o, Vüsal, Nazlı və Zülfiyyə İsmayıllı rayonuna getmişlər. Həmçinin qeyd etmişdir ki, 2019-cu ildən İsmayıllı rayonunda yaşayan Zərərçəkmiş şəxs5 tanıyır. xx.xx.2019-cu il tarixdə Gülnarə onun evində qonaq olan vaxtı Ceyhunu da onunla tanış etmişdir. Ceyhunun xx.xx.2018-ci il təvəllüdlü oğlu Mətin Məcidov “qıcolma” xəstəliyindən əziyyət çəkdiyi üçün həmin xəstəliyin müalicəsi ilə əlaqədar ona köməklik göstərmiş, Gülnarə ilə tanış olandan sonra Vüsalın da övladına pensiyanın düzəldilməsinə köməklik göstərə biləcəyini düşünmüşdür. Bir müddət sonra Ceyhunun övladının pensiya məsələsini danışmaq üçün Gülnarənin dəvəti ilə Ceyhun və tanışı Hakimlə birlikdə Sabirabad rayonuna Gülnarənin qızının evinə getmişlər. Orada Təqsirləndirilən şəxs ilə Ceyhunun övladı Mətin Məcidov üçün xəstəliyinə görə pensiya hüququ əldə etməsinə köməklik göstərəcəyini, bunun üçün ümumilikdə 1200 manat pul lazım olduğunu, ilkin sənədləşmələrin aparılması üçün 500 manat tələb olunduğunu, iki ay müddətində məsələnin həll olunacağını və nəticədə Mətinə hər ay 280 manat məbləğində pensiya veriləcəyini bildirmişdir. Ceyhun da Gülnarə ilə razılaşaraq həmin ünvanda onun və Hakimin yanında Təqsirləndirilən şəxs 50 və 100 manatlıq əskinzalardan ibarət 500 manat pul vermişdir. Daha sonra o, Hakim və Ceyhun rayonda yerləşən qaynanasıgilin evinə gedib bir qədər orada qaldıqdan sonra həmin gün İsmayıllı rayonuna qayıtmışlar. Sonrakı dövrdə Ceyhun ilə Gülnarə arasında baş vermiş proseslərdən xəbərsiz olmuşdur. Lakin sonradan Gülnarənin dələduzluq yolu ilə Ceyhunun 3500 manat pulunu ələ keçirtdiyini eşitmişdir. Bundan başqa qeyd etmişdir ki, uzun illərdir ki, həmyerlisi olan Zərərçəkmiş şəxs1un azyaşlı oğlu Nihat Əsgərovunda “ixtios” adlı xəstəlikdən əziyyət çəkdiyini bilir. 2019-cu ildə Gülnarənin onun evinə qonaq gəldiyi növbəti dəfələrdə rayon bazarında olan zaman Aqiflə rastlaşmış, həmin vaxt Gülnarənin yanında gəlmiş özünü sonuncunun Rauf adlı oğlu kimi təqdim edən şəxs də olmuşdur. Üçü söhbəti əsnasında Aqif Gülnarənin bu cür xəstə insanlara pensiya təyin olaraq sosial müavinət alması işində köməklik göstərməsi barədə öyrəndikdə Aqif, Rauf vasitəsi ilə Gülnarə ilə əlaqə yaratmışdır. Lakin onlar arasında baş vermiş proseslərdən xəbərsiz olmuşdur, lakin sonradan Gülnərənin dələduzluq yolu ilə Aqifin 2000 manat pulunu ələ keçirtdiyini eşitmişdir. Göstərilənləri nəzərə alaraq, o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Salyan rayon sakini Təqsirləndirilən şəxs Əbdülhəsən qızı ilə 2019-cu ilin aprel-may aylarında uzun illərdir tanıdığı həmyerlisi Zərərçəkmiş şəxs3 vasitəsilə tanış olmuşdur. Həmin dövrdə İsmayıllı rayonunda bazarda olan zaman orada Əflatun ilə qarşılaşdıqda onun yanında Gülnarə və özünü sonuncunun oğlu kimi təqdim edən Rauf adlı şəxs olmuşdur. Söhbət əsnasında məlum olmuşdur ki, Gülnarə xəstəliyə görə sosial müavinətin təyin olunması işində Əflatuna köməklik göstərir. O da Gülnarəyə müraciət edərək, övladı Nihat Əsgərovun “ixtios” adlı xəstəlikdən əziyyət çəkdiyi üçün ona pensiya təyin olaraq sosial müavinət alması işində köməklik göstərməsini istəmişdir. Gülnarə də ona növbəti dəfə İsmayıllı rayonuna gələn zaman xəbər edəcəyini və bu məsələ ilə bağlı həmin vaxt ətraflı söhbət edib köməklik göstərəcəyini bildirərək istifadəsində olan ***-***-**-** nömrəsini də ona vermişdir. 2019-cu ilin may-iyun aylarında Gülnarə həmin nömrəsindən zəng edərək, İsmayıllı rayonuna gəldiyini və hazırda Əflatunun evində qonaq olduğunu bildirdiyi üçün o da Əflatungilə getmiş və Gülnarə ilə söhbəti nəticəsində sonuncu Nihata pensiya təyin olaraq sosial müavinət alması işində köməklik göstərəcəyini, bu məsələnin 1-2 ay ərzində həll olunacağını, bunun üçün 1600- 1700 manat pul lazım olacağını bildirərək ilkin olaraq ondan 1100 manat pul istəmişdir. O da Əflatunun yanında Gülnarəyə 100 manatlıq əskinaslardan ibarət 1100 manat pul vermişdir. Sonrakı dövrdə Gülnarə ilə yalnız telefon vasitəsi ilə əlaqəsi olmuş və hər dəfə sonuncu müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışmışdır. 2019-cu ilin sonlarında Gülnarə həmin nömrə ilə zəng edərək Nihatın tibbi müayinədən keçirilməsi üçün Bakı şəhərinə gəlməsini, əlavə olaraq 500 manat pul gətirməsini demişdir. O da həmin vaxt Əflatunun arvadı Zülfiyyə Yasamal rayonu ərazisində yerləşən Respublika Klinik Xəstəxanada stasionar müalicə aldığı üçün Əflatunla birlikdə Bakı şəhərinə gedib xəstəxananın həyətində Gülnarə ilə görüşmüşdür. Əflatunun yanında 500 manat pulu Gülnarəyə vermiş, daha sonra sonuncu Nihatla birlikdə xəstəxananın içərisinə girmişlər. 25-30 dəqiqə sonra geri qayıtdıqdan sonra Gülnarə Nihatı tibbi müayinələrdən keçirtdiyini, qısa zamanda məsələnin həll olunacağını demişdir. Orada sağollaşıb uşaqla birlikdə rayona qayıtmışdır. 2020-ci ilin may ayının ortalarında Gülnarə yenidən zəng edərək, artıq məsələnin həll olunduğunu, sonuncu mərhələ kimi Nihatın digər tibbi müayinələrdən keçirilməsi üçün şəhərə gətirməsini və əlavə olaraq 400 manat pul lazım olduğunu demişdir. O bu dəfə də razılaşıb yenə Əflatunla birlikdə Nihatı Bakı şəhərinə gətirmiş və Respublika Klinik Xəstəxanasının həyətində Gülnarə ilə görüşüb Əflatunun yanında 400 manat pulu Gülnarəyə vermişdir. Gülnarə yenə də Nihatla birlikdə xəstəxananın içərisinə girmiş, yarım saat sonra geri qayıtmışlar. Həmin vaxt Gülnarə ona məsələnin həll olunduğunu, qısa zaman sonra bu barədə bildiriləcəyini demişdir. Daha sonra Nihatla rayona qayıtmışdır. Bir müddət sonra həmin məsələ ilə bağlı heç bir dəyişikliyin olmadığını görüb bu müddət ərzində Gülnarə ilə bir neçə dəfə telefon əlaqəsi yaratsa da, sonuncu müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışmışdır. Nəticədə Gülnarənin dələduzluq yolu ilə onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, təqsirlənləndirilən şəxsin oğlu Mahir Amanov 1000 manat pulu ayda 100 manat olmaqla ödəməyi öhdəsinə götürdüyünə görə, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, şikayətçi olduğu şəxs Salyan rayon sakini Təqsirləndirilən şəxsdır. Onu 2019-cu ilin aprel ayından etibarən tanıyır və bundan əvvəl onu tanımamışdır. 2019-cu ilin aprel ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs3 arvadı Zülfiyyə Fətaliyeva xəstəliyi ilə əlaqədar Bakı şəhəri Respublika Klinik Xəstəxanasında yataq şəraitində müalicə aldığından Zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhəri Respublika Klinik xəstəxanasına Zülfiyyəyə baş çəkməyə getdikdə Zülfiyyə orada tanış olduğu Təqsirləndirilən şəxs Abdülhəsən qızının pensiya düzəldə bildiyini onlara dedikdən sonra o və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Gülnarə ona qızı Nazlı Məmmədovaya pensiya düzəldəcəyini vəd edərək ondan ümumilikdə 3500 manat pul alacağını dedikdə o, həmin təkliflə razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs3lə İsmayıllı rayonuna geri qayıtmışdır. xx.xx.2019-cu ildə Əflatun ona zəng edərək Təqsirləndirilən şəxs İsmayıllı rayonuna gəldiyini dediyi üçün o, həmin gün Zərərçəkmiş şəxs3 evinə getmiş və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Söhbət zamanı Gülnarə Əflatunun arvadı Zülfiyyəyə pensiya düzəldəcəyini vəd edərək Əflatundan 2000 manat pul almış, bundan sonra həmin gün o, Təqsirləndirilən şəxs qonaq olaraq öz evinə aparmışdır. Öz evində Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. Evdə olduqları vaxt Gülnarə onların şəhid ailəsi olduqlarını öyrəndikdən sonra ona şəhid ailəsi üçün ayrılan mənzildən alıb verəcəyini vəd edərək bunun müqabilində 1500 manat pul istəmişdir. Səhəri gün Gülnarə Bakı şəhərinə geri qayıtmışdır. xx.xx.2019-cu il tarixdə Gülnarə ona zəng edərək “iş artıq yekunlaşıb, həkimlərə pul verməliyəm, 1500 manat pulu çatdır” deyə bildirmişdir. Elə həmin gün tanışı Zərərçəkmiş şəxs3, onun arvadı Zülfiyyə Fətaliyeva və qızı Nazlı Məmmədova ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Respublika Klinik Xəstəxanasına getmiş və xəstəxananın 1-ci korpusunun həyətində Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Gülnarə korpusun həyətində Zərərçəkmiş şəxs3 1500 manat pul almış və Zülfiyyəni həkimlərə müayinə etdirəcəyini bildirib özü ilə aparmışdır. 1 saat sonra Gülnarə və Zülfiyyə geri qayıtdıqdan sonra onlar Gülnarə ilə birlikdə xəstəxananın həyətində yerləşən uşaq xəstəxanasının qarşısına gedərək həyətdə, oturacağın yanında Təqsirləndirilən şəxs 1500 manat pul vermişdir. Bundan sonra Gülnarə qızı Nazlı ilə birlikdə Uşaq Klinik xəstəxanasının içərisinə daxil olub 30 dəqiqə sonra yenidən geri qayıtmışlar. Gülnarə ona “işiniz hazırdı, sizə xəbər edəcəm” deyə bildirdikdən sonra qızı ilə İsmayıllı rayonuna geri qayıtmışlar. Həmin vaxtdan 2 il keçməsinə baxmayaraq Gülnarə ona və Zərərçəkmiş şəxs3 verdiyi vədi yerinə yetirməmiş və sonuncuya verdikləri pulu geri qaytarmamışdır. Dəfələrlə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, vədini niyə yerinə yetirmədiyini soruşduğunda ona “nə tələsirsən, qaçaqaçdı, düzələcək” deyə cavab vermişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 3500 manat pulu ondan yalnız qızı Nazlının pensiya məsələsini həll edəcəyi adı ilə almışdır, şəhid ailəsi kimi mənzil düzəldəcəyi ilə bağlı pul almamışdır. Göstərilənləri nəzərə alaraq, o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Salyan rayonu sakini Təqsirləndirilən şəxs Əbdülhəsən qızı ilə 2019-cu ilin noyabr ayında tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə tanış olmuşdur. Belə ki, azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X16 “qıcolma” xəstəliyindən əziyyət çəkdiyi üçün həmin xəstəliyin müalicəsi ilə əlaqədar tanışı Zərərçəkmiş şəxs3 ona köməklik göstərmişdir. 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs3 övladı Mətin Məcidovun xəstəliyinə görə ona pensiya düşdüyü üçün bu işdə, tanışı Təqsirləndirilən şəxs Əbdülhəsən qızı həmin pensiyanın düzəldilməsinə köməklik göstərə biləcəyini demişdir. Bu səbəbdən də 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs3lə birlikdə Təqsirləndirilən şəxs ilə görüşmək üçün Sabirabad rayonuna gedmişdir. Orada Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 qohumunun evində görüşmüş, söhbət əsnasında Təqsirləndirilən şəxs onun övladı Mətin Məcidov üçün xəstəliyinə görə pensiya hüququ əldə etməsinə köməklik göstərəcəyini, bunun üçün ümumilikdə 1200 manat pul lazım olduğunu, ilkin sənədləşmələrin aparılması üçün 500 manat tələb olunduğunu, iki ay müddətində məsələnin həll olunacağını və nəticədə övladı Mətin Məcidova hər ay 280 manat məbləğində pensiya veriləcəyini demişdir. O da Gülnarə ilə razılaşaraq həmin ünvanda Zərərçəkmiş şəxs3 yanında Təqsirləndirilən şəxs 50 və 100 manatlıq əskinazlardan ibarət 500 manat pul vermişdir. Daha sonra isə 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ümumilikdə 1000 manat pul vermiş, həmin pulların 900 manatını İsmayıllı rayonundan Bakı şəhərinə gələn tanımadığı taksi sürücüsü ilə Təqsirləndirilən şəxs göndərmişdir. xx.xx.2020-ci il tarixdə övladı Mətin Məcidovun tibbi müayinələrdən keçirilməsi üçün arvadı X13 ilə birlikdə Bakı şəhərinə gəlib Təqsirləndirilən şəxs təklifi ilə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 71A ünvanında yerləşən “Qələbə” Tibb Mərkəzinin qarşısında Gülnarə ilə görüşüb həmin xəstəxanaya daxil olmuşlar. Tibb mərkəzində ümumi yerdə oturub gözləyərkən Təqsirləndirilən şəxs onun övladını hansısa həkimin yanına apararaq müxtəlif müayinələrdən keçirməklə müayinə pullarını özü ödəmişdir. Bundan sonra İsmayıllı rayonuna qayıtmışlar. İsmayıllı rayonunda olarkən Təqsirləndirilən şəxs ona zəng edərək 100 manat pul verməsini istəmiş, o da həmin pulu xx.xx.2022-ci il tarixdə “Azərpoçt” vasitəsi ilə Gülnarəyə göndərmişdir. Souncu dəfə Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında ona zəng edərək əlavə olaraq 2000 manat pul lazım olduğunu və bununla da işin yekunlaşacağını bildirərək pulu ona çatdırılmasını istəmişdir. O da həmin ayda Bakı şəhərinə gələrək, saat 12 radələrində Təqsirləndirilən şəxs ilə Yasamal rayonu ərazisində yerləşən Respublika Klinik Xəstəxanada görüşmüş və qaynı Şahid2anın yanında Gülnarə ondan əlavə olaraq 2000 manat pulu alaraq 1-2 ay ərzində uşağın pensiyasının hazır olacağını vəd etmişdir. Təqsirləndirilən şəxs ondan övladının pensiyasının düzəldilməsi adı ilə ümumilikdə 3500 manat pul almış, lakin Təqsirləndirilən şəxs vədinə əməl etməməsi ilə yanaşı verdiyi pulları geri tələb etdikdə qaytarmamışdır. İstifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə və oğlu Raufun ***-***-**-** mobil nömrəsinə zəng edib əlaqə saxlayaraq verdiyi vədini niyə yerinə yetirmədiyini soruşduqda Gülnarə “nə tələsirsən, qaçaqaçdı, düzələcək” deyə bildirmişdir. Göstərilənləri nəzərə alaraq, o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin payız aylarında həmkəndlisi və uşaqlıq dostu olan Hakim Abulxalıqov ona digər həmkəndliləri Əflatunun azyaşlı uşağının pensiya məsələsini sonuncunun Təqsirləndirilən şəxs Abdülhəsən qızı adlı tanışı həll etdiyini demiş və ona da görməsində məhdudiyyət olan oğlan övladının əlillik dərəcəsinin alınmasında Gülnarənin köməkliyinin dəyə biləcəyini məsləhət etmişdir. O, hər bir halda azyaşlı oğlu Ağakərimli Elşadın pensiya məsələsini həll etmək istədiyi üçün Hakimin sözü ona fürsət yaratmışdır. Həmin məqsədlə Hakimdən Gülnarə ilə danışıb hansı formada həll edə biləcəklərini soruşmasını xahiş etmişdir. Hakim də Gülnarənin mobil nömrəsinə zəng edərək, onun oğlunun pensiya məsələsi ilə bağlı danışmağa başlamış, danışdıqdan sonra ona Gülnarə pensiya məsələsini həll etmək üçün 2000 manat pul istədiyini ona bildirmişdir. Cəmi 1500 manat pulu olduğu üçün təkrar danışmasını xahiş etmiş, Gülnarə ilə təkrar danışıqdan sonra sonuncu məbləğlə razılaşmışlar. 2020-ci ilin noyabr ayı ərzində müxtəlif vaxtlarda Hakimə 500 və 500 manat olmaqla, ümumilikdə 1000 manat verərək pulları Gülnarəyə çatdırmasını xahiş etmiş, sonuncu da Bakı şəhəri metronun “Xətai” stansiyasının qarşısında Gülnarəyə vermişdir. Həmin noyabr ayı ərzində o, özü də Gülnarə ilə Bakı şəhərində iki dəfə görüşüb övladı ilə bağlı İsmayıllı rayon xəstəxanasında toplanmış sənədlərin surətini və 500 manat pulu Z.Əliyeva adına xəstəxanada, bir neçə gün sonra isə 500 manat pulu Respubublika xəstəxanasında təklikdə sonuncuya vermişdir. Sonuncu dəfə isə övladı ilə bağlı pensiya məsələsinin yekunlaşmasını bəhanə gətirərək, Gülnarə 2020-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan yerdə, Respublika rayonlarına gedən taksilərin istiqamətindəki dayanacağın yanında ondan 500 manat pul almışdır. Həmin vaxtdan sonra müəyyən bir müddət keçsə də, pensiya məsələsindən xəbər çıxmadığını görüb Gülnarə ilə əlaqə saxlamış, lakin sonuncu “işiniz hazırdır, sizə xəbər edəcəm”, “nə tələsirsən, qaçaqaçdı, düzələcək” kimi ifadələr işlətmişdir. Daha sonra isə Gülnarə ümumiyyətlə telefon zənglərinə cavab verməmiş və verdiyi pulu da geri ala bilməmişdir. Göstərilənləri nəzərə alaraq, o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 10 ilə yaxındır ki, İİ qrup əlillik dərəcəsinə görə sosial müavinət almışdır. 2021-ci ilin iyun ayında müvafiq orqanının qərarına əsasən həmin müavinətin verilməsi dayandırılmışdır. İkinci Qarabağ müharibəsi zamanı həyat yoldaşı X10 şəhid olmuş, sonrakı dövrdə şəhid ailələri ilə sıx münasibəti yaranmış və bu zəmində 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs Abdülhəsən qızını tanımışdır. Təqsirləndirilən şəxs ilə söhbətləri əsnasında sonuncu onun İİ qrup əlillik dərəcəsinə görə aldığı sosial müavinətin müvafiq orqanın qərarına əsasən verilməsinin dayandırıldığını bildikdə onun bərpa edilməsi işində köməklik göstərəcəyini, bunun üçün 800 manat pul lazım olacağını bildirmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək 100 manatlıq əskinazlardan ibarət ümumilikdə 800 manat pulu sonuncuya vermiş, həmin vaxt Gülnarənin üzərində nağd pul olmadığı üçün taksi ilə getməsinə görə əlavə 20 manat da vermişdir. Sonrakı dövrdə isə sosial müavinətin ona verilməsi bərpa olunmadığından Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa başlamış, sonuncu isə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Nəticədə aldadıldığını anlayıb polis orqanına müraciət etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan rayonu sakini Təqsirləndirilən şəxs Əbdiilhəsən qızı ilə 2019-cu ilin yay aylarında həmyerlisi və tanışı olan Zərərçəkmiş şəxs3 vasitəsilə tanış olmuşdur. Belə ki, həmin ərəfədə Əflatun ona zəng edərək 3500 manat borca pul istəmiş və həmin pulu xəstə olan arvadına donor böyrək alacağı üçün xərcləyəcəyini bildirmişdir. Bu səbəbdən İsmayıllı rayonunda özü ilə 3500 manat pul götürüb Bakı şəhərinə gəlib, Yasamal rayonu ərazisində yerləşən Respublika xəstəxanasında Əflatunla görüşmüşdür. Orada olarkən Əflatun ona arvadı Zülfiyyənin vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, sonuncunun deməsi ilə Zülfiyyə üçün donor böyrək tapacağını söz verdiyini bildirmişdir. O da özü ilə gətirdiyi 3500 manat pulu Əflatuna vermişdir. Sonradan həmin ilin əvvəllərində Gülnarə Əflatunun övladının pensiya məsələsini düzəltdiyini eşitmişdir. Buna görə də, Gülnarənin belə işlərdə səriştəsinin olduğuna əmin olmuşdur. Həmin ilin noyabr ayının əvvəllərində həmyerlisi Rəfailin də övladının görmə qabiliyyətinin zəif olduğunu bildiyi üçün sonuncuya Gülnarə vasitəsi ilə pensiya düzəltməsini məsləhət görmüş, Rəfail də ona övladına pensiya düzəltmək istədiyini deyərək Gülnarə ilə danışıb bu işi neçəyə həll edəcəyini soruşmasını xahiş etmişdir. Rəfailin yanında Gülnarə ilə telefon vasitəsi ilə zəng edib danışmış, sonuncu ona pensiyanı 2000 manata düzəldəcəyini desə də, sonradan 1500 manata razılaşmışlar. İlk olaraq Rəfail ona iki dəfə 500 və 500 manat pul verib Gülnarə ilə görüşməsini xahiş etdiyi üçün o, 2020-ci ilin noyabr ayının əvvəllərində iki dəfə ayrı-ayrı vaxtlarda Bakı şəhəri Xətai metrosunun çıxışında Gülnarə ilə görüşüb 500 və 500 manat pul vermişdir. Görüş zamanı Gülnarə narahat olmamağı, Rəfailin övladının pensiya məsələsini həll edəcəyinə söz vermişdir. Bundan bir qədər sonra Rəfailin özünün də Gülnarə ilə görüşüb ona ümumilikdə 1500 manat pul verdiyini bilmişdir. Sonralar Gülnarənin onun bir neçə nəfər həmyerlisinə qarşı dələduzluq etdiyini eşitmişdir. Dəfələrlə Gülnarəyə zəng edib ya Rəfailin pulunu yada verdiyi vədi yerinə yetirməsini desə də, sonuncu hər dəfə cürbəcür bəhanələr gətirmiş, daha sonra isə ümumiyyətlə telefonu söndürmüşdür. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 müraciəti əsasında hadisə yeri olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanasının qarşısında baxış keçirilmişdir. Baxış zamanı zərərçəkmiş şəxs Gülnarə adlı şəxsə pulu həmin yerdə verdiyini bildirmişdir. İş materiallarında olan 27 may 2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 özünə, arvadı X8 və övladı X9 məxsus şəxsiyyət vəsiqələrini, doğum haqqında şəhadətnaməni, tibbi sənədləri və Təqsirləndirilən şəxs “Azərpoçt” vasitəsilə göndərdiyi qəbzin surətini istintaqa təqdim etmişdir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 özünün şəxsiyyət vəsiqəsinin, arvadı X1 təqaüd haqqında arayışının surətini istintaqa təqdim etmişdir. İş materiallarında olan 11 iyun 2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 oğlu Nihat Əsgərovun tibbi müayinə sənədlərini istintaqa təqdim etmişdir. İş materiallarında olan üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 hər biri ayrı-ayrılıqda keçirilmiş üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə demişlər. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətin residivinin olmamasının nəzərə alınması, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini tam etiraf etməməsinin özünü müdafiə etməsi kimi qiymətləndirilməsi, təqsirləndirilən şəxsin barəsində 32.4, 312-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs taksi xərcləri üçün 20 manat pul vəsaitini verməsinin ittihamın məzmununa aidiyyəti olmadığından ittihamın həmin hissəsinə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerlərinə baxış, ifadələrin yerində yoxlanılması protokolları və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Məhkəmə diqqətə çatdırır ki, məhkəmə iclasında Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 (3500 manat), Zərərçəkmiş şəxs1 (2000 manat), Zərərçəkmiş şəxs5 (3500 manat) və Zərərçəkmiş şəxs2 (2500 manat) məxsus pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı epizodların xaric olunmasını təklif etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarı ilə izah etmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun 15 mart 2022-ci il tarixli Qərarla gəldiyi nəticəyə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla da, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 (3500 manat), Zərərçəkmiş şəxs1 (2000 manat), Zərərçəkmiş şəxs5 (3500 manat) və Zərərçəkmiş şəxs2 (2500 manat) məxsus pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı epizodlar, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ümumi ittihamdan xaric olunmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan sözügedən epizodların xaric edilməsi, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tövsifinə təsir göstərmir, əməlləri eyni maddələrlə əhatə olunur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsinə dair ifadəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın məbləğlərinin az olması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, habelə zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi dələduzluq əməlindən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 iyun 2022-ci il tarixli tələbnaməsindən və Şamaxı Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 1(074)-25/2020 saylı hökmünün surətindən görünür ki, həmin hökmlə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının əvvəli onun Salyan Rayon İcra və Probasiya Şöbəsində qeydiyyatda alındığı vaxtdan hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 248388/04 nömrəli məktubundan görünür ki, Şamaxı Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 1(074)-25/2020 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs, Salyan Rayon Məhkəməsinin 7(057)-373/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 10 ay 06 gün müddətinə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş və 22 avqust 2022-ci il tarixdə cəzasını tam qaydada çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 76.5-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs birinci epizod üzrə Zərərçəkmiş şəxs3 7000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ələ keçirməsinə dair cinayət əməlini 14 aprel 2019-cu il tarixdə, yəni Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən əvvəl, sonuncu epizod üzrə zərərçəkmiş şəxs X11 800 manat ziyan vurmaqla dələduzluq cinayət əməlini isə həmin hökmdən sonra, yəni 2022-ci ilin iyul ayının əvvəllərində törətmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Şamaxı Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 06 gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 05 ay 03 gün müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza təyin edilməli, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 02 ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi məhkəmə baxışına verilmiş və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən, Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Şamaxı Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay 06 (altı) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 05 (beş) ay 03 (üç) gün müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 (3500 manat), Zərərçəkmiş şəxs1 (2000 manat), Zərərçəkmiş şəxs5 (3500 manat) və Zərərçəkmiş şəxs2 (2500 manat) məxsus pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı epizodlar, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ümumi ittihamdan xaric edilsin. İş üzrə dəymiş ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar