Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-112/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Tərcüməçi: X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, təhsilsiz, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvansız fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs: xx.xx.1999-cü ildə Gəncə şəhərində anadan olmuş, təhsilsiz, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonunda fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 06 sentyabr 2023-cü il tarixdə, saat 01 radələrində ünvan 2 ünvanda yerləşən parkda əvvəllər tanımadığı Zərərçəkmiş şəxs oturacaqda tək əyləşməsini görüb sonuncuya yaxınlaşaraq əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 niyyətlərinə maneəsiz nail olmaq və onların cinayət əməllərini kənar şəxslərin görübgörməməsinə nəzarət etmək məqsədilə kənarda dayanmış, o isə Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun əyləşdiyi oturacağın üzərinə qoyduğu, içərisində 2 (iki) ədəd 100 (yüz) manatlıq əskinaslardan ibarət ümumilikdə 200 (iki yüz) manat məbləğində nağd pul, üzərində 40 (qırx) manat dəyərində ***-***-**-** mobil nömrəsi və balansında 10 (on) manat danışıq dəqiqələri olan, 40 (qırx) manat dəyərində tünd göy rəngli, 16 (on altı) giqabayt yaddaşa malik 1 (bir) ədəd İtel” markalı mobil telefon, “Unibank" ASC-yə məxsus bank kartı və 01 ədəd şəxsiyyəti vəsiqəsi olan 20 (iyirmi) manat dəyərində açıq qəhvəyi rəngli əl çantasını götürüb qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus 310 (üç yüz on) manat dəyərində əmlakı açıq talayb sonradan əldə etdikləri gəliri öz aralarında bölməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində əmisi oğlu Nikolay ilə birlikdə ünvan 3 ünvanında yerləşən «Sevinc» restoranın qarşısında yerləşən parkdan keçmişlər. Həmin vaxt parkda oturacağın üzərində əyləşmiş olan bir nəfər kişini görmüşlər. Həmin şəxs başını arxaya etmiş halda olduğu üçün onlar həmin şəxsin yatdığını təxmin etmişlər. Həmin şəxsin sol tərəfində açıq qəhvəyi rəngində çanta olmuşdur. Bu zaman razılaşmışlar ki, çantanı götürüb qaçsınlar. Nikolay həmin şəxsə yaxınlaşaraq çantanı götürüb qaçmışdır. O isə Nikolayın arxasınca qaçmışdır. Onlar qaçarkən həmin adamın da onların arxasınca gəldiyini görmüş, lakin dayanmamışlar. Həmin şəxs onların arxasınca gəlsə də, onlar sürətli qaçdıqlan üçün onlara çatmamışdır. Oradan yaşadığı Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmişlər. Ələ keçirdikləri çantanın içərisinə baxdıqda içərisində 01 ədəd «itel» markalı mobil telefon, 01 ədəd "xxxx" ASC-yə məxsus bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi və 02 ədəd 100 manatlıq əskinaslardan ibarət 200 manat məbləğində pul olduğunu görmüşlər. Evdə olarkən Mirzə 100 manatlıq əskinasın birini ona vermiş, digərini isə özü götürmüşdür. Mirzə mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartını yenidən çantaya qoyub, çantanı da ona vermişdir. Qeyd olunanları nəzərə alaraq onun əməlinin 180.2-ci maddəsindən 177.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdi ki, 06 sentyabr 2023-cü ii tarixdə, saat 01 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 3 ünvanında yerləşən “Sevinc” restoranın qarşısında olan parkdan keçmişlər. Həmin vaxt parkda oturacağın üzərində əyləşmiş olan bir nəfər kişini görmüşlər. Həmin şəxsin yatmış olduğunu düşünmüş, sol tərəfində oturacaqda yanına qoyduğu açıq qəhvəyi rəngində çantanı götürmək qərarına gəlmişlər. O, həmin şəxsə yaxınlaşaraq çantanı götürərək qaçmış, Təqsirləndirilən şəxs1 də onun arxasınca qaçmışdır. Onlar qaçarkən həmin şəxsin də onların arxasınca gəldiyini görmüş, lakin dayanmamışlar. Həmin şəxs arxalarınca gəlsə də, onlar sürətli qaçdıqları üçün həmin şəxslər onlara çatmamışdır. Əldə etdikləri çantanın içərisinə baxdıqda orada 01 ədəd «itel» markalı mobil telefon, 01 ədəd "xxxx" ASC-yə məxsus bank kartının, 01 ədəd şəxsiyyət vəsiqəsinin və 02 ədəd 100 manatlıq əskiraslardan ibarət 200 manat məbləğində pulun olduğunu görmüşlər. Pulları öz aralarında bölmüş, mobil telefon və bank kartını yenidən çantaya qoyub, çantanı da Təqsirləndirilən şəxs1 vermişdir. Qeyd olunanları nəzərə alaraq onun əməlinin 180.2-ci maddəsindən 177.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanının qarşısında yerləşən parka getmişdir. Çox yorğun olduğu üçün parkda olan oturacaqda əyləşmiş və siqaret çəkmişdir. Həmin vaxt əlində olan açıq qəhvəyi rəngli çantanı sol tərəfinə qoymuşdur. Çantanın içərisində üzərində dəyəri 40 manat olan ***-***-**-** mobil nömrəsi və həmin nömrənin balansında 10 manatlıq danışıq dəqiqələri olan 40 manat dəyərində «İtel» markalı mobil telefon, özünə məxsus içərisində hər hansı məbləğdə pul olmayan "xxxx" ASC- yə aid bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi və 2 ədəd 100 manatlıq əskinaslardan ibarət ümumilikdə 200 manat pul olmuşdur. Çantanın öz qiyməti isə 20 manat olmuşdur. Təxminən saat 01 radələrində yanından kiminsə çantanı götürərək qaçdığını görmüş və həmin vaxt iki nəfər şəxsin qaçdığı, onların birinin əlində onun çantasının, digərinin əlində isə hər hansı bir əşyanın olmadığını görmüşdür. O, həmin şəxslərin arxasınca qaçdıqda «dayanın, çantamı verin, dayanın» deyərək səslənmişdir. Lakin həmin şəxslər sürətli qaçdıqları üçün o, həmin şəxslərə çata bilməmiş və geri qayıtmışdır. Daha sonra DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Çantasının içərisində 2 ədəd 100 manatlıq əsinaslardan ibarət ümumilikdə 200 manat məbləğində pulu, «İtel» markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-yə aid bank kartı olmuşdur. “İtel” markalı mobil telefonun üzərində qoruyucu olmamış, mobil telefonun üzərində olan olan mobil nömrənin qiyməti 40 manat olmuş və həmin mobil nömrəsinin balansında 10 manat pul olmuşdur. Cinayət işi materiallarında olan müşahidə kamerasına düşmüş görüntülərin əks olunduğu diskə məhkəmə iclası zamanı baxış keçirilərkən xx.xx.2023-cü il tarixdə saat 01:36 23-cü saniyədəki görüntüdə Təqsirləndirilən şəxs1 yanında olan bir nəfər oğlanın əlində əl çantası ilə birlikdə parkdan getmələri, 08-ci saniyədə isə Təqsirləndirilən şəxs1in əlində çanta və onun yanında eyni oğlan ilə birlikdə səki ilə getmələri müəyyən edilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/7163 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 3 adda malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 30 manat müəyyən edilir. (İTEL markalı mobil telefonun dəyəri 15 manat, "xxxx"bank kartı 10 manat) istifadədə olmuş yaşıl rəngli, üzərində “JİANHAİ” yazısı olan çantanı dəyəri 5 manatqiymətləndirilmişdir.) 01 ədəd şəxsiyyət vəsiqəsi satış üçün nəzərdə tutulmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı elan edilmiş ittihamda özlərini təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələrinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxslərə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Xətai rayon məhkəməsinin xx.xx.20018-ci il tarixli hökmünə əsaən AR-sı CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs2 üzərindən məhkumluq götürülükdən sonra hazırkı cinayəti törətmişdir. CM-nin 18.4.3-cü maddəsinə əsasən ödənilmiş və götürülmüş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixl ihökmü ilə AR-sı CM-nin 221.3, 181.2.1, 181.2.2, 181.2.5, 66.3-cü maddələrinə əsasən 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixli Qaradağ rayon məhkəməsinin 05 ay 02 gün müddətinə vaxtından əvvəl ş.ərti azad edilmişdir0. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bununla da Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 münasibətdə yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq dövründə həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq dövründə həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış cinayət hadisəsini əks etdirən videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, maddi sübut olan 1 ədəd “İTEL”markalı mobil telefon, 01 ədəd Unibank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd çantanın zərərçəkmiş şəxs X2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay ( üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd “İTEL”markalı mobil telefon, 01 ədəd Unibank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd çantanın zərərçəkmiş şəxs X2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan, cinayət hadisəsini əks etdirən videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 50 manat (əlli manat) müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 162 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 156 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-112/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-112/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver