Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-113/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1990-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 avqust 2020-ci il tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanında yerləşən “Xeyir-şər” evinin giriş qapısını dəmir parçası ilə mexaniki təsir göstərməklə açaraq qanunsuz binaya daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus 1000 manat qiymətində 01 ədəd həcmi 40 litrlik samovar və hər birinin qiyməti 10 manat olmaqla 02 ədəd süfrəni gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs4 1020 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 dekabr 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən mənzilin yataq otağına aid pəncərəsinin dəmir barmaqlıqlarını dəmir parçası ilə mexaniki təsir göstərməklə sındıraraq, qanunsuz mənzilə daxil olub, oradan Zərərçəkmiş şəxs1 məxsus 300 manat qiymətində 01 ədəd “Samsung” markalı televizor, 200 manat qiymətində 01 ədəd həmin televizora məxsus cihaz və 120 manat qiymətində tozsoranı gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 620 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 yanvar 2021-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanında yerləşən mənzilin otağına aid pəncərəsinin torunu özünə məxsus olan bıçaqla kəsib əlini içəri salaraq qanunsuz mənzilə daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus 2 manat qiymətində “Viceroy” markalı siqareti, 20 manat qiymətində ***-***-**- ** GSM nömrəsi ilə işləyən 356 manat qiymətində “Samsung J4” markalı mobil telefon aparatını gizli olaraq talayıb əldə etməklə ümumilikdə Zərərçəkmiş şəxs2 378 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ünvan 6 ünvanında yerləşən meyvə-tərəvəz mağazasına aid plastik pəncərəsini əli ilə sındıraraq qanunsuz mağazaya daxil olub oradan Zərərçəkmiş şəxs3 məxsus mağazada olan masanın üzərindəki kitabçanın arasından həmin dövrə görə milli manat məzənnəsi ilə 170 manata bərabər 100 ABŞ dollarını, orada olan tərəzinin altından 15 manat nağd pulu və stolun üzərində olan içərisində ümumilikdə 40 manatlıq məbləğində qəpik pul olan plastik qabı gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs3 225 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, həbsdən azad edildikdən sonra getməyə yeri olmamışdır. “8-ci km” bazarında araba sürməklə dolanmaq istəsə də qazandığı pul ona çatmamışdır. O, tarixini xatırlamadığı vaxtda Nizami rayonu ərazisində yerləşən “Xeyirşər” evindən 1 ədəd samovar və 2 ədəd süfrə götürmüşdür. Süfrə ona maneçilik törətdiyindən süfrəni yaxınlıqda olan ağaclığa atmışdır. Samovarı çay evinə 500 manata satmışdır. Daha sonra tarixini xatırlamadığı vaxtda Nəsimi küçəsi 33 ünvanında yerləşən mənzilə daxil olub oradan bir ədəd televizor, bir ədəd tozsoran və bir ədəd televizora məxsus cihaz götürmüşdür. Həmin əşyaları elektronik cihazların alqı-satqısı mağazasına satmışdır. Sonra tarixini xatırlamadığı vaxtda Ş.Mirzəyev küçəsi 68B ünvanında yerləşən yataqxanadakı mənzillərdən birinə daxil olub oradan “Samsung” markalı mobil telefonu götürmüşdür. Həmin telefonu “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı bir nəfər şəxsə satmışdır. Sonra tarixini xatırlamadığı vaxtda meyvə-tərəvəz mağazasına daxil olub oradan 100 ABŞ dolları və 15 manat məbləğində pul, içərisində qəpik olan plastik qab götürmüşdür. Təqsirləndirilən şəxs son sözündə oğurluq cinayətlərini törətmədiyini, ona pul vəd etdikləri üçün boynuna götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq müstəntiqə verdiyi ifadəni təsdiq etdiyini, ona dəyən zərərin ödənilmədiyini və şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 22 yanvar 2021-ci il tarixdə yaşadığı evdə axşam saatlarında özünə məxsus olan siqaret və “Samsung” markalı, “J4” modelli mobil telefonu yatmamışdan əvvəl pəncərənin qarşısında olan stolun üzərinə qoymuşdur. Səhər saat 09 radələrində yuxudan oyanan zaman masanın üzərinə qoyduğu siqareti axtaran zaman siqaretin qoyduğu yerdə olmamasını görmüşdür. O, siqareti axtaran zaman həmin yerə qoyduğu özünə məxsus mobil telefonun da masanın üzərində olmadığını görmüşdür. Bu zaman pəncərənin torunun kəsik vəziyyətdə olmasını və özünə məxsus siqaret və 20 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən 358 manat dəyərində “Samsung” markalı, “J4” modelli mobil telefonun oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 378 manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, şikayətçi olduğunu bildirərək dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, Nizami rayonu, ünvan 7 ünvanında yerləşən ev özünə məxsusdur. 01 dekabr 2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı ünvandan çıxaraq Tovuz rayonuna getmişdir. 03 dekabr 2020-ci il tarixdə Səidə adlı qonşusu ona zəng vuraraq mənzilin bayır pəncərəsindən naməlum şəxsin daxil olmasını bildirmişdir. 04 dekabr 2020-ci il tarixdə o, ailə üzvləri ilə birlikdə özünə məxsus mənzilə qayıdan zaman mənzildə olan 1 ədəd 300 manat dəyərində “Samsung” markalı televizorun, 1 ədəd 120 manat dəyərində tozsoran və 1 ədəd 200 manat dəyərində televizora aid aparatın oğurlanmasını aşkar etmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək dəymiş zərərin ödənilmədiyini, şikayətçi olduğunu bildirərək məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 17-də yerləşən dükanda 1000 manat icarə haqqı ödəməklə meyvə-tərəvəz sataraq ailəsini dolandırır. 30 yanvar 2021-ci il tarixdə hər zaman olduğu kimi saat 22 radələrində dükanın qapısını və pəncərələrini bağlayıb yaşadığı ünvana getmişdir. 31 yanvar 2021-ci il tarixdə səhər saat 08 radələrində işə gələn zaman dükanın yan tərəfdəki plastik pəncərəsinin açıq olduğunu görüb dükandan oğurluq olmasından şübhələnmişdir. Dükana daxil olarkən hesabat apardığı kitabın arasına qoymuş olduğu 100 ABŞ dolları, plastik qabdan isə qəpik pullarla yığmış olduğu 40 manat pul və 15 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 225 manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müraciət edərək dəymiş zərərin ödənildiyini, şikayət və tələbinin olmadığını bildirərək məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda yerləşən “xeyir-şər” evini işlədir. 28 avqust 2020-ci il tarixdə “xeyir-şər” evinə baxış keçirərkən qapının salamat olmasını, əşyalarının isə yerində olmasını aşkar etmişdir. 29 avqust 2020-ci il tarixdə saat 15:20 radələrində “xeyir-şər” evinin mətbəxinin qapısının qırıldığını, orada pəncərənin altında olan 1000 manat dəyərində olan 40 litr tutumlu samovar və hər birinin dəyəri 10 manat olan 2 ədəd süfrənin oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ümumilikdə ona 1020 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 6 ilə yaxındır ki, ünvan 10 ünvanda yerləşən “Taxtalı Çay evi”ni icarəyə götürüb işlədir. 29 avqust 2020-ci il tarixdə saat 07 radələrində işdə olan zaman əvvəllər tanımadığı sonradan adının Rüstəm olduğunu bildiyi şəxs çay evinə gələrək özünə məxsus 40-50 litrlik samovarı satdığını bildirmişdir. O, 500 manat pul verərək samovarı almışdır. Onun həmin samovarın oğurluq olmasından xəbəri olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 08.12.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 08.12.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 12.02.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 16.02.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 08.11.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 07.11.2021-ci il taixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12.11.2021-ci il tarixli, 9/8085 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində markalanmasına, istehsal yerinə və istehsal ilinə aid heç bir məlumat olmayan, latun materialından olan təxminən 40 litr tutumlu samovarın istifadədə olması və yuxarıdakı xüsusatları nəzərə alınmaqla 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 600 manat müəyyən edilir. - toplanmış sübutların qiymətləndirilməsi haqqında 13.12.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə 1 ədəd 40 litr tutumlu samovar maddi sübut kimi tanınaraq maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.02.2022-ci il tarixli, 1(007)-113/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus əmlakları gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilməyərək oğurluq etməməsinə dair göstərdiyi xüsusat məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.02.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.04.2018-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək cəzası 3 il 8 aya endirilmiş, 29.10.2019-cu ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 9 ay 26 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 24.08.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli, 1(010)-335/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli, 1(010)-335/2021 saylı hökmü ilə təyin edilmiş 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə - azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcından, yəni 22.07.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd 40 litr tutumlu samovar Zərərçəkmiş şəxs4 qaytarılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli, 1(010)-335/2021 saylı hökmü ilə təyin edilmiş 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd 40 litr tutumlu samovar Zərərçəkmiş şəxs4 qaytarılsın. Təqsirləndirilən şəxs istintaqda 30 saat, məhkəmədə 30 saat, cəmi 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-113/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-113/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver