Məhkəmə qərarları › İş №1(007)-114/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-114/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-114/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Şahməddin oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs Balaqardaş qızının iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1978-ci ildə Kürdəmir rayonunun Köhünlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, Kürdəmir rayonu, Köhünlü kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 27, mənzil 118 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 15 radələrində kirayədə yaşadığı Nizami rayonu, C.ünvan 2 mənzil 118 ünvanında həmin ünvanda onunla birlikdə kirayədə yaşamış, Zərərçəkmiş şəxs mənzilin kommunal borclarını ödəməsini tələb etməsi səbəbindən aralarında baş vermiş münaqişə zamanı, sağ əli ilə Zərərçəkmiş şəxs saçından tutmuş, sol əli isə sonuncunun sifət nahiyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs üst dodağın sağ yarısının şişkinlik halında əzilməsi və sıyrığı, selikli qişanın qansızması və əzilmiş yarası, sol göz altı nahiyənin sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Balaqardaş qızı məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Alsu ilə Nizami rayonu Q.Qarayev prospekti 81B saylı binanın qeyri-yaşayış sahəsində yerləşən “Çinar” kafesində, müştəri kimi gəlib getdiyi zaman tanış olmuşdur. Alsu ilə yaşayış yeri olmadığından onunla eyni ünvanda kirayədə yaşamağı xahiş etdikdə, o, 300 manat kirayə haqqının yarı hissəsini, yəni 150 manat aylıq ödəməklə onunla yaşaya biləcəyini bildirmiş, Alsu onun təklifi ilə razılaşmışdır. Alsu 2020-ci ilin oktyabr ayının sonlarında azyaşlı qız övladı və özünə aid olan geyim əşyaları ilə kirayədə yaşadığı mənzilə gəlmişdir. Yaşadıqları müddətdə mənzilə aid kommunal xərclərin bir qismini ödəmiş, qalan məbləğin Alsuya ödəməsini söylədikdə o, hər dəfə vədlər versə də yerdə qalan kommunal xərclərini ödəməmişdir. xx.xx.2021-ci il tarixdə Alsu azyaşlı uşağı ilə kirayədə yaşadıqları mənzildən çıxaraq getmiş, bir daha mənzilə geri qayıtmamışdır. xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində yaşadığı Nizami rayonu, C.ünvan 2 mənzil 118 ünvanında olan zaman Alsu həmin ünvana gəlib, paltarlarını götürüb evdən çıxıb getmək istədiyini bildirmişdir. O, Alsuya mənzilin kommunal borcunu ödədikdən sonra mənzildən çıxıb gedə biləcəyini bildirdikdə Alsu yenə də yalan vədlər verdiyi üçün aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Alsu onun ünvanına nalayiq ifadələr söyləməklə əynində olan paltarın yaxasından tutaraq onu silkələmiş, bu zaman əynindəki koftası cırılmışdır. O, özünü müdafiə etmək məqsədi ilə Alsunu sinəsindən itələmişdir. Alsu qışqırdığı üçün onun ağzını tutmuşdur. Alsu onun saçından tutduğu üçün o da Alsunun saçından tutmuşdur. Sonra Alsu mənzildən çıxıb getmişdir. O, Alsunu vurmamışdır, onun heç bir günahı yoxdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının son günlərində Mətanət ilə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən kafedə tanış olmuşdur. Həmin vaxt azyaşlı uşağı ilə Səbail rayonu ərazisində kirayədə yaşamışdır. Nizami rayonu ərazisində işlədiyi üçün Nizami rayonu ərazisində, “Neftçilər” metrostansiyası yaxınlığında ortaq kirayə mənzil tapıb həmin ərazidə yaşamaq qərarına gəlmişdir. Maddi cəhətdən tək kirayə haqqını ödəməyə imkanı olmamışdır. Kirayə mənzil axtarması barədə Mətanətin məlumatı olduqda ona həmin ərazidə azyaşlı oğlu ilə kirayədə yaşadığını bildirərək 300 manat aylıq ödənişə şərik olmaqla onunla yaşamağı təklif etmişdir. O, Mətanətin təklifi ilə razılaşıb, 2020-ci ilin noyabr ayının ilk günlərində 5 yaşlı qızı ilə birlikdə Mətanətin yaşadığı Nizami rayonu, C.Naxçıvanski küçəsi 27, mənzil 118 saylı mənzilə getmişdir. Mətanətin davranışı onu qane etmədiyi üçün, 2020-ci ilin yanvar ayının 19-da Mətanətə məlumat vermədən, özünə və uşağına aid əşyaların bir hissəsini götürüb azyaşlı uşağı ilə mənzili tərk edib əvvəlki kirayədə yaşadığı ünvana getmişdir. xx.xx.2020-ci il tarixdə Mətanət ilə telefon əlaqəsi yaradaraq ona mənzildə qalan geyim əşyalarını götürmək istədiyini bildirmiş və saat 15 radələrində həmin ünvana getmişdir. Geyim əşyalarını götürmək istədikdə Mətanət ona mənzildə yaşadığı müddət ərzində yaranmış kommunal borcları ödədikdən sonra geyim əşyalarını verəcəyini bildirmişdir. O, kommunal borcu qalmadığını bildirdikdə aralarında mübahisə baş vermişdir. Mətanətin əynindəki geyimin yaxasından tutaraq geyim əşyalarını tələb edən zaman Mətanət sağ əli ilə saçından tutaraq sol əli ilə bir neçə dəfə ağzından və sol göz nahiyəsindən qəsdən vuraraq xəsarət yetirmişdir. Mətanət ona qarşı çılğın hərəkətlərini davam etdirdiyi üçün onun əlindən çıxıb mənzili tərk edib əvvəllər kirayədə yaşadığı ünvana getmişdir. Həmin günün axşamı sifət və baş nahiyəsində ağrılar hiss etdiyi üçün, xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona qarşı şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının xx.xx.2021-ci il tarixli, 85 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- üst dodağın sağ yarısının şişkinlik halında əzilməsi və sıyrığı, selikli qişanın qansızması və əzilmiş yarası, sol göz altı nahiyənin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Lokalizasiya və xarakterini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarət müxtəlif şəraitlərdə törənə bilərdi, o cümlədən şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyil. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Balaqardaş qızına cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balaqardaş qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlər cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Kürdəmir rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Balaqardaş qızı cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Balaqardaş qızının cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hal müəyyən olunmadı. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, törədilmiş cinayətin xarakterini, törədilmə şəraitini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Balaqardaş qızının islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CPM-nin 346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqatda iştirak etdiyi müddət 6 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 10 iş saatı, cəmi 16 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 96 (doxsan altı) manat (16x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 16 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Şahməddin oğluna 96 (doxsan altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar