Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-115/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Zavod küçəsi ev 1, mənzil 1-də qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsi ev 11-də kirayədə yaşayan, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanliq etmişdir. Belə ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs ilə mobil telefonla danışarkən heç bir səbəb olmadan sonuncunun ünvanına nalayiq ifadələr işlədib hədələdikdən sonra Zərərçəkmiş şəxs ona cavab qaytarmasını cüzi səbəbdən bəhanə edib həmin gün saat 22 radələrində tanışı X4 ilə birlikdə, bir qrup şəxs halında ictimai yer hesab edilən ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısına gəlib orada olan Zərərçəkmiş şəxslə mübahisə edərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib Kamran Seyidov ilə birlikdə Zərərçəkmiş şəxs zor tətbiq etməklə qəsdən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək sonuncuya alının qansızması və hər iki çiyin qurşağı nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər və sifətin sağ yarısının şişkinlik halında əzilməsi, hər iki gözətrafı nahiyənin, sağ qulaq seyvanın, hər iki yanaq nahiyəsinin qançırları xəsarətləri ilə müşahidə olunan dərəcələrinə görə həm ayrı- ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə tanışı Havvanın vasitəsi ilə tanış olmuşdur. Adıgözəllə aralarında normal münasibətlər olmuş, birlikdə məclislərdə də oturmuşlar, Adıgözəllə hər zaman zarafatlaşmışlar, bundan heç biri inciməmişlər. xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində o, tanışı İlqara məxsus mobil telefona zəng edib kiçik bacısının ad günü tədbirinə onu da dəvət emişdir. Həmin vaxt o, Adıgözəlin səsini eşitmiş, İlqara bildirmişdir ki, uzun müddətdir Adıgözəllə danışmır, buna görə İlqardan öz telefonunu Adıgözələ verməsini xahiş etmişdir. Adıgözəllə danışan zaman ona həmişə olduğu kimi zarafatyana “nə ağzını əyirsən, gəlib indi sənin ağzını əyəcəm” demişdir. Həmin ifadəni o, gülərək ifadə etmişdir ki, Adıgözəl bunun zarafat olduğunu anlasın. Lakin Adıgözəl onun bu ifadəsini ciddi qəbul edərək birdən-birə onu nalayiq sözlə təhqir etmişdir. Bundan sonra o, əsəbləşərək əynini geyinmiş və yaşadığı ünvandan çıxmışdır. Kamranın yaxınlıqda yerləşən kafedə olduğunu bilib həmin kafeyə getmiş və tanışı Kamranla birlikdə taksi ilə Adıgözəlin olduğu “Anatolia” restoranının yaxınlığına gəlmişdir. Yolda olan zaman Kamran ondan hara və nə üçün getdiklərini ondan sorşduqda, o, Adıgözəllə aralarında baş vermiş söz-söhbəti Kamrana danışmışdır. Saat 22 radələrində Kamranla birlikdə “Anatolia” restoranının yaxınlığında taksidən enmişlər və o, restoranın arxa tərəfində Adıgözələ heç bir söz demədən yumruqla onun üz nahiyyəsindən bir dəfə vurmuşdur. Adıgözəl onun əynindəki köynəkdən tutaraq onu özündən kənarlaşdırmaq istədikdə hər ikisi yerə yıxılmışlar. Həmin vaxt onun köynəyi cırılmışdır. Adıgözəl yerdə olan zaman Kamran təpiklə Adıgözəlin üz nahiyyəsinə bir neçə dəfə vurmuşdur. Bundan sonra o, ayağa qalxıb təpiklə Adıgözəlin üz nahiyyəsinə vurmuşdur. Onlar Adıgözəli döydükdən sonra ondan aralanmışlar və Elşən idarə etdiyi avtomaşınla onları həmin yerdən uzaqlaşdırmışdır ki, yenidən dava etməsinlər. Onunla Adıgözəlin arasındakı mübahisə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 43 saylı yaşayış binanın qarşısında deyil, “Anatolia” restoranının arxa tərəfində, saat 22 radələrində baş vermişdir. Hadisə baş verən zaman hava qaranlıq olduğundan ətrafda heç kim olmamışdır. Hadisə zamanı onun niyyəti xuliqanlıq etmək olmamış, məqsədi dostluq münasibətində olduğu Adıgözəlin onu söyməsi faktını araşdırmaq olmuşdur. Ona görə əməlinin CM-nin 221.2.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif olunması, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınaraq barəsindəki işin icraatına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Havvanın vasitəsi ilə tanımışdır. Cahangirlə aralarında normal münasibətlər olmuş, birlikdə məclislərdə də oturmuşlar. Cahangir hər dəfə onu görəndə ona müxtəlif atmacalar ataraq bir növ ona sataşmışdır. Ancaq o, buna baxmayaraq Cahangirə heç vaxt fikir verməmiş və hər dəfə zarafata salaraq Cahangirin atmacalarından yayınmışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Havva ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Anatolia” restoranın yaxınlığında dayanıb söhbət edərkən həmin yerə Havvanın rəfiqəsi Leyla gəlmişdir. Həmin vaxt İlqar ona zəng etmiş, harada olduğunu soruşduqda o, İlqara öz yerini demişdir. Bir neçə dəqiqə sonra İlqar qohumu Elşən və Aysunla birlikdə onların yanına gəlmişlər. Elşəni o, elə həmin gün tanımışdır. Bir neçə dəqiqədən sonra İlqara məxsus mobil telefona zəng gəlmiş və İlqar telefona cavab verərək danışdıqdan sonra mobil telefonu ona tərəf uzatmış və Cahangirin onunla danışmaq istədiyini ona bildirmişdir. O, İlqardan telefonu götürərək cavab verdikdə Cahangir ona “sən axır vaxtlar yaman qudurmusan, gəlib sənin başını kəsəcəm” demişdir. O, Cahangirə nə üçün onunla belə danışdığını və nə üçün onun başını kəsmək istədiyini soruşduqda, Cahangir ona qudurduğunu təkrarən bildirmişdir. Cahangirə cavab olaraq nalayiq sözlə onu təhqir edib telefonu İlqara qaytarmışdır. Onun telefon vasitəsi ilə danışdığı sözləri eşidən İlqar və Aysun nə baş verdiyini, nə üçün Cahangirlə aqressiv danışdığını ondan sorşduqda, onlara nə baş verdiyini heç özünün də bilmədiyini, Cahangirin telefonda ona birdən-birə qudurduğunu və onun başını kəsəcəyini dediyini bildirmişdir. Cahangir əvvəllər də ona “sənin başını kəsəcəm” ifadəsini işlətmişdir, lakin o, həmin sözü qulaqardına vuraraq söhbətdən yayınmışdır. Bundan sonra Aysunla kənara çəkilərək “Anatolia” restoranının arxa tərəfində ikilikdə söhbət etmişlər. Həmin gün saat 22 radələrində ünvan 3 ünvanının qarşısında Cahangir və əvvəllər görmədiyi, ancaq hadisə günü tanıdığı Kamran adlı şəxs birdən-birə ona yaxınlaşmışlar və yaxınlaşan kimi yumruqla onun üz nahiyyəsindən bir dəfə vurduqda o, cəld tərpənib Cahangirin əynindəki köynəyindən tutaraq Cahangiri özündən kənarlaşdırmaq istədikdə hər ikisi yerə yıxılmışlar. Həmin vaxt Cahangirin köynəyi cırılmışdır. O, yerdə olan zaman Kamran təpiklə onun üz nahiyyəsinə bir neçə dəfə vurmuşdur. Bundan sonra Cahangir də ayağa qalxıb təpiklə onun üz nahiyyəsinə vurmağa başlamışdır. Onun gözləri qanla örtüldüyündən ətrafı zorla görmüşdür. Həmin zaman Aysun onları aralamaq istəsə də, bunu edə bilmədiyindən, qışqıraraq ona kömək etməyə çağırmışdır. Cahangir və Kamran onu döydükdən sonra qaçaraq həmin yerdən uzaqlaşmışlar. O, zorla ayağa qalxan zaman Kamran yenidən qayıdaraq onun əynindəki köynəkdən tutaraq ona qarşı nalayiq ifadələr deyib yumruqla bir dəfə üz nahiyyəsindən vurmuş, sonra qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra onun yanında olan Aysun İlqargilin yanına yaxınlaşmış, Havva isə onun yanına gəlmişdir. Lakin İlqar, Aysun, Elşən və Leyla ona yaxınlaşmadan çıxıb getmişlər. Onun yanında yalnız Havva qalmışdır və Havva onu 3 saylı ŞKX-na aparmışdır. Xəstəxanada onu müayinə etdikdən sonra evə buraxmışlar. Zərərçəkmiş şəxs məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmiş, ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadə verərək göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində tanışı Adıgözəllə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Anatolia” restoranın yaxınlığında dayanıb söhbət edərkən həmin yerə rəfiqəsi Leyla gəlmişdir. Həmin vaxt İlqar Adıgözələ zəng etmiş və Adıgözəldən harada olduğunu soruşmuş, Adıgözəl İlqara öz yerini dedikdən bir neçə dəqiqə sonra İlqar qohumu Elşən və Aysun ilə birlikdə onların yanına gəlmişlər. Bir neçə dəqiqədən sonra İlqara məxsus mobil telefona zəng gəlmiş və İlqar telefona cavab verib bir neçə dəqiqə danışdıqdan sonra mobil telefonu Adıgözələ tərəf uzatmış və Adıgözələ Cahangirin onunla danışmaq istədiyini bildirmişdir. Adıgözəl telefonu götürərək cavab vermiş və Adıgözəl bir az danışdıqdan sonra birdən-birə əsəbi şəkildə Cahangiri söyüb telefonu İlqara qaytarmışdır. Bundan sonra İlqar və Aysun Adıgözəldən nə baş verdiyini və nə üçün Cahangirlə aqressiv danışdığını sorşmuşlar. Adıgözəl onlara nə baş verdiyini heç özünün də bilmədiyini, Cahangirin ona telefonda birdən-birə qudurduğunu və onun başını kəsəcəyini dediyini bildirmişdir. Bundan sonra Adıgözəl və Aysun “Anatolia” restoranının arxa tərəfinə gedərək ikilikdə söhbət etmişlər. Təxminən 10 dəqiqə sonra səsküy eşidərək tez Adıgözəl olan tərəfə getmiş, orada Adıgözəlin üzünün qan olduğunu gördmüşdür. O, Adıgözəldən onu kim döydüyünü sorşduqda Adıgözəl ona Cahangir tərəfindən döyüldüyünü bildirmişdir. Hadisənin baş verdiyi vaxt isə o, Adıgözəlin yanında olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakt üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Hadisə yerinə baxış keçirilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 15) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və X7 rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 1070 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sifətin sağ yarısının şişkinlik halında əzilməsi, hər iki gözətrafı nahiyənin, sağ qulaq seyvanı, hər iki yanaq nahiyəsinin qançırları, alnın qansızması, hər iki çiyin qurşağı nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində alınmaları inkar olunur. (i.v. 27-28) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və X7 rayon şöbəsinin əlavə məhkəmə tibbi ekspertiza ilə bağlı xx xxxxxx 2020-ci il tarixli 06/1070 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sifətin sağ yarısının şişkinlik halında əzilməsi, hər iki gözətrafı nahiyənin, sağ qulaq seyvanı, hər iki yanaq nahiyəsinin qançırları, alnın qansızması, hər iki çiyin qurşağı nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə alınmaları mümkündür. Alının qansızması və hər iki çiyin qurşağı nahiyəsinin sıyrıqları ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Digər xəsarətlər isə dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (i.v. 121-122) -Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və istintaqa məlum olmayan Kamran adlı şəxsin əməlləri Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 54-55) -Şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, X4 fotoşəkillər üzrə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Adıgözəl X6 tanıyaraq onu döyən şəxslərdən birinin də Kamran Seyidov olduğunu bildirmişdir. (i.v. 117-119) -İfadənin yerində yoxlanması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə hadisə yerini əyani olaraq göstərmiş, ifadəsində göstərilən qaydada izah vermişdir. (i.v. 124-127) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin cinayət işindən X2 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə digər cinayət işinin ayrılması və onun əməlində yeni ayrılmış cinayət işində hüquqi qiymət verilməsi qərara alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığına görə barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 132-139) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən törədildikdə, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunması, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasının nəzərə alınaraq cinayət işinin icraatına xitam verilməsi haqqında vəsatəti məhkəmənin qərarı ilə təmin edilməmişdir. Lakin təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmədə etdikləri çıxışlarında eyni əsaslarla iş üzrə icraata xitam verilməsini xahiş etmişlər, zərərçəkmiş şəxs isə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdıqlarına görə ona bəraət verilməsini xahiş etmişdir. Cinayət qanunvericiliyinin mənasına görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında nəzərdə tutulduğu kimi, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə müşayiət olunur. Ona görə də, xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai qaydanı kobud surətdə pozan əmələ yol verdikdən sonra o, Zərərçəkmiş şəxs zor tətbiq etməklə xuliqanlığın əlavə obyekti olan hərəkətə yol vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qayda olduğundan və cinayət əməli nəticəsində ictimai qayda kobud surətdə pozulduğundan təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması əsası ilə cinayət işi üzrə icraata xitam verilə bilməz. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı halda qeyd edilən cinayətin obyekti ictimai münasibətlər olduğu üçün əlavə obyekt olan fiziki şəxsin (zərərçəkmişin) təqsirləndirilən şəxslə barışması CM-nin 73.2-ci maddəsinin təsiri altına düşmür və həmin əsasla iş üzrə icraata xitam verilə bilməz. O cümlədən təqsirləndirilən şəxsin cinayət əməlinin tövsif edilməsi və ya barəsində bəraət hökmünün çıxarılması üçün qanuni əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1, 333.1-ci maddələri ilə təqsirli bilinib, hər iki maddəyə CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 150 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, cərimə ödənildiyi üçün xx xxxx 2015-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. (i.v. 65-66) -Tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində axtarış verilmiş Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-da tutulmuşdur. (i.v. 70) -Qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 106-107) Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ona Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 332.1 və 333.1-ci maddələri ilə təyin edilmiş cərimə məbləğini ödəyərək xx xxxx 2015-ci il tarixdə qeydiyyatdan çıxarıldıqdan sonra müəyyən edilmiş müddət keçdiyindən, o, məhkumluğu olmayan şəxs hesab edilir, habelə həmin əməllər böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan residivin müəyyən olunması və cəza təyin edilərkən nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə razılıq əldə edərək onunla barışmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hazırkı işlə bağlı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin iki gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut tanınmamışdır, məhkəmə məsrəfinin tutuılmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaq zamanı və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-115/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-115/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver