Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-115/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxx 1987-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 06 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 02 iyun 2023-cü il tarixdə cəzasını tam çəkdiyinə görə şöbənin qeydiyyatından çıxarılmış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, 19 sentyabr 2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, 21 sentyabr 2024-cü il tarixində barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,993 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,271 qram olan psixotrop maddə metamfetamin əldə etmiş, ayrı-ayrı hissələrə bölərək özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 sentyabr 2024-cü il tarixində saat 19:15-də Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 126 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilərək orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 04 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,301 qram, 0,327 qram, 0,187 qram və 0,178 qram olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ümumi təmiz çəkisi 0,993 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,857 qram və 0,414 qram olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ümumi təmiz çəkisi 1,271 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibindən səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alaraq həm istifadə etmiş, həm də satmışdır. O aldığı narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin bir qramı qarşılığında həmin şəxsin ona göndərdiyi kart hesabına 40 manat pul göndərmişdir. Həmin maddələri tanımadığı və “Whatsapp” ani mesajlaşma vasitəsilə onunla əlaqə saxlayan şəxslərə satmışdır. O 19 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 126 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onu Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməyi təklif etmişlər. O əynində olan qara rəngli şalvarının sağ yan cibindən 4 büküm narkotik vasitə olan heroini və 2 büküm psixotrop maddə olan metamfetamini, şalvarının digər cibindən 1 ədəd mobil telefonunu və gödəkçənin sol qoltuq cibindən elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilən maddələri tutulmamışdan təxminən 5-6 gün əvvəl Abşeron rayonu Masazır kəndində İran İslam Respublikasının vətəndaşının “Whatsapp” ani mesajlaşma vasitəsilə ona göndərdiyi konumdan şəxsi istifadəsi və satmaq üçün götürmüşdür. Mobil telefonunda olan narkotik vasitələrin satışı ilə bağlı mesajlar ona məxsusdur. Həmin mesajlarda olan “daş” sözü metamfetamini, “ot” sözü marixuananı, “kakos” sözü isə heroini bildirir. Əməlindən peşmandır. Söz verir ki, bir daha belə əməllərə yol verməyəcəkdir. Yaşlı valideynləri və bacısının övladı onun himayəsindədir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə Nizami RPİ-nin NMB-yə Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. 19 sentyabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 126 ünvanının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir şəxsin piyada gəldiyini müəyyən edərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş və həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs Nizami rayon Polis İdarəsinə gətirmişlər. Nizami rayon Polis İdarəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılaraq şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının cibindən 6 ədəd şəffaf sellofana bükülmüş bükümləri, mobil telefonu, əynində olan qara gödəkçəsinin cibindən 1 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs ondan aşkar olunan bükümdəki maddələrin 4 ədədinin narkotik vasitə heroin, 2 ədədinin isə metamfetamin olduğunu, həmin bükümlərdəki maddələri Masazır kəndi ərazisindən İran İslam Respublikası vətəndaşından “zakladka” yolu ilə əldə edib bir qismini istifadə etdiyini, digər qismini isə satış məqsədilə üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, təxminən bir il olar ki, “nəşə” kimi tanıdığı marixuana istifadə etməyə başlamış, 4-5 dəfə psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Təqsirləndirilən şəxs təxminən bir il yarım olar ki, yaşadığı məhəlləyə adını dəqiq xatırlamadığı şəxsin yanına gəlib getdiyindən tanımışdır. Onu tanıdıqdan bir müddət sonra söhbət əsnasında o, əlaqələrinin olduğunu, “nəşə” və “patı" tapıb təşkil edə biləcəyini bildirmişdir. O, onun mobil nömrəsini götürərək özündə saxlamışdır. Nömrəsini aldıqdan sonra onunla “Whatsapp” ani mesajlaşma vasitəsilə və zənglə əlaqə saxlayaraq ondan “nəşə” və “patı” almışdır. O, onunla Yasamal rayonu “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşərək ondan “patı” və “nəşə” almışdır. Tural Nizami rayonu “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yaşadığı binanı ona göstərdiyindən həmin ünvanda ondan “patı” və “nəşə” almışdır. O, ona 15, 18, 20 manat pul ödəyərək ondan büküm halında psixotrop maddə metamfetamin və narkotik vasitə marixuana alaraq istifadə etmişdir. Turalla sonuncu dəfə 2024-cü ilin avqust ayının sonunda əlaqə saxlamış, lakin o müxtəlif bəhanələr gətirdiyindən onunla görüşərək narkotik vasitə ala bilməmişdir. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, öz istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə Turalla əlaqə saxlamış, həmin yazışmalarda 03 daş sözü “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin, “ot” sözü isə narkotik vasitə olan marixuanadır. O, pul az olan halda görüşməyə gəlməmiş və ona narkotik vasitə verməmişdir. O, ondan aldığı narkotik və psixotrop maddələri heç kimə verməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, Turalı tanımayan şəxsə onun mobil nömrəsini verməmiş, həmçinin ondan aldığı maddələri heç kimə çatdırmamışdır. O, hal-hazırda narkotik vasitələr və psixotrop maddələr istifadə etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə şəxsiyyətinin və yaşadığı ünvanın müəyyən edilərək yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 5(007)- 549/2024 saylı qərarından görünür ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 19 sentyabr 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. - şəxsi axtarış və götürmə aparılması haqqında 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Nizami RPİ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 06 ədəd şəffaf polietilen bükümü, şalvarın sol yan cibindən 01 ədəd “Tecno Spark” markalı mobil telefonu, qara rəngli gödəkçəsinin sol qoltuq cibindən 01 ədəd elektron tərəzini və ev açarını çıxardaraq təqdim etmiş və həmin bükümlərdəki maddələrin 04 ədədinin narkotik vasitə heroin və 02 ədədinin isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 5-6 gün qabaq Masazır kəndi ərazisində “Məryəm” adlı İran İslam Respublikasının vətəndaşından “zakladka” yolu ilə əldə edib bir qismini şəxsi istifadəsi üçün, digər qismini isə satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 20 sentyabr 2024-cü il tarixli 6/4644 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 162” möhür əksi, “İştirak etdilər: /imza/ Şahid2; /imza/ Şahid1; /imza/ Təqsirləndirilən şəxs; Vəkil /imza/ Müdafiəçi; Qablaşdırdı: /imza/ E.Hacıyev” yazılar olan zərfdəki 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,301 qr; 0,327 qr; 0,187 qr; 0,178 qram; ümumi təmiz çəkisi: 0,993 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,857 qr; 0,414 qram; ümumi təmiz çəkisi: 1,271 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və 01 ədəd elektron tərəzinin səthində narkotik vasitə - heroin izləri müəyyən edildi. Elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Heroinin ümumi təmiz çəkisi 0,993 qram olub, 0,12 qramı (hər.oby – 0,03 qr) tədqiqata sərf edilmiş, 0,873 qramı isə qalıq qalmışdır. Metamfetaminin ümumi təmiz çəkisi 1,271 qram olub, 0,06 qramı (hər.oby – 0,03 qr) tədqiqata sərf edilmiş, 1,211 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manatdır. - mobil telefona baxış keçirilməsi haqqında 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin telefon “Tecno Spark” markalı mobil telefondur. Mobil telefonun üzərində +99477 ***-**-** və +99470 ***-**-** mobil nömrələr vardır. “Tecno Spark” markalı mobil telefonda +99477 ***-**-** nömrəsində “Whatsapp Business” ani mesajlaşma proqramında qeydiyyatdan keçdiyi “Rosik” adı ilə qeyd edilmiş +994 55 ***-**-** nömrə ilə yazışmada: “- Qaqa burdayam men, Qaqam basina dinerem deiqi 2 sata gelersenmi qardasim dunen versiykne gore Allah olenlerine rehmet elesin ama birdene icindeki dasin biri kopuk verdi qend kiki donub qaldı yeqi qaruisiq imis, sen gormedin. Ama Allah olenlerine rehmet elesin qaqaliqdan eskik olma qaqam; - Qaqa olur mende çekende rasdıma gelib; - Qaqam buralarda yaxinda maqazin yoxdu men duz inci sadliq evinin yanindayam bu terefe cixanda mene xeber ele de sene deqiq necelik ele deyim.qardasim; Yaxai; Tural; Seni gozleyirde qardasin qadan alaram; Qaqam senin basina donerem 20 lik kormal bir sey duzeltdir burdada gorusende sene pul verecem qaqam; Narahat olma; Ama sen Allah gelde qaqas men uje 15 20 deq dxmaliyam qaqam; - Qaqa gelirsen sen; - Atam men helede isdeyem and ola Allaha kece bilirsen kec madim pilun enm verecem narahat olma; Qaqam buna vereceyin 03 das 1 denede ot bu etin menede 15 lik addelni duzelt 9 var qalaninda helirem berem yaxso (Tərəzidə 0.30 qram çəkidə şəffaf sellofana bükülmüş maddə şəkli göndərilmişdir); - Qaqa sozun dastativnidi; Basin xarabdi qaqam bunu 1 sene de sey qoy bu onun menimkinide 15 lik addelni ele qaqam gelirem qaliginda hesablasaq”. +99***-***-**-** nömrə ilə yazışmada: “- Qaga sənd sagol. Qaga uri varsa gotre bilmeriyki? Lodiyug; - Uri yoxdu; - Nedi donan? Duxdadi; - Salam qaqa heri brat donandı daşda var; - Göndərilən səsdə “qaqa salam nə var nə yox nətərsən qaqa şesidi də həə? Başa dönüm dənəsindən bir dənə lazımdı mənə gəlim götürüm də Yasamaldasan?” deyilir, harda gorsey qagas gotrim men lökbatan krigundayam hara gelim.” +99***-***-**-** nömrəsində “Whatsapp” ani mesajlaşma proqramında qeydiyyatdan keçdiyi “Totuuuuuum” adı ilə qeyd edilmiş +99***-***-**-** nömrə ilə yazışmada – “Totum temani heckese verme simaya yada bakida yoxdu tema” məzmunlu mesajlar müəyyən edilmişdir. Bundan başqa telefon aparatının yaddaşında tərəzi üzərində içərisində qəhvəyi rəngli maddə olan və ağ rəngli sellofana bükülmüş vəziyyətdə bükümlərin olması müəyyən olunmuşdur. - diskə baxış keçirilməsi haqqında 18 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrindən 20 iyun 2024-cü il tarixdən 20 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin, SMS mətnlərinin, abonentin anten dairəsinin müəyyən edilməsi məqsədilə texniki məlumatları "xxxx" MMC-dən əks etdirən 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı ********* mobil nömrəsindən ********* mobil nömrəsinə xx.xx.2024 22:35:16 zəng edildiyi və 94 saniyə danışıq olması; +**********11 mobil nömrədən +**********51 mobil nömrəyə göndərilən mesajda – “Zaki edə bilərsən oralara? - Yarı d. 30. Bidende 15d.ayri.mene”; +**********51 mobil nömrədən +**********88 mobil nömrəsinə göndərilən mesajda – “Rosqa yoxdu hecne senol goture bilmirem irandan 3defe dalbadal tutuldum 75min girib icime o tema mende olsa men heckesi lomkada saxlamaram onu lap gozel bilirsen”; +**********88 mobil nömrədən +**********11 mobil nömrəyə göndərilən mesajda – “Qaqa kartini at pul atim hara detirsen gelkmde qardasim menim.veziyyetim.odeyil tural vatcapinida ac” məzmununda olan narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı mesajlar müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 oktyabr 2024-cü il tarixli 6664 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 12 oktyabr 2024-cü il tarixli 2976 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. - sübutların qiymətləndirilməsi haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 04 ədəd bükümdə ümumilikdə 0,993 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq çəkisi 0,873 qramı, 02 ədəd bükümdə ümumilikdə 1,271 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıq çəkisi 1,211 qramı, 01 ədəd elektron tərəzi, 01 ədəd “Tecno Spark” markalı mobil telefon və 02 ədəd disk maddi sübut kimi tanınmış, 0,873 qram narkotik vasitə heroin, 1,211 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi və “Tecno Spark” markalı mobil telefon maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 02 ədəd disk cinayət işinə əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir, onun 0,15 qram və ondan artıq hissəsi, dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qram və ondan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və çıxan mesajlarda narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatların olması və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 01 oktyabr 2024cü il tarixli tələbnamədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 1(011)-489/2021 nömrəli hökmündən, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 7(007)-212/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 01 ay 06 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 02 iyun 2023-cü il tarixdə cəzasını tam çəkdiyinə görə şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi hazırkı cinayəti törədərkən Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 19 sentyabr 2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,873 qram olan narkotik vasitə heroin, 1,211 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 01 ədəd “Tecno Spark” markalı mobil telefon dövlət nəfinə müsadirə edilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 18 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 108 manat (18x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,873 qram narkotik vasitə - heroin, 1,211 qram psixotrop maddə - metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 01 ədəd “Tecno Spark” markalı mobil telefon dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 18 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 108 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-115/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-115/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver