Məhkəmə qərarları › İş №1(007)-118/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-118/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-118/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1980-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonunun Kürdəmiş kəndində qeydiyyatda olan, ünvan 4də yaşamış, 11 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 sentyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda, ümumi təmiz çəkisi 1,147 qram olan psixotrop maddə metamfetamini əldə edib hissələrə bölüb bir hissəsini üzərində saxlayaraq daşımış, bir qismini isə yaşadığı mənzildə saxlamış, psixotrop maddə metamfetaminin 01 ədəd bükümdə, 0,341 qram hissəsini 11 sentyabr 2024-cu il tarixdə tanışı Şahid1 vermiş, 11 sentyabr 2024-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami rayon polis idarəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,498 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, onunla eyni zamanda, eyni ünvanda saxlanılmış Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,341 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış, kimyəvi kompanent tərkibinə görə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə ilə eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 13 sentyabr 2024-cü il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 4 ünvanına onun iştirakı ilə keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı pəncərənin qarşısından 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,308 qram olan ağ rəngli, kimyəvi komponent tərkibinə görə üzərindən aşkar olunmuş metamfetaminlə eyni olan kristallik kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü ittiham verilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Onun yaşadığı mənzildən tərəzi və narkotik vasitə çıxıb, o, narkotiki İran vətəndaşından almışdır. Zaura o, demişdir ki, gedib narkotiki götürsün. Zaur da, o da narkotik istifadəçisidirlər. O, narkotiki öz istifadəsi üçün alıb, buna görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Narkotiki alarkən onun çəkisini düzgün müəyyən edə bilməsi üçün tərəzini almışdır. Zaur Orxanla danışıb narkotik almışdır. Orxan İranda yaşayır və onu tanımayan yoxdur. Onlar pul atışıb narkotik vasitə almışlar. Onun özü Orxanla ümumiyyətlə danışmamışdır. İşdə olan mesajlarda göstərilən Aydın kişi ilə yazışmaları Zaur yazmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 19 noyabr 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində özünü təqsirli bilərək, göstərmişdir ki, o, təxminən 6 il olar ki, metamfetamini falqa üzərində yandıraraq tüstüsünü çəkib qəbul edir. 11 sentyabr 2024-cü il tarixdə tanışı Zaur şəxsi istifadəsi üçün ondan psixotrop maddə istəmişdir. O, özünün də istifadəsi üçün psixotrop maddəsi olmadığını bildirmiş, lakin üzünü görmədiyi, ancaq telefon vasitəsilə əlaqə saxladığı İran Respublikasının vətəndaşı olan Orxan kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün aldığı metamfetamini qoyduğu yeri Zaura demiş və həmin metamfetamini götürüb özünün istifadə etməsi üçün ona gətirəcəyi təqdirdə həmin metamfetaminin bir hissəsini Zaura verəcəyini bildirmişdir. Zaur onunla razılaşmış və gedib bildirdiyi yerdən metamfetamini götürüb gətirmişdir. Həmin vaxt Zaura istifadəsi üçün bir büküm metamfetamin vermişdir. Metamfetaminin qalan hissəsini isə özü istifadə etmək üçün üzərində saxlamışdır. 11 sentyabr 2024-cü il tarixdə saat təxminən 23 radələrində tanışı Zaurla birlikdə yaşadığı evdən çıxıb ünvan 5 ünvanının qarşısından keçdikdə tanışları Abbas, Vəfa, Təhmuraz və bir nəfər onların tanıdığı, lakin onun tanımadığı şəxsi birlikdə görmüşdür. Birlikdə dayanıb söhbət edən vaxt bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşmışlar. Həmin polis əməkdaşlarından ikisi ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami RPİ-nə getməyi təklif etmişlər. Həmin vaxt cibində metamfetamin olsa da şübhə yaranmasın deyə polis əməkdaşlarının təklifini qəbul etmiş və polis əməkdaşları ilə birlikdə onlar hamısı Nizami RPİ-nə gəlmişlər. Yolda ona diqqət yetirdikləri üçün cibində olan narkotik vasitəni tullaya bilməmişdir. İdarədə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan ağ rəngli gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd şəffaf polietilen bükümdə olan psixotrop maddəni və sol yan cibində olan 1 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilən psixotrop maddə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. O, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün bir gun qabaq Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini söyləmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan sonra onun kirayə yaşadığı ünvana videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Mənzilə baxış zamanı oradan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Verilmiş suallara cavab olaraq o, həmin psixotrop maddənin özünə məxsus olduğunu, “Orxan” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, əldə etdiyi psixotrop maddənin çəkisini dəqiqləşdirmək məqsədilə mənzildən aşkar olunmuş elektron tərəzi vasitəsilə həmin maddəni çəkdiyini bildirmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, 6 ilə yaxındır narkotikə olan tələbatını ödəmək üçün “patı” və ya “şüşə” kimi tanıdığı metamfetamindən istifadə edir. Narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Orxan” adlı şəxsdən pulunu həmin şəxsin bank kartına köçürməklə əldə etmişdir. Narkotik vasitəni aldığı şəxsin kimliyini bildirmək istəmədiyi üçün təhqiqat araşdırması zamanı narkotik vasitəni 10 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən aldığını qeyd etmişdir. Narkotiki öz pulu ilə alıb istifadə etmişdir. Artıq olanda isə bir neçə dəfə verdiyi pulu tanışlarından alaraq onlara vermişdir. İran İslam Respublikasının vətəndaşı olan “Orxan” adlı şəxs və X2 onun narkotik vasitənin satışı ilə məşğul olduğunu bilməmişlər. O, şəxsi istifadəsi üçün aldığı narkotik vasitədən artıq qaldıqda narkotikə verdiyi pulu alıb tanışlarına vermişdir. Əvvəllər həmişə göndərilən narkotiki gedib özü götürmüşdür. Sonuncu dəfə ona məxsus narkotiki gətirməsini Zaurdan xahiş etmişdir ki, Zaura da narkotik verə bilsin. Dediyi kimi şəxsi istifadəsi üçün aldığı narkotik vasitədən artıq qaldıqda narkotikə verdiyi pulu alıb tanışlarına vermişdir ki, özü istifadə etdiyi narkotik ona pulsuz düşsün. Üzərində saxladığı metamfetaminin bir hissəsini özü istifadə etmək, yerdə qalanını isə tanışlarından birinə satmaq istəmişdir. Bu cinayətdən başqa cinayət hadisəsi törətməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Saxlanılan və Nizami RPİ-nə gətirilən zaman üzərinə şəxsi axtarış keçirilməmişdir. Onun üzərinə yalnız Nizami RPİ-də təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra göstərmişdir ki, həmin ifadədə göstərilənləri qəbul etmir, hazırda məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir tanıyır, Aygünün də narkotik vasitələrin aludəçisi olduğunu bilir. 11 sentyabr 2024-cü il tarixdə həmişə narkotik vasitə aldığı İran vətəndaşı Orxandan narkotik vasitə almış və Aygünlə birlikdə istifadə etmişlər. O, narkotik vasitə əldə etməyə görə Aygünə pul verməmişdir. 11 sentyabr 2024-cü il tarixdə təxminən saat 23 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışlar. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən onun 13 sentyabr 2024-cü il verdiyi ifadəsi aidiyyəti hissədə elan edilmişdir. Müstəntiq tərəfindən dindirilərkən o, həmin ifadəsində göstərmişdir ki, ...11 sentyabr 2024-cü il tarixdə o, şəxsi istifadəsi üçün Aygündən psixotrop maddə istəmişdir. Aygün özünün də istifadəsi üçün psixotrop maddəsi olmadığını bildirmiş, lakin telefon vasitəsilə əlaqə saxladığı İran Respublikasının vətəndaşı olan “Orxan” adlı şəxsə şəxsi istifadəsi üçün metamfetamin sifariş verdiyini, “Orxan”ın həmin metamfetamini Əhmədli qəsəbəsi ərazisində qoyduğu yeri ona demiş və həmin metamfetamini götürüb gətirəcəyi təqdirdə həmin metamfetaminin bir hissəsini ona verəcəyini bildirmişdir. O, etiraz etməmiş və gedib Aygünün bildirdiyi yerdən metamfetamini götürüb gətirmişdir. Bundan sonra Aygün ona şəxsi istifadəsi üçün bir büküm metamfetamin vermişdir. 11 sentyabr 2024-cü il tarixdə saat təxminən 23 radələrində birlikdə Aygünün yaşadığı mənzildən çıxmışlar. Birlikdə ünvan 5 ünvanının qarşısından keçdikdə tanışları Abbas, Vəfa, Təhmuraz və bir nəfər tanımadığı şəxsi görmüşlər. Birlikdə dayanıb söhbət edən vaxt bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşmışlar. Həmin polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları Nizami RPİ-nə dəvət etmişlər. Onlar hamısı polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nə gəlmişlər. Yolda ona diqqət yetirdikləri üçün cibində olan psixotrop maddəni tullaya bilməmişdir. İdarədə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə olan psixotrop maddəni və həmin şalvarın sol yan cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilən psixotrop maddə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, təhqiqat araşdırması zamanı tanışı Təqsirləndirilən şəxs məsuliyyətdən azad etmək üçün üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilərkən və verdiyi izahatda üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini “Orxan” adlı İran İslam Respublikası vətəndaşından 45 manata aldığını bildirmişdir. Sonradan Aygünün də cinayət məsuliyyətinə cəlb edildiyini öyrəndikdən sonra əsl həqiqəti demək qərarına gəlmişdir. Hazırda verdiyi ifadə tam həqiqətə uyğundur... Şahid1 ifadəsinin elan olunmasından sonra onun hər hansı əlavəsi olmamış, ziddiyyətin səbəbini izah etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şahid1 və Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onlarla ədavəti olmamışdır. 11 sentyabr 2024-cü il tarixdə Nizami RPİ-nin NMB-nə Bakı şəhəri Nizami rayonu ərazisində “Aygün” və “Zaur” adlı şəxslərin birgə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Şahid1 və Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Nizami RPİ-nin NMB-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid5 və Şahid4 ilə birlikdə 11 sentyabr 2024-cü il tarixdə Şahid1 və Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 1 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Şahid1 və Təqsirləndirilən şəxs oxşar şəxslərin piyada gələrək digər 4 nəfərlə görüşdükdən sonra dayanıb söhbət etdikləri müəyyən edilmişdir. Həmin şəxslər özlərini Təqsirləndirilən şəxs, Şahid1, X3, X5, X6 və X1 təqdim etmişlər. Qeyd olunan şəxslər əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami rayon polis idarəsinə aparılmışlar. Polis İdarəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin ştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bundan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü və həmin gödəkçənin sol yan cibindən bir ədəd “Tecno-Spark” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirildikdə içərisində ağ rəngli kristal halında, psixotrop maddəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, saxlandığı gündən bir gün əvvəl, yəni 10 sentyabr 2024-cü il tarixdə Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə sübut əhəmiyyəti kəsb etdiyindən içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bir ədəd “Tecno-Spark” markalı mobil telefon götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 4-də narkotik vasitə və psixotrop maddələr olduğu ehtimal edildiyindən həmin mənzilə 13 sentyabr 2024-cü il tarixli “Mənzilə baxış, axtarış və götürmə aparılması haqqında” qərara əsasən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3, 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun kirayə yaşadığı mənzilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Mənzilə baxış, axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildə keçirilən axtarış zamanı qonaq otağındakı pəncərənin qarşısından 01 ədəd sellofan bükümdə ağ rəngli, kristall şəkilli, spesifik iyə malik, psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütlə və elektron tərəzi içərisi boş olan zərfin içərisinə qoyularaq qablaşdırılıb möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmişdir. Mənzildən əlavə olaraq narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin metamfetamin olduğunu, həmin kütləni İran İslan Respublikasının vətəndaşı olan “Orxan” adlı şəxsin qoyduğu yerdən götürdüyünü, elektron tərəzini isə əldə etdiyi narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün əldə edib saxladığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid5 və Şahid4, Şahid2la eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 5) - 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (i.v. 1-2) - 12 sentyabr 2024-cü il və 30 sentyabr 2024-cü il tarixli protokollardan görünür ki, 12 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən Nizami RPİ-nin NMB-nin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış keçirilməzdən Təqsirləndirilən şəxs hüquq və vəziİələri izah edilmiş, üzərinə şəxsi axtarış keçirilməsi barədə qərarla tanış edilmiş, şəxsi axtarış başlanmazdan əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, əynində olan ağ rəngli gödəkçəsinin sag yan cibində saxladığı 01 ədəd şəffaf polietilen bükümü, həmin gödəkçəsinin sol yan cibində saxladığı 01 ədəd “Tecno-Spark” markalı mobil telelonu çıxardıb masa üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilərkən ağ kristal halında psixotrop maddəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümdəki maddəni 10 sentyabr 2024-cü il tarixdə Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Protokolun tərtibi zamanı hər hansı iştirakçı tərəfindən ərizə və şikayət daxil olmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd diskə 30 sentyabr 2024-cü il tarixdə müstəntiq tərəfindən hal şahidlərinin iştirakları ilə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 37-38, 136) - 12 sentyabr 2024-cü il və 30 sentyabr 2024-cü il tarixli protokollardan görünür ki, müstəntiq tərəfindən Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkillərinin, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə şübhəli şəxsin kirayə yaşadığı ünvan 4 ünvanına baxış keçirilmişdir. Baxış, axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs bu barədə qərarla tanış edilərək mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildə keçirilən axtarış zamanı qonaq otağındakı pəncərənin qabağından 01 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli, spesifik iyə malik, psixotrop maddə metamfetaminə bənzər kütləni və 01 ədəd gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Həmin psixotrop maddə metamfetaminə bənzər kütlə götürülərək qablaşdırılmaqla möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra mənzilin digər hissələrinə baxış keçirilmiş, mənzildən əlavə olaraq narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar olunmuş kütlənin metamfetamin olduğunu, həmin kütləni İran İslan Respublikasının vətəndaşı olan “Orxan” adlı şəxsin atdığı yerdən gedib götürdüyünü, elektron tərəzini isə əldə etdiyi narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün əldə edib saxladığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamamışdır. Mənzilə baxış zamanı qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd diskə 30 sentyabr 2024-cü il tarixdə müstəntiq tərəfindən hal şahidlərinin iştirakları ilə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 80-81, 137) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2024-cü il tarixli 6/4545 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” yazıları olan zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,498 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Vət. Şahid1 aşkar edilmiş...” yazıları olan zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,341 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” yazıları olan zərfin içərisində aşkar olunmuş metamfetaminlə üzərində “Vət. Şahid1 aşkar edilmiş...” yazıları olan zərfin içərisində aşkar olunmuş metamfetamin kimyəvi kompanent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1 №-li oby. üzrə metamfetaminin təmiz çəkisi 0,498 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 0,398 qram qalıq qalmışdır, 2 №-li oby. üzrə metamfetaminin təmiz çəkisi 0,341 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 0,241 qram qalıq qalmışdır. (i.v. 57-63) - 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. (i.v. 86) - 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə Təqsirləndirilən şəxs və Şahid1 ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 sentyabr 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 123- 124) - 10 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 07 oktyabr 2024-cü il tarixli məktubla daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsindən **********17 nömrəli abonentə “Aydin kiwi salam, gul istiyirdin?”, **********91 nömrəli abonentə “Anar sanol hala duzalmiyib manda gozduyuram”, “Goturanda xabar veracam”, “Anar alinmayib hala sanol” mesajları yazdığı müəyyən edilmişdir. (i.v. 141) - 10 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrə olan “Tecno Spark” markalı mobil telefonda “WhatsApp” proqramından istifadə olunmuş danışıqlar və yazışmalarda sonuncunun “Weyla”, “Paşa”, “Miri”, “namimu”, “Pərviz Stilist”, “Seva” və “Əhməd” kimi qeyd olunmuş abonentlərə pul qarşılığında psixotrop maddənin satışını həyata keçirməsi öz təsdiqini tapmışdır. (i.v. 142) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 oktyabr 2024-cü il tarixli 6/4591 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...” yazılar olan kağız paketdə qablaşdırılmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,308 qram ağ rəngli, kristallik kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; elektron tərəzinin üzərində psixotrop maddə - metamfetaminə məxsus izlər vardır. Metamfetamin iz şəklində olduğundan çəkisini müəyyən etmək və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...” yazılar olan kağız paketdə aşkar olunmuş metamfetaminlə, üzərilərində “Ekspert rəyi 6/4545...Nizami RPİ TŞ... 12 sentyabr 2024-cü il...Şahid1..” və “Ekspert rəyi 6/4545...Nizami RPİ TŞ... 12 sentyabr 2024-cü il..Təqsirləndirilən şəxs..” yazılan olan MEM-ə məxsus iki ədəd kağız zərfdə qablaşdırılmış metamfetaminlər kimyəvi komponent tərkibinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1 №li oby. üzrə metamfetaminin təmiz çəkisi 0,241 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,191 qram qalıq qalmışdır, 2 №-li oby. üzrə metamfetaminin təmiz çəkisi 0,398 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,348 qram qalıq qalmışdır, 3 №-li oby. üzrə metamfetaminin təmiz çəkisi 0,308 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,258 qram qalıq qalmışdır. (i.v. 168-172) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 07 oktyabr 2024-cü il tarixli 6700 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 176-177) - 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi, şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxsin şəxsiyyətinin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən psixotrop maddələrin mənbəyi ilə bağlı material ayrılaraq araşdırma apanlması üçün Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,498 qram, yaşadığı mənzildən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,308 qram olan metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqata 0,15 qram sərf edildikdən sonra 0,348 qram, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,258 qram metamfetaminin qalıqları və 01 ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin DVD diski, mənzilə axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin DVD diski, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, “Tecno Spark” markalı mobil telefon və telefona baxış protokolu sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs məxsus “Tecno Spark” markalı mobil telefon mühüm sübut əhəmiyyəti kəsb etdiyindən onun təyinat məsələsi həll edilənədək saxlanması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. (i.v. 212-223) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır, toplanaraq tədqiq edilmiş sübutların məcmusu, Təqsirləndirilən şəxs xeyli miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlama ilə məşğul olan şəxs olması və həmin maddədən satış niyyəti ilə digər şəxsə verməsi barədə qənaətə gəlməyə kifayət qədər əsas verir, təqsirləndirilən şəxsə məhz bununla bağlı ittiham verilmişdir. Şəxsin üzərinə axtarış və mənzilə baxış protokolları, şəxsi axtarış və mənzilə baxış zamanı qeydə alınmış videogörüntülər, şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda, ümumi təmiz çəkisi 1,147 qram olan psixotrop maddə metamfetamini əldə edib hissələrə bölüb bir hissəsini üzərində saxlayaraq daşımış, bir qismini isə yaşadığı mənzildə saxlamış, psixotrop maddə metamfetaminin 01 ədəd bükümdə, 0,341 qram hissəsini 11 sentyabr 2024-cu il tarixdə tanışı Şahid1 vermiş, 11 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,498 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, onunla eyni zamanda, eyni ünvanda saxlanılmış Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,341 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış, kimyəvi kompanent tərkibinə görə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə ilə eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 13 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı pəncərənin qarşısından 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,308 qram olan ağ rəngli, kimyəvi komponent tərkibinə görə üzərindən aşkar olunmuş metamfetaminlə eyni olan kristallik kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və mənzilinə baxış zamanı müdafiəçi də real olaraq iştirak etmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs qeyd olunanlarla müşayiət edilən sübutlarla təkzibedilməz sübutlarla öz təsdiqini tapmış cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün hüquqi əsaslar yoxdur, müdafiə tərəfinin bununla bağlı irəli sürdüyü dəlillər öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 12 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 11 sentyabr 2024-cü il tarixdə saat 23:00-da tutulmuşdur. (i.v. 27) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 115-119) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 133) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə olan metamfetaminlər məhv edilməli, içərisində şəxsi axtarış və götürmə, eləcə də mənzilə baxış zamanı aparılmış videoçəkilişlər olan DVD disklər, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 01 ədəd “Tecno Spark” markalı mobil telefon Təqsirləndirilən şəxs razılığı olduqda ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) və ya azadlığa buraxılmasından sonra müraciəti əsasında özünə qaytarılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,348 qram və 0,258 qram psixotrop maddə metamfetaminlər və 01 ədəd elektron tərəzi məhv edilsin, içərisində şəxsi axtarış və götürmə və mənzilə baxış zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən 01 ədəd “Tecno Spark” markalı mobil telefon Təqsirləndirilən şəxs razılığı olduqda ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) və ya azadlığa buraxılmasından sonra müraciəti əsasında özünə qaytarılsın. Məhkəmə məsrəfi olan 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 27 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 162 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar