Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-119/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X4, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, Puşkin küçəsi ev 1/9 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,706 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən 26 avqust 2022-ci il tarixdə saat 19:30 radələrində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs mində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, bölmədə xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli şaİvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0, 706 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,836 qram qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən 08 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, bölmədə olan xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,836 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,049 qram qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən 07 noyabr 2022-ci il tarixdə saat 14:15 radələrində ünvan 6 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, bölmədə olan xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümdə ümumi təmiz çəkisi 1,049 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. 26 avqust 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Nizami RPİ-nin 23-cü PB-də ona hüquq və vəzifələri izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra xidməti otaqların birində onun üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, o, əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülü halda, içərisində tünd qəhvəyi rəngli maddəni təqdim edərək, həmin narkotik vasitəni 25 avqust 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin, 08 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində evin yaxınlığında olarkən, iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmiş və onu Nizami RPl-nin 23-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilən zaman, polis əməkdaşları tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya və predmet olduğu təqdirdə təhvil verməsi təklif olunmuş, o da könüllü olaraq əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli folqaya bükülü halda, içərisində tünd qəhvəyi rəngli maddəni təqdim edərək, həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və şəxsi istifadə üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadğı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmçinin 07 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində olan zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq, onu Nizami RPİ-nin 23-cü polis bölməsinə dəvət etmişlər. O etiraz etmədən polis bölməsinə getmiş, orada olan xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtrış keçiriləcəyi bildirilmiş, o da heç bir etiraz etmədən vəkilin iştirakı olmadan üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsinə icazə vermişdir. Bundan sonra polis əməkdaşları ona üzərində hər hansı qeyri-qanuni əşya və predmet varsa təhvil verməsini bildirdikdə, könüllü olaraq əynindəki açqı göy rəngli cins şalvarının yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükümü polis əkdaşlarına təqdim etmiş, həmin bükümdə narkotik maddə olduğunu və 07 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində bildirmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsi daşıyır. ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində mütəmadi şəkildə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 26 avqust 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmış, və keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 avqust 2022-ci il tarixdə saat 19:30 radələrində ünvan 9 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla birlikdə bölməyə gəlmiş və Təqsirləndirilən şəxs bölmənin növbətçi hissəsinə təhvil verib öz xidmətlərinə davam etmişlər. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 26 avqust 2022-ci il tarixdə saat 20 radələrində şöbədə olan zaman Bakı Şəhər Nizami RPİ-nin 23cü PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4 və Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili Şahid5 tərəfindən Təqsirləndirilən şəxs bölməyə təhvil verildikdən sonra, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində daşınması qanunla qadağan edilmiş hər hansısa qeyri-qanuni əşya varsa, təqdim etsin. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir adəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisində olan narkotik vasitə heroindir, 25 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində almışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanda yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 08 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü ünvan 11 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə bölməyə gəlmiş və video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə qanunla saxlanması və daşınması qadağan olunmuş hər hansısa əşya varsa, təqdim edilsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd siqaretin gümüşü kağız bükümünün içərisində olan narkotik vasitə heroindir, 08 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra yenidən ünvan 7 ünvada yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində mütamadi olaraq qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 07 noyabr 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 07 noyabr 2022-ci il tarixdə saat 14:15 radələrində ünvan 12 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onlarla birlikdə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə getmək təklif olunmuşdur. Bölmədə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmadan öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə qanunla saxlanması və daşınması qadağan olunmuş hər hansısa əşya varsa, təqdim edilsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffav rəngli sellofan bükümü çıxarraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümünün içərisində olan narkotik vasitə heroindir və 07 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşı Abbasov X11 Sənan Vüsal oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarıı X14 və X1 Sənan Vüsal oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşı Qarayev X5 Emil Sadıx oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşı X2 Vüqar Əhməd oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6456 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi – 1,049 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir”. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4857 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi – 0,836 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir”. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022ci il tarixli, 6/4577 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 0,706 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir”. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X3 xx.xx.2022-ci il tarixli 5377 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Beləliklə, hazırkı cinayəti əvvəlki hökm üzrə məhkumluq ödənildikdən sonra törətmişdir. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)- 195/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs AR-sı CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhər probasiya İdarəsində qeydiyyata düşməmiş və cəzasının heç bir hissəsini çəkməmişdir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Yuxarıda qeyd olunanlara əsasən, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-195/2022 saylı hökmü ilə təyin edilmiş, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilən cəzaya tamamilə və ya qismən birləşdirilməlidir. Həmçinin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Beləliklə o, ibtidai istintaq dövründə 04 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-195/2022 saylı hökmü ilə təyin edilmiş, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə 02 il ( iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 26 gün (bir il iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 07 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 222 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,999, 0,786, 0,656 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 312 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-119/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-119/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver