Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-121/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1981-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X3 Qeydiyyat-imtahan idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə “BC" kateqoriyalı AC 364388 nömrəli vəsiqə ilə ona verilmiş sürücülük hüququndan Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 3(017)- 482/2019 saylı qərarı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək məhrum edilməsinə baxmayaraq, “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub tanışı Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “VAZ 21013” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun iştirakı və razılığına əsasən xx xxxxxx 2019-cu il tarixdə saat 14:09-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində metronun “Q.Qarayev” stansiyasından “Koroğlu” stansiyası istiqamətində 50-60 km/saat sürətlə idarə edərkən Q.Qarayev prospekti 1/10 saylı ünvanında yerləşən “Araz” marketin qarşısında “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda göstərilənlərə riayət etməyərək, hərəkəti istiqamətində yolun sol tərəfindən sağ tərəfinə keçən piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sol hissəsi ilə vurub, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün qapalı, qəlpəli yerdəyişmiş sınığı, baş beyin silkələnməsi və alnın ön səthinin səthi əzilmiş yarası ilə müşayiət olunan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmuş, eyni zamanda Zərərçəkmiş şəxs2 50 manat miqdarında maddi ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid xəstə olduğundan onu Sabunçu rayon 3 saylı ŞKX-na aparmaq istədiyini bildirərək sürücülük vəsiqəsi olmadığından avtomobilini onun idarə etməsini xahiş etmişdir. O, razılaşmış və Nəsirullaya məxsus ”Vaz-21013” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsirullanı və həyat yoldaşı Gültəkini Sabunçu rayonu 3 saylı ŞKX-na aparmışdır. Xəstəxanada bir qədər onları gözlədikdən sonra Nəsirulla ilə həyat yoldaşı Gültəkini götürüb Türkan qəsəbəsinə yola düşmüşdür. Avtomobil yolunu yaxşı tanımadığı üçün Türkan qəsəbəsinə getmək əvəzinə şəhər mərkəzi istiqamətinə dönüb bir qədər getdikdən sonra düz istiqamətdə getmədiyini anlayıb geriyə dönmək qərarına gəlmişdir. Avtomobili 8-ci kilometr qəsəbəsi istiqamətində Q.Qarayev prospekti ilə bir qədər idarə edib münasib bir yerdə geri dönmüş və Q.Qarayev prospekti ilə “Q.Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində idarə etmişdir. Həmin gün hava yağışlı olmuşdur. Saat 14 radələrində Q.Qarayev prospekti ilə avtomobili saatda 50-60 kilometr sürətlə idarə edərkən “Araz” marketin qarşısındakı piyada keçidinə az qalmış işıqforun işləmədiyini, 6-7 nəfər piyadanın yol ayrıcının üzərində dayanıb hərəkətdə olan avtomobillərin keçməsini gözlədiklərini görmüşdür. O, yoluna davam edən zaman qəflətən həmin piyadalardan biri Zərərçəkmiş şəxs1 yola çıxmışdır. O, avtomobili saxlaya bilməmiş və nəticədə Zərərçəkmiş şəxs1ı idarə etdiyi avtomobilin sol qanadı ilə vurmuşdur. O, dərhal avtomobili saxlayıb yerə düşmüş, o cümlədən Nəsirulla və həyat yoldaşı da avtomobildən düşmüşlər, birlikdə Zərərçəkmiş şəxs1ı avtomobilə mindirərək Sabunçu rayon 3 saylı ŞKX-na çatdırmışdır. Ağcabədi Rayon Məhkəməsi tərəfindən 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsindən məlumatı olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdə günorta saatlarında çörək almaq üçün Nizami rayonu, Q.Qarayev prospekti 1/10 ünvanında yerləşən “Oba” marketə yollanmışdır. Həmin gün hava yağışlı olmuş və Q.Qarayev prospektindəki piyada keçidində işıqfor işləməmişdir. Q.Qarayev prospektində piyada keçidində 7-8 nəfər tanımadığı piyadalara qoşulub prospektin bir hissəsini keçmişdir. Q.Qarayev prospektinin o biri hissəsini keçmək istəyərkən piyadalar avtomobilləri buraxmaq üçün dayanmışlar, lakin o, özündən asılı olmadan yoluna davam etmişdir. Həmin vaxt sağ tərəfdən gələn qırmızı rəngli “VAZ" markalı bir avtomobil onu vuraraq kənara atmışdır. Həmin an sürücü avtomobili kənarda saxlayıb ona köməyə gəlmiş və hadisə ilə əlaqədar toplaşmış şəxslərin köməyi ilə onu həmin avtomobilin arxa oturacağına əyləşdirib Sabunçu rayonunda yerləşən 3 saylı ŞKX-na aparmışdır. Təxminən iki həftə həmin xəstəxanada müalicə olunmuş, Təqsirləndirilən şəxs hər gün xəstəxanaya gəlib ona baş çəkmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə həyat yoldaşı Gültəkin xəstə olduğu üçün onu Sabunçu rayon 3 saylı ŞKX-na aparmaq qərarına gəlmişdir. Sürücülük vəsiqəsi olmadığından onunla qonşuluqda yaşayan tanışı Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olduğunu bilib ondan avtomobilini idarə edib onu və həyat yoldaşını xəstəxanaya aparmasını xahiş etmişdir. Şəmistan razılaşıb onları xəstəxanaya aparmışdır. Həmin gün xəstəxanadan çıxıb kəndə yola çıxarkən Şəmistan yolu tanımadığı üçün səhvən Mərdəkan qəsəbəsi istiqamətində deyil, şəhər mərkəzi istiqamətinə sürmüşdür. Şəmistan geri qayıtmaq üçün 8-ci kilometr qəsəbəsi istiqamətində Q.Qarayev prospekti ilə avtomobili bir qədər idarə edib münasib bir yerdə geri dönmüş və Q.Qarayev prospekti ilə “Q.Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində hərəkət etmişdir. Saat 14 radələrində Şəmistan avtomobili Q.Qarayev prospekti ilə idarə edərkən “Araz” marketin qarşısındakı piyada keçidinə az qalmış işıqforun işləmədiyini, 6-7 nəfər piyadanın yol ayrıcının üzərində dayanıb yol ilə hərəkətdə olan avtomobillərin keçməsini gözlədiklərini görmüşdür. Şəmistan yoluna davam edən zaman qəflətən həmin piyadalardan biri Zərərçəkmiş şəxs1 yola çıxmışdır. Şəmistan avtomobili saxlaya bilməmiş və nəticədə həmin şəxsi avtomobilin sol qanadı ilə vurmuşdur. Şəmistan dərhal avtomobili saxlayıb yerə düşmüş, o da həyat yoldaşı Gültəkinlə düşüb birlikdə Zərərçəkmiş şəxs1ı avtomobilə mindirərək Sabunçu rayon 3 saylı ŞKX-na aparmışlar. Avtomobilə dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta əsasən Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2019-cu il tarixli, 2/7003 saylı protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 016-107214-1219 nömrəli məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə AC 364388 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, Ağcabədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə xx.xx.2020-ci il tarixədək müddətə sürücülük hüququndan məhrum edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2019-cu il tarixli, 28543 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “VAZ-21013” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 181 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün qapalı, qəlpəli yerdəyişmiş sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan alnın ön səthinin səthi əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, DİNnin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2019-cu il tarixli, 003-15347-1219 saylı məktubu ilə əldə edilmiş bir ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair xx xxxxxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, Cinayət Məcəlləsinin 263- 1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “VAZ 21013” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid edilmiş bədən xəsarəti yetirməsi və Zərərçəkmiş şəxs2 maddi ziyan vurması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir və Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin heç bir şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 346.1.20 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 40 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 (iki yüz qırx) manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-121/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-121/2020
07.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver