Məhkəmə qərarları › İş №1(007)-121/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-121/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-121/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işləməyən, əvvəl məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 87 ünvanının qarşısında dayanmış, Zərərçəkmiş şəxs1 məxsus «Chevrolet Cruze» markalı, 10-LY- 133 dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfində yerləşən buferin üzərindəki hər birinin dəyəri 350 manat, ümumilikdə dəyəri 700 manat olan iki ədəd dumana qarşı fənərinin gözlüyünü özü ilə gətirdiyi vintaçan alətlə açıb gizli olaraq talayaraq zərərçəkrniş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 sentyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində, ünvan 3 ünvanının qarşısında dayanmış, Zərərçəkmiş şəxs2 məxsus «Chevrolet Cruze» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfində yerləşən buferin üzərindəki hər birinin dəyəri 350 manat, ümumilikdə dəyəri 700 manat olan iki ədəd dumana qarşı fənərinin gözlüyünü özü ilə gətirdiyi vintaçan alətlə açıb gizli olaraq talayaraq zərərçəkrniş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 700 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 sentyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində, ünvan 4 ünvanının arxa tərəində dayanmış Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi «Chevrolet Cruze» markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfində yerləşən buferin üzərindəki dəyəri 350 manat olan sol dumana qarşı fənərini və onun gözlüyünü özü ilə gətirdiyi vintaçan alətlə açıb gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 350 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığından avtomobillərdən oğurluq etmək, oğurladığı əşyaları satıb əldə etdiyi pulla özünə məxsus avtomobilini təmir etdirmək qərarına gəlmişdir. Bu məqsədlə Nizami rayonu ərazisində bir neçə avtomobildən oğurluq etmişdir. Etdiyi oğurluqlar yalnız «Chevrolet Cruze» markalı avtomobillərdən olmuşdur. Belə ki, 24 sentyabr 2022-ci il tarixdə axşam saatlarında, Babək prospektində yerləşən yeni tikili binanın qarşısından keçən zaman, binaların yaxınlığında saxlanılmış ağ rəngli «Chevrolet Cruze» markalı avtomobili görmüş və üzərində olan vintaçan ilə avtomobilin ön hissəsində yerləşən buferin üzərində olan iki ədəd gözlük deyilən detalları çıxartmışdır. Bundan sonra həmin gün metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında «Chevrolet Cruze» markalı avtomobilin park olunduğunu görmüş və üzərində olan virtaçan ilə avtomobilin ön hissəsində yerləşən buferin üzərində olan iki ədəd gözlük deyilən detalları çıxartmışdır. Yenə də həmin gün «Heydər Əliyev» adına parkın aşağı hissəsində olan ərazidən keçən zaman park ilə üzbəüz hissədə «Chevrolet Cruze» markalı avtomobilin park olunduğunu görmüş və üzərində olan vintaçan ilə avtomobilin ön hissəsində yerləşən buferin üzərində olan bir ədəd gözlük deyilən detalı çıxartmışdır. Oğurladığı avtomobil ehtiyat hissələrinə müştəri tapa bilmədiyindən onları satmaq mümkün olamışdır. Həmçinin, törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 24 sentyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində, **-UO-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" markalı, özünə məxsus avtomobilini Nizami rayonu, Bəhruz Nuriyev 4 ünvanında saxlamış, ailə üzvləri ilə birlikdə eyni ünvanda yerləşən «Heydər Əliyev» adına parka gəzməyə gəlmişlər. Təxminən, saat 21:30 radələrində parkdan çıxıb avtomobilinə əyləşib yaşadığı ünvana qayıtmış, bu zaman avtomobilin qabaq buferinin aşağı hissəsində olan sol duman işığının və həmin işığın üzərində olan gözlüyün yerində olmadığını aşkar etmişdir. Bu barədə DİN-nin «102» mərkəzi zəng xidmətinə zəng edərək məlumat vermiş, daha sonra isə ərizə ilə Nizami RPİnin 25-ci PŞ-nə müraciət etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24 sentyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində özünə məxsus olan, ** LY *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobilini gündəlik olaraq saxladığı yerdə saxlamış, yaşadığı mənzilə getmişdir. 25 sentyabr, 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı mənzildən çıxıb avtomobilinə yaxınlaşan zaman, avtomobilin qabaq buferinin aşağı hissəsində olan sağ və sol duman işıqlarının gözlüklərinin yerində olmadığını aşkar etmişdir. Bu barədə DİN-nin «102» mərkəzi zəng xidmətinə zəng edərək məlumat vermiş, sonradan isə ərizə ilə Nizami RPİ-nirı 24-cü PŞnə müraciət etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Sultanəhməd oğlu məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, özünə məxsus “Chevrolet Cruze” markalı, boz qəhvəyi metal rəngli, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Avtomobilini gündəlik olaraq yaşadığı binanın yaxınlığında saxlamışdır. 24 sentyabr 2022ci il tarixdə, saat 20:00 radələrində idarə etdiyi avtomobili metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında, “Heydər Əliyev” parkının yaxınlığındakı “Kapital Bank”ın arxa tərəfində olan həyətdə saxlayaraq, yaşadığı mənzilə getmişdir. 25 sentyabr 2022-ci il tarixdə saat 16:30 radələrində yaşadığı mənzildən çıxıb avtomobilinə yaxınlaşan zaman, avtomobilin buferinin aşağı hissəsində olan sağ və sol duman işıqlarının gözlüklərinin yerində olmadığını aşkar etmişdir. Bu barədə DİN-nin «102» mərkəzi zəng xidmətinə zəng edərək məlumat vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7137 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən 2015-ci il buraxılışlı “Chevrolet Cruise” markalı avtomobillərə məxsus ehtiyyat hissələrinin istifadədə olması nəzərə alınmaqla, orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 280 manat müəyyən edilmişdir. Belə ki, Amerika istehsalı olan gözlüyün 01 ədədinin qiyməti 60 manat müəyyən edilməklə, 04 ədədinin orta bazar qiyməti 240 manat, 01 ədəd Amerika istehsalı olan kiçik ölçülü gözlüyün dəyəri isə 40 manat dəyərində qiymətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 228.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il 04 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 10 ay 20 gün hissəsi qismən birləşdirmək yolu ilə, 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli məhkumluq ödənildikdən sonra törətmişdir. AR-sı CM-nin 18.4.3-cü maddəsinə əsasən, eyni Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarına əlavə edilmiş Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR-sı CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2022-ci il tarixdə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, AR-sı CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)-527/2022 saylı qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cruze” markalı avtomobillərin ön tərəfində yerləşən buferin üzərində olan beş ədəd gözlüklərin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış “Chevrolet Cruze” markalı avtomobillərin ön tərəfində yerləşən buferin üzərində olan beş ədəd gözlüklərin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 ödənilmək üçün 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar