Məhkəmə qərarları › İş №1(007)-122/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-122/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-122/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Muradxanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, M.Ağayev küçəsi, 51/1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən “Happy” marketin arxa hissəsində, həmin marketdə aşbaz işləyən anası Şahid2 işdən çıxarılmasını bəhanə edərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək, marketin normal iş fəaliyyətini pozmaqla digər işçilərin yanında heç bir əsaslı səbəb olmadan marketin müdir müavini Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib, yumruqla bir neçə dəfə sonuncunun sifət nahiyəsindən zərbələr endirərək, sonuncuya baş beyin silkələnməsi əlamətləri ilə müşayiət olunan alın nahiyəsinin hər iki tərəfli, sağ tərəfli tənəffüs çətinləşməsi ilə müşayiət olunan sağ tərəfli burun beli və sağ yanaq nahiyəsinin şişkinlik halında əzilmələri, sağ yanağın iç səthinin qansızması (qançırı), üst dodaqda sağ tərəfli dəri-selikli qişa sərhəddinin sıyrığı ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, onun Zərərçəkmiş şəxs ilə heç bir düşmənçiliyi və adavəti olmamışdır. ƏfqanHəşimovu tanımasına səbəb onunçalışdığı “Happy” marketdəçalışması olmuşdur. Belə ki, o, 2019-cu ilin aprel ayının sonlarında Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Happy” marketə satıcı işi üçün müraciət etmiş, həmin vaxt Zərərçəkmiş şəxs marketdə müdür müavini vəzifəsindəçalışmışdır. O, işə qəbul olmuş və orada satıcı işləməyə başlamışdır. Bundan təxminən iki ay sonra Zərərçəkmiş şəxs həmin marketə müdür təyin olunmuşdur. ƏfqanHəşimov müdür təyin olunduğundan təxminən bir ay sonra marketdə olan zaman Zərərçəkmiş şəxs ona uca səslə göstəriş verdiyindən o, işdən çıxmaq qərarına gəlmişdir. Onunla birgə həmin marketdə anası Şahid2 aşbaz vəzifəsindəçalışmışdır. O, işdən çıxmasına baxmayaraq anası həmin marketdə işləməyə davam etmişdir. Təxminən iki ay sonra anası da işdən çıxmışdır. O, anasından işdən çıxmasının səbəbini soruşduqda anasıZərərçəkmiş şəxs heç bir səbəb göstərmədən işdən çıxardığını demişdir. O, bir neçə dəfəZərərçəkmiş şəxsla bununla bağlı görüşmək istəsə də, sonuncuonunla görüşməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrindəo, marketə getmək qərarına gəlmiş və bu niyyətlə yaşadığı evdən çıxaraq market istiqamətində piyada hərəkət etməyə başlamışdır. Yolda tanışı Vəli idarə etdiyi avtomobili yanında saxlamış və hara getməsi barədə soruşmuşdur. O, Vəliyə “Happy” marketə getdiyini bildirmişdir. Bu zaman Vəliona bildirmişdir ki, özü də həmin istiqamətdə gedir. O, sonuncunun avtomobilinəəyləşmişdir. Həmin vaxt avtomobildə Tural və Təbrizdəolmuşlar. “Happy” marketin qarşısına çatanda o, avtomobildən enmiş və marketə daxil olmuş, həmin vaxt Vəli, Tural və Təbrizdə avtomobildən enərək su almaq niyyəti iləonun arxasınca marketə daxil olmuşlar. O, kassa yerləşən yerdən keçərək marketin arxa tərəfinə getmiş, həmin vaxt Vəli, Tural və Təbriz su almaq üçün kassanın yanında qalmışlar. Marketin arxa tərəfindəo, Zərərçəkmiş şəxs yanına çağırmışdır. Zərərçəkmiş şəxs onun yanına gəlmiş, o, anasının haqsız yerə işdən çıxarmasınısonuncuya irad bildirərək sağ və sol yumruq zərbəsi iləƏfqanın sifət nahiyəsinə endirmişdir. Bu zaman Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bu zaman Təbriz və Tural ona yaxınlaşaraq onu sakitləşdirmişlər və Vəlinin avtomobilinəəyləşdirərək yaxınlıqda avto servisə aparmışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxxx 2020-ci ildə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Keşlə Happy” marketdə çalışır. Bir müddətdir ki, həmin marketdə müdür vəzifələrini icra edir. Sonradan əvvəllər tanımadığı bir nəfər 50-55 yaşlarında xanım onun çalışdığı marketə gələrək orada aşbaz kimi çalışmaq istəmiş, həmin xanım marketdə üç gün staj keçdikdən sonra xanımın gördüyü iş onları qane etmədiyindən onlar həmin xanıma bu barədə məlumat vermişlər və xanım həmin vaxtdan çalışdığı marketə gəlməmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində o, çalışdığı marketdə olan zaman bir nəfər əvvəllər tanımadığı kişi cinsindən olan sonradan adının Ruslan olduğunu bildiyi şəxs onu marketin giriş hissəsində olan kassa aparatının yanına çağırmışdır. O, həmin şəxsə yaxınlaşdıqda həmin şəxs onu bayıra çıxmağını əli ilə işarə etmişdir. O, marketin qarşısında nəsə olmasını düşünərək həmin şəxslə bayıra çıxmış, marketin giriş hissəsində həmin şəxs anidən onu yumruqla iki üç dəfə sifət nahiyəsindən vurmuşdur. O, yumruqların təsirindən yerə yıxılmış, həmin vaxt Ruslan adlı şəxs üzünü çevirərək oradan uzaqlaşmışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. R.Cabbarovun qanunsuz hərəkətləri nəticəsində marketin iş rejimi pozulmuşdur. xx xxxxxxx 2020-ci ildə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, heç bir düşmənçiliyi və adavəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində əmisi Sarı Əliyevin mərhum oğlu Vəli ilə Sarı Əliyevə məxsus “Hyundai Elantra” markalı avtomobil ilə Nizami rayonu, Keşlə qəsbəsində yerləşən “Happy” marketin yaxınlığında olan avtotəmir sexinə gedən zaman yolda mərhum əmisi oğlu Vəlininin sinif yoldaşı olan Ruslan adlı şəxsi görmüşlər. Vəli avtomobili dayandıraraq Ruslanla görüşmüş və Ruslan onlardan hara getmələrini soruşmuşdur. Bu zaman Vəli Ruslana getdiyi yer barədə məlumat vermişdir. Ruslan Vəliyə bildirmişdir ki, “Happy” marketin yanına gedir. Bundan sonra Ruslan Vəlinin idarə etdiyi avtomobilə əyləşərək onlarla birlikdə həmin istiqamətdə getmişdir. “Happy” marketin yaxınlığında Ruslan avtomobildən enmiş və Vəli avtomobili marketin qarşısında dayandırmışdır. O və Vəli su almaq üçün marketə getmişlər. Ruslan onlardan bir neçə dəqiqə öncə marketə girmişdir. Onlar marketdə olan zaman marketin arxasında səs-küy gəldiyini görmüş və həmin istiqamətdə getmişlər. Marketin arxa tərəfində Ruslanın bir nəfər şəxsi vuraraq yerə yıxmasını görmüşlər. Onlar, yəni o və Vəli, Ruslan ilə dalaşdığı şəxsi ayırmışlar. Bundan sonra o və Vəli, Ruslanı Vəlinin avtomobilinə əyləşdirərək oradan aparmışlar. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən “Happy” marketin qarşısında hadisə yerinə baxış keçirilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1144 saylı aktından görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- baş beyin silkələnməsi əlamətləri ilə müşayiət olunan alın nahiyəsinin hər iki tərəfli, sağ tərəfli tənəffüs çətinləşməsi ilə müşayiət olunan sağ tərəfli burun beli və sağ yanaq nahiyəsinin şişkinlik halında əzilmələri; sağ yanağın iç səthinin qansızması (qançırı); üst dodaqda sağ tərəfli dəri-selikli qişa sərhədinin sıyrığı- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2019-cu il tarixə uyğun gələ bilər və dərəcələrinə görə ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Cəlal oğlu hər iki əl zərbələri ilə “Happy” marketin arxa çıxışının qarşısına çıxmış Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sonuncunu yerə yıxır və bundan sonra hadisə zamanı hadisə yerində olan Şahid3 və qeyriləri tərəfindən aralaşdırılır və Təqsirləndirilən şəxs hadisə yerini tərk edir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1144 saylı akta əlavə 7 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi əlamətləri ilə müşaiyət olunan alın nahiyəsinin hər iki tərəfli, sağ tərəfli tənəffüs çətinləşməsi ilə müşaiyət olunan sağ tərəfli burun beli və sağ yanaq nahiyəsinin şişkinlik halında əzilmələri, sağ yanağın iç səthinin qansızması (qançırı), üst dodaqda sağ tərəfli dəri-selikli qişa sərhəddinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ictimaiqaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadəedən hərəkətlər etmiş, gediş-gəlişin olduğu yerdə, yəni ünvan 2 ünvanında yerləşən “Happy” marketin arxa hissəsində,Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək,qəsdən yumruqla bir neçə dəfə sonuncunun sifət nahiyəsindən zərbələr endirərək, sonuncuya baş beyin silkələnməsi əlamətləri ilə müşayiət olunan alın nahiyəsinin hər iki tərəfli, sağ tərəfli tənəffüs çətinləşməsi ilə müşayiət olunan sağ tərəfli burun beli və sağ yanaq nahiyəsinin şişkinlik halında əzilmələri, sağ yanağın iç səthinin qansızması (qançırı), üst dodaqda sağ tərəfli dəri-selikli qişa sərhəddinin sıyrığı ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını,habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 16 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 34 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona,qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxsbarəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar