Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-122/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1996-cı ildə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hacınski küçəsi, ev 14, mənzil 4 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qəsdən naməlum şəraitdə və vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,158 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək əl çantasında daşımaqla saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 04:35-də Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 62 saylı ünvanda saxlanılaraq ünvan 4 saylı ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmiş, polis şöbəsinin həyətində onun idarə etdiyi «Kia Forte» markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sol oturacağının altından bir ədəd qara rəngli kişi əl çantasının içərisindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,158 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də bir ədəd kağız bükümdə şəxsi istehlak miqdarından az miqdarda təmiz çəkisi 0,051 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,498 qram və 0,365 qram, iki ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,226 qram və 0,593 qram olmaqla, şəxsi istehlak miqdarından az miqdarda ümumi təmiz çəkisi 1,682 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitələrin qəbulu zamanı istifadə etdiyi, kiçik formalı və aşağısı şüşə olmaqla üzəri sarı rəngli yapışdırıcı ilə bərkidilmiş iki ədəd nazik boru, bir ədəd alışqan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 1-2 il müddətdir ki, narkotik vasitə istifadəçisidir və psixotrop maddə hesab edilən və el arasında şüşə adlandırılan metamfetamin və narkotik vasitə hesab edilən el arasında ot adlandırılan qurudulmuş marixuana istifadə edir. O, həmin narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. O, 2020-ci ilin avqust ayının əvvəllərində mobil telefonda yüklədiyi “X1” oyunu oynayan zaman orada Əmir adlı əslən İran vətəndaşı olduğunu bildirdiyi bir şəxs ilə tanış olmuşdur. O, Əmir adlı şəxslə mütəmadi olaraq PUBG oynamağa başlamışdır. Onlar dəfələrlə «Pubg» oyunu oynadıqları üçün Əmir adlı şəxs ona hazırda xatırlamadığı mobil nömrəsini vermişdir. O, Əmir adlı şəxsin mobil nömrəsi ilə mütəmadi olaraq «Whatsapp» sosial şəbəkəsində danışmışlar. O, Əmirə narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və Əmir adlı şəxs ona pul müqabilində narkotik vasitə təşkil edə biləcəyini demişdir. 2020-ci ilin avqust ayının 15-də Əmir onun mobil telefonuna kart şəkili atmış və həmin karta 100 manat pul yükləyəcəyi halda ona narkotik vasitə hesab edilən qurudulmuş marixuana və heroin, psixotrop maddə olan metafetamin təşkil edə biləcəyini bildirmişdir. O, Əmirlə razılaşmış və Əmirin ona göndərdiyi karta 100 manat pul yükləmiş, Əmir adlı şəxs də öz növbəsində ona narkotik vasitələri qoyduğu yerin şəklini göndərmiş və həmin ünvan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən Nizami Rayon İcra Hakimiyyətinin arxasında yerləşən ağaclıqdan o, gedib 2 bükümdə narkotik vasitələri götürmüşdür. Həmin bükümlərin birində qurudulmuş marixuana, digərində isə metafetamin və şüşə olmuşdur. Həmin bükümdə olan narkotik vasitə olan olan marixuananı özü hər dəfə birindən istifadə edə bilmək üçün 2 ədəd sellofan və 2 ədəd kağız bükümlərdə ayırmışdır, digər heroin və metafetamin isə kağız bükümlərdə qalmışdır. O, həmin bükümlərdə olan qurudulmuş marixuananın az hissəsini istifadə etmiş, həmin 6 ədəd bükümləri isə özünə məxsus əl çantasının içərisinə qoyaraq üzərində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 04:30 radələrində o, icarəyə götürdüyü «Kia Cerato» markalı «**-MV-***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Qara Qarayev prospekti ilə metronun Neftçilər stansiyası istiqamətinə doğru hərəkətdə olduğu zaman 2 nəfər qızın yol ilə piyada getdiklərini görmüş, həmin qızlara yaxınlaşaraq onları gedəcəkləri yerə düşürə biləcəyini bildirmiş və həmin qızlar etiraz etməyərək avtomobilə əyləşmişlər. Bundan sonra o, Qara Qarayev prospekti 62 ünvanında yerləşən “Ailə Market” mağazasının qarşısına gəlib, orada dostu ilə telefonla danışmaq üçün avtomobili saxladığı zaman ona Post Patrul xidmətinin əməkdaşları yaxınlaşaraq gecə vaxtı nəyə görə orada dayandığını soruşaraq, ondan sənədlərini təqdim etməyini bildirmişlər. Həmin vaxt isə o, özünə məxsus izahatında qeyd etdiyi 06 ədəd bükümlərdə olan narkotik vasitələri gəzdirdiyi əl çantasını avtomobildə salonda öz oturacağının qarşısında ayaqaltında saxladığından və narkotik vasitə aludəçisi olduğundan özünü narahat hiss etməyə başlamış və sənədi olmadığını polis əməkdaşlarına bildirib, özünü itirmişdir. Bu zaman isə polis əməkdaşları onun özünü şübhəli apardığına görə onu və həmçinin avtomobilinə əyləşdirdiyi 2 nəfər qızı şəxsiyyətlərini müəyyən etmək üçün Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra Polis Şöbəsinə gəlmiş və polis şöbəsində onun avtomobilinə əyləşdirdiyi qızların adlarının Lamiyə və Aytən olmaları ona məlum olmuş, polis əməkdaşları onun özünü şübhəli apardığına görə onların hər üçünün də, üzərlərinə baxış keçiriləcəyini bildirərək, ayrı-ayrılıqda onun və həmin qızların üzərilərinə xidməti otaqların birində baxış keçirilmişdir. Onun üzərinə baxış keçirilən zaman hər hansı bir qeyri-qanuni əşyalar aşkar edilməsə də, lakin, polis əməkdaşları tərəfindən idarə etdiyi «Kia Forte» markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman ona avtomobildə hər hansı bir qeyri qanuni əşya və ya predmet varsa təklif etməyi təklif edilmiş, o da buna görə həmin avtomobildə qabaq sol oturacağın qarşısında pedalların yanında saxladığı içərisində ona məxsus olan 06 ədəd narkotik vasitələr saxladığı əl çantasını təqdim edərək, içərisindəki narkotik vasitələri polis əməkdaşlarına təqdim etdmişdir. Həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və onun üzərinə daha sonra idarə etdiyi avtomobilə keçirilmiş baxışlarla əlaqədar olaraq polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə protokollar tərtib edilmiş və həmin protokollar ucadan oxunduqdan sora doğru olduğundan o və digər iştirakçılar tərəfindən imza edilmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə həmkarları Ramil Bayramov və polis serjantı Şahid3 ilə xidmətdə olarkən saat 04:35 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki metronun “Neftçilər” stansiyasının çıxışına yaxın yerdə, yol kənarında diqqət çəkən, hərəkətləri ilə şübhə doğuran “Kia Forte” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yaxınlaşmış, şəxsiyyəti ilə bağlı sorğu-sual etməyə başlamışlar. Sürücü adının Cavid olduğunu bildirməklə üzərində olan sürücülük vəsiqəsini və avtomobilə aid sənədləri onlara təqdim edərkən sürücünün əyləşdiyi oturacağın altında nəyisə gizlətdiyini görüb, gizlətdiyi əşya ilə bağlı sorğu-sual etməyə başlamışlar. Sürücü Təqsirləndirilən şəxs verilən sualları dəqiq cavablandırmamış, hələ də hərəkətləri ilə şübhə çəkmişdir. Avtomobilin qabaq sağ oturacağında bir nəfər, arxa oturacağında bir nəfər qız oturmuşdur. Şəxsiyyətləri ilə bağlı sual verərkən onlardan biri 1992-ci il təvəllüdlü X3, digəri isə 1985-ci il təvəllüdlü Şahid2 olduğu məlum olmuşdur. Daha sonra onlar hərəkətləri ilə şübhə çəkən “Kia” markalı avtomobilin sükanı arxasında əyləşmiş həmin sürücü Təqsirləndirilən şəxs və avtomobilin içərisində sərnişin olaraq əyləşmiş Aytən Orucova və Şahid2 Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. İş materiallarında olan Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfərləri tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, özünü şübhəli aparan etdiyi “Kia Forte” markalı, **-MV-*** dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında əyləşən Təqsirləndirilən şəxs, eləcə də avtomobildə sərnişin olaraq əyləşən X3 və Şahid2 Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən xx xxxxxx 2020-c il tarixli tərtib edilmiş «şəxsi axtarış və götürmə keçirilməsi barədə» protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 04:35-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 62 saylı ünvanda Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfərləri tərəfindən narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması və daşınmasında şübhəli bilinərək saxlanılıb Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə baxış keçirilərkən qeyri-qanuni əşya və predmetin, həmçinin, narkotik vasitə və psixotrop maddələrin aşkar edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş «baxış keçirilməsi və götürmə barədə» protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 04:35-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 62 saylı ünvanda Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfərləri tərəfindən saxlanılmış və 25-ci Polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Forte” markalı, **-MV-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sol qabaq oturacaqın altından 01 ədəd qara rəngli kişi əl çantası aşkar edildiyi, çantanın içərisindən isə 01 ədəd kiçik formalı və 01 ədəd aşağısı şüşə olmaqla üzəri sarı rəngli yapışdırıcı ilə bərkidilmiş nazik borular, 01 ədəd alışqan, 06 ədəd bükümdə içərisində narkotik vasitə heroinə bənzər psixotrop maddə metamfetaminə bənzər və narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edildiyi müəyyən edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs əl çantasının ona məxsus olduğunu və içərisində olan bükümlərdəki maddələrin qurudulmuş marixuana, heroin və metamfetomin olduğunu, eləcə də 02 ədəd müxtəlif formalı nazik boruların və 01 ədəd alışqanın isə narkotik vasitələrin qəbulu zamanı istifadə etdiyini bildirmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/1634 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs idarə etdiyi KİA markalı avtomobildən aşkar olunmuş..” yazısı olan zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,051 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Həmin maddənin 0,03 qram hissəsi tədqiqata sərf edilmiş, 0,021 qram hissəsi isə qalıq qalmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/1635 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs idarə etdiyi “Kia” markalı avtomobilindən aşkar olunmuş...” yazısı olan zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,158 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in İ siyahısına daxildir. Həmin maddənin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 0,108 qram hissəsi isə qalıq qalmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 7/547 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs məxsus idarə etdiyi..” sözləri yazılmış kağız paketdə 02 ədəd kağız bükülüdə ayrıayrılıqda təmiz çəkiləri: 1) 0,498 qram; 2) 0,365 qram, 02 ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 3) 0,226 qram; 4) 0,593 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi- 1,682 qramdır. Tədqiqata təqdim olunmuş iki ədəd kağız bükülüdə və iki ədəd sellofan bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanın ümumi çəkisi- 1,682 qram olmaqla, həmin maddənin 0,12 qram hissəsi tədqiqata sərf edilmiş (hər obyektdən 0,03 qram götürülməklə), 1,562 qram hissəsi isə qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın xx xxxxxxx 2020-ci il tarixli, 2960 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş bir ədəd kağız bükümdə təmiz çəkisi 0,051 qram, tədqiqatdan sonrakı təmiz çəkisi 0,021 qram, ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetominin, bir ədəd kağız bükümdə təmiz çəkisi 0,158 qram, tədqiqatdan sonrakı təmiz çəkisi 0,108 qram, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin, bir ədəd kağız paketdə təmiz çəkiləri: 0,498 qram, 0,365 qram, 0,226 qram, 0,593 qram, tədqiqatdan sonrakı ümumi təmiz çəkisi 1,562 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, narkotik vasitələrin qəbulu zamanı istifadə olunan 01 ədəd kiçik formalı və 01 ədəd aşağısı şüşə olmaqla üzəri sarı rəngli yapışdırıcı ilə bərkidilmiş nazik boruların, 01 ədəd alışqanın, eləcə də qeyd edilən əşyaların olduğu qara rəngli 01 ədəd əl çantasının maddi sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınmasının nəzərə alınması və qanuni qüvvəyə minmiş məhkəmənin hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri, Nizami RPİ-nin Maddi sübutların saxlama kamerasına təqdim edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən ümumi təmiz çəkisi 1,682 qram qurudulmuş marixuana və psixotrop maddə hesab edilən 0,051 qram metamfetamini əldə etməklə, eləcə də idarə etdiyi “Kia Forte” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla və daşımaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi sübuta yetirildiyindən, onun barəsində inzibati protokolun tərtib edilməsi və inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə cinayət işindən ayrılması və həmin materialın Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Habelə, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş bir ədəd kağız bükümdə təmiz çəkisi 0,051 qram, tədqiqatdan sonrakı təmiz çəkisi 0,021 qram, ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetomin; bir ədəd kağız bükümdə təmiz çəkisi 0,158 qram, tədqiqatdan sonrakı təmiz çəkisi 0,108 qram, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin; bir ədəd kağız paketdə təmiz çəkiləri: 0,498 qram, 0,365 qram, 0,226 qram, 0,593 qram, tədqiqatdan sonrakı ümumi təmiz çəkisi 1,562 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana; narkotik vasitələrin qəbulu zamanı istifadə olunan 01 ədəd kiçik formalı və 01 ədəd aşağısı şüşə olmaqla üzəri sarı rəngli yapışdırıcı ilə bərkidilmiş nazik borular və 01 ədəd alışqan dəyəri olmadığına görə məhv edilməli və 01 ədəd qara rəngli əl çantası Təqsirləndirilən şəxs qaytarılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 317 (üç yüz on yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və üzərinə narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifəsinin qoyulması nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 317 (üç yüz on yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş bir ədəd kağız bükümdə təmiz çəkisi 0,051 qram, tədqiqatdan sonrakı təmiz çəkisi 0,021 qram, ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetomin; bir ədəd kağız bükümdə təmiz çəkisi 0,158 qram, tədqiqatdan sonrakı təmiz çəkisi 0,108 qram, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin; bir ədəd kağız paketdə təmiz çəkiləri: 0,498 qram, 0,365 qram, 0,226 qram, 0,593 qram, tədqiqatdan sonrakı ümumi təmiz çəkisi 1,562 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana; narkotik vasitələrin qəbulu zamanı istifadə olunan 01 ədəd kiçik formalı və 01 ədəd aşağısı şüşə olmaqla üzəri sarı rəngli yapışdırıcı ilə bərkidilmiş nazik borular və 01 ədəd alışqan məhv edilsin və 01 ədəd qara rəngli əl çantası Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-122/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-122/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver