Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-122/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 36 mənzil 13-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Barəsində ittiham irəli sürülmüş Təqsirləndirilən şəxs 12.01.2022-cı il tarixdə saat 22 radələrində yaşadığı, ünvan 1 ünvanda arvadı Zərərçəkmiş şəxs qızı ilə aralarında baş vermiş mübahisə zamanı qəsdən sağ əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyyəsinə vuraraq, sonuncuya gözaltı nahiyənin şişkinlik halında əzilməsi, qançırı və sıyrıqları, sol burun-dodaq büküşünün, üst dodağın sıyrıqları, üst dodağın şişkinlik halında əzilməsi, selikli qişa səthinin qansızması və əzilmiş yarası, alt dodağın selikli qişa səthinin qansızması, başın ənsə nahiyəsinin şişkinlik halında əzilməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarəti yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 12.01.2022-cı il tarixdə saat 22 radələrində yaşadığı, ünvan 1 ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində sağ əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyyəsinə bir sillə zərbəsi vurmuşdur. Hazırda həyat yoldaşı ilə barışmış və barışıq əldə etdiyinə görə cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12.01.2022-cı il tarixdə saat 22 radələrində yaşadığı, ünvan 1 ünvanda həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zəminində sonuncu sağ əli ilə onun sol sifət nahiyyəsinə bir sillə zərbəsi vurmuşdur. Hazırda həyat yoldaşı ilə barışmış, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə müdafiəçi X3 hüquqularını müdafiə etdiyi şəxsin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınaraq, sonuncunun cinayət məsuliyyətindən azad edilməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı tərəflərin barışması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməsini təklif etmişdir. Məhkəmə iş materiallarını əlaqəli araşdırıb, barəsində ittiham irəli sürülmüş şəxsi və zərərçəkmiş şəxsi dinləyib, müdafiəçinin və dövlət ittihamçısının təklifini, habelə tərəflərin barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmədə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Müdafiə tərəfinin razılığı ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 00 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı, cəmi 25 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 40, 43, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-122/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-122/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver