Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-122/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Ağ Çiçəyim” mağazasının yaxınlığında, istintaqa məlum olmayan şəxsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 15 manat pul müqabilində 1 ədəd bükümdə təmiz çəkisi 0,369 qram olan narkotik vasitə heroin əldə edərək üzərində daşımaqla saxlamış, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 203 ünvanında yerləşən “Oxford” məktəbinin qarşısında dayanmış “Lada Priora” markalı avtomobildən 4 ədəd səs gücləndirici oğurlamaqda şübhəli olduğu üçün Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 iyul 2022-ci il tarixdə saat 18:05 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 183B ünvanında, “DOST" mərkəzinin qarşısında şübhəli şəxs qismində saxlanılmış və Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən Bakı şəhəri, Nizami RPi-nin 23-cü PB-nə gətirilmiş, xidməti otaqlardan birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sol yan cibindən, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0.369 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, 08 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisindən istintaqa məlum olmayan şəxsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 20 manat pul müqabilində 1 ədəd bükümdə təmiz çəkisi 0,863 qram olan narkotik vasitə heroin əldə edərək üzərində daşımaqla saxlamış, 09 sentyabr 2022-ci il tarixdə, saat 19:10 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 7 ünvanında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 118 ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,863 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. 19 iyul 2022-ci il tarixdə, saat təxminən 11 radələrində Nizami rayonu ərazisində yerləşən «Oxford» Ali məktəbinin qarşısında dayanan Lada Priora markalı avtomobilin arxa sağ şüşəsini sındırıb, avtomobilə daxil olub, oradan 4 ədəd səsgücləndirici oğurlamışdır. Sonradan onu Yasamal rayonu ərazisində tanımadığı şəxsə özününkü kimi təqdim edib, 35 manata satmışdır. 21 iyul 2022-ci il tarixdə, saat 15 radələrində Yasamal rayonu ərazisində, “Ağ çiçəyim” mağazasının yaxınlığında tanımadığı şəxsdən 15 manat verib özü istifadə etmək məqsədi ilə ‘kakos" kimi tanıdığı narkotik vasitə alıb əynində olan qara rəngli idman şalvarının sol yan cibinə qoymuşdur ki, istifadə edər. 21 iyul 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 183 B ünanında yerləşən «DOST» mərkəzinin yaxınlığı ilə gedərkən polis əməkdaşları onu oğurluqda şübhəli bilib saxlayaraq Nizami RPİ- nin 23-cü PB-nə aparmışlar. Bölmədə xidməti otaqlardan birində üzərinə axtarış keçirilərkən üzərində qanunla qadağan olunan maddə və ya əşya varsa təqdim olunması xahiş olunmuşdur. O, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümü çıxarıb stolun üzərinə qoyaraq onun “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu və özü üçün istifadə etmək məqsədi ilə 21 iyul 2022-ci il tarixdə Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Sonra üzərinə axtarış davam edərkən avtomobillərdən oğurluq etmək üçün nəzərdə tutulmuş mismar və vintaçan aşkar olunmuşdur. Bundan sonra həmin maddə zərfə qoyulub möhürlənmiş və protokol tərtib edilib bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa 08 sentyabr 2022-ci il tarixdə günorta vaxtlarında Yasamal rayonu ərazisində olarkən tanımadığı şəxsdən 20 manat verib bir bükümdə kakos kimi tanıdığı narkotik vasitə alıb əynində olan boz rəngli şalvarının sol yan cibinə qoymuşdur ki, istifadə edər. 09 sentyabr 2022-ci il tarixdə, saat 19:10 radələrində yaşadığı ünvan 10 ünvanın qarşısı ilə gedərkən, polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin istifadəsində şübhələnildiyi üçün onu Nizami RPİ-nin 23-cü PB-nə aparmışlar. Bölmədə xidməti otaqlardan birində üzərinə axtarış keçirilərkən üzərində qanunla qadağan olunan maddə və ya əşya varsa təqdim olunması xahiş olunmuşdur. O da əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd bükümü çıxarıb stolun üzərinə qoyaraq onun “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu və özü üçün istifadə etmək məqsədi ilə 08 sentyabr 2022-ci il tarixdə Yasamal rayonu ərazsindən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Sonra üzərinə axtarış davam etsə də başqa heç bir maddə aşkar olunmamışdır. Bundan sonra həmin maddə zərfə qoyulub möhürlənmiş və protokol tərtib edilib bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Sadıq oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı rütbəsi daşıyır. Sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 21 iyul 2022-ci il tarixdə saat 18 radələrində iş yoldaşları ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 183B ünvanında, “DOST” mərkəzinin qarşısında xidmətdə olarkən bir nəfər şəxsin, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs bir avtomobilə müdaxilə etmək istədiyini görmüş və dərhal ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını deyib, xidməti vəsiqələrini göstərib, həmin şəxsə özünü təqdim etməsini deyərkən, o, Təqsirləndirilən şəxs olduğunu demişdir. Onlar həmin şəxsdən şübhələnmiş və onun 19 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 203 ünvanında yerləşən “Oxford" məktəbinin qarşısında dayanmış “Lada Priora” markalı avtomobildən 4 ədəd səs gücləndirici oğurlamaqda şübhəli olmasına görə sonuncunu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxslə yolda şifahi söhbət zamanı bildirmişdir ki, o, avtomobillərdən oğurluq edərək, oğurladığı əşyaları satıb, narkotik vasitə alaraq istifadə edir. Bununla əlaqədar PB-nə gəldikdən sonra bu barədə bölmə rəisi adına raportla müraciət olunmuşdur. Daha sonra PB-də xidməti otaqlardan birində videoçəkiliş ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın, sol yan cibindən 01 ədəd vintaçan, 01 ədəd mismar, 01 ədəd içərisində 05 ədəd siqaret olan “Rotmans” adlı siqaret qurusunu, həmin siqaret qutusundan isə şəffaf rəngli sellofana bükülü halda, tünd qəhvəyi rəngli maddəni təqdim edərək, onu “kakos” kimi tanıdığını, Yasamal rayon ərazisindən, tanımadığı şəxsdən 15 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini, digər vintaçan və mismarı isə avtomobildən oğurluq etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş başqa əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra 01 ədəd heroinə bənzər kütlə qablaşdırılmış, möhürlə möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şahid3 məhkəmə iclasında Şahid1 Sadıq oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən tərtib edilmiş 09 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, təhqiqatçı Elnur Əvəzli tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa, təqdim etməsi təklif olunduqdan sonra, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq, əynində olan boz rəngli şalvarın, sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülü halda, tünd qəhvəyi rəngli maddəni təqdim edərək, onu “kakos” kimi tanıdığını, Yasamal rayon ərazisindən 20 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmur. Daha sonra 01 ədəd heroinə bənzər kütlə qablaşdırılır, möhürlə möhürlənir, üzərində müvafiq qeydlər aparılır, iştirakçılar tərəfindən imzalanır və götürülür. İş materiallarında olan Bakı şəhəri, Nizami RPi-nin 23-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ömər Məmmədov tərəfindən tərtib edilmiş 21 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, təhqiqatçı Ömər Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa, təqdim etməsi təklif olunduqdan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın, sol yan cibindən 01 ədəd vintaçan, 01 ədəd mismar, 01 ədəd içərisində 05 ədəd siqaret olan “Rotmans” adlı siqaret qurusunu, həmin siqaret qutusundan isə şəffaf rəngli sellofana bükülü halda, tünd qəhvəyi rəngli maddəni təqdim edərək, onu “kakos” kimi tanıdığını, Yasamal rayon ərazisindən 15 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini, digər vintaçan və mismarı isə avtomobildən oğurluq etmək üçün üzərində gəzdirdiyini bildirir, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmur. Daha sonra 01 ədəd heroinə bənzər kütlə qablaşdırılır, möhürlə möhürlənir, üzərində müvafiq qeydlər aparılır, iştirakçılar tərəfindən imzalanır və götürülür. İş materiallarında olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” 24 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 21 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı təhqiqatçı Ömər Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa, təqdim etməsi təklif olunduqdan sonra, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan qara rəngli idman şalvarın, sol yan cibindən 01 ədəd vintaçan, 01 ədəd mismar, 01 ədəd içərisində 05 ədəd siqaret olan “Rotmans” adlı siqaret qutusunu, həmin siqaret qutusundan isə şəffaf rəngli sellofana bükülü halda, tünd qəhvəyi rəngli maddəni təqdim edərək, onu kakos kimi tanıdığını, Yasamal rayonu ərazisindən 15 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini, digər vintaçan və mismarı isə avtomobildən oğurluq etmək üçün üzərində gəzdirdiyini bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmur. Daha sonra 01 ədəd heroinə bənzər kütlə qablaşdırılır, möhürlə möhürlənir, üzərində müvafiq qeydlər aparılır, iştirakçılar tərəfindən imzalanır və götürülür. İş materiallarında olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 09 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı təhqiqatçı Elnur Əvəzli tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa, təqdim etməsi təklif olunduqdan sonra, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq, əynində olan boz rəngli şalvarın, sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülü halda, tünd qəhvəyi rəngli maddəni təqdim edərək, onu “kakos” kimi tanıdığını, Yasamal rayon ərazisində 20 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmur. Daha sonra 01 ədəd heroinə bənzər kütlə qablaşdırılır, möhürlə möhürlənir, üzərində müvafiq qeydlər aparılır, iştirakçılar tərəfindən imzalanır və götürülür. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/3982 saylı 22 iyul 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №163» dairəvi möhür əksləri olan “Şübhəli şəxs: Təqsirləndirilən şəxs..." sözləri, ad, soyada və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,369 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin 0.050 qram hissəsi tədqiqata sərf edilmiş, 0.319 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/5055 saylı 10 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №163» dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs...” sözləri, ad, soyada və imzalar qeyd edilniş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.863 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin 0.050 qram hissəsi tədqiqata sərf edilmiş, 0.813 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 oktyabr 2022-ci il tarixli 5761 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator kompleks məhkəmə-psixiatrik və məhkəməpsixioloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 2633 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarınadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Qeyd olunan cinayət törədilən anda əqli-intellektual imkanlarında gerilik əlamətləri olmamış, öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında hal hazırda gerilik əlamətəri aşkar olunmur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərinə görə onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törədildiyi zaman Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 21 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,369 qram narkotik vasitə heroin, 09 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,863 qram narkotik vasitə heroin, 21 iyul 2022-cı il tarixli və 09 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkiləri olan 0,319 qram və 0,813 qram narkotik vasitə heroin maddi sübutların saxlanc kamerasına verilmiş, 21 iyul 2022-ci il tarixli və 09 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsini məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 1000 manat cərimə cəzasına məhkum edilmiş, Ağsu Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarı ilə həmin cəza 09 ay islah işləri cəzası ilə əvəz edilmiş, 13 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 04 may 2023-cü il tarixli, 3-16-17/40/2-2068/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2023cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli tutma protokolundan, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 23 iyul 2022-ci il tarixli qərarından və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 21 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş, məhkəmə iclas zalından azad edilmiş və həmin tarixdə, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 11 sentyabr 2022-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 09 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək və 09 sentyabr 2022-ci il tarixdən 11 sentyabr 2022-ci il tarixədək tutulduğu ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 0.813 qram və 0.319 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 130 (yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 27 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 162 manat (27x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək və 09 sentyabr 2022-ci il tarixdən 11 sentyabr 2022-ci il tarixədək tutulduğu ümumilikdə 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 may 2023cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 130 (yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 0.813 qram və 0.319 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 27 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 162 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-122/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-122/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver