Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-122/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Qax rayonu, Almalı kəndində qeydiyyatda olmaqla yaşayan, 12 oktyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs sonuncunun xalası oğluna sosial yardım düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə etməklə bu adla 05 iyun 2024-cü il tarixdə saat 19:25-də Zərərçəkmiş şəxs tərəfindən yaşadığı ünvan 1 ünvanında mobil tətbiq vasitəsilə ona məxsus 4169 7388 7177 7174 nömrəli "xxxx" ASC-yə aid kart hesabına 250 manat pul vəsaiti köçürüldükdən sonra, sonuncunun əmlakının ələ keçirilməsinə yönəlmiş cinayətkar niyyəti üzrə əməllərini davam etdirərək Zərərçəkmiş şəxs nişanlısının bacısına sosial yardım düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla 05 iyun 2024-cü il tarixdə saat 21:02-də Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında mobil tətbiq vasitəsilə ona məxsus 4169 7388 7177 7174 nömrəli "xxxx" ASCyə aid kart hesabına köçürdüyü 300 manat, 05 iyun 2024-cü il tarixdə saat 21:07-də həmin ünvandan eyni üsulla köçürdüyü 100 manat, 06 iyun 2024- cü il tarixdə saat 21:07-də həmin ünvandan eyni üsulla köçürdüyü 100 manat, ümumilikdə vahid niyətlə əhatə olunan qəsdlə 750 manat pul vəsatini ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 iyun 2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində adını unutduğu hesaba salam yazmışdır. Daha sonra həmin qadının adının Elnarə olduğunu öyrənmiş və özünü həmin qadına adının Orxan olaraq və hərbidə olan şəxs kimi təqdim etmişdir. Onunla sosial yardım barədə söhbət açdıqdan sonra ona Mehdi adlı qohumunun vasitəsilə sosial yardım düzəldə bildiyini bildirmişdir. Elnarə xanım ona bacısının oğluna sosial yardım düzəltmək istədiyini və onun ona kömək etməyini demişdir. O maddi imkanı aşağı olduğundan onu aldadaraq Dövlət Sosial Yardım Fondunda Mehdi adlı qohumunun vasitəsilə ona köməklik edəcəyini bildirmiş və istifadəsində olan mobil nömrəsini ona vermişdir. Daha sonra Elnarə xanım ona zəng etmiş, o, ona ümumilikdə 500 manata sosial yardımı həll edəcəyini, ilkin olaraq 250 manat, sosial yardım düzəldikdən sonra isə qalıq 250 manat pulu ödəməli olduğunu demişdir. Elnarə xanım onunla razılaşmış və pulu ona qızı Aysunun göndərəcəyini demişdir. 05 iyun 2024-cü il tarixdə o, Elnarəyə zəng edərək Mehdi adlı qohumu ilə danışdığını və pulu göndərməli olduqlarını demişdir. Daha sonra Elnarənin qızı Aysuya “Whatsapp" proqramı vasitəsilə onun adına olan "xxxx" ASC-yə məxsus 4169 7388 7717 7174 nömrəli kart hesabını göndərmişdir. Həmin gün həmin kart hesabına 250 manat pul göndərilmişdir. Aysu ona həmin pulun göndərilməsinə dair çeki və şəxsiyyət vəsiqəsi şəkli göndərmişdir. Daha sonra Aysu ona zəng etmiş və onun nişanlısının bacısına da sosial yardım düzəltmək istədiklərini bildirmiş, o isə razəlaşaraq 300 manat müqabilində bu işi görə biləcəyini qeyd etmişdir. Aysu ona məxsus həmin kart hesabına 300 manat pul göndərmişdir. Daha sonra əlavə olaraq 100 manat da verməli olduğunu bildirmiş, həmin gün ona məxsus həmin kart hesabına əlavə 100 manat pul göndərmişdir. 06 iyun 2024-cü il tarixdə təkrarən 100 manat da tələb olunduğunu demiş, həmin tarixdə onun adına olan "xxxx" ASC-yə məxsus olan 4169 7388 7717 7174 nömrəli kart hesabına 100 manat pul Aysu tərəfindən göndərilmişdir. Daha sonra Aysu onunla əlaqə saxlayaraq pulunu geri istəmişdir. Lakin o, həmin pulları şəxsi ehtiyacları üçün xərclədiyindən geri qaytara bilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərərin ödənildiyini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını qeyd edərək məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xalası oğlu üçün sosial yardım düzəldilməsi məqsədilə ortaq tanışları vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs məxsus kart hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ödəniş etmişdir. Belə samir adlı şəxs özünün hərbçi olduğunu və DSMF-də Mehdi adlı qohumu vasitəsilə bir neçə nəfərə sosial yardım düzəltdirdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə “Whatsapp” proqramı mesajlaşma vasitəsilə o, ona 500 manat qarşılığında Mehdi vasitəsilə sosial yardım düzəldəcəyini və ilkin olaraq 250 manat ödəməli olduğunu, xx.xx.2024-cü il tarixdə sosial yardımı düzəldəcəyini və yardım düzəldikdən sonra qalıq pulu göndərməli olduğunu bildirmişdir. Ona 4169 7388 7717 7174 nömrəli kart hesabı göndərmiş və 250 manat pulu həmin hesaba göndərməyini demişdir. O, xx.xx.2024-cü il tarixdə saat 19:25-də yaşadığı ünvan 1 ünvanında həmin kart hesabına ona məxusus olan “Leobanka” məxsus kart hesabından mobil tətbiq vasitəsilə 250 manat pul göndərmişdir. Həmin pulun göndərilməsinə dair çekin və dediyi sənədlərin şəkillərini ona göndərmişdir. Daha sonra həmin şəxsə nişanlısının bacısına sosial yardım düzəltmək istədiyini demişdir. ilkin ödəniş olaraq 300 manat və müvafiq sənədlərin şəkillərini göndərməyini istəmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 21:02-də yaşadığı ünvanda həmin kart hesabına “Leobanka” məxsus kart hesabından mobil tətbiq vasitəsilə 300 manat pul göndərmişdir. Həmin şəxs ona qohumunun razı olmadığını və əlavə 100 manat göndərməyini demişdir. O, eyni üsulla xx.xx.2024-cü il tarixdə saat 21:07-də 100 manat pulu ona göndərmişdir. Həmin pulun göndərilməsinə dair çekin və dediyi sənədlərin şəkillərini ona göndərmişdir. xx.xx.2024-cü il tarixdə həmin şəxs onunla əlaqə saxlayaraq Mehdi adlı qohumunun DSMF-də qeydiyyatçı işləyən qızlara əlavə 100 manat pul verməli olduğunu və həmin pulu həmin kart hesabına göndərməyini demişdir. O, yaşadığı ünvanda eyni üsulla xx.xx.2024-cü il tarixdə saat 09:36-da 100 manat pulu həmin kart hesabına göndərmişdir. Təxminən 3-4 gün sonra aldadıldığını anlamış, pulu tələb etdikdə əvvəlcə pulu göndərəcəyini desə də, daha sonra sosial yardımın düzəlmə ərəfəsində olduğunu və gözləməyini demişdir. O, ona inanaraq gözləmiş və həmin şəxs müxtəlif bəhanələr gətirərək işi uzatmışdır. Daha sonra baş verənlərlə bağlı polisə şikayət etmiş, bundan sonra ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hal-hazırda ona qarşı hər hansısa şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, anası Şahid1 bir nəfər şəxslə söhbət əsnasında sosial yardım düzəlməsini öyrəndiyini və Aysunun xalasının adına 500 manat qarşılığında sosial yardım düzəltməyin mümkün olduğunu demişdir. Həmin 500 manatın 250 manatını ilkin olaraq ödəyəcəyini bildirmişdir. O da bacısı llhamə Bədəlovanın maddi imkanı zəif olduğundan ona sosial yardım düzəltdirmək istədiyini bildirmişdir. Aysuya həmin şəxslə danışmasını əgər alınırsa bacısına da sosial yardım düzəltməsini demişdir. Həmin gün saat 19 radələrində Aysu həmin şəxslə danışdığını və 500 manat qarşılığında bacısına sosial yardım düzəldəcəyini demişdir. O, ona dediyi pulu Aysunun göndərməsini gələcəkdə həmin pulu Aysuya verəcəyini bildirmişdir. Daha sonra həmin gün Aysunun xalasına sosial yardım düzəltmək üçün həmin şəxsə 250 manat pul, onun bacısına sosial yardım düzəltmək üçün isə 05 iyun 2024-cü il tarixdə əvvəlcə 300 manat, daha sonra həmin gün 100 manat, səhəri gün isə əlavə 100 manat pul göndərməsini öyrənmişdir. Daha sonra Aysudan həmin şəxsin kim olduğunu soruşduqda adının Orxan olmasını Mehdi adlı qohumu vasiəsilə sosial yardım düzəldəcəyini öyrənmişdir. Həmin şəxsin mobil nömrəsini “Get Contact” proqramı vasitəsilə yoxlayan zaman adının Samir olduğunu görmüşdür. Onun ***-***-**-** mobil nömrəsinə zəng etdikdə bir dəfə zənginə cavab verdikdən sonra zənglərinə cavab verməmişdir. Həmin şəxsin yaşadığı Qax rayonu, Almalı kəndindən maraqlanan zaman onun heç bir yerdə işləmədiyi, işə düzəltmək adı ilə bir nəfər şəxsi aldatmasını öyrənmişdir. Dəfələrlə Aysunun ona göndərdiyi pulu tələb etmək üçün həmin şəxsə zəng etsə də mobil zənglərinə cavab verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Qax rayonundan olduğundan 01 iyun 2024-cü il tarixdə “Tik- tok” sosial şəbəkəsində canlıda Qaxlı olan özünü Orxan kimi təqdim edən şəxs tanışı olduğunu və aztəminatlı ailələrə sosial yardım düzəldə biləcəyini bildirmişdir. Onun bacısı Vüsalə Süleymanovanın maddi imkanı zəif olduğundan ona sosial yardım düzəltmək üçün mobil nömrəsini verməsini və əlaqə saxlamaq istədiyini bildirmişdir. O, ona ***-***-**-** mobil nömrəsini vermişdir. O həmin şəxslə mobil telefonla danışan zaman o, ona DSMF-də Mehdi adlı qohumunun olduğunu onun vasitəsilə sosial yardım düzəldə bildiyini demişdir. O, ona bacısı Vüsalə Süleymanovanın maddi imkanı zəif olduğundan onun üçün sosial yardım düzəltmək istədiyini bildirmişdir. O, ona 500 manat qarşılığında sosial yardım düzəldəcəyini 250 manat pulu ilkin olaraq qalıq 250 manat pulu isə sosial yardım düzəldikdən sonra ödəməli olduğunu demişdir. O, ona qızına onun nömrəsini verəcəyini qızının onunla əlaqə saxlayacağını demişdir. Daha sonra qızı Aysu həmin şəxslə əlaqə saxlamışdır. Ona xx.xx.2024-cü il tarixdə 250 manat pul göndərmişdir. Daha sonra qızının həmin şəxslə danışan zaman nişanlısı Xudaşın bacısı üçün də sosial yardım düzəldə bilibbilməməsini soruşduqda o, 500 manata həmin məsələni həll edəcəyini dediyindən qızı həmin gün ona 300 manat, daha sonra 100 manat səhəri gün isə 100 manat ümumilikdə 500 manat pul göndərmişdir. Bir müddət sonra həmin şəxs məsələni uzatdığından və qızının ona verdiyi məlumatlardan həmin şəxsin onları aldatmasını öyrənmişdir. “Orxan” adlı şəxslə əlaqə saxlayraq qızının ona göndərdiyi 750 manat pulu qaytarmasını ondan tələb etmişdir. Lakin o, müxtəlif bəhanələr gətirərək pulu ödəyəcəyini bildirsə də pulu ödəməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə cəzanı yüngülləşdirən hallar mövcud olduğundan, eyni zamanda cəzanı ağırlaşdıran hallar mövcud olmadığından və istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, peşman olmasını və dəymiş zərəri ödəməklə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutularkən saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Qax, Zaqatala və Balakən rayonlarının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-122/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-122/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver