Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-123/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Qurbanov Ramil Firdun oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 46 saylı evin 86 saylı mənzilində Zərərçəkmiş şəxs ilə ona məxsus mənzildə gördüyü təmir işlərinə görə pulun ödənilməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifətindən bir dəfə qəsdən vuraraq, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ yanaq nahiyəsinin şişkinlik halında əzilməsi və sağ yanağın iç səthinin qansızmasından ibarət xəsarətlər yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 3 ünvandakı 165 kv-lik mənzili təxminən 2019-cu ilin yaz aylarında almışdır. Mənzili aldıqdan sonra mənzilin təmiri olmadığından qərara gəlmişdir ki, həmin mənzili təmir etdirsin. Təxminən 2019-cu ilin iyun ortalarında «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə Şahid3la tanış olmuşdur. Səhəri gün Şahid3 istifadəsində olan mobil telefon ilə əlaqə saxlayaraq sonuncunu təmir üçün mənzilə dəvət etmişdir. Həmin vaxt Məhsul mənzilə gələrək mənzilə baxmış və bildirmişdir ki, mənzilin təmiri 24000 (iyirmi dörd min) manat tutur, təmir üçün xüsusi briqadası vardır, razılaşacağı təqdirdə həmin briqada sabahdan işə başlayacaqdır. O, Məhsula razı olduğunu bildirmişdir. Səhəri gün Şahid3 dediyi briqada mənzilinə gəlmiş və işə başlamışlar. Həmin gün o, Şahid3la podrat müqaviləsi bağlayaraq ilkin olaraq 12000 (on iki min) manat pul ödəmişdir. Həmin vaxt Məhsula bildirmişdir ki, işin yarı hissəsi tamam olanda qalan 12000 (on iki min) manatı da ödəyəcəkdir. Şahid3 onun evinə göndərmiş olduğu təmir briqadası təxminən 5 nəfərdən ibarət olmuşdur. Həmin şəxslər hər gün mənzilə gələrək mənzili təmir etmişlər. 2019-cu ilin iyul ayının ortalarında o, mənzildə Şahid3la görüşərək sonuncuya qalan 12000 (on iki min) manat pulu ödəmişdir. Bundan təxminən bir həftə sonra mənzili təmir edən ustalar tamamı ilə gəlməmişlər. O, bütün bunlarla əlaqədar olaraq Şahid3la əlaqə saxlayaraq narazılığını bildirmişdir. Bundan sonra Şahid3 ona yalan vədlər verərək vaxtı uzatmağa başlamışdır. 2019-cu ilin iyul ayının ortalarında mənzilin ağartı işlərini görmək üçün mənzilə iki nəfər yeni usta gəlmişdir. Həmin ustalar ata və oğul olmuşlar. Həmin şəxslər mənzilin işləri ilə məşğul olmağa başlamışlar. 2019-cu ilin sentyabr ayının əvvəllərində həmin ustalar ondan mənzilin təmirinə görə pul istəmişlər. O, həmin şəxslərə bildirmişdir ki, mənzilin təmiri üçün Şahid3 pul vermişdir. Bundan sonra həmin şəxslər işi yarımçıq qoyaraq mənzili tərk etmişlər. O, Şahid3la əlaqə saxlayaraq ustaların əmək haqqını verməsini tələb etmiş, bu zaman Şahid3 ona qısa zamanda sonuncuların pulunu verəcəyini bildirmişdir. O, Şahid3 onu aldatdığını başa düşərək mənzilin təmiri üçün yeni bir briqada başçısı Emin adlı şəxslə tanış olaraq işin görülməsini sonuncuya həvalə etmişdir. Həmin şəxsin briqadası mənzildə təmirə başlamışlar. xx xxxxxxxx 2019-cu il tarixdə mənzili təmir edən şəxslərdən Vaqif ona zəng vuraraq pul tələb etmişdir. O, sonuncuya yenidən bildirmişdir ki, pulun hamısını Şahid3 vermişdir. Həmin gün günorta saatlarında Şahid3 tərəfindən onun mənzilinin təmiri üçün göndərilmiş şəxslər adlarını dəqiq xatırlamadığı ata və yanında bir nəfər tanımadığı şəxs onun yaşadığı mənzilə gəlmişlər. Həmin vaxt mənzildə o, həyat yoldaşı Nuray və mənzildə olan iki nəfər Emin tərəfindən göndərilmiş ustalar olmuşlar. Sonuncular mənzilin qapısını bərk döymüşlər. O, qapını açdıqdan sonra həmin şəxslər mənzilə zorla daxil olmuşlar. Mənzildə ondan pul tələb etməyə başlamışlar. Bu zaman o, həmin şəxslərə pullarını ondan yox, Məhsuldan tələb etməyi izah etmişdir. Həmin şəxslər “şpakel” deyilən əşyanı götürərək mənzilin divarlarını sökməyə başlamışlar. Bu zaman o, sonuncuları sakitləşdirməyə və mənzildən bayıra çıxarmağa çalışdıqda, həmin şəxslərin hər ikisi onu və həyat yoldaşını döyməyə başlamışlar. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Mənzildə olan ağartı işlərini sonuncular normal təmir etmədiklərinə görə Məhsul həmin şəxsləri işdən çıxarmış və bildirmişdir ki, onlara gördükləri işin müqabilində heç bir pul verməyəcəkdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zərəri tamamilə ödədiyini və buna görə də zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, təxminən 10 ildir ki, Bakı şəhərinin müxtəlif ərazilərində mənzilləri təmir etməklə ailəsini dolandırır. Şahid1 onun qaynatasıdır və təxminən 10 il müddətdir ki, birlikdə mənzilləri təmir edərək ailələrini dolandırırlar. Şahid3 Əlizamin oğlu səkkiz ay müddətdir ki, ona, qaynatası Şahid1 və kiçik qaynı Şahid6 “prorablıq” edir. 2019-cu ilin iyul ayının ortalarında Şahid3 kiçik qaynı ilə əlaqə saxlayaraq bildirmişdir ki, metronun «Neftçilər» stansiyasının yaxınlığında 170KV/metrlik mənzil var və onlar həmin mənzili təmir etməlidirlər. Kiçik qaynı Məhsula bildirmişdir ki, o və qaynatası hal-hazırda başqa bir mənzildə təmir işi görür, lakin özü təmirə başlaya bilər. Onlar isə digər mənzildəki təmiri yekunlaşdırdıqdan sonra sonuncuya qoşularaq mənzili təmir edəcəklər. Şahid3 razılıq vermiş və kiçik qaynı Şahid6 həmin mənzilə getmiş, mənzilin təmirinə razılıq vermiş, işə başlamışdır. Bir ay sonra o və qaynatası təmir etdikləri mənzilin təmirini yekunlaşdırıb kiçik qaynı Şahid6 təmir etdiyi mənzilə getmiş və sonuncu ilə birlikdə təmir etməyə başlamışlar. xx xxxxxxxx 2019-cu il tarixdə dərs ilinin başlanmasının yaxınlaşdığı üçün prarab Şahid3 görüdükləri işin pulunu istəmişlər ki, yeni dərs ili üçün övladlarına lazım olan ləvazimatları alsınlar. Bu zaman Şahid3 qaynatasına mənzil sahibindən pul ala bilməməsini və yaxın müddətdə alaraq verəcəyini bildirmişdir. xx xxxxxxxx 2019-cu il tarixinədək Şahid3 onlara pul verməmişdir. Qaynatası tanışlarından borc pul alaraq nəvələrinin məktəb üçün lazım olan ləvazimatlarını almışdır. xx xxxxxxxx 2019-cu il tarixdə günorta saatlarında təmir etdikləri mənzilin sahibi Tuncay adlı şəxs qaynatasının istifadə etdiyi mobil telefona zəng edərək onların nəyə görə işə getmədiklərini soruşmuş, qaynatası Tuncaya izah etmişdir ki, mənzilin təmirinin yekunlaşmasına iki gün qalmağına baxmayaraq onlar hələ də görmüş olduqları işin pulunu ala bilməmişlər. Bu zaman Tuncay sonuncuya bildirmişdir ki, prarab Şahid3 məhkəməyə vermişdir. Qaynatası isə Tuncaya bildirmişdir ki, Məhsuldan onlara olan təmir üçün verilməli borcunu da almaqda köməklik etsin, onlar isə mənzilin qalan işlərini təmənnasız edəcəklər. Həmin gün saat 17 radələrində Şahid3 onun qayanatasına zəng vuraraq onları təmir etdikləri mənzilə çağırmışdır. O, qaynatası ilə birlikdə həmin mənzilə getmişdir. Mənzilə daxil olduqda mənzildə yeni bir ustanın təmir etdiyini görmüşlər. Onlar usta ilə danışan zaman Tuncay onlara yaxınlaşaraq onun sinəsindən tutaraq onu 17-ci mərtəbədən atacağı ilə hədələyərək yumruqla sifətindən vurmuş, o, nə baş verdiyini başa düşməmişdir. Qaynatası Tuncayın bu hərəkətini görüb və onun epilepsiya xəstəsi olduğundan qorxaraq Tuncayı ondan aralamağa çalışmışdır. Qaynatası Tuncaya onları oraya döymək üçün çağırmasını soruşduqda, mənzilin digər otağından Tuncayın həyat yoldaşı, mənzildə olan usta, özünü Tuncayın qardaşı kimi təqdim edən idmançı cüssəli bir nəfər şəxs çıxaraq onu vurmağa başlamışlar. Sonra isə onları liftə salmışlar. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişdir, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan tamamilə ödənilmişdir. Buna görə də məhkəmədən göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs, hal-hazırda zərərçəkmiş şəxslə barışmış və zərərçəkmişə vurulmuş zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. Cinayət işinin materiallarından, o cümlədən cinayət işinə məhkəmədə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-123/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-123/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver