Məhkəmə qərarları › İş №1(007)-125/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-125/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-125/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-“Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası DİN-nin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsində aparılmış, ittiham aktı Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən təsdiq olunaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İstintaq orqanı tərəfindən verilmiş ittihama görə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,680 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 72 saylı evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 13:45-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 72 saylı evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən DİNin Baş X1 İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,395 qram və 3,285 qram olmaqla ümumilikdə 6,680 qram çəkidə xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olub, ağ rəngli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 299.4.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı, həmçinin verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə məsələlər həll edilir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı şifahi vəsatət verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 72 saylı evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən DİN-in Baş X1 İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitənin aşkar edilərək götürüldüyünü, bununla da cinayətin törədilmə yerinin Bakı şəhərinin Nərimanov rayonu hesab olunduğunu göstərmiş, ona görə cinayət işinin hazırlıq iclası mərhələsində baxılması üçün aidiyyəti üzrə həmin rayonun məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxisn müdafiəçisi Müdafiəçi vəsatətlə razılaşmayaraq, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində şübhəli şəxs kimi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 72 saylı evin yaxınlığında saxlanıldığını, bununla da cinayətin törədilmə yerinin Bakı şəhərinin Nizami rayonu hesab olunduğunu göstərmiş, ona görə cinayət işinin baxılması üçün aidiyyəti üzrə göndərilməsinə dair vəsatətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin fikri ilə razı olduğunu bildirərək, dövlət ittihamçısının vəsatətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, cinayət işinin aidiyyəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid deyil, ona görə dövlət ittihamçısının vəsatəti təmin olunaraq, iş aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir; Məhkəmə işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti törətdiyi yer Bakı şəhərinin Nərimanov rayonunun ərazisi hesab olunmaqla, həmin yerin yurisdiksiyasına uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Bununla yanaşı məhkəmə hazırkı halda Azərbaycan Rspublikası CPM-nin 300.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilmədiyini, habelə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin xx xxxx 2021-ci il tarixdə başa çatacağını, həmin müddətək isə işin aidiyyəti məhkəməyə göndəriləcəyini nəzərə alaraq, hesab edir ki, qətimkan tədbiri ilə bağlı məsələ üzrə hər hansı qərar qəbul edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Məhkəmə hesab edir ki, cinayət işinin adiyyəti məhkəməyə göndərilməsi barədə məsələ CPM-nin 300.1.4-cü maddəsinin müddəalarına uyğun tənzimləndiyindən və CPMnin 300.5-ci maddəsinin təsiri altına düşmədiyindən hazırkı qərardan şikayət verilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 74, 75, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üşün aidiyyəti üzrə cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar