Məhkəmə qərarları › İş №1(007)-125/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-125/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-125/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1990-cı ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Qax rayonu, İbaxlı kəndində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə işlədiyi ünvan 3 ünvanda yerləşən ‘’Laçın” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı köşkündə işləyən Zərərçəkmiş şəxs1 müraciət edərək sonuncuya məxsus qızıl-zinət əşyalarını bir-iki gün ərzində satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 11 may 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Laçın” Ticarət Mərkəzində 2040 manat dəyərində olan 17 qram, 750 əyarlıq “zəncir” formalı bir ədəd qızıl boyunbağını, 14 may 2023-cü il tarixdə həmin ünvanda 9058 manat dəyərində olan 75,48 qram, 750 əyarlıq qızıl dəsti olan 20 qram, 750 əyarlıq bir ədəd qızıl qolbağı və 55,48 qram, 750 əyarlıq bir ədəd qızıl boyunbağını, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 11098 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə işlədiyi ünvan 3 ünvanda yerləşən “Laçın” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı köşkündə işləyən Zərərçəkmiş şəxs2 müraciət edərək sonuncuya məxsus qızıl-zinət əşyalarını bir-iki gün ərzində satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 11 may 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Laçın” Ticarət Mərkəzində 2700 manat dəyərində olan 33 qram, 585 əyarlıq qızıl dəsti olan bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl bilərzik, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğanı alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə işlədiyi ünvan 3 ünvanda yerləşən “Laçın” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı köşkündə işləyən Zərərçəkmiş şəxs4 müraciət edərək sonuncuya məxsus qızıl-zinət əşyalarını bir-iki gün ərzində satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs4 12 may 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Laçın” Ticarət Mərkəzində 2900 manat dəyərində olan 25 qram, 585 əyarlıq qızıl dəsti olan bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğanı, 17 may 2023cü il tarixdə həmin ünvanda 3300 manat dəyərində olan 21 qram, 750 əyarlıq qızıl dəsti olan bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğanı, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 6200 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə işlədiyi ünvan 3 ünvanda yerləşən "Laçın” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı köşkündə işləyən Zərərçəkmiş şəxs3 müraciət edərək sonuncuya məxsus qızıl-zinət əşyalarını bir-iki gün ərzində satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs3 məxsus köşkdə satıcı işləyən Şahid 15 may 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən "Laçın” Ticarət Mərkəzində 5000 manat dəyərində olan 28,42 qram, 750 əyarlıq qızıl dəsti olan bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzük və bir cüt qızı sırğanı, 1580 manat dəyərində olan 19,14 qram, 585 əyarlıq qızıl dəsti olan bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa və 1420 manat dəyərində olan 17,28 qram, 585 əyarlıq qızıl dəsti olan bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğanı, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 8000 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirirək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ildə “Laçın” Ticarət Mərkəzinin 3-cü mərtəbəsində qızıl-zinət əşyalarının satışı ilə məşğul olmağa başlamışdır. 2023-cü ilin may ayında borclu olduğu “Laçın” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı köşkündə işləyən zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 məxsus 11098 manat dəyərində qızılzinət əşyalarını, Zərərçəkmiş şəxs2 məxsus 2700 manat dəyərində qızıl-zinət əşyalarını, Zərərçəkmiş şəxs4 məxsus 6200 manat dəyərində qızıl-zinət əşyalarını, Zərərçəkmiş şəxs3 məxsus 8000 manat dəyərində qızıl-zinət əşyalarını satmaq adı ilə götürmüş və həmin qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pulu zərərçəkmiş şəxslərə verməyərək borcunu ödəmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş, onlarla barışmışdır. Şəkərsiz diabet xəstəsidir. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək 11 may 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Laçın” Ticarət Mərkəzində 2040 manat dəyərində olan 17 qram, 750 əyarlıq “zəncir” formalı bir ədəd qızıl boyunbağını, 14 may 2023-cü il tarixdə həmin ünvanda 9058 manat dəyərində olan 75,48 qram, 750 əyarlıq qızıl dəsti olan 20 qram, 750 əyarlıq bir ədəd qızıl qolbağı və 55,48 qram, 750 əyarlıq bir ədəd qızıl boyunbağını, ümumilikdə 11098 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirərək ona maddi ziyan vurmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onunla barışdığını və ona qarşı şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 (Pənahova Qızbəs) ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək 12 may 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Laçın” Ticarət Mərkəzində 2900 manat dəyərində olan 25 qram, 585 əyarlıq qızıl dəsti olan bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğanı, 17 may 2023cü il tarixdə həmin ünvanda 3300 manat dəyərində olan 21 qram, 750 əyarlıq qızıl dəsti olan bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğanı, ümumilikdə 6200 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirərək ona maddi ziyan vurmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 (Pənahova Qızbəs) məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onunla barışdığını və ona qarşı şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, 2011-ci ildə ünvan 3 ünvanda yerləşən “Laçın” Ticarət Mərkəzində qızıl-zinət əşyasının satışı ilə məşğul olur. O, Təqsirləndirilən şəxs 2015-ci ildə tanıyır və Təqsirləndirilən şəxs “Laçın” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olur. Onun Təqsirləndirilən şəxsla normal münasibəti olmuş və ona qarşı inamı və etibarı yaranmışdır. 11 may 2023cü ildə Təqsirləndirilən şəxs onun piştaxtasına yaxınlaşmış və vitrində 2700 manat dəyərində olan 33 qram, 585 əyarlıq qızıl dəsti olan bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl bilərzik, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğaya baxıb demişdir ki, müştəri var, həmin qızıl dəstini istəyir. Həmin vaxtı Təqsirləndirilən şəxs həmin qızıl dəstinin şəklini çəkib kiməsə göndərmiş və demişdir ki, baxsınlar xəbər edər. Təxminən 5-10 dəqiqədən sonra Təqsirləndirilən şəxs onun piştaxtasına yaxınlaşmış və ona demişdir ki, baxdığı qızıl dəstini ver, müştəriyə verəcək. O, həmin qızıl-dəstini vermiş və gözləmişdir ki, Təqsirləndirilən şəxs qızıl dəstinin pulunu versin. Təqsirləndirilən şəxs ondan qızıl dəstini almış və demişdir ki, bir həftəyə, yəni 18 may 2023-cü ildə pulu verəcək. 16 may 2023-cü ildə “Laçın” Ticarət Mərkəzində söz-söhbət gəzmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. O, 17 may 2023-cü ildə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurmuş, telefon zənginə bir nəfər kişi cinsli şəxs cavab vermiş və demişdir ki, o, Familin dostudur, Famil yol-nəqliyyat hadisəsi zaman xəsarət alıb, indi həkim müayinəsindədir. O, həmin şəxsə demişdir ki, Famil ona 2700 manat pul verməlidir, de pulunu gətirib versin. Həmin şəxs demişdir ki, Famil həkim müayinəsindən çıxandan sonra “Laçın” Ticarət Mərkəzinə gəlib Sizin pulunuzu verəcək. Həmin günü Famildən bir xəbər çıxmamışdır. 17 may 2023-cü ildə o, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsində olan “WhatsApp” proqramı vasitəsi ilə mesaj yazmışdır ki, Famil qızılın pulunu gətir ver. Təqsirləndirilən şəxs ona cavab yazmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng vursa da zənglərə cavab verməmişdir. 18 may 2023-cü ildə o, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsində olan “WhatsApp” proqramı vasitəsi ilə mesaj yazmışdır ki, Famil qızıl dəstinin pulunu gətir. Təqsirləndirilən şəxs ona cavab yazmamışdır. 19 may 2023-cü ildə o, “Laçın” Ticarət Mərkəzinə gələn zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Rusiya Fedaerasiyasına gedibdir. 19 may 2023-cü ildə o, Bakı şəhəri Nizam rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gedib Təqsirləndirilən şəxs barəsində ərizə ilə müraciət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, ona dəymiş ziyan tam ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 həmçinin məhkəməyə bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi. Ağa Nemətulla küçəsi, ev 44A-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsilə birlikdə yaşayır. 2003-cü ildən o, ünvan 3 ünvanda yerləşən “Laçın” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. O, Təqsirləndirilən şəxs 2013-cü ildən tanıyır və Təqsirləndirilən şəxs “Laçın” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olurmuş. Şahid ona məxsus qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Onun Təqsirləndirilən şəxsla normal münasibəti olmuş və Təqsirləndirilən şəxs ondan 2022-ci ilin yay aylarında qızıl-zinət əşyası alıb pulunu vermişdir. Onun Təqsirləndirilən şəxs qarşı inamı və etibarı yaranmışdır. 15 may 2023- cü ildə o, “Laçın” Ticarət Mərkəzində imiş və satıcı Şahid ona demişdir ki, Təqsirləndirilən şəxs 5000 manat dəyərində olan 28,42 qram, 750 əyarlıq qızıl dəsti olan bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzüyü və iki ədəd qızıl sırğanı, 1580 manat dəyərində olan 19,14 qram, 585 əyarlıq qızıl dəsti olan bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzüyü və iki ədəd qızıl sırğanı, 1420 manat dəyərində olan 17,28 qram, 585 əyarlıq qızıl dəsti olan bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı nisyə almaq istəyir və sabah həmin qızılların pulunu Sizin karta göndərəcək. Həmin vaxtı Təqsirləndirilən şəxs satıcı Şahid yanında imiş və Təqsirləndirilən şəxs Şahid dediklərini təsdiq etmişdir. O, da Şahid razılıq vermiş və Təqsirləndirilən şəxs qeyd olunan qızıl-zinət əşyalarını götürüb getmişdir. 16 may 2023-cü ildə o, Təqsirləndirilən şəxs zəng vursa da onun telefonuna zəng çatmamış və səhəri günü o, yenə Təqsirləndirilən şəxs zəng vurmuşdur. Təqsirləndirilən şəxs ona demişdir ki, yol-nəqliyyat hadisəsi zaman xəsarət alıb və xəstəxanadadır, gəlib pulu verəcək. Bundan sonra o və satıcı Şahid bir neçə dəfə Təqsirləndirilən şəxs zəng vursa da, Təqsirləndirilən şəxs zənglərinə cavab verməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Bakı Baş Səhiyyə Mərkəzi” X1 26 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 2016-cı ildən poliklinikanın Endokrinoloyi kabinetində “Şəkərsiz diabet” diaqnozu ilə dispanser qeydiyyatındadır. - nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, xx.xx.2019-cu il təvəllüdlü bir övladı vardır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bir neçə qızıl-zinət əşyası götürməsinə dair müşahidə kamerasının videogörüntüsü olan bir ədəd “DVD” disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin şikayəti və tələbinin olmamasını, evli olmasını, himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 55 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 330 (üç yüz otuz) manat (55x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 55 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar