Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-126/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: xx xxxx 2006-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakının ələ keçirmək məqsədi ilə 24 iyul 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 04 nömrəli ünvanında yerləşən “Fransua” şirniyyat mağazasının qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sağ əlində olan 05 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən, həmin nömrədə olan 1 manat dəyərində danışıq konturu, üzərində 10 manat dəyərində ekran qoruyucusu, 10 manat dəyərində bir ədəd arxa kamera qoruyucusu, 10 manat dəyərində bir ədəd mobil telefon koburu olan 1100 manat məbləğində bir ədəd “iPhone” markal "13 Pro” modelli 128 GB tutumlu mobil telefonu dartıb alıb qaçaraq taladığı əmlakı özündə saxlamaqla açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1136 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, işsiz olduğu üçün 24 iyul 2024-cü il tarixdə 18 radələrində o, Bakı şəhəri metronun “Neftçilər” stansiyasına gedib ətrafda olan mağazalardan işlə maraqlanmış, iş olmadığı üçün metronun “Neftçilər” stansiyasından tək piyada metronun “Qara Qarayev” stansiyasına gəlmişdir ki, ətrafda olan mağazalardan işlə maraqlansın. Həmin vaxtı görmüşdür ki, bir cavan qız tək Qara Qarayev prospekti ilə üzü metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edir və həmin qızın yanından keçib gedən zaman həmin qızın əlində “iPhone” markalı mobil telefon var və mobil telefonda nəsə yazır. O, qərara gəlmişdir ki, həmin qızın əlindən mobil telefonu alıb qaçar və satıb pul əldə edər. Bakı şəhəri, Qara Qarayev prospekti, 4 ünvanında yerləşən “Fransua” şirniyyat mağazasının yanından keçən zaman ətrafda kimsənin olmamasını görüb, addımlarını sürətləndirmiş, qızın yanından keçən zaman cavan qızın sağ əlində olan “iPhone” markalı mobil telefonu əlindən dartıb almış və Qara Qarayev prospektində olan hərəkət hissəsini keçib üzü “Ruslan 93” marketinə tərəf qaçmışdır. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, onunla barışıq əldə etmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərin ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, orta məktəbi Rus dilində bitirmiş, hazırda Azərbaycan Dövlət İqtisadiyyat Universitetində Rus dilində təhsil alır. O, ailədə, məhəllədə, rəfiqələri ilə Azərbaycan dilində danışır. O, Azərbaycan dilini sərbəst danışdığı və yazıb-oxuduğu üçün onunla Azərbaycan dilində aparılan istitaq hərəkətlərinin aparılmasını xahiş edir. O, Bakı şəhəri, Nizami rayonu, İlham Müzəffəroğlu küçəsi, ev 01, mənzil 34-də ailəsilə birlikdə yaşayır. 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən 32 nömrəli tam orta məktəbi rus dilində bitirmiş, 2022-ci il tarixdə Azərbaycan Dövlət İqsidaiyyat Universitetinin Kommunikasiya Sistetmlərinin Mühəndislik fakültəsinə daxil oldum, rus dilində təhsil alır və hazırda ikinci kursu bitirmişdir. 2022-ci il tarixdə universitetə daxil oldğu üçün valideyinləri tərəfindən ona Dubay şəhərindən alınmış və Bakı şəhərinə gətirilmiş 2400 manat dəyərində iPhone markalı 13 Pro modelli 128 GB tutumlu mobil telefonu hədiyyə vermişdir. O, həmin mobil telefonda istifadə etmək üçün 5 manat dəyərində ***-***- **-** mobil nömrə yerləşdirmiş, mobil telefonun ekranına 10 manat dəyərində qoruyucu, 10 manat dəyərində kobur və 10 manat dəyərində isə mobil telefonun arxa kamerasının quruyucu alıb qoydurmuşdur. 24 iyul 2024-cü il tarixdə saat 20 radələrində o, Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasından çıxıb yaşadığım evə getmək üçün Qara Qarayev prospekti ilə tək piyada gedirmiş. Həmin vaxtı mobil telefonun nömrəsində 1 manat danışıq konturu var imiş. Həmin vaxtı saat 20:15 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 4 nömərli ünvanda yerləşən “Fransua” şirniyyat mağazasının qarşı ilə tək piyada gedən zaman hiss etmişdir ki, bir nəfər onun arxasınca gəlir. Bu zaman o, əynində cins şalvarın sağ yan cibində olan iPhone markalı 13 Pro modelli mobil telefonu çıxarıb saatına baxmaq istəyən zaman arxadan bir nəfər şəxs sağ əlindən iPhone markalı 13 Pro modelli mobil telefonu alıb Qara Qarayev prosepktində hərəkət hissəsinin əks tərəfində yerləşən “Ruslan 93” marketə tərəf qaçmışdır. O, görmüşdür ki. onun əlindən mobil telefonu alıb qaçan şəxs qara rəngli qolu qısa köynək geyinmiş kişi cinsli şəxsdir. O, həmin şəxsin arxasınca qaçmış və kənarda olan şəxslərə demişdir ki, kömək edin. Bundan sonra o, görmüşdür ki, onun əlindən mobil telefonu alıb qaçıb gedən şəxs “Ruslan 93" marketə tərəf gedib gözdən itmişdir. Həmin vaxı kənarda tanımadığı 3 nəfər kişi cənsli şəxs ona yaxınlaşmış və o, həmin şəxslərə demişdir ki, tanımadığı bir nəfər kişi cinsli şəxs onun əlində mobil telefonu alıb qaçıb getmişdir. O, 3 nəfər şəxslə birlikdə “Ruslan 93” marketinə tərəf getsədə onun mobil telefonu əlindən alıb qaçıb gedən şəxsi tapa bilməmişlər. Bundan sonra o, yaşadığı evə getmiş və evdə olan zaman saat 20:47-də ***-***-**-** şəhər telefonundan Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub ona qarşı edilən hadisə barədə məlumat vermişdir. Təxminən 5-10 dəqiqədən sonra ona Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsindən zəng gəlmiş və onu hadisə yerinə dəvət etmişlər. Həmin vaxtı atası Mehman Əlizadə gəldiyi üçün o. atası Mehman Əlizadə ilə birlikdə 25-ci Polis şöbəsinə gedib ərizə və izahat yazmış və hadisə yerində o, polis işçilərinə olan hadisə barədə məlumat vermişdir. fikirləşmişdir ki, mobil telefonu satıb pul əldə edər və heç kimə etdiyi əməl barəsində bir söz deməmişdir. Səhəri gün yəni, 25 iyul 2024-cü il tarixdə saat 13- 14 radələrində o, mobil telelonu satmaq üçün yaşadığı evdən çıxmış və metronun “Əhmədli” stansiyasının yaxınlığında olan “X telecom” mağazasına gəlmiş və iPhone markalı mobil telefonun satıcıya göstərib demişdir ki, mobil telefon özünə məxsusdur, koda düşüb, kodunu aça bilərsən ? Satıcı mobil telefonu format etmiş və mobil telefon açılan zaman “iCloud” parolu gəlmişdir. Satıcı demişdir ki, “iCloud” parolu olmadan mobil telefon açılmayacaq. O, satıcıya demişdir ki, bu vəziyyətdə mobil telefonu neçə manata alarsan ? Satıcı demişdir ki, 200-250 manata alar, həmin mobil telefonun ehtiyat hissəsələrə bölüb satacaq. O, mobil telefonu satmamış və metronun "Neftçilər” stasiyasının yaxınlığında olan “İska servis” mobil telefon təmiri mağazasına gəlmiş və mobil telefonu göstərib demişdir ki, iCloud parolu yaddan çıxıb, açmaq olar ? Satıcı demişdir ki, 1 həftəyə açmaq olar. O, razı olmamış və mobil telefonu götürüb metronun “Əhmədli” stansiyasının yaxınlığında olan “X telecom” mağazasına yaxınlaşmış və həmin satıcıya demişdir ki, iPhone markalı mobil telefonu satmaq istəyir. Həmin satıcı demişdir ki, 220 manata alar və o, razılıq vermişdir. Satıcı demişdir ki, şəxsiyyət vəsiqəsi ilə alır. O, satıcıya demişdir ki, şəxsiyyət vəsiqəsi üstündə deyil, mobil telefonda olan şəxsiyyət vəsiqəsinin şəkili var. Satıcı mobil telefonda onun şəxsiyyət vəsiqəsinin şəkilinə baxmış və şəxsiyyət vəsiqəsinin şəkilini çəkib götürmüşdür. Satıcı iPhone markalı 13 Pro modelli mobil telefonu ondan alıb 220 manat vermişdir. O, pulu götürmüş və 1-2 günə həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 29 iyul 2024-cü il tarixdə anası Nazimə İsmayılova ona demişdir ki, onun mobil telefonuna Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsindən zəng gəlmiş, səni istəyirlər. Bundan sonra o, anası Nazimə İsmayılova ilə birlikdə 25-ci Polis şöbəsinə getmiş və polis işçiləri ondan mobil telefon barəsində soruşmuşlar. O, da olan hadisə barədə izahat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin mart ayından Bakı şəhəri. Xətai rayonu. Məhəmməd Hadi küçəsi. 41 nömrəli ünvanda yerləşən “İX-telecom” mağazanı icarəyə götürüb mobil telefon telefonların alışı- satışı və aksesuarlarının satışı ilə məşğul olurmuş. 25 iyul 2024-cü il tarixdə saat 13-14 radələrində o, “İX-telecom” mağazasında işdə olan zaman əvvəllər mağazadan bir dəfə mobil telefon alan Əli adlı şəxs gəlib demişdir ki, özünə məxsus olan koda düşmüş telefonunu satmaq istədikyini, neçəyə ala biləcəyi ilə maraqlanmış, o da mobil telefonu 200-250 manata ala biləcəyini bildirmişdir. O, iPhone markalı 13 Pro modelli mobil telefonu Əlidən alıb 220 manat ödəmişdir. Əli pulu götürmüş və çıxıb getmişdir. Bundan sonra o, iPhone markalı 13Pro modelli mobil telefonu hissələrə bölüb ehtiyat hissələrini satmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı hər hansısa şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da 2 gün müddətində tutulmuşdur. Maddi sübut kimi saxlanılan törədilmiş cinayətin əks olunduğu video çəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-126/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-126/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver