Məhkəmə qərarları › İş №1(007)-127/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-127/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-127/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 Məmmədqulu oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədilə 01 iyul 2020- ci il tarixdə saat 07:15 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsində yerləşən 11/13 saylı fərdi yaşayış evinin qapısının açıq olmasından istifadə edərək həmin mənzilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus içərisində 15 manat dəyərində ***-***-**-** GSM nömrə kartı və 15 manat dəyərində ***-***-**-** GSM nömrə kartı olan 540 manat dəyərində “Samsung A20S” markalı 01 ədəd mobil telefonu, 600 manat dəyərində 01 ədəd “Honor” markalı mobil telefonu gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1170 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli talamaq məqsədilə 01 iyul 2020-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs1 qonaq kimi gəldiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin qapısının açıq olmasından istifadə edərək həmin mənzilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus içərisində 5 manat dəyərində ***-***-**-** GSM nömrə kartı olan 750 manat dəyərində “Samsung A51” markalı 01 ədəd mobil telefonu, 30 manat dəyərində 01 ədəd “Nokia T210” markalı mobil telefonu gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 785 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 01.07.2020-ci il tarixdə saat təxminən 07:15 radələrində Keşlə qəsəbəsində olan zaman pula ehtiyacı olduğu üçün evlərə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Yaxınlıqda yerləşən yaşıl qapısı olan həyətə doğru yaxınlaşıb qapının açıq olduğunu yoxlamaq üçün qapını itələdikdə açıq olduğunu görüb həyətə daxil olmuşdur. O, evə yaxınlaşıb qapısının açıq vəziyyətdə olduğunu görüb evə daxil olmuşdur. O, otağa daxil olduqda orada bir kişi və bir qadının yatdığını görmüşdür. Otağın sol tərəfində yerləşən kiçik stulun üzərində bir ədəd mobil telefon olduğunu, otağın sağ orta tərəfində də olan masanın üzərində mobil telefon olduğunu görmüşdür. O, hər iki masanın üzərində olan mobil telefonları götürüb evdən çıxaraq qapıları bağlamışdır. Təxminən bir saat həmin yerlərdə gəzdikdən sonra saat təxminən 08 radələrində göy rəngli qapısı olan mənzilin qapısını itələmiş və açıq olduğunu görüb evə daxil olmuşdur. O, otağa daxil olduqda orada 3 nəfərin yatdığını görmüşdür. Həmin şəxslərdən biri çarpayıda, digər ikisi isə yerdə yatmışdır. Yerdə yatan şəxslərdən biri masanın yanında uzanıqlı vəziyyətdə və yanında iki ədəd mobil telefon olmuşdur. O, səs çıxarmamaq üçün astaca həmin şəxsə yaxınlaşıb yanında olan iki ədəd mobil telefonu götürüb cibinə qoyaraq qapını bağlamış və Keşlə qəsəbəsini tərk etmişdir. O, Qurban adlı şəxsi təxminən 2018- 2019-cu ildə Qurbanın taksidə işlədiyi vaxt tanımışdır. Oğurluq etdiyi vaxtdan təxminən 15 gün sonra, dəqiq tarixi xatırlamadığı vaxt o, Qurbanı “İnqilab” deyilən yerdə Qurbanın həmişə taksi kimi dayandığı yerdə görmüş və mobil telefonları Qurbana satmaq qərarına gəlmişdir. Qurban onunla razılaşıb 400 manat pul verib mobil telefonları almışdır. Həmin vaxtdan sonra o, Qurbanı görməmişdir. O, Qurbana həmin mobil telefonların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Əməlindən peşmandır. Məhkəmədən xəstəliyini, yaşını nəzərə alaraq az müddətə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 30 iyun 2020-ci il tarixdə saat təxminən 20 radələrində dostu Aslanov Kamranın kirayədə qaldığı ünvan 3 ünvanında yerləşən evinə getmişdir. O, gecəni Kamranın evində qalmış və saat təxminən 23 radələrində yatmışdır. O, otaqda yerləşən çarpayının yanında yerdə yatmış və özünə məxsus mobil telefonlarını yatdığı yerin yanına qoymuşdur. 01.07.2020-ci il tarixdə, saat 08 radələrində yuxudan oyandıqda mobil telefonlarının yerində olmadığını görmüş, dostu Aslanov Kamrandan və onun dostu Teymurdan bu barədə soruşduqda xəbərlərinin olmadığını demişlər. O, Kamranın nömrəsi ilə öz mobil telefonuna yığmış, mobil telefonuna zəng çatmağına baxmayaraq zəngə imtina olunmuş və daha sonrakı zənglərdən məlum olmuşdur ki, mobil telefonu sönülü vəziyyətdədir. Evdə bir qədər mobil telefonlarını axtarmış, lakin tapa bilməmiş, mobil telefonlarının oğurlandığını başa düşmüş və bu barədə şikayət ərizəsi yazmışdır. Ona məxsus 01 ədəd 750 manat dəyərində “Samsung A51” markalı və 30 manat dəyərində “Nokia T210” markalı mobil telefonlar oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 780 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Məmmədqulu oğlu ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında 30 ilə yaxındır ki, ailəsi ilə birlikdə yaşayır. 30 iyun 2020-ci il tarixdə, saat təxminən 23 radələrində yaşadığı evə gəlmiş və saat təxminən 23:50 radələrində yatmışdır. Həmin vaxt o, özünə məxsus “Samsung A20S” markalı mobil telefonu yatdığı çarpayının yanında olan kiçik stolun yanına qoymuş, “Honor” markalı mobil telefon isə otağın sağ tərəfində yerləşən masanın üzərində olmuşdur. 01.07.2020-ci il tarixdə saat 07:30 radələrində yuxudan durduqda mobil telefonlarının yerində olmadığını aşkar etmişdir. Telefonlarının oğurlandığını başa düşmüş və bu barədə şikayət ərizəsi yazmışdır. Ona məxsus 01 ədəd 540 manat dəyərində “Samsung A20S” markalı və 600 manat dəyərində “Honor” markalı mobil telefonlar oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1140 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “28 May” metrostansiyasının yaxınlığında “313” adlanan telefon dükanında satıcı işləyir. 01.07.2020-ci il tarixdə Şahid2 mağazaya gələrək əlində iki ədəd mobil telefonu göstərib özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. Şəriki Şahid5 həmin mobil telefonlara baxış keçirib birinin “Samsung Galaxy A20S” markalı, digərinin isə “Samsung A51” markalı telefon olduğunu öyrənmişdir. Əli Qurbandan “Samsung A51” markalı mobil telefonu 340 manata, digər “Samsung A20S” markalı mobil telefonu isə 190 manata almışdır. Mobil telefonları alan zaman Əli həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxartmışdır. 2020-ci ilin avqust ayının əvvəllərində Böyükağa adlı şəxs yaxınlaşıb Şahid2 mağazaya satdığı “Samsung A20S” markalı mobil telefonu almaq istədiyini demiş və onlar həmin mobil telefonu 270 manata satmışlar. Təxminən 1 ay keçdikdən sonra Böyükağa həmin mobil telefonu mağazaya gətirərək pula ehtiyacı olduğundan mobil telefonu satmaq istədiyini bildirmiş və onlar Böyükağa ilə razılaşaraq mobiİ telefonu 200 manata almışlar. 2020-ci ilin oktyabr ayının əvvəllərində həmin mobil telefonu mağazaya gələn tanımadığı şəxsə satmışlar. 2020-ci ilin sentyabr ayında tanışı Xəqani “Samsung A51” markalı mobil telefonu 500 manata almışdır. Təxminən 06 oktyabr 2020-ci il tarixdə Xəqani həmin mobil telefonu qaytarıb pulunu almışdır. Onlar həmin mobil telefonu vitrinə yerləşdirib tez bir zamanda satmışlar. Təxminən 24.10.2020-ci il tarixdə ona Nizami RPİ-nin İŞ-dən müstəntiq zəng edib “Samsung A51” markalı mobil telefonun oğurluq olduğu barədə məlumat vermişdir. O, həmin mobil telefonun artıq satıldığını bildirmişdir. O və Şahid5 mobil telefonun cinayət yolu ilə əldə edildiyini bilməmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 şahid X1 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24.09.2020-ci il tarixdə tanışı Şahid3 işlədiyi “28 May” metrostansiyasının yaxınlığında “313” adlanan telefon dükanına gedərək özünə mobil telefon almaq istəmişdir. Nasir ona müxtəlif mobil telefonlar göstərmişdir. O, həmin mobil telefonların içərisindən “Samsung A51” markalı mobil telefonu bəyənmiş və həmin telefonu 500 manata almışdır. Həmin mobil telefona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini və kiçik qardaşı X2 adına olan ***-***-**-** saylı mobil nömrəni taxaraq istifadə etmşdir. O, “Samsung A51” markalı mobil telefonu 05 və ya 06 oktyabr 2020-ci il tarixdə aldığı mağazaya qaytararaq 500 manat pulunu geri almışdır. O, həmin mobil telefonu alan zaman cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, “Samsung A20S" markalı mobil telefonu 2020-ci ilin avqust ayının əvvəllərində “28 May” metrostansiyasının yaxınlığında olan mağazadan 270 manata almış və 1 aya yaxın istifadə etmişdir. Onun həmin vaxt pula ehtiyacı olduğundan mobil telefonu aldığı mağazaya gedib 200 manat pula satmışdır. O, “Samsung A20S” markalı mobil telefonun cinayət yolu ilə əldə edildiyini bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 15.07.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 15.07.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 25.07.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 27.07.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Məmmədqulu oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında 24.12.2020ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi və Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin ibtidai istintaqı ********* nömrə altında aparılmaqla ********* saylı cinayət işi və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 24.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-127/2021 saylı, 01.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs1 785 manat məbləğində əmlakını və Zərərçəkmiş şəxs2 Məmmədqulu oğlunun 1170 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.03.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-90/2021 nömrəli, 09.02.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-90/2021 nömrəli, 09.02.2021-ci il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-90/2021 nömrəli, 09.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcından, yəni 12 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar