Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-127/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-“Kredo” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 27 avqust 1983-cü il tarixdə Şəki rayonunun Aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, “Neolit Hall” şadlıq sarayının adminstratoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Şəki rayonunun Aşağı Göynük kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, “Yeni Zığ” yaşayış kompleksi, ev 5, mənzil 40-da yaşamış, 22 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 noyabr 2021-ci il tarixdə tutmadan azad edilmiş, 02 dekabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, “Neolit Hall” şadlıq sarayının adminstratoru vəzifəsində işləyərkən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 06 iyul tarixli 237 nömrəli, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2021-ci il 22 iyun tarixli 177 nömrəli Qərarlarında şənlik mərasimlərinin karantin rejimi qaydalarına uyğun təşkil edilməsi ilə bağlı qeyd olunmuş tələbləri tamah niyyəti ilə qəsdən pozaraq adminstrator işlədiyi ünvan 1 ünvanında fəaliyyət göstərən “Neolit Hall” şadlıq sarayının qonaq tutumu 700 nəfər olan “Wedding” zalında övladlarının toy şənliyi mərasiminin keçirilməsi ilə əlaqədar müştəri kimi ona müraciət etmiş X7 və X11 ilə qarşılıqlı müştərək məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 177 nömrəli Qərarının əlavəsində qeyd olunmuş və özündə “Şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı metodiki göstərişlər”i əks etdirən iltizamnaməni imzalamadan və “icaze.e-gov.az” portalına qonaq sayı haqqında həqiqətə uyğun olmayan məlumatlar daxil edib “Neolit Hall” şadlıq sarayının “Wedding” zalında 21 noyabr 2021-ci il tarixə toy şənliyi mərasimini təyin edərək qeyd olunan tarixdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş qonaq sayının 150 nəfərdən artıq olmaması, hər bir masa arxasında qonaq sayının 6 nəfərdən artıq olmaması, oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafənin isə 2 metrdən az olmaması kimi qaydalara zidd olaraq həmin tarixdə “Neolit Hall” şadlıq sarayının “Wedding” zalında keçiriləcək toy şənliyi mərasimində hər birində 6 nəfərdən artıq olmaqla ara məsafəsi 2 metrdən az olan masalara 200 nəfərədək qonağın yerləşdirilməsini təmin edib qanunla müəyyən edilmiş qaydalara zidd şəkildə toy şənliyi mərasiminin keçirilməsini təşkil edərək xüsusi karantin rejimini pozmaqla koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmış, şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri çərçivəsində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının Bakı şəhəri Nizami rayon polis idarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri yoxlama tədbirləri zamanı 21 noyabr 2021-ci il tarixdə saat 18:30-da ünvan 1 ünvanında yerləşən “Neolit Hall” şadlıq sarayının “Wedding” zalına polis əməkdaşları tərəfindən baxış keçirilərkən ictimai iaşə müəssisəsinin adminstratoru Təqsirləndirilən şəxs birbaşa rəhbərliyi və nəzarəti altında xüsusi karantin rejimi qaydalarına zidd şəkildə 200 nəfər qonağın iştirakı ilə toy şənliyi mərasiminin keçirilməsi aşkar edilmiş və həyata keçirilən profilaktik tədbirlər nəticəsində həmin mərasimə əlavə gələn qonaqların şadlıq sarayına daxil olması və toy şənliyində iştirakının qarşısı alınmışdır. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 noyabr 2021-ci il tarixdən əmək müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev 9 ünvanında yerləşən “Neolit Hall” şadlıq sarayında inzibatçı, yəni adminstrator işləmiş, iş rejimi səhər saat 10:00-dan axşam saat 21:00-dək, əmək haqqı 500 manat olmuşdur. “Neolit Hall” adlı binada “Wedding” və “Ballroom” adlı zallar yerləşir. Onun fəaliyyəti qeyd edilən iki zala aid olmuşdur. Vəzifəsi şadlıq sarayına müştəri kimi gələn şəxslərə şadlıq sarayının menyusunu, şərtlərini təqdim etmək, şadlıq sarayı ilə tanış etmək, karantin rejimi ilə bağlı məhdudiyyətlər barədə xəbərdar etmək, toy olduğu halda isə qoyulmuş qaydalara riayət edilməsinə, işçilərin davranışına, intizamına nəzarət etməkdən, toy bitdikdən sonra isə toyun təşkil edilməsinə görə restorana çatacaq pulu almaqdan ibarətdir. Şadlıq sarayı birmərtəbəlidir, “Wedding” zalı 700 nəfərlik, “Ballroom” zalı isə 500 nəfərlikdir. Şadlıq sarayının rəhbəri Şahid4dur. Onu işə Tural müəllim qəbul etmişdir. Onda olan məlumata görə şadlıq sarayının ümumlikdə 50 nəfər daimi personalı var. Toy vaxtı 150 nəfər üçün 20-25 nəfər ofisiant olur. Şadlıq sarayında toy olan günlər personalın ümumi sayı 80 nəfər çatır və hamısı tamlıqla işdə olur. Toy olmayan günlər isə şadlıq sarayında o, qapıda duran mühafizəçi, xadimə və xadimənin rəhbərindən ibarət ümumilikdə 4 nəfər şəxs işdə olur. Şadlıq sarayının rəhbəri ilə personalın hamısı arasında əmək müqaviləsi bağlanmışdır, bütün işçilər o da daxil olmaqla “Sinovak” peyvəndini iki doza vuraraq vaksinasiyadan keçmiş, personal üzvlərindən heç biri “Covid-19” virusuna hələ ki, yoluxmamışlar. O, işləməyə başladığı tarixdən həmin restoranda təxminən 7-8 toy şənliyi keçirilmişdir. Toy məclisləri saat 18:00dan 23:30-dək davam edir, karantin rejimi ilə əlaqədar olaraq məclisə hər birində 6 stul olmaqla 25 masada əyləşmək şərtilə ümumilikdə maksimum 150 nəfər qonaq buraxılır. Toy günləri Vergilər Nazirliyi, X4 və Daxili İşlər Nazirliyinin əməkdaşları nəzarət üçün şadlıq sarayına gəlirlər. DİN-in əməkdaşları və tərəflərindən təyin edilmiş bir nəfər şadlıq sarayının işçisi sarayın girişində duraraq məclisə gələn qonaqların vaksin olunubolunmamasını yoxlayır və qonaqların sayının 150 nəfərdən artıq olmamasına nəzarət edir. Vergilər Nazirliyinin əməkdaşı sarayın personalının əmək müqaviləsi əsasında işləyibişləməməsini yoxlayır, X2 əməkdaşı şadlıq sarayının mətbəxində olan yeməklərdən nümunə götürərək yeməklərin keyfiyyətini yoxlayır. O, işlədiyi müddət ərzində qeyd olunan hallarla bağlı heç bir problem olmamışdır. Toydan əvvəl tərəfindən toy sahibləri şadlıq sarayındakı karantin rejimi ilə bağlı məhdudiyyətlər barədə xəbərdar olunur. Belə ki, o, toy sahiblərinin nəzərinə çatdırır ki, şadlıq sarayına maksimum 150 nəfər qonaq buraxıla bilər və hamısı da vaksinasiyadan keçməlidir, əks təqdirdə şadlıq sarayına tərəflərindən qonaqlar buraxılmayacaq və toy şənliyi baş tutmayacaq. Təxminən 2021-ci ilin oktyabr ayında Elçin və İlqar adlı şəxslər şadlıq sarayına gələrək övladları üçün toy məclisi etmək istədiklərini bildirmişlər. O, həmin şəxslərə də xəbərdarlıq etmişdir ki, şadlıq sarayına maksimum 150 nəfər vaksinasiyadan keçmiş qonaq buraxılır. Onlar hər ikisi razılaşmışlar və o, həmin şəxslərin toy məclisini 21 noyabr 2021-ci il tarixə “Wedding” zalında təyin etmişdir. Toyun qiyməti hər qonaq üçün 100 manat müəyyən edilmişdir. Qaydalar haqqında həmin şəxslərə edilmiş xəbərdarlıq barədə tərəfindən heç bir rəsmiləşmə və sənədləşmə aparılmamışdır. Toy şənliyinə ən az 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı, 150 nəfərlik qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına restoranın əməkdaşı Şahid2 Məhrrəm oğlu onun göstərişi ilə daxil etmiş və digər aidiyyəti qurumlara nəzərdə tutulan toy şənliyi barədə məlumat verilmişdir. 21 noyabr 2021-ci il tarixdə təxminən 18:00-da həmin toy məclisi şadlıq sarayının “Wedding” zalında başlamışdır. O, qonaqların vaksin olunub-olunmamasını yoxlamaq üçün bir nəfər adını xatırlamadığı şadlıq sarayının işçisini təyin etmiş və həmin işçi polis əməkdaşı ilə birlikdə giriş qapısında dayanaraq qonaqları yoxlamağa başlamışdır. Məclisə gəlmiş qonaqların hamısı vaksin olunmuşlar. Təxminən saat 18:30 radələrində məlum olmuşdur ki, məclisə nəzərdə tutulan 150 nəfərdən artıq qonaq gəlmişdir. Məclisə gələn qonaqların sayı təxminən 200 nəfərə yaxın olmuşdur. O, toy sahibləri Elçin və İlqara artıq gəlmiş qonaqların içəri daxil olmasına icazə verilmədiyini bir daha bildirdikdə hər ikisi təkidlə ondan xahiş edərək bildirmişlər ki, güclü əlaqələri var, karantin qaydalarının pozulması ilə bağlı heç bir problem olmayacaq, hər hansı problem yaransa, özləri həmin problemi qaydasına qoyacaqlar. Lakin yarana biləcək problemi necə qaydasına qoyacaqları barədə ona heç nə deməmişlər və o da həmin şəxslərdən bu barədə soruşmamışdır. Həmin şəxslərin hörmətli qonaqlarının olmasını görüb pis vəziyyətdə qalmamaları üçün milli mentaliteti də nəzərə alaraq restoran rəhbəri Şahid4 məlumatı və razılığı olmadan ev sahiblərinin xahişini yerinə yetirməyi qərara almış və müəyyən olunmuş saydan artıq olan təxminən 50 nəfər qonağın masalara əlavə stul qoymaqla və əlavə masa açmaqla zalda yerləşdirilməsini Təxminən bir saat sonra o, şadlıq sarayının foyesində olarkən üç nəfər mülki geyimli tanımadığı şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib zala baxış keçirmişlər. Zalda masalar ətrafında 6-dan artıq sayda stul qoyulmasını, ara məsafəsinin pozulmasını, nəzərdə tutulmuş saydan artıq masa açılmasını müəyyən edirək şadlıq sarayına nəzərdə tutulan saydan artıq sayda qonaq buraxılmağını irad tutaraq karantin qaydalarını pozulmasını bildirmişlər və şadlıq sarayına girmək istəyən digər qonaqları içəri buraxmamışlar. O, polislərin gəlməsi barədə restoranın rəhbəri Şahid4 məlumat vermişdir. Tural müəllim zalın qarşısına gəlmiş və qayda pozuntusu restoran rəhbərinin də diqqətinə çatdırıldıqdan sonra polis şöbəsinə dəvət edilmiş və polis əməkdaşları ilə birlikdə şöbəyə getmişlər. Saat 23:30-da toy məclisi tam olaraq yekunlaşmışdır. Toy bitdikdən sonra toyun haqqını müştərilərdən almışdır. İnzibatçı kimi onun vəzifəsi şadlıq sarayına müştəri kimi gələn şəxslərə şadlıq sarayının menyusunu, şərtlərini təqdim etmək, şadlıq sarayı ilə tanış etmək, karantin rejimi ilə bağlı məhdudiyyətlər barədə xəbərdar etmək, toy olduğu halda isə qoyulmuş qaydalara riayət edilməsinə, işçilərin davranışına, intizamına nəzarət etməkdən ibarətdir. Toy sahibləri qeyd edilən məsələlərlə bağlı tərəfindən şifahi xəbərdar edilsələr də bu barədə iltizama imza etmələrini təklif etməmişdir. Həmin iltizamnaməni sonradan həmin şəxslərin iştirakı olmadan tərtib edərək sənədlərə əlavə etmişdir. Şahid4 artıq sayda qonağın zala buraxılmasından məlumatı olmamışdır. O, Şahid4 məlumat vermədən və razılığını almadan özbaşına olaraq müştərilərin xahişi ilə qonaqların zala daxil olmasına, əlavə masaların açılmasına və stulların qoyulmasına şərait yaratmışdır. Şahid4 qeyd edilən məsələdən polislər gəlib qayda pozuntusunu aşkar etdikdən sonra xəbər tutmuşdur. Əməlindən səmimi peşmançılıq çəkir, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur. Himayəsində iki azyaşlı uşağı vardır, həyat yoldaşı işləmir, ailədə yeganə işləyən şəxs özü olmuşdur. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Bakı şəhəri, Mikayıl Əliyev 9 ünvanında yerləşən "xxxx" adlı restoranı icarə müqaviləsi əsasında Alim adlı şəxsdən icarəyə götürmüşdür və vergi ödəyicisi kimi qeydiyyatdan keçərək VÖEN almışdır. Restoranı Alim adlı şəxsdən icarəyə götürsə də, faktiki sahibi Yaşar müəllim kimi tanıdığı şəxsdir. Onda olan məlumata görə restoran ümumilikdə Yaşar müəllimin oğlu Fərdi kimi tanıdığı şəxsin rəsmi mülkiyyətindədir. Alim adlı şəxs direktor kimi Yaşar müəllim tərəfindən təyin edilmişdir. Yaşar müəllim və onun oğlu Fərdi müəllimlə əvvəldən tanışlığı olsa da, restoranı icarəyə götürərkən nə Yaşar müəllim, nə də onun oğlu Fərdi müəllimlə ünsiyyəti olmamışdır. Onda olan məlumata görə Alim uzun müddət həmin restoranda çalışdığı üçün Yaşar müəllim tərəfindən restorana rəhbər təyin edilmişdir. Restoranın idarəçiliyinin Alimə həvalə edildiyini bildiyindən icarə götürmək üçün birbaşa Alimə müraciət etmiş və razılığa gəlmişdir. İcarəyə götürdüyü restoran kompleks şəklindədir. Şadlıq sarayı, Şou proqram hissəsi və 14 kabinetdən ibarətdir. Şadlıq sarayı olan hissələr birmərtəbəlidir, ikisi 500 nəfərik, biri isə 700 nəfəlik 3 zaldan ibarətdir. 500 nəfər üçün nəzərdə tutulmuş zalların biri “Neolit City”, digəri “Ballroom”, 700 nəfərlik zal isə “Wedding” adlanır. “Neolit city” adlı zal ayrı binada, “Ballroom” və “Wedding” zalları isə “Neolit Hall” adlı başqa binada yerləşir. Şou proqram üçün nəzərdə tutulmuş sahə açıq və qapalı olmaqla iki hissədən ibarətdir. Mövsümdən asılı olaraq şou proqramlar həm açıq, həm də qapalı sahədə keçirilir. 14 kabinetdən ibarət hissə qeyd edilən digər hissələrdən kənarda yerləşir. Restoranın ümumi fəaliyyətinə o, özü nəzarət edir. Təxminən 30 nəfər daimi işçi heyəti vardır. Hər biri ilə tərəfindən rəsmi əmək müqaviləsi bağlanmışdır. Ofisiant adlandırılan toyda masalara qulluq edən şəxslər isə toy və ya başqa tədbirlər olduğu halda günəmuzd, yəni gündəlik 15 manat qarşılığında çalışırlar. Ofisiantlar administrator tərəfindən masaların sayına uyğun dəvət olunur və həmin şəxsləri administrator tanıyır. Restoranın administrator adlanan inzibatçısı vardır. Həmin adminstratorlardan ikisi, yəni Amil və Anar şou proqramlara, Emin və Əhliman kabinetlərə, Ayaz isə yuxarıda qeyd etdiyi zallarda toy tədbirlərinin təşkilinə cavabdehdir. Əmək müqaviləsində vəzifələri xüsusi qeyd edilməsə də, tədbiri sifariş verən müştərilərlə danışıq, sifarişin qəbulu, tədbir gününün təyin edilməsi, beh alınması, ofisiantların qəbulu, tədbiri axıradək idarə etmə, müştəridən hesabın alınması kimi məsələlər tərəfindən birbaşa adminstratorlara, toy tədbiri ilə bağlı isə Ayaz adlı adminstratora həvalə edilmişdir. O, müştərilərlə kontaktda olmur, tədbirin keçirilmə şərtləri, qiyməti və s. məsələləri birbaşa həll etmir. Tədbir barədə həmin məlumatları adminstratordan alır. Ümumi qaydalar stabil olduğu üçün administrator tədbirin şərtləri barədə müştəri ilə sərbəst şəkildə razılaşa bilir və bu barədə ona sonra məlumat verilir. Mövcud pandemiya şəraiti ilə bağlı tədbirlərdə iştirak edən qonaqların sayı bir stolda 6 nəfər əyləşmək şərtilə maksimum 150 nəfər müəyyən edilmişdir, gələn qonaqların qapıçılar tərəfindən Covid pasportları yoxlanılır, işçilər hamısı peyvənd olunmuşdur, tədbir zamanı maska və əlcəkdən istifadə etməklə sanitar qaydalara əməl olunur. Təxminən 1 ay əvvəl toylara cavabdeh olan Ayaz adlı administrator ona məlumat vermişdir ki, 21 noyabr 2021-ci il tarixdə “Wedding” və “City” adlı zalların hərəsində 25 masa və 6 stolda əyləşmək şərtilə stolun biri 100, ya da 110 manata olmaqla 150 nəfərlik toy mərasimi təyin edilmişdir. Lakin həmin vaxt toy sifarişçilərinin kimliyi ona məlum olmamışdır. 21 noyabr 2021-ci il tarixdə axşam saatlarında qeyd edilən zallarda toy məclisi gedərkən o, öz xidməti otağında ümumi nəzarət etmişdir. Həmin gün saat təxminən 18:30 radələrində administrator Təqsirləndirilən şəxs ona bildirmişdir ki, polis əməkdaşları “Wedding” adlı zalda yoxlama apararaq qayda pozuntusu aşkar etmişlər. Zala yaxınlaşmış və orada olan polis əməkdaşları qaydalarla müəyyən edilmiş 150 nəfərdən təxminən 40-50 nəfər artıq sayda qonaq buraxıldığını, zalda masalar ətrafında 6 deyil, daha artıq stul yerləşdirdiyini, əlavə masalar açıldığını onun diqqətinə çatdırmışlar. Bu hal ondan xəbərsiz və onun razılığı olmadan baş verdiyi üçün bu məsələyə cavabdeh olan administrator Təqsirləndirilən şəxs izahat tələb etmişdir. Ayaz ona bildirmişdir ki, toy mərasiminin sahibləri olan gəlinin atası X7 və bəyin atası X11 adlı şəxslər müəyyən edilmiş saydan artıq qonaqlarının olmasını deyərək yüksək dövlət qurumunda çalışdıqlarını, yüksək dairələrə çıxışlarının olmasını bildirib və hüquq mühafizə orqanları ilə yarana biləcək problemin həllini öz öhdələrinə götürəcəklərinə zəmanət verib əlavə bir neçə masa açmasını və digər masalara isə əlavə stul verilməsini xahiş etmiş, Ayaz da onlara güvənib artıq sayda qonağın zala daxil olmasına və əyləşməsinə şərait yaratmışdır. O, bu haldan polislər gələndən sonra xəbər tutmuşdur. Aşkar edilmiş qayda pozuntuları polis əməkdaşları tərəfindən rəsmiləşdirilmiş, əlavə buraxılan qonaqlar zaldan çıxarılmış və araşdırma üçün polis bölməsinə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir toylarda masalara xidmət edir, yəni ofisiant kimi çalışır. Daimi iş yeri yoxdur. Şadlıq saraylarının inzibatçıları, yəni administratorları ofisiant tələb olunduqda ona zəng edərək dəvət edirlər və 19 manat müqabilində toylarda ofisiant kimi xidmət göstərir. 20 noyabr 2021-ci il tarixdə gecə saatlarında "xxxx" şadlıq sarayının administratoru kimi tanıdığı Ayaz müəllim ona zəng edərək “Wedding” adlanan zalda axşam toy olacağını bildirmiş və onu ofisiant kimi həmin toya dəvət etmişdir. Növbəti gün saat 10-da şadlıq sarayına getmiş və Ayaz müəllimlə görüşmüşdür. Ayaz müəllim ona tapşırıqlarını vermiş, xidmət edəcəyi masanı müəyyən etmişdir. Ona 28-ci masa təhkim edilmişdir. Bundan sonra o, işə başlayıb qabları silmiş, masanı səliqəyə salmış, soyuq qəlyanaltıları masaya düzmüşdür. Saat 18-də Orxan adlı bəyin toy mərasimi başlamışdır. Toy mərasimi başladıqdan təxminən 10-15 dəqiqə sonra restoranın administratoru Ayaz müəllim masaya əlavə 2 stul qoymağı tapşırmışdır. Tapşırığa uyğun olaraq masa arxasına əlavə 2 stul qoymuş və onun xidmət etdiyi masada əyləşənlərin sayı 8-ə çatmışdır. Təxminən saat 18:30 radələrində polis əməkdaşları toy mərasimi keçirilən zala gəlib yoxlama aparmışlar. Yoxlama nəticəsində zalda 150 nəfərdən artıq qonaq olduğu müəyyən edilmiş və artıq sayda olan qonaqlar zaldan çıxarıldıqdan sonra toy mərasimi davam etmişdir. Saat 22 radələrində onun masasında əyləşən qonaqların hamısı getdiyi üçün o, təxminən saat 22:30 radələrində işini bitirib əmək haqqı olan 19 manatı Ayaz müəllimdən götürüb evə getmişdir. O, zaldan çıxanda toy hələ davam etmişdir. Bütün ofisiantlar kimi o da xidmət vaxtı əlcək və maskadan istifadə etmişdir. COVİD-19 əleyhinə 2 doza peyvənd olunmuşdur. Toy vaxtı onun fikri mərasim vaxtı xidmət göstərdiyi masada olduğu üçün zaldakı qonaqların ümumi sayını bilməmişdir. Neolit restoranında Şahid4 adlı şəxsi tanımır. Həmin restoranda ancaq Ayaz adlı adminstratoru tanıyır. Orada xidmət göstərdiyi vaxt rəhbər kimi ancaq Ayazdan göstəriş almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, şahid O.B.Əliyevlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də 01 fevral 2021-ci il tarixdən mühasibatçı vəsifəsində çalışır. Çalışdığı qurumla Şahid4 arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-də işçi qeydiyyatını aparır, yəni şadlıq sarayının işçi personalının hər biri ilə sahibkar Şahid4 arasında elektron əmək müqaviləsi tərtib edib portalda yerləşdirilməsini həyata keçirir. Bunun üçün “egov.az” internet saytına daxil olub “Bütün xidmətlər” bölməsindən “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” bölməsinə keçərək “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” bölməsindən Şahid4 məxsus Asan imza ilə “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”nə daxil olur. Sonra “Əmək müqaviləsinin bağlanması ilə bağlı X6 daxil edilməsi” bölməsində işə götürülən şəxslə bağlı “Anket məlumatları”, “şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, FİN kodu”, “İş yerinin aid edildiyi iqtisadi fəaliyyət növünün təsnifatı”, “İş yerinin adı”, “Məşğulluq təsnifatı”, “İşçinin vəzifəsinin adı”, “Əmək müqaviləsinin müddəti”, “İşçinin aylıq əmək haqqı”, “Əməyin ödənilməsi”, “Vəzifə (tarif) maaşı”, “İş saatları” kimi rekvizistləri dolduraraq əmək müqaviləsini qeydə alır. Neolit restoranında administrator, yəni inzibatçı olan Təqsirləndirilən şəxs da əmək müqaviləsini 01 noyabr 2021-ci il tarixdə yuxarıda göstərilən formada Şahid4 göstərişi ilə adminsitrator vəzifəsində sistemdə qeydiyyatdan keçirmişdir. Həmin müqavilədə Təqsirləndirilən şəxs vəzifəsinin (peşəsinin) adı məşğulluq təsnifatı üzrə ofisiant, əmək müqaviləsi üzrə administrator kimi qeyd edilmişdir. Məşğulluq təsnifatı üzrə ofisant kimi göstərilməsinin səbəbi odur ki, “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində işə götürülən şəxsin vəzifəsi adminstrator kimi qeyd edildikdə sistem avtomatik olaraq onun vəzifəsinin (peşəsinin) adını məşğulluq təsnifatı üzrə ofisiant kimi qeydə alır və buna dəyişiklik etmək mümkün olmur. Həmin müqavilə hazırda da qüvvədədir. Adminstrator Təqsirləndirilən şəxs tapşırığı ilə “Neolit şadlıq sarayı City” və “Neolit şadlıq sarayı Hall” zallarındakı 21 noyabr 2021-ci il tarixə nəzərdə tutulmuş toy mərasimlərinin keçirilmə tarixi, başlama və bitmə vaxtı, həmçinin 150 nəfərlik qonaq sayı barədə məlumatları ən az 5 gün qalmış “icaze-e.gov.az” portalına yerləşdirmiş və 22 noyabr 2021-ci il tarixdə həmin məlumatı kompüter vasitəsilə internet üzərindən Şahid4 məxsus Asan imza ilə “icaze-e.gov.az” portalına daxil olaraq tədbirlər bölməsində ekranın şəklini çəkib çap etməklə ofisdəki sənədlərə əlavə etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışşdır. (i.v. 1) -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 21 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 21 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində “Neolit Hall” şadlıq sarayında keçirilən qızının toy şənliyində 150 nəfərdən çox qonağı iştirak etdiyinə görə X7 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 400 manat cərimə edilmişdir. (i.v. 9-10) - 25 noyabr 2021-ci il tarixli protokoldan, fotocədvəldən və digər sənədlərdən görünür ki, Şahid4 təqdim etdiyi bir vərəqdən ibarət olan “icaze-e.gov.az” portalından çıxarışa, həmçinin 21 noyabr 2021-ci il tarixdə “Neolit Halİ” şadlıq sarayında keçirilən toy şənliyinin videogörüntülərini özündə əks etdirən bir ədəd üzərində “CORSAİR.D.K 1” yazısı olan və bir ədəd üzərində “CORSAİR.D.K 2” yazısı olan fleşkart götürülərək baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Neolit şadlıq sarayı City” və “Neolit şadlıq sarayı Hall” zallarındakı 21 noyabr 2021-ci il tarixə nəzərdə tutulmuş toy şənliyi mərasimləri haqqında icazə portalına məlumat daxil edilmişdir. Həmçinin üzərində “CORSAİR.D.K 1” yazısı olan və “CORSAİR.D.K 2” yazısı olan fleşkartlarda fiksə edilmiş 21 noyabr 2021-ci il tarixdə “Neolit Halİ” restoranında təşkil edilmiş toy şənliyində masalar ətrafında 8-10 stul qoyulması və 6 nəfərdən artıq şəxsin əyləşməsi kimi qayda pozuntuları müşahidə edilmişdir. (i.v. 142-147) - 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Şahid4 tərəfindən təqdim edilmiş toy şənliyi mərasiminin videogörüntülərini əks etdirən bir ədəd üzərində “CORSAİR.D.K 1” yazısı olan və bir ədəd üzərində “CORSAİR.D.K 2” yazısı olan fleşkart maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. (i.v. 171-172) -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 14 dekabr 2021-ci il tarixli **********559900 nömrəli məktubundan görünür ki, Şahid4 (VÖEN **********) vergi orqanında vergi ödəyicisi kimi 09.06.2019-cu il tarixdə uçota alınmışdır, Təqsirləndirilən şəxs fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında uçota alınması barədə məlumat yoxdur. (i.v. 175) - 10 fevral 2021-ci il tarixli 01/1002 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən "xxxx" MMC-nin (VÖEN **********) icraçı direktoru X1 özünün xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən qeyri yaşayış və yaşayış sahəsini bir il müddətinə, hər ay 4000 manat icarə haqqı ödəmək şərti ilə icarəçi Şahid4 (VÖEN **********) icarəyə vermişdir. (i.v. 183-184) -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 15 dekabr 2021-ci il tarixli **********7 nömrəli məktubuna əlavə edilmiş əmək müaviləsi bildirişlərindən görünür ki, işəgötürən Şahid4 ilə Təqsirləndirilən şəxs arasında 01 noyabr 2021-ci il tarixli xxxxxxx000901 nömrəli əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmişdir. (i.v. 185-186) - 11 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə edilən elektron hökumət portalından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsi ilə bağlı bəzi sualların aydınlaşdırılması üçün “e-gov.az” internet saytına baxış nəticəsində müəyyən edilmişdir ki, əmək müqaviləsində Təqsirləndirilən şəxs vəzifəsinin (peşəsinin) adı məşğulluq təsnifatı üzrə ofisiant, əmək müqaviləsi üzrə administrator kimi qeyd edilmişdir. Məşğulluq təsnifatı üzrə ofisiant kimi göstərilməsinin səbəbi odur ki, “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”ndə işə götürülən şəxsin vəzifəsi adminstrator kimi qeyd edildikdə sistem avtomatik olaraq onun vəzifəsinin (peşəsinin) adını məşğulluq təsnifatı üzrə ofisiant kimi qeydə alır və buna dəyişiklik etmək mümkün olmur. (i.v. 217- 230) -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 17 yanvar 2022-ci il tarixli **********5 nömrəli məktubundan və ona əlavə edilən portaldan çıxarışdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş 01 noyabr 2021-ci il tarixli xxxxxxx000901 nömrəli işəgötürən Şahid4 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsində Təqsirləndirilən şəxs vəzifəsi adminstrator kimi göstərilmişdir. (i.v. 238-239) - 22 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Şahid4 barəsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Şahid3, Şahid1 və şadlıq sarayının digər işçilərinin barələrində Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə, X11 və X5 barələrində Azərbaycan Respublikası CM-nin 32.4,139- 1.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 263-274) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021ci il tarixli 177 nömrəli Qərarının 1.4-cü bəndinə aşağıdakı məzmunda 2.5-3-cü bənd əlavə edilmişdir: “2.5-3. 2021-ci il 1 iyul tarixindən aşağıdakı tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir: 2.5-3.1. şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir; 2.5-3.2. 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur; 2.5-3.3. 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVİD-19-a qarşı tam peyvənd olmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur; 2.5-3.4. şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) bu Qərarın 2.4-cü bəndinin tələblərinə cavab verməlidir; 2.5-3.5. şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir; 2.5-3.6. şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir; 2.5-3.7. şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir; 2.5-3.8. bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır; 2.5-3.9. ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində 3 koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının X4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir; 2.5-3.10. “icaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin tətbiqi və həmin rejimin tətbiqi müddətlərinin uzadılması” barədə Qərarlarına əsasən karantin rejimini pozan şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşımaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı verdiyi ifadələrində ona qarşı elan edilmiş ittiham üzrə əməlini səmimi etiraf etmişdir və onun cinayət əməlini törətməkdə təqsirinin olması özünün etiraf ifadəsi ilə yanaşı iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmişdir, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi öz çıxışında Azərbaycan Respublikası CM-nin 74-cü maddəsində müəyyən edildiyi qaydada, yəni şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin ictimai təhlükəli olmadığı müəyyən edildiyindən, Təqsirləndirilən şəxs az ağır cinayət olan Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Müdafiəçinin vəsatətinin əsasını təşkil edən halla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi, “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli, “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 8 avqust tarixli 287 nömrəli qərarlarının ləğv edilməsi və bununla bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarının 2.5-11-ci bəndinə əsasən 2022-ci il 6 mart tarixindən etibarən: 2.5-11.1. aşağıdakılara icazə verilir: 1. dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna; 2. dini ritual xidmətlərin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə; 3. bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə; 4. ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə; 5. masaj xidmətlərinin göstərilməsinə; 6. sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə; 2.5-11.2. aşağıdakı məhdudiyyətlər ləğv edilir: 1. mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti; 2. şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti; 3. ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət. Göründüyü kimi, istinad edilən Qərarla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti ləğv edilmişdir. Lakin nəzərə alınmalıdır ki, bu Qərarın qəbul edilməsi ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirməmişdir, həmin Qərarla bəzi məhdudiyyətlər ləğv edilsə də, xüsusi karantin rejiminin müddəti uzadılmış, müvafiq məhdudiyyətlər öz qüvvəsində saxlanılmışdır və Ölkə ərazisində sanitariya-epidemioloji salamatlıq qorunmalıdır. Bununla yanaşı, cinayət qanunvericiliyinə görə, şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Azərbaycan Respublikası CM-nin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Halbuki, Təqsirləndirilən şəxs adminstrator işlədiyi ünvan 1 ünvanında fəaliyyət göstərən “Neolit Hall” şadlıq sarayının “Wedding” zalında 21 noyabr 2021-ci il tarixə toy şənliyi mərasimini təyin edərək qeyd olunan tarixdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş qonaq sayının 150 nəfərdən artıq olmaması, hər bir masa arxasında qonaq sayının 6 nəfərdən artıq olmaması, oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafənin isə 2 metrdən az olmaması kimi qaydalara zidd olaraq həmin tarixdə “Neolit Hall” şadlıq sarayının “Wedding” zalında keçiriləcək toy şənliyi mərasimində hər birində 6 nəfərdən artıq olmaqla ara məsafəsi 2 metrdən az olan masalara 200 nəfərədək qonağın yerləşdirilməsini təmin edib qanunla müəyyən edilmiş qaydalara zidd şəkildə toy şənliyi mərasiminin keçirilməsini təşkil edərək xüsusi karantin rejimini pozmaqla koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratması, adminstrator kimi onun birbaşa rəhbərliyi və nəzarəti altında xüsusi karantin rejimi qaydalarına zidd şəkildə 200 nəfər qonağın iştirakı ilə toy şənliyi mərasimini keçirməsi ilə müşayiət olunan əməlində cinayət tərkibinin bütün əlamətləri mövcud olmuş, bununla da cinayət 21 noyabr 2021-ci il tarixdə başa çatmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 74-cü maddəsində müəyyən edildiyi qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 22 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 53) - 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən müstəntiqin vəsatəti və onunla bağlı prokurorun təqdimatı təmin olunmamış, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. (i.v. 129-133) - 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, müstəntiqin vəsatəti və onunla bağlı prokurorun təqdimatı təmin olunmuş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbadə saxlanılma müddəti 02 ay həddində müəyyən edilmiş, o, məhkəmə iclas zalında dərhal həbsə alınamqla həbsetmənin əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 154-156) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 173-174) -AA3155534 və AA3155561 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X10 və X8 10 fevral 2018-ci il tarixdə doğulmuşlar. (i.v. 234) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə işin faktiki hallarını, iş üzrə cəzanı yüngülləşdirici hal qismində nəzərə alınan halları, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 22 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə barəsində həbs qətimkan tədbirinin seçildiyi 02 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri (cəza müddəti nəzərə alınmaqla) cəza müddəti başa çatanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış iki ədəd fleşkart cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, işin məhkəməyədək icraatı və məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 22 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cəza müddəti başa çatanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanası müəyyən edilsin. Maddi sübut qismində tanınmış üzərlərində “CORSAİR.D.K 1” və “CORSAİR.D.K 2” yazıları olan cəmi iki ədəd fleşkart cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-127/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-127/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver