Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-128/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi X6, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1980-ci il tarixdə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, Yataqxana, ev 68B, mənzil 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx xxxx 2020ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlının sağlamlığına qəsdən az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 68B nömrəli yataqxananın 1-ci mərtəbəsinin dəhlizində həmin yataqxanada yaşayan, xx xxxxxxx 2006-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məişət mübahisəsi zəminində onun övladı X9 söyməsi səbəbindən qabaqcadan özü ilə gətirdiyi taxta parçası ilə azyaşlı olmaqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, o cümlədən sol bilək nahiyəsinə vuraraq Zərərçəkmiş şəxs sol mil sümüyünün aşağı 1/3-nin qapalı sınığı ilə müşayiət olunan, dərəcəsinə görə qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı ondan ayrılmışdır, iki azyaşlı övladı ilə birlikdə yataqxana binasında yaşayır, qızı Günel vərəm xəstəliyindən əziyyət çəkir, oğlu Raul isə autizm xəstəsidir. Yataqxanada onunla qonşu olan Qılman Paşazadənin ailəsi ilə əvvəllər aralarında narazılıq olmamışdır. xx xxxx 2019-cu il tarixdə X3 Paşazadə onun mənzilinin qarşısında küçə pişiyini yemləmiş, pişiyin tükü və yediyi yeməyin qalıqları mənzilin qapısının qarşısını çirkləndirmişdir. Buna görə o, pişiyi oradan uzaqlaşdırmaq istəyəndə Cəlil və bacısı Ləman onu söyüb təhqir etmişlər, üstünə hücum etmək istədikdə nənələri Sarıgül Şahməmmədova gəlib Ləmanı aparmışdır. xx xxxx 2019-cu il tarixdə saat 15 radələrində qızı Günel mənzildən çıxanda Cəlil küçədə səbəbsiz olaraq Güneli küçə söyüşləri ilə söymüşdür. Bu səbəbdən Günel ağlayaraq evə qayıtmış, bu barədə ona danışmışdır. xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində o, pişiyi birdəfəlik qovmaq məqsədi ilə əlinə taxta parçası götürüb yataqxananın dəhlizinə çıxanda Cəlili görmüş, Cəlildən qızı Güneli bir gün əvvəl nə səbəbə söydüyünü soruşmuşdur. Cəlil isə taxta parçası ilə döyüləcəyini zənn edib, əlindəki taxtanı alıb bir neçə dəfə onun öz qoluna vurmuşdur. Səs-küyə Cəlilin anası Məleykə bayıra çıxmış və mübahisəyə qoşulıb onun sacından tutub dartmışdır. Cəlil növbəti dəfə onu taxta ilə vuranda taxta iki yerə bölünmüşdür. O, yerdən bölünmüş taxta parçasının birini götürüb Cəlilin qolundan vurmuşdur. Yataqxanada yaşayanlar onları sakitləşdirmişlər. Sonra Məleykə və yataqxanada yaşayan qohumları onun mənzilinin qapısını döyüb hədələmişlər. Hadisə zamanı aldığı xəsarətlə əlaqədar polisə şikayət edəndə Cəlilin nənəsi Sarıgül ondan xahiş etmişdir ki, şikayət etməsin, bir daha belə hadisələr baş verməyəcək və onu kimsə narahat etməyəcəkdir. Ona görə xəsarəti olmasına baxmayaraq polisə şikayət etməmişdir. Cəlil faktiki olaraq zahiri görkəmindən heç də azyaşlıya oxşamır, Cəlil hətta mübahisə zamanı ondan qorxmamış, üzərinə hücum edib, əlindəki ağac parçasını alaraq onun özünü vurmuşdur. Hadisə zamanı Cəlilin qolundan taxta ilə vursa da, hesab etmir ki, ona hər hansı xəsarət yetirmişdir, çünki vurduğu zərbə güclü olmamışdır, ittihamda göstərildiyi kimi ona ağır xəsarət yetirə bilməzdi. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünün işləmədiyini, çətin şəraitli yataqxana binasında himayəsində olan iki xəstə uşağa özünün tək baxdığını, ailə və maddi vəziyyətinin ağır olduğunu bildirərək bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) X6 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində yaşadığı yataqxananın 1-ci mərtəbəsinin dəhlizində qonşusu və dostu olan azyaşlı Şahid2 ilə oynayarkən yataqxanın 1-ci mərtəbəsində onlarla qonşu yaşayan Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onun üzərinə hücum edib əlində gətirdiyi taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə, o cümlədən sol qolunun bilək nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt yaxınlıqdan keçən, yataqxananın qarşısındakı çayxanada işləyən Şahid1 yaxınlaşıb onu Dürdanənin əlindən alıb kənara çəkmişdir. O, birbaşa şikayət etmək üçün Nizami RPİ-nə qaçıb getmiş, hadisə barədə məlumat verib xəsarəti olduğunu bildirmişdir. Oradan Nizami RPİ-nin 25-ci PŞ-nə getməsini məsləhət görmüşlər. O, evə qayıtmış, hadisə barədə nənəsi Sarıgülə söylədikdən sonra bir yerdə 25-ci Polis Şöbəsinə getmişlər. Az sonra atası və Təqsirləndirilən şəxs da şöbəyə gəlmişlər. Həmin vaxt atasının məsləhəti ilə Dürdanənin onlarla qonşu olmasını nəzərə alıb şikayət etməkdən imtina etmişdir. Sonra baş vermiş hadisə ilə əlaqədar Dürdanə barəsində əlavə problem yaranmasın deyə, babası onu tanımadığı bir sınıqçıya aparmış və orada müalicə olunmuşdur. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında qohumları ilə bir yerdə həyətdə olarkən Dürdanə gəlib yalandan demişdir ki, kimsə onların mənzilində onun divarını döyüb narahat edir. Həmin vaxt babası ilə Dürdanə arasında nübahisə olmuş, babası iki ay əvvəl Dürdanənin ağac parçası ilə onun qoluna vurub ağır xəsarət yetirməsi ilə bağlı polisə şikayət etmişdir. Təqsirləndirilən şəxsin barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 Zərərçəkmiş şəxs (oğlu) ifadəsi ilə eyni məzmunlu izadə vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 68B ünvanında yerləşən yataqxananın qarşısında balaca bir köşkü çayxana kimi işlədir. İşlədiyi yer yataqxananın qarşısında olduğu üçün orada yaşayanları yaxşı tanıyır. xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində “Oba” marketdən çörək alıb çayxanaya qayıtmaq üçün həmişəki kimi yataqxananın 1-ci mərtəbəsindəki dəhlizdən keçərkən görmüşdür ki, birinci mərtəbədə yaşayan Təqsirləndirilən şəxs əlindəki taxta parçası ilə qonşusu Qanuni nümayəndə oğlu azyaşlı Cəlili vurur. Cəlil qolunu üzünə tutub özünü Dürdanənin zərbələrindən qorumuşdur. O, yaxınlaşıb Cəlilin qolundan tutaraq kənara çəkmişdir. Sonradan eşitmişdir mübahisə Cəlilin Dürdanənin qapısının qarşısında pişiyi yemləməsi səbəbindən olmuşdur. Məhkəmə iclasında Şahid2 qanuni nümayəndəsi (atası) X10 iştirakı ilə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur və yaşadığı yataqxananın birincici mərtəbəsində onunla qonşu yaşayır, hər gün yataqxananın dəhlizində birlikdə oynayırlar. xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində Cəlillə yataqxananın dəhlizində oynayarkən onlarla qonşu yaşayan Təqsirləndirilən şəxs əlində taxta parçası ilə gəlib heç bir söz demədən Cəlilin üzərinə hücum etmiş, taxta ilə Cəlilin qoluna və bədəninə vurmuşdur. Həmin vaxt səs-küyə yaxınlıqda çayxanada işləyən İbrahim gəlib Dürdanəni sakitləşdirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs az ağır xəsarət yetirilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Nizami RPİ-nin İŞ-nə göndərilmişdir. (i.v. 1) -Baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən hadisənin baş verdiyi ünvan 2 ünvanına baxış keçirilmişdir. (i.v. 13-14) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və X15 rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 807 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol mil sümüyünün aşağı 1/3-nin qapalı snığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (ola bilsin taxta parçası) təsirindən törənmişdir, sınığın törənmə müddəti 1,5 - 2 aya uyğundur, belə ki, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə alınması inkar olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətin lokalizasiyası və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi nəticəsində alınması inkar olunur. (i.v. 23-25) -Sübutların qiymətləndirilməsi, cinayət işinin və əməlin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 127.2.2-ci maddəsinə tövsif olunmuş, Şahid3 və azyaşlı X7 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. (96-100) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsi özü ilə gətirdiyi taxta parçası ilə vurduğunu faktiki etiraf etmişdir, həmin vaxt zərərçəkmiş şəxsin hansı xəsarət almasının və xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi isə xüsusi bilik tələb edən hal olmaqla, məhkəmə-tibb eksperti tərəfindən bununla bağlı müvafiq rəy verilmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 63) -Qətimkan tədbiri seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 122-123) -Bakı Baş Səhiyyə İdarəsi 6 saylı X1 xx xxxxxx 2019-cu il tarixdə verilmiş 31 saylı Xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, X11 “Sağ ağciyərin infiltrativ vərəmi VWB (-) MDR forma” diaqnozu qoyulmuşdur. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı X2 xx xxxxxx 2015-ci il tarixdə verilmiş ambulator xəstənin ambulator kitabçasından çıxarışın və X13 və X5 çıxarışın surətlərindən görünür ki, X8 “Uşaq autizmi” diaqnozu qoyulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törədərək məsuliyyətə cəlb olunmasını, qızının “Sağ ağciyərin infiltrativ vərəmi”, azyaşlı oğlunun isə “Uşaq autizmi” diaqnozlu xəstəliklərdən əziyyət çəkmələrini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət əməli təqsirləndirilən şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlıya qarşı törədilsə də, cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulduğundan, CM-nin 61.3-cü maddəsinin tələbi baxımından cəza təyin edilərkən həmin hal cəzanı ağırlaşdıran hal kimi təkrar nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1 -ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır, məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci olmamışdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaq zamanı və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.RT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-128/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-128/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver