Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-128/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1974-cü ildə Gürcüstan, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 64 saylı marşrut xətt avtobusunda sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 98 saylı evin 29 saylı mənzilində qeydiyyatda olan və yaşayan barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2021-ci il tarixdə, saat 08 radələrində idarə etdiyi 64 saylı sərnişin avtobusu ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi 50 saylı sərnişin avtobusunun qarşısına keçərək onun hərəkətinə təhlükə yaratması səbəbindən həmin gün saat 08:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 25/19 ünvanında, avtobusların son dayanacağının yaxınlığında aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən, əvvəlcə sağ dirsək nahiyyəsi ilə sonuncunun boğaz nahiyyəsindən vuraraq, itələməsindən sonra Zərərçəkmiş şəxs müvazinətini itirərək yerə yıxıldıqda, qəsdən təpiklə Zərərçəkmiş şəxs sağ qol nahiyyəsindən bir dəfə vurub sağ bazu oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 64 saylı “Karsan” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı sərnişindaşıma avtobusunda yol vərəqəsi əsasında sürücü işləyir. Qeyd olunan marşrut Nizami rayonu, “Neftçilər” metrostansiyasından başlayaraq Günəşli qəsəbəsi ərazisindən keçərək yenidən “Neftçilər” metrostansiyası dayanacağına qayıtmaqla əhatə olunur. Zərərçəkmiş şəxs əvvəldən tanıyır, onunla normal münasibətdə olmuşdur. xx xxxxxx 2021-ci il tarixdə saat 08 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 25/19 ünvanda, yəni son dayancaqda sərnişinləri düşürtdükdən sonra idarə etdiyi avtobusu dayancaqdan irəlidə xəttə hazırlıq ərazisində saxlayaraq avtobusdan düşmüşdür. Bir qədər sonra 50 saylı avtobusun xətt nəzarətçisi vəzifəsində işləyən Tahir adlı şəxs ona yaxınlaşaraq Günəşli qəsəbəsi ərazisində Faikin idarə etdiyi 50 saylı avtobusu sıxaraq hərəkətinə təhlükə yaratdığını, bu səbəbdən Faikin narazı olduğunu bildirmişdir. O, Tahirə belə bir hadisənin baş vermədiyini, avtobusu qaydalara uyğun idarə etdiyini bildirmişdir. Tahirlə danışıqlar zamanı Faik onlardan bir qədər kənarda özünün idarə etdiyi avtobusun yanında dayanmışdır. O, qeyd olunan məsələyə aydınlıq gətirmək məqsədi ilə Tahirlə birlikdə Faikə yaxınlaşmış, Faikin hərəkətinə təhlükə yaratmadığını bildirdikdə Faik onun ünvanına nalayiq ifadə işlətmişdir. O, əsəbləşərək sağ dirsəyi ilə Faikin boğazından arxaya itələmiş, Faik müvazinətini itirərək yerə yıxılmışdır. Faik yerdə olduğu zaman o, təpiklə Faikin sağ qol nahiyəsindən bir dəfə vurmuş, Tahir onun qolundan tutub hadisə yerindən uzaqlaşdırmışdır. Yaranmış mübahisəyə səbəb Faikin onun barəsində xətt nəzarətçisi işləyən Tahirə yalan məlumat verməsi və onu təhqir etməsi olmuşdur. Faiklə aralarında yaranmış mübahisə Nizami rayonu, Qara Qarayev prospekti 25/19 ünvanında, avtobusların son dayanacağından bir qədər irəlidə, xəttə hazırlıq ərazisində baş vermişdir və həmin yerdə başa çatmışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisə Faikin idarə etdiyi avtobusun yanında, yəni boş sahədə baş verdiyindən, həmçinin hadisənin səhər vaxtı baş verdiyindən ətrafda heç kəs olmamış, bu səbəbdən kənar şəxslər heç bir müdaxilə etməmiş və hadisə yerinə toplaşmamışdır. Hadisə yerində Faik, Tahir və ondan başqa heç kəs olmamışdır. Hadisə zamanı Faik onu vurmayıb və ona heç bir xəsarət yetirməmişdir. Hazırda o, etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 2017-ci il tarixdən 50 saylı sərnişin daşıma avtobusunda sürücü vəzifəsində işləyir. O, “Daewoo” markalı, 10- TC-756 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu yol vərəqəsi əsasında idarə edir. Qeyd olunan avtobusun marşrut xətti “Neftçilər” metrostansiyasından başlayaraq Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən keçməklə yenidən “Neftçilər” metrostansiyasının ətrafını əhatə edir. Təqsirləndirilən şəxs əvvəldən tanıyır, onunla həmişə normal münasibətdə olmuşdur. xx xxxxxx 2021-ci il tarixdə saat 08 radələrində idarə etdiyi avtobusla Günəşli qəsəbəsi ərazisində hərəkətdə olarkən 64 saylı sərnişin avtobusunun sürücüsü, əvvəldən tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi avtobusla onun idarə etdiyi avtobusun qarşısına keçərək təhlükəli vəziyyət yaratmışdır. O, buna əhəmiyyət verməyib yoluna davam etmiş, Nizami rayonu, Q.Qarayev prospekti 25/19 ünvana, yəni son dayanacağa çatdıqdan sonra sərnişinləri avtobusdan düşürüb idarə etdiyi avtobusu bir qədər irəli sürərək xəttə hazırlıq ərazisində saxlayıb avtobusdan düşmüşdür. O, işlədiyi avtobusun xətt nəzarətiçisi vəzifəsində işləyən Tahir adlı şəxsə Hacının idarə etdiyi avtobusla onun hərəkətinə təhlükə yaratması barədə məlumat vermişdir. Həmin vaxt Hacı da bir qədər aralıda dayanmışdır. Tahir məsələni özü həll edəcəyini bildirib Hacının yanına getmişdir. Bir qədər sonra Tahir Hacı ilə birlikdə ona yaxınlaşmış, həmin vaxt o, idarə etdiyi avtobusun yanında dayanmışdır. Hacı ondan nə baş verdiyini soruşduqda o, əsəbi olduğu üçün özündən asılı olmadan Hacının ünvanına nalayiq ifadə işlətmişr. Bu zaman Hacı sağ dirsək nahiyəsi ilə onun boğaz nahiyəsindən arxaya itələmiş, o, müvazinətini itirərək yerə yıxılmışdır. Ayağa qalxmaq istədikdə Hacı sağ qol nahiyyəsindən bir dəfə təpiklə vurmuşdur. Bu zaman o, sağ qolunda kəskin ağrı hiss etmiş, Tahir Hacının qolundan tutaraq hadisə yerindən uzaqlaşdırmışdır. Hacı ilə aralarında yaranmış mübahisəyə səbəb Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində Hacının idarə etdiyi avtobusla onun hərəkət yoluna keçərək təhlükə yaratmasının səbəbini aydınlaşdırmaq istədikdə Hacının ünvanına nalayiq ifadə işlətməsi olmuşdur. Hadisə Nizami rayonu, Qara Qarayev prospekti 25/19 ünvanda, idarə etdiyi avtobusun son dayanacağından bir qədər irəlidə baş vermişdir. Təxminən 2-3 dəqiqə davam etmiş, o, sərnişinləri düşürtdükdən sonra avtobusu bir qədər irəli, yəni boş sahəyə sürmüş, hadisə onun idarə etdiyi avtobusun yanında baş vermişdir, bu səbəbdən ətrafda heç kəs olmamışdır. Hadisə səhər vaxtı, eyni zamanda xəttə hazırlıq ərazisində saxladığı avtobusun yanında baş verdiyindən ətrafda heç kim olmamış, bu səbəbdən hadisəyə heç kəs müdaxilə etməmiş və hadisə yerinə heç kəs toplaşmamışdır. Hadisə yerində Tahir, Hacı və ondan başqa heç kəs olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmiş şəxslə barışdığına və vurulmuş zərəri tamamilə ödədiyinə görə onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində ittiham irəli sürülmüş şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs vəsatətini müdafiə edərək, barəsində ittiham irəli sürülmüş şəxsi cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyini və onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməlidirlər, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaq və məhkəmədə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 (iki yüz qırx) manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 (iki yüz qırx) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-128/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-128/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver