Məhkəmə qərarları › İş №1(007)-128/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-128/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-128/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1986-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Maşın bazarı” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.425 qram olan psixotrop maddə metamfetamin, əldə edib üzərində saxlamaqla daşımış, 16 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Azərbaycan Respublikası DİN-nin ÇPA-nın 5-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3vanda yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 1.425 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə aludəçisidir. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən “Maşın bazar”ı kimi tanınan ərazidən 20 manat pul müqabilində tanımadığı şəxsdən “şüşə” kimi tanıdığı narkotik vasitə metamfetamin almış, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanın qarşısında piyada hərəkətdə olan zaman polis əməkdaşlarını görmüş və üzərində narkotik vasitə olduğundan iti addımlarla getməyə başlamışdır. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşmış və hansı səbəbdən onları gördükdən sonra surətlə hərəkət etdiyini soruşmuşlar. O, polis əməkdaşlarına fərqli-fərqli cavablar verdiyi üçün, polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah edilmiş və otaqda hər kəsin iştirakı ilə ona üzərində olan qeyri qanuni əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf paketə bükülü halda içərisində “şüşə” kimi tanıdığı narkotik vasitə olan metamfetamini masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək imzalanmışdır. Əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş DİN-nin ÇPA 5-ci PB-nin polis nəfəri Şahid1 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində polis nəfərləri, Şahid2 və Şahid3 ilə birlikdə gündəlik xidmətdə olan zaman ünvan 5 ünvanın yaxınlığında bir nəfər şəxsin onları görən zaman özünü şübhəli aparmasından və iti addımlarla uzaqlaşmasını görən zaman hərəkətləri şübhə doğurduğundan ona yaxınlaşdıqlarını və özlərini təqdim edərək hansı səbəbdən onları görən zaman uzaqlaşmasını soruşmuş və həmin şəxsi Nizami RPİ -nin 24-cü PŞ-nə dəvət etmiş və birlikdə polis şöbəsinə gəlmişdirlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Polis şöbəsinə vəkil dəvət edilmiş bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra onun hüquq və vəzifələri izah edilməklə təhqiqatçı Mir-Ülfət Abbasovun iştirakı ilə videoçəkiliş etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində hər hansı bir qadağan olunmuş predmet və ya qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməsi təklif olunmuş, bu zaman o, eyində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd şəffaf politelin bükümünə bükülmüş maddəni çıxardaraq masanın üzərinə qoymuş və həmin maddənin “şüşə” kimi tanıdığı narkotik vasitə olan metamfetamin olmasını bildirmiş və Bakı şəhəri, Maşın Bazarı adlanan ərazidən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etməsini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin ÇPA-nın polis nəfərləri Şahid2 Ağa- Mirzə oğlu və Şahid3 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5255 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,425 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 6226 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Zalov X4 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR-sı CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. AR-sı CM-nin 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətin residivinin müəyyən eilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 16 sentyabr 2022-ci il tarixdə saat 14:20-də tutulmuş, 17 sentyabr 2022-ci il tarixdə 14:30-da təqsirləndirilən şəxs qismində dindirilmiş və yalnız bundan sonra onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmişdir. Bakı şəhəri, Nizami rayon 24-cü polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin MSY-nə təhvil verildiyi müəyyən edilmişdir. Həmçinin AR-sı ƏN-yi PX 3 saylı istintaq təcridxanasından məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X10 adlı övladı vardır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 08 ay 28 gün (səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli təqsirləndirilən şəxsin həbs olunduğu vaxtdan, yəni 07 mart 2023cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 55 manat (əlli beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,375 qram olan kustar üsulla hazırlanmış psixotrop vasitəmetamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 ödənilmək üçün 330 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar