Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-128/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 1,131 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, 11 sentyabr 2023-cü il tarixdə saat 22:30 radələrində ünvan 3 ünvanın qarşısında Nizami rayon Polis İdarəsinin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli cins şalvarının qabaq sol yan cibindən 06 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,218 qram, 0,205 qram, 0,166 qram, 0,148 qram, 0,219 qram və 0,175 qram olmaqla, ümumi çəkisi 1,131 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin şalvarın qabaq sağ yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 sentyabr 2023-cü il tarixdə saat 22:00 radələrində yaşadığı evdən zibil tökmək üçün çıxmış və Nizami rayonu, ünvan 7 ünvanının qarşısında polis əməkdaşları onu saxlayaraq Bakı şəhəri Nizami RPİ-nə aparmışlar. O, narkotik vasitə istifadəçisidir. Saxlanılan zaman üzərində az miqdarda narkotik vasitə olmuşdur. Evdəkilərin görməmələri üçün narkotik vasitəni üzərində saxlamışdır. Polis İdarəsində ona təzyiq edərək, hədə-qorxu gələrək üzərində olan bir büküm narkotik vasitəni götürüb bir neçə yerə bölmüşlər və dolabdan bir ədəd tərəzi çıxararaq, 6 ədəd bükümün və tərəzinin ona məxsus olmasını boynuna almasa onu külli miqdarda narkotik vasitə ilə rəsmiləşdirəcəklərini bildirmişlər. Sonra başqa otaqda videoçəkiliş apararaq üzərinə baxış keçirilmişdir. Kim üzərində 6 büküm narkotik vasitə və tərəzi ilə gəzər. 1,131 qram narkotik vasitəni necə 200 manata almaq olar. Ona zor tətbiq etmişlər, o, da məcbur olub videoçəkiliş aparılan zaman etiraf etmişdir. O, nə “Amid” adlı şəxsə, nədə başqa şəxsə narkotik vasitə satmamışdır. Onun narkotik satışından qazandığı pul olsa, nəyə görə gedib kiminsə qapısında usta kimi işləsin. Məhkəmədən qərar qəbul edərkən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında anası və bacısı ilə birlikdə yaşamış, özü isə “Kristal Abşeron” şirkətinə məxsus olan binada usta işləmişdir. Təxminən 1 idir ki, narkotik vasitə olan heroin istifadəçisi olmuşdur. Təxminən 2 həftə əvvəl internet üzərindən “Bəhlul” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və o, internet üzərindən onu “Tohid” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış etmişdir. O, onların heç birinin üzünü görməmiş və onlarla internet vasitəsi ilə ünsiyyət yaratmışdır. “Tohid” ona narkotik vasitə olan heroinin satışı ilə məşğul olduğunu deyəndə o, ondan 6 büküm heroin istəmişdir. O, ondan bunun müqabilində 200 manat pul istəyəndə onun göndərdiyi kartın şifrəsinə 200 manat pul göndərmiş və o, həmin 6 büküm heroini Zabrat qəsəbəsi ərazisində yol kənarında xatırlamadığı yerdə qoyaraq ona onları götürmək üçün istiqamət vermişdir. O, da həmin yeri axtarıb taparaq 6 ədəd şəffaf sellofan bükümdə olan heroinləri götürmüş və onlardan istifadə etməyə başlamışdır. Daha sonra isə verdiyi 200 manat pulun əvəzində həmin heroinin bir hissəsini satmaq qərarına gəlmişdir. Bu məqsədlə təxminən 3-4 gün əvvəl mağazalardan birindən tərəzi almış və onları hissələrə bölərək adını Ramil, Elşən kimi bildiyi tanımadığı şəxslərə satmışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Nizami rayonu, ünvan 7 ünvanının qarşısında olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotk vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nizami RPİ-nə dəvət etmişlər. İdarənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o dövlət hesabına müdafiəçi X3 ilə təmin edilmişdir. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı ilə şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli elektron tərəzini, şalvarının sol yan cibindən isə ona məxsus olan “Samsung’' markalı mobil telefonu və içərisində heroin olan 06 ədəd ayrı-ayrı şəffaf sellofan bükümləri təqdim etmişdir. Bundan sonra 06 ədəd şəffaf sellofan bükümlərdə heroin olduğunu demişdir. Baxış zamanı bükümlər polis əməkdaşı tərəfindən açılmışdır. Onların içərisində narkotk vasitə heroin aşkar olunmuşdur. Aşkar edilmiş vasitələr 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ondan həmin vasitələri və elektron tərəzini haradan əldə etdiyini soruşduqda, o, narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan, özünü “Tohid” kimi təqdim edən tanımadığı şəxsdən aldığını, elektron tərəzini həmin narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2023cü il tarixdə İmran adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə Nizami RPİ-nin NMB-nə məlumat daxil olmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə əlaqədar 11 sentyabr 2023-cü il tarixdə saat 22:30 radələrində o, və bölmənin digər əməliyyat müvəkkili Şahid2 İmran adlı şəxsin Nizami rayonu, ünvan 7 ünvanının qarşısında dayandığını görüb ona yaxınlaşmışlar və İmrana özlərini təqdim etmişlər. Daha sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədi ilə Nizami RPİ-nə dəvət etmişlər. İdarənin xidməti otaqlarının birində saat 23:20 radələrində onun üzərinə şəxsi axtarış keçirilmiş, onun əynində olan cins şalvarının sağ cibindən bir ədəd narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyi gümüşü rəngli tərəzi, şalvarının qabaq sol cibindən isə “Samsung’' markalı mobil telefon və 06 ədəd şəffaf sellofan bükümlər aşkar olunmuşdur. Baxış zamanı 06 ədəd şəffaf sellofan bükümlər təhqiqatçı tərəfindən açılmış, bükümlərin içərisində qəhvəyi rəngli heroinə bənzər kütlə aşkar edilmiş, bükümlərə və elektron tərəziyə baxış keçirilərək onlar 01 ədəd zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümləri və elektron tərəzini haradan əldə etdiyini soruşduqda, o həmin vasitələri İran İslam Respublikası vətəndaşı “Tohid” adlı şəxsdən 200 manata əldə etdiyini, elektron tərəzini isə həmin vasitələrin çəkisini ölçərək satmaq niyyəti ilə əldə etdiyini söyləmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin KTQ-nun inspektoru, polis mayoru Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid Bakı şəhəri Nizami RPİ-nin KTQ-nun inspektoru, polis mayoru Şahid3 istintaqda Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Kənan Əliyevin, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, Nizami RPİ-nin KTQ-nin inspektoru polis kapitanı Şahid3, müdafiəçi X1 iştirakları ilə xx.xx.2023-cü il tarixdə saat 23:20 radələrində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdən əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli tərəzi, həmin şalvarın sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon və sol cibində şəffaf sellofana bükülmüş, 6 ədəd bükümü masanın üzərinə qoyaraq təqdim etmiş, həmçinin o, narkotik vasitə sayılan “kakos”dan istifadə etdiyini, sonuncu dəfə bu gün, yəni 11 sentyabr 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Tohid” adlı şəxsdən 200 manata aldığını və hissə-hissə edərək başqa şəxslərə satacağını, əsasən də “Amid” adlı şəxsə satdığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/4841 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus maddə və tərəzi...” yazı və imzalar olan zərfdə içərisində 6 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,218 qr, 2,205 qr, 0,166 qr, 0,148 qr, 0,219 qr və 0,175 qram olmaqla, ümumi çəkisi 1,131 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin zərfdə olan 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onların çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-387/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi çəkisi 1,131 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,831 qram narkotik vasitə heroin, həmçinin 01 ədəd elektron tərəzi saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. İçərisində videogörüntünün olduğu 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2-Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 6528 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli tərəzi, həmin şalvarın sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon və şəffaf sellofana bükülmüş 6 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlərdə narkotik vasitə “kakos” olduğunu, öz istifadəsi üçün və satmaq məqsədilə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Tohid” adlı şəxsdən 200 manata aldığını, “Ramil”, “Amid” adlı şəxslərə satdığını, tərəzidən narkotik vasitənin çəkisini yoxlamaq üçün istifadə etdiyini bildirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə cinayət təqibi ilə bağlı əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, ekspertiza rəylərini, şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu diski, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəni mötəbər sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin verilmiş ittihamda təqsirli olması məsələsini müəyyən edərkən istintaq zamanı vəkilin iştirakı ilə dindirilməsi barədə protokollara, məhkəmə iclasında tədqiq edilmiş sübutlara istinad edir və belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd olunan mövqeyini Azərbaycan Respublikası CPM-nin 144, 145.1 və 145.2-ci maddələrinə istinad etməklə əsaslandırır. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı deyil, ibtidai istintaq zamanı verdiyi ifadəni mötəbər sübut növü kimi qəbul edərkən nəzərə alır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə toplanılmış digər sübutlarla qarşılıqlı müqayisə edilən zaman verilmiş ittihamın mahiyyətini təsdiq edir və mötəbərliliyi şübhə doğurmur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-373/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-373/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-373/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18 iyun 2013-cü il tarixli qərarında qərara alınmışdır ki, cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,831 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 51 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 306 (üç yüz altı) manat (51x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3(üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-373/2023 saylı hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,831 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 51 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 306 (üç yüz altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-128/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-128/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver