Məhkəmə qərarları › İş №1(007)-129/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-129/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-129/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.331 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 04 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idaman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1.331 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə günorta saatlarında ünvan 5 ünvanını bilmədiyi bir nəfər şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün 01 ədəd kiçik şəffaf rəngli sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə qəhvəyi rəngli maddə kütləsini alıb üzərində saxlamış, 04 oktyabr 2022-ci il tarixdə təxminən saat 21:30 radələrində ünvan 2 ünvanın yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirib barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 23-cü Polis Bölməsinə getmiş, orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparmamışdan əvvəl ona qanunla qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. O, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümünü cibindən çıxardaraq masanın üzərinə qoymuş və onun kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, 04 oktyabr 2022-ci il tarixdə Yasamal rayonunda şəxsi istifadəsi üçün 20 manat pul müqabilində əldə etdiyini və dörd ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını bildirmişdir. Hazırda əməlindən səmimi peşman olmasını, himayəsində 1 uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə raportla məruzə edilmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Nizami rayon prokuroruna və Nizami rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra o və əməliyyat müvəkkili Şahid3, Şahid2, Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanmışdır. Həmin gün əməliyyat müvəkkilləri ilə birlikdə saat 21:30 radələrində daxil olmuş məlumat əsasında ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşaraq xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə təhqiqatçı Şəbnəm Ələkbərovanm iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu təqdim etməsi təklif olunmuşdur. Bu zaman, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın qabaq sağ yan cibindən 01 ədəd şəffaf politelin bükümünə bükülmüş qəhveyi rəngli maddə çıxardaraq masanın üzərinə qoymuş və həmin maddənin kakos kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçrilmiş baxış zamanı əlavə olaraq heç bir qanunla qadağan olunmuş əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim edərək masanın üzərinə qoyduğu şəffaf selefon bükümünə baxış keçirilmiş baxış zamanı həmin maddə kütləsinin qəhvəyi rəngli olması və kəskin iyə məxsus olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Yasamal rayonundan tanımadığı şəxsdən 20 manat pul müqabilində almasını və özünün narkotik vasitə aludəçisi olmasını bildirmişdir. Aşkar edilmiş həmin büküm kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzəri baxışda iştirak edən şəxslər və R.Əskərovun özü tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı bir təklif və ya əlavə daxil olmamış və bütün iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə raportla məruzə edilmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəis tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Nizami rayon prokuroruna və Nizami Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra o və əməliyyat müvəkkili Şahid3, Şahid1, Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanmış, saat 21:30 radələrində daxil olmuş məlumat əsasında ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra Şahid1, sahə inspektoru Şahid5, müdafiəçinin və təhqiqatçı Şəbnəm Ələkbərovanın iştirakı bir sıra prosesual hərəkətlər keçirilməyə başlanmışdır. Həmin zaman xidməti zərurətlə əlaqədar o, şəxsi axtarışda iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23cü PB-nin sahə inspektoru Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə bölmənin əməliyyat müvəkkilləri Şahid3, Şahid2, Şahid4 və X8 23-cü PB-nə narkotik vasitələrin istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs gətirmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə təhqiqatçı Şəbnəm Ələkbərovanın iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan qara rəngli idman şalvarın qabaq sağ yan cibindən 01 ədəd şəffaf politelin bükümünə bükülmüş qəhvəyi rəngli maddə çıxardaraq masanın üzərinə qoymuş və həmin maddənin kakos kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçrilmiş baxış zamanı əlavə olaraq heç bir qanunla qadağan olunmuş əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim edərək masanın üzərinə qoyduğu şəffaf selefon bükümünə baxış zamanı həmin maddə kütləsinin qəhvəyi rəngli olması və kəskin iyə məxsus olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Yasamal rayonundan tanımadığı şəxsdən 20 manat pul müqabilində almasını bildirmiş və özünün narkotik vasitə aludəçisi olmasını qeyd etmişdir. Aşkar edilmiş həmin büküm kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər və R.Əskərovun özü tərəfindən imza edilmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş onun tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və həmin bölmənin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5716 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.331 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli, 6739 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffav rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 1.331 qram olan bükümdə təmiz çəkisi 1.331 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası 02 il 01 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə dəyişdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)1217/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 01 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2022-ci il tarixə çəkilməmiş 01 il 06 ay 20 gün hissəsi 09 ay 10 gün ( doqquz ay on gün) müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş, cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs həbsə alındığı tarixdən hesablanması nəzərdə tutulmuşdur. Qərardan verilmiş apellyasiya şikayəti və kassasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1217/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 04 oktyabr 2022-ci il tarixdə, saat 21:30-da şübhəli şəxs qismində tutulmuş, 06 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə istintaqı zamanı isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(007)-129/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 06 mart 2023-cü il tarixli, 3-16-17/40/2-1124/2023 nömrəli məktubuna əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-129/2023 nömrəli qərarı ilə barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-129/2023 nömrəli qərarı əsasında tutulduğundan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-1217/2022 nömrəli qərarı ilə təyin olunmuş 09 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası bütövlüklə çəkilməmiş qalmışdır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarıldıqdan sonra törətdiyindən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-1217/2022 nömrəli qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 09 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilən cəzaya tamamilə və ya qismən birləşdirilməli, cəzanın əvvəli isə Təqsirləndirilən şəxs həbsə alındığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində bir uşağının olmasını və qardaşı oğlu X2 İİ Qarabağ müharibəsi iştirakçısı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il ( bir il ) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-1217/2022 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 09 ay 10 gün (doqquz ay on gün) müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, barəsində 01 il 03 ay (bir il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 02 ay 28 gün (bir il iki ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli təqsirləndirilən şəxsin həbs olunduğu vaxtdan, yəni 03 mart 2023cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1.281 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili X4 ödənilmək üçün 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 66 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar