Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-129/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləyən, Qubadlı rayonunun Zilanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, döngə 3, ev 29-da yaşayan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanın icrası ilə bağlı 30 mart 2024-cü il tarixdən Bakı şəhər probasiya idarəsinin qeydiyyatında olan, hazırkı iş üzrə 14 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, 17 iyun 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olalaq talama məqsədi ilə 12 iyun 2024-cü il tarixdə saat 02:23 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 104 ünvanında yerləşən Zərərçəkmiş şəxsin arxa giriş qapısından marketə qanunsuz daxil olaraq oradan dəyəri 0,74 qəpik olan 01 ədəd 500 ml qram şüşə “Sirab” firmasına aid qazlı suyu, hər birinin dəyəri 3 manat 98 qəpik olmaqla, ümumi dəyəri 43 manat 78 qəpik olan 11 ədəd 150 ml “NİVEA DEO” markalı dezodorantı, hər birinin dəyəri 3 manat 99 qəpik olmaqla, ümumi dəyəri 31 manat 92 qəpik olan 08 ədəd “NİVEA DEO” markalı dezodorantı, hər birinin dəyəri 3 manat 54 qəpik olmaqla, ümumi dəyəri 21 manat 24 qəpik olan 06 ədəd “GİLLETE BLUE 3 PLUS X3” bıçağını, hər birinin dəyəri 4 manat 68 qəpik olmaqla, ümumi dəyəri 28 manat 08 qəpik olan 06 ədəd 400 ml “Pantene REPAİR” markalı şampunu, hər birinin dəyəri 6 manat 36 qəpik olmaqla, ümumi dəyəri 31 manat 80 qəpik olan 05 ədəd 400 ml “HEAD & SHO CİTRUS” markalı şampunu, hər birinin dəyəri 6 manat 49 qəpik olmaqla 45 manat 43 qəpik olan 07 ədəd 400 ml “HEAD & SHO MEN TOL” markalı şampunu, hər birinin dəyəri 3 manat 98 qəpik olmaqla, ümumi dəyəri 19 manat 90 qəpik olan 05 ədəd 150 ml “NİVEA DEO” markalı dezodorantı, hər birinin dəyəri 4 manat 76 qəpik olmaqla ümumi dəyəri 42 manat 84 qəpik olan 09 ədəd 400 ml “PANTENE” markalı şampunu, hər birinin dəyəri 0,94 qəpik olmaqla ümumi dəyəri 1 manat 88 qəpik olan 02 cüt “X PİER LUİGİ” markalı kişi corabını, hər birinin dəyəri 6 manat 22 qəpik olmaqla, ümumi dəyəri 18 manat 55 qəpik olan 03 ədəd 1 litrlik şüşə “QUBERNATOR” markalı arağı, dəyəri 7 manat 35 qəpik olan 01 ədəd 700 ml şüşə “YAKOR markalı arağı, dəyəri 2 manat 94 qəpik olan 01 ədəd 150 ml “REXONA DEO” markalı Fresh BLUE dezodorantı, hər birinin dəyəri 7 manat 94 qəpik olmaqla, ümumi dəyəri 47 manat 64 qəpik olan 06 ədəd “GİLLETE BLUE” firmasına aid 3 COMFORT 6+2 təraş bıçağını, dəyəri 2 manat 74 qəpik olan bir cüt “P. LUİGİ” markalı kişi corabını, hər birinin dəyəri 1 manat 15 qəpik olmaqla, ümumi dəyəri 2 manat 30 qəpik olan 02 ədəd pivə bokalını, hər birinin dəyəri 4 manat 19 qəpik olmaqla, ümumi dəyəri 25 manat 14 qəpik olan 06 ədəd “Sırt Canta” 22*40 sm MAGİC markalı çantanı, dəyəri 8 manat 08 qəpik olan 01 ədəd 700 ml şüşə “MAMEDOFF” markalı arağı, hər birinin dəyəri 8 manat 47 qəpik olmaqla, 16 manat 94 qəpik olan 02 ədəd 1000 ml şüşə “GRADUS ORGANİK VODKA” markalı arağı, hər birinin dəyəri 1 manat 31 qəpik olmaqla, ümumi dəyəri 9 manat 17 qəpik olan 07 ədəd “ARKO TERAS mm 5Lİ” bıçağı, hər birinin dəyəri 13 manat 16 qəpik olmaqla, ümumi dəyəri 52 manat 64 qəpik olan 04 ədəd 260x260x24 mm ölçüdə elektron tərəzini, hər birinin dəyəri 12 manat 37 qəpik olmaqla, ümumi dəyəri 24 manat 74 qəpik olan 02 ədəd “HJ-17” markalı ütünü, dəyəri 6 manat 44 qəpik olan 01 ədəd “HJ-19” markalı saçdüzəldən feni, hər birinin dəyəri 1 manat 66 qəpik olmaqla, ümumi dəyəri 3 manat 32 qəpik olan 02 ədəd “AMANDA LAVABO ORGANİZER FS01-01” markalı hamam üçün borunu, hər birinin dəyəri 3 manat 98 qəpik olmaqla, ümumi dəyəri 31 manat 84 qəpik olan 08 ədəd 500 ml “NİVEA DEO” markalı dezodorantı, hər birinin dəyəri 10 manat 38 qəpik olmaqla, ümumi dəyəri 20 manat 76 qəpik olan 02 ədəd “NV-7120 2500W” markalı feni, dəyəri 0,61 qəpik olan 01 ədəd “ECO CANTA 450*395 CM EGEMEN” markalı çantanı, dəyəri 4 manat 02 qəpik olan 01 ədəd 400 ml “Elidor” markalı şampunu, hər birinin dəyəri 2 manat 88 qəpik olmaqla, ümumi dəyəri 8 manat 64 qəpik olan 03 ədəd 150 ml “REXSONA DEO” markalı İNV İCE FRESH dezodarantı, hər birinin dəyəri 2 manat 88 qəpik olmaqla, ümumi dəyəri 5 manat 76 qəpik olan 02 ədəd 150 ml “REXSONA DEO” markalı ACTİVE DRY dezodorantı, hər birinin dəyəri 12 manat 46 qəpik olmaqla, ümumi dəyəri 24 manat 92 qəpik olan 02 ədəd “LAMPA 90 LED EMERGENCY 63.5 *7*4CM” markalı lampanı, dəyəri 31 manat 30 qəpik olan 01 ədəd “SİNBO” markalı 2000W SBG-7110 elektrikli İZGARA tosteri, hər birinin dəyəri 15 manat 09 qəpik olmaqla, ümumi dəyəri 30 manat 18 qəpik olan 02 əcəd “KUMTEL-CAMAŞİRLİK-18M” markalı paltar qurutmaq üçün asılqanı, hər birinin dəyəri 10 manat 15 qəpik olmaqla ümumi dəyəri 20 manat 30 qəpik olan 02 ədəd 1 litrlik şüşə “SUXOV” markalı arağı və dəyəri 519 manat 81 qəpik olan 01 ədəd “Lenovo” markalı prosessoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 1193 manat 85 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-cü il tarixdə o, Nərgiz İsgəndərova ilə ailə həyat qurmuş və 10 iyun 2024-cü il tarixdə oğlu Səccad anadan olmuşdur. 12 iyun 2024-cü il tarixdə oğlunu Bakı şəhəri Xətai rayonunda yerləşən “Leyla Şıxlinski” adına xəstəxanadan çıxarmağa və dərman almağa pulu olmadığı üçün qonşusu Şahid3la razılaşmışlar ki, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 24 ünvanında yerləşən Zərərçəkmiş şəxsin qapısını sındırıb daxil olaraq pul və ya tütün məmulatları oğurlayıb, satıb pul əldə edərlər və o da uşağını xəstəxanadan çıxarar, lazım olan dərmanı alar. 11 iyun 2024-cü il tarixdə saat 23:45 radələrində o, Cavidlə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzinin qarşısına piyada və oradan isə bir manatlıq taksi ilə metronun “Neftçilər” stasiyasının yaxınlığına gəlmişlər. Həmin vaxt Cavid spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. Cavidlə 12 iyun 2024-cü il tarixdə saat 00:15 radələrində piyada Q.Qarayev prospekti 104 ünvanında yerləşər Zərərçəkmiş şəxsin qarşısına gəlmişlər. Həmin vaxt Cavid ona demişdir ki, Zərərçəkmiş şəxsin plastikdən olan giriş qapısını güc verib açacaqdır. O, razılıq vermiş və Caviddən 20-25 metr aralıda dayanmışdır ki, kimsə gəlsə xəbər versin. Cavid marketin plastikdən olan giriş qapısını açmış və həmin vaxt Zərərçəkmiş şəxsə tərəf adam gəldiyini görüb gizlənmişdir. O, elə bilmişdir ki, Cavid marketin içinə girib gizlənib. Buna gorə o, Cavidin çıxmağını gözləmişdir. 2 saatdan çox gözləsə də, Cavid marketdən çıxmamışdır. O, özü marketin giriş qapısına tərəf getmiş, həmin vaxt marketin giriş qapısının nisbətən açıq vəziyyətdə olduğunu görmüşdür. Artıq saat 02:23 radələri olmuşdur. O, ətrafda heç kəsin olmamağından istifadə edib giriş qapısından marketə daxil olmuş və görmüşdür ki, Cavid marketdə yoxdur, qapını açıq qoyaraq qaçıb gedib. Mobil telefonunun cərəyanı qurtardığı üçün telefonu sönmüş, ona görə Cavidə zəng vurub ondan harada olmasını soruşa bilməmişdir. Özü kassa tərəfə yaxınlaşmış, əvvəlcə kassa aparatının qoşulduğu prosessoru cərəyandan ayırıb prosessoru götürüb iri həcmdə olan qara rəngli sellofanın içərisinə qoymuş, daha sonra orada olan vint açanı götürüb marketin arxa giriş qapısının yanında olan “eManat” terminalının yanına yaxınlaşmışdır. Terminalı cərəyandan ayırdıqdan sonra əlində olan vint açan ilə terminala müdaxilə edib sökmək istəmişdir. Terminalı sökməkdə məqsədi, içərisində olan pulları götürmək olmuşdur. Bir neçə dəfə terminalı açmağa cəhd göstərsə də, aça bilməyib marketin digər hissəsinə keçmiş, vitrində satışda olan çantalardan bir neçəsini götürüb vitrində olan müxtəlif markalı dezodorantları və şampunları, müxtəlif ölçülü təraş bıçaqlarını, ülgücləri satışa qoyulmuş oğurladığı çantalara yığdıqdan sonra digər vitrində olan 2 ədəd çəki ölçmək üçün elektron tərəzini, 02 ədəd paltar və ya dəsmal qurutmaq üçün açılıb-bağlanan asılqanı, 02 ədəd saç qurudan feni, 01 ədəd saç ütüsünü və 01 ədəd təzə vəziyyətdə olan elektriklə işləyən toster aparatını oğurlayıb prosessoru qoyduğu qara rəngli sellofan torbaya yığaraq oğurladığı əşyaları götürüb marketin arxa qapısından çölə çıxmışdır. Oğurladığı əşyaları yaxınlıqdakı binanın tininə qoyub yenidən marketə daxil olub orada olan parça zənbili götürmüş və spirtli içkilər satılan vitrinə yaxınlaşmışdır. Vitrində olan müxtəlif adlı 07 ədəd arağı götürüb zənbilə qoyduqdan sonra yenidən marketin arxa qapısından çıxıb digər əşyaları qoyduğu yerə yaxınlaşmış və həmin ərazidə 4-5 dəqiqə ərzində taksi axtarmağa başlamışdır. Yoldan təsadüfən taksi kimi fəaliyyət göstərən ağ rəngli “Nissan Note” markalı, modelini və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin keçdiyini görüb dərhal tanımadığı sürücüyə taksini saxlatdırmış və taksi sürücüsünə demişdir ki, özünə məxsus əşyalar var, əşyaları evə aparır. Bundan sonra oğurladığı əşyaları taksiyə yükləmiş və taksi sürücüsü avtomobili idarə edərək Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsi, 2 saylı dalana aparıb çatdırmışdır. Həmin ünvana çatdıqda saat 04:30 radələri olmuşdur. Fikirləşmişdir ki, oğurladığı əşyaları qonşuluqda yaşayan Şahid2 yaşadığı evin həyətinə qoysun. Buna gorə taksini Nərimanın yaşadığı evin qarşısına sürdürmüş və avtomobili orada saxlatdırmışdır. Avtomobildən həmin malları düşürüb taksi sürücüsünə yol haqqı kimi 5 manat pul verərək onu yola salmışdır. Bundan sonra qapını döymüş, səsə qapını Şahid2 özü açmışdır. O, Nərimana demişdir ki, dostu mağazasını bağlayıb, içərisində olan malları ucuz qiymətə satarkən həmin məhsulları o, almışdır. Evlərində onları qoymağa yer yoxdur, buna görə o, malları həyətə qoysun, səhər gəlib götürəcəkdir. Şahid2 razılıq vermiş və malları Şahid2 yaşadığı evin həyətinə qoymuşdur. Bundan sonra yaşadığı evə getmiş, paltarlarını dəyişmiş və 12 iyun 2024-cü il tarixdə saat 09-10 radələrində yenidən Nərimangilə getmiş, oğurladığı malların bir qismini, yəni şampun, dezodorant, araq şüşələrini götürmüş və Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində “Kraska zavodu” deyilən yerdə tanımadığı şəxslərə 200 manata satmışdır. Bundan sonra “Leyla Şıxlinski” xəstəxanasına getmiş və 130 manat ödəniş edib yeni doğulan körpə oğul övladını xəstəxanadan çıxarıb evə aparmışdır. Qalan pula isə dərman almışdır. 14 iyun 2024-cü il tarixdə yaşadığı evdən çıxan zaman mülki geyimdə olan şəxslər onu saxlayıb özlərini Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis işçiləri kimi təqdim etmiş, sonra onu 24-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində ondan Zərərçəkmiş şəxsdən oğurluq olması barədə soruşduqda, o da səmimi olaraq törətdiyi oğurluq cinayət əməlini etiraf edib bununla bağlı izahat vermişdir. İzahat verərkən oğurladığı qalan əşyaların yerini demiş və polis əməkdaşları gedib götürmüşlər. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, Şahid2 yaşadığı evin həyətində gizlətdiyi həmin əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Belə ki, o, dostunun marketi bağladığına görə malları ucuz qiymətə satdığından özünün aldığını bildirib evlərində yer olmadığından Nərimandan malları müvəqqəti həyətinə qoymağı xahiş etmişdir. Nəriman da onun sözünü yerə salmayıb malları həyətinə yerləşdirməyə ona icazə vermişdir. O, malları həyətə qoyarkən içərisindən Nəriman 01 ədəd paltar asılqanını evdə işlətmək üçün ondan istəmişdir. O da 01 ədəd paltar qurudulan asılqanı Nərimana vermişdir. Lakin həmin vaxt Nərimandan oğurladığı əşyaları həyətində qalmasını xahiş edərkən o, Nərimana bunun müqabilində heç bir məbləğdə pul və ya əşya verməyi vəd etməmiş, nə də Nəriman ona oğurluq törədəcəyi halda oğurladığı əşyaları həyətində gizlətməyi ilə bağlı ona əvvəlcədən vəd verməmişdir. Nəriman yalnız 01 ədəd paltar asılqanını istəmiş, o da, asılqanı Nərimana vermişdir. Nərimanın həmin asılqanla birlikdə, onun həyətində gizlətdiyi malların oğurluq olmasını bilməmişdir. Polis əməkdaşları Nərimanın həyətində olarkən oğurladıqdan sonra onun sata bilmədiyi əşyalardan 01 ədəd “Head&shoulders”, 04 ədəd “Pantene Pro-v" markalı şampunu, 02 ədəd “NİVEA” markalı dezodorantı, 01 ədəd üzərində “Wolf” yazısı həkk olunmuş elektron tərəzini, üzərində “magic bag” yazısı həkk olunmuş boz-yaşımtıl rəngli 02 ədəd, yaşımtıl bənövşəyi rəngli 01 ədəd, göy-yaşımtıl rəngli 01 ədəd çantanı, 01 ədəd “lenovo” markalı prosessoru, 01 ədəd “kumtel” markalı paltar qurutmaq üçün asılqanı evdə istifadə üçün verdiyi 01 ədəd asılqanla birlikdə polisə təhvil vermişdir. Nəriman həmin əşyaların oğurluq olduğunu yalnız həmin vaxt bilmişdir. 12 iyun 2024-cü il tarixdə saat 02:24 radələrində Q.Qarayev prospekti 104 ünvanında yerləşən Zərərçəkmiş şəxsin arxa giriş qapısından marketə daxil olan, orada vitrinlərə yaxınlaşaraq müxtəlif çeşidli məhsulları 03 ədəd çantaya və 01 ədəd böyük ölçülü qara rəngli sellofan torbaya yığaraq oğurluq məqsədlə marketdən çıxarıb, küçədə dayanmış ağ rəngli avtomobilə yükləyən, həmçinin əynində qara rəngli qısaqol köynək, qara rəngli şalvar və başında şapka olan kişi cinsli şəxs onun özü olmuşdur. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın tamamilə ödənildiyini, himayəsində bir azyaşlı uşağı olduğunu, qardaşının 1-ci qrup əlil olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-yə aid mağazalar hər gün saat 08 radələrində açılaraq müştərilərə xidmət göstərilir, saat 22:00-da bağlanılır. O, 12 iyun 2024-cü il tarixdə təxminən saat 08:20 radələrində yolda olarkən Nizami rayonu, Q.Qarayev prospekti, 104 ünvanında yerləşən Zərərçəkmiş şəxsin müdiri Şahid1 mobil telefonuna zəng edib ona marketdə oğurluq olduğunu və dərhal oraya yaxınlaşmağını, bu barədə DİN-in “102” xidmətinə də məlumat verdiyini bildirmişdir. Bu barədə Şahid1 eşidən kimi sözügedən ünvana yaxınlaşmışdır. Orada Şahid1 ona danışmışdır ki, həmişə olduğu kimi 12 iyun 2024-cü il tarixdə saat 08 radələrində işə gələrək üzərindəki açarla marketin giriş qapısını açıb içəri daxıl olduqda satışa qoyulmuş məktəbli çantalarının və 02 cüt corabın yerdə dağınıq olmasını görüb marketə kənar şəxs və ya şəxslərin daxil olub orada oğurluq hadisəsi törətməsindən şübhələndiyi üçün marketin arxa tərəfdə yerləşən qapısına tərəf getmişdir. Bu zaman Şahid1 ağ rəngli plastik orta hissəsindən yuxarı şüşə materialdan hazırlanmış həmin qapının cəftəsinin sınıq vəziyyətdə aralı olduğunu görmüş, sonra spirtli içki məhsullarının olduğu vitrinə yaxınlaşıb göz gəzdirdikdə araqların bəzilərinin, daha sonra müxtəlif kosmetik ləvazimatların satıldığı bölməyə yaxınlaşarkən şampun və spreylərin yerində olmadığını aşkar etmişdir. Daha sonra təhlükəsizlik müşahidə kameralarının qeydə alındığı videogörüntülərə baxmaq məqsədilə kabinetə yaxınlaşıb kompüter vasitəsilə videogörüntüləri açıb görüntülərə baxdıqda bir nəfər naməlum kişi cinsli şəxsin marketin arxa giriş qapısına yaxınlaşıb əlindəki vintaçan açarla qapının kilidini açmağa cəhd etdiyini, qapı açılmadıqda qapını dartışdırdığını, sonra da həmin şəxsin qaçıb oradan uzaqlaşdığını, qapı aralı qaldığından digər bir nəfər naməlum kişi cinsli şəxsin həmin qapıdan içəri daxil olub vitrinlərə yaxınlaşaraq satışa qoyulmuş məhsulları oğurlayaraq marketi tərk etdiyini müəyyənləşdirmişdir. O, Şahid1 dinlədikdən sonra onlar birlikdə təhlükəsizlik müşahidə kameralarının 12 iyun 2024-cü il tarixdə qeydə alınan videogörüntülərinə baxdıqda həmin gün saat 00:48 radələrində bir nəfər başında ağ rənglı şapkayla, əynində ağ rəngli qısaqol köynək və ağ rəngli şalvar olan arıq kişi cinsli şəxsin marketin pilastik materialdan olan şüşəli qapısını əvvəlcə vintaçan açarla açmağa cəhd etdiyini, sonra da qapının dəstəyindən tutub irəli-geri dartışdıraraq qapını sındırıb açdığını və içəri daxil olmadan oradan uzaqlaşdığını, növbəti videogörüntüdə isə başında ağ rəngli şapka, əynində qara rəngli qısaqol köynək və ağ rəngli şalvar olan başqa bir nəfər şəxsin saat 02:23 radələrində içəri marketə daxil olub, marketdə quraşdırılmış “eManat” ödəniş terminalına yaxınlaşdığını və aparatı açmağa cəhd etdiyini görmüşlər. Lakin həmin naməlum şəxs aparatın açılmadığını görüb mağazada yerləşən məhsulları vitrinlərdən götürüb, satış sahəsində yerləşən məktəbli çantasına doldurub, həmçinin kassaya aid 01 ədəd “Lenovo” markalı prosessoru sökərək özü ilə gətirdiyi qara rəngli torbaya qoymuş, sonra da digər vitrinlərə yönəlib oğurluq etmişdir. Oğurladığı əşyaları da həmin şəxs əlindəki məktəbli çantasına və qara rəngli sellofan torbaya yığıb marketə daxiİ olduğu qapıdan da əlində məktəbli çantası və sellofan torba ilə birlikdə küçəyə çıxaraq marketdən uzaqlaşmışdır. Özü həmin şəxslərin heç birini tanımamışdır. Sonradan Nizami RPİ-nin 24-cü polis şöbəsində ona həmin şəxslərin şəxsiyyətləri məlum olmuşdur ki, qapını açmağa cəhd edən şəxs Şahid3, marketə daxil olub oradakı malları oğurlayan şəxs isə Təqsirləndirilən şəxsdur. Onlar oğurlanan əşyaları tam dəqiqləşdirərək müəyyən etmişlər ki, oğurluq edən şəxs 12 iyun 2024-cü il tarixdə saat 02:23 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 104 ünvanında yerləşən Zərərçəkmiş şəxsin arxa giriş qapısından marketə qanunsuz daxil olaraq oradan dəyəri 0,74 qəpik olan 01 ədəd 500 ml qram şüşə “Sirab” firmasına aid qazlı suyu, hər birinin dəyəri 3 manat 98 qəpik olmaqla, ümumi dəyəri 43 manat 78 qəpik olan 11 ədəd 150 ml “NİVEA DEO” markalı dezodorantı, hər birinin dəyəri 3 manat 99 qəpik olmaqla, ümumi dəyəri 31 manat 92 qəpik olan 08 ədəd “NİVEA DEO” markalı dezodorantı, hər birinin dəyəri 3 manat 54 qəpik olmaqla, ümumi dəyəri 21 manat 24 qəpik olan 06 ədəd “GİLLETE BLUE 3 PLUS X3” bıçağını, hər birinin dəyəri 4 manat 68 qəpik olmaqla, ümumi dəyəri 28 manat 08 qəpik olan 06 ədəd 400 ml “Pantene REPAİR” markalı şampunu, hər birinin dəyəri 6 manat 36 qəpik olmaqla, ümumi dəyəri 31 manat 80 qəpik olan 05 ədəd 400 ml “HEAD & SHO CİTRUS” markalı şampunu, hər birinin dəyəri 6 manat 49 qəpik olmaqla 45 manat 43 qəpik olan 07 ədəd 400 ml “HEAD & SHO MEN TOL” markalı şampunu, hər birinin dəyəri 3 manat 98 qəpik olmaqla, ümumi dəyəri 19 manat 90 qəpik olan 05 ədəd 150 ml “NİVEA DEO” markalı dezodorantı, hər birinin dəyəri 4 manat 76 qəpik olmaqla ümumi dəyəri 42 manat 84 qəpik olan 09 ədəd 400 ml “PANTENE” markalı şampunu, hər birinin dəyəri 0,94 qəpik olmaqla ümumi dəyəri 1 manat 88 qəpik olan 02 cüt “X PİER LUİGİ” markalı kişi corabını, hər birinin dəyəri 6 manat 22 qəpik olmaqla, ümumi dəyəri 18 manat 55 qəpik olan 03 ədəd 1 litrlik şüşə “QUBERNATOR” markalı arağı, dəyəri 7 manat 35 qəpik olan 01 ədəd 700 ml şüşə “YAKOR markalı arağı, dəyəri 2 manat 94 qəpik olan 01 ədəd 150 ml “REXONA DEO” markalı Fresh BLUE dezodorantı, hər birinin dəyəri 7 manat 94 qəpik olmaqla, ümumi dəyəri 47 manat 64 qəpik olan 06 ədəd “GİLLETE BLUE” firmasına aid 3 COMFORT 6+2 təraş bıçağını, dəyəri 2 manat 74 qəpik olan bir cüt “P. LUİGİ” markalı kişi corabını, hər birinin dəyəri 1 manat 15 qəpik olmaqla, ümumi dəyəri 2 manat 30 qəpik olan 02 ədəd pivə bokalını, hər birinin dəyəri 4 manat 19 qəpik olmaqla, ümumi dəyəri 25 manat 14 qəpik olan 06 ədəd “Sırt Canta” 22*40 sm MAGİC markalı çantanı, dəyəri 8 manat 08 qəpik olan 01 ədəd 700 ml şüşə “MAMEDOFF” markalı arağı, hər birinin dəyəri 8 manat 47 qəpik olmaqla, 16 manat 94 qəpik olan 02 ədəd 1000 ml şüşə “GRADUS ORGANİK VODKA” markalı arağı, hər birinin dəyəri 1 manat 31 qəpik olmaqla, ümumi dəyəri 9 manat 17 qəpik olan 07 ədəd “ARKO TERAS mm 5Lİ” bıçağı, hər birinin dəyəri 13 manat 16 qəpik olmaqla, ümumi dəyəri 52 manat 64 qəpik olan 04 ədəd 260x260x24 mm ölçüdə elektron tərəzini, hər birinin dəyəri 12 manat 37 qəpik olmaqla, ümumi dəyəri 24 manat 74 qəpik olan 02 ədəd “HJ-17” markalı ütünü, dəyəri 6 manat 44 qəpik olan 01 ədəd “HJ-19” markalı saçdüzəldən feni, hər birinin dəyəri 1 manat 66 qəpik olmaqla, ümumi dəyəri 3 manat 32 qəpik olan 02 ədəd “AMANDA LAVABO ORGANİZER FS01-01” markalı hamam üçün borunu, hər birinin dəyəri 3 manat 98 qəpik olmaqla, ümumi dəyəri 31 manat 84 qəpik olan 08 ədəd 500 ml “NİVEA DEO” markalı dezodorantı, hər birinin dəyəri 10 manat 38 qəpik olmaqla, ümumi dəyəri 20 manat 76 qəpik olan 02 ədəd “NV- 7120 2500W” markalı feni, dəyəri 0,61 qəpik olan 01 ədəd “ECO CANTA 450*395 CM EGEMEN” markalı çantanı, dəyəri 4 manat 02 qəpik olan 01 ədəd 400 ml “Elidor” markalı şampunu, hər birinin dəyəri 2 manat 88 qəpik olmaqla, ümumi dəyəri 8 manat 64 qəpik olan 03 ədəd 150 ml “REXSONA DEO” markalı İNV İCE FRESH dezodarantı, hər birinin dəyəri 2 manat 88 qəpik olmaqla, ümumi dəyəri 5 manat 76 qəpik olan 02 ədəd 150 ml “REXSONA DEO” markalı ACTİVE DRY dezodorantı, hər birinin dəyəri 12 manat 46 qəpik olmaqla, ümumi dəyəri 24 manat 92 qəpik olan 02 ədəd “LAMPA 90 LED EMERGENCY 63.5 *7*4CM” markalı lampanı, dəyəri 31 manat 30 qəpik olan 01 ədəd “SİNBO” markalı 2000W SBG-7110 elektrikli İZGARA tosteri, hər birinin dəyəri 15 manat 09 qəpik olmaqla, ümumi dəyəri 30 manat 18 qəpik olan 02 əcəd “KUMTEL-CAMAŞİRLİK-18M” markalı paltar qurutmaq üçün asılqanı, hər birinin dəyəri 10 manat 15 qəpik olmaqla ümumi dəyəri 20 manat 30 qəpik olan 02 ədəd 1 litrlik şüşə “SUXOV” markalı arağı və dəyəri 519 manat 81 qəpik olan 01 ədəd “Lenovo” markalı prosessoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 1193 manat 85 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanan həmin əşyaların içərisindən 01 ədəd “Head & shoulders”, 04 ədəd “Pantene Pro-v“ markalı şampun, 02 ədəd “NİVEA” markalı dezodorant, 01 ədəd üzərində “Wolf” yazısı həkk olunmuş elektron tərəzi, üzərində “magic bag” yazısı həkk olunmuş boz-yaşımtıl rəngli 02 ədəd, yaşımtıl-bənövşəyi rəngli 01 ədəd, göy-yaşımtıl rəngli 01 ədəd çanta 01 ədəd “lenovo” markalı prosessor, 02 ədəd “kumtel” markalı paltar qurutmaq üçün asılqan təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxsdən oğurlanan, lakin sata bilmədiyi məhsullar zədələnmədən qaytarıldığından və qaytara bilmədiyi əşyaların dəyəri kimi 580,58 manat məbləğində pul şəklində tam ödənildiyindən oğurluq hadisəsi ilə bağlı Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmamışdır. İş üzrə məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyində qeyd olunan bəzi məhsulların qiymətləri onun qeyd etdiyi qiymətlərdən yuxarı, bəzilərinin qiyməti isə aşağı göstərilmiş, ona görə dəymiş maddi ziyanın onun göstərdiyi məbləğlə nəzərə alınmasını xahiş etmişdir. Hüquqi şəxsə vurulmuş maddi ziyanın əvəzi tam olaraq ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Kazım oğlu zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərdiklərinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 iştirakları mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid3 sözügedən ifadəsində göstərmişdir ki, o, 11 iyun 2024-cü il tarixdə təxminən saat 21 radələrində yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsi, döngə 2-də məhəllədə oturub araq içən zaman qonşusu Təqsirləndirilən şəxs ona yaxınlaşıb oturacaqda yanında əyləşmiş və onunla söhbət etməyə başlamışdır. Söhbət zamanı Vüqar ona yeni övladının dünyaya gəldiyini, lakin maddi cəhətdən imkanı olmadığından övladını xəstəxanadan çıxara bilmədiyini, buna görə pula ehtiyacı olduğunu bildirmişdir. O da, Vüqara maddi cəhətdən köməklik göstərmək məqsədilə oğurluq etmək qərarına gəlmiş və qərarını ona bildirmişdir. Vüqar onun oğurluq etmək qərarı ilə razılaşmışdır. Sonra birlikdə məhəllədən çıxmışlar. Bir qədər piyada getdikdən sonra yaxınlıqdan keçən tanımadığı taksiyə əyləşib həmin taksi ilə Bakı şəhəri Nizami rayonu “Neftçilər” metrostansiyası istiqamətində gəlmişlər, Q.Qarayev prospektində yerləşən Zərərçəkmiş şəxsin 300-400 metrliyində kimliyini bilmədiyi sürücüyə avtomobili saxlatdırıb, 3 manat yol haqqı ödəyib taksidən düşmüşlər. Taksi ərazidən uzaqlaşıb getmişdir. Onlar piyada Zərərçəkmiş şəxsin arxa giriş qapısına doğru gəlmiş və orada o, Vüqara demişdir ki, “sən kənarda dur, məni gözlə. Birdən kənar şəxslərdən kimsə gələr.” Vüqar da marketdən təxminən 20-25 metr aralıda dayanmışdır. Artıq 12 iyun 2024-cü il, saat 00:40 radələri olmuşdur, o, özü ilə gətirdiyi vintaçan açarla marketin ağ rəngli plastik materialdan olan şüşəli qapısının kilidini açmaq istəsə də, aça bilməmişdir. Həmin vaxt o, vintaçan açarla qapıya müdaxilə edərkən səs-küy saldığından kənardan şəxsin səs-küyə ərazidə ona yaxınlaşıb onu görə biləcəyini ehtiyatlanıb bu dəfə o, qapıya müdaxilə edib əli ilə qapının cəftəsindən yapışıb irəli-geri dartışdıraraq qapını açmışdır. Qapının cəftəsi də yerindən çıxıb onun əlində gəlmişdir. O, həmin vaxt həddindən artıq içkili olduğundan ayılanda bir anlıq düşünmüşdür ki, oğurluğa gəlmiş və əməlinə görə məsuliyyətə cəlb ediləcəkdir. Bu zaman onun market daxil olmaq imkanı olsa da o, oğurluq etməkdən imtina edib marketə daxil olmadan açdığı qapının ağızından qaçıb uzaqlaşmışdır. Buna görə onun Vüqardan xəbəri olmamışdır. Vüqar ondan 20-25 metr aralıda binanın tinində dayanmışdır. O, içkili olduğu üçün dəqiq yadında deyil, Vüqar ondan hansı istiqamətdə dayanmışdır. Ərazidə Vüqarı axtarmadan ara yollarla piyada binaların arası ilə çıxıb getmişdir. Saxlanılarkən Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsində bilmişdir ki, marketin qapısı açıq qalıb, Vüqar ondan sonra marketə girib, oradan müxtəlif firmalara aid şampunları, dezodorantları, araqları, izgara, lampa, paltar asılqanlarını, br neçə çanta, su və 01 ədəd prosessoru oğurlayıb. Həmin vaxtdan onlar biri-birilərini görməmiş, biri-biriləri ilə görüşləri olmadığı üçün də Vüqarın marketdən oğurluq etməsindən, buna görə də oğurladığı əşyaları harada gizlətməsindən, satıb-satmamasından, əldə etdiyi qazancdan onun xəbəri olmamışdır. Həmçinin də Vüqar ona hər hansısa məbləğdə nə pul verməmiş, nə də ona pul təklif etməmişdir. Hadisənin səhəri günü Vüqarı uzaqdan bəzəkli avtomobillə getdiyini görmüşdür. Buna görə də Vüqarın yeni doğulan övladını xəstəxanadan çıxartmağa getdiyini bilmişdir. Marketin arxa tərəfindəki ağ rəngli plastik qapısının qarşısında şalvarın arxa bel nahiyəsindən vintaçan açarı çıxarıb, bir neçə dəfə həmin alətlə qapını açmağa cəhd edən, açılmadıqda isə əli ilə qapının cəftəsini dartışdıraraq qapını açmağa cəhd edən, içəri keçmədən oradan uzaqlaşıb gedən, əynində ağ rəngli qısaqol köynək, ağ rəng rəngli şalvar, başında ağ rəngli şapka olan üzütüklü şəxs onun özüdür. Şahid2 sözügedən ifadəsində göstərmişdir ki, Şahid1 ümumiyyətlə tanımır, sonuncu ilə ünsiyyətdə də olmamışdır. Lakin Şahid3 və Təqsirləndirilən şəxs tanıyır. Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində qonşularıdır. Onun hər ikisi ilə də əvvəllər aralarında heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətləri olmamışdır. 12 iyun 2024-cü il tarixdə saat 04 radələrində yaşadığı evdə yatarkən həyətyanı torpaq sahəsinin giriş qapısı döyülmüşdür. Bu zaman o, əynini geyib evinin pəncərəsindən çölə baxmışdır. Çölə baxanda qonşusu Vüqarın darvazasının arxasında dayandığını görüb Vüqardan nə olduğunu soruşmuşdur. Vüqar ona cavabında bildirmişdir ki, küçəyə çıxsın, ona sözü vardır. O, Vüqarın sözünü yerə salmayıb küçə darvazasının ağzına çıxmışdır. Vüqar onunla salamlaşıb əlindəki qara rəngli sellofan torbanı və bir neçə çantanı ona göstərib ondan əlindəkiləri içəri həyətə qoymağını xahiş etmişdir. O, Vüqardan torbadakıların nə olduğunu və bunları haradan əldə etdiyini soruşmuşdur ki, birdən oğurluq olar. Vüqar ona içəri keçməyi və nə olduğunu deyəcəyini bildirmişdir. Onlar birlikdə içəri həyətə keçmişlər. Həyətə keçdikdən sonra Vüqar ona həyətdə bildirmişdir ki, yaxın dostu marketi bağlayıb, sahibinə təhvil verdiyindən içərisindəki malları ucuz qiymətə satırdı. Buna görə də məhsulları alıb. Evlərində qoymağa yeri yoxdur, müvəqqəti onun həyətinə qoymaq istəyir. Vüqar ondan xahiş etmişdir ki, əşyaların bir-iki gün onun həyətində qalmasına icazə versin. Qonşu olduqlarına görə o, Vüqarın sözünü yerə salmamışdır. Vüqara əlində gətirdiyi əşyaların həyətində yerləşdirməsinə icazə vermişdir. Vüqar əşyaları onun həyətinə qoyub getmişdir. O, Vüqarı yola salıb darvazasını bağlamışdır. Artıq çox gec olduğundan torbanın içərisində nə var, nə yox olması ilə maraqlanmayıb, içəri evə keçib yatmışdır. Aradan 3-4 saat keçdikdən sonra Vüqar onun həyətinə yenidən gələrək saxlamağa verdiyi əşyaların çox hissəsini götürüb özü ilə aparmışdır. Həmin gün saat 21 radələrində Vüqar onun yaşadığı ünvana gəlib 02 ədəd tərəzi götürüb gedərkən Vüqardan paltar asılqanının bir ədədini evdə işlətmək üçün ona verməsini xahiş etmişdir. Vüqar da onun sözünü yerə salmayıb 01 ədəd paltar qurutmaq üçün asılqanı ona vermişdir. Vüqar 01 ədəd paltar asılqanını, 05 ədəd şampun, dezodorantı, içində əşyalar gətirdiyi 04 ədəd çantanı və 01 ədəd “Lenovo” markalı prosessoru həyətində saxlayıb getmişdir. Ertəsi gün, yəni 14 iyun 2024-cü il tarixdə saat 12 radələrində o, evdə olarkən polis əməkdaşları onun yaşadığı ünvana yaxınlaşıb ona qonşusu Vüqarın 12 iyun 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən Zərərçəkmiş şəxsdən oğurluq etdiyini və oğurladığı əşyaları da gətirib onun həyətində gizlətdiyini bildirmişlər. O, onda bilmişdir ki, Vüqara həyətində saxlamaq üçün icazə verdiyi əşyalar və içərisindən evdə işlətmək üçün Vüqarın ona verdiyi 01 ədəd paltar qurudulan asılqan oğurluqdur. O, Vüqarın onun həyətində saxladığı 01 ədəd “Head & shoulders”, 04 ədəd “Pantene Pro-v” markalı şampunu, 02 ədəd “NİVEA” markalı dezodorantı, 01 ədəd üzərində “Wolf” yazısı həkk olunmuş elektron tərəzini, üzərində “magic bag” yazısı həkk olunmuş boz-yaşımtıl rəngli 02 ədəd, yaşımtıl-bənövşəyi rəngli 01 ədəd, goy-yaşımtıl rəngli 01 ədəd çantanı, 01 ədəd “lenovo” markalı prosessoru, 01 ədəd “kumtel” markalı paltar qurutmaq üçün asılqanı ona evdə istifadə üçün verdiyi 01 ədəd asılqanla birlikdə polisə təhvil vermişdir. Bundan sonra polis əməkdaşları onu Nizami RPİ-nin 24-cü polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. O, həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Çünki Vüqar ona qapısına gətirdiyi əşyaları dostunun marketinə aid olduğunu və marketi bağladığına görə ucuz qiymətə satdığı üçün pul verib özü aldığını, evində də yer olmadığından müvəqqəti onun həyətinə yerləşdirmək istədiyini bildirib ondan həyətində saxlamağa icazə verməyini xahiş etmişdir. Qonşu olduqlarına görə o, Vüqarın sözünü yerə salmayıb Vüqara onun həyətinə gətirib çıxardığı əşyaları həyətində saxlamağa icazə vermişdir. Razılığının müqabilində də Vüqar ona heç bir məbləğdə pul və ya onun həyətinə gətirib çıxardığı əşyalardan nə isə verəcəyini vəd verməmişdir. Vüqardan həmin əşyaların içərisindən 01 ədəd paltar asılqanını evdə istifadə etmək üçün onun özü istəmişdir. Vüqar da həmin əşyanı ona vermişdir. Qapısına polis əməkdaşı gələnə kimi Vüqarın həyətində saxlamaq üçün yerləşdirdiyi əşyaların oğurluq olduğundan onun xəbəri olmamışdır. Həmin asılqanı da polis əməkdaşı yaşadığı ünvanda olduğu vaxt Vüqara həyətində qalmasına razılıq verdiyi əşyaların oğurluq olduğunu bildirdikdə onda ona oğurluq olduğu məlum olduğu üçün Vüqarın onun həyətindən apara bilmədiyi əşyalarla birlikdə polisə təhvil vermişdir. O, 24-cü polis şöbəsində polis əməkdaşlarından eşitmişdir kı, Vüqar Cavidlə birlikdə Q.Qarayev prospektində yerləşən Zərərçəkmiş şəxs dən oğurluq edib. Lakin konkret olaraq marketə nə vaxt, necə girmələri, marketə daxil olub oğurluğu birlikdə törədib-törətməmələri barədə onun məlumatı olmamışdır. Ona görə də bu barədə o, dəqiq fikir söyləyə bilməmişdir. Vüqar da onun oğurluq olduğunu sonradan bildiyi əşyaları həyətində saxlamaq məqsədilə yaşadığı ünvana təklikdə gətirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 12 iyun 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 9-11) - 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 104 ünvanında yerləşən Zərərçəkmiş şəxsin arxa girişində içərisində quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərin köçürüldüyü 01 ədəd kompakt diskdə 06 ədəd fayl mövcuddur. Fayllara daxil oduqda ekranda görünən görüntüdə 01 nəfər şəxsin başında şapka papaq olduğu və bel nahiyəsindən çıxartdığı vintaçan ilə qapını sındırmağa çalışması, sonda qapının kilidini sındırıb uzaqlaşması müəyyən olunmuşdur. Daha sonra başında ağ rəngli şapka papaq marketə digər bir nəfər şəxs daxil olaraq vitrinlərdən müxtəlif əşyaları oğurlayıb marketdə satışda olan çantalara və iri həcmli qara rəngli sellofan torbaya qoyub marketdən çıxdığı, bir neçə dəqiqədən sonra təkrar geri qayıdıb marketdən zənbil götürərək spirtli içkilərin yerləşdirildiyi vitrinə yaxınlaşıb 07 ədəd araq götürüb zənbilə qoyub yenidən marketdən çıxıb uzaqlaşdığı müəyyən olunmuşdur. Daha sonra şəxs oğurladığı əşyaları naməlum avtomobilin arxa oturacağına yerləşdirib özü isə qarşıda sərnişin qismində əyləşərək avtomobillə çıxıb getmişdir. Baxışda iştirak edən Şahid3 oglu və Təqsirləndirilən şəxs görüntüdə olan şəxslərin özləri olduğunu və oğurluq məqsədilə marketə getdiklərini biİdirmişlər. (i.v. 21) - 15 iyun 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid2 təqdim etdiyi qonşusu Təqsirləndirilən şəxs tərəfindən oğurlanan bir ədəd “Head & shoulders”, 04 ədəd “Pantene Pro-v” markalı şampun, 02 ədəd “NİVEA” markalı dezodorant, 01 ədəd üzərində “Wolf” yazısı həkk olunmuş elektron tərəzi, 02 ədəd “kumtel” markalı, boz rəngli paltar qurutmaq üçün asılqan, 04 ədəd olmaqla, üzərində “magic bag” yazısı həkk olunmuş 02 ədəd boz-yaşımtıl rəngli, 01 ədəd göy-bənövşəyi rəngli, 01 ədəd göy yaşımtıl rəngli çanta və 01 ədəd “lenovo” markalı prosessor sübut əhəmiyyətli olduğundan götürülmüşdür. (i.v. 26-29) - 17 iyun 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi müdafiəçisinin iştirakı ilə yerində yoxlanılan zaman o, hadisə yerini əyani olaraq göstərmiş və oğurluq əməlini hansı qaydada və üsulla törətdiyini bir daha izah etmişdir. (i.v. 121-124) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyul 2024-cü il tarixli 9/4998 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2023-cü ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 449,30 manat müəyyən edilir. (i.v. 143-146) - 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, 12 iyun 2024-cü il tarixdə saat 02:23 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 104 ünvanında yerləşən Zərərçəkmiş şəxsdə oğurluq cinayət hadisəsi törədilən zaman müşahidə kamerasının video görüntüsü olan bir ədəd kompakt disk və Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd 400 ml “Head & shoulders” markalı şampun, 04 ədəd 400 ml “Pantene Pro-v” firmasına aid şampun, 02 ədəd 150 ml “NİVEA” markalı dezodorant, 01 ədəd üzərində “Wolf” yazısı həkk olunmuş elektron tərəzi, 02 ədəd ‘kumtel” markalı, boz rəngli paltar qurutmaq üçün asılqan, 02 ədəd üzərində “magic bag” yazısı həkk olunmuş boz-yaşımtıl rəngli çanta, 01 ədəd üzərində “magic bag” yazısı həkk olunmuş göy-bənövşəyi rəngli çanta, 01 ədəd üzərində “magic bag” yazısı həkk olunmuş göy-yaşımtıl rəngli çanta, 01 ədəd “lenovo” markalı istifadə olunmuş prosessor iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq zərərçəkən hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə qaytarılmış, Şahid3 qonşusu Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində 104 saylı binanın qeyri-yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxsə oğurluq etmək məqsədilə gedib, həmin mağazanın arxa giriş qapısına təkbaşına yaxınlaşaraq əli ilə qapının cəftəsindən tutub irəli-geri dartışdırıb qapını açaraq mağazaya daxil olmaq və oradan oğurluq etmək imkanı olsa da, lakin imtina edib Təqsirləndirilən şəxs axtarmadan mağazanın çölündə arxa giriş qapısının ağzından uzaqlaşıb getməsi Azərbaycan Respublikası CM-nin 30-cu maddəsinə əsasən cinayəti törətməkdən könüllü imtina etmə kimi qiymətləndirilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, İsmayılov Vüoar ilqar oğlunun oğurladığı əşyalardan 01 ədəd 500 ml qram şüşə “Sirab” firmasına aid qazlı suyu, 11 ədəd 150 ml “NİVEA DEO” markalı dezodorantı, 08 ədad “NİVEA DEO” markalı dezodorantı, hər birinin dəyəri 3 manat 54 qəpik olmaqla, 06 ədəd “GİLLETE BLUE 3 PLUS x3” bıçağı, 06 ədəd 400 ML “Pantene REPAİR” markalı şampunu, 04 ədəd 400 ml “HEAD & SHO CİTRUS” markalı şampunu, 07 ədəd 400 ml “HEAD & SHO MENTOL” markalı şampunu, 03 ədəd 150 ML “NİVEA DEO” markalı dezodorantı, 04 ədəd 400 ml “PANTENE” markalı şampunu, 02 cüt “X PİER LUİGİ” markalı kişi corabını, 1 litrlik şüşə “QUBERNATOR” markalı arağı, 01 ədəd 700 ml şüşə “YAKOR” markalı arağı, 01 ədəd 150 ml “REXONA DEO” markalı Fresh BLUE dezodorantı, 06 ədəd “GİLLETE BLUE” firmasına aid 3 COMFORT 6+2 təraş bıçağını, bir cüt bıçağını, bir cüt “P. LUİGİ” markalı kişi corabını, 02 ədəd pivə bokalını, 02 ədəd “Sırt Çanta” 22*40 sm MAGİC markalı çantanı, 01 ədəd 700 ml şüşə “MAMEDOFF” markalı arağı, 02 ədəd 1000 ml şüşə “GRADUS ORGANİK VODKA” markalı arağı, 07 ədəd “ARKO TERAS mm 5Lİ” bıçağı, 03 ədəd 260x260x24 mm ölçüdə elektron tərəzini, 02 ədəd “HJ-17” markalı ütünü, 01 ədəd “HJ-19” markalı saçdüzəldən feni, 02 ədəd “AMANDA LAVABO ORGANİZER FS01-01” markalı hamam üçün borunu, 08 ədəd 500 ml “NİVEA DEO” markalı dezodorantı, 02 ədəd “NV-7120 2500W” markalı feni, 01 ədəd “ECO CANTA 450*395 CM EGEMEN” markalı çantanı, 01 ədəd 400 ml “ELİDOR” markalı şampunu, 03 ədəd 150 ml “REXSONA DEO” markalı İNV İCE FRESH dezodorantı, 02 ədəd 150 ml “REXSONA DEO” markalı ACTİVE DRY dezodorantı, 02 ədəd “LAMPA 90 LED EMERGENCY 63 5 *7*4CM” markalı lampanı, 01 ədəd “SİNBO” markalı 2000W SBG-7110 elektrıklı İZGARA tosteri, bir litrlik şüşə “SUXOV” markalı arağı satdığı naməlum şəxsin (və ya şəxslərin) barəsində, həmçinin Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 186-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 174-190) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 14 iyun 2024-cü il tarixli raportdan görünür ki, oğurluq hadisəsi ilə bağlı izahatının alınması üçün Təqsirləndirilən şəxs həmin tarixdə 24-cü polis şöbəsinə təmin edilmişdir. (i.v. 13) - 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 63) - 17 iyun 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 129-130) - 17 iyun 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 131-132) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 155-163) -Bakı probasiya idarəsinin 05 sentyabr 2024-cü il tarixli 21-1/3-28264-18 nömrəli və 29 aprel 2025-ci il tarixli 3-16-21-1/2-24279/2025 nömrəli məktublarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə idarədə qeydiyyata düşmüş, cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Məhkuma təyin edilmiş 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 29 aprel 2025-ci il tarixə 01 il 29 gün hissəsi onun tərəfindən çəkilmiş, 01 il 10 ay 26 gün hissəsi çəkilməmiş qalmışdır. (i.v. 166) -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 10 iyun 2024-cü il tarixdə doğulmuşdur. (i.v. 116) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı ödəməklə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.4.4 və 83.1-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, yuxarıda istinad olunan hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan, həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, belə olan halda ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Lakin bu zaman, yuxarıda göstərilən qaydada müəyyən edilmiş, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusu nəzərə alınmaqla həmin hökmlə qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 30 aprel 2025-ci il tarixinə çəkilməmiş hissəsini CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirmək yolu ilə ona qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, istənilən azadlıqdan məhrum edilmə üçün hüquqi əsasların mövcud olması haqqında tələb azadlıqdan məhrum etmənin bütün müddətinə şamil olunur. Bir sıra hallarda bu şərtin pozulduğu müəyyən edilmişdir. Belə ki, azadlıqdan məhrum etmənin hüquqi əsasları öncə qanuni olsa da, müəyyən müddət keçdikdən sonra həmin əsaslar öz qanuniliyini itirmiş olur. Məsələn, Kuin Fransaya qarşı məhkəmə işində (Kuin Fransaya qarşı iş üzrə 22 mart 1995-ci il tarixli qərar) daxili məhkəmə Fransa qanunları əsasında həbsə alınmış şəxsin azad edilməsi haqqında qərar çıxarmışdır. Azad edilmə haqqında qərar qəbul olunduqdan sonra ərizəçi daha 11 saat həbsdə saxlanmış və qərarın icrası üçün heç bir hərəkət edilməmişdir. Görünür həmin müddət prokurorluğa ərizəçinin təhvil verilməsi barədə məhkəmə icraatına başlaya bilməsi üçün lazım idi. Bu halda həmin icraat azad edilmə haqqında məhkəmə qərarını qabaqlayaraq onun icrasını dayandırmış olurdu. Avropa Məhkəməsi həmin işdə qeyd etdi ki, bu halda müddətin süni surətlə uzadılması Konvensiyanın 5-ci maddəsinin (Maddə 5. Azadlıq və şəxsi toxunulmazlıq hüququ) tələblərinə cavab vermir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən 14 iyun 2024-cü il tarixdə saxlanılmış, 24-cü polis şöbəsinə aparılaraq təhvil verilmiş, barəsində tutma protokolu 15 iyun 2024-cü il tarixdə tərtib edilsə də, faktiki olaraq 14 iyun 2024-cü il tarixdən etibarən 17 iyun 2024-cü il tarixdə barəsində qətimkan tədbiri məsələsinin həll edilməsinədək tutmada saxlanılmış, azad edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 14 iyun 2024-cü il tarixdə saxlanıldıqdan sonrakı müddət azadlığının faktiki məhdudlaşdırıldığı müddət hesab olunmaqla onun həbsdə saxlanılma müddətinə daxil edilməli, onun həmin vaxtdan 17 iyun 2024-cü il tarixinədək tutmada saxlanıldığı ümumilikdə 03 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb, 06 günə bərabər sayılmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edildiyindən, cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq əşyaların ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalı, içərisində video görüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında (18x6), xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hər iş saatı üçün 11 manat miqdarında (3x11) ödənilməsi nəzərə alınmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 30 aprel 2025-ci il tarixinə çəkilməmiş 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 14 iyun 2024-cü il tarixdən 17 iyun 2024-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 06 (altı) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00dan növbəti gün saat 06:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd 400 ml “Head & shoulders” markalı şampun, 04 ədəd 400 ml “Pantene Pro-v” firmasına aid şampun, 02 ədəd 150 ml “NİVEA” markalı dezodorant, 01 ədəd üzərində “Wolf” yazısı həkk olunmuş elektron tərəzi, 02 ədəd “kumtel” markalı, boz rəngli paltar qurutmaq üçün asılqan, 02 ədəd üzərində “magic bag” yazısı həkk olunmuş boz-yaşımtıl rəngli çanta, 01 ədəd üzərində “magic bag” yazısı həkk olunmuş göy-bənövşəyi rəngli çanta, 01 ədəd üzərində “magic bag” yazısı həkk olunmuş göy-yaşımtıl rəngli çanta və 01 ədəd “lenovo” markalı istifadə olunmuş prosessorun ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsinə qaytarılması nəzərə alınsın, 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 141 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-129/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-129/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver