Məhkəmə qərarları › İş №1(007)-13/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-13/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-13/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, Bərdə şəhəri, E.Əsədov küçəsi ev 12-də qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(007)-32/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 1(007)-258/2019 nömrəli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası CMnin 67.1 və 67.4-cü maddələrinə əsasən həmin hökmlə təyin edilmiş (həmin məhkəmənin 10 iyun 2021-ci il tarixli 7(007)-251/2021 nömrəli qərarı nəzərə alınmaqla) 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 07 iyul 2021-ci il tarixdən hesablanmış, hazırkı iş üzrə 05 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti və onunla bağlı prokurorun təqdimatı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə həmin qərar ləğv olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetməsinin əvvəli tutulduğu andan hesablanmış, həmin qərarın icrası ilə bağlı 18 fevral 2021-ci il tarixdə həbs edilmiş, 07 iyul 2021-ci il tarixli hökm üzrə cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində çəkməklə hazırkı işlə bağlı 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrar törədilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 27 noyabr 2020-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89 nömrəli evin qarşısında, ictimai yerdə tanışı Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib binanın qarşısında olmuş digər şəxslərin narahatçılığına səbəb olmaqla onların gözü önündə Zərərçəkmiş şəxs2 ünvanına yüksək səslə nalayiq ifadələr işlədərək səs-küy yaratmış və sonuncunun üzərinə hücum edərək ona başı ilə zərbələr endirib döyməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmiş burun sümüyünün yerdəyişməyən sınığı, tənəffüs məhdudluğu ilə müşayiət olunan burnun şişkinlik halında əzilməsi, burun belinin əzilmiş yarası, alının sıyrığı bədən xəsarətlərini qəsdən yetirərək xuliqanlıq etmişdir. Bundan başqa, o, təkrarən 03 fevral 2021-ci il tarixdə saat 17:35-dən 18:07-dək olan müddət ərzində ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda tanışı X6 ilə söhbət edərkən sonuncunun nalayiq ifadələr işlətməsinə görə həmin bazarda satıcı işləyən Zərərçəkmiş şəxs1 Kənan Nəbiyevə haqlı iradlar bildirib, bu barədə anası Şahid2 məlumat verməsini bəhanə edərək, həmin gün saat 17:15 radələrində alkoqol içkisinin təsirindən sərxoş vəziyyətdə “8-ci km bazarı”nda heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsı mənafeyə əhəmiyyəlli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib ictimai yer hesab olunan bazardakı digər şəxslərin narahatçılığına səbəb olmaqla onların gözü önündə piştaxtaların qarşısında Zərərçəkmiş şəxs1 ünvanına nalayıq ifadələr işlədib, əlindəki dəmir parçasını yellətmiş, səs-küy yaratmış və oradan uzaqlaşıb, yenidən sonuncunun işlədiyi yerə qayıdaraq yüksək səslə nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs1 üzərinə hücum edib onu əli ilə vuraraq yerə yıxmaqla bədəninin müxtəlif nahiyyələrinə qəsdən təpiklə çoxsaylı zərbələr endirib döyərək, Zərərçəkmiş şəxs1 qəsdən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmis sağ gözaltı və almacıq nahiyəsinin şişkinlik halında əzilməsi və hematoması bədən xəsarətləri yetirərək hadisə yerindən uzaqlaşmış, təxminən 15 dəqiqə sonra yenidən əlində iri ölçülü bıçaq tutaraq Zərərçəkmiş şəxs1 işlədiyi piştaxtanın qarşısına qayıdıb əlindəki bıçağı yelləyib nümayiş etdirməklə səs-kuy salıb sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə onu təhqir edib, bazarın balıq satışı hissəsində işləyənlərin fəaliyyətini pozaraq xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 1(007)-13/2022 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə barışması nəzərə alınaraq, o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 134-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 10 il ərzində Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”nda balıq məhsullarının alveri ilə məşğul olmuşdur. 2020-ci ilin təxminən ortalarında Zərərçəkmiş şəxs2 ona 200 manat borc pul vermişdir. 27 noyabr 2020-ci il tarixdə saat 18:30 radələrində Q.Qarayev prospekti, 89 ünvanındakı evin qarşısında o, Zərərçəkmiş şəxs2 onu görüb borcunu qaytarmasını istəmişdir. Həmin vaxt o, hirsli olduğundan Zərərçəkmiş şəxs2la mübahisə edərək, binanın qarşısında yüksək səslə ona qarşı nalayiq ifadələr işlətmiş, sonra Zərərçəkmiş şəxs2 sifətinə başı ilə zərbələr endirib onu döyərək burnunu sındırmışdır. Lakin hadisə zamanı Zərərçəkmiş şəxs2 bıçaqla hədələməmiş, ona qarşı bıçaq işlətməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 yaxşı tanıyır, bundan əvvəl aralarında münaqişə olduğundan Zərərçəkmiş şəxs3 ərizəsi əsasında başlanmış cinayət işi üzrə o, cinayət məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, 17 fevral 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs3 qarşı xuliqanlıq etmiş, ona bədən xəsarətləri yetirmişdir. Həmin faktla bağlı Nizami RPİ-nin istintaq şöbəsində barəsində cinayət işi istintaq edilmiş, o və dostu X3 Azərbaycan Respublikası CM-nin 221.2.1-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşlar, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə Fəridəyə qarşı hirsli olaraq istəmişdir ki, Fəridə gedib alverini başqa bazarların birində etsin, o, Fəridəni bazarda görməsin. 18 yanvar 2021-ci il tarixdə saat 17:30 radələrində o, bir-iki bakal pivə içmiş, sonra əlində əski parçasına bükülmüş şiş tutaraq Fəridənin işlədiyi, bazarın “Lotos” TM-nin içində yerləşən dükanın qarşısına getmişdir. Dükanın girişində o, Fəridəni söyərək və əlindəki şişi açıq şəkildə ona nümayiş etdirərək ondan zəhləsi getdiyini deyib bazardan çıxıb getmədiyi halda onu öldürəcəyi ilə hədələmişdir. Bu zaman ictimai qayda pozulmamış, səs-kuy yaranmamış, ətrafa adamlar toplaşmamışdır. O, hirsli olduğundan Fəridəni qorxudub öldürməklə hədələmək üçün əlindəki şişi ona tərəf istiqamətləndirsə də, bu zaman ona şişlə və ya əllə xəsarət yetirməmiş, onu döyməmişdir. Bundan sonra görmüşdür ki, bazarda xidmət edən polis əməkdaşları onlara tərəf gəlirlər, ona görə oradan qaçmışdır ki, onu tutmasınlar. Bundan başqa, 03 fevral 2021-ci il tarixdə günorta vaxtlarında tanışı Kənanla iki bakal pivə içmişlər, saat 17 radələrində bazarda olarkən təxminən 10 ildir tanıdığı, bazarda alver edən Zərərçəkmiş şəxs1 ilə münaqişəsi olmuşdur. Buna səbəb Sevincin Kənanın anası Səyidəyə zəng edərək guya Kənanın bazarda söyüşlə danışmasını irad tutması olmuşdur. O, Sevincin yanına zedib nə səbəbdən yalan danışmasını soruşmuş, öz iradını ona bildirmiş, saçından tutaraq onu yerə yıxmışdır. Sonra Sevincin üzünə və bədəninin müxtəlif nahiyyələrinə üç-dörd dəfə təpiklə vurmuşdur. Bazarda olan digər satıcılar və tanımadığı müştərilər Sevinci ondan ayırmışlar. O, Sevinci döyəndən sonra ona qarşı hirsli olduğundan təxminən 15 dəqiqə keçdikdə bir bıçaq götürərək yenə onun işlədiyi piştaxtanın yaxınlığına getmiş, bıçağı əlində yellədərək Sevinci nalayiq söyüşlərlə söymüş, ətrafdakı adamlar ondan uzaqlaşmışlar. Bir az Sevinci söydükdən sonra oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, əməllərindən səmimi peşman olmuşdur, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etmişlər, onlar bu barədə ərizə vermişlər, bundan başqa zərərçəkmiş şəxs X2 ərizə verərək ona qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ilə barışdığını nəzərə alaraq, CM-nin 134-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini, digər əməlləri üzrə cəza təyin edilərkən isə zərərçəkmiş şəxslərin təqdim etdikləri ərizələri, onun ağır ailə vəziyyətini, anasının yaşlı, qardaşının xəstə olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 10 il olar ki, ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda balıq satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, bazarda alver edən şəxs kimi tanıyır, münasibətləri normal olmuşdur, lakin Turalın normal həyat tərzli adam olmadığını bilib həmişə ondan kənar olmuşdur. 03 fevral 2021-ci il tarixdə təxminən saat 17:15 radələrində “8-ci km bazarı”nda Tural sərxoş vəziyyətdə onun işlədiyi yerin yanına gələrək ayaqqabısını su ilə təmizləmiş, təxminən 5-6 dəqiqə sonra Turalın dostu kimi bildiyi Kənan onun yanına gəlmişdir. Kənan Turalla söhbət edəndə nalayiq ifadələr işlətdiyindən o, Kənana irad bildirmişdir ki, ətrafda adamlar var, söyüş söyməsin. Sonra o, Kənanın həmin bazarda alver edən anası Şahid2 da bu barədə məlumat vermişdir. Buna görə həmin gün saat 17:35-də Tural əlində bir dəmir parçası ilə gəlib piştaxtaların qarşısında 3-4 dəqiqə onun ünvanına nalayiq söyüşlər söymüş, əlindəki dəmiri yellətmiş, səs-küy yaratmışdır ki, niyə o, Kənana iradını bildirmişdir. Bu hərəkətləri edəndən sonra Tural getmişdir. Təxminən 10 dəqiqə sonra Tural yenə onun işlədiyi yerdə ona yaxınlaşaraq soruşmuşdur ki, nə səbəbdən Kənanın anası Səidəyə zəng edərək onun söyüş söyməsi barədə məlumat vermişdir. O, özünü müdafiə edərək hətta ona demişdir ki, Səidəyə zəng etməmişdir, lakin Tural sərxoş olduğundan onu söyərək üzərinə hücum etmişdir. O, özünü əli ilə qorumaq istəsə də, Tural qəflətən əli ilə sifətinə zərbə vuraraq onu yerə yıxmışdır. O, yerdə uzandığı halda olanda Tural onun ünvanına nalayiq söyüşlər söyərək və səs-kuy yaradaraq, heç kimə məhəl qoymadan ayaqları ilə sifət nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə dəfələrlə vuraraq ona bədən xəsarətləri yetirmişdir. Eyni zamanda Tural onu döydüyü vaxtda oraya səs-kuyə toplaşmış adamların arasında onun ünvanına pis söyüşlər söyüb onu rüsvay etmişdir. Turalın bu hərəkətlərindən ətrafda olan adamlar narahat olmuşlar, yanındakı piştaxtaların işi pozulmuş və hadisə yerinə toplaşanlar onu Turalın əlindən güclə ala bilmişlər. Bundan sonra Tural ondan uzaqlaşmış, lakin uzaqlaşdıqdan təxminən 15-20 dəqiqə keçdikdən sonra yenidən əlində iri ölçülü bıçaq tutaraq qayıtmış, ondan kənarda olan piştaxtanın qarşısında dayanmış və bıçağı əlində yelləyərək ünvanına nalaqiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq onu təhqir etmiş və demişdir ki, bir də belə zənglər etsə, ona pis olacaq və çıxıb getmişdir. Bundan sonra o, polisə müraciət edərək hadisə barədə məlumat vermişdir. Hadisə 03 fevral 2021ci il tarixdə saat 17:35-dən saat 18:07-dək bazarda baş vermiş, bazarda videokameralar vasitəsi ilə qeydə alınmış hadisənin görüntülərini o, polisə təqdim etmişdir. Məhkəmənin sonrakı mərhələsində Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə verərək, Təqsirləndirilən şəxs qarşı heç bir iddia, şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 9-10 il olar ki, ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda geyim əşyalarının satışı ilə məşğul olur. Həmin bazardakı “Lotos” TM-nin içində yerləşən nömrəsiz dükanı icarə ilə işlədir. Dükanda satıcısı yoxdur və tək işləyir. 2020-cu ilin əvvəlindən başlayaraq Təqsirləndirilən şəxs dostu ilə mütəmadi olaraq heç bir əsas olmadan ona söz atıb sataşmışlar. 17 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs dostu X3 ilə birlikdə ona qarşı xuliqanlıq edərək bədən xəsarətləri yetirmişlər. Həmin faktla bağlı Nizami RPİ-nin istintaq şöbəsində cinayət işi istintaq edilmiş, Təqsirləndirilən şəxs dostu X3 ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşlar və iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona qarşı münasibəti çox pis olmuşdur. Təqsirləndirilən şəxs ondan əl çəkməyərək 18 yanvar 2021-ci il tarixdə saat 17:30 radələrində onun “Lotos” TMnin içində yerləşən icarə ilə işlətdiyi nömrəsiz dükanın qarşısına əlində əski parçasına bükülmüş şiş tutaraq gəlmişdir. O, bu zaman mağazada tək olmuş və satılan əşyaları piştaxtalarda düzəltmişdir. Qəflətən görmüşdür ki, Təqsirləndirilən şəxs içkili və çox hirsli vəziyyətdə dükanın qarşısında həmin şişi əskidən açıb çıxardaraq açıq şəkildə nümayiş etdirib əlində tutub yellədərək ona baxıb ünvanına nələrsə deyir. O, bunu görüb bərk qorxmuş və əlində olan mobil telefonla 24-cü polis şöbəsinin əməliyyat müvəkkili kimi tanıdığı Şahid5 dərhal zəng edərək qısa formada məlumat verib, xilas edilməsi üçün təcili bir tədbir görülməsini xahiş etmişdir. Bu zaman Tural şişi əlində tutub mağazanın girişinə daxil olaraq üzərinə gəlmiş, əlindəki şişi qarın nahiyyəsinə dirəyərək şişdən istifadə etməklə onu öldürməklə real olaraq hədələyib bildirmişdir ki, ondan zəhləsi gedir, hər dəfə onu bazarda görəndə əsəbləşir, əgər o, bazarakı fəaliyyətinə son qoyaraq birdəfəlik çıxıb getməsə, onu öldürəcəkdir. Təqsirləndirilən şəxs tanıyaraq və onun özünə qarşı içkili vəziyyətdə aqressiv olmasını bilərək, öz həyatı üçün təhlükəli olduğunu anlayaraq o, Turala heç bir cavab veməmişdir, çünki Turalın əlindəki şiş qarnına dirənmiş vəziyyətdə olmuşdur. Bu zaman onlar görmüşlər ki, bazarda xidmət edən polis əməkdaşları Şahid8 və Şahid7 təcili olaraq onlara tərəf qaçaraq gəlirlər. Odur ki, Tural da öz cinayət əməlini başa çatdırsa da, uzun müddət ərzində zavam edə bilmədən yaxalanmamaq üçün oradan polislərin gəldiyi tərəfdən əks istiqamətə qaçaraq uzaqlaşıb getmişdir. Polislər onu təqib etsələr də, Tural dükanların arası ilə alıcılara qarışaraq onlardan gizlənməyə nail olmuşdur. Bundan sonra o, gedib 24-cü polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə təxminən 5 dəqiqə davam etmiş, hadisə zamanı o, heç bir xəsarət almamışdır, Tural onu şişlə və əlləri ilə vurmamış, ona görə məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Məhkəmənin sonrakı mərhələsində Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını göstərmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə ərizə təqdim edərək cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, həmin şəxsə qarşı şikayəti və tələbi olmadığını, ona dəymiş ziyanın ödənildiyini göstərmiş, onun iştirakı olmadan işə baxılaraq hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, təxminən 2- 3 il olar ki, “Mosu” ləqəbli Təqsirləndirilən şəxs “8-ci km bazarı”nda balıq alveri edən şəxs kimi tanıyır, münasibətləri normal olmuşdur, lakin onunla sadəcə tanışdır, dostluğu və yaxınlığı yoxdur. Təxminən 4-5 ay əvvəl Tural onu görərkən söhbət zamanı maddi vəziyyətinin pis olduğunu bildirmişdir, odur ki, o, ona bir ağsaqqal kimi köməklik edərək 200 manat borca pul vermişdir. Lakin sonradan Tural onun borcunu müxtəlif bəhanələrlə vaxtında qaytarmamışdır. 27 noyabr 2020-ci ildə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89 saylı evin qarşısında o, təsadüfən görmüşdür ki, Tural tanımadığı şəxslə söhbət edir. O, yaxınlaşaraq Turaldan soruşmuşdur ki, borcunu haçan qaytaracaqdır. Əvəzində Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan onunla mübahisə edərək, ictimai qaydaları pozaraq, ətrafdakı sakinlərə açıqca hörmətsizlik edərək, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək binanın qarşısında yüksək səslə onun ünvanına nalayiq ifadələr işlədərək söyüşlər söyüb, səs-kuy yaratmışdır və orada olmuş digər şəxslərin narahatçılığına səbəb olmaqla onun üzərinə hücum edib başı ilə ona zərbələr endirib döyərək, burun sümüyünün yerdəyişməyən sınığı, tənəffüs məhdudluğu ilə müşayiət olunan burun şişkinlik halında əzilməsi, burun belinin əzilmiş yarası, alnın sıyrığı kimi bədən xəsarətlərini ona qəsdən yetirərək xuliqanlıq etmişdir. Sonra Tural onun polisə getməyini istəməmiş, lakin o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və Nizami RPİ-nin 24-cü PŞ-nə gedib hadisə barədə ərizə yazmışdır. Hadisə, yəni Təqsirləndirilən şəxs ümumilikdə xuluqanlıq hərəkətlərini etməsi, onu döyməsi təxminən 10-15 dəqiqə ərzində baş vermişdir. Xuliqanlıq zamanı Tural bıçaqdan istifadə etməmiş, onu ölümlə hədələməmişdir. Hadisənin bir neçə şahidi olmuşdur, ətraf obyektlərdə işləyənlər və yoldan keçənlər bu hadisəni görmüşlər, lakin onların anket məlumatları ona məlum deyildir. Hadisə zamanı onun tərəfindən Təqsirləndirilən şəxs xəsarət yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda balıq məhsulları satan şəxs kimi tanıyır və onun daimi müştərisidir. 03 fevral 2021-ci il tarixdə təxminən saat 17:30 radələrində o, həmin bazara balıq almağa getmiş, həmin vaxt Sevinc ona demişdir ki, hazırda yaxşı balıq yoxdur, 2-3 günə gələcək, gəlib alar. O, aralanaraq başqa ərzaq məhsullarını almaq üçün yaxınlıqdakı piştaxtalara yaxınlaşmışdır. Bu zaman Sevincin piştaxtası tərəfdən səs-kuy gəlmişdir. O, həmin yerə yaxınlaşanda görmüşdür ki, bir nəfər şəxs, sonradan adını bildiyi Təqsirləndirilən şəxs Sevinci nalayiq söyüşlərlə söyərək üzərinə hücum edir. Tural əli ilə Sevincin sifətinə zərbə vuraraq onu yerə yıxmış, Sevinc yerdə uzandığı halda nalayiq söyüşlər söyərək və səs-kuy yaradaraq, heç kimə məhəl qoymadan ayaqları ilə Sevincin bədəninin müxtəlif nahiyyələrinə dəfələrlə vurmuşdur. Turalın yaratdığı səs-küyə toplaşmış adamlar Sevinci onun əlindən ala bilmişlər. Turalın bu hərəkətlərindən onlar, yəni ətrafda olan adamlar narahat olmuşlar, yaxınlıqdakı piştaxtaların işi pozulmuşdur. Bundan sonra Tural çıxıb getmişdir, o, özü isə Sevincə yaxınlaşmasa da, yaxınlıqda bazarlıq etmişdir. Tural təxminən 15-20 dəqiqə sonra yenidən əlində iri ölçülü bıçaq tutaraq qayıtmış, Sevincdən kənarda olan piştaxtanın qarşısında dayanmış və bıçağı əlində yelləyərək Sevinci söymüşdür. O, bu hərəkətlərdən qorxaraq aralıda dayanmış, lakin Turalın bu hərəkətlərini görmüşdür. Səs-kuy olduğundan o, sonra həmin yerdən uzaqlaşıb bazarlıq edərək evinə getmişdir. Hadisənin başqa şahidləri olsa da o, həmin şəxslərin heç birini tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda alver edən şəxs kimi tanımışdır, Təqsirləndirilən şəxs isə qohumudur, münasibətləri yaxşıdır. 03 fevral 2021-ci il tarixdə saat 17 radələrində “8-ci km” ərazisində Turalla alkoqollu içkilər içmişlər. Sonra bazarda Tural ayaqqabısını su ilə təmizləmiş, təxminən 5-6 dəqiqə sonra o, Turalın yanına yaxınlaşmışdır. Onlar Turalla söhbət edəndə zarafatla bir-birlərinə qarşı nalayiq ifadələr işlətdiklərindən yaxınlıqda olan Sevinc ona iradını bildirmişdir ki, ətrafda adamlar var, söyüş söyməsin. Ona görə o, həmin yerdən uzaqlaşaraq getmişdir. Bundan sonra Turalın bazarda nə hərəkətlər etməsinin və Sevinci təhqir edərək döyməsinin şahidi olmamışdır. Yalnız sonradan ona məlum olmuşdur ki, Sevinc onun nalayiq ifadələr işlətməsi barədə anası Səidəyə şikayətlənmiş, Tural bunu bildikdən sonra sərxoş olduğundan Sevinci söyərək üzərinə hücum etmiş, əli ilə sifətinə zərbə vuraraq onu yerə yıxmış, yerdə uzandığı halda ünvanına nalayiq söyüşlərlə söyərək və səs-kuy yaradaraq, ayaqları ilə bədəninin müxtəlif nahiyyələrinə dəfələrlə vuraraq ona xəsarətlər yetirmiş, sonradan isə əlində bıçaq tutub yelləyərək Sevincin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 fevral 2021-ci il tarixdə saat 17 radələrində “8-ci km bazarı”nda alver etdiyi vaxt bazarın digər tərəfində alver edən Zərərçəkmiş şəxs1 Əliyar qızı ona zəng edərək oğlu Kənanın dostu Turalla birlikdə sərxoş vəziyyətdə bazarda nalayiq söyüşlər söydüyü barədə bildirmiş, o da Kənana zəng edərək bu barədə ona bildirmiş və dərhal Turaldan uzaqlaşmasını tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda işləyir, araba sürərək fəhləlik edir. 03 fevral 2021-ci il tarixdə təxminən saat 17:35 radələrində o, həmin bazarda balıq satılan yerin yanında olanda səs-kuy gəlməsini eşitmiş və nisbətən yaxınlaşaraq görmüşdür ki, bir nəfər şəxs əlində dəmir parçası ilə gəlib bir qadını nalayiq söyüşlərlə söyür. Həmin şəxs əlindəki dəmiri yelləyib, söyüşlər söyüb oradan uzaqlaşmışdır. Bundan bir-neçə dəqiqə keçdikdən sonra həmin şəxs yenə də qayıdıb həmin qadını söyərək üzərinə hücum etmiş, əli ilə sifətinə zərbə vuraraq onu yerə yıxmışdır. Qadın yerdə uzandığı halda həmin kişi nalayiq söyüşlər söyərək və səs-kuy yaradaraq, heç kimə məhəl qoymadan ayaqları ilə bu qadının bədəninin müxtəlif nahiyyələrinə dəfələrlə vurmuşdur. Sonra ona məlum olmuşdur ki, döyülən şəxs bazarda alver edən Zərərçəkmiş şəxs1dır, onu döyən şəxs isə “Mosu” ləqəbli Təqsirləndirilən şəxsdur. Turalın yaratdığı səs-küyə toplaşmış adamlar Sevinci Turalın əlindən ala bilmişlər. Turalın bu hərəkətlərindən o və ətrafda olan digər adamlar narahat olmuşlar, yaxınlıqdakı piştaxtaların işi pozulmuşdur. Bundan sonra Tural çıxıb getmişdir. O, özü dayanıb hadisə barədə ətrafdakı şəxslərdən maraqlanmışdır. Tural gedəndən təxminən 15-20 dəqiqə sonra yenidən əlində iri ölçülü bıçaq tutaraq qayıtmış, Sevinc adlı qadının dayandığı yerdən kənarda olan piştaxtanın qarşısında dayanmış və bıçağı əlində yelləyərək bir neçə dəqiqə Sevinci nalayiq söyüşlərlə söymüşdür. Bu zaman Turalın dayandığı piştaxta boşalmış, müştərilər ondan aralı olmağa çalışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyeklərdə günəmuzd fəhlə kimi işləyir. 27 noyabr 2020-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89 ünvanındakı evin qarşısı ilə yaxınlıqlakı mağazaların birinə getdiyi zaman nisbətən cavan, təxminən 33-35 yaşlı bir nəfər şəxsin özündən yaşca böyük olan, təxminən 55-58 yaşlı kişi ilə mübahisə edərək, yüksək səslə onun ünvanına nalayiq ifadələr işlətməsi və bununla səs-kuy yaratması onun və ətrafda keçənlərin diqqətini cəlb etmişdir. O, dayanaraq həmin şəxslərə nisbətən yaxınlaşıb görmüşdür ki, təxminən 33-35 yaşlı şəxs ictimai qaydaları pozaraq, ətrafdakı sakinlərə açıqca hörmətsizlik edərək, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək binanın qarşısında yüksək səslə özündən yaşca böyük olan, təxminən 55-58 yaşlı kişini söyüb biabır etmiş, sonra bununla kifayətlənməyib onun üzərinə hücum edib başı ilə ona zərbələr endirib döyərək, burnunu əzmiş və ona xəsarət yetirmişdir. Bu zaman təxminən 33-35 yaşlı şəxs çox aqressiv olduğundan o və səs-küyə gəlmiş ətrafdakı şəxslər onlara yaxınlaşıb ayırmaqdan çəkinmişlər, çünki ayırmaları bu aqressiv şəxsin acığına gələ bilərdi və onlarla da dalaşa bilərdi. Dalaşan zaman həmin adam çox hirsli olmuşdur. Sonra dalaşanlar özləri aralanmışlar. Ona bu hadisə maraqlı olduğundan ətrafdakılardan soraqlaşaraq öyrənmişdir ki, təxminən 33-35 yaşlı çox aqressiv olan şəxs bazarda balıq satmaqla məşğul olan “Mosu” ləqəbli Təqsirləndirilən şəxsdur, ondan hamı çəkinir, çünki xoşuna gəlmədiyi adamlarla dalaşır, xuliqanlıq edən şəxsdir. Onun döydüyü təxminən 55-58 yaşlı kişi isə “Seyid” kimi tanınan Zərərçəkmiş şəxs2dur. Ətrafa toplanmış şahidlərin heç birini isə tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baki şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı” onun xidməti ərazisinə aiddir. Həmin bazarda baş verəcək cinayətlərin qarşısını almaq məqsədi ilə zəruri tədbirlər görülür və orada işləyən şəxslərin bir çoxunu tanıyırlar. Zərərçəkmiş şəxs3 geyim əşyalarının satışı ilə məşğul olur, “Lotos” TM-nin içində yerləşən nömrəsiz dükanı icarə ilə işlədir. Ona məlum olmuşdur ki, Fəridə ilə bazarda balıq alveri edən Təqsirləndirilən şəxs münasibətləri pisdir. Belə ki, Təqsirləndirilən şəxs dəfələrlə xuliqanlıq etdiyi üçün məsuliyyətə cəlb olunmuş, aqressiv xarakteri ilə tanınmış, əvvəllər Fəridəyə qarşı xuliqanlıq edib ona bədən xəsarətləri yetirmişdir. Həmin faktla bağlı Nizami RPİ-nin istintaq şöbəsində cinayət işi istintaq edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Ona görə Təqsirləndirilən şəxs tərəflərindən daim nəzarətdə olmuş, eyni zamanda Zərərçəkmiş şəxs3 öz mobil telefon nömrəsini vermişdir ki, təhlükə yarandıqda məlumat verə bilsin. 18 yanvar 2021-ci il tarixdə saat 17:30 radələrində Zərərçəkmiş şəxs3 ona zəng edərək çox həyəcanlı vəziyyətdə qısa formada demişdir ki, ona təcili kömək lazımdır, Təqsirləndirilən şəxs əlində şiş tutaraq dükanına tərəf gəlir, onu öldürəcəkdir. O, dərhal bazarda xidmət edən DİN-nin ƏÇPA-nın patrul bölüyünün polis nəfərləri Şahid8 və Şahid7 zəng edib təcili olaraq Zərərçəkmiş şəxs3 mağazasına getmələrini, ölüm hadisəsinin ola biləcəyini bildirmişdir. Ona məlumat verilmişdir ki, polis əməkdaşları elə həmin mağazanın yaxınındadırlar və hadisə yerinə qaçırlar. Bundan sonra o da hadisə yerinə gəlmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 əl çəkməyərək, əlində əski parçasına bükülmüş şiş tutub 18 yanvar 2021-ci il tarixdə saat 17:30 radələrində onun işlətdiyi dükanın qarşısına gəlmişdir. Zərərçəkmiş şəxs3 bu zaman mağazada tək olmuş, bərk qorxub mobil telefonla dərhal ona zəng edərək təcili bir tədbir görülməsini xahiş etmişdir. Bu zaman Tural şişi əlində tutaraq mağazanın girişinə daxil olaraq üzərinə gəlmiş, əlindəki şişi onun qarın nahiyyəsinə dirəyərək şişdən istifadə etməklə onu öldürməklə real olaraq hədələyib bildirmişdir ki, ondan zəhləsi gedir, hər dəfə onu bazarda görəndə əsəbləşir, əgər Fəridə bazardan birdəfəlik çıxıb getməsə onu öldürəcəkdir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tanıyaraq və onun aqressiv olmasını, içkili vəziyyətdə olmasını bilərək, həyatı üçün təhlükəli olduğunu anlayaraq ona heç bir cavab veməmişdir, çünki Turalın əlindəki şiş qarnına dirənmiş vəziyyətdə olmuşdur. Bu zaman Tural və Fəridə görmüşlər ki, onun xəbərdar etdiyi polis əməkdaşları təcili olaraq onlara tərəf qaçaraq gəlirlər. Odur ki, Tural da öz cinayət əməlini başa çatdırsa da, yaxalanacağını görərək polislərin gəldiyi tərəfdən əks istiqamətə qaçaraq uzaqlaşıb getmişdir. Polis əməkdaşları onu təqib etsələr də, Tural dükanların arası ilə alıcılara qarışaraq onlardan gizlənməyə nail olmuşdur. Zərərçəkmiş şəxs3 24-cü polis şöbəsinə ərizə ilə müraciət etmiş və onunla bağlı araşdırma aparılmışdır. Daxil olmnuş məlumatlara əsasən Təqsirləndirilən şəxs həmçinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı xuliqanlıq edərək onlara bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın 5-ci polis bölüyünün polis nəfərləri Şahid8 və Şahid7 onlara aid hissədə Şahid5la eyni məzmunlu ifadələr vermiş, əlavə olaraq göstərmişlər ki, onlar 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid5 zəngi ilə Zərərçəkmiş şəxs3 işlətdiyi mağazaya getmişlər, həmin vaxt bazarda balıq alveri edən Təqsirləndirilən şəxs əlindəki şişi Fəridəyə tərəf dirədiyini görmüşlər, lakin Tural onları görən kimi əks istiqamətə tərəf qaçmışdır. Onlar təqib etsələr də, Tural dükanların arası ilə alıcılara qarışaraq onlardan gizlənməyə nail olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 03 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin və Zərərçəkmiş şəxs1 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 9-12) - 03 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd CD diskdə olan videogörüntülərə hal şahidlərinin və Zərərçəkmiş şəxs1 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən eidlmişdir ki, 03 fevral 2021-ci il tarixdə saat 17:35-də Zərərçəkmiş şəxs1 ərizəsində qeyd etdiyi Təqsirləndirilən şəxs ticarət köşklərinin arasında olan alıcılar arasında hərəkət etməklə Zərərçəkmiş şəxs1 yaxınlaşaraq ətrafda olan şəxslərə əhəmiyyət vermədən onu vuraraq yerə yıxmış, ətrafda olan şəxslər hadisənin şahidi olmaqla mübahisənin qarşısını almışlar. Həmçinin, saat 18:05-də Təqsirləndirilən şəxs yenidən həmin yerə qayıdaraq əlində olan hansısa predmetlə hərəkətlər etmişdir. (İ cild i.v. 15) - 03 fevral 2021-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə saat 21:45-də keçirilən müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. (İ cild i.v. 21) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 04 fevral 2021-ci il tarixli 104 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət-sağ gözaltı və almacıq nahiyəsinin şişkinlik halında əzilməsi və hematoması-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 03.02.2021-ci il tarixdə alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, lokalizasiya və xarakterini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitdə törənə bilərdi, digər şəxs tərəfindən təpiklə vurulması nəticəsində alınması istisna olunmur. Şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (İ cild i.v. 25-26) - 11 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild i.v. 98-99) - 27 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin və Zərərçəkmiş şəxs2 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 107-108) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 14 dekabr 2020-ci il tarixli 929 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 burun sümüyünün yerdəyisməyən sınığı, tənəffüs məhdudluğu ilə müşayiət olunan burun şişkinlik halında əzilməsi, burun belinin əzilmiş yarası, alnın sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 27.11.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yelinməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. (i.v. 112- 113) - 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1ci maddəsinə tövsif edilmişdir. (İ cild i.v. 125-128) - 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild i.v. 182-183) - 31 mart 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 hadisə yerini əyani olaraq göstərmiş və baş vermiş hadisəni ifadəsinə uyğun təsvir etmişdir. (İ cild i.v. 238-240) - 17 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə hadisə yerlərini əyani olaraq göstərmiş və baş vermiş hadisəni ifadəsinə uyğun təsvir etmişdir. Bu zaman fotoşəkillər çəkilsə də, texniki səbəbdən onların çıxarılaraq protokola əlavə edilməsi mümkün olmamışdır. (İİ cild i.v. 13-15) - 17 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş bir ədəd CD disk maddi sübut qimində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (İİ cild i.v. 16) - 18 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 134 və 221.2.1-ci maddələrinə tövsif edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, onun Zərərçəkmiş şəxs3 qarşı törətdiyi hərəkətlərində Azərbaycan Respublikası CM-nin 29,120 və 221-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətləri olmadığından bu epizod üzrə barəsində həmin maddələrlə, Zərərçəkmiş şəxs1 qarşı törətdiyi hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. (İİ cild i.v. 17-33) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 39) - 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatətinin və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatının təmin olunmasından imtina edilmişdir. (İ cild i.v. 85-88) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli tələbnamədən, hökmlərin və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 mart 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 may 2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 31 yanvar 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən üzərində qazancından dövlət nəfinə 15% tutulmaqla 11 ay 24 gün müddətinə islah işləri cəzası saxlanılmış; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 02 il 03 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 67.1 və 68.1.3-cü maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzasının çəkilməmiş 09 ay 24 gün hissəsi 03 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, yeni cəzaya qismən birləşdirilmiş, qəti olaraq 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 01 il 06 ay sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, cinayət qanunvericiliyində dəyişikliklər edilməsi haqqında 01 may 2020-ci il tarixli Qanuna əsasən ona Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzasının çəkilməmiş qalan 09 ay 24 gün hissəsi 02 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, həmin cəza CM-nin 67.1 və 68.1.3-cü maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilməmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(007)-32/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə (cinayəti 17 fevral 2020-ci il tarixdə törətmişdir) təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 1(007)-258/2019 nömrəli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən həmin hökmlə təyin edilmiş (həmin məhkəmənin 10 iyun 2021-ci il tarixli 7(007)-251/2021 nömrəli qərarı nəzərə alınmaqla) 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 07 iyul 2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 146-156) - 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan hesablanmış, həbsdə saxlanılma yeri Bakı istintaq təcridxanası müəyyən edilmişdir. (İ cild i.v. 176-180) -Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin 18 fevral 2021-ci il tarixli 089- 3669-1221 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs saxlanılaraq Bakı istintaq təcridxanasına yerləşdirilməsi üçün Nizami RPİ-nin MSY-nə yerləşdirilmişdir. (İ cild i.v. 200) Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin qəsdən törədilən az ağır cinayətlər hesab olunan 127.2.3 və 221.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti təyin edilməklə şərti hesab edildiyi müddətdə, sınaq müddəti başa çatmamış hazırkı cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları, verilmiş ittihamla müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törətməmişdən əvvəl törətdiyi digər cinayət əməlinə görə müvafiq məhkəmə hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qəti cəzanın təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 05 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin bir gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinin müddəalarına müvafiq qaydada hesablanmaqla təyin olunacaq cəza müddətindən çıxılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 iyul 2021-ci il tarixli 1(007)-32/2021 nömrəli hökmü ilə təyin edilmiş qəti 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırkı iş üzrə həbs edildiyi 18 fevral 2021-ci il tarixdən hesablanmalı, Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq və Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyindən, belə qənaətə gəlir ki, o, təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişlər; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; iş üzrə məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, iş materiallarına əsasən həmin müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin qərarı əsasında isə, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, iş materiallarına əsasən həmin müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, müvafiq qərara uyğun olaraq müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(007)-32/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar