Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-13/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1990-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 25 oktyabr 2021-ci il tarixdə, saat 02 radələrində cinsi ehtirasını təmin etmək məqsədilə on altı yaşına çatmayan xx xxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən yataq otağında qarşılıqlı razılıq əsasında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etməklə sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən həyət evlərində kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs ilə 2021-ci ilin iyun ayının tarixini xatırlamadığı günündə tanış olmuşdur. Həmin vaxtı özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə səhvən zəng etmiş, zəngi bir xanım açdığı üçün o, “bağışla səhv düşmüşəm” deyərək dəstəyi yerə qoymuşdur. Daha sonra həmin xanımın özü ona zəng etmiş, səsi xoşuna gəldiyi üçün bir qədər söhbət edərək tanış olmuşlar. Həmin xanımın adının Banuçiçək və İsmayıllı rayonu, Təzəkənd kəndindən olduğunu öyrənmişdir. Həmin vaxtdan telefonla danışıb Whatsapp proqramı vasitəsilə görüntülü danışaraq yazışmağa başlamışlar və şəkillər də göndərməklə bir-birini bəyənmişlər. Həmin vaxtdan aralarında sevgi münasibətləri yaranmışdır. Danışıqlar zamanı Zərərçəkmiş şəxs ondan yaşını soruşmuş və ona 30 yaşının olmasını bildirmişdir. Banuçiçəkdən yaşını soruşduqda isə ona 15 yaşının tamam olduğunu, lakin 16 yaşının 2021-ci ilin noyabr ayının 2-də olacağını demişdir. O, bir neçə dəfə Banuçiçəyə yaşının az olmasını və ayrılmalı olduqlarını bildirmişdir. Lakin Banuçiçək razı olmamışdır. Daha sonra isə Banuçiçəyə səbirli olmasını, ona elçi göndərəcəyini demişdir. Banuçiçək ona onu qaçırmağını, qaçırmadığı halda isə özünü öldürəcəyini və onunla birlikdə yaşamaq istədiyini bildirmişdir. Banuçiçəyi sevdiyi üçün və aralarında olan münasibətlərin yaxşı olmasından hər hansı bir səhv hərəkətə yol verməməsi üçün onu qaçırmağa razı olmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 11 radələrində Banuçiçəyə zəng edərək onu qaçırmaq üçün İsmayıllı rayonuna gələcəyini və hazır olmasını bildirmişdir. Həmin gün təxminən saat 23 radələrində tanımadığı yol maşını ilə İsmayıllı rayonuna getmək üçün yola çıxmışdır. İsmayıllı rayonu Təzəkənd kəndinə çatan zaman Banuçiçəyə zəng edərək yola çıxmasını demişdir. Banuçiçək yaşadığı evinin qarşısına çıxıb onu gözləmişdir. Banuçiçək avtomobildə əyləşdikdən sonra Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinə gəlmişlər. Keşlə məscidinin yanında avtomobildən enərək piyada yaxınlıqda həyət evləri olan kirayə yaşadığı evə getmişlər. Evdə onlardan başqa anası, qardaşı və qardaşının ailəsi uşaqları qalmışdır. Həmin vaxtı hər hansı bir hərəkət etməmiş və ya ər-arvad münasibətlərində olmamışdırlar. Səhər vaxtı, yəni xx.xx.2021-ci il tarixdə anası qız qaçırmağını bilmiş, buna baxmayaraq Banuçiçəyi xoş qarşılamışdır. Həmin gündən etibarən bir evdə, lakin ayrı-ayrı yerlərdə yatmışlar. xx.xx.2021-ci il tarixdə təxminən saat 02 radələrində Banuçiçəklə bir otaqda qalmış, bir qədər söhbət etmiş, qucaqlaşmış, hər ikisi əynindəki paltarları soyunmuş və çılpaq şəkildə çarpayıda uzanmışlar. O, Banuçiçəyi öpüb qucaqlamış, sonra Banuçiçəklə yanakı formada Banuçiçəyin arxası ona tərəf uzanmışlar. Həmin zaman öz cinsiyyət orqanını Banuçiçəyin cinsiyyət orqanına sürtərək və təbii yolla içəri daxil edib təxminən 40-45 dəqiqə ərzində cinsi əlaqədə olmuşlar. O, ehtiras nəticəsində yaranmış spermasını çölə boşaltdıqdan sonra hərəkətlərini dayandırmışdır. Həmin vaxt Banuçiçəyin cinsiyyət orqanında və çarpayı üzərində qan olmasını görərək artıq onun qızlıq pərdəsinin açılmasını anlamışdır. Banuçiçəyi sevdiyi üçün və onun könüllü istəyi və razılığı əsasında onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Banuçiçəyə qarşı zorla heç bir seksual xarakterli hərəkətlərə yol verməmiş, zorla onunla təbii və yaxud qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Bundan başqa, onlar hazırda Banuçiçəklə birlikdə eyni mənzildə bir ailə kimi yaşayırlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla 2021-ci ilin iyun ayında, tarixini dəqiq xatırlamadığı günündə tanış olmuşdur. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş və zəng etdikdən sonra ona “bağışla səhv düşmüşəm” demiş və dəstəyi yerə qoymuşdur. Daha sonra Elvininlə telefon vasitəsi ilə tanış olmuşdur. Bir müddət Görüntülü danışmışlar və bir-birlərinə özlərinin fotoşəkillərini göndərmişlər. Bu zamandan aralarında sevgi münasibətləri yaranmışdır. Danışıqlar zamanı Elvin ondan yaşını soruşmuş və ona 15 yaşının tamam olduğunu, lakin 16 yaşının 2021-ci ilin noyabr ayının 2-də tamam olacağını demişdir. O, Elvinin yaşını soruşduqda isə Elvin ona 30 yaşının olduğunu bildirmişdir. Söhbətlər zamanı Elvin sonuncuya elçi göndərmək istədiyini demiş o, isə Elvindən onu qaçırmağını istəmişdir. Daha sonra Elvin sonuncuya yaşının az olduğu üçün qaçırmıyacağını deyərək və onunla münasibəti bitirmək istədiyini demiş, lakin sonuncu Elvinə onu qaçırmadığı təqdirdə özünü öldürəcəyini bildirmişdir. Bundan sonra Elvin onu qaçıracağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 19 radələrində Elvin sonuncuya zəng edərək onu qaçıracağını bildirmişdir. Həmin gün Elvin İsmayıllı rayonuna, onun yaşadığı Təzəkənd kəndinə gələrək ona yola çıxmağını bildirmiş və kağıza Təqsirləndirilən şəxs ilə qaçacağı barədə yazı yazıb yaşadığı evə qoyaraq evdən çıxmışdır. Həmin gün təxminən saat 24 radələrində Elvinlə kənddə evin qarşısında görüşmüş, onun gəldiyi qara rəngli markasını və nömrəsini xatırlamadığı taksidə əyləşərək Elvinlə birlikdə Bakı şəhərinə Elvinin yaşadığı evə gecə saatlarında gəlmişdirlər. Evə gələn zaman orada Təqsirləndirilən şəxs anası qardaşı və qardaşının uşaqları olmuşdur. Qeyd edilən evdə otaqda yatmış, lakin başqa münasibətdə olmadıqlarını bildirmişdir. xx.xx.2021ci il tarixdə təxminən saat 02 radələrində o, Elvin ilə bir otaqda yatmış və hər ikisi əynində olan paltarlarını tam soyunaraq uzanmışlar. Qeyd edilən vaxt Elvin onun üzərinə uzanmış əvvəlcə onu öpməyə başlamışdır. Sonra isə hər ikisi yanaşı uzanmış və onun arxası Təqsirləndirilən şəxs tərəfə olmuşdur. Həmin zaman Elvin öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmişdir. Təqribən 30-40 dəqiqə birlikdə cinsi əlaqədə olmuşdurlar. Cinsi əlaqədə olduqdan sonra o, cinsiyyət orqanında və çarpayı üzərində qan olmasını görərək Elvinin onun qızlıq pərdəsini açmasına tam əmin olmuşdur. O, Elvini sevdiyi üçün onunla təbii yolla cinsi əlaqədə olmasına razı olmuşdur. Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olmamasını və öz istəyi ilə onunla əlaqədə olmasını bildirmiş və Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmadığını qeyd etmişdir. Bundan başqa, onlar hazırda təqsirləndirilən şəxslə birlikdə eyni mənzildə bir ailə kimi yaşayırlar. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Şahidlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, qardaşı Təqsirləndirilən şəxs onlarla birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kirayə yaşamışdır. Qardaşı Elvin ona və anası Şahid2 Banuçiçək adlı İsmayıllı rayonunda yaşayan qızı istədiyini əvvəlcədən bildirmiş və həmin qıza elçi getmək istədiyini onlardan istəmişdir. Qızın yaşını Elvindən soruşduqları zaman qızın 18 yaşı olmasını onlara demişdir. xx.xx.2022-ci il tarixdə saat təqribən 05 radələrində yaşadıqları evdə olarkən qardaşı Təqsirləndirilən şəxs Banuçiçək adlı qızla evə gəlməsini bildirmişdir. O, qızın yaşının az olmasını qızı görən zaman hiss etmiş və qızın bibisi ilə telefon əlaqəsi saxlayaraq Banuçiçəyin onlarda olmasını və qardaşı tərəfindən qaçırıldığını ona bildirmişdir. 2-3 gün müddət ərzində Banuçiçəklə Elvinin ayrı yerlərdə yatdıqlarını bildirmişdir. Banuçiçəyin ailə üzvləri ilə İsmayıllı rayonuna gedərək barışıq eldiklərini və onlardan Banuçiçəyiıı Elvinə verilməsinə razılıq aldıqlarını bildirmişdir. İkil hazırda Banuçiçəyin onlarla birlikdə yaşadığını və Elvinlə Banuçiçəyin yaşı çatmadığı üçün rəsmi nikaha girə bilmədiklərini, lakin aralarında kəbin olmasını və Banuçiçəyin Ülvinin həyat yoldaşı olduğunu bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, oğlu Elvin onlarla birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kirayə yaşamışdır. Oğlu Elvin ona və qardaşı Çingizə Banuçiçək adlı İsmayıllı rayonunda yaşayan qızı istədiyini əvvəlcədən bildirmiş və həmin qıza elçi getmək istədiyini onlardan işləmişdir. Qızın yaşını Elvindən soruşduqları zaman qızın 18 yaşı olmasını onlara demişdir. xx.xx.2022-ci il tarixdə saat təqribən 05 radələrində yaşadıqları evdə olarkən oğlu Təqsirləndirilən şəxs Banuçiçək adlı qızla evə gəlməsini bildirmişdir. O, qızın yaşının az olmasını qızı görən zaman hiss etmiş və qızın bibisi ilə telefon əlaqəsi saxlayaraq Banuçiçəyin onlarda olmasını və oğlu tərəfindən qaçırıldığını ona bildirmişdirlər. 2-3 gün müddət ərzində Banuçiçəklə Ülvinin ayrı yerlərdə yatdıqlarını bildirmişdir. Banuçiçəyin ailə üzvləri ilə İsmayıllı rayonuna gedərək barışıq etdiklərini və onlardan Banuçiçəyin Elvinə verilməsinə razılıq aldıqlarını bildirmişdir. Hal-hazırda Banuçiçəyin onlarla birlikdə yaşadığını və Elvinlə Banuçiçəyin yaşı çatmadığı üçün rəsmi nigaha girə bilmədiklərini, lakin aralarında kəbin olmasını və Banuçiçəyin Elvinin həyat yoldaşı olduğunu bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, övladlarının hər ikisi, yəni 2008-ci il təvəllüdlü Niyal Ağazadə və 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ruhi-əsəb xəstəliklər olduğunu bildirmişdir. Qızı Banuçiçəyin 2021-ci ilin avqust ayında kimləsə telefon vasitəsilə danışdığını bildiyini, Banuçiçəkdən danışdığı şəxsin kimliyini soruşduqda isə Təqsirləndirilən şəxs adlı şəxslə mobil telefonla danışaraq tanış olduğunu öyrənmişdir. Banuçiçəyin ona verdiyi məlumata əsasən Elvinin 30 yaşının olmasını və Astara rayonundan olduğunu və Elvinin Bakı şəhərində yaşadığı qızından öyrəndiyini bildirmişdir, Elvinlə özü və baldızı Ülviyyə Ağayevanın mobil telefon vasitəsilə danışdığını, danışığı zaman Elvinə Banuçiçəyin yaşının az olduğunu, onun özünün yaşının çox olduğunu, Banuçiçəyin ruhi-əsəb xəstəsi olduğunu, hələ evliliyin nə olduğunu bilmədiyini demişdir, Elvin isə ona Banuçiçək ilə evlənmək istədiyini, onu sevdiyini deyərək Banuçiçəyin onun arvadı olacağını ona bildirmişdir, Elvinə hansısa bir söz deməyin mənası olmadığını görərək Elvinlə danışığı bitirdiyini və onunla bu söhbətdən sonra danışmadığını, yalnız Elvinlə Banuçiçək Bakı şəhərinə getdikdən sonra onunla telefonla danışdığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 01 radələrində o, Banuçiçəyin yataq otağında olmadığını görmüş və bu barədə baldızına məlumat vermişdir. Evə baxarkən evin zal hissəsində olan stolun üzərində bir kağız parçası görmüş, həmin kağızda Banuçiçəyin öz xətli ilə yazdığı “mən Zərərçəkmiş şəxs xoşumla öz razılığımla sevdiyim oğlan Təqsirləndirilən şəxsyla Astaralıya qoşulub qaçıram” yazısı olduğunu aşkar etmişdir. Həmin zaman Banuçiçəyin Elvinə qoşulub getdiyini başa düşmüşdür. Təxminən 1 saat sonra o, Elvinin mobil nömrəsinə zəng etmiş və Banuçiçək mobil telefonu özü açmışdır. Telefon danışığı zamanı Banuçiçək Elvinlə qoşulub getdiyini, narahat olmamalarını onlara bildirmişdir. O, Banuçiçəyə heç kim bilmədən evə qayıtmağını bildirsə də, Banuçiçək evə qayıtmayacağını ona demişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, qardaşı qızı Banuçiçəyin 2021-ci ilin avqust ayında kimləsə telefon vasitəsilə danışdığını bilirmiş və bir müddət keçdikdən sonra bu barədə Banuçiçəkdən soruşduqda o, Təqsirləndirilən şəxs adlı biri ilə tanış olduğunu və sonuncu ilə danışdığını ona demişdir. Banuçiçəyin verdiyi məlumata əsasən Elvinin 30 yaşı olmasını və əslən Astara rayonundan olduğunu bilmişdir. Elvinlə özü və Banuçiçəyin anasının mobil telefon vasitəsilə danışdığını, danışıq zamanı Elvinə Banuçiçəyin yaşının az olduğunu, onun özünün yaşının çox olduğunu, Banuçiçəyin ruhi-əsəb xəstəsi olduğunu, hələ evliliyin nə olduğunu bilmədiyini demişdir. Elvin isə onlara Banuçiçək ilə evlənmək istədiyini, onu sevdiyini deyərək Banuçiçəyin onun arvadı olacağını bildirmişdir. Elvinə hansısa bir söz deməyin mənası olmadığını görərək Elvinlə danışığı bitirdiklərini və onunla bu söhbətdən sonra danışmadığını, yalnız Elvinlə Banuçiçək Bakı şəhərinə getdikdən sonra onunla telefonla danışdıqlarını bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 01 radələrində Şahid3 Banuçiçəyin yataq otağında olmadığını görmüş və bu barədə ona məlumat vermişdir, evə baxarkən evin zal hissəsində olan stolun üzərində bir kağız parçası görmüş, həmin kağızda Banuçiçəyin öz, xətli ilə yazdığı “mən Zərərçəkmiş şəxs xoşumla öz razılığımla sevdiyim oğlan Təqsirləndirilən şəxsyla Astaralıya qoşulub qaçıram” yazısı olduğunu aşkar etmişdir. Həmin zaman Banuçiçəyin Elvinə qoşulub getdiyini başa düşdüklərini, təxminən 1 saat sonra Elvinin mobil nömrəsinə zəng etdiklərini və Banuçiçəyin mobil telefonu özünün açdığını, telefon danışığı zamanı Banuçiçək Elvinlə qoşulub getdiyini, narahat olmamalarını onlara bildirmişdir. O, Banuçiçəyə heç kim bilmədən evə qayıtmağını bildirsə də, Banuçiçək evə qayıtmayacağını ona demişdir. Bıından sonra Elvinin mobil nömrəsinə yenidən zəng etdiklərini, sonuncunun telefonuna zəng çatmadığını bildirmişdir. İş materiallarında olan 17 mart 2022-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını hadisə yeri kimi göstərərək, 22 oktyabr 2021-ci il tarixdə qaçırdığı 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qeyd edilən ünvana gətirdiyini və 25 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində göstərilən ünvanda ər-arvad münasibətlərində olduğu zaman öz cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına daxil edib təbii yolla cinsi əlaqədə olaraq qızlıq pərdəsinin tamlığını pozmasını qeyd etmişdir. İş materiallarında olan 17 mart 2022-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs ünvan 2 ünvanını hadisə yeri kimi göstərərək, 22 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla qaçaraq gəldiyi ünvanın qeyd edilən ünvan olmasını və 25 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində göstərilən ünvanda ərarvad münasibətlərində olduğu zaman Elvinin öz, cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil edib təbii yolla cinsi əlaqədə olaraq qızlıq pərdəsinin tamlığını pozmasını qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin «Məhkəmə Tibbi Ekspertiza və X2» X3 01 noyabr 2021-ci il tarixli 513 saylı ekspert rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs ağız boşluğunda, bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Pozulma müddəti xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilər. Zərərçəkmiş şəxs qeyritəbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs Məftun qızında hamiləlik aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin Məhkəmə-X1 xx.xx.2022-ci il tarixli 923 saylı Komleks Ambulator Məhkəmə Psixatrik və Psixoloji rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə “yüngül dərəcəli əqli gerilik" qeyd olunmuş. - Zərərçəkmiş şəxs qeyd olunan Yüngül dərəcəli əqli gerilik" ona qarşı törədilən əməllərin mənasını dərk etmək iqtidarından məhrum etməmişdir. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə elmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları (ona qarşı törədilən hərəkətləri) düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hal-hazırda yüngül dərəcəli əqli gerilik aşkar olunur. Cinayət törədildiyi zaman Zərərçəkmiş şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi emosianal vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs əqli və psixi inkişafında yüngül gerilik əlamətləri müəyyən edilir. Sadəlövhlük, səthilik, məsuliyyətsizlik, tez inanmaq, nəticəni proqnozlaşdırmadan hərəkət etməyə meyililik və .s bu kimin xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında yüngül gerilik əlamətləri müəyyən edilsə də, o, ona qarşı edilən və etdiyi hərəkətlərin xarakter və mənasını anlamışdır. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl və baş vermiş hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hazırkı psixoloji müayinə zamanı psixiemosional vəziyyətinin normaya uyğun olduğu müəyyən edilir. Zərərçəkmiş şəxs yüngül əqli gerilik müəyyən edilməsinə baxmayaraq o, baş vermiş hadisə zamanı emosional halında psixoloji yaşından və fərdi-psixi xüsusiyyətlərindən asılı olaraq müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs əqli inkişafında yüngül gerilik əlamətləri aşkar olunur. Zərərçəkmiş şəxs təliqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və bu barədə ifadə vermək qabiliyyətinə malikdir. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin Məhkəmə-X1 xx.xx.2022-ci il tarixli 927 saylı Komleks Ambulator Məhkəmə Psixatrik və Psixoloji rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda psixi (ruhi) xəstə olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz, hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarəetmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli -intelekual imkanları normaya uyğundur. Əqli-intelektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, öz, hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 12 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, onun barəsində CM-nin 149, 151 və 144-cü maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin şikayətinin olmamasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 22 fevral 2023-cü il tarixli, 3-16-17/40/2-878/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 16 mart 2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 18 mart 2022-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 16 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 57 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 342 manat (57x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 20 fevral 2022ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 57 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 342 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-13/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-13/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver