Məhkəmə qərarları › İş №1(007)-13/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-13/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-13/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx xxx 1968-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Zəngilan rayonu, Qıraq Müşlan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində “Şəhid ailələri və müharibə əlilləri” üçün tikilmiş evlərdən 1 ədəd 4 otaqlı mənzil alacağı adı ilə yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 2021-ci ilin aprel ayında Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 44, 7 nömrəli mənzildə 4300 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində “Şəhid ailələri və müharibə əlilləri” üçün tikilmiş evlərdən 1 ədəd 2 otaqlı və 1 ədəd 3 otaqlı mənzil alacağı adı ilə yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla 17 may 2022-ci ildə Zərərçəkmiş şəxs2 qayınatası Nasir Koroğluyev tərəfindən ünvan 2 ünvanda yerləşən “Pioneer” supermarketində olan “Milliön” terminalından ona məxsus “Kapital Bank”a aid karta köçürülmüş 1500 manat, 18 may 2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 44, 7 nömrəli mənzildə Zərərçəkmiş şəxs2 1500 manat, 19 may 2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 44, 7 nömrəli mənzildə 825 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 3825 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində “Şəhid ailələri və müharibə əlilləri” üçün tikilmiş evlərdən 2 ədəd 4 otaqlı mənzil alacağı adı ilə yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs3 30 may 2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 44D ünvanında yerləşən “Kapital Bank”ın Qara Qarayev filialının yaxınlığında 1000 manat, 08 iyun 2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 44D ünvanında yerləşən “Kapital Bank”ın Qara Qarayev filialının yaxınlığında 6000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 7000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən Zərərçəkmiş şəxs1 tanımış və onun oğlu Xalid Quliyevin 1-ci Qarabağ döyüşlərində şəhid olduğunu və Milli Qəhrəman adına layiq görüldüyünü bilmişdir. O, məcburi köçkün olduğu üçün 2019-cu ildə ona Yeni Kürdəxanı şəhərciyində “Məcburi köçkün və qaçqınlar” üçün tikilmiş binadan bir otaqlı mənzil verilmişdir. Həmin ərəfədə şəhərcikdən 300-500 metr aralıda yerləşən Savalan yaşayış sahəsində “Şəhid ailələri və müharibə əlilləri” üçün yaşayış binaları tikilmiş və 2021-ci ilin əvvəllərində binalar hazır olduğu üçün satışa verilmişdir. Zərərçəkmiş şəxs1 Yeni Kürdəxanı şəhərciyində “Məcburi köçkün və qaçqınlar” üçün tikilmiş yaşayış binasından ona bir otaqlı mənzil verildiyini bilmişdir. 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 ona demişdir ki, o, da Savalan yaşayış sahəsində “Şəhid ailələri və müharibə əlilləri” üçün tikilmiş evlərdən mənzil almaq istəyir. O, Zərərçəkmiş şəxs1 həmin evlərdən mənzil almağa köməklik edə biləcəyini demişdir. Onlar 4300 manata razılaşmışlar və o, həmin pulu Aynişandan alaraq, ona söz vermişdir ki, 3 və ya 4 ay ərzində 1 ədəd 4 otaqlı mənzili almaqda köməklik edəcək. Lakin, o, verdiyi vədi yerinə yetirməmişdir. Məsələ uzandığı üçün Aynişanın nəvəsi Zərərçəkmiş şəxs2 ondan 4300 manat pulu geri tələb etməyə başlamışdır. 2022-ci ilin may ayında o, Zərərçəkmiş şəxs1 onlara veriləcək mənzilə gedib baxmaq lazım olduğunu bildirmiş, Aynişan ona razılıq vermiş və səhəri günü Aynişan, nəvəsi Hüseynxan və gəlini Şahid2 Savalan yaşayış sahəsində “Şəhid ailələri və müharibə əlilləri” üçün tikilmiş evlərə baxmaq üçün gəlmişlər. Komendant açarı vermiş və onlar həmin binada olan tam təmirli mənzillərə baxmışlar. Həmin vaxtı o, Aynişangilə demişdir ki, 2022-ci ilin may ayında həmin mənzillər təhvil veriləcək. Hüseynxan yenə ondan 4300 manat pulu geri tələb etmiş, o, isə Hüseynxana 1500 manat müqabilində 1 ədəd 3 otaqlı mənzil almasına köməklik edə biləcəyini bildirmiş, Hüseynxan buna razılıq vermiş və 1500 manatı onun kartına köçürmüşdür. 29 may 2022-ci ildə Qızbəsti ona zəng vurub qardaşı Zərərçəkmiş şəxs3 da həmin evlərdən mənzil almaq istədiyini bildirmiş, o, razılıq vermiş və demişdir ki, 7000 manata mənzilin alınmasında köməklik edə bilər və onlar 7000 manata razılaşmışlar. Şahin həmin pulu ona verdikdən sonra o, həmin mənzillərin alınması üçün heç bir yerə müraciət etməmiş, 7000 manat pulu ehtiyacına xərcləmişdir. Mənzillər məsələsi alınmadığı üçün vətəndaşlar ondan şikayət etmişlər. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını, həmçinin istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 3 ünvanda oğlu Şahid1 və onun ailəsi ilə birlikdə yaşayır. Onun oğlu X1 1-ci Qarabağ müharibəsində iştirak edərək şəhid olmuş və Milli Qəhrəman fəxri adı verilmişdir. Yaşadığı ev darısqal olduğu üçün “Şəhid ailələri və müharibə əlilləri” üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində inşa edilən binalardan 2021-ci ilin aprel ayının əvvəlləri mənzil almaq istəyirmiş. Yaşadığı binanın birinci mərtəbəsində gözəllik salonunda işləyən Təqsirləndirilən şəxs ona demişdir ki, onun yaxşı əlaqələri var, onların vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində “Şəhid ailələri və müharibə əlilləri” üçün inşa edilmiş binadan 3 və ya 4 ay ərzində 4500 manata 1 ədəd 3 otaqlı mənzil təşkil edə bilər. O, Zülfıyyə Hacıyevaya demişdir ki, onun 4500 manata gücü çatmır və son olaraq 4300 manata razılaşmışdır. 2021-ci ilin aprel ayında o, yaşadığı evdə gəlini Şahid2 yanında 1 ədəd 3 otaqlı mənzilin alınmasında köməklik etməsi üçün Təqsirləndirilən şəxs 4300 manat pulu vermişdir. 2021ci ilin iyul ayında nəvəsi Zərərçəkmiş şəxs2 hərbi xidmətdən təxris olunmuş və o, nəvəsi Zərərçəkmiş şəxs2 “Şəhid ailələri və müharibə əlilləri” üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində inşa edilən binalardan 1 ədəd 3 otaqlı mənzilin alınmasında köməklik etməsi üçün Zülfıyyə Hacıyevaya 4300 manat pul verdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs mənzil barəsində soruşduqda hər dəfə deyirmiş ki, darıxma düzəlir. 2022-ci ilin aprel ayında nəvəsi Zərərçəkmiş şəxs2 Zülfıyyə Hacıyevadan 4300 manat pulu geri tələb etməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona demişdir ki, mənzillər artıq paylanmağa başlanmış, ona görə də, mənzillərə baxmaq lazımdır. O, Təqsirləndirilən şəxs razılıq vermiş və o, nəvəsi Zərərçəkmiş şəxs2, gəlini Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində “Şəhid ailələri və müharibə əlilləri” üçün inşa edilən mənzillərə baxmaq üçün getmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs binanın komendantına yaxınlaşıb onları göstərib demişdir ki, şəhid ailəsidir, mənzillərə baxmaq istəyirlər. Bundan sonra 3 ədəd mənzilin açarını vermişlər və onlar birlikdə mənzillərə baxmışlar. Onlar mənzillərə baxdıqdan sonra artıq Təqsirləndirilən şəxs real mənzil məsələsini düzəldəcəyinə inanmışlar və nəvəsi Zərərçəkmiş şəxs2 də həmin binalardan mənzil almaq istəmişlər. Bu barədə Təqsirləndirilən şəxs demişlər, Zülfıyyə Hacıyeva demişdir ki, 3000 manata mənzilin alınmasında köməklik edə bilər. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs demişdir ki, 3000 manat verməyə imkanı yoxdur və yekun olaraq 1500 manata razılaşmışlar. Zərərçəkmiş şəxs2 1500 manatı olmadığı üçün qayınatası Nasirdən borca pul istəmişdir. Zərərçəkmiş şəxs2 qayınatası Nasir 1500 manat pul düzəltdiyi üçün Zərərçəkmiş şəxs2 məlumat vermişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona göndərdiyi “Kapital Bank” kartının şəklini qayınatası Nasirə göndərmiş və 17 may 2022-ci ildə Zərərçəkmiş şəxs2 qayınatası Nasir ünvan 4 ünvanda yerləşən “Pioneer” marketdən “Milliön” terminal vasitəsi ilə 1500 manat pulu Təqsirləndirilən şəxs kartına köçürmüş və qəbzin şəklini Zərərçəkmiş şəxs2 göndərmişdir. Zərərçəkmiş şəxs2 1500 manat köçürülmüş pulun qəbzini Zülfıyyə Hacıyevaya göndərmişdir. 18 may 2022-ci ildə Təqsirləndirilən şəxs nəvəsi Zərərçəkmiş şəxs2 1500 manat istəmiş və demişdir ki, əlavə 1 ədəd 3 otaqlı mənzilin alınmasında köməklik edəcək. Nəvəsi Zərərçəkmiş şəxs2 atası Şahid1 borc olaraq 1500 manat alıb yaşadığı evdə Zülfıyyə Hacıyevaya vermişdir. 19 may 2022-ci ildə Zülfıyyə Hacıyeva nəvəsi Zərərçəkmiş şəxs2 825 manat istəmiş və demişdir ki, hər iki mənzilin sənədləşdirilməsi üçün lazımdır. Zərərçəkmiş şəxs2 atası Şahid1 borc olaraq 1500 manat alıb yaşadığı evdə Zülfıyyə Hacıyevaya vermişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs zəng vurub mənzillər barəsində soruşmuş, Təqsirləndirilən şəxs demişdir ki, 28 may 2022-ci ildə mənzillərin açarları veriləcək. 28 may 2022-ci ildə nəvəsi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs zəng vurub mənzillər barədə soruşmuş və bundan sonra Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə gətirib demişdir ki, mənzillərin sənədləri hazırlanır. Bundan sonra görmüşlər ki, Təqsirləndirilən şəxs onları aldadır və o, Təqsirləndirilən şəxs demişdir ki, 30 iyun 2022-ci ilə kimi onun və nəvəsi Zərərçəkmiş şəxs2 pulunu verməsə ondan şikayət edəcəklər. Təqsirləndirilən şəxs razılıq vermiş və demişdir ki, mənzillərin sənədləri qısa zamanda hazır olacaq. 30 iyun 2022-ci ildə mənzillərin sənədləri hazır olmamış və nəvəsi Zərərçəkmiş şəxs2 bu barədə Zülfıyyə Hacıyevaya zəng vurub demiş, Zülfıyyə Hacıyeva yenə demişdir ki, qısa zamanda mənzillərin sənədləri hazır olacaq. Nəvəsi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs demişdir ki, onlara mənzil lazım deyil, pulları ver, yoxsa polis orqanına şikayət edəcəklər. Zülfıyyə Hacıyeva demişdir ki, 2-3 günə verəcək. 2-3 gündə gözləmişlər və Təqsirləndirilən şəxs pulu vermədiyi üçün o, nəvəsi Zərərçəkmiş şəxs2lə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə gedib Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişlər. Həmin vaxtı o, nəvəsi Zərərçəkmiş şəxs2 demişdir ki, izahatında 1500 manat göstər, Təqsirləndirilən şəxs yazıqdır. Nəvəsi Zərərçəkmiş şəxs2 Bakı şəhər Baş Polis İdarəsində izahat verən zaman Təqsirləndirilən şəxs mənzil alınmasına köməklik etməsinə görə 1500 manat verdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən ona 4300 manat, nəvəsi Zərərçəkmiş şəxs2 isə 1500 manat pul ödənilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını, həmçinin istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 istintaqda Zərərçəkmiş şəxs1 verdiyi ifadəyə oxşar məzmunda ifadə vermişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını, həmçinin istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəlləri bacısı Şahid2 ona demişdir ki, qayınanası Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində “Şəhid ailələri və müharibə əlilləri” üçün tikilmiş evlərdən Təqsirləndirilən şəxs 4300 manata 1 ədəd 3 otaqlı mənzil alıb verilməsində köməklik edəcək, həmin mənzili ona və Zərərçəkmiş şəxs1 göstərmişdir. O, Təqsirləndirilən şəxs 2022-ci ildən Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. 2022-ci ilin may ayının axırları o, Zərərçəkmiş şəxs1, bacısı Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində “Şəhid ailələri və müharibə əlilləri” üçün tikilmiş evlərdə olan mənzilə baxmış və o, Zərərçəkmiş şəxs1 mənzil alması münasibəti ilə təbrik etmişdir. Onlar geri qayıdan zaman Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, istəyirsən sənə də həmin evlərdən 5000 manata 1 ədəd 4 otaqlı mənzil almaqda köməklik etsin. O, Təqsirləndirilən şəxs demişdir ki, bu məsələyə inanmır, 5000 manata 1 ədəd 4 otaqlı mənzil olar? Təqsirləndirilən şəxs ona demişdir ki, şəhid ailələri, qazilər, işsiz və kasıb ailələr üçün almaq olar. O, Təqsirləndirilən şəxs demişdir ki, 10000 manata ona 2 ədəd 4 otaqlı mənzil təşkil edə bilər? Təqsirləndirilən şəxs razılıq vermiş və o, Təqsirləndirilən şəxs demişdir ki, ilkin olaraq 1000 manat verəcək, qalan pulu hazırlayıb verər. Təqsirləndirilən şəxs onunla razılaşmış və 30 may 2022-ci ildə o, ünvan 5 ünvanda yerləşən “Kapital Bank”ın Qara Qarayev filialının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüş və 2 ədəd 4 otaqlı mənzillərin alınmasında köməklik göstərilməsi üçün ilkin olaraq 1000 manat vermişdir. Həmin vaxtı ondan və Təqsirləndirilən şəxs başqa heç kim yox imiş. Təqsirləndirilən şəxs ondan 1000 manat pulu alıb demişdir ki, 1000 manat pulu versin, 2 ədəd 4 otaqlı mənzilləri sənin üçün saxlasınlar. O, Təqsirləndirilən şəxs inandığı üçün 1000 manat verməyinə dair əl yazma almamışdır. 08 iyun 2022-ci ildə o, ünvan 5 ünvanda yerləşən “Kapital Bank”ın Qara Qarayev filialının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüş və 2 ədəd 4 otaqlı mənzillərin alınmasında köməklik göstərilməsi üçün əlavə 6000 manat vermişdir. O, Təqsirləndirilən şəxs inandığı üçün 6000 manat verməyinə dair əl yazma almamışdır. O, Təqsirləndirilən şəxs demişdir ki, mənzilləri təhvil alanda 3000 manat da verəcək. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 10-15 günə mənzillərin sənədləri onda olacaq. 2022-ci ilin iyun ayının əvvəlləri o, bacısı oğlu Zərərçəkmiş şəxs2lə söhbət edən zaman demişdir k, Təqsirləndirilən şəxs 10000 manata ona Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində “Şəhid ailələri və müharibə əlilləri” üçün tikilmiş evlərdən 2 ədəd 4 otaqlı mənzilin alınmasında ona köməklik edəcək. Bacısı oğlu Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onu aldadıbdır, o, Təqsirləndirilən şəxs 3800 manat verib 2 ədəd 3 otaqlı mənzil alınmasında köməklik edəcək, 15 gündən sonra o, Təqsirləndirilən şəxs demişdr ki, mənzillərin sənədləri hazır oldu? Təqsirləndirilən şəxs demişdir ki, həmin evlərin açılışı olacaq və ondan sonra həmin evlərdən mənzillər paylanacaq. O, mənzillərin sənədlərini Təqsirləndirilən şəxs soruşanda hər dəfə bir bəhanə gətirib deyirmiş ki, mənzillərin sənədləri hazırlanır. 2022-ci ilin iyul ayının əvvəlləri Aynişan Hacıyeva və bacısı oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmişlər. O, görmüşdür ki, Təqsirləndirilən şəxs mənzillərin sənədlərini hazırlayıb vermir və başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu da aldadıbdır. 25 iyul 2022-ci ildə o, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub şikayət etmiş və 27 iyul 2022-ci ildə onu Bakı şəhəri Nizam rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə dəvət etmişlər və o, Təqsirləndirilən şəxs barəsində ərizə və baş vermiş hadisə barədə izahat yazıb vermişdir. İş üzrə Şahid1 teleqramla məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 istintaqda Zərərçəkmiş şəxs1 verdiyi ifadəyə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlama və icraata qəbul etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - cinayət işi başlama və icraata qəbul etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işi üzrə ibtidai istintaq aparılmışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi Səbuhi İsmayılovun vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs saxlanıldığı yerdən dərhal azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, H***** Z*****C***** məxsus “Kapital Bank” kartına 1500 manat vəsaitin köçürülməsinə dair qəbz maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 4300 manat, Zərərçəkmiş şəxs2 3825 manat və Zərərçəkmiş şəxs3 7000 manat məbləğində pullarını ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin şikayətlərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılması ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1500 manat vəsaitin köçürülməsi barədə qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 32 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 192 (bir yüz doxsan iki) manat (32x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla üzərində 3700 (üç min yeddi yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1500 manat vəsaitin köçürülməsi barədə qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 32 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 192 (bir yüz doxsan iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar