Məhkəmə qərarları › İş №1(007)-13/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-13/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-13/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X13 və Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, işləməyən, Abşeron rayonu Xırdalan şəhəri, F.Əhmədov küçəsi ev 30C-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi ev 23, mənzil 102-də yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökm üzrə təyin edilmiş cəza Gəncə Şəhər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla 04 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək, 26 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək tutulduğu müddətlər, 18 fevral 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu və 30 oktyabr 2023-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 01 il 07 ay 03 gün Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla təyin edilmiş cəzadan çıxılmış və qəti olaraq 01 il 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək hökmdən müvafiq epizodlar üzrə Azərbaycan Respublikası CMnin 75.1.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə həmin hissələrdə xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla, qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək tutulduğu 02 gün, 26 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək tutulduğu 01 gün, 18 fevral 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 08 ay 12 gün və 30 oktyabr 2023-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu 10 ay 18 gün, cəmi 01 il 07 ay 03 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış və o, cəzasını çəkmiş hesab edilmiş, hazırkı işlə bağlı 29 noyabr 2023-cü il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, 30 noyabr 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs əlilliklə bağlı təqaüd təyin etdirəcəyini yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs tərəfindən 03 avqust 2022-ci il tarixdə saat 18:37 radələrində ünvan 1 ünvanında yerləşən “HAK” supermarketdə olan “eManat” ödəmə terminalından onun sərəncamında olan, törətdiyi cinayət əməlindən xəbərsiz olan X4 məxsus "xxxx" ASC-yə aid 4169-7387-8447-5588 nömrəli kart hesabına göndərilmiş 2500 manat, 06 avqust 2022-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən “Nizami” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs 3000 manat, 09 avqust 2022-ci il tarixdə saat 16:59 radələrində ünvan 4 ünvanında yerləşən “8-ci km bazarı”nda Zərərçəkmiş şəxs dayısı oğlu X1 mobil telefonunda olan tətbiq vasitəsilə onun sərəncamında olan, törətdiyi cinayət əməlindən xəbərsiz olan X4 məxsus "xxxx" ASC-yə aid 4169-7387-8447-5588 nömrəli kart hesabına göndərilmiş 800 manat, 09 sentyabr 2022-ci il tarixdə saat 19:12 radələrində Zərərçəkmiş şəxs atası X3 tərəfindən Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 34/67 ünvanında yerləşən “Rahat” supermarketdə olan “MilliÖn” ödəmə terminalından eyni kart hesabına göndərilmiş 200 manat, 30 oktyabr 2022-ci il tarixdə saat 18:47 radələrində ünvan 6 ünvanındakı “Bravo” marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsilə eyni kart hesabına göndərilmiş 400 manat, 01 noyabr 2022-ci il tarixdə saat 13:06 radələrində eyni ünvanda və eyni kart hesabına göndərilmiş 400 manat və 29 yanvar 2023-cü il tarixdə saat 17:32 radələrində ünvan 4 ünvanında yerləşən “8-ci km bazarı”nda yerləşən "xxxx" MMC-yə aid terminaldan eyni kart hesabına göndərilmiş 100 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 7400 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünün rəsmi iş yeri yoxdur, bir neçə il əvvəl onun, əlillik təqaüdünün təyin olunmasını həyata keçirən müvafiq qurumlarda tanışları olmuş və onlara görə əlilliyin təyin olunmasında lazım olan sənədlərin toplanması prosedurunu bildiyi üçün bir neçə nəfərə bu istiqamətdə köməklik etmişdir. 2022-ci ilin ortalarında tanışları Kərim və Zaur vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Emin 2-ci Qarabağ müharibəsində iştirak edib yaralanmış, lakin yaralanmağına baxmayaraq ona əlillik təqaüdü təyin edilməmişdir. Kərim və Zaur da onun əlillik təyini ilə bağlı bacarığı olduğunu bildiklərindən Eminə köməklik etməsi üçün onunla tanış etmişlər. O, Eminlə görüşüb onun vəziyyəti ilə maraqlanmış və 5500 manat müqabilində ona əlillik təqaüdü təyin etdirə biləcəyini bildirmiş, Emin razılaşmışdır. O, əlilliklə bağlı sənədlərin toplanması qaydasını bildiyi üçün heç bir pul vəsaiti sərf etmədən Eminin əlillik məsələsini həll etməsi fikri olmuş və ondan alacağı pulu şəxsi ehtiyaclarına xərcləməyi, yəni Emindən alacağı pulu əlillik sahəsində və ya ümumiyyətlə hər hansı digər sahədə işləyən vəzifəli şəxsə, eləcə də digər şəxsə vermək fikri olmamışdır. X4 məxsus "xxxx" ASC-yə aid 4169-7387-8447-5588 nömrəli kart həmişə onun istifadə və sərəncamında olmuşdur. O, pulu həmin karta göndərməsi üçün Eminə həmin kartın nömrəsini vermişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Emin həmin karta 2500 manat pul köçürmüşdür. Ondan bir neçə gün sonra “Nizami” metrosunun yanında Eminlə görüşmüş və Emin ona 3000 manat pul vermişdir. Daha sonrakı vaxtlarda o, Eminə onun əlilliyini ömürlük təyin etdirə biləcəyini demiş və bununla bağlı Emin ona hissə-hissə anasının kartına pullar göndərməyə başlamışdır. O, Emindən ümumilikdə 7400 manat pul almışdır. Bu müddət ərzində onun tövsiyəsi ilə Emin psixiatriya xəstəxanasında bir, ya iki dəfə stasionar müalicə almışdır. Xeyli müddət keçməsinə baxmayaraq o, Eminin əlillik təqaüdünü həll edə bilməmiş, Emindən aldığı 7400 manatı şəxsi ehtiyaclarına xərcləmiş və hətta əlavə pul qazanmaq üçün həmin pulun bir hissəsi ilə onlayn lotoreya oynamışdır. Nəticə etibarı ilə Emin işinin alınmadığını görüb ondan pullarını tələb etməyə başlamışdır. Həmin zamanlar onun maddi imkanı olmadığı üçün Eminə cəmi 300 manat pul qaytara bilmişdir. Daha sonra isə həbs olunmuşdur, həbsdən azad olunduqdan sonra isə Eminlə görüşüb ona vurduğu maddi ziyanı tam həcmdə ödəmiş və aralarında barışıq olmuşdur. Onun əlillik təqaüdünün təyini ilə bağlı hər hansı bir vəzifə və səlahiyyəti olmamışdır, Eminin müharibədə iştirak edib yaralandığını, ona qanuni yolla əlillik düşdüyünü və təyin olunacağını düşünmüş, ona görə də Emindən bu işi həll edə biləcəyi üçün pul almış, lakin Eminə əlilik təyin olunmamışdır. Kərim və Zaur sadəcə Emini onunla tanış etmişlər. O, Emindən aldığı pulu yalnız özü xərcləmiş və heç kimə verməmişdir. X5 vasitəsilə pul almağını bilməmişdir, anası Ağsu rayonunda yaşayır və onun işləri ilə heç bir əlaqəsi yoxdur, sadəcə anasının kartı onun istifadə və sərəncamında olmuşdur. Anasına məxsus "xxxx" ASC-yə aid 4169-7387-8447-5588 nömrəli kartın hesabına mədaxil olunmuş pullardan kart hesablarına pullar göndərilmiş X18, X7 və X19 onun tanışlarıdır, onlara öz borcunu qaytarmışdır və həmin şəxslərin Eminin işi ilə bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə törətdiyi əməldən səmimi peşman olduğunu, iki yetkinlik yaşına çatmayan uşağının olmasını, anasının 2-ci qrup əlil olmasını, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı ödədiyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam olaraq ona ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, o, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır və Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanaraq təxris olunmuşdur. Müharibədən sonra veteran pulu olaraq 80 manat alsa da, yaralandığı üçün əmək fəaliyyəti olmadığından işləyib pul qazana bilmir. Yəni, maddi vəziyyəti çox pis olduğundan müharibədə yaralanmağı səbəbindən müvafiq əlillik dərəcəsi əsasında təqaüd alaraq dolanmaq istəmişdir. Həmin ərəfələrdə də o, psixiatrik xəstəxanada müalicə olunarkən təsadüfən tanış olduğu Şahid1 və X2 adlı tanışlarının bu işdə ona köməklik edə biləcəyini demişlər. Əlilliklə bağlı təqaüd almağı üçün müraciət etmək məqsədilə o, demək olar ki, müvafiq sənədləri artıq toplamışdır. Həmin vaxt 2022-ci ilin iyul ayının sonları olmuşdur. Odur ki, Kərim və Zaurun vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və birinci dəfə 03 avqust 2022-ci il tarixdə səhər saatlarında “Nizami” metrosunun yaxınlığında Rəmzi ilə görüşmüşdür. Rəmzi özünü ona vəzifəli şəxs kimi təqdim edib əlilliklə bağlı təqaüd təyin olunmasında ona köməklik edəcəyinə söz vermiş və bunun müqabilində ondan 5500 manat pul istəmişdir. O, razılaşmış və evə qayıtmışdır. Həmin gün, yəni 03 avqust 2022-ci il tarixdə saat 18:37-də ünvan 1 ünvanındakı “HAK” supermarketin içərisində olan “eManat” ödəmə terminalı vasitəsilə Rəmzinin anası Eminli Südabənin adına olan "xxxx"a məxsus 4169 7387 8447 5588 saylı kart hesabına ilkin olaraq 2500 manat pul göndərmişdir. Belə ki, Rəmzi özü ona anasının kart hesabının Kərimlə Zaurda olmasını bildirdiyindən onlarla görüşüb 2500 manat pulu birlikdə həmin kart hesabına göndərmişlər. Rəmzi ona təqaüd məsələsinin 2 ay müddətində həll olunacağını bildirmişdir. 06 avqust 2022-ci il tarixdə saat 14 radələrində “Nizami” metrosunun yaxınlığındakı “Bravo” marketin yanında Rəmzi ilə görüşmüş və əlilliklə bağlı təqaüd məsələsinin həll olunması məqsədilə əlbəəl ona 3000 manat pul vermişdir. Bundan sonra Rəmzi ona əlilliklə bağlı təqaüdünü ömürlük təyin etdirə biləcəyini bildirmiş və bunun üçün də əlavə 1000 manat pul ödəməli olacağını demişdir. O, əlavə olaraq 1000 manat pulu da ödəməyə razılaşmış, 09 avqust 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Nizami rayonu ərazisindəki “8-ci km bazarı”nda olarkən dayısı oğlu X1 mobil telefonunda olan müvafiq tətbiq vasitəsilə, yəni kartdan-karta Rəmzinin anasının adına olan "xxxx"a məxsus 4169 7387 8447 5588 saylı kart hesabına 800 manat pul göndərmişdir. Bundan sonra 09 sentyabr 2022-ci il tarixdə saat 19:12-də onun istəyi ilə atası X3 Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 34/67 ünvanındakı “Rahat” supermarketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsilə Rəmzinin anasının adına olan "xxxx"a məxsus 4169 7387 8447 5588 saylı kart hesabına 200 manat pul göndərmişdir. Bununla da əlilliklə bağlı təqaüd məsələsinin həll olunması məqsədilə o, Rəmziyə cəmi 6500 manat pul vermiş olmuşdur. Sonradan Rəmzi özü ona bir neçə dəfə zəng edərək həkimlərin onun təqaüd sənədlərini geri qaytardığını, ona görə də əlavə hörmət etmək lazım olduğunu demişdir. O da hissə-hissə olmaqla Rəmziyə ümumilikdə 900 manat pul vermişdir. Belə ki, 30 oktyabr 2022-ci il tarixdə saat 18:47-də ünvan 7 ünvanındakı “Bravo” marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsilə Rəmzinin anasının adına olan "xxxx"a məxsus 4169 7387 8447 5588 saylı kart hesabına 400 manat, 01 noyabr 2022-ci il tarixdə saat 13:06-da yenə də eyni ünvanda və eyni qaydada Rəmzinin anasının adına olan "xxxx"a məxsus 4169 7387 8447 5588 saylı kart hesabına 400 manat və sonuncu dəfə 29 yanvar 2023-cü il tarixdə saat 17:32-də Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi, “8-ci km bazarı”nın yaxınlığında yerləşən “Bravo” marketin içərisində olan başqa bir ödəmə terminalı vasitəsilə Rəmzinin anasının adına olan "xxxx"a məxsus 4169 7387 8447 5588 saylı kart hesabına 100 manat pul göndərmişdir. Lakin sonrakı müddətdə Rəmzi müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Artıq o, təqaüd məsələsinin həll olunmadığını görüb Rəmzidən ona verdiyi cəmi 7400 manat pulunu geri tələb etməyə başlamışdır. Rəmzi isə ona cəmi 300 manat pul qaytarsa da, qalan 7100 manat pulunu qaytarmamışdır. Sonradan isə Kərim və Zaurdan Rəmzinin eyni qaydada digər şəxslərə qarşı da dələduzluq edərək pullarını ələ keçirməsi səbəbindən Binəqədi polisi tərəfindən həbs olunduğunu və barəsində araşdırma aparıldığını öyrənmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Rəmzi ona özünün vəzifə daşıdığını desə də, lakin konkret hansı vəzifə daşıdığını deməmiş və ona hər hansı iş vəsiqəsi göstərməmiş, həmçinin Rəmzi onun təqaüd sahəsində geniş əlaqələrinin olmasını bildirmiş, lakin onun təqaüd məsələsini kimin vasitəsilə həll edəcəyini və kiməsə pul verəcəyini konkret deməmişdir. Rəmzi ilə onu tanış edən Kərim və Zaur olmuş, sonradan Kərim və Zaur ona demişlər ki, Rəmzi onları da aldadıb pullarını ələ keçirmişdir. O, Kərim və Zaura pul verməmişdir. Rəmzinin anası Südabə ilə onun görüşü və danışığı olmamış, Rəmzi onun pul göndərdiyi kartın onun anasına məxsus olsa da, özünün istifadəsində olmasını demişdir, o, həmin karta pul göndərəndən sonra Rəmzi ilə əlaqə saxlamış və o, pulun çatdığını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 2-ci Qarabağ müharibəsinin iştirakçısı, qazidir. 2022-ci ilin təxminən əvvəllərində aldığı müalicələrlə bağlı Maştağa qəsəbəsindəki Psixiatrik xəstəxanasında olarkən təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında o, 1-ci Qarabağ müharibəsi qazisi olan dayısının təqaüdünün kəsildiyini deyəndə, Rəmzi də öz tanışlarının vasitəsilə 11000 manat müqabilində dayısının təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Dayısı razılaşdığından ona verdiyi 11000 manat pulu o da Rəmziyə vermişdir. 2022-ci ilin təxminən avqust ayının ilk günlərində müalicə olunduğu xəstəxanada 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuş Zərərçəkmiş şəxs Elsad oğlu ilə tanış olmuş, həmçinin onun yaxın dostu olan Şahid1 da Eminlə tanış etmişdir. Emin müharibə zamanı yaralandığını, lakin qazi statusu ala bilmədiyini bildirdiyindən o da Rəmzinin bu işdə ona köməklik edə biləcəyini deyib onları tanış etmişdir. Belə ki, 03 avqust 2022-ci il tarixdə “Zərifə Əliyeva” adına xəstəxananın yanında Rəmzi ilə görüşüb söhbət edərkən Eminin qazi məsələsinin həll olunmasını Eminlə Rəmzi öz aralarında 5500 manata razılaşmışlar. Sonra isə həmin məbləğdən ilkin ödəniş etməsi məqsədilə Eminlə birlikdə elə həmin gün Eminin xahişinə əsasən Xəzər rayonu, Albalılıq qəsəbəsinə getmişlər. Orada isə X38 küçəsindəki “HAK” marketin içərisində olan ödəmə terminalı vasitəsilə Rəmzinin anası Südabə Eminlinin adına olan "xxxx"a aid karta ilkin olaraq 2500 manat pul göndərmişdir. Həmin vaxt Kərim də onlarla birlikdə olmuş, sonra onlar çıxıb getmişlər. Daha sonra isə Eminin qazi statusunu alması üçün əlavə olaraq hissə-hissə Rəmziyə pullar verdiyini öyrənmişlər. Belə ki, Emin özü onlara demişdir ki, ümumilikdə hissə-hissə olmaqla Rəmziyə 7400 manat pul vermiş, lakin Rəmzi onun işini həll etməmiş və pulunu da geri qaytarmamışdır. Ona görə də Emin Rəmzidən polisə şikayət etmişdir. Sonradan Rəmzi onu da aldadaraq dayısının təqaüdünü düzəltməmiş, lakin ona verdiyi pulu hissə-hissə geri qaytarmağa başladığından ondan şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, müvafiq aidiyyəti hissədə Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 10 iyul 2023-cü il il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 03 aprel 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 33-36) - 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi 03 avqust 2022-ci il tarixdə saat 18:37-də ünvan 1 ünvanında yerləşən “HAK” supermarketdə olan “eManat” ödəmə terminalından "xxxx" ASC-yə aid 416973..5588 nömrəli kart hesabına 2500 manat, 09 avqust 2022-ci il tarixdə saat 16:59-da həmin kart hesabına 800 manat, 09 sentyabr 2022-ci il tarixdə saat 19:12-də Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 34/67 ünvanında yerləşən “Rahat” supermarketdə olan “MilliÖn” ödəmə terminalından həmin kart hesabına 200 manat, 30 oktyabr 2022-ci il tarixdə saat 18:47-də ünvan 7 ünvanındakı “Bravo” marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsilə həmin kart hesabına 400 manat, 01 noyabr 2022-ci il tarixdə saat 13:06-da eyni ünvanda və həmin kart hesabına 400 manat, 29 yanvar 2023-cü il tarixdə saat 17:32-də Bakı şəhəri Nizami rayonu, “8-ci km bazarı”nda yerləşən "xxxx" MMC-yə aid terminaldan eyni kart hesabına 100 manat pul göndərilməsinə dair cəmi 6 ədəd qəbzin fotoşəklinin əks olunduğu 2 vərəq götürülmüş və iş materiallarına əlavə edilmişdir. (i.v. 42-44) - 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı "xxxx" ASC-dən 17 oktyabr 2023-cü il tarixli 2023/111/9904 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs anası X11 adına olan 4169-7387-8447-5588 nömrəli plastik kart hesabından 2 vərəq çıxarışa baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs özü və onun tapşırığı ilə digər şəxslər tərəfindən köçürülmüş 03 avqust 2022-ci il tarixdə 2500 manat, 09 avqust 2022-ci il tarixdə 800 manat, 30 oktyabr 2022-ci il tarixdə 400 manat, 01 noyabr 2022-ci il tarixdə 400 manat və 29 yanvar 2023-cü il tarixdə 100 manat məbləğində pul vəsaitləri həqiqətən də Təqsirləndirilən şəxs anası X11 adına olan 4169-7387-8447-5588 nömrəli plastik kart hesabına mədaxil olunmuşdur. Həmçinin məlum olmuşdur ki, köçürmələr gün ərzində saat 17:00-dan sonra həyata keçirildikdə həmin məbləğ kart hesabında növbəti iş günü qeydə alınmışdır. Daxil olmuş kart məlumatlarında 09 sentyabr 2022-ci il tarixdə 200 manat məbləğində pul vəsaitinin mədaxilinə dair əməliyyat aşkar olunmamışdır. Yuxarıda göstərilən məbləğlər kart hesabına mədaxil olunduqdan dərhal sonra məbləğin müəyyən və ya tam hissəsi 5 halda internet üzərindən “Azerlotoreya”ya aid “misli.az” hesabına köçürülmüşdür. (i.v. 102) - 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmiş, ibtidai araşdırma zamanı götürülərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 4169-7387-8447-5588 nömrəli plastik kart hesabına pul köçürməsinə dair cəmi 6 ədəd qəbzin fotoşəklinin əks olunduğu 2 vərəq cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, X23, X9 və Şahid1 Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsində iştirakları və onunla əlbirlikləri olmadığından əməllərində cinayət tərkibi olmadığı üçün barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, X9 və Şahid1 ifadələrində göstərdikləri kimi Təqsirləndirilən şəxs onlardan da pul alması xüsusatı ilə bağlı zərərçəkmiş şəxslərin şikayətləri olmadığından həmin faktlarla bağlı cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs hər hansı vəzifəsi olmadığından, o cümlədən törətdiyi cinayət əməllərində qulluq mövqeyindən sui-istifadə etməsi ilə bağlı hər hansı xüsusat aşkar edilmədiyindən, eləcə də hər hansı şəxslə əlbirliyi olmadığından əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələrinin tərkibi olmadığı üçün barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 310, 32.4, 312-ci maddələri, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 138-145) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, təqsirləndirilən şəxsin niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsi aldadaraq onun pulunu əvəzsiz və qanunsuz olaraq ələ keçirməyə yönəlmiş niyyəti ona qarşı dələduzluq cinayətini törətməzdən əvvəl yaranmış və həmin niyyəti həyata keçirmək üçün zərərçəkmiş şəxsi özünə inandırmaqla aldadıb pulunu ələ keçirmiş, niyyətinə nail olmaq üçün zərərçəkmiş şəxsin iradəsinə məhz aldatma yolu ilə təsir göstərmişdir. Hansı ki, bu hal, özgə pullarını ələ keçirməyin üsulu olmaqla bu hərəkəti etməkdə təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsi aldatmaqla pulunu ələ keçirməyə yönəlmişdir. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 109) - 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 165-168) - 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 167-168) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli tələbnamədən, hökmlərin və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökm üzrə təyin edilmiş cəza Gəncə Şəhər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla 04 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 23 avqust 2022ci il tarixdən 25 avqust 2022-ci il tarixədək, 26 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək tutulduğu müddətlər, 18 fevral 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu və 30 oktyabr 2023-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 01 il 07 ay 03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla təyin edilmiş cəzadan çıxılmış və qəti olaraq 01 il 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək hökmdən müvafiq epizodlar üzrə Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə həmin hissələrdə xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2024cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla, qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək tutulduğu 02 gün, 26 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək tutulduğu 01 gün, 18 fevral 2023cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 08 ay 12 gün və 30 oktyabr 2023-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu 10 ay 18 gün, cəmi 01 il 07 ay 03 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış və o, cəzasını çəkmiş hesab edilmişdir. (i.v. 124-134) -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X24 19 dekabr 2014-cü il tarixdə, X25 30 sentyabr 2016-cı il tarixdə doğulmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 16-cı bəndində eyni zamanda göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1- 126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Bu baxımdan qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına da əməl edilməli, bununla həmin maddəyə əsasən Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarı ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla ona müvafiq müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcələnin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 Şəhər Məhkəməsinin icraatında olmuş və 15 avqust 2023-cü il tarixdə hökm çıxarılmış iş üzrə tutulmamış və ya həbsdə saxlanılmamışdır, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş və 18 sentyabr 2024-cü il tarixdə hökm çıxarılmış (Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarı nəzərə alınmaqla) iş üzrə isə 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək 02 gün, 26 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək 01 gün tutulmuş, 18 fevral 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək 08 ay 12 gün həbsdə, 30 oktyabr 2023-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək 10 ay 18 gün ev dustaqlığında olmuş, bununla da həmin iş üzrə ümumilikdə 01 il 07 ay 03 gün müddətinə tutmada, həbsdə və ev dustaqlığında olmuşdur. Cari iş üzrə isə, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə saat 08:45-də axtarışda olan şəxs qismində tutulmuş, 30 noyabr 2023-cü il tarixdə saat 10:20-dən saat 11:05-dək təqsirləndirilən şəxs qismində dindirildikdən və zərərçəkmiş şəxslə aralarında saat 11:40-dan saat 12:30-dək üzləşdirmə istintaq hərəkəti keçirildikdən sonra onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmiş və həmin vaxtadək tutmada olan (faktiki 02 gün) təqsirləndirilən şəxs dərhal azad edilmişdir. Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında olması Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 mart 2025-ci il tarixli qərarı ilə müəyyən olunmuş haldır, ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cari iş üzrə 29 noyabr 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək tutulduğu 02 gün müddət təkrarən onun cəzasından çıxıla bilməz, həmin müddət nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarı ilə müəyyən olunmuş 01 il 07 ay 03 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada həbsdə və ev dustaqlığında saxlamanın bir gününün azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər olması hesabı ilə hesablanmalı və Təqsirləndirilən şəxs əhatə etmək yolu ilə təyin edilməsi nəzərdə tutulan cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin barəsində hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvədə qalmasına əsaslar olmadığından həmin qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməklə barışıq əldə edilmidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq sənəd cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi üçün qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkil X12 məhkəmə icraatının müvafiq dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında iştirak etmiş vəkil Müdafiəçi münasibətdə isə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarı ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla, Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qeyd olunan iş üzrə 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək tutulduğu 02 gün, 26 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək tutulduğu 01 gün, 18 fevral 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 08 ay 12 gün, 30 oktyabr 2023-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu 10 ay 18 gün, ümumilikdə 01 (bir) il 07 (yeddi) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın bir gününün azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər olması hesabı ilə hesablanıb, 03 (üç) il 02 (iki) ay 06 (altı) günə bərabər sayılmaqla təyin edilmiş cəzadan çıxılsın və o, cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş 4169- 7387-8447-5588 nömrəli plastik kart hesabına pul köçürülməsinə dair 06 ədəd qəbzin fotoşəklinin əks olunduğu 02 vərəq cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatının müvafiq dövründə 60 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X15 müvafiq hesablaşma hesabı üzərindən 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar