Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-130/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Şahməddin oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 315-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 12.11.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, şəffaf sellofan bükümlərdə ümumi təmiz çəkisi 1,015 qram “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamin əldə edib daşımaqla üzərində saxlamış, 12 noyabr 2020-ci il tarixdə saat 01:40 radələrində ölkədə tətbiq olunan hərbi vəziyyət dövründə komendant saatının tətbiq olunması ilə əlaqədar ünvan 2 ünvanda yerləşən “Bravo” marketin qarşısında qurulmuş 7 saylı komendant postunda tabesizlik göstərərək qaçması səbəbindən Nizami rayonu, M.Quliyev küçəsi ilə M.Abbasov küçələrinin kəsişməsində Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilmiş, RPİ-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı boğazında olan qızılı rəngli saat qabı şəklində olan boyunbağının içərisində saxladığı 2 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,110 qram və 0,905 qram, ümumi xalis çəkisi 1,015 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr eyni tərkibli psixotrop maddə metamfetamin, eləcə də 2 ədəd bükümlərdə şəxsi istehlak miqdarından az yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram və 0,070 qram, ümumi təmiz çəkisi 0,116 qram açıq qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Emin Kərimovu məhəllə uşağı kimi tanıyır. 12 noyabr 2020-ci il tarixdə təxminən saat 01 radələrində tanışı Umudun idarə etdiyi “BMW” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman yolda tanışları Emin və Vüsalın piyada hərəkət etdiklərini görüb onları da avtomaşına götürmüşlər. O, avtomaşında qabaq sağ oturacaqda, Eminlə Vüsal isə arxa oturacaqda əyləşmişlər. Onlar komendant postuna çatdıqda Umud avtomaşını saxlamış və polis əməkdaşları onlardan avtomaşından düşərək sənədlərini təqdim etmələrini tələb edərək avtomaşına baxış keçiriləcəyini bildirdikdə Eminlə Vüsal avtomaşından düşmüşlər. Bu zaman Umud avtomaşını hərəkət etdirmişdir. Bundan sonra polis əməkdaşları onları təqib etməyə başlamışlar. Umud avtomaşını yüksək sürətlə hərəkət etdirməyə davam etmiş, polis əməkdaşları onlara səsgücləndirici və işıqlar vasitəsilə dayanmalarına işarə vermişlər. Polis əməkdaşları xəbərdarlıq kimi havaya atəş açmışlar, Umud yenə də avtomaşını saxlamamış və qarşıda olan postu avtomaşının ön hissəsi ilə vurub dağıdaraq hərəkət etmişdir. Avtomaşın yolun kənarında olan səkiyə çırpılaraq dayanmış, həmin vaxt o, avtomaşından düşərək qaçmağa başlamış, lakin polis əməkdaşları onu saxlamışlar və Nizami RPİ-nin inzibati binasına gətirmişlər. Polis İdarəsində üzərinə şəxsi axtarış və götürmə aparılmış, polis əməkdaşları tərəfindən ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, boynundan asılmış vəziyyətdə olan qızılı rəngli saat qabını boynundan çıxararaq masanın üzərinə qoyub qapağını açmış və içərisində olan dörd ədəd bükümü təqdim edərək birinin içərisində metamfetamin, ikisinin içərisində heroin, bir bükümdə isə limon duzu olduğunu, şəxsi istifadəsi üçün 45 manata alaraq üzərində saxladığını bildirmişdir. Məhkəmədən barəsində cəza təyin edilərkən ailə vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid6 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində tətbiq olunan komendant saatı ilə əlaqədar olaraq 12 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən 7 saylı stasionar komendant postunda xidmətdə olmuşdur. Həmin gün saat 01:40 radələrində komendant postunda hərəkətdə olan “BMW” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılmış, avtomaşından 4 nəfər şəxs düşmüşlər. Həmin şəxslərə sənədlərini təqdim etmələri və avtomaşına baxış keçiriləcəyi elan edilmişdir. Həmin şəxslər özlərini şübhəli apararaq sənədlərini təqdim etməmiş, avtomaşına baxış keçirməyə başlayan an sürücü və digər şəxs avtomaşına əyləşərək avtomaşını hərəkətə gətirərək komendant postundan uzaqlaşmışlar. Həmin vaxt qeyd olunan avtomaşını YPX əməkdaşı təqib etməyə başlamışdır. Postda qalmış iki nəfər şəxs qaçmaq istəyərkən onlar postda olan əməkdaşlar tərəfindən saxlanılmış və hər iki şəxs Nizami RPİ-nə gətirilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri Şahid5 Şahid6 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində tətbiq olunan komendant saatı ilə əlaqədar olaraq 12 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayının qarşısında yerləşən 6 saylı stasionar komendant postunda xidmətdə olmuşdur. 12 noyabr 2020-ci il tarixdə təxminən saat 02 radələrində efirdə “BMW” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Nizami rayonu, H.Əliyev prospekti “Bravo” marketin qarşısında olan postda tabesizlik göstərərək hərəkətdə olmasını eşitmiş, buna görə də həmin avtomobilin xidmət apardığı komendant postuna yaxınlaşmasını gördükdə avtomobillərin hərəkətinin intensivliyinin qarşısının alınması üçün düzülmüş dəmirlərlə postu bağlamışlar. Lakin sürücü idarə etdiyi “BMW” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili postun dəmirlərinə vurub zədələyərək yüksək sürətlə Keşlə qəsəbəsi istiqamətində hərəkət etmişdir. O, xidməti avtomobilə əyləşib həmin avtomobili təqib etmiş, Keşlə qəsəbəsində ara küçələrdə, H.Əliyev və Z.Bünyadov prospektlərində hərəkətdə olmuş, sonra M.Əliyev küçəsi ilə M.Abbasov küçələrinin kəsişməsində “BMW” markalı, **- UL-*** dövlət qeydiyyat nişanlı avtomobil kənar predmetə dəyərək əzilərək dayanmışdır. Bu zaman o və həmin avtomaşını təqib edən digər əməkdaşlar avtomaşından düşüb qaçan sürücünü və onun yanında olan sərnişini saxlamışlar və Nizami RPİ-nə gətirərək təhvil vermişlər. X1 və sərnişinin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13.11.2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - şəxsi axtarış və götürmə aparılması haqqında 12.11.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyevin, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2, Nizami RPİ-nin KTQ-nin inspektor kriminalisti, polis leytenantı Həsən Səfərovun iştirakı ilə 12.11.2020-ci il tarixdə saat 01:40 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən 7 saylı stasionar komendant postunda saxlanmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək boynundan asılmış vəziyyətdə olan qızılı rəngli asma saata bənzər əşyanı çıxardıb həmin əşyanın düyməsini basıb açaraq içərisində olan 4 ədəd sellofan bükümü təqdim edərək, həmin bükümdəkinin birinin metamfetamin, ikisinin narkotik vasitə olan heroin, birinin isə limon duzu olduğunu, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün 45 manata aldığını bildirmişdir. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 12.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 13.11.2020-ci il tarixli, 6/2372 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” və s. qeydləri olan zərfdəki saat qabı içərisindəki 2 ədəd bükümlərdə - ayrı-ayrılıqda təmiz çəkiləri 0,110 qram və 0,905 qram, ümumi təmiz çəkisi 1,015 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr eyni tərkibli psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Həmin zərfdəki saat qabı içərisindəki 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,046 qram və 0,070 qram, ümumi təmiz çəkisi 0,116 qram olan açıq qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. - təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında 13.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-210/2020 saylı, 13.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2-Narkoloji tibbi yoxlamanın 07.01.2021-ci il tarixli, 18 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - toplanmış sübutların qiymətləndirilməsi haqqında 25.01.2021-ci il tarixli qərardan və Bakı şəhəri Nizami RPİ-nin Təminat Hissəsinin kiçik inspektoru, polis baş serjantı S.R.Ələkbərov tərəfindən verilmiş 03.02.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,110 qram və 0,905 qram, ümumi xalis çəkisi 1,015 qram olan psixotrop maddə metamfetamin və 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram və 0,070 qram, ümumi təmiz çəkisi 0,116 qram narkotik vasitə heroin, 1 ədəd “CD” disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,915 qram metamfetamin və 0,066 qram heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 1 ədəd “CD” disk cinayət işinə əlavə edilmişdir. - doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində15.02.2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs boynundan asılmış vəziyyətdə olan qızılı rəngli asma saata bənzər əşyanı çıxardıb təqdim etmişdir. Həmin əşyanın içərisinə baxış keçirilən zaman içərisindən 4 ədəd sellofana bükülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi, dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.03.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 1 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.06.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli, 1(007)-45/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 315-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, evli olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli, 1(007)-45/2020 nömrəli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli, 1(007)-45/2020 nömrəli hökmü ilə təyin edilmiş 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 12 noyabr 2020-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,915 qram psixotrop maddə - metamfetamin və 0,066 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 50 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (dörd yüz iyirmi) manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi Şahməddin oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,915 qram psixotrop maddə - metamfetamin və 0,066 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 420 (dörd yüz iyirmi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-130/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-130/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver