Məhkəmə qərarları › İş №1(007)-130/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-130/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-130/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1996-cı ildə Naxçıvan MR-nın Şərur rayonunun Y.Daşarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs övladı Şahid4 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan hərbi polisə işə düzəldəcəyi barədə yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Atatürk prospekti 62 ünvanında yerləşən “Fərid Plaza”-nın qarşısında ilkin olaraq 1500 manat, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində həmin ünvanda 1500 manat və xx.xx.2021-ci il tarixdə saat 19 radələrində həmin ünvanda 2400 manat, cəmi 5400 manat, daha sonra eyni niyyətlə Zərərçəkmiş şəxs qarşı yönəlmiş cinayət əməllərini davam etdirərək Zərərçəkmiş şəxs özünə və qohumu Şahid1 hərbi qulluqçu kimi İİİ qrup əlillik pensiyası düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Atatürk prospekti 62 ünvanında yerləşən “Fərid Plaza”nın qarşısında 1500 manat, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin filialının inzibati binasının qarşısında 1000 manat, 2021-ci ilin yanvar ayının sonlarında saat 15 radələrində həmin ünvanda 2000 manat və sonuncu dəfə 2021-ci ilin fevral ayının ortalarında saat 15 radələrində həmin ünvanda 1000 manat, ümumilikdə isə 10900 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğlu Şahid4 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan hərbi polisə işə düzəltmək adı ilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 10900 manat məbləğində pul almışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, onunla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlu Xəyyamı Müdafiə Nazirliyinin strukturuna daxil olan hərbi polisə işə düzəltmək adı ilə ondan müxtəlif vaxtlarda hissəhissə olmaqla cəmi 10900 manat məbləğində pul almış və oğlunu işə düzəltməmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş 10900 manat ziyan tam ödənilmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. İş üzrə Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, işi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəciyini bildirmiş və məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Şahid2 ilə eyni məktəbdə, yəni Xırdalan Şəhər 3 nömrəli məktəbdə birlikdə təhsil almışdır. Təqsirləndirilən şəxs ilə 2020-ci ildə Xırdalan şəhərində yerləşən avtosalonda təsadüfən tanış olmuşdur. Onunla ilk dəfə söhbət edən zaman Fərahim ondan harada işlədiyini soruşduqda o, Fərahimə işlədiyi yeri bildirmiş, sonra Fərahim ona demişdir ki, o da DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində məsul vəzifədə işləyir və onun rəisini tanıyır. Bundan sonra o, Fərahim ilə heç bir zaman görüşməmişdir. Onunla yalnız telefon vasitəsi ilə danışmışdır. Telefon vasitəsi ilə Fərahim ilə danışan zaman o, yüksək vəzifəli tanışlarının olduğunu və onların vasitəsi ilə müxtəlif yerlərə, o cümlədən hərbi polisə işə düzəltmək imkanının olduğunu bildirmişdir. Fərahim ona bildirmişdir ki, o, hərbi polisə 5500 manat müqabilində işə adam düzəldə bilər. Həmin dövrdə onun dostu Fəxrinin iş axtardığını bilmiş və buna görə də o, Fəxriyə zang edib bu barədə məlumat vermişdir. Bundan sonra o, Fəxrinin yaşadığı mənzilə Fəxrinin dəvəti ilə qonaq kimi getmiş və söhbət zamanı bildirmişdir ki, bir nəfər Fərahim adlı şəxslə təsadüfən tanış olmuş, Fərahim adlı şəxsin dediyinə görə o, DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində məsul vəzifədə işləyir və 5500 manat müqabilində hərbi polisə işə adam düzəldə bilir. Bundan sonra Fəxri ondan Fərahimin telefon nömrəsini istəmiş və o, Fərahimin telefon nömrəsini Fəxriyə vermişdir. Sonradan onlar arasında olan telefon əlaqələrindən onun xəbəri olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Şahid2 əsgər yoldaşı Şahid4 atası Zərərçəkmiş şəxs Fərahim ilə tanış etmiş və Fərahim ona özünü Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində məsul vəzifədə işləyən şəxs kimi təqdim etmiş və Fərahim Zərərçəkmiş şəxs oğlu Şahid4 hərbi polisə işə düzəltmək və Zərərçəkmiş şəxs əlillik pensiyası düzəltmək adı ilə onun ümumilikdə 10900 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs aldatmışdır. O, Fərahimin DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində məsul vəzifədə işlədiyinə inanmışdır, çünki onunla telefon vasitəsi ilə danışan zaman yüksək vəzifədə işləyən şəxslərin adını demiş və həmin şəxslərlə sıx əlaqədə olduğunu bildirmişdir. Fərahim ilə o, yalnız tanış olduğu gün görüşmüşr, bundan sonra onunla heç bir zaman qarşılaşmamış, onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlamışdır. Şahid2 hərbi polisə işə düzəlmək üçün Fərahimə 4000 manat pul vermiş, Fərahim onu da aldatmış, lakin o, Fərahimdən şikayət etməmişdir. İş üzrə Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayından tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onunla qohumu Zərərçəkmiş şəxs tanış etmişdir. Zərərçəkmiş şəxs ona zəng edərək bildirmişdir ki, onun Fərahim adlı bir nəfər tanış adamı var, o, Qarabağ müharibəsində iştirak edən və yaralanan şəxslərə əlilliklə bağlı pensiya düzəldə bilir və bunun müqabilində 3500 manat pul istəyir. Sahib əlavə olaraq ona bildirmişdir ki, o, özü üçün də əlilliklə bağlı pensiya almaq üçün Fərahimə müraciət etmiş və yaxın günlərdə o, öz pensiya kartını Fərahim vasitəsi ilə alacaqdır. O, 1ci Qarabağ müharibəsində iştirak etmiş, lakin əlilliklə bağlı pensiya almır. O, Sahibə razı olduğunu bidirmiş, lakin hazırda pulu olmadığı üçün ondan xahiş etmişdir ki, Sahib onun əvəzinə həmin məbləği versin, əgər iş düzələrsə həmin məbləği o, Sahibin özünə qaytaracaqdır. Sahib onunla razılaşmışdır. Bir neçə gündən sonra Sahib ona zəng edərək bildirmişdir ki, o, Fərahimlə danışmış və onun üçün də əlilliklə bağlı pensiya almaq istədiyini Fərahimə bildirmiş və Fərahim də 3500 manat müqabilində onunla razılaşmışdır. 2021-ci ilin fevral ayının ortalarında qohumu Sahib ona zəng etmiş və bildirmişdir ki, onun pensiya kartı hazırdır və bununla əlaqədar o, yaşadığı Ağcabədi rayonundan Bakı şəhərinə gəlməlidir. O, Sahib ilə razılaşaraq səhərisi gün yaşadığı Ağcabədi rayonundan Bakı şəhərinə Sahibin yaşadığı mənzilə gəlmişdir. Sahib onun əvəzinə Fərahimə vermək üçün özünə məxsus 1000 manat pulu götürüb elə həmin gün, 2021-ci ilin fevral ayının ortalarında tarixini dəqiq xatırlamadığı gündə saat 15:00 radələrində Sahib ilə birlikdə ünvan 3 ünvanında yerləşən "xxxx"-ın inzibati binasının qarşısına gəlmişlər. Həmin vaxt Fərahim adlı şəxs onları orada gözləmiş və o, ilk dəfə Fərahimi həmin yerdə görmüşdür. Onlar gələn kimi Fərahimlə birlikdə "xxxx"-ın inzibati binasına daxil olmuşlar. Fərahim "xxxx"-ın işçisinə bildirmişdir ki, Şahid1 adına kart sifariş verilib hazırdırsa onu təqdim etsinlər. "xxxx"-ın işçisi kartın hazır olduğunu bildirib ona "xxxx"-ın kartını təqdim etmiş və onlar həmin bankdan çıxmışlar. Fərahim ona bildirmişdir ki, hər ayın tamamında bu karta 110 manat əlillik pensiyası mədaxil olacaqdır. Bundan sonra Sahib Fərahimlə əvvəlcədən razılaşdıqları kimi verməli olduğu 3500 manat puldan 1000 manat hissəsini ona ünvan 3 ünvanında yerləşən "xxxx"-ın inzibati binasının qarşısında vermişdir. Beləliklə, Sahib onun üçün 3-cü qrup əlil kimi pensiya almaqdan ötrü Fərahimə 2000 manat pul vermişdir. 1000 manat pulu Sahib Fərahimə əvvəlcədən vermişdir. Fərahim Sahibdən nə üçün verməli olduğu 3500 manat puldan yalnız 2000 manat pulu verdiyini soruşduqda Sahib Fərahimə izah etmişdir ki, onun hazırda pulu olmadığı üçün onun əvəzinə Sahib özü pul verir və Sahibin özünün də hazırda pulu az olduğundan ona qalan 1500 manat pulu verə bilmir, lakin qısa müddət ərzində Sahib Fərahimə qalan 1500 manat pulu da verəcəkdir. Fərahim Sahiblə razılaşmış və onlardan ayrılıb çıxıb getmişdir. O, Fərahimi gördüyü zaman ona inanmadığını və yalançı olduğu qənaətinə gəlmişdir. Fərahim çıxıb getdikdən sonra o, Sahibə bildirmişdir ki, Fərahim yalançı və dələduz adama oxşayır və buna görə o, öz kartını yoxlamaq istəyir. Beləliklə, "xxxx"-a yaxınlaşmış və bank işçisinə özlərində olan kartları təqdim edərək həmin kartların pensiya kartı olub-olmadığını yoxlanmasını xahiş etmişlər. Bank işçisi kartlara nəzər yetirdikdən sonra ona və qohumu Sahibə bildirmişdir ki, həmin kartlar pensiya kartları deyil, həmin kartlar boş sadə kartlardır ki, həmin kartlar müəyyən məbləğdə pul mədaxil edilərək alış-veriş zamanı istifadə etmək üçün nəzərdə tutulub. Bundan sonra o və Sahib bankdan çıxmış və Fərahim tərəfindən aldadıldıqlarını başa düşmüşlər. Sahib dərhal Fərahimə zəng etmiş və onlara alış-veriş üçün nəzərdə tutulmuş kart verdiyini və onları aldatdığını bildirmişdir. Fərahim Sahibə bildirmişdir ki, belə iş ola bilməz, amma istəmirlərsə əlillik pensiyasına görə Sahibin ona verdiyi ümumilikdə 5500 manat pulu Sahibə qaytara bilər. Sahib özü üçün 3500 manat, onun əvəzinə isə 2000 manat pulu Fərahimə əlillik pensiyası almaqları üçün vermişdir. Bundan sonra Sahib bütün pulları geri qaytarmasını Fərahimə bildirmişdir. Sahib ona bildirmişdir ki, X1 hərbi polisə işə düzəltməsi üçün Sahibdən 5400 manat pul almışdır. Beləliklə, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aldadaraq qohumu Zərərçəkmiş şəxs məxsus 10900 manat pulu ələ keçirmişdir. Onun üçün əlillik pensiyasının düzəlməsi üçün Təqsirləndirilən şəxs verilmiş 2000 manat pul Zərərçəkmiş şəxs məxsusdur. Odur ki, ona hər hansı bir ziyan dəyməmişdir. 10900 manat pul Zərərçəkmiş şəxs məxsusdur və Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona ümumilikdə 10900 manat ziyan dəymişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurması faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - xx.xx.2022-ci il tarixli, BPM**********76 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2725 manat dövlət nəfinə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikasının CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 52 (əlli iki) iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 312 (üç yüz on iki) manat (52x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs 52 (əlli iki) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 312 (üç yüz on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar