Məhkəmə qərarları › İş №1(007)-130/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-130/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-130/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib özünü maşın alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək ona Gürcüstan Respublikasından “Hyundai Elantra” markalı avtomobil gətirib satacağı barədə yalan vəd verib aldatmaqla ondan beh adı ilə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 15 saylı notariat ofisində 1000 (min) manat pul alıb ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə etibardan suiistifadə etmə və ya aldatma yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib özünü maşın alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək ona Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobil gətirib satacağı barədə yalan vəd verib aldatmaqla ondan beh adı ilə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 15 saylı notariat ofisində 1500 (min beş yüz) manat pul alıb ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib özünü maşın alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək ona Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobil gətirib satacağı barədə yalan vəd verib aldatmaqla ondan beh adı ilə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 15 saylı notariat ofisində 1500 (min beş yüz) manat pul alıb ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib özünü maşın alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək ona Gürcüstan Respublikasından “Hyundai Santafe” markalı avtomobil gətirib 15000 manata satacağı barədə yalan vəd verib aldatmaqla ondan beh adı ilə xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 20 saylı notariat ofisində 5000 (beş min) manat və sonradan xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 61 C ünvanında yerləşən “Şərq Motors” avtomobil servis mərkəzinin həyətində avtomobilin qalan məbləği olan 10000 (on min) manat pulu alıb ümumilikdə 15000 (on beş min) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda - 15000 (on beş min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib özünü maşın alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək onun övladı üçün Gürcüstan Respublikasından “Hyundai İX35” markalı avtomobil gətirib satacağı barədə yalan vəd verib aldatmaqla ondan beh adı ilə xx.xx.2022-ci il tarixdə Biləsuvar rayonu, ünvan 6 ünvanında 3000 (üç min) manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı notariat ofisində isə 5000 (beş min) manat pulu alıb ümumilikdə 8000 (səkkiz min) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda - 8000 (səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, uzun müddət işsiz olduğundan maddi vəziyyəti yaxşı olmamış və pul qazana bilməmişdir. Bunun üçün düşünüb fikrə gəlmişdir ki, özünü maşın alverçisi kimi təqdim edərək insanları aldatsın və pul qazansın. Bunun üçün o, “instagram” və “tap.az” saytlarında Gürcüstan Respublikasından avtomobil gətirmək adı altında elanlar yerləşdirmişdir. Həmin elanlarda yazmışdır ki, guya o, ilkin ödəniş etmək yolu ilə müxtəlif markalı avtomobillərin Azərbaycana gətirilməsini təşkil edir. Məhz bu elanla bağlı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ona “instagram” sosial şəbəkəsi vasitəsilə yazmış və o, Günaya həmin vaxt işlətdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini vermişdir. Günay ona “Hyundai Elantra” markalı avtomobil istədiyini bildirmişdir. O da Günaya demişdir ki, onun üçün bu avtomobili gətirə bilər, lakin bunun üçün ilkin olaraq 1000 manat beh vermək lazımdır. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə Günay xanımla Nizami rayonu ərazisində yerləşən 15 saylı notariusda görüşmüşlər. Orada Günay xanım ona borc müqaviləsi adı altında beh olaraq 1000 (min) manat pul vermişdir. O, Günaya 10 gün ərzində “Hyundai Elantra” markalı avtomobil gətirəcəyini bildirmiş və orada ayrılmışlar. Həmin gündən bir neçə gün sonraya qədər onlar telefonla mütəmadi əlaqə saxlamışlar və o, müxtəlif bəhanələr gətirərək müddəti uzatmış, pulu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirmişdir. Daha sonra isə o, mobil nömrəsini dəyişmişdir ki, bir daha onu tapa bilməsin. Bir neçə gün keçdikdən sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən Mirhöhsün adlı şəxs ona zəng etmiş və “tap.az” saytında ona məxsus elanı gördüyünü və Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobil almaq istədiyini bildirmişdir. O, Mirmöhsünə bu işi həll edə biləcəyini bildirərək bunun üçün ilkin olaraq 1500 manat beh vermək lazım olduğunu bildirmişdir. Mirmöhsün onunla razılaşmış və xx.xx.2022-ci il tarixdə Nizami rayonu ərazisində yerləşən 15 saylı notariusda görüşmüşlər. Orada Mirhöhsün ona beh olaraq 1500 manat pul vermişdir. O, Mirmöhsündən pulu alan zaman onunla da Günay xanımla bağladığı kimi borc müqaviləsi bağlamış və pulu o şəkildə almışdır. Mirmöhsünə demişdir ki, 10 gün ərzində onun üçün Gürcüstandan “Toyota Prius” markalı avtomobil gətirəcək. O, Mirmöhsündən pulu aldıqdan sonra bir neçə gün mütəmadi əlaqə saxlamışlar. O, Mirmöhsündən pul aldıqdan təxminən iki gün sonra Mirmöhsün ona demişdir ki, Orxan adlı dostu var hansı ki, o, da “Toyota Prius” markalı avtomobil almaq istəyir. O, demişdir ki, heç bir problem yoxdur, əgər istəsə onun üçün də avtomobil gətirə bilər, lakin bunun üçün əvvəlcədən 1500 manat beh vermək lazımdır. Orxan onunla razılaşmış və bu məqsədlə onlar xx.xx.2022-ci il tarixdə Nizami rayonu ərazisində yerləşən 15 saylı notariusda görüşmüşlər. Orada Orxan ona beh olaraq 1500 manat pul vermişdir. O, Orxandan pulu alan zaman onunla da Günay xanımla və Mirmöhsünlə bağladığı kimi borc müqaviləsi bağlamış və pulu o şəkildə almışdır. Orxana da 10 gün ərzində avtomobil gətirəcəyini bildirmişdir. Lakin, sonradan ondan tez-tez verdikləri pulları tələb etdikləri üçün onlarla da əlaqəni kəsmək qərarına gəlmişdir. Bu məqsədlə onlarla əlaqə saxladığı mobil nömrəsini dəyişmişdir ki, bir daha onu tapa bilməsinlər. Bu hadisələrdən bir müddət sonra o, uzaq qohumu olan mərhum X5 ilə birlikdə olan zaman ona demişdir ki, Gürcüstan Respublikasından maşın gətirib satmaq istəyir. Lakin, müştəri tapa bilmir. Firudin ona demişdir ki, ətrafında dost-tanışı çoxdur, onlara məlumat verər. O da Firudinlə razılaşmış və xahiş etmişdir ki, ona göndərəcəyi maşın şəkillərini öz “Whatsapp” mobil tətbiqinin statuslar bölümündə paylaşsın. Firudin də razılaşmışdır. Firudin onun həqiqətən də maşın alverçisi olduğunu düşünmüş və o, bu işin bir oyun olduğunu Firudinə deməmişdir. Bundan sonra o, Gürcüstan avtomobil elan saytı olan autopapa.ge saytına girərək oradan avtomobil şəkillərini telefonuna yükləmiş və həmin şəkilləri Firudinin telefonuna göndərmişdir. Firudin həmin şəkilləri “Whatsapp” mobil tətbiqinin statuslar bölümündə paylaşmağa başlamışdır. Göndərdiyi şəkillər “Hyundai Santafe” və “Hyundai İX35” markalı avtomobillərə məxsus şəkillər olmuşdur. Təxminən bir iki gün keçmişdir ki, Firudin onunla əlaqə saxlamış və avtomobillər üçün müştəri tapdığını demişdir. O da həmin şəxslərə telefon nömrəsini verməyini Firudinə bildirmişdir. Bundan sonra ona bir nəfər zəng edərək Qərib adlı şəxs olduğunu demiş və nömrəsini Firudindən aldığını bildirmişdir. Həmin şəxs ona 15000 manat civarında “Hyundai Santafe" almaq istədiyini bildirmişdir. O da Gürcüstandan həmin qiymətə maşın gətirə biləcəyini bildirmişdir. Bundan sonra danışıqlar zamanı o, demişdir ki, 15000 manat pulun 5000 manatını ilkin olaraq, 10000 manat pulu isə maşını gətirəndən sonra alacaq. Həmin şəxs də onunla razılaşmışdır. O daha da çox etibar qazanmaq üçün həmin şəxsə demişdir ki, alacağı 5000 manat pulu notariatda rəsmiləşdirə bilər. Onlar da razılaşmışlar. Bunun üçün xx.xx.2022-ci il tarixdə onlar Binəqədi rayonunda yerləşən 20 saylı notariat ofisində görüşmüşlər. Həmin vaxtı Firudin də onun yanında olmuşdur. Qərib adlı şəxsin yanında isə ağsaqqal bir kişi olmuşdur. Qərib həmin şəxsin adının Müzəffər olduğunu və qaynatası olduğunu bildirmişdir. Orada olan zaman ona məlum olmuşdur ki, maşını alan şəxsin əmisi Müzəffər şəhid atasıdır. O, orada onlarla yaxşı münasibət qurmuş və onlar ona 5000 manatı verdikdən sonra bu barədə müqavilə bağlanmışdır. Bundan sonra o, 5000 manat pulu götürmüş və onlarla sağollaşmışdır. Həmin vaxtı Firudin demişdir ki, özünə telefon almaq istəyir, lakın ilkin ödəniş üçün pulu yoxdur. O, Firudinə demişdir ki, ona müştəri tapdığı üçün telefonunun ilkin ödənişini verəcək. Buna görə də, dəqiq xatırlamadığı tarixdə o, Firudinlə gedib onun üçün telefon almışlar və telefonunun ilkin ödəniş kimi 780 manatını o, ödəmişdir. Bundan başqa müştəri tapdığına görə Firudinə 100 manat da xərclik vermişdir. Onu da qeyd etmişdir ki, bununla bağlı onunla Firudin arasında qabaqcadan razılıq olmamışdır. Sadəcə olaraq Firudin ona müştəri tapdığına görə ona bu yaxşılıqları etmişdir. Onu da qeyd etmişdir ki, Firudin hələ də onun hərəkətlərinin yalan olduğunu bilməmişdir. O, 5000 manatı aldıqdan sonra Müzəffər əmiyə və Qəribə demişdir ki, 10 gün ərzində maşın gələcək. 10 gündən sonra Qərib onunla danışan zaman o, demişdir ki, maşın gəlib, lakin bəzi problemləri olduğundan maşını onlara vermək istəmir. Həmin vaxtı Qərib əsəbiləşmiş və o, Qəribi sakitləşdirmək üçün demişdir ki, Bakıda avtosalonları var. Onlar üçün oradan avtomobil tapa bilər. Qərib də razılaşmışdır. Bundan sonra elan saytlarında 15000-20000 aralığında olan “Hyundai Santafe” markalı avtomobillər axtarmağa başlamışdır. “Pegasus” adlı avto salonda həmin qiymət aralığında “Hyundai Santafe” markalı avtomobil görmüşdür. Özü təkcə gedib həmin maşına baxmış və maşının videosunu çəkərək Qəribə göndərmişdir. Qərib maşına baxmış və gəlib baxmaq istədiklərini bildirmişdir. O da etiraz etməmişdir. xx.xx.2022-ci il tarixdə onlar Xətai rayonunda “Aga Center” ofisinin qarşısında görüşmüşlər. O, həmin yerə tək getmişdir. Müzəffər əmi isə kürəkəni Qərib və qudası Azərlə birlikdə gəlmişdir. O, onları aparıb maşını göstərmişdir. Onlar maşına baxandan sonra xoşları gəlmiş və onu yoxlamaq qərarına gəlmişlər. Onu da qeyd etmişdir ki, maşının salondakı real qiyməti 23200 manat olmuş və salonda işləyənlər onu da alıcı kimi görmüşlər. Orada işləyən şəxslərin onun oyunundan xəbərləri olmamışdır. Bundan sonra onlar avtomobili həmin salonda işləyən Namiq adlı işçinin iştirakı ilə Babək prospektində yerləşən “Şərq Motors”-un servisinə aparmışlar. Orada ustalar maşına baxmışlar və bəzi problemlərinin olduğunu demişlər. Amma avtomobil Müzəffər əminin xoşuna gəlmişdir. Ona görə də, elə servisin həyətində Müzəffər əmi onunla avtomobilin qiymətini danışmaq qərarına gəlmişdir. Orada olan zaman Müzəffər əmiyə demişdir ki, “10000 manat versən bu maşını sənin adına salıb maşını sənə verərəm və maşındakı problemləri də həll edərəm”. Müzəffər əmi də razılaşmışdır. O, həmin vaxtı ona demişdir ki, “imkan varsa pulun bir hissəsini verin”. Müzəffər əmi isə pulun hamısını yəni, 10000 manatı çıxarıb ona vermişdir. Çünki, Müzəffər əmi ilə arasındakı münasibət çox yaxşı olmuş və ona çox inanmışdır. Bundan sonra onlarla sağollaşmış və belə razılığa gəlmişlər ki, maşını sabah qeydiyyat edib onlara verəcəklər. Bundan sonra maşını salona aparıb qoymuşlar. Bir gün sonra günorta radələrində onlar onunla əlaqə saxlamışlar və o, X6 onlara demişdir. O, həqiqətən də oraya getmiş və orada qiymətlər ilə maraqlanmışdır. Bir neçə saatdan sonra təkrar əlaqə saxlayan zaman o, demişdir ki, idarə bağlandığından qeydiyyat məsələsi xx.xx.2022-ci il tarixə qalmışdır. Qərib yenə də əsəbiləşmiş və onunla görüşmək istədiyini bildirmişdir. Bir az keçəndən sonra Qərib onunla danışıb avtosalonun yanında olduğunu bildirmiş və onu oraya çağırmışlar. O da oraya getmiş və orada demişdir ki, məsələ birinci günə qalıb. Belə ki, həmin gün 6-cı gün olmuşdur. Həmin vaxtı Müzəffər əmi də orada olmuşdur və onlar pullarını ondan tələb etmişlər. Onun üzərində 1000 manat olduğundan çıxarıb vermiş, yerdə qalan məbləği isə karta vura biləcəyini bildirmişdir. Onlar da razılaşmışlar və Qərib kartının şəklini ona göndərmişdir. Həmin günü gün sonunadək o, 8000 manat pulu Qəribin kartına qaytarmışdır. Beləliklə, o, onlardan aldığı 15000 manat pulun 9000 manatını qaytarmış, 6000 manat isə qalmışdır. 6000 manat pulu o, özünün və ailəsinin ehtiyaclarına xərcləmişdir. Bundan başqa onu da qeyd etmişdir ki, bütün bu proseslər baş verdiyi zaman paralel olaraq avqust ayının əvvəllərində onun Biləsuvarlı Sevil xanımgil ilə də “alış-verişi” olmuşdur. Belə ki, Firudin yenə də, onunla əlaqə saxlayıb demişdir ki, Biləsuvardan Orxan adlı tanışı var və o, maşın almaq istəyir. O da demişdir ki, problem yoxdu, təşkil edərik. Bir neçə gündən sonra Firudin onunla əlaqə saxlayıb demişdir ki, Orxan Bakıya gələ bilmir, əgər alınırsa birlikdə Biləsuvara getsinlər. O da razılaşmış və dəqiq xatırlamadığı tarixdə təxminən avqust ayının 2-də onlar Biləsuvara getmişlər. Biləsuvara getmək üçün günlük icarəyə avtomobil götürmüşdür. X7 çatmışlar və Orxanın anası Sevil xala onları qarşılamışdır. Orada olan zaman o, bilmişdir ki, Orxanın qardaşı İİ Qarabağ müharibəsində şəhid olub. Orada olan zaman onlara süfrə açmışlar və onlar yemək yeyib, çay içib geri qayıtmışlar. Orada olan zaman avtomobillə bağlı söhbət getməmişdir. Lakin, oradan qayıtdıqdan sonra Orxan onunla əlaqə saxlamış və ona “Hyundai İX35” markalı avtomobil tapmağını istəmişdir. O da Orxana demişdir ki, ilkin olaraq 5000 manat pul gətirsələr 10 gün ərzində onlara maşın təşkil edə bilər. Orxan da ona demişdir ki, işdə olduğuna görə anası Bakıya gələcək və anası ona 5000 manat pul verəcək. O, yenə də, özünü inandırmaq üçün onlara demişdir ki, verilən pulu notariatda rəsmiləşdirə bilərlər. Onlar da razılaşmışlar. xx.xx.2022-ci il tarixdə Sevil xala Bakıya gəlmiş və onunla 20 yanvar ərazisində görüşmüşlər. Onlar orada 14 saylı notariat ofisinə getmişlər və Sevil xala 5000 manat pulu ona vermişdir. Onlar notariatda müqavilə bağlamışlar və Sevil xalanı yola salmışdır. Sevil xalaya demişdir ki, 10 gün ərzində maşın məsələsini həll edəcək. O da inanmışdır. Onu da qeyd etmişdir ki, həmin vaxtı Firudin də onun yanında olmuşdur və Firudin yenə də onun bir oyun oynadığını bilmişdir. 5000 manatı alandan sonra Firudinə 250 manat pul vermişdir. Çünki, Firudin ona müştəri tapmışdır. Bu hadisənin üzərindən 10 gün keçmişdir ki, Sevil xala onunla əlaqə saxlamış və maşın barədə soruşmuşdur. O, Sevil xaladan əlavə olaraq 4 gün də vaxt almışdır. O da razılaşmışdır. Yenə də 4 gündən sonra onunla əlaqə saxlayan zaman o, artıq maşın məsələsinin alınmadığını və pulu qaytaracağını Sevil xalaya demişdir. Dəqiq xatırlamadığı tarixdə Sevil xala Masazırda qohumlarıgildə olan zaman o, 2000 manat pul aparıb ona vermiş və 3000 manat üçün ondan vaxt istəmişdir. Sevil xala isə pulu təcili ona çatdırmağını tələb etmişdir. Lakin, o, pulu ehtiyacları üçün xərclədiyindən bugünə qədər həmin pulu qaytara bilməmişdir. Onu da qeyd etmişdir ki, pulu qaytaran zaman Firudin onun yanında olmuşdur. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, 2013-cü ildən "xxxx" QSC-də bələdçi vəzifəsində işləyir. O, Gürcüstandan “Hyundai Elantra” markalı avomobil gətizdirmək üçün “İnstagram” sosial şəbəkəsində adını xatırlamadığı bir səhifədən mobil nömrə götürmüşdür. Sonradan həmin mobil nömrə ilə əlaqə saxlamışdır. O, həmin vaxt Ucarda istirahət etmişdir. Həmin şəxs də demişdir ki, “Bakıya gəldikdən sonra əlaqə saxlayarıq”. Daha sonra xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Parkı”nda görüşmüşlər. Orada həmin şəxs ona telefonda bir neçə avtomobil göstərmiş və “Hyundai Elantra” 2015-ci il avtomobilini məsləhət görmüşdür, o isə razılaşmışdır. Həmin şəxs ona əvvəlcədən 1000 (min) manat beh verməli olduğunu bildirmiş və demişdir ki, behi rəsmi qaydada almaq üçün Nizami rayonunda Xəzər universitetinin yaxınlığında yerləşən 15 saylı notariusda görüşək. Danışdıqları kimi onlar xx.xx.2022-ci il tarixdə həmin notariusda görüşmüşlər. Orada o, borc müqaviləsi bağlayaraq həmin şəxsə 1000 manat pul vermişdir. Pulu verən zaman borc müqaviləsi bağlamağı ona həmin şəxs təklif etmişdir. O, notariusda sənədləşmə prosesində həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Orada onlar müqavilə bağlamışlar və o, 1000 manat pulu Eminə vermişdir. O, pulu Eminə verən zaman onlar tək olmuş, heç bir şahid olmamışdır. Emin ona demişdir ki, 10 gün ərzində avtomobili gətirəcək. Sonradan Eminin ona söz verdiyi 10 gün müddət bitdikdən sonra Eminin onu aldatdığını bilmiş və ondan pulunu tələb etmişdir. Emin isə onu bir müddət yola vermiş, daha sonra isə tamamilə onunla əlaqəni kəsmiş, onun nömrələrini bloka atmışdır. Sonradan o, bununla bağlı DİN-in 102 xidmətinə şikayət etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4, habelə şahidlər Şahid1 və Şahid2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına (o cümlədən istifadələrində olan mobil nömrələrinə sms-bildiriş göndərilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbdən baş verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişlər. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Gürcüstandan “Toyota Prius” markalı avomobil gətizdirmək üçün “Tap.az” saytında bu işlə məşğul olduğunu iddia edən bir nəfər tərəfindən paylaşılan elan görmüşdür. Həmin elandan ***-***-**-** saylı mobil nömrə götürmüş və əlaqə saxlamışdır. Həmin şəxs elanda qoyduqlarını bir daha təsdiqləyərək ona Gürcüstandan avtomobil gətirə biləcəyini bildirmişdir. O, həmin şəxsdən “Toyota Prius” markalı avtomobil gətirməsini istəmişdir. Həmin şəxs ona demişdir ki, “heç bir problem yoxdur, lakin əvvəlcə görüşək 1500 (min beş yüz) manat beh ver, daha sonra 10 gün ərzində sənin avtomobilini gətirəcəm”. xx.xx.2022-ci il tarixdə o, həmin şəxslə Nizami rayonu ərazisində yerləşən 15 saylı notariusda görüşmüş və ona notarius qaydasında qeyd edilən məbləği vermişdir. Orada o, borc müqaviləsi bağlayaraq həmin şəxsə 1500 manat pul vermişdir. Pulu verən zaman borc müqaviləsi bağlamağı ona həmin şəxs təklif etmişdir. O, notariusda sənədləşmə prosesində həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Orada onlar müqavilə bağlamışlar və o, 1500 manat pulu Eminə vermişdir. O, pulu Eminə verən zaman onlar tək olmuşlar, yəni ki, heç bir şahidi yoxdur. Emin ona demişdir ki, 10 gün ərzində avtomobili gətirəcək. Sonradan Eminin ona söz verdiyi 10 gün müddət bitdikdən sonra Eminin onu aldatdığını bilmiş və ondan pulunu tələb etmişdir. Emin isə onu bir müddət yola vermiş, daha sonra isə tamamən onunla əlaqəni kəsmiş, onun nömrələrini bloka atmışdır. Sonradan o, bununla bağlı DİN-in 102 xidmətinə şikayət etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Gürcüstandan “Toyota Prius” markalı avtomobil gətizdirmək üçün “Tap.az” saytında bu işlə məşğul olduğunu iddia edən bir nəfər tərəfindən paylaşılan elan görmüşdür. Həmin elandan ***-***-**-** saylı mobil nömrə götürmüş və əlaqə saxlamışdır. Həmin şəxs elanda qoyduqlarını bir daha təsdiqləyərək ona Gürcüstandan avtomobil gətirə biləcəyini bildirmişdir. O, həmin şəxsdən “Toyota Prius” markalı avtomobil gətirməsini istəmişdir. Həmin şəxs ona demişdir ki, “heç bir problem yoxdur, lakin əvvəlcə görüşək 1500 (min beş yüz) manat beh ver, daha sonra 10 gün ərzində sənin avtomobilini gətirəcəm”. xx.xx.2022-ci il tarixdə o, həmin şəxslə Nizami rayonu ərazisində yerləşən 15 saylı notariusda görüşmüş və ona notarius qaydasında qeyd edilən məbləği vermişdir. Orada o, borc müqaviləsi bağlayaraq həmin şəxsə 1500 manat pul vermişdir. Pulu verən zaman borc müqaviləsi bağlamağı ona həmin şəxs təklif etmişdir. O, notariusda sənədləşmə prosesində həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Orada onlar müqavilə bağlamışlar və o, 1500 manat pulu Eminə vermişdir. O, pulu Eminə verən zaman onlar tək olmuşlar, yəni ki, heç bir şahidi yoxdur. Emin ona demişdir ki, 10 gün ərzində avtomobili gətirəcək. Sonradan Eminin ona söz verdiyi 10 gün müddət bitdikdən sonra Eminin onu aldatdığını bilmiş və ondan pulunu tələb etmişdir. Emin isə onu bir müddət yola vermiş, daha sonra isə tamamilə onunla əlaqəni kəsmiş, onun nömrələrini bloka atmışdır. Sonradan o, bununla bağlı DİN-in 102 xidmətinə şikayət etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, əvvəllər müxtəlif yerlərdə işləmişdir, ailəlidir, hazırda 1 övladı var. Övladlarından biri 2020-ci ildə şəhid olmuşdur. Belə ki, övladı X8 2020-ci ilin oktyabr ayının 21-də Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. X13 şəhid olmamışdan öncə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində məsləhətçi vəzifəsində işləmişdir. Övladı ailəli olmuş və himayəsində 3 övladı olmuşdur. Şəhid olandan sonra dövlət tərəfindən ona 11.000 manat birdəfəlik pul verilmişdir. Nəvələrindən ikisi məktəbə getdiyindən o, düşünmüşdür ki, həmin pulla avtomobil alsın və nəvələrini məktəbə avtomobillə aparıb-gətirsin. Bunun üçün həmin pulu avtomobil almaq üçün saxlamışdır. Məlumat üçün bildirmişdir ki, övladı şəhid olandan sonra onun döyüş yoldaşları tez-tez onun ailəsini ziyarətə gəlmişlər. Onun döyüş yoldaşlarından biri də Firudin adlı şəxs olmuşdur. O, onlarla söhbət zamanı bildirmişdir ki, nəvələrini məktəbə aparıb-gətirmək üçün avtomobil almaq istəyir. Firudin demişdir ki, onun bir qohumu var və o, Gürcüstan Respublikasından avtomobil gətirib Azərbaycanda satır. Firudin ona təklif etmişdir ki, əgər istəsə, ona bu barədə məlumat verə bilər. O da razılaşmış və ondan xahiş etmişdir ki, bu məsələdə ona köməklik etsin. Bundan sonra Firudin Emin adlı şəxsin nömrəsini vermiş və onlar Eminlə telefonda danışmışlar. Eminə təxminən 15000 manat civarında “Hyundai Santafe” markalı avtomobil almaq istədiklərini bildirmişlər. Emin də həmin qiymətə Gürcüstandan avtomobil gətirə biləcəyini bildirmişdir. Emin həmçinin, bildirmişdir ki, 15000 manat pulun 5000 manatını ilkin ödəniş kimi alacaq, yerdə qalan 10000 manatı isə avtomobil gələndən sonra alacaq. Onlar da razılaşmışlar. Emin onlarda daha da inam yaratmaq üçün demişdir ki, ilkin alacağı 5000 manat pulu notariatda rəsmiləşdirərlər. Onlar da Eminlə razılaşmışlar. Bunun üçün xx.xx.2022-ci il tarixdə onlar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 20 saylı notariat ofisində Eminlə görüşmüşlər və ona 5000 manat pulu vermişlər. Həmin vaxtı onun yanında kürəkəni Şahid1 olmuşdur. Eminin yanında da Firudin olmuşdur. Verdikləri pul notariatda kredit müqaviləsi kimi sənədləşdirilmişdir. Sənədləşmə başa çatandan sonra Emin onlara demişdir ki, avtomobil bir həftə ərzində gələcək. Onlar da onunla razılaşmışlar və avtomobilin gəlməsini gözləməyə başlamışlar. Avqust ayının əvvəllərində onlar Eminlə əlaqə saxlayan zaman o bildirmişdir ki, Gürcüstanda gecikmə var və bunun üçün avtomobil təxminən 11-12 avqust aralığında gələcək. Onlar yenə də ona inanmışlar və avtomobilin gəlməsini gözləmişlər. 11 avqust 2022-ci il tarixdə onlar Eminlə əlaqə saxlamış və Emin bildirmişdir ki, avtomobil gəlib, amma, avtomobildə problemlər olduğundan onu satmaq istəmirlər. Emin onlara təklif etmişdir ki, Bakı şəhərində Xətai metrosunun yaxınlığında avtosalon var və həmin avtosalondan onlara avtomobil verə bilərlər. Emin təklif etmişdir ki, sabah yəni, 12 avqust 2022-ci il tarixdə görüşsünlər və avtomobili onlara göstərsin. Bunun üçün 12 avqust 2022-ci il tarixdə saat 9 radələrində onlar Xətai rayonunda yerləşən “Aga center” ofisinin qarşısında görüşmüşlər. Həmin vaxtı onun yanında kürəkəni Şahid1 və qudası Azər olmuşdur. Onlar Eminlə orada görüşmüşlər və “Aga center” mərkəzinin stayankasında olan “Pegasus Avto” salonuna getmişlər. Orada Namiq adlı şəxs olmuş və həmin şəxs Eminlə birlikdə onlara “Hyundai Santafe” markalı avtomobili göstərmişdir. Onlar avtomobilə baxdıqdan sonra onu bəyənmişlər və avtomobili yoxlamaq istədiklərini bildirmişlər. Bunun üçün avtomobili salondan çıxarmışlar və Babək prospektində yerləşən Daxili Qoşunlarla üzbəüz olan Şərq Motorsun servisinə getmişlər. Orada avtomobilə ustalar baxmış və normal avtomobil olduğunu bildirmişlər. Bundan sonra həmin servisin həyətində onlar pul məsələsini danışmışlar və belə razılaşmışlar ki, Emin gün ərzində avtomobilin bəzi problemlərini həll edəcək və sabah yəni, 13 avqust 2022-ci il tarixdə avtomobili onlara təqdim edəcək. Amma, Emin bildirmişdir ki, ona yenə də, müəyyən qədər pul lazımdır. Həmin vaxtı Emin onlarla, xüsusən də onunla çox isti münasibət saxlamış və ona şəhid atası kimi çox böyük hörmət göstərmişdir. O da Eminə çox inandığından üzərində olan 10000 manat pulu Şərq Motorsun servisinin həyətində ona vermişdir. Həmin vaxtı onun yanında kürəkəni Qərib və qudası Azər olmuşdur. Bir az aralıda isə avto salonun işçisi Namiq olmuşdur. Həmin pulu verdikdən sonra onlar sağollaşmışlar və getmişlər. Bir gün sonra yəni, 13 avqust 2022-ci il tarixdə günorta radələrində onlar Eminlə əlaqə saxlamışlar və o demişdir ki, X14 Polisi İdarəsində avtomobili qeydiyyatdan keçirir. Təxminən saat 14 radələrində onlar yenə də onunla əlaqə saxlayan zaman o, bildirmişdir ki, İdarə bağlanıb və qeydiyyat birinci günə, yəni xx.xx.2022-ci il tarixə qalıb. Bundan sonra onlar narahat olmağa başlamışlar və kürəkəni Qəriblə avtosalona getmişlər. Orada avtomobilin yerində olduğunu görmüşlər və Namiqin də orada olduğunu müəyyən etmişlər. Namiqə yaxınlaşıb Eminin harada olduğunu soruşmuşlar. Namiq Eminin harada olduğunu bilmədiyini qeyd etmişdir. Bundan sonra onlar Namiqə demişlər ki, avtomobili 15000 manata almışlar. Namiq isə demişdir ki, həmin avtomobilin qiyməti salonda 22000 manatdır. Onlar Namiqdən bu məsələnin nə olduğunu soruşsalar da o, normal cavab verməmiş və bu məsələni Emindən maraqlanmalarını bildirmişdir. Bundan sonra onlar Eminlə əlaqə saxlamışlar və onu təkidlə salonun yanına gəlməyini tələb etmişlər. Təxminən 1 saata Emin gəlmişdir. Emin demişdir ki, avtomobili yalnız xx.xx.2022-ci il tarixdə verə bilər. Emin həmçinin, demişdir ki, əgər avtomobili istəmirsizsə, pulunuzu geri qaytaraq. Onlar da demişlər ki, pulumuzu geri qaytar. Bundan sonra Emin üzərində olan 1000 manat pulu ona vermişdir. Yerdə qalan pulu isə yalnız karta göndərə biləcəyini bildirmişdir. Onlar da razılaşmışlar və kürəkəni Qərib öz kartının şəklini ona göndərmişdir. Emin həmin günü yəni, avqust ayının 15-də gün sonunadək onlara 8000 manat pul göndərmişdir. Beləliklə, Emin onlardan aldığı 15000 manat pulun 9000 manatını geri qaytarmışdır. Yerdə qalan 6000 manat pulu isə tez bir zamanda göndərəcəyini bildirsə də, bugünədək verməmişdir. İlkin vaxtlar onunla əlaqə saxlayan zaman o hər dəfə bir bəhanə gətirmişdir. Sonrakı dövrlərdə isə o, artıq pulu verməyəcəyini bildirərək, heç kimdən qorxmadığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Emin ilkin olaraq ondan 15000 manat alsa da, sonradan həmin pulun 9000 manatını geri qaytarmış və ona 6000 manat verəcəyi qalmışdır. Odur ki, hadisə nəticəsində ona ümumilikdə 6000 (alt min) manat ziyan dəymişdir. Eminə verdiyi pulun 11000 manatı dövlət tərəfindən onlara verilmiş pul olmuş, yerdə qalan pul isə ona məxsus olmuşdur. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla əvvəllər hər hansı bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Əvvəllər evli olub ayrılmışdır. Evli olduğu müddət ərzində birgə nikahdan iki oğlu dünyaya gəlmişdir. X3 əvvəllər Hərbi qulluqçu kimi Müdafiə Nazirliyində xidmət etmişdir. O, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və gedən döyüş zamanı şəhid olmuşdur. İkinci oğlu Orxan da ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Hazırda ona müharibə iştirakçısı kimi veteranlıq verilmişdir. Orxan işsiz olduğu üçün ona idarə etmək üçün avtomobil almaq istəmişdir ki, avtomobillə özünə bir iş tapa bilsin. Övladı şəhid olduğu üçün dövlət tərəfindən ona birdəfəlik 11.000 manat pul ödənilmişdir. Həmin pulla istəmişdir ki, sağ qalan oğlu Orxan üçün avtomobil alsın. Bundan oğlu Orxanın da xəbəri olmuşdur. Bir gün oğlu Orxan onun yanına gəlib döyüş yoldaşı olmuş Firudin adlı şəxsin maşın alveri ilə məşğul olduğunu demişdir. Belə ki, oğlu Firudinin “Vatsapp” proqram təminatı üzərində avtomobil şəkilləri paylaşdığını görüb ondan bu barədə maraqlanmış, Firuddin isə tanışı Emin adlı şəxsin avtomobil alveri ilə məşğul olduğunu oğluna demişdir. O da oğluna demişdir ki, həmin şəxsləri onlara dəvət etsin, onlarla danışıb bir avtomobil alsınlar. Bundan sonra Orxan döyüş yoldaşı olmuş Firuddin adlı şəxslə əlaqə saxlamış və onları yaşadıqları Biləsuvar rayonuna dəvət etmişdir. Bir neçə gün sonra 2022-ci ilin avqust ayının 2-i və ya 3-ü Firuddin və Emin onların yaşadıqları evə gəlmişlər. O, süfrə açmış, onlarla yemək yeyib bir qədər söhbət etdikdən sonra avtomobil barədə danışmağa başlamışlar. Emin və Firuddin ona müxtəlif avtomobil markalarının fotoşəkillərini göstərib hansını bəyəndiyini soruşmuşlar. O isə ağ rəngli avtomobil istəmədiyini, oğlu şəhid olduğu üçün qara rəngli avtomobil almaq istədiyini bildirmişdir. Fotoşəkillərdən bir qara rəngli “Hyundai Santa FE” markalı avtomobil seçmişlər. Bundan sonra Emin ondan nə qədər pulunun olduğunu soruşmuşdur. O isə Eminə hazırda 3.000 manat pulunun özündə, 5.000 manat isə bankdan götürə biləcəyini demişdir. Emin isə ona 8.000 manatdan əlavə başqa pul verməli olduğunu bildirmişdir. O isə avtomobili gələndən sonra əlavə pul verəcəyini bildirmişdir. Bundan sonra aralarında razılıq olduğu üçün yaşadığı evdə ona 3.000 manat pul vermişdir. Daha sonra bu barədə qohumlarla məsləhətləşdikdə qohumları ona nə üçün sənədsiz pul verdiyini bildirmişlər və tapşırmışlar ki, başqa edəcəyi ödənişləri notarius vasitəsilə ödəsin. Bundan bir neçə gün sonra Emin ona zəng edib bildirmişdir ki, 5-6 min pul lazımdır. O isə ona 5.000 manat pulunun olduğunu bildirmişdir. Emin də ona həmin pulu götürüb Bakı şəhərinə gəlməyi tapşırmışdır. Bundan sonra o, İmişli rayonuna gedib orada fəaliyyət göstərən “Beynəlxalq Bank”-dan kredit müqaviləsi ilə 7.000 manat pul götürmüşdür. Həmin pulun 5.000 manatını götürüb Bakı şəhərinə gəlmişdir. 06 avqust 2022-ci il tarixdə Bakı şəhərində Eminin dediyi ünvana gedib onunla görüşmüşdür. Lakin Bakı şəhərini tanımadığı üçün onunla harada görüşdüyünü bilməmişdir. O, Eminə pul verməmişdən qabaq pulu notarius vasitəsilə verəcəyini demişdir. Emin də onunla razılaşmış və bundan sonra onun avtomobili ilə notariusa getmişlər. Lakin ilk iki getdikləri notarius bağlı olmuşdur. Sonradan başqa bir yerə getmişlər. Emin avtomobildən düşüb notariusa getmişdir. O isə avtomobildə qalmışdır. Bir neçə dəqiqə sonra o, geri qayıtmış və onun sənədini istəmişdir. O isə Eminlə birgə getmək istədiyini demişdir. Emin ona bildirmişdir ki, orada növbə çoxdur, ona görə avtomobildə gözləsə yaxşıdır. Bundan sonra Emin notariusa getmiş, o isə yenə də avtomobildə oturub onu gözləmişdir. Bir neçə dəqiqədən sonra Emin yenidən qayıtmış və onu çağırmışdır. Notariusa gedərkən getdikləri notariusun 14 saylı olduğunu bilmişdir. Orada onların arasında borc müqaviləsi bağlanmış və 5.000 manat pulu orada notariusa vermişdir. Emin də pulu oradan götürmüşdür. Bundan sonra o, rayona qayıtmışdır. Notariusda alınmış borcun 15 gün ərzində qayıtmalı olduğu qeyd edilmişdir. Yəni, xx.xx.2022-ci il tarixə az qalmış Emindən xəbər çıxmadığını görmüşdür. Oğlu Eminə zəng etsə də, Emin oğlunun zənglərinə cavab verməmişdir. Sonra o, Orxana zəng etməməsini tapşırmış və özünün həll edəcəyini demişdir. O, Eminə “Vatsapp” proqram təminatı vasitəsi ilə SMS-lər yazıb cavab vermədiyi təqdirdə polisə şikayət edəcəyini demişdir. Bundan sonra Emin ona zəng edib avtomobili gətirmək mümkün olmadığını bildirmişdir. Lakin bir qədər gec olacağını demişdir. Emin yenidən ona iki ədəd seçdikləri avtomobil markasının fotoşəkillərini ona göndərmişdir. Avtomobillərdən birinin boz və birinin isə qara rəngli olduğunu görmüşdür. O, qara rəngi seçmişdir. Bundan sonra yenə də bir müddət keçmiş və notariusda bağlanmış müqavilədə göstərilən müddət qurtardığından o, Emindən verdiyi pulu tələb etmişdir. Emin isə ona nə avtomobilin olduğunu, nə də pulu qaytarmayacağını demişdir. Həmçinin ona çiyin hissəsində olan döymələrin fotoşəklini göndərib ona heç kəsin heç nə edə bilməyəcəyini demişdir. Buna görə də o, məcbur qalıb onun barəsində şikayət etmişdir. Notariusda aralarında bağlanmış müqavilənin surətini də ifadəsinə əlavə etmişdir. Həmçinin, qeyd etmişdir ki, Eminin ona göndərdiyi avtomobillərin fotoşəkilləri və müəyyən danışıqlarda mobil telefonunda “Vatsapp” proqram təminatında qalmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilkin olaraq 02 və ya 03 avqust 2022-ci il tarixdə Biləsuvar rayonu, ünvan 10 ünvanında yaşadığı evdə 3.000 manat, 06 avqust 2022-ci il tarixdə isə ünvan 11riusda 5.000 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə yaşadığı evdə pul verdikdə oğlu Orxan evdə olmuşdur. İkinci dəfə Bakı şəhərində Eminə pul verdiyi zaman Firuddin yanlarında olmuşdur. Başqa məlumatı olan şəxs yoxdur. Təqsirləndirilən şəxs onu aldadaraq guya oğlu Orxan üçün avtomobil gətirəcəyini bildirmişdir. Bunun üçün ona ilkin olaraq 8.000 manat pul verməyinə baxmayaraq o, pulunu ələ keçirmişdir. Pulu ələ keçirdikdən sonra isə o, avtomobil gətizdirməmiş, nə də pulunu geri qaytarmamışdır. Ondan pulunu tələb etdikdə isə pulunun olmadığını, avtomobil də gətirmək fikrində olmadığı demişdir. O, Eminin dələduz olduğunu başa düşüb onun barəsində şikayət etmişdir. Çünki, eşitmişdir ki, ondan başqa da eyni adla, yəni avtomobil gətirmək adı ilə başqa bir şəxsi də aldadıb onun pullarını ələ keçirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2011-ci ildə X1 ilə ailə həyatı qurmuşdur. Mərhum qaynı X8 2020ci ilin oktyabr ayının 21-də Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ruhin Xəlilov şəhid olandan sonra dövət tərəfindən ona 11.000 manat birdəfəlik pul verilmişdir. Onun övladlarından ikisi məktəbə getdiyindən atası Müzəffər əmi belə qərara gəlmişdir ki, həmin pulla avtomobil alsın və nəvələrini məktəbə avtomobillə aparıb-gətirsin. Məlumat üçün bildirmişdir ki, qaynı şəhid olandan sonra onun döyüş yoldaşları tez-tez onun ailəsini ziyarətə gəlmişlər. Onun döyüş yoldaşlarından biri də Firudin adlı şəxs olmuşdur. Müzəffər əmi və o, onlarla söhbət zamanı bildirmişlər ki, Ruhinin uşaqlarını məktəbə aparıb-gətirmək üçün avtomobil almaq istəyirlər. Firudin demişdir ki, onun bir qohumu var və o, Gürcüstan Respublikasından avtomobil gətirib Azərbaycanda satır. Firudin onlara təklif etmişdir ki, əgər istəsələr, ona bu barədə məlumat verə bilər. Onlar da razılaşmışlar və ondan xahiş etmişlər ki, bu məsələdə onlara köməklik etsin. Bundan sonra Firudin Emin adlı şəxsin nömrəsini vermiş və onlar Eminlə telefonda danışmışlar. Eminə təxminən 15000 manat civarında “Hyundai Santafe” markalı avtomobil almaq istədiklərini bildirmişlər. Emin də həmin qiymətə Gürcüstandan avtomobil gətirə biləcəyini bildirmişdir. Emin həmçinin, bildirmişdir ki, 15000 manat pulun 5000 manatını ilkin ödəniş kimi alacaq, yerdə qalan 10000 manatı isə avtomobil gələndən sonra alacaq. Onlar da razılaşmışlar. Emin onlarda daha da inam yaratmaq üçün demişdir ki, ilkin alacağı 5000 manat pulu notariatda rəsmiləşdirsinlər. Onlar da Eminlə razılaşmışlar. Bunun üçün xx.xx.2022-ci il tarixdə onlar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 20 saylı notariat ofisində Eminlə görüşmüşlər və Müzəffər əmi 5000 manat pulu ona vermişdir. Həmin vaxtı oraya Müzəffər əmi ilə birlikdə o da getmişdir. Eminin yanında da Firudin olmuşdur. Verdikləri pul notariatda kredit müqaviləsi kimi sənədləşdirilmişdir. Sənədləşmə başa çatandan sonra Emin onlara demişdir ki, avtomobil bir həftə ərzində gələcək. Onlar da Eminlə razılaşmışlar və avtomobilin gəlməsini gözləməyə başlamışlar. Avqust ayının əvvəllərində onlar Eminlə əlaqə saxlayan zaman bildirmişdir ki, Gürcüstanda gecikmə var və bunun üçün avtomobil təxminən 11-12 avqust aralığında gələcək. Onlar yenə də Eminə inanmışlar və avtomobilin gəlməsini gözləmişlər. 11 avqust 2022-ci il tarixdə onlar Eminlə əlaqə saxlamışlar və o, bildirmişdir ki, avtomobil gəlib, amma, avtomobildə problemlər olduğundan onu satmaq istəmir. Emin onlara təklif etmişdir ki, Bakı şəhərində Xətai metrosunun yaxınlığında avtosalon var və həmin avtosalondan onlara avtomobil verə bilər. Emin təklif etmişdir ki, 12 avqust 2022-ci il tarixdə görüşsünlər və avtomobili onlara göstərsin. Bunun üçün 12 avqust 2022-ci il tarixdə saat 9 radələrində onlar Xətai rayonunda yerləşən “Aga center” ofisinin qarşısında görüşmüşlər. Eminlə görüşə o, Müzəffər əmi və onun qudası Azər əmi getmişdir. Onlar orada görüşmüşlər və “Aga center” mərkəzinin park yerində olan “Pegasus Avto” salonuna getmişlər. Orada Namiq adlı şəxs olmuş və həmin şəxs Eminlə birlikdə onlara “Hyundai Santafe” markalı avtomobili göstərmişdir. Onlar avtomobilə baxdıqdan sonra bəyənmişlər və avtomobili yoxlamaq istədiklərini bildirmişlər. Bunun üçün avtomobili salondan çıxarmışlar və Babək prospektində yerləşən Daxili Qoşunlarla üzbəüz olan Şərq Motorsun servisinə getmişlər. Orada avtomobilə ustalar baxmışlar və normal avtomobil olduğunu bildirmişlər. Bundan sonra həmin servisin həyətində onlar pul məsələsini danışmışlar və belə razılaşmışlar ki, Emin gün ərzində avtomobilin bəzi problemlərini həll edəcək və 13 avqust 2022-ci il tarixdə avtomobili onlara təqdim edəcək. Amma, Emin bildirmişdir ki, ona yenə də, müəyyən qədər pul lazımdır. Həmin vaxtı Emin onlarla, xüsusən də Müzəffər əmi ilə çox isti münasibət saxlamış və ona şəhid atası kimi çox böyük hörmət göstərmişdir. Müzəffər əmi də ona çox inandığından üzərində olan 10000 manat pulu Şərq Motorsun servisinin həyətində ona vermişdir. Həmin vaxtı Müzəffər əminin yanında o və Azər əmi olmuşdur. Bir az aralıda isə avtosalonun işçisi Namiq olmuşdur. Həmin pulu verdikdən sonra onlar sağollaşmışlar və getmişlər. Bir gün sonra yəni, 13 avqust 2022-ci il tarixdə günorta radələrində onlar Eminlə əlaqə saxlamışlar və o demişdir ki, X14 Polisi İdarəsində avtomobili qeydiyyatdan keçirir. Təxminən saat 14 radələrində onlar yenə də Eminlə əlaqə saxlayan zaman o, bildirmişdir ki, İdarə bağlanıb və qeydiyyat birinci günə, yəni xx.xx.2022-ci il tarixə qalıb. Bundan sonra onlar narahat olmağa başlamışlar və Müzəffər əmi ilə avtosalona getmişlər. Orada avtomobilin yerində olduğunu görmüşlər və Namiqin də orada olduğunu müəyyən etmişlər. Namiqə yaxınlaşıb Eminin harada olduğunu soruşmuşlar. Namiq Eminin harada olduğunu bilmədiyini qeyd etmişdir. Bundan sonra onlar Namiqə demişlər ki, avtomobili 15000 manata almışlar. Namiq isə demişdir ki, həmin avtomobilin qiyməti salonda 22000 manatdır. Onlar Namiqdən bu məsələnin nə olduğunu soruşsalar da, Namiq onlara normal cavab verməmiş və bu məsələni Emindən maraqlanmalarını bildirmişdir. Bundan sonra onlar Eminlə əlaqə saxlamışlar və onu təkidlə salonun yanına gəlməyini tələb etmişlər. Təxminən 1 saata Emin gəlmişdir. Emin demişdir ki, avtomobili yalnız xx.xx.2022-ci il tarixdə verə bilər. Emin həmçinin, demişdir ki, əgər avtomobili istəmirsizsə pulunuzu geri qaytaraq. Onlar da demişlər ki, “pulumuzu geri qaytar”. Bundan sonra Emin üzərində olan 1000 manat pulu Müzəffər əmiyə vermişdir. Yerdə qalan pulu isə yalnız karta göndərə biləcəyini bildirmişdir. Onlar da razılaşmışlar və o, öz kartının şəklini Eminə göndərmişdir. Emin həmin günü yəni, avqust ayının 15-də gün sonunadək onun kartına 8000 manat pul göndərmişdir. Beləliklə, Emin onlardan aldığı 15000 manat pulun 9000 manatını geri qaytarmışdır. Yerdə qalan 6000 manat pulu isə tez bir zamanda göndərəcəyini bildirsə də, bu günədək verməmişdir. İlkin vaxtlar Eminlə əlaqə saxlayan zaman o, hər dəfə bir bəhanə gətirmişdir. Sonrakı dövrlərdə isə o, artıq pulu verməyəcəyini bildirərək, heç kimdən qorxmadığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Emin ilkin olaraq Müzəffər əmidən 15000 manat alsa da, sonradan həmin pulun 9000 manatını geri qaytarmış və ona 6000 manat verəcəyi qalmışdır. Odur ki, hadisə nəticəsində ümumilikdə 6000 (alt min) manat ziyan dəymişdir. Eminə verilən pulların 11000 manatı dövlət tərəfindən Müzəffər əmiyə verilmiş pul olmuş, yerdə qalan pul da Müzəffər əmiyə məxsus olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, 2016-2018-ci illərdə hərbi xidmətdə olmuşdur. 2020-ci ildə İİ Qarabağ Müharibəsi başlayan zaman könüllü olaraq səfərbərlik orqanına getmiş və onu müharibə bölgəsinə hərbi xidmətə göndərmişlər. Müharibədə göstərdiyi şücaətlərə görə ona “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları verilmişdir. Onu da qeyd etmişdir ki, müharibə zamanı iki dəfə başından travma almışdır. Məlumat üçün bildirmişdir ki, Təqsirləndirilən şəxs onun ana tərəfdən uzaq qohumudur. Əvvəllər onunla səmimi münasibətləri olmasa da, 2022-ci ilin iyun ayında onunla yavaşyavaş münasibəti yaxşılaşmağa başlamışdır. Həmin vaxtı o, “Socar”-da fəhlə işləmişdir. Eminlə arabir görüşmüşlər və Emin demişdir ki, Gürcüstandan maşın gətirib satır. Görüşlərin birində Emin ona demişdir ki, sən müharibədə iştirak etmisən və ətrafında tanışların çoxdur. Buna görə də, Emin ona təklif etmişdir ki, gətirdiyi maşınlar üçün ona müştəri tapmaqda köməklik etsin və hər tapdığı müştəriyə görə ona 100 manat pul verəcək. O, Emindən gətirdiyi maşınların nə vəziyyətdə olduğunu və gələcəkdə problem yaşayıb-yaşamayacaqlarını soruşmuşdur. Emin demişdir ki, “narahat olma, maşınlara zəmanət verilir”. Həmin ərəfələrdə onun da maddi vəziyyəti yaxşı olmamışdır. Belə ki, aldığı travmalara görə müalicəsi üçün ona pul lazım olmuş və özü də fəhlə işləmişdir. Buna görə də, Eminlə razılaşmış və demişdir ki, “çalışıb sənə müştəri taparam”. Bu hadisənin üzərindən müəyyən müddət keçmişdir ki, Emin onun “Whatsapp”ına maşın şəkilləri göndərmişdir. O, həmin şəkilləri “Whatsapp”-da status bölümündə paylaşmışdır. Avtomobili paylaşdıqdan sonra bir neçə şəxs ona yazmağa başlamışdır. Onlardan biri də, onun döyüş yoldaşı olmuş şəhid Ruhin Xəlilovun qaynı Qərib olmuşdur. Qərib ona demişdir ki, qaynatası, yəni Ruhinin atası Müzəffər əmi üçün maşın almaq istəyirlər. Bundan sonra o, Eminə Qəribin bəyəndiyi maşını demiş və Emin ona həmin maşının bütün şəkillərini göndərmişdir. O, həmçinin, Eminə demişdir ki, maşını almaq istəyən şəxs onun döyüş yoldaşı olmuş şəhid Ruhin Xəlilovun ailəsidir və əllərində cəmi 15.000 manat pulları var. Emin də demişdir ki, problem yoxdur, təşkil edərik. Bundan sonra Qərib ona demişdir ki, maşını bəyəniblər və almaq istəyirlər. Qərib həmçinin, bildirmişdir ki, pulun cəmi 5000 manatını əvvəldən verəcəklər, yerdə qalan 10000 manatı isə maşın gələndən sonra verəcəklər. Emin də bununla razılaşmış və demişdir ki, həmin pulu notariatda versinlər. Bunun üçün dəqiq xatırlamadığı tarixdə o, Eminlə avtovağzal tərəfdə olan notariat ofisinə getmiş və oraya Qəriblə Müzəffər əmi də gəlmişdir. Orada olan zaman Emin onlarla tanış olmuş və onlar birlikdə notariat ofisinə girmişlər. O isə çöldə qalmışdır. Bir neçə dəqiqədən sonra onlar çıxmışlar və demişlər ki, 5000 manatı ödədilər. Emin demişdir ki, maşın 10 günə gələcək. On gündən sonra o, Eminlə danışanda Emin demişdir ki, gələn maşının motorunda problem var idi və ona görə də, Müzəffər əmigilə başqa maşın verəcək. Emin həmin sözləri Qəribə də demişdir. O da Qəriblə bu barədə danışmış və Qərib demişdir ki, Eminin təklif etdiyi yeni maşın da pis deyil. Onu da qeyd etmişdir ki, Emin ondan başqa həmçinin Qəriblə də telefonda danışmışdır. Bundan sonrakı müddət ərzində Emin ondan xəbərsiz Müzəffər əmigillə görüşmüş, onlara başqa maşını göstərmiş və onlar da maşını bəyəndiklərindən ona 10000 manat pul vermişlər. Lakin, Emin həmin maşını da Müzəffər əmigilə vermədiyindən sonradan 10000 manatın 9000 manatını geri qaytarmışdır. Bu məsələlərdən onun sonradan xəbəri olmuşdur. O, hələ də Eminin dələduzluq etdiyini fikirləşməmiş və onun işlərində nəsə problem olduğunu güman etmişdir. Çünki, fikirləşməzdi ki, Emin şəhid ailəsinə qarşı bu cür hərəkət edər və onu da pis vəziyyətə salar. Bundan başqa onu da qeyd etmişdir ki, həmin ərəfələrdə Eminlə birlikdə olan zaman onun Biləsuvarda yaşayan döyüş yoldaşı Orxan Hüseynov onunla əlaqə saxlamış və maşınlarla maraqlanmaq istədiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, Orxanın kiçik qardaşı Elxan Hüseynov İİ Qarabağ müharibəsində şəhid olmuşdur. Orxan onunla bu barədə danışan zaman o, telefonu Eminə vermiş və Emin Orxanla onun telefonu ilə maşın barəsində danışmışlar. Sonradan Orxan demişdir ki, bu barədə evdə danışacaq və ona məlumat verəcək. O da razılaşmışdır. Təxminən bir gün sonra Orxan onunla danışmış və demişdir ki, anası Sevil xala onlarla görüşmək istəyir və xahiş etmişdir ki, əgər alınırsa, onlara qonaq getsinlər. O da bu barədə Eminə demiş və Emin razılaşmışdır. Bundan sonra Eminin icarəyə götürdüyü avtomobillə Biləsuvara getmişlər. Orada Sevil xalagildə qonaq olmuşlar, həmçinin şəhidin otağını da ziyarət etmişlər. Orada maşın barədə danışmışlar və Sevil xalagil demişlər ki, əllərində nəğd pul yoxdur, avtomobilə ilkin 5000 manat verməklə qalan pulunu kreditə salmaq istəyirlər. Emin də demişdir ki, problem yoxdur, 5000 verin həll edərik. Lakin, Sevil xala demişdir ki, həmin 5000 manatı Bankdan götürəcəklər. Bundan sonra onlar sağollaşmışlar və Bakıya qayıtmışlar. Təxminən 1-2 gün sonra Sevil xala Bakıya gəlmiş və o, Eminlə birlikdə gedib onu qarşılamışdır. Onlar oradan 20 Yanvar metrosu yaxınlığında olan notariat ofisinə getmişlər və orada Sevil xala Eminə 5000 manat pulu vermişdir. Həmin vaxtı o, bayırda onları gözləmişdir. Bundan sonra onlar Sevil xalanı yola salmışlar və Emin demişdir ki, 10 günə maşın gələcək. Bundan bir neçə gün keçmiş o, Eminlə əlaqə saxlayıb maşının harada olduğunu soruşmuşdur. O isə demişdir ki, Sevil xalagilin maşını tez gələcək və onlara süpriz edərik. Elvinin bu cür danışıqları onda etibar yaratmış və onun dələduzluq etdiyini düşünməmişdir. Bu hadisələrin üzərindən bir neçə gün keçmiş Qərib onunla əlaqə saxlamış və Eminin onları aldatdığını demişdir. O, bunun üçün Qəriblə görüşmüş və Eminin onlara göstərdiyi avtomobilin olduğu avtosalona getmişlər. Orada avtomobilə baxmışlar və qiymətinin 25000 manat olduğunu görmüşlər. Hansı ki, Emin həmin maşını Müzəffər əmigilə 15000 manata satmışdır. Bundan sonra o, anlamışdır ki, Emin dələduzluqla məşğul olur. Bunun üçün dərhal Orxanla əlaqə saxlamış və baş verənləri Orxana demişdir. Orxan isə Eminin avtomobil gətirəcəyinə ümidli olduğunu demişdir. Bir neçə gündən sonra Sevil xala da onunla danışmağa başlamış və pulunu tələb etmişdir. Bundan sonra o, Eminə əsəbiləşib onu zibildən çıxarmasını tələb etmişdir. Onun tələbi ilə Emin 2000 manat pul tapmış və Emin həmin pulu onun yanında Masazır qəsəbəsində Sevil xalagilin qohumlarının evində Sevil xalaya vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin işlərdə onun heç bir qazancı olmayıb. Belə ki, o, Eminlə hər müştəriyə görə 100 manat alacağı barədə razılaşsa da, qeyd olunan alıcılar şəhid ailələri olduğundan o, Emindən 100 manatları götürməmişdir. Zərərçəkmiş şəxs5 ifadəsində Biləsuvarda Eminə 3000 manat pul verməsi və verdiyi pullardan bir manatda olsun ona geri qaytarılmaması ilə bağlı onu bildirmişdir ki, Biləsuvarda olanda onun yanında Eminə 3000 manat pul verilməyib. Verilibsə də o, görməmişdir. Amma, verilməsinə inanmır, çünki, orada demişlər ki, hazırda əllərində pul yoxdur və Bankdan kredit götürəcəklər. Qaldı ki, pulun qaytarılmasına Emin onun yanında 2000 manatı sayaraq Sevil xalaya vermişdir. İş materiallarında olan sənədin götürülməsi haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs4 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surətini istintaqa təqdim etmiş və həmin müqavilənin surətində Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 20 saylı notariat ofisində 5000 manat pul verməsi təsdiq edildiyindən həmin sənəd maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan sənədin götürülməsi haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs5 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surətini istintaqa təqdim etmiş və həmin müqavilənin surətində Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 11riat ofisində 5000 manat pul verməsi təsdiq edildiyindən həmin sənəd maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraatına qəbul edilməklə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi və sonuncu nömrə saxlanılmaqla istintaqın davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan 10 iyul 2022-ci il tarixli baxış və götürmə protokollarından görünür ki, təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs1 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surətini təqdim etmiş və həmin müqavilənin surətində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində 1000 manat pul verməsi təsdiq edildiyindən həmin sənəd maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs2 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surətini təqdim etmiş və həmin müqavilənin surətində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində 1500 manat pul verməsi təsdiq edildiyindən həmin sənəd maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs3 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surətini təqdim etmiş və həmin müqavilənin surətində Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində 1500 manat pul verməsi təsdiq edildiyindən həmin sənəd maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 2889 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “Yüngül dərəcədə ifadə olunmuş nevrasteniya, anamnezində kəllə-beyin travması” diaqnozu qeyd edilmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti və “Whatsapp” mobil tətbiqindəki yazışmaları özündə əks etdirən sənədlər, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti və üzərində əlyazma üsulu ilə yazılmış mətn olan sənəd, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış və onun əvvəllər məhkum olunmamış şəxs olması nəzərə alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 07 nömrəli qərarının 3, 4 və 34-cü bəndlərinə əsasən, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və dəymiş ziyanı qismən ödəməsini məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan 02 sentyabr 2022-ci il tarixli tutma protokolundan, 03 sentyabr 2022-ci il tarixli cəlb qərarından və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 03 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 ay, yəni 23 fevral 2023cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərarından isə görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilməsi və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvəsində saxlanılması qərara alınmışdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 28 avqust 2022-ci il tarixli tutma protokolundan və 29 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2022-ci il tarixdə isə müvəqqəti saxlama yerindən azad olunaraq, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs iş üzrə vurulmuş zərərin əvəzi qismində 6000 (altı min) manat və mülki iddianın verilməsi üçün ödənilmiş 80 (səksən) manat dövlət rüsumu olmaqla, cəmi 6080 (altı min səksən) manat məbləğində pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs4 ödənilməlidir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 vurulmuş zərərin əvəzi qismində 6000 (altı min) manat və ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Zərərçəkmiş şəxs4 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti və “Whatsapp” mobil tətbiqindəki yazışmaları özündə əks etdirən sənədlər, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti və üzərində əlyazma üsulu ilə yazılmış mətn olan sənəd, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 52 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 312 manat (52x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Zərərçəkmiş şəxs4 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti və “Whatsapp” mobil tətbiqindəki yazışmaları özündə əks etdirən sənədlər, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti və üzərində əlyazma üsulu ilə yazılmış mətn olan sənəd, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs iş üzrə vurulmuş zərərin əvəzi qismində 6000 (altı min) manat və mülki iddianın verilməsi üçün ödənilmiş 80 (səksən) manat dövlət rüsumu olmaqla, cəmi 6080 (altı min səksən) manat məbləğində pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs4 ödənilsin. Təqsirləndirilən şəxs 52 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 312 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar