Məhkəmə qərarları › İş №1(007)-130/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-130/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-130/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1991 -ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 “BP” şirkətinə sürücü işinə qəbul etdirəcəyi adı ilə aldadaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs2tərəfindən ünvan 2 ünvanındaonun 5522 0993 6232 0079 nömrəli Azərbaycan Beynəlxalq Bankına aid kart hesabınagöndərilmiş 22 mart 2024-cü il tarixdə 400 manat və 100 manat olmaqla cəmi 500 manat, 25mart 2024-cü il tarixdə 1000 manat, 28 mart 2024-cü il tarixdə 900 manat və 2450 manatolmaqla cəmi 3350 manat, 01 aprel 2024-cü il tarixdə 900 manat və 200 manat olmaqla cəmi1100 manat, ümumilikdə 5950 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələkeçirməklə əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs2 xeylimiqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə onun cinayətkar niyyətindənməlumatı olmayan Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayışobyektinə dam örtüyü vurdurmaq üçün Xətai Rayon icra Hakimiyyətindən icazə alacağınadair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə 24 aprel 2024-cü il tarixdəBakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Həzi Aslanov”metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs1 tanışı Şahid2 vasitəsi ilə onagöndərdiyi 5000 manat və 30 aprel 2024-cü il tarixdə ünvan 5 ünvanında Zərərçəkmiş şəxs1 onun 5522 0993 6232 0079nömrəli Azərbaycan Beynəlxalq Bankına aid kart hesabına göndərdiyi 1790 manat,ümumilikdə 6790 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələkeçirməklə şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyanvurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2024-cü ilin mart ayından «Bolt» şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 18 mart 2024-cü il tarixdə Nərimanov rayonu ərazisində sifariş etdiyi «Toyota Prius» markalı taksi avtomaşını ilə yaşadığı Xətai rayonu ərazisinə gəlmiş və taksi avtomaşınını idarə edən sürücünün adının Cavid olmasını həmin zaman öyrənmişdir. Söhbət zamanı Cavidə «BP» şirkətində işlədiyini bildirmişdir. Cavid özü də rəsmi iş axtardığını bildirmişdir. O, Cavidə bildirmişdir ki, pul düzəldə bilsə onu «BP» şirkətinə işə düzəldə bilər. Daha sonra nömrələrini götürmüşlər ki, əlaqə saxlayarlar. Sonra o, Cavidlə əlaqə saxlayıb yalandan ona demişdir ki, onun işə düzəlmə məsələsi ilə maraqlanmış, 12000 manat müqabilində onu «BP» şirkətinə sürücü işinə düzəldə bilər. Cavid o qədər pulunun olmadığını bildirmiş, Cavidə demişdir ki, 6000 manatı o versin, o da həmin pulun üstünə kömək məqsədilə 6000 manat qoyub lazımi yerə çatdırar, iş düzələndən sonra onun borcunu qaytarar. Cavid razı olmuşdur. O, Cavidə 5522 0993 6232 0079 nömrəli Beynəlxalq Banka aid kart hesabını vermişdir ki, pulu ona göndərsin. Cavid onun həmin kart hesabına bir neçə gün ərzində, yəni 2024-cü ilin mart ayının sonlarında, sonuncu məbləği isə 01 aprel 2024-cü il tarixdə olmaqla ümumilikdə 5950 manat pul göndərmişdir. O, özü həminzaman heç bir yerdə işləməmiş, amma «BP» şirkətində işə düzəlmək istəmiş, Cavidə həmin şirkətdə işlədiyini yalandan demişdir ki, ona inansın. Bir müddət Cavidə demişdir ki, narahatolmasın, işi həll edəcək. Caviddən sonra Vəkilin məsələsi ilə bağlı pullar almış və sonra datelefonunu ümumən bağlamışdır. Xeyli müddət sonra bilmişdir ki, Cavid ondan polisə şikayət etmiş, polis bölməsində araşdırma zamanı o özünü müdafiə etmək məqsədilə bildirmişdir ki,Caviddən borc almışdır. Hazırda ailə üzvləri Cavidin pulunu tam qaytarmışlar. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. Bundan başqa 2024-cü ilin aprel ayında Zirə qəsəbəsində dostunun atasının yas mərasimində təsadüfən Şahid2 ilə tanış olmuş, söhbət zamanı Elçin bildirmişdir ki, tanışı Vəkil adlı şəxs Xətai rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektinə dam vurdurmaq istəyir, lakin bununla bağlı Xətai Rayon icra Hakimiyyətindən icazə almaq lazımdır. Belə ki, Elçin bildirmişdir ki, tanışı Vəkil özü cəhd etsə də həmin icazəni ala bilməmiş və bu icazəni almaq imkanı olan şəxs axtarır. Həmin zaman o bildirmişdir ki, bu işlə maraqlanar və lazımi məlumatları Elçindən almış və onun telefon nömrəsini götürmüşdür ki, sonra əlaqə saxlayar. Bir neçə gün sonra o, Elçinlə əlaqə saxlamış və ona bildirmişdir ki, təxminən 10000 manat müqabilində Xətai Rayon İcra Hakimiyyətindən dam vurulmağa icazəni ala bilər. Sonra Elçin tanışı Vəkil ilə danışıb bildirmişdir ki, onların o qədər məbləğdə pulları yoxdur, lakin 7000 manat verə bilərlər. O, razılaşmış və 24 aprel 2024-cü il tarixdə «Həzi Aslanov» metrosu yanında Elçinlə görüşmüş, Elçin ona 5000 manat pul vermiş, bildirmişdir ki, Vəkil bu pulu ona vermişdir ki, ona çatdırsın. Elçin tək gəlmiş, o da təkolmuşdur. Bildirir ki, o, Vəkil adlı şəxsi heç vaxt görməmişdir. Bundan bir neçə gün sonraElçin onunla əlaqə saxlayıb bildirmişdir ki, Vəkil bir qədər də pul düzəltmiş, o, Elçinə öz adınaolan 5522 0993 6232 0079 nömrəli Beynəlxalq Banka aid kart hesabını vermişdir ki, puluhəmin karta göndərsinlər. 30 aprel 2024-cü il tarixdə Vəkil tərəfindən onun həmin karthesabına 1790 manat pul göndərilmişdir. Bildirir ki, o həmin işi həll etmək üçün bir neçə nəfərtəsadüfi tanışlarından maraqlansa da, həmin işin həllinin mümkün olmadığını bilmiş, həminzamanlar da pula ehtiyacı olduğu üçün aldığı 6790 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Əvvəlcə Elçinə demişdir ki, narahat olmasın, işi həll edəcək. Bir müddət sonraisə Elçinlə danışdığı telefon nömrəsini söndürmüşdür. Hazırda ailə üzvləri həmin məbləğdən bir qismini Vəkilə ödəmiş, ödənilən məbləği ailə üzvləri daha dəqiq bilir. Verilən suallaracavab olaraq bildirmişdir ki, Vəkilin işinin həlli ilə bağlı təsadüfi tanıdığı şəxslərdən maraqlanmış, adlarını bilmir. Vəkildən aldığı 6790 manat və Caviddən aldığı 5950 manat puldan heç kimə pul verməmişdir. Caviddən yalnız kartına köçürmə yolu ilə cəmi 5950 manat pul almış, ondan əlbəəl 50 manat pul almamışdır. 5522 0993 6232 0079 nömrəli Beynəlxalq Banka aid kartı xeyli müddətdir ki, bloklamış, hazırda harada olduğunu dəqiq bilmir.Şikayətçilərin həmin karta göndərdiyi pulları əsasən köçürmə yolu ilə şəxsi ehtiyaclarına xərcləmiş, nağdlaşdırdığı yadına gəlmir. Törətmiş olduğu əməldən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin əvvəlindən icarəyə götürdüyü "Toyota Prius"markali, 77-LFİ-598 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə "Uber" şirkətindəqeydiyyatdan keçib Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 18 mart 2024-cü iltarixdə şirkətdən sifariş qəbul etmiş, həmin sifarişlə Nərimanov rayonu ərazisində dəqiqxatırlamadığı ünvandan bir nəfər kişi sərinişini götürüb Xətai rayonuna aparmışdır. Həminsərnişinin adının sonradan Məhəmməd olduğunu öyrənmişdir. Yolda gedərkən söhbətəsnasında Məhəmməd Bakı şəhərindəki «BP» şirkətində «İT» şöbəsinin müdir müaviniişlədiyini və işlədiyi şirkətə də onu sürücü kimi işə düzəldə biləcəyini demişdir. O daMəhəmmədə hazırda rəsmi işinin olmadığını və rəsmi iş olarsa işləmək istədiyini bildirmişdir.Məhəmmədi qeyd olunan ünvana çatdırmış, Məhəmməd özü ona ***- ***-**-** saylı mobilnömrəsini vermiş və nə vaxt lazım olarsa onunla əlaqə saxlaya biləcəyini demişdir. Ertəsigün, yəni 19 mart 2024-cü il tarixdə Məhəmməd ona zəng etmiş və iş məsələsini danışmalarıüçün onunla Nərimanov rayonunda dəqiq xatırlamadığı ünvanda görüşmüşdür. Söhbətzamanı Məhəmməd onu inandırdığından onun təklifi ilə razılaşdığını söyləmişdir. Məhəmmədisə müəyyən sənədlərin yığılması ilə birlikdə 12000 manat pulun müqabilində onu «BP»şirkətində sürücü işinə götüzdürə biləcəyini demişdir. Həmin məbləği verə bilməyəcəyini vəmaksimum 5000 manat pul verə biləcəyini demişdir. Məhəmməd onunla razılaşıb qalıq qalanpulu da özünün verəcəyini söyləmişdir. Bundan sonra Məhəmməd ona «Azərbaycan Beynəlxalq Bank»ının 5522 0993 6232 0079 plastik kartının nömrəsini göndərmiş, o isəözünə məxsus '"Kapital Bank"ın 4169 7387 7536 5772 saylı plastik kartı ilə xx.xx.2024-cü iltarixdə 400 və 100 manat olmaqla 500 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat,xx.xx.2024-cü il tarixdə 900 və 2450 manat olmaqla 3350 manat, xx.xx.2024-cü il tarixdə isə900 və 200 manat olmaqla 1100 manat, ümumilikdə 5950 pulu «BP» şirkətində işə düzəlməkniyyəti ilə Məhəmmədə göndərmişdir. Həmin pulları taksi fəaliyyəti ilə məşğulolduğundan müxtəlif ünvanlarda göndərsə də, xx.xx.2024-cü il tarixdə sonuncu 200 manatıyaşadığı ünvan 2 ünvanındaolarkən göndərmişdir. Həmçinin əvvəlcə Məhəmməd 5000 manat verməyinə razı olsa da,hissəhissə pulları ona göndərəndə Məhəmməd kiməsə yenə pul verməli olduğundan əlavə1000 manat da istəmişdir. O da işinin düzəlməsi üçün razılaşmışdır. Bundan başqa isə həminərəfələrdə Məhəmmədlə hazırda xatırlamadığı ünvanda görüşəndə 50 manat pulu ona əlbəəlvermişdir. Məhəmməd ona 2024-cü ilin may ayininin əvvəllərində işə başlayacağına sözvermişdir. Aprel ayı ərzində ara-sarı Məhəmmədlə telefonda danışıb işi ilə maraqlanandanarahat olmamağını və söz verdiyi vaxtda işə başlayacağını demişdir. Lakin 2024-cü il mayaının ilk günlərində Məhəmməd artıq telefon zənglərinə cavab verməmiş və sonra telefonuümumiyyətlə söndürmüşdür. O da dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumatvermişdir. Məhəmməd onu aldadaraq cəmi 6000 manat pulunu ələ keçirmiş, həminpuldan 24-cü Polis şöbəsində araşdırma gedərkən 1150 manat qaytarmış və hazırda 4850manat pul qaytarmalıdır. Hazırda onun yadına düşür və dəqiqləşdirib bildirir ki, həqiqətən də o, Məhəmmədin kart hesabına hissə-hissə olmaqla 5950 manat pul göndərmiş, lakin ona əlavə olaraq əlbəəl 50 manat pul verməmişdir. O, ilkin ifadəsində Məhəmmədə 50 manat verməyini düzgün göstərməmiş, ola bilər ki, Məhəmməd ondan nə vaxtsa 50 manat borc pul almış vəqaytarmışdır. Ancaq o, işə düzəlmə məsələsilə bağlı Məhəmmədə 5950 manat pulgöndərmişdir. O, ilkin ifadəsində xatırlamasa da hazırda dəqiqliklə xatırlayıb bildirir ki, onunmobil telefonunda internet olmurdu, yalnız yaşadığı ünvan 9 ünvanında olarkən «wifi» internet şəbəkəsinə qoşulub telefonunda olan mobil tətbiq vasitəsilə Məhəmmədin kart hesabına pullarıgöndərmişdir. Hazırda ona dəymiş 6790 manat ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1Məmiş oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlıniski küçəsi,42 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dam örtüyü vurdurmaq üçün Xətai rayon icraHakimiyyətindən icazə almaq məqsədi ilə kömək edəcək bir nəfər axtarmışdır. Bu məqsədləqonşusu Şahid2 ilə söhbət edərkən Elçin ona bu işdə kömək edəcək tanışının olduğunu bildirmişdir. O da Elçindən xahiş etmişdir ki, həmin şəxs kimdirsə özü onunla söhbət etsin və pulu nədirsə versin, məsələsini həll etsin. Bundan sonra Elçin ona bildirmişdir ki, tanışı olan Təqsirləndirilən şəxs ilə söhbət etmiş və Məhəmməd də ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dam örtüyü vurdurmaq üçün 15000 manat pul müqabilində Xətai rayon icra Hakimiyyətindən icazə ala biləcək. O da razılıq vermişdir. Bundan sonra o, Elçinin vasitəsi ilə Təqsirləndirilən şəxs ilkin olaraq 5000 manat pul göndərmişdir. Elçin də ona demişdir ki xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən «Həzi Aslanov» metrostansiyasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək ona verdiyi 5000 manat pulu Məhəmmədə vermişdir. Elçinin Məhəmmədlə danışıqları zamanı aralarında olan razılaşmaya əsasən qalan pulu da məsələni həll edəndən sonra verməli idi. 30 aprel 2024cü il tarixdə saat 13 radələrində Elçin ona zəng edərək Məhəmmədin də ona zəng edib hazırda «Koroğlu» metrostansiyasının yaxınlığındakı «Asan Xidmət»də olduğunu və onun qeyri-yaşayış obyektinin dam məsələsini həll etmək məqsədilə Əmlak Komitəsinə rüsum ödəməli olduğundan təcili ona 1790 manat pul göndərməyini istədiyini bildirmişdir. Odur ki, bu məqsədlə Məhəmmədin Elçinə göndərdiyi və Elçinin də onlara göndərdiyi «Azərbaycan Beynəlxalq Bankı»na aid 5522 0993 6232 0079 nömrəli bank kartına 30 aprel 2024-cü il tarixdə, saat 13:36 radələrində yaşadığı ünvan 13 ünvanında o, gəlini X1 mobil telefonda olan tətbiq vasitəsilə Fəridənin "Leobank" kartından 1790manat pul köçürmüşdür. Həmin 1790 manat pulu o köçürmüş və sonra da Fəridəyəqaytarmışdır. Yəni, həmin maddi ziyan ona dəymişdir. Bununla da ümumilikdə İlqarlıMəhəmməd Mirayif oğluna 6790 manat pul vermiş olmuşdur. Elçinin deməsindən dəMəhəmməd elə həmin günü axşam saatlarına kimi onun qeyri-yaşayış sahəsinin damməsələsinin həll olunması barədə sənədi onlara təqdim etməli id. Lakin axşam saatlarındaElçinlə əlaqə saxladıqda Elçin də Məhəmmədlə danışdığını və növbəti gün onun sənədinverəcəyini demişdir. Növbəti gün isə Elçin artıq Məhəmmədin onun telefonlarına cavabvermədiyini bildirdiyindən o da aldandığını başa düşmüş və dərhal DİN-nin 102 xidmətinəzəng edib məlumat vermişlər. Bildirir ki, o, Təqsirləndirilən şəxs ümumiyyətləgörməmiş və onunla telefon danışıqları belə olmamışdır. Hazırda ona dəymiş 6790 manat ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dostu və qonşusu olmuş Şahid1 atası Zərərçəkmiş şəxs1 söhbət əsnasında ünvan 14 ünvanında yerləşən özünə məxsus qeyri-yaşayış obyektinə dam örtüyü vurdurmaq üçün Xətai rayon icraHakimiyyətindən icazə almaq məqsədi ilə kömək edəcək şəxs axtardığını bildirmişdir. O dabir müddət əvvəl yas mərasimində təsadüfən tanış olduğu Təqsirləndirilən şəxsəzərdə tutaraq bu işdə ona kömək edəcək şəxsin olduğunu bildirmişdir. Belə ki, tanışlıqzamanı Təqsirləndirilən şəxs özünü iş görən adam kimi təqdim edərək, yüksəkvəzifələrdə işləyən qohumlarının da olmasını demişdir. O, ilqarla Zərərçəkmiş şəxs1görüşmələrini təklif etsə də, Zərərçəkmiş şəxs1 ondan xahiş etmişdir ki, həmin şəxs kimdirsəonunla bu iş haqqında özü söhbət etsin və məsələni həll etməsi üçün pulu nədirsə versin.Bundan sonra o, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 qeyri-yaşayış obyektinə dam örtüyü vurdurmaq üçün Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindənicazə almaq məqsədilə köməklik olunması üçün söhbət etdikdə Məhəmməd də 15000 manatpulun müqabilində Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən icazə alacağını bildirmişdir.O, bu barədə Zərərçəkmiş şəxs1 demiş və Vəkil razılıq vermişdir. Artıq bundan sonraMəhəmmədin istədiyi ilkin 5000 manat pulu Zərərçəkmiş şəxs1 ona vermiş və o da xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən«Həzi Aslanov» metrostansiyasının qarşısında Məhəmmədlə görüşərək ona vermişdir.Məhəmmədlə aralarında olan razılaşmaya görə qalan pul da məsələ həllini tapandan sonraverilməli idi. 30 aprel 2024-cü il tarixdə günorta saatlarında Məhəmməd ona zəng edərək«Koroğlu» metrostansiyasının yaxınığında olan «Asan Xidmət» də olduğunu və Zərərçəkmiş şəxs1 qeyri-yaşayış obyektinin dam məsələsini həll etmək məqsədilə Əmlak Komitəsinə rüsum ödəməli olduğundan təcili 1790 manat pul göndərilməsini istəmişdir. O, Zərərçəkmiş şəxs1 zəng edərək bu barədə demişdir. Sonra isə Məhəmmədin ona göndərdiyi «Azərbaycan Beynəlxalq Bankı»na aid 5522 0993 6232 0079 nömrəli bank kartınınnömrəsini Zərərçəkmiş şəxs1 göndərmişdir. Bir qədər sonra da Zərərçəkmiş şəxs1 ona zəng edib 1790 manat pulu ilqarın göndərdiyi bank kartına köçürdüyünü bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs ümumilikdə 6790 manat pul verilmiş olmuşdur. Məhəmməd dam məsələsinin həll olunması barədə sənədi həmin günü axşam saatlarında təqdim edəcəyinə söz versə də, axşam saatlarında onunla əlaqə saxladıqda növbəti gün verəcəyini demişdir. Lakin növbəti gün Məhəmməd müxtəlif bəhanələrlə vaxtı uzatmağa başladığından Zərərçəkmiş şəxs1 da pulunun ələ keçirilməsi ilə bağlı aidiyyəti üzrə şikayət etmişdir. Bildirir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ümumiyyətlə görməmiş və onunla telefon danışığı da olmamışdır. O, özü isə dəfələrlə Məhəmmədlə danışıb Zərərçəkmiş şəxs1 işini həll etməsini tələb etmişdir. Lakin Məhəmməd məsələni həll etməmiş və Zərərçəkmiş şəxs1 6790 manat pulunu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bu işi konkret kimin vasitəsilə həll edəcəyi barədə ona konkret bir məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs1 ünvan 15 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dam örtüyü vurdurmaq üçün Xətai rayon icra Hakimiyyətindən icazə almaq məqsədi ilə adam axtarmışdır. Həmin ərəfələrdə də söhbət əsnasında qonşuları Şahid2 bu işdə kömək edəcək tanışının olduğunubildirmişdir. Odur ki, Elçin tanışı sonradan adını öyrəndikləri Təqsirləndirilən şəxs ilə söhbət etmş və İlqar da atasının qeyri-yaşayış obyektinə dam örtüyü vurdurmaq üçün 15000 manat pul müqabilində Xətai rayon icra Hakimiyyətindən icazə ala biləcəyini demişdir. Atası razı olduğundan ilkin olaraq qonşuları Elçinə verdiyi 5000 manat pulu Elçin də xx.xx.2024-cü il tarixdə gecə saatlarında həmin Məhəmməd adlı şəxsə vermişdir. Qalan pulu da məsələ həllolunandan sonra atası verməli idi. 30 aprel 2024-cü il tarixdə saat 13 radələrində MəhəmmədElçinə zəng edib «Koroğlu» metrostansiyasının yaxınlığındakı «Asan Xidmət»də atasının qeyri-yaşayış obyektinin dam məsələsini həll etmək məqsədilə Əmlak Komitəsinə rüsum ödəməli olduğundan təcili ona 1790 manat pul göndərmələrini istəmişdir. Bu məqsədlə dəatası Məhəmmədin Elçinə göndərdiyi və Elçinin də onlara göndərdiyi «AzərbaycanBeynəlxalq Bankı»na aid 5522 0993 6232 0079 nömrəli bank kartına elə 30 aprel 2024-cü iltarixdə, saat 13:36 radələrində yaşadıqları ünvan 17 ünvanında onun həyat yoldaşı X1 mobiltelefonunda olan tətbiq vasitəsilə həyat yoldaşı Fəridənin "Leobank" kartından 1790 manatpul köçürmüşdür. Sonradan isə atası həmin 1790 manat pulu onlara qaytardığından onlar dahəmin məbləği həyat yoldaşının kartına köçürmüşlər. Elçinin onlara deməsindən Məhəmmədelə həmin günü axşam saatlarına kimi atasının qeyri-yaşayış sahəsinin dam məsələsinin həllolunması barədə sənədi onlara təqdim etməli idi. Lakin axşam saatlarında Elçinlə əlaqə saxladıqda Elçin də Məhəmmədlə danışıdığını və növbəti gün sənədi verəcəyini demişdir.Növbəti gün isə Elçin artıq Məhəmmədin onun telefonlarına cavab vermədiyini bildirdiyindənonlar aldandıqlarını başa düşmüş və DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişlər. İş materiallarında olan Sübutların qiymtləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs kart hesabına 1790 manat pul köçürməsinə dair 1 ədəd qəbz, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan 3 vərəq “Whasapp” mesajlarının, həmçinin Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürmələrinə dair 7 ədəd qəbzlərin fotosunun, eləcə də Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vatsap vasitəsilə göndərilmiş 3 ədəd səs fayllarının köçürüldüyü 2 ədəd DVD diski, Təqsirləndirilən şəxs təqdim etdiyi ödəniş kartı üzrə 7 vərəq hesabdan çıxarış cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaranır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın tam ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etsə də Bakı şəhəri, Xətai RPİ-in xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178..2.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs cərimə növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1–ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş və təyin olunmuş cəriməni tam ödəmiş, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmiş və cərimə tam olaraq dövlət büdcəsinə ödənilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəriməni tam şəkildə ödəmiş, Bakı şəhəri, Xətai Rayon Polis idarəsində barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə olan cinayət işinin icraatına xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ibtidai istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci PB-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Nizami RPİ-in MYS-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və onlarla barışıq əldə etməsi nəticəsində sonuncuların ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə əsas cəza təyin edilərkən Азярбайъан Республикасы CM-nın 69.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün müddət nəzərə alınaraq ona təyin ediləcək cəza yüngülləşdirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs kart hesabına 1790 manat pul köçürməsinə dair 1 ədəd qəbz, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan 3 vərəq vatsap mesajlarının, həmçinin Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürmələrinə dair 7 ədəd qəbzlərin fotosunun, eləcə də Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vatsap vasitəsilə göndərilmiş 3 ədəd səs fayllarının köçürüldüyü 2 ədəd DVD diski, Təqsirləndirilən şəxs təqdim etdiyi ödəniş kartı üzrə 7 vərəq hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7000 (yeddi min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu iki gün müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq 6500 (altı min beş yüz) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs kart hesabına 1790 manat pul köçürməsinə dair 1 ədəd qəbz, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan 3 vərəq vatsap mesajlarının, həmçinin Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürmələrinə dair 7 ədəd qəbzlərin fotosunun, eləcə də Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vatsap vasitəsilə göndərilmiş 3 ədəd səs fayllarının köçürüldüyü 2 ədəd DVD diski, Təqsirləndirilən şəxs təqdim etdiyi ödəniş kartı üzrə 7 vərəq hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 216 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar