Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-131/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxxxxx 1964-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 noyabr 2021-ci il tarixdə “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 07 gün hissəsindən azad edilmiş, Masallı rayonu X8 küçəsi ev 19 ünvanında qeydiyyatda olan və yaşayan, 11 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 oktyabr 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,456 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib bükümlərə bölərək üzərində saxlamış, 11 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində ünvan 2 ünvanda həmin narkotik vasitə heroinin 0,040 qram hissəsini 10 manat müqabilində tanışı Şahid4 satmış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 11 oktyabr 2023-cü il tarixdə saat 14:30 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında Şahid4la birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqda Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən onun satdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,040 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, onun üzərinə keçirilən şəxsi axtarış zamanı isə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf rəngli sellofan bükümdə kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,206 və 0,210 qram, ümumi təmiz çəkisi 0,416 qram olan qəhvəyi rəngli maddədən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynindəki həmin şalvarın sol yan cibindən narkotik vasitə heroinə məxsus izləri olan 1 ədəd qara rəngli “CAS CUS 420” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 11 oktyabr 2023-cü il tarixdə tanışı Şahid4 onun mobil telefonuna zəng edərək görüşmək istədiyini bildirmiş, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasının arxasında görüşməyə razılaşmışlar. O həmin ünvana çatana kimi Ramil ona tez-tez zəng edərək harada olduğunu soruşaraq, tez gəlməyini bildirmişdir. Metronun “Neftçilər” stansiyasının yaxınlığındakı pilləkənlərlə yuxarı qalxmış, Nizami Rayon İcra Hakimiyyətinin binası ilə üzbəüz olanda polis əməkdaşı Kənanın hazırda adını xatırlamadığı başqa bir polis əməkdaşı ilə birlikdə onun üzərinə gəldiklərini görmüşdür. Polis əməkdaşları onun qolunu buraraq tutmuş və avtomobilə qədər olan 20-25 metr yolboyu onun ciblərini axtarmışlar. Avtomobildə də onun üzərini axtarmış, cibindən eynəyinin qabı çıxmış, həmin qabın içərisinə baxmışlar. Onun üzərində narkotik vasitə olmamışdır. Onu polis idarəsinə gətirmişlər, Ramili idarədə olarkən görmüşdür. Polis əməkdaşları onu tutanda Ramil yanında olmamışdır. İdarədə ona təzyiq göstərmiş, onu döymüş və təhqir etmişlər. Onu müvəqqəti saxlama yerinə təhvil verərkən orada sol qulağında olan xəsarəti ilə bağlı soruşduqda, polis əməkdaşlarının ona tapşırdığı kimi hamamda yıxıldığını, həmin vaxt xəsarət aldığını demişdir. Müvəqqəti saxlama yerinin əməkdaşı tərəfindən bu barədə akt tərtib edilmişdir. O, narkotik vasitə istifadəçisidir. Lakin polis əməkdaşları onu saxlayan zaman onun üzərində narkotik vasitə olmamış, həmin gün Ramilə narkotik vasitə satmamışdır. Onu günorta saatlarında saxlayıb idarəyə gətirmişlər, lakin axşam saatlarında videoçəkilişdən istifadə edərək üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirməzdən əvvəl ona videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu boynuna almasa, evinə külli miqdarda narkotik vasitə qoyub onu daha ağır maddə ilə tutacaqlarını bildirmişlər. Ona görə videoçəkiliş zamanı polis əməkdaşlarının dedikləri kimi narkotik vasitənin özünə məxsus olduğunu, satdığını etiraf etmişdir. Polis idarəsində zorakılığa məruz qalması barədə heç yerə şikayət etməmişdir. Barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin ayrı-ayrı növlərindən müxtəlif üsullarla könüllü istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı və şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən, sonuncu dəfə isə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Rza” adlı şəxsin vasitəsilə əldə etmişdir. Əvvəllər narkotik vasitələrin satışına görə 2 dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2021-ci ilin noyabr ayında azadlığa buraxılmışdır. Tutulan vaxtadək istifadəsində “ZTE” markalı 1 ədəd mobil telefon olmuşdur. Həmin mobil telefona +**********99 saylı mobil nömrə taxaraq ondan istifadə etmiş, həmin “ZTE” markalı mobil telefon web proqramları dəstəklədiyindən, +**********99 saylı nömrə vasitəsilə “Whatsapp web” proqramı açaraq istifadə etmişdir. Saxlanılan gündən təxminən 1 həftə əvvəl “İnstagram” sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi “Rza” adı ilə təqdim edən şəxslə tanış olmuş, həmin şəxslə qısa müddət ərzində yazışandan sonra, bir-birindən telefon nömrələrini götürərək “Whatsapp web” proqramı vasitəsilə əlaqə saxlamağa başlamışlar. Danışıq əsnasında “Rza” adlı şəxsə narkotik vasitələrin istifadəçisi olduğunu deyərək həmin şəxsdən ona narkotik vasitə verə biləcəyini soruşanda, həmin şəxs ona razılığını ifadə etmişdir. Üzərindən narkotik vasitə hesab edilən heroinin aşkar olunması ilə əlaqədar isə bildirmişdir ki, 08 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində “Whatsapp web” proqramına qoşulub istifadə etdiyi +**********99 saylı mobil nömrəsindən “Whatsapp web” proqramı vasitəsilə “Rza” adlı şəxsin istifadə etdiyi xarici operatorların birinə məxsus olmaqla hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək “Rza”dan özünün şəxsi istifadəsi üçün ona 1 qram heroin təşkil etməsini xahiş etmişdir. “Rza” fotoşəklini ona göndərəcəyi kartın hesabına 50 manat pul göndərəndən sonra ona 1 qram heroin təşkil edə biləcəyini söyləyəndə, o, “Rza” adlı şəxslə razılaşmışdır. Bundan sonra “Rza” “Whatsapp web” proqramı vasitəsilə istifadə etdiyi mobil telefona hazırda nömrəsini xatırlamadığı və sonradan telefondan sildiyi kartın fotoşəklini göndərmiş və o həmin kartın hesabına 50 manat pul göndərmişdir. Göndərdiyi pulun qəbzini “Rza”ya göndərəndən sonra, sonuncu 1 qram heroinin Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən “AAAF Park” yaşayış kompleksinin yaxınlığında yolun kənarında qoyulacağını deyərək həmin yerin koordinatlarını özündə əks etdirən fotoşəklini ona göndərmiş və heroini oradan götürə biləcəyini demişdir. Həmin gün saat 22 radələrində o, “Rza”nın koordinatlarını ona izah etdiyi yolla onun qeyd etdiyi yerə gedib yolun kənarındakı ağacların birinin altından sellofan kəsiyində olmaqla içərisində narkotik vasitə heroin olan 1 ədəd bükümü götürərək əynindəki şalvarın sağ yan cibinə qoymuş və oradan çıxaraq Bakı şəhərinə qayıtmışdır. Həmin gecə heroindən azacıq istifadə edəndən sonra, istifadə edəcəyi heroinin pulunu çıxartmaq məqsədilə onun bir hissəsini bükümlərə bölərək satmaq qərarına gəlmişdir. Bu məqsədlə 09 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı”na gedib 10 manata 1 ədəd elektron tərəzi almış və həmin tərəzini üzərində saxlamışdır. Sonra kənar yerə gedərək həmin heroini elektron tərəzidə çəkib hissələrə ayırmaqla ümumilikdə 5 ədəd bükümə bölmüşdür. Bükümlərdə olan heroinin ikisindən istifadə etsə də, 3 ədəd bükümü üzərində daşımağa başlamışdır. 11 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində təxminən 1 ay əvvəl tanış olduğu və narkotik vasitələrin istifadəçisi kimi tanıdığı Şahid4 onunla əlaqə saxlayıb istifadəsi üçün ona narkotik vasitə lazım olduğunu deyəndə Ramilə 10 manat pul müqabilində 1 ədəd xırda bükümdə narkotik vasitə - heroin sata biləcəyini qeyd etmişdir. Ramil razılığını ifadə edib istifadəsində olan kartın hesabına 10 manat pul yükləyəndən sonra heroini Ramilə verməsi üçün onlar Nizami rayonu C.Naxçıvanski küçəsi 73 saylı ünvanın yaxınlığında görüş təşkil etmişlər. Həmin gün saat 14:30 radələrində qeyd olunan yerdə Ramillə görüşüb 1 ədəd xırda bükümdə heroini ona vermişdir. Bu vaxt təsadüfən oradan keçən Ramilin tanışı Oleq adlı şəxs ora gəlib onlarla görüşərək söhbət edən zaman mülki geyimdə olmaqla 4 nəfər şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək səs-küy salmamalarını və onlarla birlikdə Nizami rayon Polis İdarəsinə getmələrini bildirəndə, onlar çıxış yolu olmadığını dərk etdiklərindən, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan idarəyə getmişlər. Orada polis əməkdaşları onu Ramil və Oleqdən kənarlaşdırandan sonra polis əməkdaşlarının təklifi əsasında və müşayiəti ilə həmin idarənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Aradan 10-15 dəqiqə keçəndən sonra ora tanımadığı 1 mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra ona üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edəndə o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 2 ədəd bükümü, içərisində +**********99 saylı mobil nömrə olan 1 ədəd “ZTE” markalı mobil telefonu və “Bank of Baku”dan adına verilmiş 1 ədəd plastik kartı, həmin şalvarın sol yan cibindən isə heroini çəkilərə bölmək üçün istifadə etdiyi 1 ədəd elektron tərəzini çıxarıb könüllü onlara təhvil vermişdir. Həmin vaxt bükümlərin içərisində nəyin olduğu soruşulanda, o səmimi olaraq bükümlərin içərisində narkotik vasitə - heroin olduğunu, həmin heroini İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən “Rza” adlı şəxsin vasitəsilə Abşeron rayonu Xırdalan şəhəri ərazisində əldə etdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılsa da digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, 2 ədəd sellofan kəsiyi bükümündə olmaqla həmin heroini, eləcə də 1 ədəd elektron tərəzini ekspertizaya göndərmək məqsədilə 1 ədəd zərfə qoyaraq qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt üzərindən narkotik vasitə heroinin və elektron tərəzinin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. X1 onun narkotik vasitə saxlamasından, satmasından, qəbul etməsindən və Şahid4 narkotik vasitə saxlamasından və qəbul etməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təxminən 1 ilə yaxındır ki, Təqsirləndirilən şəxs tanıyır, onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Sonradan Təqsirləndirilən şəxs narkotik vasitə satdığını da eşitmişdir. Təxminən 2023-cü ilin oktyabr ayında Taryellə “8-ci km bazarı”nda görüşüb Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində şəxsi istifadəsi üçün 10 manat pul müqabilində 1 ədəd bükümdə “kokos” kimi tanıdığı heroin almışdır. Bu vaxt onları polis əməkdaşları yaxalamış və Nizami RPİ-yə gətirmişlər. Taryeldən aldığı az miqdarda narkotik vasitə onun üzərindən aşkar olunduğundan, barəsində inzibati qaydada tənbeh tədbiri görülmüşdür. O əvvəllər də Taryeldən 1-2 dəfə narkotik vasitə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, saxlaması, satması və qəbulu ilə məşğul olması barədə Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 11 oktyabr 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 11 oktyabr 2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 2 ünvanda olan zaman bir nəfərin, adının sonradan Şahid4 olduğunu bildikləri şəxsin Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin şəxsləri gizli olaraq izləməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən bir ədəd büküm çıxararaq Şahid4 verdiyini, Şahid4 da həmin bükümü alıb cibinə qoyduğunu görmüşlər. Bu vaxt başqa bir nəfər adının sonradan X2 olduğunu bildikləri şəxs də Təqsirləndirilən şəxs yaxınlaşmış və görüşmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərini deyib onlarla birlikdə Nizami rayon Polis İdarəsinə gəlmələrini bildirmişlər. Xidməti otaqların birində Şahid4 üzərinə şəxsi axtarış aparılmazdan əvvəl üzərində hər hansı qeyri-qanuni nə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Şahid4 əynində olan şalvarının cibindən bir ədəd bükümü çıxararaq təqdim etmiş və həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, 11 oktyabr 2023-cü il tarixdə Nizami rayonu C.Naxçıvanski küçəsi 73 saylı ünvanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs 10 manat müqabilində aldığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, Şahid4 ilə birlikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqda Şahid2 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, saxlaması, satması və qəbulu ilə məşğul olması barədə Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 11 oktyabr 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 11 oktyabr 2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 2 ünvanda olan zaman bir nəfərin, adının sonradan Şahid4 olduğunu bildikləri şəxsin Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin şəxsləri gizli olaraq izləməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən bir ədəd büküm çıxararaq Ramil Qəmbərova verdiyini, Şahid4 da həmin bükümü alıb cibinə qoyduğunu görmüşlər. Bu zaman başqa bir nəfərin, adının sonradan X2 olduğunu bildikləri şəxs də Təqsirləndirilən şəxs yaxınlaşmış və görüşmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərini deyib onlarla birlikdə Nizami rayon Polis İdarəsinə gəlmələrini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni nə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan cins şalvarının cibindən bir ədəd elektron tərəzini, bir ədəd mobil telefonu, bir ədəd plastik bank kartını və 02 ədəd bükümü çıxararaq təqdim etmiş və həmin bükümlərin içərisindəkinin narkotik vasitə heroin olduğunu, X6 vətəndaşı olan “Rza” adlı şəxsdən 50 manat pulun müqabilində Abşeron rayonu Xırdalan şəhəri ərazisindən götürdüyünü bildirmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılan şəxs Şahid4 üzərinə şəxsi axtarış keçirilən zaman Şahid4 üzərindən narkotik vasitə heroini aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 Şahid3 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, “Taryel” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə şəxsiyyətinin və yaşadığı ünvanın müəyyən edilərək yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda “Taryel” adlı şəxs tərəfindən saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, “Taryel” adlı şəxsin olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 5(007)- 651/2023 saylı qərarından görünür ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 oktyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. - şəxsi axtarış və götürmə aparılması haqqında 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Nizami RPİ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş iki bükümü, “ZTE” markalı mobil telefonu, bir ədəd “Bank of Baku”ya məxsus kartı və sol yan cibindən isə qara rəngli elektron tərəzini çıxardaraq təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni sosial şəbəkədə X5 vətəndaşı “Rza” kimi tanıdığı şəxsin hesabına 50 manat pul köçürərək əldə etdiyini, həmin 1 qram narkotik vasitə olan heroini bükümlərə ayıraraq satıb öz xərclərini, yəni 50 manatı çıxarmaq məqsədi ilə bir bükümünü 10 manata Ramil adlı tanışının bank kartına pul atdıqdan sonra Nizami rayonu C.Naxçıvanski küçəsi 73 ünvanının qarşısında görüşüb bir büküm narkotik vasitə olan heroini Ramilə verən zaman onunla birlikdə, həmçinin təsadüfən həmin ərazidən keçərkən Ramilin tanışı Oleq adlı şəxslə saxlanıldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 12 oktyabr 2023-cü il tarixli 3- 16-16/2-6/5328 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs…” sözləri yazılmış zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,206 qram, 0,210 qram, ümumi təmiz çəkisi 0,416 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Heroinin təmiz çəkisi 0,416 qram olub, 0,100 qramı tədqiqata sərf edilmiş, 0,316 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 02 noyabr 2023-cü il tarixli 3- 16-16/2-6/5798 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 №-li paketdəki üzərində “...Şahid4...” sözləri olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,020 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə 2 №-li paketdəki üzərində “...Təqsirləndirilən şəxs…” sözləri olan bir ədəd zərfdəki iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,316 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 2 №-li paketdəki heroinin ümumi təmiz çəkisi 0,316 qram olub, 0,100 qramı tədqiqata sərf edilmiş, 0,216 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manatdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 noyabr 2023-cü il tarixli 7239 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,416 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq çəkisi 0,216 qramı və 01 ədəd qara rəngli elektron tərəzi, 02 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış, 0,216 qram narkotik vasitə heroin, 01 ədəd qara rəngli elektron tərəzi maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 02 ədəd “DVD” formatlı disk cinayət işinə əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 20 oktyabr 2023cü il tarixli tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli, 1(089)-473/2015 nömrəli hökmündən görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin 14 noyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 08 avqust 2011-ci ildə cəzasının sonu ilə azad edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19 noyabr 2021-ci il tarixdə “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 07 gün hissəsindən azad edilmişdir. Göründüyü kimi hazırkı cinayəti törədərkən Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən altı il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 11 oktyabr 2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,216 qram olan narkotik vasitə - heroin və 01 ədəd qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 162 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 13 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 78 manat (13x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,216 qram narkotik vasitə - heroin və 01 ədəd qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 162 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 13 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 78 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-131/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-131/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver