Məhkəmə qərarları › İş №1(007)-134/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-134/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-134/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi baxılması üçün 11.02.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. İbtidai araşdırma orqanı tərəfindən irəli sürülən ittiham ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə, gecə saat 03:30 radələrində narkotik sərxoşluğu vəziyyətində "xxxx" MMC-dən müqavilə əsasında icarəyə götürüb yol vərəqəsi ilə idarə etdiyi X1 məxsus “Kia Rio” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Yusif Səfərov küçəsi istiqamətində hərəkətdə olarkən təsdiq olunmuş naryad əsasında dislokasiya üzrə Bakı şəhəri, Nizami rayonu ərazisində “BMW 328” markalı, 99YP279 dövlət qeydiyyat nişanlı, 279 nömrəli çağırışlı yol patrul xidməti avtomobilində, polis geyim formasında xidmət aparan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin X8 X5 Xidməti Alayının inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs1 və polis baş serjantı Şahid1 hakimiyyət nümayəndəsi kimi yol hərəkətinin təhlükəsiz qaydaları və ictimai qaydanın qorunması üzrə xidməti vəzifələrini yerinə yetirərkən onun avtomobili sərxoş vəziyyətdə idarə etməsindən şübhələnməklə saxlanılaraq sənədlərini tələb edərək sərxoşluq müayinəsindən keçirilməsinin zəruri olmasını izah etmələrinə baxmayaraq o, polis baş serjantı Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə qolundan tutub itələyərək tabesizlik göstərmiş və polisin qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi avtomobilə əyləşib cəld şəkildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi istiqamətində işıqforun qırmızı, yəni qadağanedici işarəsinə məhəl qoymadan, əks hərəkət zolağına daxil olaraq hərəkətini davam etdirib ünvan 1 ünvanındakı dar yolda sürətini tam azaltdıqda qanunsuz hərəkətlərinin qarşısını almaq üçün həmin yerə gəlmiş polis nəfərləri Zərərçəkmiş şəxs1 və Şahid1 müqavimət göstərmək məqsədi ilə idarə etdiyi avtomobili onların üzərinə doğru hərəkət etdirib avtomobilin sağ güzgüsü ilə polis nəfəri Zərərçəkmiş şəxs1 sağ əl nahiyəsindən vurub sağ əlin arxa səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, bundan sonra avtomobilin hərəkətini davam etdirib X8 X5 Xidməti Alayının “BMW 328” markalı, 99YP279 dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilinin ön sol tərəfindən vuraraq, avtomobilin zədələnməsi nəticəsində X8 Şöbəsinə 1970 manat məbləğində maddi ziyan vurmuş və sonra onun davamlı qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə əlavə qüvvə qismində cəlb edilmiş “Mercedes Citan” markalı, 99PU283 dövlət qeydiyyat nişanlı 5961 çağırışlı post patrul xidməti avtomobilində xidmət aparan Nizami rayon polis idarəsinin Post patrul xidməti alayının əməkdaşları, polis nəfərləri, polis serjantı Zərərçəkmiş şəxs3 və polis serjantı Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında onun idarə etdiyi avtomobilin qarşısını kəsərək dayandırıb, ona tərəf yaxınlaşdıqda o, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməklə müqavimətini davam etdirib idarə etdiyi “Kia Rio” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yenidən hərəkət etdirərək “Mercedes Citan” markalı post patrul xidməti avtomobilinin ön sol tərəfindən vurmaqla həmin avtomobilin zədələnməsi nəticəsində Post Patrul Xidməti Alayına 3605 manat, “Kia Rio” markalı avtomobilin zədələnməsi nəticəsində isə X1 3765 manat məbləğində ziyan vurduqdan sonra idarə etdiyi avtomobilin təkəri ilə polis serjantı Zərərçəkmiş şəxs3 sol ayağının üzərindən keçməklə sol ayaqüstü nahiyənin iri ölçülü şişkinlik halında əzilməsi və qançırı, sol baldırın ön səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, daha sonra idarə etdiyi avtomobili polis serjantı Zərərçəkmiş şəxs2 istiqamətində hərəkət etdirməklə sonuncunun sağ ayağının üzərindən keçib sağ ayaqüstü nahiyənin iriölçülü şişkinlik halında əzilməsi və qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı vəsatət verərək bildirmişdir ki, ********* nömrəli cinayət işi 29.11.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə başlanaraq ibtidai istintaq aparılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb 29.11.2021-ci il tarixdə saat 03:00 radələrində Təqsirləndirilən şəxs silah qismində avtomobildən istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq etməklə və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan xuliqanlıq etməsi barədə toplanmış material olmuşdur. Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə, gecə saat 03:30 radələrində narkotik sərxoşluğu vəziyyətində "xxxx" MMC-dən müqavilə əsasında icarəyə götürüb yol vərəqəsi ilə idarə etdiyi X1 məxsus “Kia Rio” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Yusif Səfərov küçəsi istiqamətində hərəkətdə olarkən təsdiq olunmuş naryad əsasında dislokasiya üzrə Bakı şəhəri, Nizami rayonu ərazisində “BMW 328” markalı, 99YP279 dövlət qeydiyyat nişanlı, 279 nömrəli çağırışlı yol patrul xidməti avtomobilində, polis geyim formasında xidmət aparan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin X8 X5 Xidməti Alayının inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs1 və polis baş serjantı Şahid1 hakimiyyət nümayəndəsi kimi yol hərəkətinin təhlükəsizlik qaydaları və ictimai qaydanın qorunması üzrə xidməti vəzifələrini yerinə yetirərkən onun avtomobili sərxoş vəziyyətdə idarə etməsindən şübhələnməklə saxlanılaraq sənədlərini tələb edərək sərxoşluq müayinəsindən keçirilməsinin zəruri olmasını izah etmələrinə baxmayaraq o, polis baş serjantı Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə qolundan tutub itələyərək tabesizlik göstərmiş və polisin qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi avtomobilə əyləşib cəld şəkildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi istiqamətində işıqforun qırmızı, yəni qadağanedici işarəsinə məhəl qoymadan, əks hərəkət zolağına daxil olaraq hərəkətini davam etdirib ünvan 1 ünvanındakı dar yolda sürətini tam azaltdıqda qanunsuz hərəkətlərinin qarşısını almaq üçün həmin yerə gəlmiş polis nəfərləri Zərərçəkmiş şəxs1 və Şahid1 müqavimət göstərmək məqsədi ilə idarə etdiyi avtomobili onların üzərinə doğru hərəkət etdirib avtomobilin sağ güzgüsü ilə polis nəfəri Zərərçəkmiş şəxs1 sağ əl nahiyəsindən vurub sağ əlin arxa səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, bundan sonra avtomobilin hərəkətini davam etdirib X8 X5 Xidməti Alayının “BMW 328” markalı, 99YP279 dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilinin ön sol tərəfindən vuraraq, avtomobilin zədələnməsi nəticəsində X8 Şöbəsinə 1970 manat məbləğində maddi ziyan vurmuş və sonra onun davamlı qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə əlavə qüvvə qismində cəlb edilmiş “Mercedes Citan” markalı, 99PU283 dövlət qeydiyyat nişanlı 5961 çağırışlı post patrul xidməti avtomobilində xidmət aparan Nizami rayon Polis İdarəsinin Post patrul xidməti alayının əməkdaşları, polis nəfərləri, polis serjantı Zərərçəkmiş şəxs3 və polis serjantı Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanında onun idarə etdiyi avtomobilin qarşısını kəsərək dayandırıb, ona tərəf yaxınlaşdıqda o, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməklə müqavimətini davam etdirib idarə etdiyi “Kia Rio” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yenidən hərəkət etdirərək “Mercedes Citan” markalı post-patrul xidməti avtomobilinin ön sol tərəfindən vurmaqla həmin avtomobilin zədələnməsi nəticəsində Post Patrul Xidməti Alayına 3605 manat, “Kia Rio” markalı avtomobilin zədələnməsi nəticəsində isə X1 3765 manat məbləğində ziyan vurduqdan sonra idarə etdiyi avtomobilin təkəri ilə polis serjantı Zərərçəkmiş şəxs3 sol ayağının üzərindən keçməklə sol ayaqüstü nahiyənin iri ölçülü şişkinlik halında əzilməsi və qançırı, sol baldırın ön səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, daha sonra idarə etdiyi avtomobili polis serjantı Zərərçəkmiş şəxs2 istiqamətində hərəkət etdirməklə sonuncunun sağ ayağının üzərindən keçib sağ ayaqüstü nahiyənin iriölçülü şişkinlik halında əzilməsi və qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. 29.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 05.01.2022-ci il tarixdə cinayət işi Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Şirxan Allahverdiyevin qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 315-ci maddəsinə tövsif edilərək ibtidai istintaqın davam etdirilməsi üçün 06.01.2022-ci il tarixdə aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmiş və həmin tarixdə icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. 10.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan edilmişdir. Törətdiyi cinayətə görə 02 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr və dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. 09.02.2022-ci il tarixdə iş üzrə tərtib edilmiş ittiham aktı Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən təsdiq edilərək, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlıqlarına yüngül zərər vuran xəsarətlər yetirərək hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamın məzmununda cinayətin obyektiv cəhətinin bütün əlamətləri düzgün olaraq sadalansa da, rəqəm ifadəsində yalnız CM-nin 315-ci maddəsi göstərilmiş, CM-nin 128-ci maddəsi göstərilməmişdir. Qeyd olunanlardan göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda törətdiyi cinayət əməlinin mahiyyəti düzgün göstərilsə də həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələr rəqəm ifadəsi olaraq tam göstərilməmişdir. Bundan başqa CPM-nin 289.3.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların ittiham aktında göstərilməsi zəruridir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 20.02.2020-ci il tarixli hökmü ilə CMnin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 9 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilmədiyi üçün cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Lakin, ittiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəmədən vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən vəsatətin təmin edilməməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ittiham aktının nəticə hissəsində verilmiş ittihamın təsvirini əks etdirən cinayət qanununun maddəsi tam göstərilməyərək yalnız Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi göstərilmiş, CM-nin 128-ci maddəsi göstərilməmiş, yəni təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın təsviri əks etdirilsə də, cinayət qanununun maddəsi göstərilməməklə CPM-nin 289.4-cü maddəsinin tələbi pozulmuşdur. Ümumiyyətlə, qeyd edilən nöqsan nəinki ittiham aktında, eləcə də, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında, digər qərar və sənədlərdə də təkrarlanmışdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 20.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 9 ay 15 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Lakin ittiham aktında Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədiyi qeyd edilmişdir. Qeyd olunanlardan başqa, ittiham aktında təqsirləndirilən şəxsin adı yanlış qeyd olunaraq, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən halın müəyyən edilmədiyi göstərilmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq və cinayət prosesinin tərəflərini dinləyərək hesab edir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan yuxarıda qeyd olunmuş kobud prosessual pozuntuya yol verildiyindən cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.2. təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; 289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; 289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar; 289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar; 289.3.6. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Həmin Məcəllənin CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması halında məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Məhkəmə CPM-nin 300.2 və 306.2-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 may 2022-ci il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(007)-134/2022 saylı cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 may 2022-ci il tarixədək uzadılsın. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar