Məhkəmə qərarları › İş №1(007)-134/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-134/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-134/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi – X1, müdafiəçilər – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 17 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 avqust 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102 ünvanında yerləşən mobil telefon mağazasının qapısını üzərində olan vintaçanla açıb qanunsuz olaraq mağazaya daxil olaraq oradan 01 ədəd 100 manat dəyərində “Samsung J3” markalı mobil telefonu, 01 ədəd 150 manat dəyərində “HAİNOTEKO” smart qol saatını, 02 ədəd hər birinin dəyəri 40 manat ümumi dəyəri 80 manat olan “TWS” blutuz qulaqcığı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 330 (üç yüz otuz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 sentyabr 2023 cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102 ünvanında yerləşən mobil telefon mağazasının qapısını üzərində olan vintaçan ilə açıp qanunsuz olaraq mağazaya daxil olub oradan 01 ədəd 150 manat dəyərində “Samsung A 21S” markalı mobil telefonu, 01 ədəd 50 manat dəyərində “DT” markalı smart saatını və 01 ədəd 35 manat dəyərində “İPhone”markalı mobil telefonun cərəyan aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 235 (iki yüz otuz beş) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamasını bilərək sonuncuya birgə qazanc əldə etməklə bağlı vəd verib cinayətkar fəaliyyətə cəlb etdikdən sonra Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 13 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102 ünvanında yerləşən mobil telefon mağazasının qarşısına gəlib qrup üzvü Təqsirləndirilən şəxs2 üzərində olan dəmir alətlə mağazanın giriş qapısını açdıqdan sonra aralarında əvvəlcədən olan cinayətkar razılığa əsasən sonuncu cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat verməsi üçün mağazanın qarşısında dayanmış, o isə qanunsuz olaraq mağazaya daxil olub oradan 01 ədəd 40 manat dəyərində “1800 Plus” smart qol saatını, 01 ədəd 25 manat dəyərində “HOLDEK” markalı avtomobil telefon aksessuarını, 01 ədəd 80 manat dəyərində “HAİNOTEKO” markalı smart qol saatını gizli olaraq talayıb əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs2la öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 145 (yüz qırx beş) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamasını bilərək sonuncuya birgə qazanc əldə etməklə bağlı vəd verib cinayətkar fəaliyyətə cəlb etdikdən sonra Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 13 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102 ünvanında yerləşən mobil telefon mağazasının qarşısına gəlib qrup üzvü Təqsirləndirilən şəxs2 üzərində olan dəmir alətlə mağazanın giriş qapısını açdıqdan sonra aralarında əvvəlcədən olan cinayətkar razılığa əsasən sonuncu cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat verməsi üçün mağazanın qarşısında dayanmış, o, isə qanunsuz olaraq mağazaya daxil olub oradan 01 ədəd 60 manat dəyərində “HK8MAX” markalı smart qol saatını, 01 ədəd 50 manat dəyərində “DT 8 ULTRA” smart qol saatını, 01 ədəd 40 manat dəyərində “DT 7” smart qol saatını, 02 ədəd hər birinin dayəri 45 manat olan ümumi dəyəri 90 manat “T800” markalı smart qol saatını, 02 ədəd hər birinin dəyəri 45 manat olan ümumi dəyəri 90 manat “T900” markalı smart qol saatını, 02 ədad hər birinin dəyəri 40 manat olan ümumi dəyəri 80 manat olan “EW 41 TVS” markalı blutuz qulaqcığı, 02 ədəd hər birinin dəyəri 60 manat olan ümumi dəyəri 120 manat “EW 43 TVS” markalı blutuz qulaqcığı, 01 ədəd 45 manat dəyərində “HOCO” markalı blutuz qulaqcığı, 01 ədəd 50 manat dəyərində “Borofon” markalı blutuz qulaqcığı gizli olaraq talayıb mağazadan çıxdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 qanunsuz mağazaya daxil olub oradan 01 ədəd 40 manat dəyərində “İNOİ 101” markalı mobil telefonu, 01 ədəd 40 manat dəyərində “İNOİ 105” markalı mobil telefonu, 01 ədəd 50 manat dəyərində “İPHONE 6S” markalı mobil telefonu, 01 ədəd 50 manat dəyərində “SAMSUNG A12” markalı mobil telefonu, 01 ədəd 2800 manat dəyərində “İPHONE 14 PRO MAX” markalı mobil telefonu, 01 ədəd 800 manat dəyərində “İPHONE 11” markalı mobil telefonu və dükanın kassasından 75 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 4480 (dörd min dörd yüz səksən) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 13 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102 ünvanında yerləşən mobil telefon mağazasının qarşısına gəlib o, üzərində olan dəmir alətlə mağazanın giriş qapısını açdıqdan sonra aralarında əvvəlcədən olan cinayətkar razılığa əsasən cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat verməsi üçün mağazanın qarşısında dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs1 isə qanunsuz olaraq mağazaya daxil olub oradan 01 ədəd 40 manat dəyərində “T800 Plus” smart qol saatını, 01 ədəd 25 manat dəyərində “HOLDEK” markalı avtomobil telefon aksessuarını, 01 ədəd 80 manat dəyərində “HAİNOTEKO” markalı smart qol saatını gizli olaraq talayıb əldə etdikləri gəliri öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 145 (yüz qırx beş) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 13 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102 ünvanında yerləşən mobil telefon mağazasının qarşısına gəlib o, üzərində olan dəmir alətlə mağazanın giriş qapısını açdıqdan sonra aralarında əvvəlcədən olan cinayətkar razılığa əsasən cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat verməsi üçün o, mağazanın qarşısında dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs1 isə qanunsuz olaraq mağazaya daxil olub oradan 01 ədəd 60 manat dəyərində “HK8MAX” markalı smart qol saatını, 01 ədəd 50 manat dəyərində “DT 8 ULTRA” smart qol saatını, 01 ədəd 40 manat dəyərində “DT 7” smart qol saatını, 02 ədəd hər birinin dəyəri 45 manat olan ümumi dəyəri 90 manat “T800” markalı smart qol saatını, 02 ədəd hər birinin dəyəri 45 manat olan ümumi dəyəri 90 manat “T900” markalı smart qol saatını, 02 ədəd hər birinin dəyəri 40 manat olan ümumi dəyəri 80 manat olan “EW 41 TVS” markalı blutuz qulaqcığı, 02 ədəd hər birinin dəyəri 60 manat olan ümumi dəyəri 120 manat “EW 43 TVS” markalı blutuz qulaqcığı, 01 ədəd 45 manat dəyərində “HOCO” markalı blutuz qulaqcığı, 01 ədəd 50 manat dəyərində “Borofon” markalı blutuz qulaqcığı gizli olaraq talayıb mağazadan çıxdıqdan sonra o, qanunsuz mağazaya daxil olub oradan 01 ədəd 40 manat dəyərində “İNOİ 101” markalı mobil telefonu, 01 ədəd 40 manat dəyərində “İNOİ 105” markalı mobil telefonu, 01 ədəd 50 manat dəyərində “İPHONE 6S” markalı mobil telefonu, 01 ədəd 50 manat dəyərində “SAMSUNG A12” markalı mobil telefonu, 01 ədəd 2800 manat dəyərində “İPHONE 14 PRO M AX” markalı mobil telefonu, 01 ədəd 800 manat dəyərində “İPHONE 11” markalı mobil telefonu və dükanın kassasından 75 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 4480 (dörd min dörd yüz səksən) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında piyada “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığından keçən zaman orada olan telefon mağazasının qapısının sadəcə kilidlə bağlandığını görmüşdir. Həmin vaxt üzərində olan vintaçan ilə qapının kilid yerini və qıfıl ilə bağlanan hissəsini sındırıb içəri daxil olmuş, vitrini açıb oradan 01 ədəd blutuz ilə idarə olunan qulaqcıq və 01 ədəd smart saatı götürüb oradan uzaqlaşmışdır. Həmin əşyaları tap.az saytında tanımadığı şəxsə satıb, əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə keçən gecə həmin mağazaya yaxınlaşıb, yenidən vintaçan ilə qapının kilid yerini sındırıb içəri daxil olmuş, oradan 01 ədəd mobil telefonu, smart saatı və blutuz qulaqcığı oğurlayıb mağazadan çıxıb getmişdir. Həmin əşyaları tap.az saytında tanımadığı şəxsə satıb, əldə etdiyi gəliri öz ehtiyacları üçün xərcləmişdir. O, fəhləlik etdiyi tanışı Elvinə mağazaya girib oğurluq etmək təklifini etmiş, Elvin də onunla razılaşdığı üçün onlar birlikdə əvvəl oğurluq etdiyi mağazaya gəlmişlər, Elvin ona, özünün mağazanın çöl hissəsində gözləyəcəyini, ətrafa nəzarət edəcəyini demiş, ona isə mağazaya daxil olmağını təklif etmişdir. Buna görə də o, razılaşdıqdan sonra üzərində olan vintaçan ilə əvvəllər 2 dəfə oğurluq etdiyi mağazaya yaxınlaşıb, qapının kilidini sındırmış, sonra qapının əlavə qıfıl ilə də bağlandığını görmüşdir. Elvin qapıya yaxınlaşıb üzərində olan dəmir alət ilə qıfılı sındırmışdır. Bundan sonra Elvin onu çöldə gözləmiş, o isə mağazaya daxil olmuş, vitrində olan 01 ədəd İphone üçün naqil və 01 ədəd avtomobil üçün blutuz adapter aksessuarını oğurlayıb mağazadan çölə çıxmışdır. Daha sonra Elvinə irəlidə də telefon mağazası olduğunu deyib, oradan da oğurluq etməyii təklif etmişdir. Onlar razılaşdıqdan sonra irəlidə olan mağaza tərəf getmişlər, o, vintaçan ilə mağazanın qapısının kilidini sındırmış, Elvin mağazanın qapısında da əlavə qıfıl olduğu üçün, üzərində olan dəmir parçası ilə həmin qıfılı da sındırmışdır. Bundan sonra o, mağazaya daxil olmuş, 02 ədəd smart saatı və 02 ədəd blutuz qulaqcığı oğurlayıb çölə çıxmışdır. Çölə çıxdıqdan sonra Elvin ona çöldə gözləməyini deyib mağazaya daxil olmuş, təxminən 5 dəqiqə keçdikdən sonra Elvin çölə çıxıb mağazadan bir neçə telefon oğurladığını bildirmişdir. Bundan sonra oradan uzaqlaşmışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə onunla fəhlə işləyən tanışı Həsən ona pula ehtiyacı olduğunu deyib, oğurluq etməyi təklif etmişdir. Həmin zaman onun da pula ehtiyacı olduğu üçün Həsən ilə razılaşmışlır. Onlar birlikdə “Xalqlar Dostluğu” metrostanisyasının yanına gəlmişlər, o, Həsənə mağazanın çöl hissəsində gözləyəcəyini və ətrafa nəzarət edəcəyini demiş, Həsənin isə oğurluq etmək üçün mağazaya daxil olmasını təklif etmişdir. Həsən onunla razılaşdıqdan sonra üzərində olan vintaçan ilə mağazaya yaxınlaşıb, qapının kilidini sındırmış, lakin qapının əlavə qıfıl ilə də bağlandığını görüb, qıfıli sındıra bilməyəcəyini demişdir. Buna görə də o, əlində sellofan paketin içində götürdüyü dəmir parçası ilə qapıda olan qıfılı sındırmış və Həsən mağazaya daxil olmuş, o isə Həsəni mağazanın çöl hissəsində gözləmişdir. Təxminən 2-3 dəqiqə keçdikdən sonra Həsən çölə çıxıb “mən götürdüyümü götürdüm” demiş, irəlidə də telefon mağazasının olduğunu, oradan da oğurluq etməyi təklif etmişdir. Onlar razılaşdıqdan sonra irəlidə olan mağazaya tərəf getmişlər, Həsən vintaçan ilə qapının kilidini sındırmış, həmin qapıda da əlavə qıfıl olduğu üçün, o dəmir parçası ilə qıfılı sındırmışdır. Bundan sonra Həsən mağazaya daxil olmuş, o isə çöldə gözləmiş, təxminən 2-3 dəqiqə sonra Həsən mağazadan çıxıb “qurtardıq, çıxıb gedək” demişdir. Həmin vaxt o, Həsənə onu gözləməsini, onun da mağazaya girib çıxacağını deyib, mağazaya daxil olmuş və içəridə olan dolabı açmış, orada 01 ədəd “İphone 14 pro max”, 01 ədəd “İphone 11” markalı, 01 ədəd “Samsung A12” markalı mobil telefon və 97 manat pul olduğunu görüb, onları götürmüşdür. Daha sonra oradan uzaqlaşmışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən ailə vəziyyətini, yetkinlik yaşına çatmamasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Nizami rayonu, Qara Qarayev prospekti, 102 ünvanında təxminən 4 kv. metr ərazisi olan dükanı aylıq 600 manata icarəyə götürərək mobil telefon aksessuarlarının və mobil telefonların satışı ilə məşgul olmaqla gəlir əldə edib ailəsini dolandırmışdır. Onun iş saatı hər gün səhər saat 13 radələrində başlamış və saat 19 radələrində mağazanı bağlamışdır. Belə ki, mağazanın qapısı plastik materialdan olmuş, qapının öz açarından əlavə, o, qapını qıfıl ilə də bağlamışdır. 13 sentyabr 2023-cü il tarixdə səhər saat 10 radələrində mağazaya gələn zaman mağazanın plastik qapısının açıq olmasını və qıfılın sındırılaraq yerə tullandığını görmüşdir. Bundan sonra o, mağazaya daxil olaraq dükana baxış keçirmiş və gecə saatlarında oğurluq hadisəsi baş verdiyi məlum olmuşdur. Baş vermiş oğurluq hadisəsi zamanı dükandan 01 ədəd 60 manat dəyərində “HK8MAX” smart qol saatı, 01 ədəd 50 manat dəyərində “DT 8 ULTRA” smart qol saatı, 01 ədəd 40 manat dəyərində “DT 7” smart qol saatı, 02 ədəd hər birinin dəyəri 45 manat olan ümumi dəyəri 90 manat “T800“ smart qol saatı, 02 ədəd hər birinin dəyəri 45 manat olan ümumu dəyəri 90 manat “T900” smart qol saatı, 02 ədəd hər birinin dəyəri 40 manat olan ümumi dəyəri 80 manat olan “EW 41 TVS” blutuz qulaqcıq, 02 ədəd hər birinin dəyəri 60 manat olan ümumi dəyəri 120 manat “EW 43 TVS” blutuz qulaqcıq, 01 ədəd 45 manat dəyərində “HOCO” blutuz qulaqcıq, 01 ədəd 50 manat dəyərində Borofon blutuz qulaqcıq, 01 ədəd 40 manat dəyərində “İNOİ 101” markalı mobil telefon, 01 ədəd 40 manat dəyərində “İNOİ 105” markalı mobil telefon, 01 ədəd 50 manat dəyərində istifadə olunmuş “İPHONE 6S” markalı mobil telefon, 01 ədəd istifadə olunmuş 50 manat dəyərində “SAMSUNG A12” markalı mobil telefon, 01 ədəd 2800 manat dəyərində “İphone 14 Pro max” markalı mobil telefon, 01 ədəd 800 manat dəyərində “İphone 11” markalı mobil telefon və dükanın kassasından 75 manat nağd pul oğurlanmışdır. Baş vermiş hadisə zamanı ona cəmi 4480 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulan ziyan ödənilmişdir, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 qarşı da şikayət və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2023-cü il tarixdə səhər saat 10 radələrində mağazaya gələn zaman plastik qapının açıq olmasını və qıfılın sındırılaraq yerə tullandığını görmüş, dərhal mağazaya daxil olaraq baxış keçirmişdir. Həmin vaxt ona, mağazadan gecə saatlarında oğurluq hadisəsi baş verdiyi məlum olmuş, oğurluq nəticəsində mağazadan 01 ədəd 40 manat dəyərində “T800 Plus” smart qol saatı, 01 ədəd 25 manat dəyərində “HOLDEK” avtomobil telefon aksessuarı, 01 ədəd 80 manat dəyərində “HAİNOTEKO” smart qol saatının oğurlandığını aşkar etmişdir. Bundan sonra o, mağazada quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxış keçirən zaman 13 sentyabr 2023-cü il tarixdə saat 01:40 radələrində bir nəfər şəxsin mağazaya daxil olaraq oradan qeyd olunan əşyaları oğurladığını, bir şəxsin isə mağazanın çölündə ətrafı müşahidə etdiyini müəyyən etmişdir. Belə ki, kamera görüntülərinə əsasən həmin şəxsin 11 avqust 2023-cü il tarixdə və 06 sentyabr 2023-cü il tarixdə də dükandan oğurluq etdiyini aşkar etmiş, lakin bununla bağlı polisə məlumat verməmişdir. 11 avqust 2023-cü il tarixdə saat 02 radələrində həmin şəxs ona məxsus mağazaya daxil olaraq oradan 01 ədəd 100 manat dəyərində “Samsung J3” markalı mobil telefonu, 01 ədəd 150 manat dəyərində “HAİNOTEKO” smart qol saatını, 02 ədəd hər birinin dəyəri 40 manat ümumi dəyəri 80 manat olan “TWS” blutuz qulaqcığı, 06 sentyabr 2023-cü il tarixdə yenidən dükana daxil olaraq 01 ədəd 150 manat dəyərində “Samsung A 2İS” markalı mobil telefonu, 01 ədəd 50 manat dəyərində “DT” markalı smart saatı və 01 ədəd 35 manat dəyərində “İphone” markalı mobil telefonun cərəyan aparatını oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 710 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - qanuni nümayəndənin təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 170.1-ci maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 170.1-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-398/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi Şirxan Allahverdiyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlandığı MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 04 noyabr 2023-cü il tarixli, 9/7601 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 05 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2230,00 manat müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 30 noyabr 2023-cü il tarixli, 9/8514 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 05 adda malların istifadədə olmaması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 188,00 manat müəyyən olunmuşdur. Digər 01 ədəd Çin istehsalı olan smart “Watch” qol saatı tədqiqata təqdim edilmədiyinə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. - sübutların qiymətləndirilməsi haqqında 30 noyabr 2023-cü il tarixli qərardan görünur ki, 01 ədəd “İphone 14 Pro max” (128) markalı, MQ9RRX/A modelli, 128 GB yaddaş tutumlu, **********06298 və **********90051 İmei kodlu, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, daxil yaddaşlı mobil telefon, 01 ədəd istifadə olunmuş, ağ rəngli, üzərində “A/400” yazısı olan, Çin istehsallı cərəyan qidalandırıcısı, 01 ədəd istifadə olunmamış, qutuda, Çin istehsallı, üzərində “Hoco EW 11” yazıları olan qulaqcıq, 01 ədəd istifadə olunmamış, Çin istehsallı, üzərində ”T900ultra LY736(D)” yazıları olan qara rəngli smart qol saatı, 01 ədəd istifadə olunmamış, Çin istehsallı, üzərində ”Sport Watch” yazıları olan gümüşü rəngli qol saatı, 01 ədəd istifadə olunmamış, “İNOİ” markalı, “İNOİ105” modelli, **********44536 və **********44544 İmei kodlu, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefon, 01 ədəd istifadə olunmamış, “İNOİ” markalı, “İNOİ101” modelli, **********73544 və **********73551 İmei kodlu, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefon, 01 ədəd istifadə olunmamış, qutuda, üzərində “Hoco EW 47” yazıları olan qulaqcıq, 01 ədəd istifadə olunmamış, qutuda, üzərində “Hoco EW 41” yazıları olan qulaqcıq, 01 ədəd istifadə olunmamış, qutuda, Çin istehsallı, üzərində ”Ultra8 MAX smart watch” yazıları olan qol saatı maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmışdır. “Götürmə və baxış keçirmə barədə” xx.xx.2023-cü il tarixli protokola əlavə edilmiş hadisənin görüntüləri olan 01 ədəd CD disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - qanuni nümayəndənin təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2, oğlu yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur....18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində- sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1-1(104)- 99/2016 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin 1(095)-173/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilərək, ona Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, xx.xx.2017-ci ildə cəzası başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 17 sentyabr 2023-cü il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; cinayət işi üzrə maddi sübut olan 01 ədəd “İphone 14 pro max” (128) markalı, MQ9RRX/A modelli, 128 GB yaddaş tutumlu, **********06298 və **********90051 İmei kodlu, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, daxil yaddaşlı mobil telefon; 01 ədəd istifadə olunmuş, ağ rəngli, üzərində “A/400” yazısı olan, Çin istehsallı cərəyan qidalandırıcısı; 01 ədəd istifadə olunmamış, qutuda, Çin istehsallı, üzərində “Hoco EW 11” yazıları olan qulaqcıq; 01 ədəd istifadə olunmamış, Çin istehsallı, üzərində ”T900 ultra LY736(D)” yazıları olan qara rəngli smart qol saatı; 01 ədəd istifadə olunmamış, Çin istehsallı, üzərində ”Sport Watch” yazıları olan gümüşü rəngli qol saatı; 01 ədəd istifadə olunmamış, “İNOİ” markalı, “İNOİ105” modelli, **********44536 və **********44544 imei kodlu, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefon; 01 ədəd istifadə olunmamış, “İNOİ” markalı, “İNOİ101” modelli, **********73544 və **********73551 İmei kodlu, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefon; 01 ədəd istifadə olunmamış, qutuda, üzərində “Hoco EW 47” yazıları olan qulaqcıq; 01 ədəd istifadə olunmamış, qutuda, üzərində “Hoco EW 41” yazıları olan qulaqcıq; 01 ədəd istifadə olunmamış, qutuda, Çin istehsallı, üzərində ”Ultra8 MAX smart watch” yazıları olan qol saatı sahiblərinə qaytarılmış hesab edilməli, cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı Təqsirləndirilən şəxs1 və 50 (əlli) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərən Müdafiəçi2 məhkəmədə iştirak etdiyi müddət 28 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 168 (bir yüz altmış səkkiz) manat (28x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməli; Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərən Müdafiəçi1 məhkəmədə iştirak etdiyi müddət 41 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 246 (iki yüz qırx altı) manat (41x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza – 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “İphone 14 pro max” (128) markalı, MQ9RRX/A modelli, 128 GB yaddaş tutumlu, **********06298 və **********90051 imei kodlu, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, daxil yaddaşlı mobil telefon; 01 ədəd istifadə olunmuş, ağ rəngli, üzərində “A/400” yazısı olan, Çin istehsallı cərəyan qidalandırıcısı; 01 ədəd istifadə olunmamış, qutuda, Çin istehsallı, üzərində “Hoco EW 11” yazıları olan qulaqcıq; 01 ədəd istifadə olunmamış, Çin istehsallı, üzərində ”T900 ultra LY736(D)” yazıları olan qara rəngli smart qol saatı; 01 ədəd istifadə olunmamış, Çin istehsallı, üzərində ”Sport Watch” yazıları olan gümüşü rəngli qol saatı; 01 ədəd istifadə olunmamış, “İNOİ” markalı, “İNOİ105” modelli, **********44536 və **********44544 İmei kodlu, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefon; 01 ədəd istifadə olunmamış, “İNOİ” markalı, “İNOİ101” modelli, **********73544 və **********73551 İmei kodlu, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefon; 01 ədəd istifadə olunmamış, qutuda, üzərində “Hoco EW 47” yazıları olan qulaqcıq, 01 ədəd istifadə olunmamış, qutuda, üzərində “Hoco EW 41” yazıları olan qulaqcıq; 01 ədəd istifadə olunmamış, qutuda, Çin istehsallı, üzərində ”Ultra8 MAX smart watch” yazıları olan qol saatı sahiblərinə qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı Təqsirləndirilən şəxs1 və 50 (əlli) manatı Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 28 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 168 manat əmək haqqı, Təqsirləndirilən şəxs2 41 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 246 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar