Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-135/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclasının katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orla təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Astara rayonu, Bala Şahağacı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kərəmli küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 31 oktyabr 2021-ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan “Roman” adlı şəxsdən 30 manat pul müqabilində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,265 qram psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamaqla daşımış, 31 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanda Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq Bakı şəhər Nizami RPİ-nin 25-ci PŞnin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibində olan “Rothmans” markalı siqaret qutusunun içərisindən 01 ədəd gümüşü rəngli folqa kağızına bükülmüş təmiz çəkisi 0,265 qram, ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 oktyabr 2021-ci il tarixdə saat 23:30-da istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrənin istifadəçisinə zəng edərək 30 manata “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin sifariş etmiş, yaşadığı evin yaxınlığnda olan “Bolmart” marketdə olan “Milliön” ödəmə terminalından hesab nömrəsini unutduğu “Kapital” bank kartına 30 manat ödəmişdir. Təxminən 40-50 dəqiqə sonra həmin şəxs zəng edərək Qaraçuxur qəsəbəsinə “Yerazlar qəbirstanlığına” gəlməyini demiş və qəbirstanlıqla üzbəüz yolda sarı rəngdə “Rothmans” siqaret qutusunu axtarıb içərisində “şüşə” kimi tanınan psixotrop maddə olan siqaret qutusunu tapıb götürərək getmişdir. Daha sonra Nizami rayonunda yaşayan tanışı Vəfa adlı qadının qaz kartı, ev açarları onda qaldığı üçün sonuncunun yaşadığı Nizami rayonuna getmiş və Nizami rayonu, Əli Vəliyev küçəsində piyada hərəkət edərkən post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət edilmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən hər-hansı qeyri-qanuni əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuş və bundan sonra üzərində olan psixotrop maddə “şüşə”ni şalvarının cibində olan “Rothmans” siqaret qutusunun içərisindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin maddə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı qanuna zidd hərəkətlər edilməmiş və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 25-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində polis kapitanı rütbəsində xidmət edir. 31 oktyabr 2021-ci il tarixdə 25-ci PŞ-də xidmət yoldaşları ilə birlikdə xidmətdə olarkən, saat 03:30 radələrində Nizami RPİ-nin PPXB-nin 1 saylı patrul sektorunda xidmət aparan polis nəfərləri Şahid3, Şahid2 və Şahid1 bir nəfər şəxs Nizami rayonu, Ə.Vəliyev küçəsində özünü şübhəli apardığı üçün barəsində qanuni tədbir görülməsi üçün Nizami RPİ-nin 25-ci PŞ-nə təhvil vermişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. 31 oktyabr 2021-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti otaqda videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs Ravram oğluna üzərində qanunla qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş və sonuncu könüllü olaraq qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd, içərisində 2 ədəd siqaret olan “Rothmans” markalı siqaret qutusunun içərisində olan 1 ədəd gümüşü rəngli folqaya bükülmüş halda psixotrop maddəyə bənzər, ağ kristallik formada olan maddəni, sağ yan cibindən 5 manat pul, 1 ədəd "xxxx" ASC-yə məxsus su sayğacı kartını, 1 ədəd “Dilavər Əsəsdova” adına olan “Kapital Bank”a məxsus plastik kartı, şalvarın arxa sağ cibindən 1 ədəd Samsung markalı mobil telefonu və 2 dədə açarı təqdim etmiş və həmin psixotrop maddəni sosial şəbəkə vasitəsilə tanış olduğu, adını bilmədiyi şəxsdən əvvəldən sifariş əsasında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ona əvvəlcədən “Wotsap” sosial şəbəkəsi vasitəsilə göndərilən yerə getməklə 30 manat pul müqabilində özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli folqaya bükülmüş olan psixotrop maddəyə bənzər, ağ kristallik formada olan maddə zərfə qoyularaq qablaşdırılmış və Nizami RPİ-nin 25-ci PŞ-nin 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Götürmə ilə bağlı protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 işin faktiki hallarına və Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahidlər - Şahid5, Şahid3, Şahid2 və Şahid1 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İşdə olan 31 oktyabr 2021-ci il tarixli «Şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan qara rəngli cins şalvarının sol yan cibindən içərisində 02 ədəd siqaret olan “Rothmans” markalı siqaret qutusunun içərisində olan 01 (bir) ədəd gümüşü rəngli bükülünü, sağ yan cibindən 5 manat pul, 1 ədəd "xxxx" ASC-yə məxsus su sayğacı kartını, 1 ədəd “Dilavər Əsəsdova” adına olan “Kapital Bank”a məxsus plastik kartı, şalvarın arxa sağ cibindən 1 ədəd Samsung markalı mobil telefonu və 2 dədə açarı təqdim etmiş və həmin psixotrop maddəni sosial şəbəkə vasitəsilə tanış olduğu, adını bilmədiyi şəxsdən əvvəldən sifariş əsasında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 30 manat pul müqabilində özünün istifadə etməsi üçün aldığını bildirmişdir. İşdə olan 05 yanvar 2022-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd, içərisində 2 ədəd siqaret olan “Rothmans” markalı siqaret qutusunun içərisində olan 1 ədəd gümüşü rəngli folqaya bükülmüş halda psixotrop maddəyə bənzər, ağ kristallik formada olan maddəni təqdim etmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 01 noyabr 2021-ci il tarixli 6/4838 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «saxlanılan şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut» yazılar və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan ağ rəngli kristallik formada maddə kustar üsıılla hazırlanmış psixotrop maddə-metamfetamindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 19 noyabr 2021-ci il tarixli 4571 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd gümüşü rəngli folqa kağızına bükülmüş təmiz çəkisi 0,265 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xx.xx.2021-ci il tarixli «şəxsi axtarış və götürməni» özündə əks etdirən 01 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etcikləri üçün maddi sübut kimi tanınmış, «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra psixotrop maddə meatmafetaminin 0,215 qram qalığı bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Nizami RPİ-nin MSSK-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 02 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 31 oktyabr 2021-ci il tarixdən 02 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,215 qram psixotrop maddə metamfetamin məhv edilməli və «şəxsi axtarış və götürməni» özündə əks etdirən 01 ədəd «DVD» disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən məhkəmədə iştirak etdiyi 16 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 96 manat (16x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on) ay 26 (iyirmi alt) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,215 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə aparılmasını əks etdirən 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 16 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 96 (doxsan altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-135/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-135/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver