Məhkəmə qərarları › İş №1(007)-136/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-136/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-136/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, X1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 hüquqi varisi Şahid2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1968-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, Yataqxana, ev 81-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, 7-ci Rezervuar küçəsi ev 13-də yaşamış, 21 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 noyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 noyabr 2019-cu il tarixdə saat 11:42 radələrində ünvan 1 ünvanında yerləşən “xxxx” ASC-yə aid ATM-in qarşısında Zərərçəkmiş şəxs2 təqaüdünü çıxarmaq istəyən sonuncunun qızı X2 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək kartı alıb bankomata daxil etdikdən sonra kartı çıxarıb Şahid4 qaytararaq hesabda pul olmamasını bildirərək sonuncu oradan uzaqlaşdıqdan sonra elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 130 manat nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 130 manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 dekabr 2019-cu il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən “xxxx”na aid ATM-in qarşısında Zərərçəkmiş şəxs7 təqaüdünü çıxarmaq istəyən sonuncunun əri Şahid1 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək kartı alıb bankomata daxil etdikdən sonra kartı çıxarıb Şahid1 qaytararaq hesabında pul olmamasını bildirərək, sonuncu oradan uzaqlaşdıqdan sonra elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 200 manat nağd pulunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs7 200 manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 dekabr 2019-cu il tarixdə saat 14:25 radələrində ünvan 2 ünvanında yerləşən “xxxx”na aid ATM-in qarşısında Zərərçəkmiş şəxs4 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək təqaüd kartını alıb bankomata daxil etdikdən sonra kartı çıxarıb Zərərçəkmiş şəxs4 qaytararaq hesabında pul olmamasını bildirərək, sonuncu oradan uzaqlaşdıqdan sonra elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 480 manat nağd pulunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 480 manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 30 yanvar 2020-ci il tarixdə saat 11:49 radələrində ünvan 1 ünvanında yerləşən “xxxx” ASCyə aid ATM-in qarşısında Zərərçəkmiş şəxs6 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək təqaüd kartını alıb bankomata daxil etdikdən sonra kartı çıxarıb Zərərçəkmiş şəxs6 qaytararaq hesabında pul olmamasını bildirərək, sonuncu oradan uzaqlaşdıqdan sonra elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 200 manat nağd pulunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs6 200 manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 18 fevral 2020-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında yerləşən “xxxx” ASC-yə aid ATM-in qarşısında Zərərçəkmiş şəxs5 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək kartı alıb bankomata daxil etdikdən sonra kartı çıxarıb Zərərçəkmiş şəxs5 qaytararaq hesabında pul olmamasını bildirərək, sonuncu oradan uzaqlaşdıqdan sonra elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 300 manat nağd pulunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs5 300 manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 mart 2020-ci il tarixdə saat 16:12 radələrində ünvan 1 ünvanında yerləşən “xxxx” ASC-yə aid ATM-in qarşısında Zərərçəkmiş şəxs8 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək kartı alıb bankomata daxil etdikdən sonra kartı çıxarıb Zərərçəkmiş şəxs8 qaytararaq hesabında pul olmamasını bildirərək, sonuncu oradan uzaqlaşdıqdan sonra elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 400 manat nağd pulunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs8 400 manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 oktyabr 2020-ci il tarixdə saat 12:32 radələrində ünvan 3 ünvanında yerləşən “Grand Mart” marketin qarşısında yerləşən “xxxx”na aid ATM-in qarşısında Zərərçəkmiş şəxs3 təqaüdünü çıxarmaq istəyən sonuncunun arvadı Şahid2 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək kartı alıb bankomata daxil etdikdən sonra kartı çıxarıb Şahid2 qaytararaq hesabında pul olmamasını bildirərək, sonuncu oradan uzaqlaşdıqdan sonra elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 300 manat nağd pulunu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 300 manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində ünvan 4 ünvanında yerləşən “Grand Mart” marketin qarşısında yerləşən “xxxx” ASC-yə aid ATM-in qarşısında Zərərçəkmiş şəxs9 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək kartı alıb bankomata daxil etdikdən sonra kartı çıxarıb Qorxmaz Qulubəyliyə qaytararaq hesabında pul olmamasını bildirərək, sonuncu oradan uzaqlaşdıqdan sonra elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 900 manat nağd pulunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs9 900 manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 oktyabr 2020-ci il tarixdə saat 09:33 radələrində ünvan 4 ünvanında yerləşən “xxxx” ASCyə aid ATM-in qarşısında Zərərçəkmiş şəxs1 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək, kartı alıb bankomata daxil etdikdən sonra, kartı çıxarıb Zərərçəkmiş şəxs1 qaytararaq hesabında pul olmamasını bildirərək, sonuncu oradan uzaqlaşdıqdan sonra elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 200 manat pulunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 200 manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ildə cəzaçəkmə yerindən azad olunduqdan sonra Bakı şəhərində müxtəlif işlərlə məşğul olmuş, sonradan koronavirus pandemiyası ilə əlaqədar iş tapa bilmədiyindən və ailəsində maddi vəziyyətinin ağırlığı, iki övladının gözdən əlil olmaları ilə əlaqədar cinayət yolu ilə qazanc əldə etmək qərarına gəlmişdir. 28 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, B.Nuriyev küçəsində yerləşən yataqxananın yaxınlığında olan zaman əvvəllər tanımadığı bir nəfər qadın orada yerləşən “Kapital” bankın bankomatından pul çıxartmaq istədiyini görüb həmin şəxsin bankomatdan pul çıxarmağı bacarmamasını başa düşmüş və həmin şəxsə kömək etməyi təklif etmişdir. Həmin qadın onunla razılaşaraq kartını ona vermiş və o, kartı bankomata daxil edərək şifrəsini yığdıqdan sonra özünə lazım olan məbləği, yəni 130 manatı çıxarmaq üçün düymələri basdıqdan sonra pulun bankomatda hazırlanmasından istifadə edərək kartı bankomatdan çıxararaq sahibi olan qadına qaytarıb hesabında pulunun olmamasını bildirmiş və həmin şəxsin bankomatdan uzaqlaşmasından istifadə edərək bankomatdan çıxan 130 manat pulu götürüb öz ehtiyaclarına sərf etmişdir. 10 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, C.Naxçıvanski küçəsində olan zaman əvvəllər tanımadığı bir nəfər şəxsin orada yerləşən “Beynəlxalq” bankın bankomatından pul çıxartmaq istəməsini görüb həmin şəxsin bankomatdan pul çıxarmağı bacarmamasını başa düşmüş və həmin şəxsə kömək etməyi təklif etmişdir. Həmin şəxs onunla razılaşaraq kartını vermiş və o, kartı bankomata daxil edərək şifrəsini yığdıqdan sonra özünə lazım olan məbləği, yəni 200 manatı çıxarmaq üçün düymələri basdıqdan sonra pulun bankomatda hazırlanmasından istifadə edərək kartı bankomatdan çıxararaq sahibi olan kişiyə qaytarıb hesabında pulunu olmamasını bildirmiş və həmin şəxsin bankomatdan uzaqlaşmasından istifadə edərək bankomatdan çıxan 200 manat pulu götürüb öz ehtiyaclarına sərf etmişdir. 30 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, R.Rüstəmov küçəsində yerləşən “Rahat” marketin qarşısında olan zaman əvvəllər tanımadığı bir nələr şəxsin orada yerləşən “Kapital” bankın bankomatından pul çıxartmaq istəməsini görüb həmin şəxsin bankomatdan pul çıxarmağı bacarmamasını başa düşmüş və həmin şəxsə kömək etməyi təklif etmişdir. Həmin şəxs onunla razılaşaraq kartını ona vermiş və o, kartı bankomata daxil edərək şifrəsini yığdıqdan sonra özünə lazım olan məbləği, yəni 200 manatı çıxarmaq üçün düymələri basdıqdan sonra pulun bankomatda hazırlanmasından istifadə edərək kartı bankomatdan çıxararaq sahibi olan kişiyə qaytarıb hesabında pulunu olmamasını bildirmiş və həmin şəxsin bankomatdan uzaqlaşmasından istifadə edərək bankomatdan çıxan 200 manat pulu götürüb öz ehtiyaclarına sərf etmişdir. 18 fevral 2020-ci il tarixdə Bakı şəhəri, E.Süleymanov küçəsində yerləşən “Rahat” marketin qarşısında olan zaman əvvəllər tanımadığı bir nəfər qadının orada yerləşən “Beynəlxalq” bankın bankomatından pul çıxartmaq istəməsini görüb həmin şəxsin bankomatdan pul çıxarmağı bacarmamasını başa düşüb, ona kömək etməyi təklif etmiş, həmin şəxs onunla razılaşaraq kartını vermiş və o, kartı bankomata daxil edərək şifrəsini yığdıqdan sonra özünə lazım olan məbləği, yəni 300 manatı çıxarmaq üçün düymələri basdıqdan sonra pulun bankomatda hazırlanmasından istifadə edərək kartı bankomatdan çıxararaq sahibi olan qadına qaytarıb hesabında pulun olmamasını bildirmiş və həmin şəxsin bankomatdan uzaqlaşmasından istifadə edərək bankomatdan çıxan 300 manat pulu götürüb öz ehtiyaclarına sərf etmişdir. 06 mart 2020-ci il tarixdə Bakı şəhəri, B.Nuriyev küçəsində əvvəllər tanımadığı bir nəfər qadının orada yerləşən “Kapital” bankın bankomatından pul çıxartmaq istəməsini görüb həmin şəxsin bankomatdan pul çıxarmağı bacarmamasını başa düşüb, ona kömək etməyi təklif etmiş, həmin şəxs onunla razılaşaraq kartını vermiş və o, kartı bankomata daxil edərək şifrəsini yığdıqdan sonra 400 manat məbləğ çıxarmaq üçün düymələri basdıqdan sonra pulun bankomatda hazırlanmasından istifadə edərək kartı bankomatdan çıxararaq sahibi olan qadına qaytarıb hesabında pulun olmamasını bildirmiş və həmin şəxsin bankomatdan uzaqlaşmasından istifadə edərək bankomatdan çıxan 400 manat pulu götürüb öz ehtiyaclarına sərf etmişdir. 03 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, B.Nuriyev küçəsində olan zaman əvvəllər tanımadığı bir nəfər kişinin orada yerləşən “Kapital” bankın bankomatından pul çıxartmaq istəməsini görüb onun bankomatdan pul çıxarmağı bacarmamasını başa düşmüş və həmin şəxsə kömək etməyi təklif etmişdir. Həmin şəxs onunla razılaşaraq kartını vermiş və o, kartı bankomata daxil edərək şifrəsini yığdıqdan sonra özünə lazım olan məbləği, yəni 100 manatı çıxarmaq üçün düymələri basdıqdan sonra pulun bankomatda hazırlanmasından istifadə edərək kartı bankomatdan çıxararaq sahibi olan kişiyə qaytarıb hesabında pulun olmamasını bildirmiş və həmin şəxsin bankomatdan uzaqlaşmasından istifadə edərək bankomatdan çıxan 100 manat pulu götürüb öz ehtiyaclarına sərf etmişdir. 14 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, B.Nuriyev küçəsində yerləşən “Grand Mart” marketin qarşısında olan zaman əvvəllər tanımadığı bir nəfər qadının orada yerləşən “Beynəlxalq” bankın bankomatından pul çıxartmaq istəməsini görüb onun bankomatdan pul çıxarmağı bacarmamasını başa düşmüş və həmin şəxsə kömək etməyi təklif etmişdir. Həmin şəxs onunla razılaşaraq kartını vermiş və o, kartı bankomata daxil edərək şifrəsini yığdıqdan sonra özünə lazım olan məbləği, yəni 300 manatı çıxarmaq üçün düymələri basdıqdan sonra pulun bankomatda hazırlanmasından istifadə edərək kartı bankomatdan çıxararaq sahibi olan qadına qaytarıb hesabında pulun olmamasını bildirmiş, həmin şəxsin bankomatdan uzaqlaşmasından istifadə edərək bankomatdan çıxan 300 manat pulu götürüb öz ehtiyaclarına sərf etmişdir. 17 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Grand Mart” marketin yanında olan zaman bir nəfər təxminən 70 yaşlı kişinin oradakı “Beynəlxalq” Bankın bankomatına yaxınlaşaraq bankomatdan pul çıxarmaq istədiyini görüb, həmin şəxsə köməklik edə biləcəyini bildirmişdir. Həmin şəxs ona inanaraq özünə məxsus kartı vermiş və o, kartı bankomata daxil etdikdən sonra həmin şəxsdən kartın şifrəsini soruşmuş, həmin şəxs ona şifrəni bildirdikdən sonra o, şifrəni bankomatda yığdıqda 900 manatdan bir qədər artıq pul olmasını görüb 900 manat yığaraq çıxarılmasına dair düyməni basmış və kartı bankomatdan çıxararaq yalandan kişiyə hesabında pulunun olmamasını bildirmişdir. Həmin kişi də ona inanaraq kartı götürüb oradan uzaqlaşmışdır. O, bankomatda pulun hazırlanmasından istifadə etmiş və pul bankomatdan çıxanda artıq həmin şəxs onun yanında olmadığından pulun bankomatdan çıxmasından xəbəri olmamışdır. O, həmin pulu götürərək öz işlərinə sərf etmişdir. Həmin oğurluq əməllərinə yol versə də, 12 dekabr 2019-cu il tarixdə 480 manat pulun bir nəfər qadının kart hesabından çıxarılması və 17 oktyabr 2020-ci il tarixdə 200 manat pulun bir nəfər kişinin kart hesabından çıxarılması ilə bağlı verilmiş ittihamları qəbul etmir, həmin əməlləri o, törətməmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, maddi vəziyyəti ağır olduğundan zərərçəkmiş şəxslərin kartlarından pulları çıxararaq oğurlamışdır, onlara vurduğu maddi ziyanı isə ödəyə bilməmişdir. Özü birinci Qarabağ müharibəsinin veteranıdır, ayağında hələ də qəlpə vardır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2020-ci il tarixdə təqaüd kartından pul çıxarmaq üçün ünvan 4 ünvanda yerləşən “Grand Mart” marketin qarşısındakı “Beynəlxalq Bank”a aid bankomatın qarşısına gəlmişdir. Onun gözlərində problem olduğu üçün görmə zəifliyi var və həmin zaman eynəyi üstündə olmamışdır. Bu səbəbdən də orada olan əvvəllər tanımadığı təxminən 50-55 yaşlarında olan kişi ona kömək etməyi təklif etmişdir. O da sonuncu ilə razılaşaraq təqaüd kartını vermiş və həmin şəxs kartı ondan alaraq bankomata daxil etmişdir. O, həmin şəxsin bankomatın qarşısında dayanması səbəbindən bankomatın ekranını görməmiş və orada nə əməliyyat aparılmasından xəbəri olmamışdır. Həmin şəxs ona məxsus kartı bankomata daxil etdikdən sonra ondan kartın şifrəsini soruşmuş, o, kartın şifrəsini dedikdən sonra həmin şəxs kartı çıxararaq ona qaytarıb kartın hesabında 35 qəpik pul olmasını bildirmişdir. Bundan sonra o, oradan çıxıb getmişdir. Həmin gün saat 16 radələrində pulun kartının hesabına köçürülüb-köçürülməməsini müəyyən etmək məqsədi ilə bankomata yaxınlaşaraq kartını yoxladıqda kartının hesabında 88 manat pul olmasını görmüşdür. Lakin pul çıxarmadan evə qayıtmışdır. Çünki düşünmüşdür ki, pulu hesabına tam oturmamışdır. Evə gəldikdən sonra o, “Azər kart”ın 194 saylı çağrı mərkəzinə zəng vuraraq pulunun nə səbəbə tam otuzdurulmamasını soruşduqda, orada bildirmişlər ki, təqaüdü olan 988 manat tam hesabına otuzdurulmuş və 17 oktyabr 2020-ci il tarixdə saat 08:55 radələrində kart hesabından 900 manat pul çıxarılmışdır. Ona kömək etmək təklifi etmiş şəxsin onun hərəkətlərini görməməsindən istifadə edərək 900 manat pulu hesabından çıxararaq oğurlamasını başa düşmüşdür. Sonradan müəyyən edilmişdir ki, bankomatdan kart hesabından pulu çıxaran hazırkı Təqsirləndirilən şəxs olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilməmişdir, pulunu tələb edir. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2020-ci il tarixdə təqaüd kartından pul çıxarmaq üçün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Laçın” Ticarət Mərkəzi ilə üzbə-üz yerləşən parkda qoyulmuş “Beynəlxalq Bank”ın bankomatına yaxınlaşmış və özünə məxsus kartdan pul çıxarmaq istəyərkən orada olan əvvəllər tanımadığı təxminən 50-55 yaşlarında kişi ona kömək etməyi təklif etmişdir. O, razılaşaraq təqaüd kartını həmin şəxsə vermiş, həmin şəxs kartı ondan alaraq bankomata daxil etmişdir. O, həmin şəxsin bankomatın qarşısında dayanması səbəbindən bankomatın ekranını görməmiş və orada nə əməliyyat aparılmasından xəbəri olmamışdır. Həmin şəxs ona məxsus kartı bankomata daxil etdikdən sonra ondan kartın şifrəsini soruşmuş, o, kartın şifrəsini dedikdən sonra həmin şəxs kartı çıxararaq ona qaytarıb kartın hesabında pulun olmadığını bildirmişdir. O, həmin şəxsə inanaraq bankomata baxmadan oradan uzaqlaşmışdır. Bundan sonra başqa yerdə yerləşən bankomata yaxınlaşaraq bir daha kartı salıb yoxlatdıqda ona məlum olmuşdur ki, kömək üçün yardımını təklif edən şəxs onun hərəkətlərini görməməyindən istifadə edərək 200 manat pulunu çıxarmışdır. Şikayəti əsasında araşdırma zamanı müəyyən edilmişdir ki, bankomatdan kart hesabından pulu çıxaran hazırkı Təqsirləndirilən şəxs olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilməmişdir, pulunu tələb edir. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 30 yanvar 2020-ci il tarixdə təqaüd kartından pul çıxarmaq üçün yaşadığı ünvanın yaxınlığında, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki “Rahat market”in qarşısında yerləşən “xxxx”ın bankomatına yaxınlaşmış və özünə məxsus kartdan pul çıxarmaq istəyərkən orada olan əvvəllər tanımadığı təxminən 45-50 yaşlarında kişi ona kömək etməyi təklif etmişdir. O, razılaşaraq təqaüd kartını vermiş və həmin şəxs kartı ondan alaraq bankomata daxil etmişdir. Həmin şəxsin bankomatın qarşısında dayanması səbəbindən bankomatın ekranını görməmiş və orada nə əməliyyat aparılmasından xəbəri olmamışdır. Həmin şəxs ona məxsus kartı bankomata daxil etdikdən sonra kartın şifrəsini soruşmuş, o, kartın şifrəsini dedikdən sonra həmin şəxs kartı çıxararaq qaytarıb kartın hesabında pulun olmadığını bildirmişdir. Bundan sonra isə həmin şəxs oradan çıxıb getmişdir. O, bankomatdan pul çıxıb-çıxmamasını görməmişdir. Təxminən 15 dəqiqə orada gözlədikdən sonra “xxxx”a gedərək kartının yoxlanılmasını xahiş etmiş, orada ona məlum olmuşdur ki, kartından 200 manat pul həmin şəxs tərəfindən çıxarılaraq oğurlanmışdır. Bundan sonra o, ərizə ilə polisə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, bankomatdan kart hesabından pulu çıxaran hazırkı Təqsirləndirilən şəxs olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilməmişdir, pulunu tələb edir. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 10 dekabr 2019-cu il tarixdə təqaüd kartından pul çıxarmaq üçün əri Şahid1 kartı götürərək evdən çıxmış, həmin gün evə qayıdarkən tanımadığı 50-55 yaşlarında kişinin onu aldadaraq kartdan pulu çıxarıb oğurladığını bildirmişdir. Şikayətləri əsasında araşdırma zamanı müəyyən edilmişdir ki, bankomatdan kart hesabından pulu çıxaran hazırkı Təqsirləndirilən şəxs olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilməmişdir, pulunu tələb edir. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 06 mart 2020-ei il tarixdə kredit lazım olduğundan kredit alınması ilə əlaqədar ünvan 6 ünvanda yerləşən “xxxx”a müraciət etmişdir. Lakin orada ona nağd kredit verilməsinin mümkünsüzlüyünü izah edərək həmin banka aid “BirKart” kredit kartını almağını məsləhət görmüşlər. O, razılaşmış və müvafiq sənədləşmələr aparıldıqdan sonra ona “BirKart” kredit kartı verilmişdir. O, həmin kartı götürərək bankdan çıxmış və bankın yanında yerləşən bankomata yaxınlaşaraq oradan kartdan 300 manat çıxarmaq istəmişdir. Həmin zaman orada olan təxminən 60-65 yaşlarında kişi ona təklif etmişdir ki, ona kartdan pulu çıxarmağa köməklik etsin. O, razılaşaraq kartı kişiyə vermiş, həmin şəxs kartı bankomata daxil edərək ondan şifrəni soruşduqda, o, şifrəni demişdir. O, həmin şəxsin yanında elə dayanmışdır ki, bankın ekranında olan əməliyyatı görə bilməmişdir. Həm də ağlına gəlməmişdir ki, həmin yaşlı şəxs ona yalan danışar. Həmin şəxs ondan şifrəni soruşduqdan sonra kartı çıxararaq qaytarıb kart hesabında pulun olmamasını bildirmişdir. O, kartı həmin şəxsdən alaraq yenidən “xxxx”ın əməkdaşlarına yaxınlaşıb kartın hesabında pul olmaması səbəbindən pulu çıxara bilmədiyini bildirmiş, həmin əməkdaşla birlikdə yenidən bankomata yaxınlaşmış, həmin şəxs kartın hesabından 300 manat çıxararaq ona vermişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. 19 mart 2020-ci il tarixdə kredit borcunu ödəmək məqsədilə banka yaxınlaşaraq 305 manat ödəmişdir. 20 aprel 2020-ci il tarixdə banka borcunun olması bildirildiyindən o, yaxınlaşaraq bankla əlaqə saxladıqda 06 mart 2020-ci il tarixdə iki dəfə əməliyyat aparılmaqla bankdan ilk dəfə 400 manat çıxarılması və həmin məbləğin borclu qalınması bildirildikdə, ona məlum olmuşdur ki, ilkin olaraq ona kömək etmək təklifi etmiş yaşlı kişi aldadaraq pulunu ələ keçirmişdir. Ona görə də bankdan sənədlərin surətlərini çıxararaq 21 aprel 2020-ci il tarixdə ərizə ilə polisə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, bankomatdan kart hesabından pulu çıxaran hazırkı Təqsirləndirilən şəxs olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilməmişdir, pulunu tələb edir. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 12 dekabr 2019-cu il tarixdə təqaüdünü almaq üçün yaşadığı evin yaxınlığında olan E.Süleymanov küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki “Rahat” marketin qarşısında olan bankomata yaxınlaşmışdır. Kartını orada olan tanımadığı təxminən 50-55 yaşlarında olan bir nəfər kişiyə vermişdir ki, hesabında olan pulun çıxarılmasında ona köməklik etsin. Həmin şəxs kartı alaraq bankomatın qarşısına keçmiş və kartı bankomata daxil etmişdir. Lakin həmin şəxs bankomatın qarşısında dayandığından o, bankomatın ekranını görə bilməmişdir. Həmin şəxs kartı bankomata daxil etmiş, ondan şifrəni soruşduqdan sonra kartı çıxararaq ona qaytarıb kartda problem olduğunu bildirmiş və oradan uzaqlaşaraq çıxıb getmişdir. Bu səbəbdən o, həmin gün kartını dəyişmək üçün Nizami rayon Dövlət Sosial Fonduna gedərək kartında problem olduğunu, kartını dəyişmək istədiyini demişdir. Lakin orada kartı yoxlayıb kartının qaydasında olduğunu, kartından 480 manat pulun çıxarıldığını bildirmişlər. Bundan sonra o, başa düşmüşdür ki, kartını alan şəxs ona yalandan kartda problem olmasını bildirərək kartın hesabından 480 manat pulu çıxararaq oğurluq etmişdir. Bundan sonra polisə şikayət etmiş, müəyyən edilmişdir ki, bankomatdan kart hesabından pulu çıxaran hazırkı Təqsirləndirilən şəxs olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilməmişdir, pulunu tələb edir. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 Əhəd oğlu hazırda baxılan cinayət işi ilə bağlı olmayan digər səbəbdən 16 may 2021-ci il tarixdə vəfat etmiş, onun yaxın qohumu hesab olunan, həyat yoldaşı Şahid2 müraciəti əsasında o, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq, işə buraxılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 göstərmişdir ki, 14 oktyabr 2020-ci il tarixdə mərhum Zərərçəkmiş şəxs3 təqaüdünü almaq üçün o, yaşadıqları evin yaxınlığında olan E.Süleymanov küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki “Rahat” marketin qarşısındakı bankomata yaxınlaşmışdır. Kartı orada olan tanımadığı təxminən 50-55 yaşlarında olan bir nəfər kişiyə vermişdir ki, kartın hesabında olan pulun çıxarılmasında ona köməklik etsin. Həmin şəxs onunla razılaşaraq kartı alıb bankomatın qarşısına keçmiş və kartı bankomata daxil etmişdir. Həmin şəxs bankomatın qarşısında elə dayanmışdır ki, o, ekranı görə bilməmişdir. Həmin şəxs ondan şifrəni soruşduqdan sonra kartı çıxararaq qaytarıb kartda problem olmasını bildirmiş və oradan uzaqlaşaraq çıxıb getmişdir. Buna görə o, kartı dəyişmək üçün həmin gün Nizami rayon Dövlət Sosial Fonduna getmiş, kartında problem olduğunu, dəyişmək istədiyini demişdir. Orada kartını yoxlayaraq kartın qaydasında olduğunu və kartdan 300 manat pulun çıxarıldığını bildirmişlər. Bundan sonra o, başa düşmüşdür ki, kartı alan şəxs ona yalandan kartda problem olduğunu bildirib kartın hesabından 300 manat pulu çıxararaq oğurluq etmişdir. Hadisə ilə bağlı polisə şikayət etmişlər, müəyyən edilmişdir ki, bankomatdan kart hesabından pulu çıxaran hazırkı Təqsirləndirilən şəxs olmuşdur. Onlara vurulmuş maddi ziyan ödənilməmişdir, ziyanın ödənilməsini tələb edir. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə poçt vasitəsi ilə teleqram göndərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs2 sözügedən ifadəsində göstərmişdir ki, o, təqaüdçüdür və qızı Şahid4 ilə birlikdə yaşayır. Qoca olduğundan təqaüd kartından təqaüd pulunu qızı çəkir. 28 noyabr 2019-cu il tarixdə qızı Bayaz kartı götürüb apararaq onun təqaüdünü çəkməli olmuşdur. Qızı evə gəldikdə kartda pulun olmamasını bildirmişdir. 03 dekabr 2019-cu il tarixdə qızı onun kartını nəvəsinə vermişdir ki, təqaüd pulunu çıxartsın. Lakin nəvəsi gedib gəldikdən sonra artıq pulun çıxarılmasını bildirmişdir. Sonradan qızı ona bildirmişdir ki, 28 noyabr 2019-cu il tarixdə təqaüd pulunu çıxaran zaman orada olan təxminən 40-50 yaşlarında olan kişiyə kartı vermiş və sonuncu kartı aparata salıb çıxararaq pulun olmamasını bildirmiş və pulu oğurlamışdır. Hadisə nəticəsində ona ümumilikdə 130 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə məcburi gətirilməsinə dair qərar qəbul edilmiş, lakin qərarın icrası mümkün olmamışdır. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs5 sözügedən ifadəsində göstərmişdir ki, 18 fevral 2020-ci il tarixdə təqaüdünün alınması ilə əlaqədar olaraq yaşadığı evin yaxınlığında olan E.Süleymanov küçəsindəki “Araz” marketin qarşısında olan “Beynəlxalq” Bankın ATM-nə yaxınlaşmış, kartını orada olan tanımadığı təxminən 50-55 yaşlarında olan bir nəfər kişiyə vermişdir ki, kartın hesabında olan pulun çıxarılmasında ona köməklik etsin. Həmin şəxs razılaşaraq kartı alıb ATM-nin qarşısına keçmiş və kartı ATM-nə daxil etmiş, lakin sonuncu ATM-nin qarşısında elə dayanmışdır ki, o, ATM-nin ekranını görə bilməmişdir. Həmin şəxs kartı ATM-ə daxil edərək ondan şifrəni soruşduqda, o, həmin şəxsə şifrəni demişdir. Həmin şəxs ondan şifrəni soruşduqdan sonra kartı çıxarıb qaytararaq kartın hesabında pul olmamasını bildirmişdir. Bundan sonra o, kartını götürərək yaşadığı ünvana qayıtmış və qonşulardan artıq təqaüdlərin kartların hesabına köçürülməsini öyrəndiyindən yenidən həmin ünvandakı ATM-nin yanına qayıdaraq kartını orada yoxladıqda kartının hesabından 300 manat pulunun çıxarılmasım görüb başa düşmüşdür ki, ona köməklik edən şəxs onu aldararaq 300 manat pulu çıxararaq oğurluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs2 onun anasıdır və anasının təqaüdünü o, alır. 28 noyabr 2019-cu il tarixdə anasının adına olan təqaüd kartından təqaüd çıxarmaq üçün Bakı şəhəri Nizami Bələdiyyəsinin yanında yerləşən “xxxx”a aid bankomatın qarşısına getmiş və orada dayanan bir nəfər əvvəllər tanımadığı təxminən 50-55 yaşlarında olan kişidən ona kartdan pulun çıxarılmasına köməklik etməsini xahiş etmişdir. Həmin şəxs onunla razılaşaraq kartını almış və bankomatın qarşısına keçərək kartı bankomata daxil etmişdir. Həmin şəxs bankomatın qarşısında elə dayanmışdır ki, o, bankomatın ekranını görə bilməmişdir. Bundan sonra həmin şəxs soruşduğuna görə kartın şifrəsini demiş, bundan sonra həmin şəxs kartı bankomatdan çıxararaq ona uzadıb kartın balansında pul olmadığını bildirmişdir. O, kartı aldıqdan sonra həmin şəxs bankomatın qarşısından uzaqlaşaraq çıxıb getmişdir. Bundan sonra o da evə getmişdir. 03 dekabr 2019-cu il tarixdə kartı oğluna vermişdir ki, gedib kartdan pulu çıxarsın, ancaq oğlu kartı götürüb getdikdən sonra evə qayıdaraq kartın balansında pul olmadığını bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, 28 noyabr 2019-cu il tarixdə tanımadığı şəxs inanmağından istifadə edərək kartın balansında olan 130 manat pulu ondan xəbərsiz çıxararaq əldə etmişdir. Polisə şikayətlərindən sonra oğurluğu edən şəxsin hazırkı Təqsirləndirilən şəxs olması müəyyən edilsə də, onun tərəfindən anasına vurulmuş ziyan hal-hazıradək ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2020-ci il tarixdə günorta saatlarında “Laçın” Ticarət Mərkəzinin yanında yerləşən bankomatdan arvadı Mədinə Əliyevaya məxsus təqaüd kartından təqaüdü çəkmək istəyən vaxt təxminən 40-50 yaşlarında olan kişi ona kömək etməyi təklif etmişdir. O da razılaşaraq təqaüd kartını həmin şəxsə vermiş, həmin şəxs kartı alaraq bankomata daxil etmiş, sonra ondan şifrəni soruşmuşdur. O, şifrəni demiş, həmin şəxs kartı çıxararaq ona qaytarıb kartın hesabında pul olmadığını bildirmişdir. Bundan sonra o, kənarda dayanmışdır. Həmin şəxs oradan getdikdən sonra ona məlum olmuşdur ki, kartından 100 manat pul çıxarılmışdır. Şahid1 məhkəməyə məcburi gətirilməsinə dair qərar qəbul edilmiş, lakin qərarın icrası mümkün olmamışdır. Bununla əlaqədar həmin şahidin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq olunmuşdur. Şahid1 sözügedən ifadəsində göstərmişdir ki, 10 dekabr 2019-cu il tarixdə təqaüd kartından pul çıxarmaq üçün Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “Beynəlxalq” Bankın ATM-nə yaxınlaşmış və arvadı Zərərçəkmiş şəxs7 məxsus kartdan pul çıxarmaq istəyərkən orada olan əvvəllər tanımadığı təxminən 50-55 yaşlarında kişi ona kömək etməyi təklif etmişdir. O da sonuncu ilə razılaşaraq təqaüd kartını vermiş və həmin şəxs kartı ondan alaraq ATM-nə daxil etmişdir. Həmin şəxsin ATM-nin qarşısında dayanması səbəbindən ATM-nin ekranını görməmiş və orada nə əməliyyat aparılmasından xəbəri olmamışdır. Həmin şəxs kartı ATM-nə daxil etdikdən sonra ondan kartın şifrəsini soruşmuş və kartın şifrəsini dedikdən sonra həmin şəxs kartı çıxararaq qaytarıb kartın hesabında pulun olmadığını bildirmişdir. O, həmin şəxsə inanaraq ATM-nə baxmadan oradan uzaqlaşmışdır. Bundan sonra başqa yerdə yerləşən ATM-ə yaxınlaşaraq bir daha kartı salıb yoxlatdıqda məlum olmuşdur ki, ona kömək üçün yardımını təklif edən şəxs 200 manat pulunu çıxarmışdır. Ona görə də əsəbi halda polisə müraciət etmiş və özünə aid kartdan oğurluq edilməsini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 bank kartından pul vəsaitinin gizli yolla çıxarılaraq talanması barədə ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1) -“xxxx” ASC-dən verilmiş hesabdan çıxarışdan və 29 oktyabr 2020-ci il tarixli 42- 6485/2020 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs9 adına olan 4127 22** **** 2694 nömrəli təqaüd kartından 17 oktyabr 2020-ci il tarixdə saat 08:44-də 900 manat məbləğində pul vəsaiti çıxarılmışdır. (İ cild i.v. 9, 16) - 21 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, “xxxx”nın Təhlükəsizlik Departamentindən 42-6485/2020 nömrəli 23 oktyabr 2020-ci il tarixli məktubla daxil olmuş 17 oktyabr 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD diskdəki 1 ədəd fayla baxış keçirilmişdir. Fayl açıldıqda içərisində “xxxx”na aid 561 saylı ATM-də Zərərçəkmiş şəxs9 aid kartdan əməliyyat aparılarkən çəkilmiş fotoşəkillər öz əksini tapdığı müəyyən edilmişdir. Həmin fotoşəkillərə baxışda iştirak edən Təqsirləndirilən şəxs fotoşəkildəkinin özünün olduğunu, kart sahibinin əvəzinə əməliyyat apararaq 900 manat pulunu oğurladığı zaman həmin fotoşəkilin çəkildiyini bildirir. (İ cild i.v 39) - 22 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi müdafiəçisinin iştirakı ilə yerində yoxlanılmış, o, banklara məxsus ATM-lərdən müxtəlif şəxslərin kartlarından pul oğurladığı yerləri göstərib, əməlləri hansı qaydada törətdiyini izah etmişdir. (İ cild i.v. 49-54) -“xxxx” ASC-nin 20 noyabr 2020-ci il tarixli 42-7344/2020 nömrəli məktubundan görünür ki, Şahid2 adına olan 6762 61** **** 2694 nömrəli təqaüd kartından 14 oktyabr 2020-ci il tarixdə saat 12:32-də 300 manat məbləğində pul vəsaiti çıxarılmışdır. (İ cild i.v. 99) -“xxxx” ASC-dən verilmiş hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs4 adına olan təqaüd kartından 12 dekabr 2020-ci il tarixdə 480 manat məbləğində pul vəsaiti çıxarılmışdır. (İ cild i.v. 135) -“xxxx” ASC-dən verilmiş hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs5 adına olan təqaüd kartından 18 fevral 2020-ci il tarixdə 300 manat məbləğində pul vəsaiti çıxarılmışdır. (İ cild i.v. 156) -“xxxx” ASC-dən verilmiş hesabdan çıxarışdan görünür ki, X1 adına olan təqaüd kartından 10 dekabr 2019-cu il tarixdə 200 manat məbləğində pul vəsaiti çıxarılmışdır. (İ cild i.v. 184) -“xxxx” ASC-dən verilmiş hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs8 adına olan kartdan 06 mart 2020-ci il tarixdə 400 manat məbləğində pul vəsaiti çıxarılmışdır. (İ cild i.v. 202) -“xxxx” ASC-dən verilmiş hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs6 adına olan kartdan 30 yanvar 2020-ci il tarixdə 200 manat məbləğində pul vəsaiti çıxarılmışdır. (İ cild i.v. 222) -“xxxx” ASC-dən verilmiş hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 adına olan kartdan 28 noyabr 2019-cu il tarixdə 130 manat məbləğində pul vəsaiti çıxarılmışdır. (İ cild i.v. 240) -“xxxx” ASC-nin 30 oktyabr 2020-ci il tarixli 42-6565/2020 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 adına olan 6762 61** **** 3302 nömrəli təqaüd kartından 17 oktyabr 2020-ci il tarixdə 200 manat məbləğində pul vəsaiti çıxarılmışdır. (İİ cild i.v. 16) - 11 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş CD diskə baxış keçirilərkən Şahid3 kartından Təqsirləndirilən şəxs tərəfindən əməliyyat aparılması və pulların ələ keçirilməsi müəyyən edilmişdir. (İİ cild i.v. 23) - 18 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş CD diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 kartından Təqsirləndirilən şəxs tərəfindən əməliyyat aparılması və pulların ələ keçirilməsi müəyyən edilmişdir. (İİ cild i.v. 51) - 23 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş CD diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs2 kartından Təqsirləndirilən şəxs tərəfindən əməliyyat aparılması və pulların ələ keçirilməsi müəyyən edilmişdir. (İİ cild i.v. 66) - 11 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş CD diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs8 kartından Təqsirləndirilən şəxs tərəfindən əməliyyat aparılması və pulların ələ keçirilməsi müəyyən edilmişdir. (İİ cild i.v. 99) - 13 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş CD diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs4 kartından Təqsirləndirilən şəxs tərəfindən əməliyyat aparılması və pulların ələ keçirilməsi müəyyən edilmişdir. (İİ cild i.v. 124) - 14 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş CD diskə baxış keçirilərkən Şahid2 kartından Təqsirləndirilən şəxs tərəfindən əməliyyat aparılması və pulların ələ keçirilməsi müəyyən edilmişdir. (İİ cild i.v. 139) -Sübutların qiymətləndirilməsi haqqında 18 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmiş, Şahid3 100 manat pulunun gizli olaraq talanması faktı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərar Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmiş, 7 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (İİ cild i.v. 173-183) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 məxsus bank kartlarından istifadə edərək kart hesablarından müvafiq olaraq 480 manat və 200 manat məbləğində pulları çıxararaq oğurluq etməkdə özünü təqsirli bilməsə də, ibtidai istintaq zamanı verdiyi ifadələrində həmin əməllərini də etiraf etmişdir, bununla yanaşı onun həmin əməlləri də törətməsi və bu əməllərin törədilməsində təqsirli olması məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır, onun irəli sürdüyü dəlillər təkzib olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında 21 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 29) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 21 noyabr 2020-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 74-75) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqslirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 aprel 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələri ilə təqslirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 iyul 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild i.v. 76-77) -Məhkəməyə təqdim edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.6-cı maddələrinin tələblərinə uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə cinayət əməllərini törədərkən istinad edilən hökmlərə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş olmuşdur, ona görə cəza təyin edilərkən həmin məhkumluqlar nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək müharibə veteranı olmasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, oğurluğun təkrar törədilməsi cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulduğundan, cəza təyin edilərkən cəzanı ağırlaşdıran hal kimi təkrar nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 21 noyabr 2020-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 07 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; iş üzrə məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 07 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar