Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-136/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Xaçmaz rayonu, Qaradqurdlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Vunqtaou küçəsi ev 13-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə «instagram» sosial şəbəkəsində «masın_cerimelerin_silinmesi» adlı profil açaraq heç bir səlahiyyəti olmadığı halda yol hərəkəti qayda pozuntularına görə tətbiq olunmuş cərimələrin və bank krediti borclarının güzəştli şərtlərlə silinməsi barədə elan yerləşdirməsi ilə əlaqədar ona müraciət etmiş Zərərçəkmiş şəxs idarə etdiyi «Mersedes E230» markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomli ilə yol verdiyi irzibati xətalara görə tətbiq edilmiş 3923 manat cərimələrinin silinməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq və etibarından sui-istifadə edərək 18 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 115/9 ünvanda yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 52 saylı dövlət notariat kontorundakı «Milliön» ödəmə terminalının qarşısında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 1650 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə, ümumilikdə sonuncuya 1650 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində «İnstagram» sosial şəbəkəsində «masin_cerimelerin_silinməsi» adlı profil açmışdır. Profildə «DYP tərəfindən yazılan bütün cerimelərin 50% ödənişlə silinməsi, bank tərəfindən kreditlə olan maşınların 60 % silinməsi, bank borcunun 60 % silinməsi» məzmununda elan yerləşdirmişdir. 2021-ci ilin oktyabr ayının ortalarında sonradan Zərərçəkmiş şəxs kimi tanıdığı şəxs 4500 manatlıq yol hərəkəti qaydalarına görə tətbiq olunmuş inzibati cərimələrinin silinməsi üçün ona müraciət etmişdir. Adilə «Mosbet» idman mərc oyunları saytında qalib gəlib pul qazandığını, lakin həmin pulu bank kartında olan problemə görə nağdlaşdıra bilmədiyini, buna görə onlayn qaydada bu cür ödənişlər etdiyini bildirmişdir. Adil ona inanmış və təxminən 18 oktyabr 2021-ci il tarixdə Adil Bakı şəhəri, Nizami rayonu, metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında yerləşən notarius ofisinin içində ödəmə terminalı vasitəsi ilə onun 4169 7332 1371 4939 nömrəli «Kapital bank»a aid bank kartının hesabına 1650 manat pul ödəmişdir. Adil ilə görüşən zaman sonuncunun yanında Elnur adlı şəxs də olmuşdur. Adil pul ödədikdən sonra hər üçü yaxınlıqda olan kafelərin birində əyləşərək çay içmiş, həmin vaxt mobil telefon vasitəsi ilə inandırıcı olması üçün Adilin cərimələrindən onlayn qaydada 520 manat ödəniş etmişdir. Bundan sonra sonuncuların ona inandığını görüb plastik kartına minus düşməsini bir gün gözləməyi, ya da 500 manat pul köçürülməsini demişdir. Bu zaman cərimələrin ödənməsi prosesinin başlandığını görən Adilin yanında olan Elnur adlı şəxs, Adilin işini qurtardıqdan sonra onun banka olan 5000 manat pulunun ödənilməsinə köməklik edib-edə bilmyəcəyini ondan soruşmuşdur. Sonuncuya Adilin işi qurtardıqdan sonra kömək edə biləcəyini demişdir. Bundan sonra Elnur Bakı şəhəri, Nizami rayonu, Metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında yerləşən «Lotos» ticarət mərkəzinin içində olan ödəniş terminalından onun bank kartının hesabına ödəməklə pul göndərmişdir. Bununla onun bank kartının hesabına 2150 manat pul ödənilmişdir. Bundan sonra onlar yenə həmin kafeyə qayıtmış, kafedən olan zaman ödənişdən yayınmaq üçün Adil və Elnura təxminən bir saat ərzində kartı minusdan çıxacağını, bu müddət ərzində onların kafedə əyləşmələrini onun isə bir nəfərlə görüşüb qayıdacağını deyərək, bu yolla sonunculardan uzaqlaşmışdır. Adil və Elnurdan almış olduğu 1630 manat pulu Bakı şəhərinin müxtəlif yerlərində yerləşən ATM-lərdən, sonuncu 500 manatı isə 2021-ci ilin noyabr ayının əvvəllərində Nizami rayonu ərazisində yerləşən metronun «Qara Qarayev» stansiyasının yaxınlığında “Kapital Bank”ın Qara Qarayev filialından çıxarmışdır. Həmin pulları şəxsi tələbatına xərcələmiş və sonradan 2150 manat pulu Zərərçəkmiş şəxs ödəmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabr ayının ortalarında “tiktok” sosial şəbəkəsində "DİN və cərimələrin silinməsi 50%” adı ilə profil olmasını görüb həmin profilə yazmış və orada ona məxsus **-FR-*** nömrə nişanlı «Mersedes E 230» markalı avtomobilinin 4500 manat civarında cərimələrinin olmasını və bu cərimələrin silinməsində köməklik edilməsini xahiş etmişdir. Həmin şəxs ona «VVhatsapp» tətbiqi ilə yazmağı xahiş etmiş, həmin tətbiqlə istifadəsində olan mobil nömrəsinə yazdıqda həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və 4500 manat cərimələrinin silinməsinin qarşılığında ondan 1300 manat pul istəmişdir. 18 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində “Xaqlar Dostluğu” Ticarət Mərkəzi yaxınlığında Sahiblə görüşmüşdür. Həmin görüşə maşını satacağı müştəri Sadiq və Elnur adlı tanışı ilə birlikdə gəlmişdir. Metronun “Xalqlar Dostluğu” stansiyasının çıxışında olan notariat kontorunda özünə məxsus avtomobili Sadiqə sataraq müəyyən sənədləşdirmə aparmış və sonuncu getmişdir. Sahiblə görüşdükdə sonuncu ondan 1650 manat pul istəmiş və cərimələrinin hamısını, yəni 4500 manatı siləcəyini demişdir. Həmin notariat kontorunun içərisində Milliön ödəniş terminalının qarşısında Sahib ondan 1650 manat pulu götürüb «Kapital bank» hesab kartına yükləmişdir. Sonra Elnur da avtomobilinin 4.000 manatdan yuxarı cəriməsi olduğunu Sahibə demiş və sonuncu: «Elnur sən get Lotos Ticarət Mərkəzinin içərisində olan ödəniş terminalından 500 manat pul ödə» demişdir. Elnur 500 manat pulu deyilən şəkildə ödəmə terminalı ilə Sahibin kart hesabına ödəmişdir. Bir neçə gün sonra DYPŞ əməkdaşına yaxınlaşıb cərimələrini yoxlatmış, cərimələrinin 3923 manat, Bakı Nəqliyyat Agentliyinin cərimələri ilə birlikdə isə 4200 manat olduğunu bilmiş, Elnur da cərimələrinin ödənilmədiyini demişdir. Bundan sonra, avtomobili Sadiq adlı şəxsə satmaq üçün sonuncudan aldığı pulla bütün cərimələri ödəmiş və avtomobili satmışdır. Elnura dəymiş zərərə görə sonuncuya 500 manat pul vermişdir. Ümumilikdə ona 2150 manat maddi zərər dəymiş və həmin zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ona ödənilmişdir. Hazırda heç bir şikayəti, iddia və tələbi yoxdur. İş materiallarında olan 27 noyabr 2021-ci il tarixli «İfadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Nizami rayonu ərazisində yerləşən metronun Xalqlar Dostluğu stansiyasının giriş-çıxış hissəsinin yaxınlığında, yəni Nizami rayonu Qara Qarayev prospekti 115/9 ünvanda yerləşən Azərbayacan Respublikası Ədliyyə Nazirliyi ünvan nin qarşısına gələrək, həmin ofisin içərisində olan “Milliön'’ ödəmə terminalının qarşısında 18 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 1650 manat pul verdiyini göstərmişdir. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli «Təqdim edilən sənədi götürmə və həmin sənədə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, **-FR-*** nömrə nişanlı “Mersedes E 230” markalı avtomobilin sürücüsü tərəfindən İXM-nin 339.1-1-ci maddəsi ilə 27 dəfə, 469.3-cü maddəsi ilə 26 dəfə və digər maddələrlə nəzərdə tutulan əməlin törədilməsi və bir neçə dəfə qayda pozuntusu ilə əlaqədar cərimələr tətbiq edilmiş və EQ seriyalı protokollara görə ümumi cərimələrin məbləği 3923 manatdır. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli «Könüllü təqdim edilən əşyalara baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «iphone 6S» markalı mobil telefonun «Vatsapp» sosial şəbəkəsinə baxış keçirilərkən ***-***-**-** nömrəli abonentin Təqsirləndirilən şəxs sonuncunun hesabına köçürdüyü 2150 manat pulunun geri qaytarılmasını tələb etmiş və Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinin Zərərçəkmiş şəxs aid olmduğunu bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, telefonun «İnstaqram» sosial şəbəkəsinə baxış keçirilərkən, Samir Qurbanovun «masın_cerimelerin_silinmesi» adlı profillə qeydiyyatdan keçməsi, profildə inzibati və bank cərimələrinin güzəştli şərtlərlə silinməsi ilə bağlı reklam yerləşdirilməsi, müxtəlif istifadəçilərin Təqsirləndirilən şəxs cərimələrin silinməsi ilə bağlı müraciət etməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli götürmə protokolundan görünür ki, 38 vərəqdən ibarət Təqsirləndirilən şəxs məxsus Kapital Bankdan ödəniş kartı üzrə çıxarış götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə cəzasına, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına, Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına məhkum edilmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası CM-nə edilmiş dəyişiklik tətbiq edilməklə CM-nin 186.2.2-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmiş, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş və xx.xx.2021-ci il tarixdə cəriməni tam ödədiyindən qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, cinayət işi üzrə ona dəymiş 2150 manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ona ödənilmiş və sonuncu ilə barışmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan sübutları tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğuna münasibətdə Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin oluna bilər. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 30 saat, məhkəmədə iştirak etdiyi 32 saat, cəmi 62 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 372 manat (62x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir.. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 62 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 372 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-136/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-136/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver