Məhkəmə qərarları › İş №1(007)-137/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-137/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-137/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 oğlunun və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.5ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, 31.10.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02.11.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 oğlu özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 06 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi ünvan 3 ünvanda yerləşən «Dönərzadə» adlı köşkə gəlib, əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs2 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün köşkün qarşısında dayanmış, Təqsirləndirilən şəxs1 isə köşkün qapısını vintaçanla açaraq qanunsuz olaraq köşkə daxil olub oradan 20 manat dəyərində 4 ədəd 5 manatlıq, 30 manat dəyərində 15 ədəd 2 manatlıq «Nar», 25 manat dəyərində 5 ədəd 5 manatlıq, 40 manat dəyərində 20 ədəd 2 manatlıq, 25 manat dəyərində 25 ədəd 1 manatlıq «Bakcell», 50 manat dəyərində 10 ədəd 5 manatlıq, 60 manat dəyərində 30 ədəd 2 manatlıq, 20 manat dəyərində 20 ədəd 1 manatlıq «Azercell» mobil operatorlarına məxsus danışıq kartlarını, hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 81 manat 60 qəpik dəyərində 24 qutu nazik «Kent 4», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu nazik «Kent 1», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu mentol «Kent 4», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu qalın «Kent 8», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu qalın «Kent 4», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu kompakt «Kent», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu nazik boz «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu nazik göy «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 64 manat dəyərində 20 qutu boz kompakt «Winston XS», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu göy «Winstor XS», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu boz qalın «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu qalın göy «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində nazik mentol «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu mentol 2 kapsul «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində mentol 1 kapsul «Winston», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu ağ nazik «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu qara nazik «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu göy nazik «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu mentol nazik «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu qalın qara «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu ağ qalın «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu göy qalın «Sobranie», hər birinin dəyəri 3 manat 50 qəpik olmaqla ümumilikdə 35 manat dəyərində 10 qutu kompakt «Sobranie», 6 manat dəyərində 1 qutu ağ Rusiya Federasiyası istehsalı «Sobranie», 3 manat dəyərində 1 qutu qara Rusiya Federasiyası istehsalı, hər birinin dəyəri 2 manat 30 qəpik olmaqla ümumilikdə 52 manat 90 qəpik dəyərində 23 qutu boz kompakt «Rothmans», hər birinin dəyəri 2 manat 30 qəpik olmaqla ümumilikdə 23 manat dəyərində 10 qutu göy kompakt «Rothmans», hər birinin dəyəri 1 manat 80 qəpik olmaqla ümumilikdə 27 manat dəyərində 15 qutu nazik qara «Magna», hər birinin dəyəri 1 manat 80 qəpik olmaqla ümumilikdə 14 manat 40 qəpik dəyərində 8 qutu ağ nazik «Magna», hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 24 manat dəyərində 12 qutu qara nazik «Classic», hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 qutu ağ nazik «Classic», hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 10 manat dəyərində 5 qutu qara «Want», hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 40 manat dəyərində 20 qutu göy «Want», hər birinin dəyəri 2 manat 10 qəpik olmaqla ümumilikdə 14 manat 70 qəpik olmaqla 7 qutu qalın «West», hər birinin dəyəri 2 manat 30 qəpik olmaqla 23 manat dəyərində 10 qutu nazik boz «Vinçestr», hər birinin dəyəri 2 manat 30 qəpik olmaqla ümumilikdə 23 manat dəyərində 10 qutu göy «Vinçestr», hər birinin dəyəri 1 manat 60 qəpik olmaqla ümumilikdə 24 manat dəyərində 15 qutu qalın göy «Arqo», hər birinin dəyəri 2 manat 80 qəpik olmaqla ümumilikdə 56 manat dəyərində 20 qutu nazik boz «LD», hər birinin dəyəri 2 manat 80 qəpik olmaqla ümumilikdə 28 manat dəyərində 10 qutu ağ nazik «LD» markalı siqaretləri və 40 manat məbləğində qəpik pulları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1567 manat 60 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən «Dönərzadə» adlı köşkün qapısını vintaçanla açaraq qanunsuz olaraq köşkə daxil olub oradan 15 manat dəyərində 3 ədəd 5 manatlıq, 20 manat dəyərində 10 ədəd 2 manatlıq, 16 manat dəyərində 16 ədəd 1 manatlıq «Azercell», 15 manat dəyərində 5 ədəd 3 manatlıq, 20 manat dəyərində 10 ədəd 2 manatlıq «Nar», 30 manat dəyərində 6 ədəd 5 manatlıq, 30 manat dəyərində 15 ədəd 2 manatlıq, 22 manat dəyərində 22 ədəd 1 manatlıq «Bakcell» mobil operatorlarına məxsus danışıq kartlarını, hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 68 manat dəyərində 20 qutu nazik «Kent 4», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu nazik «Kent 1», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 81 manat 60 qəpik dəyərində 24 qutu «Kent 4», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu qalın «Kent 4”, hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu qalın «Kent 8», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu mentol «Sobranie», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 81 manat 60 qəpik dəyərində 24 qutu nazik «Kent 4», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu ağ qalın «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu göy qalın «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu qara qalın «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu ağ nazik «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu qara nazik «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu göy nazik «Sobranie», 6 manat dəyərində 1 qutu qara Rusiya Federasiyası istehsalı «Sobranie», 6 manat dəyərində 1 qutu ağ Rusiya Federasiyası istehsalı «Sobranie», hər birinin dəyəri 3 manat 50 qəpik olmaqla ümumilikdə 35 manat dəyərində 10 qutu kompakt «Sobranie», hər birinin dəyəri 2 manat 30 qəpik olmaqla ümumilikdə 46 manat dəyərində 20 qutu kompakt boz «Rothmans», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 64 manat dəyərində 20 qutu kompakt boz «Winston XS», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu göy «Winston XS», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 48 manat dəyərində 15 qutu boz nazik «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu göy nazik «Winston», hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 40 manat dəyərində 20 qutu göy nazik «Want», hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 qutu qara nazik «Want» markalı siqaretləri gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1089 manat 20 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 06 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi ünvan 3 ünvanda yerləşən «Dönərzadə» adlı köşkə gəlib, əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs2 niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün köşkün qarşısında dayanmış, Təqsirləndirilən şəxs1 isə köşkün qapısını vintaçanla açaraq qanunsuz olaraq köşkə daxil olub oradan 20 manat dəyərində 4 ədəd 5 manatlıq, 30 manat dəyərində 15 ədəd 2 manatlıq «Nar», 25 manat dəyərində 5 ədəd 5 manatlıq, 40 manat dəyərində 20 ədəd 2 manatlıq, 25 manat dəyərində 25 ədəd 1 manatlıq «Bakcell», 50 manat dəyərində 10 ədəd 5 manatlıq, 60 manat dəyərində 30 ədəd 2 manatlıq, 20 manat dəyərində 20 ədəd 1 manatlıq «Azercell» mobil operatorlarına məxsus danışıq kartlarını, hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 81 manat 60 qəpik dəyərində 24 qutu nazik «Kent 4», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu nazik «Kent 1», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu mentol «Kent 4», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu qalın «Kent 8», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu qalın «Kent 4», hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla ümumilikdə 34 manat dəyərində 10 qutu kompakt «Kent», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu nazik boz «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu nazik göy «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 64 manat dəyərində 20 qutu boz kompakt «Winston XS», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu göy «Winstor XS», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu boz qalın «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu qalın göy «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində nazik mentol «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu mentol 2 kapsul «Winston», hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində mentol 1 kapsul «Winston», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu ağ nazik «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu qara nazik «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu göy nazik «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu mentol nazik «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu qalın qara «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu ağ qalın «Sobranie», hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 qutu göy qalın «Sobranie», hər birinin dəyəri 3 manat 50 qəpik olmaqla ümumilikdə 35 manat dəyərində 10 qutu kompakt «Sobranie», 6 manat dəyərində 1 qutu ağ Rusiya Federasiyası istehsalı «Sobranie», 3 manat dəyərində 1 qutu qara Rusiya Federasiyası istehsalı, hər birinin dəyəri 2 manat 30 qəpik olmaqla ümumilikdə 52 manat 90 qəpik dəyərində 23 qutu boz kompakt «Rothmans», hər birinin dəyəri 2 manat 30 qəpik olmaqla ümumilikdə 23 manat dəyərində 10 qutu göy kompakt «Rothmans», hər birinin dəyəri 1 manat 80 qəpik olmaqla ümumilikdə 27 manat dəyərində 15 qutu nazik qara «Magna», hər birinin dəyəri 1 manat 80 qəpik olmaqla ümumilikdə 14 manat 40 qəpik dəyərində 8 qutu ağ nazik «Magna», hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 24 manat dəyərində 12 qutu qara nazik «Classic», hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 qutu ağ nazik «Classic», hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 10 manat dəyərində 5 qutu qara «Want», hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 40 manat dəyərində 20 qutu göy «Want», hər birinin dəyəri 2 manat 10 qəpik olmaqla ümumilikdə 14 manat 70 qəpik olmaqla 7 qutu qalın «West», hər birinin dəyəri 2 manat 30 qəpik olmaqla 23 manat dəyərində 10 qutu nazik boz «Vinçestr», hər birinin dəyəri 2 manat 30 qəpik olmaqla ümumilikdə 23 manat dəyərində 10 qutu göy «Vinçestr», hər birinin dəyəri 1 manat 60 qəpik olmaqla ümumilikdə 24 manat dəyərində 15 qutu qalın göy «Arqo», hər birinin dəyəri 2 manat 80 qəpik olmaqla ümumilikdə 56 manat dəyərində 20 qutu nazik boz «LD», hər birinin dəyəri 2 manat 80 qəpik olmaqla ümumilikdə 28 manat dəyərində 10 qutu ağ nazik «LD» markalı siqaretləri və 40 manat məbləğində qəpik pulları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1567 manat 60 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə bir məhəllədə böyümüşdür, aralarında dostluq münasibətləri olmuşdur. 06 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında olan zaman Fəridi görmüş, Fəridlə söhbət edib, həmin ərazidə təxminən üç saat gəzmişlər. Söhbət əsnasında Fəridə “Neftçilər” metrostansiyasının yaxınlığında siqaret satan köşk olduğunu, oradan oğurluq etməyin əlverişli olduğunu bildirərək Fəridə onunla getməyi və köşkdən oğurluq edən zaman onu bayırda gözləməsini təklif etmişdir. Fərid onunla razılaşmış və birlikdə piyada həmin yerə getmişlər. Həmin köşkün üzərində “Dönərzadə” yazılmışdır. Fərid köşkün sol tərəfində işıq dayağının kənarında dayanmış, o, üzərində gətirdiyi vintaçan ilə köşkün qapısını açıb köşkə daxil olmuşdur. Köşkdən müxtəlif markalı siqaretlər və təxminən 30 manat qəpik pul götürmüşdür. O, oğurladığı əmlakı köşkdən bir sellofan paket götürüb içinə yığaraq bayıra çıxmış və Fəridlə birlikdə “Neftçilər” metrostansiyasının yanına getmişdir. “Neftçilər” metrostansiyasının qarşısında birlikdə taksiyə əyləşərək Əhmədli qəsəbəsinə getmişlər. Əhmədli qəsəbəsində balaca bir köşkün qarşısında taksini dayandırmış və siqaretləri satmaq üçün həmin köşkə getmişdir. Fərid taksidə onu gözləmişdir. O, siqaretləri köşkü işlədən Elman adlı şəxsə 465 manata sataraq Fəridin yanına getmiş, əldə etdiyi puldan təxminən 200 manatını Fəridə vermişdir. 23 sentyabr 2020-ci il tarixdə saat 07 radələrində yenidən həmin köşkə gedərək üzərində gətirdiyi vintaçan ilə qapını açaraq həmin köşkə daxil olub 2 ədəd “bizon” enerji içkisini və təxminən 157 manat dəyərində müxtəlif siqaretləri oğurlamış və yenidən aparıb Elmana satmışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə bir məhəllədə böyümüşdür, aralarında dostluq münasibətləri olmuşdur. 06 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında olan zaman Vüsalı görmüş, Vüsalla söhbət edib, həmin ərazidə təxminən üç saat gəzmişlər. Söhbət əsnasında Vüsal “Neftçilər” metrostansiyasının yaxınlığında siqaret satan köşk olduğunu, oradan oğurluq etməyin əlverişli olduğunu bildirərək ona onunla getməyi və köşkdən oğurluq edən zaman onu bayırda gözləməyi təklif etmişdir. O, Vüsalla razılaşmış və hər ikisi piyada həmin yerə getmişlər. Həmin köşkün üzərində “Dönərzadə” yazılmışdır. O, köşkün sol tərəfində işıq dayağının kənarında dayanmış, Vüsal isə üzərində gətirdiyi vintaçan ilə köşkün qapısını açıb köşkə daxil olmuşdur. Təxminən 10-15 dəqiqə sonra Vüsal əlində sellofan paket ilə bayıra çıxmış və onlar birlikdə “Neftçilər” metrostansiyasının yanına getmişlər. Yolda Vüsal ona köşkdən siqaret və danışıq kartları oğurladığını demişdir. “Neftçilər” metrostansiyasının qarşısında birlikdə taksiyə əyləşərək Əhmədli qəsəbəsinə getmişlər. Əhmədli qəsəbəsində balaca bir köşkün qarşısında Vüsal taksini dayandırmış və siqaretləri satmaq üçün həmin köşkə getmişdir. O, taksidə Vüsalı gözləmiş, Vüsal siqaretləri və danışıq kartlarını sataraq onun yanına gəlmişdir. Əldə etdikləri pulu birlikdə xərcləmişlər. Əməlindən peşmandır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nizami rayonu, Qara Qarayev prospekti 83 ünvanında yerləşən “Dönərzadə” köşkündən 4 kv/metr hissəsini icarəyə götürmüşdür. Köşkün iş fəaliyyəti hər gün səhər 09-dan axaşam saat 23 radələrinə qədər davam edir. 06 sentyabr 2020-ci il tarixdə sahər saat 09 radələrində köşkdə satıcı işləyən Yusif mobil telefonla onunla əlaqə saxlayaraq köşkdə oğurluq hadisəsi olduğunu bildirmişdir. Təxminən yarım saat sonra köşkə getmiş və ərazi üzrə polis bölməsinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi zamanı müxtəlif markalı siqaretlər, danışıq kartları və 40 manat məbləğində xırda qəpiklər oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona 1567,60 manat maddi ziyan dəymişdir. Bundan sonra 23 sentyabr 2020-ci il tarixdə saat 9:00 radələrində işçisi Şahid ona zəng edərək köşkün qapısının açıq olduğunu, köşkdən siqaretlərin, kontur kartlarının və xırda pulun oğurlandığını demişdir. Həmin oğurluq nəticəsində ona 1089,20 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər ona ümumilikdə 2656,80 manat ziyan vurmuşlar və ziyanı ödəməmişlər. Təqsirləndirilən şəxslərə qarşı şikayəti vardır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 22.09.2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 22.09.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - şübhəli şəxsin tutulması haqqında 31.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - maddi sübut qismində tanınma haqqında 02.11.2020-ci il tarixli qərardan görünür ki, bir ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-203/2020 saylı, 02.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - 10.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 09.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 10.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur....18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs 1567,60 manat məbləğində əmlakını, təkrarən həmin saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin 1089,20 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin ifadələri ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs 1567,60 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin ifadələri ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 1(011)-62/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 27.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.11.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 2 il sınaq müddəti müəyyən edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.06.2015-ci il tarixli qərarı ilə təyin olunmuş şərti məhkumetmə ləğv edilmiş və məhkumluğu götürülmüşdür. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 1(011)-62/2021 nömrəli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 1(011)-62/2021 nömrəli hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcından, yəni 08 oktyabr 2020-ci il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 31 oktyabr 2020-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin ibtidai istintaqda iştirak etdikləri müddət 40 iş saatı və məhkəmədə iştirak etdikləri müddət 30 iş saatı, cəmi 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 420 (dörd yüz iyirmi) manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 1(011)-62/2021 nömrəli hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza – 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə istintaqda 40 saat, məhkəmədə 30 saat, cəmi 70 saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar