Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-137/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1991-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 5 ünvanında qeydiyyatda olan, Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.11, 181.3.2,182.2.3, 331.2, 331.3, 341.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3, 67.1 və 71.5-ci maddələrinə əsasən 100 manat cərimə cəzasına və 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanununun tətbiqi ilə bağlı CM-nin 331.2 və 331.3-cü maddələri ilə təyin edilmiş cəzadan azad olunmuş, üzərində 100 manat cərimə cəzası və 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan edilmiş əşya sayılan 2 ədəd “Nokia” markalı “Mini Phone” modelli, «**********34612, **********00158», imei kodlu mobil telefonları istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış və xx.xx.2022-ci il tarixdə saat 16-50 radələrində müəssisə əməkdaşları tərəfindən üzərinə keçirilmiş axtarışbaxış zamanı alt paltarının iç hissəsində gizlədilmiş həmin qadağan olunmuş mobil telefonlar birinin daxilində 070 ******* nömrəli danışıq kartı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, müəssisənin ərazisində olarkən ağacların arasında sellofan paketə bükülmüş 2 ədəd mobil telefon tapmış, həmin telefonları özü ilə götürərək saxlamışdır. Müəssisənin əməkdaşları axtarış-baxış tədbirləri keçirən zaman həmin telefonları ondan aşkar edərək götürmüşlər. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin rejim nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 16:50 radələrində 8-ci dəstədə qeydiyyatda olan 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs qısamüddətli görüşdən çıxarkən özünü şübhəli apardığına görə xüsusi ayrılmış otaqda hal şahidlərinin iştirakı ilə üzərinə axtarış-baxış tədbiri keçirilmişdir. Tədbir zamanı məhkum Təqsirləndirilən şəxs alt paltarının iç hissəsində gizlədilmiş işlək vəziyyətdə 02 (iki) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Həmin telefonlardan birinin daxilində danışıq kartı olmuşdur. Məhkumlara “X2” ilə qadağan olunmuş və məhkum Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd mobil telefon zərfə qoyularaq qablaşdırılmış, fakt barədə protokol tərtib edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin nəzarətçisi Şahid3 Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. İş üzrə şahidlər Şahid1, Şahid5 və Şahid6 ərizə ilə məhkəməyə müraciət edərək ifadələrini təsdiq etdiklərini bildirmişlər, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. İş üzrə şahidlər Şahid1, Şahid5 və Şahid6 istintaqda Şahid2 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları Şahid4, Şahid1, Şahid2, Şahid3, hal şahidləri məhkum Şahid6 və Şahid5 iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 16:50 radələrində 8 saylı dəstənin qeydiyyatında olan məhkum Təqsirləndirilən şəxs qısamüddətli görüşdən çıxarkən özünü şübhəli apardığına görə xüsusi ayrılmış otaqda üzərinə axtarış-baxış tədbiri keçirilən zaman ona məxsus alt paltarının iç hissəsində gizlədilmiş işlək vəziyyətdə 02 (iki) ədəd “Nokia” markalı mobil telefon aparatları (birinin daxilində sim kart olan) aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompüter texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/317 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş şərti olaraq “1 ” rəqəmi ilə işarə edilmiş arxa məlumat lövhəsinə görə “Nokia” markalı “Mini Phone” modelli proqram təminatında olan “**********34612, **********00158” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş şərti olaraq “2” rəqəmi ilə işarə edilmiş arxa məlumat lövhəsinə görə “Nokia” markalı “Mini Phone” modelli proqram təminatında olan “**********34612, **********00158” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş arxa məlumat lövhəsinə görə “Nokia” markalı “Mini Phone” modelli mobil telefonların hər ikisinin proqram təminatında olan “imei” kodla arxa tərəflərində məlumat lövhəsinə olan “imei” kodla fərqlidir. Tədqiq olunan iki ədəd arxa məlumat lövhəsinə görə “Nokia” markalı “Mini Phone” modelli mobil telefonların “UFED TOUCH 2” markalı qurğunun proqram təminatının metodlar bazasında modelinin olmaması səbəbindən həmin telefonların yaddaşlarında hər hansı bir məlumatların olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş şərti olaraq “1” rəqəmi ilə işarə edilmiş arxa məlumat lövhəsinə görə “Nokia” markalı “Mini Phone” modelli proqram təminatına görə “**********34612, **********00158” imei kodlu mobil telefonun “Menyu” hissəsinin “Phonebook (Telefon Kitabçası)” bölməsində 248 ədəd kontakt, “Calİ center (Zəng mərkəzi)/Dialled call (Yığılmış zəng)” bölməsində 03 ədəd yığılmış və Calİ center (Zəng mərkəzi)/Received calls (Qəbul ədilən zənglər) bölməsində 01 ədəd qəbul olunmuş zəng müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş şərti olaraq “2” rəqəmi ilə işarə edilmiş arxa məlumat lövhəsinə görə “Nokia” markalı “Mini Phone” modelli proqram təminatına görə “**********34612, **********00158” imei kodlu mobil telefonun “Menyu” hissəsinin müvafiq bölmələrində hər hansı bir məlumat müəyyən olunmadı. Təqdim edilmiş iki ədəd arxa məlumat lövhəsinə görə “Nokia” markalı “Mini Phone” modelli mobil telefonlarda foto və videoçəkiliş xidmətləri mövcud deyildir. - maddi sübut kimi tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, aşkar edilmiş 2 ədəd mobil telefon, 1 ədəd danışıq kartı, habelə "xxxx" MMC-nin 1 diski maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-137/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X2 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli Kollegiya qərarına 11 saylı əlavəyə əsasən “mobil telefon” cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Qarayev X1 Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.11, 181.3.2,182.2.3, 331.2, 331.3, 341.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3, 67.1 və 71.5-ci maddələrinə əsasən 100 manat cərimə cəzasına və 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanununun tətbiqi ilə bağlı CM-nin 331.2 və 331.3-cü maddələri ilə təyin edilmiş cəzadan azad olunmuş, üzərində 100 manat cərimə cəzası və 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi 100 manat cərimə cəzası və 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçildiyi xx.xx.2024-cü il tarixə 4 il 6 ay 29 gün çəkilməmiş azadlıqdan məhrum etmə cəzası və 100 manat cərimə cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs çəkilməmiş qalan 100 manat cərimə və 4 il 6 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Qarayev X1 Hərbi Məhkəməsinin 1(096)-32/2012 saylı, xx.xx.2012-ci il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; iş üzrə maddi sübut olan 2 ədəd “Nokia” markalı, “Mini Phone” modelli telefonlar və 1 ədəd danışıq kartı dövlət nəfinə müsadirə edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 53,65 (əlli üç manat, altmış beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 28 (iyirmi səkkiz) iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 168 (bir yüz altmış səkkiz) manat (28x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Cəlilabad Hərbi Məhkəməsinin 1(096)-32/2012 saylı, xx.xx.2012-ci il tarixli hökmü ilə təyin edilmiş 100 manat cərimə cəzasının və 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 100 manat cərimə cəzasını və 4 il 6 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza – 100 manat cərimə cəzası və 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “Nokia” markalı, “Mini Phone” modelli mobil telefon və 1 ədəd danışıq kartı dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 53,65 (əlli üç manat, altmış beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə 28 (iyirmi səkkiz) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 168 (bir yüz altmış səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-137/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-137/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver