Məhkəmə qərarları › İş №1(007)-138/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-138/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-138/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 2000-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Mircəfərli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli talamaq məqsədi ilə 01 dekabr 2021-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi, Bak şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 2E ünvanda yerləşən “Coffe Shopinq” kafesinin qapısının şüşəsini daş ilə vurub sındırma yolu ilə qanunsuz olaraq saxanc yeri olan həmin kafeyə daxil olub içəridə yerləşən kassadan 400 manat nağd pulu gizli talayaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 dekabr 2021-ci il tarixdə saat 01:30 radələrində "xxxx" MMC-yə məxsus Bakı Metropoliteni QSC-nin "xxxx" stansiyasının girişində yerləşən «Zeytun» aptekin şüşə qapısını daşla vurub sındırma yolu ilə qanunsuz olaraq saxlanc yeri olan həmin aptekə daxil olub içəridə yerləşən kassadan 300 manat nağd pulu gizli talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğu üçün 01 dekabr 2021-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində “Coffe Shopinq” kafesinin şüşə qapısını sındıraraq içəri daxil olub kassadan 150 manat pulu götürərək şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 02 dekabr 2021-ci il tarixdə saat təxminən 01:30 radələrində "xxxx" metrosuna bitişik "Zeytun” aptekin şüşə qapısını daş parçası ilə sındırıb içəri daxil olaraq kassadan 300 manat pulu götürmüşdür. "Koroğlu” metrosunun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və şəxsiyyətini təsdiq edən sənəd tələb olunmuşdur. Həmin vaxt içkili olduğuna görə polis əməkdaşları onu polis şöbəsinə aparmış və polis şöbəsində metronun "Koroğlu” stansiyasındakı aptekin şüşəsini sındırıb aptekin kassasından 300 manat oğurladığını polis əməkdaşlarına demişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmiş, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, dövlət ittihamçısının çıxışını və müdafiəçinin təklifini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təqsiri özünün səmimi etirafından başqa iş üzrə tədqiq edilmiş mötəbər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Kənan oğlunun məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Bak şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 2E ünvanda icarə müqaviləsi əsasında “Coffe Shopinq” kafesini işlətmişdir. Kafe hər gün səhər saat 07:30-dan axşam saat 23:30-dək fəaliyyət göstərmişdir. 30 noyabr 2021-ci ildə kafeni bağlayıb evə getmişdir. 01 dekabr 2021-ci ildə saat 07:45 radələrində işçisi onun mobil nömrəsinə zəng edərək kafenin giriş qapısının şüşəsinin sındırıldığını demişdir. Hadisə yerinə gəlmiş və kafenin kassasındakı 400 manat pulun yerində olmadığını müəyyən etmişdir. Baş vermiş hadisə barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs kassadan 150 manat miqdarında pul oğurlaması barədə dedikləri tamamilə yalandır. Həmin zaman kassada 400 manat pul olmuşdur. Bu barədə 30.11.2021-ci ilin satışı və kafedə olan hesabat dəftərindəki xırda pul üçün nəzərdə tutulan kassa qalığının qeydini təqdim edə bilər. Kafenin qapısının şüşəsinin sındırılması nətcəsində ona 80 manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs Kənan oğlunun işə əlavə olumuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmiş və sonuncuya qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, "xxxx" MMC-də təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyir. 02.12.2021-ci il tarixdə Bakı Metropoliteni QSC-nin "xxxx" stansiyasında yerləşən «Zeytun» aptekin şüşə qapısının sındırılması barədə məlumat daxil olmuşdur. "xxxx" MMC-nin rəhbərliyinə bu barədə məlumat verib aptekə getmişdir. Aptekin qapısının sındırılaraq kassada olan 300 manat nağd pulun oğurlandığı müəyyən edilmişdir. Aptekin müşahidə kameralarına baxarkən, 02.12.2021-ci il tarixdə saat 01:30-da bir nəfər şəxsin aptekin şüşə qapısını daş parçası ilə sındırığını, daha sonra aptekə daxil olaraq kassadan pulu oğurladığını müəyyən etmişdir. Həmin görüntüləri DVD diskə köçürüb təqdim etmişdir. Metronun "xxxx" stansiyasında yerləşən filialının şüşə qapısının sınması nəticəsində MMC-yə 230 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə işə əlavə olumuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmiş və sonuncuya qarşı şikayət və tələb yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahidlər Şahid1 və Şahid2 Mursal oğlunun ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İşdə olan 02 dekabr 2021-ci il tarixli raportdan görünür ki, Metronun "xxxx" stansiyasında «Zeytun» aptekin yaxınlığında Təqsirləndirilən şəxs içkili vəziyyətdə saxlanılaraq Bakı Metropolitenin Polis Şöbəsinə dəvət olunmuşdur. İşdə olan 02 dekabr 2021-ci il tarixli «Götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim edərək, həmin sellofan torbanın içərisində Bakı Metropoliteni QSC-nin "xxxx" stansiyasına bitişik olan «Zeytun» aptekdən oğurladığı pullar olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərisinə onun iştirakı ilə baxış keçirilən zaman 47 ədəd 1 manatlıq, 30 ədəd 5 manatlıq, 4 ədəd 20 manatlıq, 1 ədəd 10 manaqlıq əskinaz, cəmi 287 manat və qəpiklərlə 13 manat, ümumilikdə 300 manat məbləğində pul aşkar edilmişdir. İşdə olan 02 dekabr 2021-ci il tarixli «Götürmə haqqında» protokoldan görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən Bakı Metropolitenin "xxxx" stansiyasında yerləşən «Zeytun» aptekdən 02 dekabr 2021-ci il tarixdə saat 01:30 radələrində baş vermiş oğurluq hadisəsinin videogörüntüləri 1 ədəd DVD diskə köçürülmüş vəziyyətdə təqdim edilmiş və götürülmüşdür. İşdə olan 02 dekabr 2021-ci il tarixli «DVD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, bir nəfər şəxs Bakı metropoliteni QSC-nin "xxxx" stansiyasına bitişik olan «Zeytun» aptekinin şüşədən olan qapısını sındıraraq aptekə daxil olmuş və həmin aptekin kassasından pulları oğurlamışdır. Təqsirləndirilən şəxs videodiskdə olan videofayllara baxdıqdan sonra, həmin videofayllarda əks olunan şəxs olduğunu və 02 dekabr 2021-ci il tarixdə «Zeytun» aptekindən 300 manat pul oğurladığını bildirmişdir. İşdə olan 02 dekabr 2021-ci il tarixli «ifadənin yerində yoxlanılması barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdə saat 01:30 radələrində metronun "xxxx" stansiyanın giriş qapısının qarşısında yerləşən «Zeytun» aptekinin şüşədən olan qapısını daş parçası ilə sındıraraq aptekə daxil olduğunu və aptekin kassasından 300 manat pul oğurladığını əyani şəkildə göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İşdə olan 23 dekabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən “Coffe Shopinq” kafesinin qapısının şüşəsi sınıq vəziyyətdədir və kafenin içərisinə həmin şüşənin sınıq yerindən qanunsuz daxil olmaq mümkündür. Hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilərək protola əlavə olunmuşdur. İşdə olan 23 dekabr 2021-ci il tarixli «Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə gecə vaxtı həmin kafenin qapısının şüşəsini sındıraraq kafenin içərisinə daxil olduğunu və kafedə olan kassadan pul oğurladığını əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması keçirilən zaman çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən «Coffe Shopinq» kafesindən 300 manat deyil, 150 manat oğurlaması hissədə ifadəsinin iş materialları ilə təkzib olunduğunu nəzərə alaraq qəbul etmir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır və cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdən hal-hazıradək həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut - 300 (üç yüz) manat pul zərərçəkmiş hüquqi şəxs "xxxx" MMCyə qaytarılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə habelə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 ay 09 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bərdə şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bərdə Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 300 (üç yüz) manat zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə qaytarılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar