Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-138/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 avqust 2023-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən “8-ci kilometr” bazarında 5-ci sıradakı qadın geyimlərinin satışını həyata keçirən nömrəsiz mağazada masanın üzərində olan Zərərçəkmiş şəxs1 məxsus, **********25365 İMEİ kodlu, dəyəri 3 manat təşkil edən ***-***-**-** GSM mobil nömrəsi ilə işləyən 2500 manat dəyərində “İphone 13 pro Max” markalı mobil telefonu gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 2503 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107-də yerləşən “Laçın” ticarət mərkəzinin ikinci mərtəbəsindəki ərzaq mağazasında rəfin üzərində olan Zərərçəkmiş şəxs2 məxsus Şahid1 istifadəsində olan **********52985 İMEİ kodlu, dəyəri 3 manat təşkil edən ***-***-**-** GSM mobil nömrəsi ilə işləyən 1000 manat dəyərində “Samsung A54” markalı mobil telefonu gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 1003 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,997 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 17 radələrində ünvan 3 ünvanının qarşısında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən oğurluq cinayətini törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,997 qram olan, ağ rəngli kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə qismən təqsirli bilərək, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə “Laçın” ticarət mərkəzində olan zaman Zərərçəkmiş şəxs2 məxsus telefonu götürmüşdür. Zərərçəkmiş şəxs1 məxsus telefonu o, götürməmişdir. Saxlanılan vaxt onun üzərində narkotik vasitə olmamışdır. Bakı şəhəri, Xətai rayonu, Babək prospektində onu Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları saxlayaraq 37-ci Polis Şöbəsinə aparmışlar. Sonra isə onu Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aparmışlar. 24-cü Polis Şöbəsində polis əməkdaşları narkotiki boynuna alması üçün ona təzyiq etmişlər. Şəxsi axtarış zamanı müdafiəçisi iştirak etsə də ona bu barədə məlumat verməmişdir. Zərərçəkmiş şəxs1 məxsus xx.xx.2023-cü il tarixdə oğurlanmış telefonun satılması zamanı şəxsiyyət vəsiqəsinin üzərində yazılmış əlyazma və imza ona məxsus deyildir. Məhkəmə xətşünaslıq ekspertizası təyin olunarsa onun xətti və imzası olmadığı təsdiq olunar. Həmin gün “8-ci kilometr” bazarı ərazisində olmamışdır, evində olmuşdur. Zərərçəkmiş şəxs2 məxsus telefonu oğurladığına görə peşmandır. Məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarında, 5-ci sırada nömrəsiz mağazada qadın geyimləri satır. 02 avqust 2023-cü il tarixdə saat 12 radələrində həmin mağazada olarkən özünə məxsus üzərində ***-***-**-** mobil nömrəsi olan, “İphone 13 pro Max” markalı, mavi rəngli mobil telefonunu masanın üzərinə qoymuşdur. Həmin vaxt mağaza açıq olmuş, müştərilər rahatlıqla mağazaya girib geyimlərə baxıb alış-veriş edə bilmişlər. Həmin radələrdə orta boylu, əlində motosiklet kaskası olan bir qadın mağazaya girib təqribən 10 dəqiqə ərzində mağazadan 20 manata idman geyimi almış və mağazanı tərk etmişdir. Həmin qadın çıxdıqdan sonra mağazaya bir kişi daxil olmuş, lakin qadın çıxdıqdan sonra o, masanın üstünə baxmadığından telefonunun qoyduğu yerdə olub-olmamasına fikir verməmişdir. Ondan sonra daxil olan kişi təqribən 2 dəqiqə mağazaya baxmış və çıxmışdır. Kişi çıxdıqdan sonra masanın üstünə baxdıqda telefonunun qoyduğu yerdə olmadığını görmüş və oğurlandığını anlamışdır. O, telefonun kimin tərəfindən götürüldüyünü görməmişdir. Mağazanın ətrafında və ya daxilində müşahidə kamerası yoxdur. Telefonun qiyməti 2500, üzərində olan ***-***-**-** GSM nömrəsinin qiyməti 3 manat olduğundan ona 2503 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs mağazada görməmişdir. Telefonla bağlı ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində oğlu Əli ona tanımadığı bir nömrə ilə zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Laçın" ticarət mərkəzində olan zaman 2-ci mərtəbədə yerləşən ərzaq mağazasına daxil olub özünə su alarkən, cibində olan bir ay əvvəl onun 1000 manata aldığı "Samsung A54" markalı, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonu mağazanın içərisində yerləşən rəfin üzərinə qoymuş, su alıb mağazadan çölə çıxmış və bir neçə dəqiqədən sonra telefonu mağazada unutduğunu aşkar etmişdir. Dərhal mağazaya qayıdıb telefonunu götürmək istəyərkən, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonra o, ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarında piştaxtanın üzərindən “İphone 13 Pro Max” markalı mobil telefonu və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin ikinci mərtəbəsində, ərzaq mağazasında rəfin üzərindən “Samsung A54” markalı mobil telefonu oğurlayan şəxsin xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 1A ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 22 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Xətai rayonu, Yusif Səfərov küçəsi 6/1 ünvanın yaxınlığında saxlayaraq 24-cü Polis Şöbəsinə gətirmişlər. Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının xidməti otaqlarının birində videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın arxa sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və şalvarın sol yan cibindən özünə məxsus mobil telefonu təqdim etmişdir. 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən ağ rəngli kristalşəkilli spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs, həmin kütlənin “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Naximov küçəsində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 15 manat müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs oğu xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, “8-ci kilometr” bazarında piştaxtanın üzərində sahibsiz olan “İphone 13 Pro Max” markalı mobil telefonu gizli şəkildə götürdüyünü və həmin tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən, dəqiq ünvanını və adını bilmədiyi telefon mağazasına özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə 1300 manata satdığını, həmçinin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzində olan ərzaq mağazasında vitrinin üzərində nəzarətsiz qalan “Samsung A54” markalı mobil telefonu gizli şəkildə götürərək mağazadan uzaqlaşdığını və həmin tarixdə ünvan 8 ünvanda yerləşən “Mobi Home” telefon mağazasına özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək 250 manata satdığını, əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Apple telecom" adlı mobil telefon mağazasında satıcı işləmişdir. xx.xx.2023-cü il tarixdə mağazaya müştəri qismində daxil olan, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs təcili pula ehtiyacı olduğu üçün mobil telefonunu satmaq istədiyini söyləmişdir. O, həmin “İphone 13 Pro Max” markalı mobil telefonu götürüb baxmış, telefon təzə və işlək vəziyyətdə olduğu üçün 1300 manata ala biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşmışdır. Mobil telefonu 1300 manata alarkən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin sürətini götürmüşdür. Həmin şəxsiyyət vəsiqəsinin sürətinin üzərinə Rüstəm öz ad, soyadını və “Íphone 13 Pro Max” markalı mobil telefonun İmei kodunu yazaraq ona təqdim etmişdir. Təxminən bir aydan artıq müddət keçdikdən sonra iki nəfər mülki geyimdə olan şəxslər mağazaya yaxınlaşıb polis əməkdaşları olduqlarını deyib Təqsirləndirilən şəxs ona satdığı “İphone 13 Pro Max” markalı mobil telefonun oğurluq olduğunu bildirmişlər. Həmin mobil telefon aparatının oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Həmin mobil telefonu əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi müştəriyə 1500 manata satmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən "Mobi Home" mobil telefon mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs təcili pula ehtiyacı olduğu üçün özünə məxsus mobil telefonu satmaq istədiyini bildirmişdir. O, həmin “Samsung A54" markalı mobil telefonu götürüb baxmış, telefon təzə və işlək vəziyyətdə olduğu üçün 250 manata ala biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs telefonun kreditdə olduğunu, ödənildiyini bildirmişdir. Mobil telefonu 250 manata alarkən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin sürətini götürmüş, müvafiq qeydlər edilmişdir. Təxminən bir neçə gündən sonra iki nəfər mülki geyimdə olan şəxslər mağazaya yaxınlaşıb polis əməkdaşları olduqlarını deyib Təqsirləndirilən şəxs ona satdığı “Samsung A54" markalı mobil telefonun oğurluq olduğunu bildirmişlər. Həmin mobil telefonun oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Həmin mobil telefonu internet vasitəsilə tanımadığı bir nəfər şəxsə 350 manata satmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni Xətai rayonu, Naximov küçəsində xx.xx.2023-cü il tarixdə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixində “Laçın” ticarət mərkəzində “Samsung A54” markalı mobil telefonu oğurlayaraq həmin tarixdə telefon mağazasına 250 manata satdığını, həmçinin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, “8-ci km.” bazarında piştaxtanın üzərində sahibsiz olan “İphone 13 Pro Max” markalı mobil telefonu gizli şəkildə oğurlamış və həmin tarixdə telefon mağazasına 1300 manata satdığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/5020 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” və s. ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01(bir) ədəd bükümdə təmiz çəkisi 0, 997 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - cinayət işinin icraata qəbul edilməsi və cinayət işinin birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi birləşdirilmiş və ********* nömrə altında ibtidai istintaqı aparılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1 maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - maddi sübut qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi – 0,997 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq hissəsi 0,947 qram psixotrop maddə metamfetamin Nizami RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. - şahidin qanuni nümayəndəsinin tanınması haqqında 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Şahid1 qanuni nümayəndəsi qismində tanınmış və cinayət prosesində iştirakı təmin olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 6901 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 xx.xx.2023-cü il tarixli, 3010 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən şəxsiyyətin emosional davamsız tip pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Əqli-intellektual imkanlarına görə Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. - sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/1054 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 1-ci cildinin 53-cü vərəqində olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti üzərində “İMEİ:353,210,482525365 Təqsirləndirilən şəxs 02-08.23” əlyazmaları və imza Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni Xətai rayonu ərazisində xx.xx.2023-cü il tarixdə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. - müdafiəçinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrə 20 iyul 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək daxil olan və çıxan zənglərin, SMS-lərin siyahısı, daxil olan və çıxan zənglərin anten məlumatının (əhatə dairəsi) "xxxx" MMC-dən götürülməsi barədə sorğuya "xxxx" MMC xx.xx.2024-cü il tarixli məktubla cavab verərək ***-***-**-** və ***-***-**-** saylı nömrələrin sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məlumat aşkar olunmamışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”… 3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...
7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamin əldə edib saxlaması və zərərçəkmiş şəxslərə məxsus mobil telefonları gizli talayaraq oğurlaması tədqiq edilmiş sübutlarla tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamasına və Zərərçəkmiş şəxs1 məxsus telefonu oğurlamamasına dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, peşman olmasını, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19- 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,947 qram psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 237(iki yüz otuz yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 65 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 390 (üç yüz doxsan) manat (65x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 2 (iki) il 2(iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,947 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 237( iki yüz otuz yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 65 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 390 (üç yüz doxsan) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva