Məhkəmə qərarları › İş №1(007)-138/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-138/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-138/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X6, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1968-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş, Şəki Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən və hal-hazırda Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası (JM-nın 234.4.3-cü maddəsi ilə məhkum olunaraq xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 02 ədəd p/e bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,292 qram, 0,202 qram, ümumi təmiz çəkisi 0,494 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 10 yanvar 2024-cü il tarixdə saat 14 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Müalicə Müəssisəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən X1 üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən tənzifə bükülmüş halda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,292 qram, 0,202 qram, ümumi təmiz çəkisi 0,494 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o uzun müddətdir ki, narkotik vasitə istifadəçisi olmuşdur. xx.xx.2023-cü il tarixdə Şəki Ağr Cinayətlər məhkəməsinin hökmü ilə AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhərində yerləşən 15 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə hər iki ayağında yaranmış problemlərlə əlaqədar olaraq 15 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə etap olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində o Müalicə Müəssisəsinin sanitar qovşağında olarkən şəffaf sellofan büküm aşkar edərək istifadə etmək üçün cibinə qoymuşdur. Onu əynində olan şalvarına yerləşdirdikdən sonra o müalicə aldığı Cərrahiyyə Şöbəsinin otağına daxil olmuşdur. Otağa daxil olduqdan sonra həmin müəssisənin əməkdaşları hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilərkən o əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin bükümü təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bükümə müalicə müaəssisəsinin əməkdaşı tərəfindən baxış keçirilmiş və içərisində qəhvəyi rəngli heroinə bənzər kütlə aşkar edilmişdir. O həmin bükümü sanitar qovşağından tapdığını bildirmişdir. Bundan sonra müalicə müəssisəsinin əməkdaşları və hal şahidlərin iştirakı ilə protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Hazırda törətdiyi əməldəndən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 Bölməsinin inspektoru, ədliyyə kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən ədliyyə orqanlarında xidmət etmiş, hal-hazırda Penitensiar Xidmətin tabeçiliyində olan Müalicə Müəssisəsində tutduğu vəzifəyə xx.xx.2019-cu il tarixdən təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin X4 şöbəsinə “Şəkərli diabet" diaqnozu ilə daxil olmuş Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində əməliyyat məlumatı daxil olmuşdur. Dərhal məhkum Təqsirləndirilən şəxs üzərinə, şəxsi əşyalarına və yataq yerinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən tənzifə bükülmüş formada 2 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəklində spesifik iyə malik narkotik vasitəyə bənzər kütlələr götürülmüşdür. Həmin 2 ədəd bükümlər hal şahidlərinin və məhkum N. Bəkirovun iştirakı ilə xüsusi zərfdə qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Bununla əlaqədar olaraq protokol tərtib olunmuş, oxunmuş və imzalarla təsdiq olunmuş, başqa heç bir şikayət və vəsatət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 Bölməsinin inspektoru, ədliyyə kapitanı Şahid3, həmin müəssisənin X11 böyük inspektoru, ədliyyə mayoru Şahid5 Rəfail oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı məhkumlar Şahid2 və Şahid4 məhkəməyə ərizə ilə müraciət edərək, istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 11 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/136 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində PX X8 məxsus “ZƏRFLƏR ÜÇÜN" möhür əksi, "...məhkum Təqsirləndirilən şəxs...üzərində aparılmış axtarış-baxış zamanı...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd p/e bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,292 qram, 0,202 qram, ümumi təmiz çəkiləri 0,494 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X3 17 may 2024-cü il tarixli 3425 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Məhkəmənin xx.xx.2010cu il tarixli hökmünə əssən CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Yevlax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarıldıqdan sonra törətdiyindən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(091)-217/2023 saylı hökmü ilə təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan 05 il 10 ay 16 gün hissəsi hazırkı hökmlə təyin edilən cəzaya qismən birləşdirilməli, cəzanın əvvəli isə hökm çıxarıldığı tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin xüsusilə təhlükəli residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə AR-sı CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2024-cü il tarixdə isə eyni maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ittiham elan edilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 6 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(091)-217/2023 saylı hökmü ilə təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 il 10 ay 16 gün hissəsi ilə qismən birləşdirilməklə, barəsində qəti olaraq 06 il 06 ay (altı il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(091)-217/2023 saylı hökmü üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,292 və 0, 202 qram olan, qalıq çəkisi 0,394 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğluna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar