Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-139/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri, Axundov küçəsi, ev 2A qeydiyyatda olmuş və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Mədən küçəsi, nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı şəhəri, M.Nərimanov küçəsi 1-də yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərək saxlanıldığı müddətdə müəssisənin ərazisində yerləşən hamamın yanında tapdığı “Cəzaçəkmə müəssisələrinin X1” ilə məhkumlara qadağan olunmuş əşya sayılan bir ədəd soyuq silaha aid konstruktiv əlamətlərindən yalnız deşici xassəyə malik olan, əldəqayırma üsulu ilə hazırlanmış, kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilməyən, dəstək və işlək hissəsindən ibarət olan, tiyəsi qaşığın dəstəyi olub gümüşü rəngli metaldan hazırlanmış, ucu itilənmiş, biz formasında olan predmeti özündə saxlamış, gəzdirmiş, daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində 1 saylı cəzaçəkmə müəssisəsinin yaşayış sahəsində olarkən həmin predmetdən istifadə edərək, həmin müəssisədə cəza çəkən digər məhkum Şahid5 ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncunun sinə nahiyəsinə, sol qoluna və sağ ayağına dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və bundan sonra müəssisə əməkdaşları tərəfindən mübahisənin qarşısı alınarkən həmin predmet onun üzərindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum olunub. Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə hadisədən bir müddət əvvəl biz formasında olan deşici aləti əşyanı müəssisənin ərazisində yerləşən hamamın yanında taparaq özündə saxlamış və xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində 1 saylı cəzaçəkmə müəssisəsinin yaşayış sahəsində olarkən həmin alətdən istifadə edərək həmin müəssisədə cəza çəkən digər məhkum Şahid5 ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı xəsarət yetirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində rəisin növbətçi köməkçisi vəzifəsində xidmət edən X2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində müəssisənin yaşayış sahəsində məhkum Təqsirləndirilən şəxs və məhkum Şahid5 aralarında baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs “Cəzaçəkmə müəssisələrinin X1” ilə qadağan olunmuş əşya deşici alət götürüldüyünü, qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar əməkdaşların, hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək deşici aləti zərfə qablaşdıraraq protokola əlavə edəndən sonra protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirinin 29 dekabr 2011ci il tarixli, 7 saylı Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların” siyasının 11 saylı əlavəsindən görünür ki, cəzaçəkmə müəssisələrində məhkumlar tərəfindən konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici əşyaların saxlanması, daşınması, gəzdirilməsi və istifadəsi qadağan edilmişdir. İş materiallarında olan məhkəmə ballistik ekspertizasının 27 aprel 2022-ci il tarixli, 3/533 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet soyuq silaha aid konstruktiv əlamətlərdən yalnız deşici xassəyə malik olan, əldəqayırma üsulu ilə hazırlanmış alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. İş materiallarında olan məhkəmə ballistik ekspertizasının 26 oktyabr 2022-ci il tarixli, 3/1403 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet soyuq silaha aid konstruktiv əlamətlərdən yalnız deşici xassəyə malik olan, əldəqayırma üsulu ilə hazırlanmış alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə aşkar edilmiş bir ədəd əldəqayırma üsulla hazırlanaraq konstruksiyasına görə soyuq silah hesab edilməyən deşici alət- biz formasında olan predmet maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs cəza çəkdiyi yer üzrə mənfi xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 dekabr 2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 15 noyabr 2019-cu il tarixdən hesablanmağa başlanmışdır. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli yenidən qəsdən törətməsi həmin cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan cinayətin residivi növündə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Təqsirləndirilən şəxs adına 1 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə, təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının əvvəli 15 noyabr 2019-cu ildən hesablanmaqla, 15 may 2023-cü il tarixdə bitir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın hazırki tarixə 02 ay 06 gün çəkilməmiş hissəsi qalmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 06 gün müddətində hissəsi bu hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi üçün Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan, cinayətin aləti olan bir ədəd deşici xassəyə malik əldəqayırma üsulu ilə hazırlanmış biz dəyəri olmadığına görə məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-ballistik ekspertizalarının keçirilməsinə xərclənmiş 128 manat pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 32 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 192 manat (32x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 02 (iki) ay 06 (altı) gün müddətində hissəsi bu hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan, cinayətin aləti olan bir ədəd deşici xassəyə malik əldəqayırma üsulu ilə hazırlanmış biz dəyəri olmadığına görə məhv edilsin. İş üzrə məhkəmə-ballistik ekspertizalarının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 32 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 192 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-139/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-139/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver